Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Güclü olmaq istəyirəm», sahifa 2

Shrift:

– Bir dəqiqə. İstəyirsiniz, sizə cəfəngiyatdan bir məsləhət verim?

– Cəfəngiyatdan?!

– Əşşi, daha doğrusu, fənərdən.

– Fənərdən?!

– Necə deyərlərsə, saç altından.

– Saç altından?!

– Bir sözlə, klassikləri təkrar-təkrar oxuyun. Puş-kini, Lermontovu, Qoqol, Dostoyevskini, Tolstoyu. Əsas Tolstoyu. Dərindən düşünsək, bu qrafa qədər ədəbiyyatımızda heç əsl kişi olmayıb…

Ədəbiyyatla işim bitdi.

Günlərim cansıxıcı keçirdi. Yuxu, qatıq, iş, tənha-lıq. İş yoldaşlarım mənim bu vəziyyətimi görüb əl-ayağa düşdülər. Məni xeyli inkişaf etmiş bir qız – Fri-da Şteynlə tanış etdilər.

Biz restoranda iki saat vaxt keçirdik. Musiqi səslə-nirdi. Frida menyunu oxuyurdu, Tövrat kimi – sağ-dan sola. Biz blinçiklərlə kofe sifariş etdik.

Frida dedi:

– Biz hamımız müəyyən çevrənin adamlarıyıq.

Mən başımla təsdiqlədim.

– Ümidvaram ki, siz də hansısa çevrəyə mənsub adamsınız.

– Bəli, – cavab verdim.

– Məhz hansına?

– Dördüncüyə, – dedim. – Əgər cəhənnəmin çev-rələrin nəzərdə tutursunuzsa.

– Əhsən! – qız dedi. Mən o dəqiqə şampan sifariş etdim.

– Nədən danışaq? – Frida soruşdu. – Coysdan? Hitlerdən? Pşebışevski haqqında? Qara teryerlərdən? Struktur dilçilikdən? Neofreydizmdən? Dizzi Gillespi-dən? Ya bəlkə, Yaspers, ya da Kafka haqqında?

– Kafka haqqında, – mən dedim.

Və ona başıma gəlmiş bir əhvalatı danışdım.

“Deməli, işə gəlirəm. İş yoldaşım Barabanov məni saxlayır.

– Dünən, – deyir, – Kafkanı təkrar vərəqləyirdim. Bəs siz Kafkanı oxumusunuz?

– Təəssüf ki, yox, – mən deyirəm.

– Siz Kafkanı oxumamısınız?

– Boynuma alıram ki, yox.

Barabanov mənə bütün günü çəpəki baxdı. Nahar fasiləsində isə laborant Nina yanıb gəlib soruşur:

– Deyirlər ki, siz Kafkanı oxumamısınız. Bu həqi-qətdir? Ancaq düzünü deyin. Öz aramızda qalacaq.

– Oxumamışam, – deyirəm.

Nina diksindi və Barabanovla birlikdə nahara get-di…

İşdən qayıdanda mən yolda geoloq Tişenko ilə rastlaşdım. Onun yanında, həmişəki kimi, yaraşıqsız bir qız vardı.

– Xantı-Mansiyskdə Kafka satılır! – o, uzaqdan qışqırdı.

– Əla, – heç geri çevrilmədən dedim və yoluma davam etdim.

– Hara gedirsən? – geoloq incik səslə soruşdu.

– Xantı-Mansiyskə, – dedim. Bir dəqiqə sonra isə artıq evdə idim. Dəhlizdə qonşum – bağçaya gedən Roma üstümə düşdü. Ayağımın birini qucaqlayıb de-di:

– Biz isə nənəmlə birlikdə Kafkanı oxumuşuq!

Mən qıyya çəkib qaçmaq istədim. Amma Roma ayağımdan möhkəm yapışmışdı.

– Xoşuna gəldi bəs? – mən soruşdum.

– Belə də, – Roma dilləndi.

– Dostum, bəlkə, nəyisə səhv salırsan?

Onda bağça uşağı evdən iri sınıq-salxaq bir kitab gətirib içindəki kaska şəklini göstərdi:

– Kafka!

– Sən ağıllı oğlansan, – mən dedim. – Amma bir az pəltəksən. Bəlkə, sənə tüfəng hədiyyə edim?

Elə də etdim.”

– Əhsən! – Frida Şteyn dedi. Mən yenə şampan si-fariş etdim.

– Mən bilirəm ki, – Frida dedi, – siz novellalar ya-zırsınız. Onları oxuya bilərəmmi? Yanınızda var indi?

– İndi yanımda yalnız hələ mövcud olmayanlardır, – mən dedim.

– Əhsən! – dedi Frida.

Yenə şampan sifariş etdim…

Gecə biz təmiz bir blokda dayanmışdıq. Bir istə-dim Fridanı öpüm. Daha doğrusu, ona sarı hiss oluna-caq dərəcədə büdrədim.

– Əhsən, – Frida dedi. – Siz lap donuz kimi sər-xoşsunuz!

O vaxtdan Frida mənə daha zəng etmədi.

Pəncərənin arxasındakı sərçələrə bənzəyən günlər – boz və bir-birindən seçilməyən – ard-arda ötüb ge-dirdilər. Yuxu, qatıq, iş, Zolyanın əsərləri. Xəstələn-dim, sonra da sağaldım. Bir televizor aldım kreditə.

Bir dəfə “Metropol” mehmanxanasının yanında keçmiş sinif yoldaşım Sekinə rast gəldim.

– Harda işləyirsən? – ondan soruşuram.

– Bir elmi-araşdırma institutunda.

– Yaxşı pul verirlər?

– Yaxşı, – Sekin cavab verir. – Amma az.

– Əhsən, – mən deyirəm.

Sonra restorana qalxdıq. O, vodka sifariş etdi.

İçdik.

– Niyə kədərlisən? – Sekin qoluma toxundu.

– Mənim, – cavab verdim, – natamamlıq kom-pleksim var.

– Natamamlıq kompleksi elə hamıda var, – Sekin məni inandırmağa çalışdı.

– Səndə də?

– Elə məndə də. Məndə sənin natamamlıq kom-pleksin var.

– Əhsən! – dedim. O, yenə də vodka sifariş etdi.

– Bizimkilər necədir? – mən soruşdum.

– Çoxu qırılıb, – Sekin dedi. – Məsələn, Şura Qlyanets. Qlyanets üzməyə gedib və suya baş vurub. Hələ də sudan çıxmayıb. Halbuki, bir ildən çox vaxt keçib.

– Bəs Mişa Rakitin?

– Aspiranturanı bitirir.

– Borya Zotov necə?

– Müstəntiqdir.

– Rivkoviç?

– Cərrah.

– Bəs Lyova Baranov? Yadındadır o? İdmançı, “Timurovets” düşərgəsinin üzvü, bütün olimpiadala-rın qalibi?

– Baranov türmədədir. Şərf alveri edirdi. Yarım il bundan qabaq onu Sadovayada gördüm. Lyova Ap-raksin məhəlləsindən çıxıb soruşur: “Başa sal görüm, Sekin, məntiq haradadır? Bolqar adyalını otuz rubla alıram. Sonra onu səkkiz hissəyə kəsirəm. Hər şərfi otuz rubla satıram. Bəs məntiq haradadır?!..”

– Əhsən! – mən dedim.

Sekin yenə vodka sifariş etdi…

Gecə evləri itələyə-itələyə küçə boyunca gedirdim. Birdən özümü Puşkin teatrının sütunları arasında tap-dım. Sevgililər, bığlılar buradaca gəzişirdilər. Əyinlə-rindəki dakron plaşlar xışıldayır, siqar iyi isə ətrafı bü-rümüşdü. Yaxınlıqda avtomobilləri küt parıltı saçırdı-lar.

– Hey! – onlara bağırdım. – Kimsiniz siz?! Nə ilə məşğulsunuz? Hardandır sizdə bu qədər pul? Mən də həyatın sahibi olmaq istəyirəm! Məni də öyrədin! Bir də məni Elina Bıstritskaya ilə tanış edin!

– Kimsən? – onlar təmkinlə soruşdular.

– Belə də. Sadəcə, Yeqorov. Riyazı mexanikanı bi-tirmişəm…

– Fedya, – biri özünü təqdim etdi.

– Volodya.

– Tolik.

– Mən protez qoyuram, – Tolik dedi. – Çürük diş-lər mənim sahəmdir.

– Mənsə, adi paltarbiçənəm, – Volodya dedi. – Vəssalam. Paltarı mümkün qədər qənaətlə kəsməkdən başqa, sənə nə öyrədə bilərəm?!

– Mənsə, – Fedya göz vurdu, – dükanda işləyirəm. Xarici pal-paltar lazımın olsa, zəng et.

– Bəs maşınlar?

– Hansı maşınlar?

– Avtomobillər. “Volqa”lar, “Lada”lar, “Jiquli”lər?

– Avtomobillərin söhbətə nə dəxli var? – Volodya soruşdu.

– Bəs bunlar sizin avtomobilləriniz deyil?

– Təəssüf ki, yox, – Tolik cavab verdi.

– Bəs kimindilər? Kimindilər onlar?

– Biz nə bilək?! – Fedya dilləndi. – Başqalarınındı. Həmişə burdadırlar. İndi belə dövrdür. İyirminci əsr…

Nəfəsim kəsilə-kəsilə öz evimə tərəf qaçırdım. Aman Tanrım! Satıcı, stomatoloq və dərzi! Demə, mən bütün həyatım boyu bu insanlara paxıllıq edir-mişəm! Amma avtomobillərlə bağlı onlar yalan dedi-lər! Təbii ki, yalan dedilər! Bəlkə də, yox!..

Qaranlıq pilləkənlərlə üzüyuxarı qalxdım. Zülmət-də yaşıl rəngli pişik gözləri xəsiscəsinə səpələnmişdilər. Pişikləri qorxudaraq qapıma sarı cumdum. Onu fran-sız açarı ilə açdım. Telefon masasının üstümdə uzun-sov mavi zərf vardı.

“Hansısa Yeqorova gəlib,” – deyə düşündüm. Bəx-təvərin biri! Var da belə bəxti gətirənlər, talenin qu-durtduqları! Oh! Axı Yeqorov – mənəm! Mənəm! Özüməm!..

Zərfin ağzını cırdım və oxudum:

“Siz yaxşı adam deyilsiniz, deyilsiniz, deyilsiniz!

Frida Şteyn.

P.S. Günter de Broynu təkrar oxuyun, onda siz mənim qəlbimin sirrini tapacaqsınız.

F.Şteyn.

P.P.S. Kimsə mənim blokumda öz sətin qolçaqlarını unudub.

F.Ş.”

Bu, nə deməkdir?! – mən düşünürdüm. Satıcı, sto-matoloq və dərzi! Hansısa pis Yeqorov! Hansısa sətin qolçaqlar! Axı Yeqorov mən özüməm! Qolçaqlar mə-nimdir! Yaxşı olmayan mənəm!.. Bəs Lev Tolstoyun bura nə dəxli var? Lev Tolstoy kimdir? Hə, anladım, mən Lev Tolstoyu təkrar oxumalıyam! Günter de Broynu da! Sabahdan mütləq başlayaram…

28 449,55 soʻm
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
06 oktyabr 2022
Hajm:
90 Sahifa 1 tasvir
ISBN:
9789952371680
Mualliflik huquqi egasi:
Автор

Ushbu kitob bilan o'qiladi