Kitobni o'qish: «Yasaq edilmiş oyun»
Sabir Əhmədli
Yasaq edilmiş oyun
Adam yaşlandıqca uşağa dönür. Yadıma uşaq vaxtı oynadığımız oyunlar düşmüşdü. Hələ “a-be” bilməyən balacalar ev eşik tikir, bir-birinə qonaq gedir, xörək bi-şirib pay çəkir, yalandan yeyib doyur, səhəri axşam elə-yirdilər. Şeytan balalalar hətta ailə qurur, ərə gedir, ça-ğaları da olur, bələyib qucaqlarına alırdılar.
Bu sayaq oyunların indi də oynandığını mən Yasa-malda, bir obanın yerləşəcəyi beşmərtəbə binadan çıxıb işə gedəndə, işdən qayıdanda yenə görürəm. Qonşu qız-cığazlar, cıqqılı nənələr, körpə analar evin qabağındakı bağçada, ağac kölgəsində, kolların arasında evcik qurur, bu evlərin açıq divarından içərisi görünür, bəzəkli tax-çalar, süfrə, qundaq seçilir… Orada, evlərindəcə görüb-götürdüklərini yamsılayır, iyirmi il bundan sonrakı ya-şayışı çəkib gətirir, öz istədikləri təki qurub quraşdırır-lar.
Başqa oyunlar da var. Böyüklərin oyunu daha çəlpə-şik-dolaşıq olur. Oyun uşaqlardan ötürü böyüklərin ita-ətindən qopmaq, böyüklərdən ötürü uşaq olub qayğı-dan qurtulmaq. Dünyanın işi oyundur, deyiblər. Bəlkə varlığın yüz cür oyununa qarşı insan da təqlidə uyur, gülüb-əylənir. Ola bilsin, oyun aləmi anlamağın, dün-yanın başa düşməyin ayrıca üsuludur.
Daş dövrü mağaralarda çal-çalpaz qoyulmuş, yan-yana düzülmüş sümüklər tapılır. Bunlar ilk insanların ovladığı heyvanlar, yedikləri qidanın qalığıdır. Onlar da bu sayaq, əti yeyib sümüklə oynayırmışlar.
Bir körpə uşaq oyunlarını xatırlarkən, yadıma bir va-qeə düşdü. Bu, yuxutək bir işdi, büsbütün yadımdan çıxdı. Sonralar bir də xatırladım, bu dəfə qırx silsilə oyun parça-parça göz qabağında canlandı.
Bunu mən nə görmüş, nə eşitmişdim. Haradan, necə gəlib yadıma düşmüşdü, indi də baş aça bilmirəm. Am-ma ürəyimə damdı ki, onu otuzuncu illərdə oynamışdı-lar.
Hər yerdə olduğu təki bizim ellərdə də maraqlı oyunlar var.
SSRİ Pedaqoji Elmlər Akademiyasında milli oyunları öyrənən bölmə yaradılmışdı. Ölkəmizdəki bütün xalqla-rın oyunlarını toplayır, araşdırır, nəşrə hazırlayırlar.
İstəkli oxucu! Bu yazıda yazılanlar zarafatdır, oyun-dur. Əgər onu oxuyanda sizə bir oyunca zövq verə bil-səm, sevinərəm.
Bəzi səhnələr qəribə görünə bilər. Əslində sürətlərin davranışı, onların düşdüyü gülməli hallar qədim xalq oyunlarımızdan, qaravəllilərdən, zamanın ruhundan do-ğur…
Birinci fəsil. Birinci mərhələ – “Laldinməz”
Qabaqda gəlirdi Gər Xəlil, qızıl-qumral papaq ba-şında şəfəq saçırdı. Arxasınca gəlirdi Mürşüdlə Cəmşid, onların gerisində dinməz-söyləməz yeriyirdi qazı, müşa-vir, duyuqçu, güdükçü, çapar.
Yazın aşıb-daşan çağlarıydı, kəndi-obanı pör-pöhrə bürümüşdü. Qayaburnunda kəhriz suları şaqqıldayırdı. Gər Xəlil başının yığnağı ilə çaylaqarası irəliləyib, Ba-zarbaşında qoşa piştaxtanın aşağısında ayaq saxladı. Keçmişdən üzü bəri padşahın duruş yeri, mətə bura idi. Car çəkməyə, haray qoparmağa hacət yoxdu. Hamıya hər şey aydındı. Həmin gün, həmin səhər padşah taxta çıxır, qırx silsilə oyunun ilk sınağı başlayırdı.
Düz günü Bazarbaşında seyrək alış-verişdi. Süfrə arasında təndir çörəyi, qazan-sərnicdə süd-qatıq, pört-lənmiş noxud, ləb-ləbi qoyulmuşdu. Gər Xəlil Bazarba-şı meydanı, Yoxuş məhləni, Çinar altına gedən cığırı gözdən keçirdi. Mürşüdlə Cəmşid başlarını aşağı salıb, hökmranlığın ilk gününün hansı uğurla açılacağını gözlədilər. Kimsə dillənmədi.
İşi belə görən bazar əhli oradaca səsini xırp kəsdi. İlk mərhələnin şərti başdan-binadan belə qoyulmuşdu; “Laldinməz”.
Padşah adamının göründüyü yerdə bir kimsənin danışmağa, kəlmə kəsməyə ixtiyarı çatmırdı. Qulaq şeşə, dil köşə.
Qəsəbənin gediş-gəlişli yeri Bazarbaşı idi. Ötüb-keçən burada qarşılaşır, əhval tutur bazara-dükana baş vurur, alan alır, satan satırdı. Əgər bircə kəs cınqırını çəksə, gələn heyətə məhəl qoymayıb səsini çıxartsa, alış-veriş büsbütün kəsilərdi.
İlk öncə Ataşla arvadı Nazxanım göründü. Hər ikisi Çinar meydanından qoşaca çıxıb, Bazarbaşına yönəldilər. Ataşın gözü meydan başında dayanmış Üçlüyü dərhal aldı. Oradaca nəfəsini çəkib, Nazxanımı duyuq salmaq istədi, arvad səsini çıxartmasın. Haraya gedəsi, hansı dükana baş vurası, oradan daha haraya yönələsiydilərsə, bunu hər ikisi him-cimlə anlatmalıydı. Yoxsa, ilk mərhələnin ilk cəzasına qurban getmək ağırdı. İlan dili çıxarıb yalvarsa idin; “Gər Xəlil, sən öl, padşahın başına and olsun, bilməmişəm, anlamamışam” heç olmasa, bir yüngül cəza veriləsiydi.
Ataşla Nazxanım “Torqsin” dükanına döndülər. Onların aradan çıxmağıyla milis Şahverdi göründü. Səhər-səhər qəsəbə arasında dar-davranışa göz qoymalı, gəzib dolanmalıydı. Elə ki, Bazarbaşı meydanında, qoşa piştaxtanın ayağında dayanmış Gər Xəlili, başındakı yığnağı gördü, oradaca çaqqal tələyə dəyib qayıdan təki, geri həslədi; heç nə görməyib, heç nə bilmir. Oyun-moyun onun peşəsi deyil. Girdiyi kol deyil. Döndü ağzıgeri, uzaqlaşdı.
Heyət tərpəndi üzüaşağı, Çinar meydanına. Bazardakılar ta onlar itincə tərpənmədi, bircəsi dillənmədi. Dönər, qayıdardı; “On addım aralanmamış, bu nə səs-səmirdi?!”
Qəsəbənin tək bircə küçəsiylə üzüaşağı yeridikcə Gər Xəlilin qızıl-qumral papağı ilğım çalır, sarı uzunboğaz çəkmələr zəhr yarırdı. Padşah-aləmin üz-gözündən bir balaca halsızlıq sezilirdi. Toqqanın altı boşdu. Hamı bilirdi ki, Gər Xəlilin evdə xörək verəni yoxdu, arvad küsüb getmiş, onu yalqız buraxmışdı. Görünür, padşah-aləm İmaməli aşxanasına üz tutmuşdu. Himi yenicə qoyulmuş ictimai iaşənin ilk və gözəl nümunəsi pitixanada toqqanın altını bərkitsin.
Aşxananın işi lap cəncəldi. Yemək-gövşəmək nədir, orada xırtlanan qənd, bircə loxmanın ötməyi də kəpək azacıq qımıltı qoparmaya idi. Səhər müştəriləri səs deyilən şeyi büsbütün unutmalı idilər. Yoxsa vay halına. Aşxana dəvəsi ölmüş ərəbin gününə düşərdi; “Aşbaz İmaməli! Aç döşlüyü, götür kəfkiri! Get bu fərraşın ardınca. Fərraş, çək bu qazanqulunu Məmməd bəy kəhrizinin üstünə. Qırx kərə oturt-durquz. Kəfkiriylə çaylağın daşın-qumun eşdir buna. Ağlı gəlsin başına!” Dedi dedi, elədi elədi.
Aşbaz İmaməli mətbəxdən küçəyə açılan kiçik, alçaqca pəncərədən baxıb, aramla addımlayan nazaratı görmüşdü. Bir gözü qazanlarda, o biri eşikdə idi. Təzəcə qalaylanmış pələş kəfkiri bozbaş qazanının qırağına vurub, ocaq fısıltısı ,samovar dızıltısından seçilməz hənirlə pıçıldadı;
– Sıs-s-s.
İçəridə iki-üç müştəri vardı. Şirin çayla pendir-çörək yeyirdilər. Tikə boğazlarında qaldı.
Gər Xəlil pitixanaya göz qoydu, Mürşüd, Cəmşid yavaşıdı. Oyunbaşı naharsız, qarnının çalğısına baş qoşmayıb ötdü. Getdilər. İmaməli də xətadan sovuşdu. Bunun qayıtmağı da ola bilərdi. Güdürdülər, kimisə, haradasa yaxalayacaqdılar.
Çinar altı kəhriz başı seyrəklikdi. Yoldan ötən kəhriz gözünə enib, pasaxlı əllərini qoşalayıb, çağlayan bumbuz sudan içir, səhər-səhər yanğısını söndürürdü. Çökək məhlədən iki qız güyüm, sənək doldururdu. Onlar da bu gələn həzaratı görüb, tütəyin dilini çəkdilər. Nə Gər Xəlil, nə əlaltıları şahlığın ilk günü öz hökmünü gədə-güdənin başında sınamaz, colma-cocuğu incitməzdi.
Mir Kazım çinardan aşağı, Mirzəcanlı bağlarının başında gözəl bir bağça salmışdı. Arxın altında bir güllük becərmişdi, behişt onun yanında örüş-örən, yovşanlıqdı. Şura hökumətinin, yeni zamanın ətri-ruhu Mir Kazımın can-başla bəslədiyi güllükdə idi. Bu baxçanı Mir Kazım mahal komitəsinin quruculuq çağrışına qoşularaq dirçəltmişdi. Öz qədim bağçasından növ-növ, çeşid-çeşid gül kollarını çıxarıb gətirib əkmiş, calamış, bir büsat yaratmışdı, baxan deyirdi, dönüm bir də baxım.
Xoş yaz səhəri Mir Kazım bir əlində çiləyən, bir əlində bağat qayçısı sinəsinə qalxmış faraş kolların arasında çalışırdı. Bağçanın ürəyi qızılgüllərdi; al-qırmızı, ağ-sarı, hər biri çaynik irilikdə açmışdı. Reyhan ətri, yasəmən qoxusu, qızılgüllərin nəfəsi qovuşub ötəni bihuş edirdi. Mir Kazım bər-bəzəkli təkəlduz araqçınını çıxarıb atmışdı arxın üstünə. Gül-çiçək çisəyi qıraq-bucağı qazmaqlamış təpəsinə çilənib, öz əliylə bəsləyib becərdiyi bir-bitkinin cövhəri beyninə hopurdu. Kişinin sir-sifəti də qönçə-ləçəklərin boyasına boyanmışdı.
Onda kişi ayıldı ki, gördü geridən özgə hənir gəlir. Uymuşdu, özündən xəbəri yoxdu, mızıldanır, səsini şirəyə gəlmiş qaynaşan qızıl arıların vızıltısına qatıb xəfifcə oxuyurdu;
Gül əkdim gülüm mənim.
Süsən sünbülüm mənim.
Dur gəl qadan canıma,
Coşan bülbülüm mənim!
Mir Kazım geri qanrıldı. Gördü Gər Xəlil iki yanında Mürşüd, Cəmşid dayanıblar daş arxın tirəsində, gül qoxluyub baxçanı dinşəyirdilər. Mir Kazımın rəngi qaçdı, döndü ağ gülün əyrimiş ləçəyinə. Pardaxlanmış kolların qoyun-qoltuğundan, qızarışan güllərin tacından qat-qat qırçın ləçəklərdən bir həzin səda gəldi. Qızıl arıların bal dadan mahnısı – sarı simdə bir çalğı dilləndi.
– “Mir Kazım!”
Gülçünün ağaran gözləri padşah heyətinə dikildi;
– “And olsun, məni bu çalışqanlığa bağlayan xoş güzarana! Oxuyan mən deyildim, qızıl arılardı. Şirə çəkirlər”.
Bu sorğu-sual, əlbəttə, lal dildə getdi. Mir Kazım səsini büsbütün udub, cıqqırını çıxarmadı. Gülçünün su çiləyəni, qayçısı da eləcə əlində sallanıb dondu.
Gər Xəlil duruxdu, dönüb Mürşüdə baxdı, Cəmşidə baxdı. Bunu da burada matı-qutu qurumuş qoyub, oradan da ötdülər aşağı. Bağçanın hör-höyüş basmış bərəsindən o üzdə məktəbdi, ŞKM.
Buradan o yana Gər Xəlil vəzir-vəkiliylə iki yerə baş çəkə bilərdi. Qalın böyürtkən-kandalaşlığın arasından axan yarpız-cincilimli arx boyunca gedib, Nəcəfqullar bağının talasından keçib, Hətəmxan dəyirmanına çıxardılar. Bir də yaxına, bağların başındakı məktəbə. Məktəb bir güşad, abad bina idi. İşıq saçan geniş, parlaq pəncərələri bağçaya açılırdı. İnsafı olan müəllim yazın kükrək çağında pəncərələri qapamır, deyirdi, qoy uşaq çölün, bağ-bağatın havasını dərsin, səhər-səhər dərsini həvəslə oxuyub, başını biliklə doldursun.
Gər Xəlil, eləcə də Mürşüd və Cəmşid o yana, Hətəmxan dəyirmanına yönəlmək meylində idilər.
Məktəbin açıq pəncərələrindən uşaqların, qız-oğlan qarışıq, cəh-cəhi eşidildi. Bu, aşağı sinif, birincilərdi, yarımıncılardı. Hələ təkbaşına danışıb oxumağa alışmadıqlarından səs-səsə vermişdilər.
Arada müəllimənin də sədası gəldi;
– ‘’Hökumət bizimdi, biz də qurmuşuq!’’
Gər Xəlil yavaşıdı, Mürşüdlə Cəmşid də onu tövrüylə ayaq saxladı.
Arx üstən, qəsəbədən Yarəhmədli səmtə uzanan hündürdəki yolla adamlar gedirdi. Kimi uçurum cığırda, belinə bir tay dən atılmış uzunqulağı bizləyə-bizləyə, toş-toşla dəyirmana tələsir, kimi bu yana, bazar-dükana cəhləyirdi. Yoxuşdakı həyətlərdən, qarğı-qamış çitəmələrin ardından pıçıltı gəlirdi. Çitəmə arxasından Gər Xəlili görüb, məktəb pəncərələrindən qopan səs-sədanı eşidirdilər.
əgər ‘’Laldinməz’’disə, hökm yiyələri göz qabağında, üçü də birlikdə ortaya çıxdığı yerdə bəs bu nə cəh-cəhdi! Dərs? Deməli burası da varmış. Gər Xəlil olmasın, lap əsil padşah başına qızıl tac qoyub çıxsın meydana. Bütün cah-calalıyla dayansın şaqraq pəncərələrin önündə. Görək körpəcə balaları susdurmağa onun gücü çatacaqdırmı? Şagirdlər tutaq ki, balaca idilər, qanmırdılar, cəzaya da yaşları düşmürdü. Bəs onlara mahnı öyrədən, arada ayrılıb, özücə tək oxuyan müəllimə, daha doğrusu, müəlliməyə nə söz?
Nazlı müəllimə məktəbə bu il ayaq açmış balalara mahnı öyrədir, nəğmə dərsi keçirdi. Tərs təki balacaların dərslərinin çoxu nəğmə idi.
Bunların burada duruxduğu anda, orada, sinifdə uşaqlar da susdu. Yalnız Nazlı müəllimənin yarpızlı bulaq təki çağlayan qumrov sədası gəldi;
– ‘’Al bayrağa beşguşəli ulduz vurmuşuq!…’’
İndi hamı bir yerdə. Bir; iki, üç! Başla;
‘’Hökumət bizimdir, biz də qurmuşuq,
Al bayrağa beşguşəli ulduz vurmuşuq!’’.
Qaçaqlığa qarşı vuruşmalarda ad-san çıxarmış, Kor Abdıllanın tutulmağında igidlik qoçaqlıq göstərmiş, milisbaşı Gər Xəlildən ötrü bu nəğmə olduqca xoş, ürəyə yatandı. Bilik, tərbiyə ocağına ayaq açmış bapbalaca nəslə bir yeniyetmə müəllimənin nəğmə öyrətməyi daha fərəhli idi, incə, zərif telləri oynadırdı.
Qaya daşlarından hörülmüş divar boyu sıralanan geniş, açıq pəncərələrin birindən müəllimənin özü də göründü. Elə bil Mir Kazımın bağçasından, bax, bu səhər, obaşdanca açılmış, hələ şehi qurumamış bir cüt ağ-qırmızı gülü zoğlu-pöhrəli qoparıb qoymuşdular oraya, pəncərənin ağzına. Gər Xəlil inandı; şehli gül ətri indicə ötdükləri Mir Kazımın bağçasından deyil, məktəbdən, sinifdən, ağzının sarfası getməmiş yavrulara nəğmə öyrədən gözəldən gəlir.
Sinif otaqlarının qənşərində çox dayanmaq yaramazdı. Mürşüd, Cəmşid hənir çıxarmadan, himlə söyləyirdilər;
– ‘’Xəlil padşah, tərpənməyəkmi?
– Bəs bu cəh-cəh?
– Ona sonra baxarıq. Qayıdarıq bu işin üstünə’’.
Məsləhəti padşah, padşahəvəzi Gər Xəlil verməli olduğu halda, bu yerdə o öz əlaltılarını dinlədi. Bəlkə bir də ondan ki, götür-qoy, məsləhət-məşvərət dilsiz-danışıqsız getdi.
Tərpəndilər enişə. Arxadan yenə Nazlı müəllimənin sədası gəldi. Kişilər aralandıqca səsini qaldırır, uşaqlardan artıq bunlara eşitdirirdi. Gər Xəlil addım atıb dayanır, birincilərin cəh-cəhindən, Nazlı müəllimənin oxumağından ayrıla bilmirdi. Laldinməz, için-için çırpınırdı.
Qəssab Məhəmmədin evinin altından keçib, toxmaçarlıqdan ötüb, geniş talaya çıxanda Mürşüdlə Cəmşid elə bildilər, dəyirmana getmədən adladı. Halbuki, padşadlığın ilk günü, başlanğıcda Hətəmxan dəyirmanına baş vurar, oranı sınadılar.
Elə ki, çıxdılar bağ talasına, çəmənliyə, burada üçü də birdən ayaq saxlamalı oldu.
Talada, qoz ağacının altında iyirmi-otuz uşaq bardaş qurub oturmuşdu otluqda. Qənşərdə, çəkilin budağından bir iri dünya xəritəsi asılmışdı. Başıaçıq müəllim əlində şiv çubuq, xəritənin önündə var-kəllə danışır, göstərirdi. Onun nə söylədiyi aydın eşidilməsə də, padşah-aləm coğrafiya müəlliminin səs-sədasını qəşəncə dinlədi. Ondan o yanda dağdağan altında bir ayrı dəstə, bir özgə sinif qonuşub çalışmaqda idi. Buradakı dərsi qocaman müəllim, mahalda ilk saatsaz Mirzə Qafar aparırdı. Gözəl də geyinmişdi.
Əynində yaxası tikmə-naxışlı ağ köynək, ayağında qara qondara, burnunun üstündə zəncir-irtməkli pensne.
Dönüb, dolayı ötmək istəyəndə, gördülər xeyir. Bağın hər ağacının altından bir səda çıxır, hər kol, şax-şəvəl arxasında bir çətən uşaq-müəllim toplanıb. Bütün bu yığnaq, səs-avaz ‘’Laldinməz’’lə bir araya sığan iş deyildi. Qaldılar neyləsin, necə tərpənsinlər. Dönüb, tala yolundan çıxıb özlərini kol-kosa, cəngəlliyə soxa bilməzdilər, üst-başları cırılar, əl-ayaqları didilərdi. Beləliklə isə bütün şərt, yasaq-qadağa büsbütün pozulmuş sanılmalıydı.
Mürşüd kişi dinməzcə qandırdı; ‘’Buradan qalxaq üstə, yola. Baş götürüb gedib çıxaq Hətəmxan səmtə’’.
Bu yerdə bir üzü ‘’Laldinməz’’, bir üzü səs-səda, bir elə iş baş verdi ki, hər üçünü heyrət aldı. Gər Xəlili birinci Mirzə Qafar müəllim görübmüş. Həm müəllim, həm arıçı, həm də saatbaz. O üç kişinin, irəlidə Gər Xəlil, başında daş-qaşla bəzənmiş qızıl tac-qızıl-qumral papaq, Mürşüd Cəmşidlə talanın qırağında ayaq saxlayıb, dağdağan-sinifə, alça-sinifə, böyürtkən-sinifə göz dikib, çaşbaş qaldığını duydu. Mirzə Qafar öz uşaqlarına nə dedi, nə qandırdısa, bu uşaq, müəllimiylə bircə yerindəcə susub dondu. Gər Xəlil dəstəsiylə birgə bunların böyründən ötməyə vadar olduqda, denən, o uşağın bircəsi dönüb gözünün ucuyla baxdımı, nəfəsini çəkdimi. Tilsimə düşmüş təki səs-səmirsiz qaldılar.
Gər Xəlil ötüb keçməkdə, qocaman müəllimə bir işarə vurdu: “Bərəkallah! Sən xətadan sovuşdun. Bu xəmir çox su aparacaq.”
Sağda, solda, arxada, dağdağan ağacının, əriyin, yemşan kolunun altında, yan-yörədə başqa-başqa dərs alan, aşağı-yuxarı siniflər, müəllimlər də Mirzə Qafarın davranışından ruhlanıb susdular.
Beləliklə, ötüb getdilər. Daha geridən, həndəvərdən qımıltı-pıçıltı qopsa da, bayaqkı laldinməz halın qabağında buna baş qoşmayıb, aradan çıxdılar.
İndi hər üçünə aydındı ki, haraya gedirlər. Birbaşa Hətəmxan dəyirmanına yol aldılar.
Hətəmxan dəyirmanı Çinar kəhrizinin suyu ilə işləyirdi. Yaxın kənd-kəsəyin taxılı, bir də yenicə işə düşüb, neçə təndir qapamış çörəkxananın dəni orada üyünürdü. Tay-tay taxılın dənlikdən aramla enərək, zırı daşların arasında əzilib, un-urva aramla əski ağızlıqdan kirtik-kirtik ələnməyini görən deməzdi, bu boyda mahalın çörəyini bu tərpənişlə çatdırmaq olarmış. Dama-dama göl olar. Hətəmxan dəyirmanından savayı, Yarəhmədli bağlarının ayağında bir dəyirman da vardı, alasəy işləyirdi, oraya bel bağlamırdılar. O tay- bu tay el-obanın gəlişi, ümidi Hətəmxandı. Hər kəsin nobatı gözlənir, tay-dağarcıq vədəsində tərpənirdi. Hətəmxan hamını yola verirdi. Kövşən-xırman, kəhriz-çayxana hamısı ictimailəşib mahal şurasının əlinə keçəndə, Hətəmxanı öz dəyirmanından ayırmamış, oradaca saxlamışdılar.
Dəyirman arx altda, çökəkdə idi. Dəhnədən üzüaşağı gurlayan axar elə güclü, təpərliydi, gör-gövdəsi çatlamış köhnə qovaq nov tablamır, su oyuqlardan fışqırıb, şarhaşarla daşlığa tökülürdü. Dəyirman boynunu kol-kos bürümüş, donuzluq kükrəyib göyərmiş, ağac nov özü də puçurlayıb pöhrələmişdi.
Həndəvərdə bir səs-səda, həşir vardı, deməzdin, bu hayharay çaylaq daşından yayılmış yapıq-yassar damın sayəsinədi.
“Laldinməz” Hətəmxan vilayətində bir elə çal-çağırla üzləşirdi ki, bağ-məktəb bunun yanında muştuluqdu.
Yoxuşda sovacaq səslənir, novun yarıqlarından daşlığa, çınqıllığa şiravan tökülür, dəyirman kişnəyir, çağlayırdı. Yuxarıdan, dəhnənin iki yanından da iki irmaq coşub üzüaşağı şığıyırdı. Bunların qopardığı şivən heç, iş deqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fısqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fırlanmağından yox, nə isə özgə bir xətər-ətərdən tərpənib dəbərmişdi. Qənşərdə göllənən axar-coşardan un-urva, kəpək tamı qalxırdı. Dəyirman qabağında, qum-çınqılı seçilən dumduru gölməçədə qaz, ördək üzürdü. Quşlar gölə yaxınlaşır, irəlidən vuran suyun təkanından həsləyir, qırağa hellənirdilər. Bir də gedir, çaxnaşan burulğanda özlərini güclə saxlayıb, gölə can atırdılar. Qaz-ördək köpüklənib coşan suda dən-düş qoxusu almışdı.
Pər-qanad çalğısı, ağır daşların nəriltisi eşidilir, çax-çaxın çaqqıltısı sezilirdi. İçərinin sədası eşiyinkinə qarışmışdı. Elə şennikdi, səsdən qulaq tutulurdu.
Dəyirmanın qabağında, gündöyəndə palaz üstə taxıl sərmişdilər. Görünür, nəm çəkmişdi, Hətəmxan göstəriş vermişdi, qurudulsun.
Hətəmxan görünmürdü, kimsə də yoxdu. Gölməçədə çırpınan qaz-ördəyin yaxındaca, palaz üstə sərilmiş dənə, qızaran buğdaya, bozaran arpaya yox, un-urva qoxuyan suya cummağı da bir anlaşılmaz işdi.
Xəlil, Mürşüd kişi və Cəmşid kişi dayandılar o tayda. Dəyirmanın körpüsü yoxdu. O taya keçməkdən ötrü arxın içinə iki-üç iri daş parçası, qaya qırığı atmışdılar. Padşahəvəzi Gər Xəlil, vəzir-vəkil gözlərini su basmış köntəy daşlara dikib də baxdılar. Elə çarpanaq, sürüşkəndi, allahın adicə bəndəsi də buradan ayaq qoyub keçməkdən çəkinərdi, gəl gör bu kişilər ola.
Elə bil Hətəmxan bu yoldaşların gələcəyindən soraq tutmuşdu. Dəhnə ağzından uçurlanan, novdan şoruldayan suyun hamısını bağlamışdı bir arxa. Gələn gələ bilirsə, gəlsin. Ayağının birini qoysun arx içindəki ala qayanın belinə, sonra o birini adlatsın qara qaya parçasının çatağına… Ondan sonra büdrəməsin; ayaqaltı daşların arası gendi, sürüşdünmü, təpəsi üstdə, guppultuynan yıxılacaqdın arxın içinə. Xəlil padşah, Mürşüd vəkil, Cəmşid vəzir! Təpədən dırnağa çumçuluq, un-urva ətri saçaraq, xirtdəkdən topuğa suyunuz süzülə-süzülə gəlin. Buyurun Hətəmxan ölkəsinə.
Yaxşı, tutaq ki, nə axan arxa, nə şoralanan nova, nə də bu coşan gözə hökm etmək olmazdı: səngiyin, səsinizi alın, “Laldinməz” gedir. Yox, axar-coşar allah-taalanın bağışladığı, təbiətin verdiyi nemətdi. Onu susdurmağa, səmtindən döndərməyə Gər Xəlil heyətinin hökmü çatmazdı. Bəs bu arxa nə söz, onun qəsdən gurlaşdırılmağına nə deyəsən? Arxın içindəki ayaqqoydu daşların duruşu-baxışı nə söyləyirdi? Bunları, yolu-irzi sahmana salmaq olardı. Görməliydi bu işi Hətəmxan!
Onun saymazlığı gələnləri şəkləndirdi. Dayandılar arxın o üzündə, gözlədilər. Bu karsala, heç olmasa, qabağa çıxmalı, günün nə gün, şərtin nə şərt olduğunu bilməsə də, bir xoşgəldin söyləməliydi.
Mürşüd kişi az qalmışdı həndəvərin sədasından yanılıb səs çıxarsın: “Ay ev yiyəsi, harada qaldın!”
Dəyirmanın ağacdansa, elə bil daş-qayadan yonulmuş şotur qapısı açığdı, oradan o yan qapqaranlıqdı. Hətəmxanın, dənçinin içəridə bir-birini gördüyü, təhnə-unnuğu seçib çalışdığı da ağla batmırdı. İşləməyinə işləyirdi; su çırpılır, qanadlar şaqqıldayır, pərlərdə çaxnaşan sel ayğır təki atılırdı eşiyə.
Ala-toran kandarda iki zənən göründü. Bel-buxunları şal-qurşaqdı, üz-gözləri açıqdı. Hər ikisi onlara məhrəm olan Hətəmxandan savayı bu həndəvərdə bir kişinin, özgə, yad kəsin olmadığına arxayındı. Gəlinin biri unnuqda çalışmış, lələk-süpürgə çalmışdı. Qaş-kipriyi elə çallaşmışdı, elə bil bir alyanaq gözəl qəfilcə qarımışdı. O gəldi suyun üstünə, o biri gəlin əyildi taxıl sərgisinin ətəyinə.
İki gözəl-göyçək gəlinin havaya çıxmağı, qabaq-qənşərəcə bunları görməməyi, dünyada çəkinəsi heç bir şey yoxmuş təki asudə davranmağı, üz yumağı, taxılın nəmliyini yoxlamağı, ən başlıcası, səslərini çıxarmamağı arxın bu tayında dayanmış üç kişinin yandırıb yaxdı. Bircə kəlmə, bircə söz çıxmadı bunların dilindən. Güya dağ-dərədə haraylanan kəndçi övrətləri deyildi. At-eşşək yükləyib dən gətirdikləri mahal mərkəzi Çinarlıda bu səhər bir oyunun başlandığından, adının da “Laldinməz” olduğundan xəbərləri yoxdu. “Laldinməz”in heç bir qayda-qanununu bilmirdilər. Amma heç biri də cınqırını çəkmirdi. Gəlinlər elə bil təkcə bir-biriylə yox, bu axar-coşarla, şadara novla, dənnik-urva ilə, bütünlükdə dəyirmanla və Hətəmxanla “Laldinməz”ə girmişdilər.
Hər iki gəlin eşikdə dolanıb, taxıl sərgisinə baş çəkib, arxın bu üzündəki kişilərə məhəl qoymadan, dinməz-söyləməz arxa çevirib girdilər oraya. Oraya ki, haradan çıxmışdılar. Onda, qapı çatında Hətəmxanın boyu görsəndi. Bu səfər zənənlər içəridə göz olacaqdı. Bu da onlara arxayın olub eşikdə, qapının böyründəki iri hamar daşın usta oturacaq, nəfəs dərəcək, boğazında xəmirlənmiş un-urvanı ötürəcəkdi içəri, ya eşiyə.
Qapı üzbəüz idi. Hətəmxan açıq-aşkar bunların üzünə baxır, amma görmürdü. Belə baxasan, görməyəsən, bu da bir möcüzədi. Arxın bu tayının Hətəmxana qarışacağı yoxdu. Nə görünür görünsün, Hətəmxanın gözündə boşca qaraltı, heç nə idi.
Bunlarsa onu tilfə-tilfə görürdülər. Başında bir gödərək, yappa papaq vardı. Elə bil onu təhnənin qıraq-bucağını təmizlədiyi silgidən, dəri parçalarından yamayıb tikmişdi. Papaq o kökə düşmüşdü ki, qıvrımların yundan-qıldan, ya xəmirdən yapıldığını ayırd etmək çətindi. Ayaqlarındakı vəl qaloşlar da qırov bağlamışdı. Bir yaxşı çomaq gərəkdi, onunla bu Hətəmxanı bir möhkəmcə döyəcləyib çırpasan. Düz on öynənin çörəyi çıxardı. Un, dəyirman ardı, bir də hələ kimə nə düşdüyü aydınlaşmayan şahad-bu üçü Hatəmxanın gözünü qapamışdı, döş-döşə dayandığı kişiləri almırdı.
Mürşüd kişi yerə əyildi, bir sürtük daş götürdü çınqıllıqdan. Daşı əlində sahmanlayıb, vurdu gölün ortasına. Daş suya baş vurub süzdü, güllə təki çovuyub çırpıldı düz Hətəmxanın dayandığı qapı dirəyinə. Kişi səksəndi, çırpındı. Un-urva bu silkintidən oynayıb dumanlandı. Hətəmxan dirçəlib arxın bu tayına zən saldı. Qayıdıb girdi içəri.
Az keçmədi, kənarda elə hamanca qapı tiri təki kör-köntöy bir nərdivan təpəsi görsəndi. Hətəmxan nərdivanı gətirib yıxdı arxın üstə, qollarını dirədi bu taya. Oldu bir qoşun keçəsi körpü. Görünür, sayılan qonaq-qara qabağına çıxanda bu nərdivan onun başlıca yarağıydı; könlü olsa, istəyəndə iki tayı, iki tirəni beləcə qovuşdurub birləşdirirdi.
Qabaqca Gər Xəlil, ardınca Mürşüdlə Cəmşid ayaqları altına döşənmiş nərdivan köprüdən adlayıb, dəyirman kandarına düşdükdə, ürəklərində Hətəmxanın günahının yarısından keçdilər.
İçəridə göz-gözü seçmirdi. Siftə unnuq ağardı, təhnəyə ələnən bərəkət işardı, mal təki çökmüş ala-qara çuvallar göründü. Daha sonra dəyirmançının bucağı, baca altda öləsiyən ocaq közərdi.
Hətəmxan iki boş çuval gətirdi, ocağın qırağına sərilmiş palaz parçasının üstünə atdı, döşədi. Qaxsımış bir mütəkkə qoydu. Qonaqlar əyləşdilər. Başda, döşəkçə üstə Xəlil, palaz-çuvalda yar-yoldaşları.
Hətəmxan şahad çuvalının qoyulduğu bucağa yönəldi. Süfrə dəstərxana bir mis cam qoydu, bir yanı şor, bir yanı göm-göyçək camış yağı. Bir güllü-güllü kömbə də qoydu, bütövcə. Kəvər, qıcı, iki yumru motal pendiri. İki dəmir qutu, stəkan əvəzi, boğazı qırmızı zehli nazik stəkanı nəlbəkisiylə birgə Gər Xəlilin əli altına sürüşdürdü.
Dənnik üstə, təhnə başında dolanan bir cüt gəlinin ovqatından belə göründü ki, onlar bu dam-daxmaya öz evləri təki isnişib, gəlib gedəndilər. Bəlkə gecələr də dəyirmanda qalmış, nobat gözləmişdilər. Hətəmxanla mərhəmləşiblər. Hətəmxan işi, çax-çuxu bunlara tapşırıb, gedib arvad-uşağa, yurd-yuvaya da baş çəkərdi. Daşın dabanını tarazlamağı, artırıb əskiltməyi, dənin təhnəyə tökülməyini, aşağıda unnuqdan yığılmağını, bir çuvalın qurtarıb, o birinin başlamağını da bu bir cüt sona Hətəmxanın istəyincə yoluna qoya bilərdi. Bərəkət ocağına buyurmuş qonaqlara Hətəmxan özü qulluq göstərsə də, bu səhər naharında içəridə dolanan iki gəlinin də əməyi olduğu sezilirdi.
Cəmşid cibindən bir buynuz-bıçaq çıxartdı. Kömbəni səliqə-sahmanla doğradı. İstədi bıçağı salıb, şorla yağı qarışdırsın. Gər Xəlil barmağını şəklədi: qoy, elə qalsın. O bəlkə şora toxunmayacaq, çılxa yağla nahara başlayacaqdı.
Dəyirman süfrəsində bircə şey çatmırdı. Yalan-doğru söyləyirdilər ki, Hətəmxanın bu ala-toran bucaqda məzəsi də olur. Darıxanda töküb içir, pərlərin, zindan daşların uğultusu, çax-çax çaqqıltısıyla mürgüləyib, elə dərin yuxuya gedir ki, fələyin özü gələ onu oyada bilməz.
Cəmşid əl boyda kömbəyə aramla, çörəyin canına yedirdə-yedirdə yağ çəkdi, üstdən şor yaxdı. Əlində saxladığı dədə-baba yaxmaçına baxıb, qoydu süfrənin qırağına. Onun bıçağını alıb, bir elənçik yaxmaç da Mürşüd düzəltdi, qoydu öz qabağına. Gözlədilər. Gər Xəlilin elə bil iştahı küsmüşdü, süfrəyə baş qoşmurdu. Onunku bəlkə bu səhər bir qədəh konyak, üç yumurtanın qayğanağı, qaymaq, daha hansı bəy-xan yeməyi idi. Yalmanır, çul-çuvalı, künc-bucağı araşdırırdı.
Bunlar burada gözləməkdə, Hətəmxan əl atdı külləməyə üz qoymuş ocağın közünə. Qara aftafanı oradan götürüb qoydu süfrənin ortasına. Kəkotu ətri Mürşüdün burnunu qıcıqladı. Hətəmxanın çayı da, qalan azuqəsi təki dəmdə imiş. Bunların yoluna bəndmiş.
Başlamaq istəyirdilər ki, Hətəmxan bir büküm yuxa gətirdi. Cəmşid lələ yuxanı araladı. Bir soyutma çolpa idi. Elə dadlı-tamlı, iştahçəkəndi ki, elə bunun duzunu, istotunu səpən Gər Xəlilin nəfəsinə gözəlcə bələdmiş. Gəlinlərin bağlama-boğçasından çıxmışdı, ya Hətəmxanın özününcə bayır-bacaqda bəslədiyi xoruz-beçə sürüsündən ayrılmışdı bu qurbanlıq.
Cəmşid çolpanı pardaxladı, Mürşüd kişi dəmir qutulara, Xəlil bəyin boğma stəkanına çay süzdü, göyümsov çayın üzündə sarıçiçək ləçəkləri oynaşdı. Gözləməyin adı yoxdu. Başladılar. Hətəmxan yaxın gəlmədi, işi vardı. Bunlar burada yeməkdə, o da orada, bayaq üz-gözünün urvasını yumağa çıxmış bənövüş gəlinlə köməkləşmədi; birlikdə təhnənin çənəsi altına sürüdükləri çuvalı əl-ələ verib qaldırdılar dənniyə. Bu işi Hətəmxan təkbaşına da görə bilərdi, qatır gücü vardı, dizini tayın altına verib, basıb aşırardı qəzil çuvalı dəni tükənmiş dənniyə.
Yedilər, çaydan içdilər, soyutma çolpanın süfrəyə düşən sür-sümüyünü Mürşüd kişi bir də arıtladı. Hərəsi də üsdən ağzına bir “yastıq” konfet atdı. Cəmşid kişi eşmə eşdi, Gər Xəlil qıçlarını uzatdı dincəlsin. Hətəmxan gəlib dayandı başlarının üstə: “Halal xoşunuz olsun. Durun tərpənin, görün “Laldinməz”in günortasını harda ötürəcəksiniz. Ona, özünüz bilirsiniz, mənim gücüm çatmaz. Naharı biri verər, günorta düşər bir özgə təbəənin boynuna”.
Xəlil, Cəmşid, Mürşüd tərpənmədilər. Yox, a kişi, bunlar buraya bir qarın çörəyə, səhərin yüngülcə naharına görə baş soxmamışdılar, un-urva nəfəslərini təngişdirsin. Nədi-nədi, Hətəmxanın bilməzsən dəstamaz, bilməzsən qüsuldan ötrü saxladığı, ya ancaq çay qaynatdığı aftafa dəmi, kömbə kütü ilə ovunub, geri dönsünlər. Hətəmxanı haradasa, nədənsə ilişdirməkdi bunların qəsdi. Biri-birinə söykənib yatışmış çuval-dağarcığın ara-bərəsində, dalda-bucaqda nə vardı, nə gizlənmişdi? Dəyirmançının sirrindən heç tanrı da baş açmaz. Tərs dəyirman işlədərəm başında!– bu sözü də əbəs söyləməyiblər. Bir xoruz, bir çuval olmasın, bir dağarcıq ağnağıza, pendirə, bir cam kərəyə nə söz?! Bunun bu şotur qapısını axı, padşah padşahlığı ilə, bəy nökər-naiblə hər gün, hər səhər açmırdı, yaraşdırmırdı. Hətəmxan qulaqardına vurmasın. O gərək qonaqları bu sayaq yedirtdikdən sonra, həm də pay-ürüşlə yola salsın. Bu səxavətini onun, qırx dolama, qırx düyün oyunun irəlisində unutmazdılar.
Oturur, güdürdülər. Hətəmxan bircə kəlmə kəssin, bircə kərə hıqqıldayıb-hökküldəsin. Amma zalım oğlu elə bil yüz ilin lalıydı, ağzını bir tilsimli qara qıfılla elə bağlayıb kilidləmişdi, bunlar gedəndən sonra da dodağı tərpənməyəcəkdi.
Altda su çırpılır, pərlər guruldayır, çax-çax şanapipik təki ötür, oxuyur, eşikdən, qaralmış divar arxasından donuzluğun şorultusu, didilmiş novun yarıqlarından sellənən yağmurun şırıltısı gəlirdi. Dinib dillənən yoxdu. Elə səssizlikdi, dənnikdən daşların arasına səpilib, üyünən dənin gizli həniri, ağızlıqdan unnuğa ələnən bərəkətin qımıltısı sezilirdi. Bu ahəngdar bircə insan sədası, kişi, qadın səmiri çatışmırdı. Bircə kəlmə dillənsin, bəsdi.
Hətəmxan uşaq deyildi, dünyanın işini, oyununu buraya buyurmuş kişilərdən az bilmirdi. “Laldinməz”in əsər-kəsərini, cəza-cəzanını keçmişlərdə dadmış olardı. İş zoğal çubuğuna, zopaya da gedib çıxırdı qədimlərdə.
Xəlbir çıxarından, dənəvər dəmyə arpasından yeyib, at kimi kişnəyib bir sarı, səmənd xoruzla da qurtarmaq olardı; əgər ilişsə, cıqqırı çıxsa, bunlar arxdan adlayanda, çaşıb, ikicə kəlmə sözlə ötürsə. Yox, Hətəmxan təkcə ovuc-ovuc arpa-buğda sayəsində yox, dənçilərin gətirdiyi pay, qoz-fındıq havasına şişib şişəyə dönmüş xoruzdan ayrılmaq istəmirdi, yoxsa hələ çax-çaxı kəsilməyən, ocağı sönməyən yurdda yalqız qalardı.
Cəmşid eşmənin kötüyünü basdı ocağın külünə. Baxdı Gər Xəlilə, padşahın allanıb qan gəlmiş üzündən bir aydın işarə oxuya bilmədi. Qımzandı nə isə qandırsın: “Durun gedək, Xəlil padşah! Burdakı “Laldinməz” külləyib qaraldı”. Bəlkə Cəmşidin dillənməyindən Hətəmxan da şəklənib, bircə kəlmə söyləsin.
Bir quğultu qopdu. Bunu, gər boğazdan çıxan həniri Hətəmxan da aldı. Gər Xəlil gözünü ağartdı, Cəmşid əlini dəstərxana çırpdı: “Mən yox, mən dəyildim”. Hər üçü yerindən boylanıb, içərini aradılar. Hətəmxanı görmək istədilər. Geridə, dəyirmançının taxtının ayağında nə isə tərpəşirdi. Ala-toran bucaqda bir də quğultu qopdu. Qaranlığa zillənib gördülər ki, bu elə Hətəmxanın özüdü; intəhası, sarı çuxası qaranlıqda cilvələnən xoruz cildinə girmişdi. Şeşələndi, o bunları görürdü, bunlar onu güclə seçdilər.
Sözün lap yeriydi, Cəmşid özünü güclə saxladı. Arada “Laldinməz” deyişməsi başladı:
“-Quğuldayan, səda qoparan xoruzdu. Odur, Hətəmxanın taxtının ayağında bağlanıb. O bizi görür, biz onu görmürük.
–Bunu Hətəmxana sübut edə bilərikmi, quğuldayan xoruzdu? O, səs çıxarıb. Xoruz sənindi, özü də adamcan ağlıkəsən bir xoruzdu. Onun ağır-yüngül bütün taxsırı sənin boynuna düşür. Cəzanı özün seç.
Cəmşid:
–Deyimmi mən, dillənim, Hətəmxanı çağırımmı?
Xəlil padşah:
–Əsla!
Mürşüd kişi:
–Yaxşı bəs niyə qalxıb getmirik?
Cəmşid vəzir:
–Sən icazə ver, mən onu dolaşdırım.
Xəlil padşah:
–Bir az döz”.
Xoruz taxtın ayağında gəzinməyə başladı. Hətəmxan dənnik səmtdən dolanıb, bunlara yavuqlaşdı. O da bunları güdürdü, daldala girələnir, tayı qoyub, xaşanı götürürdü, güya başı qatışıqdı. Bunlardan biri dillənsə, ucadan səslənib açıqca söhbətə keçsə də, Hətəmxan eşitməyəcək, qulağı almayacaqdı.
“Siz Hətəmxanı yaxşı tanımırsınız!– Mürşüd kişi anlatdı. –Onun bayaqdan bəri dənniklə təhnə arasında vurnuxmağının mayası var. Odur ki, bircə kəlmə söz çıxaraq ağzımızdan. Dərhal üstümüzə atılacaq. “Özümqaldı”, “Mənqaldım” deyib çırtıq çalacaq. Bununla da əlimizdən çıxacaq”. Şərt belədi; oyunbaşının və ya əlaltıların harda, hansı güzarda qaydanı pozduğunu görüb tutan kəs belə bir üstünlük qazanır, yasaq-qadağa ona toxunmurdu.
Mürşüd kişinin səssizcə söylədiyi söz ağlabatandı. Hətəmxan oyunu çevirə bilər, itaətdən qurtulardı. Hətəmxan bunumu güdürdü, yoxsa qaramat xosmada laldinməz davranmağa elə alışmışdı, oyun şərti heç onun eyninə gəlmirdi? Dəyirman belə idi, buradakılar axı çax-çax çaqqıltısından, qol-qanad cırıltısından, nərilti-gurultudan başdan-binadan bir-biriylə him-cimlə, qaş-gözlə anlaşmağa öyrəşmişdilər. “Laldinməz” əsl dəyirmançı diliydi. Gər Xəlil “Laldinməz” çəkişməsini burada, Hətəmxandan heç cür uda bilməz, özləricə birinci dillənib, şərti pozub, günün siftəsində, oyunun başlanğıcında bir qızıl-qırmızı xal itirərdilər.
Qalxdılar ayağa. Taxtın ayağından, qaranlıqdan xoruz yenə quğuldadı, Hətəmxanın əvəzindən: “Ya mədəd! Məndən uzaq!”– deyib, onları eşiyə basdı. Geridən Hətəmxan astaca, xımır-xımır gəlirdi. Undan, unlu adamdam çıxan hənir də axı boğulur, dillənsə də, əyin-başına hopmuş bir pud ələnti-ovuntudan eşidilməzdi.
Çıxdılar eşiyə, dəyirman qabağına. Nərdivan arx üstə eləcə uzanılı qalmışdı.Palaza sərilmiş taxıl hövsənirdi, car-cihazı boşalmış dəyirman kılıfından püskürən axar buğda unuyla qarışıq gəlirdi.Buradaca, bir yekə teşt tut altına, hazırca xəmirdi.Su onca unluydu ki, lap horra-xəşil. Oradan, divar altından qaralan kaha-gözdə, o gözün ağzıyla bir paqqıldayan suyun üzündə ələntidən başqa dən-düş, nar dənəsi buğda ,tək-tük qarğıdalı gəlir, dolanır,üzüb gedirdi.Yalmanı ağara-ağara çapan axarın coşğunluğuna dalıb, üçü də dayandı.Gölməçədə yenə qaz-ördək üzüşür,gözə can atır, un-dənə tamsınırdılar.Səs-sədadan, axar-coşardan ürküşüb həvəsiyir, oynayırdılar.Bu gözəl-göyçək quşların da cıqqırı çıxmır,tərtəmiz, çəhrayı pərdə-üzgəcli ayaqları azacıq şappıldamırdı.
Cəmşid Mürşüdə bir dümsük vurdu. O da çönüb buna baxdı. Qıllı qaşları altında qurşun təki işaran gözündən oxudu: “Bu qaz –ördəkdəmi o karsalanındı?”
“-Bilmək olmaz”.– dedi Mürşüd. Bunun da göy-ala gözündən dilinə gətirə bilmədiyi söz araşdı: “Tərpənək gedək. İşimiz hələ irəlidədi”.
Baxdılar arxa, əlləri üzülmüş təki başlarını qovzayıb, yuxarılara göz dikdilər. Hə, bu daxmanın üstü tamaşa imiş. Dəyirmanın torpaq damı yazın yaya adladığı gündə bir dirçəlmiş, bir göyərmişdi. Hətəmxanın başının bundan artıq taca- çələngə umusu olmazdı. Qaragöz, alyanaq lalələr boy verib qalxmış, Hətəmxanın içəridə seçilməyən xoruzunun pipiyindən qat-qat artıq qızarmışdı. Al lalələrin arasında yaşıl sarmaşıqlar saçaq-saçaq hörülüb sallanmışdı qapının qaşına. Damın üst çevrəsində güllər, çiçəklər, kalış-çayır,hacıqabıq, əvəlik kükrəyib, bunun yanında behiştin heç kandarı sayılmazdı.
Ağac nərdivanın samı sayaq , əyri-üyrü, amma möhkəm daraqlarının üstüylə arxı keçdilər. Düşdülər o taya. Beləliklə, Hətəmxanla üzülüşüb , üz tutdular padşahlığın özgə hüdudlarına. Yaxşı idi, yaxşı çıxmışdılar. Toqqanın altı əməllicə bərkimiş, ürəklərinə təpər gəlmiş, ovqat açılmışdı. Səhər-səhər dəyirmanda baş tutan naharda keçmiş bəy-xanın, yıxılmış padşahın görmədiyi bin-bərəkət, durum varmış. Ondan da bunlar güc almış, özlərinə gəlmişdilər. Boş qarınla, naharsız, öynəsiz nə bəy, nə xan! Birinci qarındı, toqqanın altıdı. Bütün hökm, fərman oradan başlayır, gedir uğuruna.
Günortayadək iki kərə Bazarbaşından düşüb Çinar altından çıxdılar,çaylağın qırağında dolandılar.Yenə qayıdıb cümə bazarının yerində, piştaxtaların böyründə duruş tapdılar.Hər şey öz qaydasıyla gedirdi. Milis nəfərlərindən Usubəliylə Şahverdi də bir yandan düşüb, aralıqda dolanırdılar.Arada bir Kamıyevin də kəhər at belində idarədən çıxıb, yal yuxarı dırmandığı göründü. Onun köhləni daxili işlər idarəsinin alt həyətində yəhərlənib, yola, qəsəbə arasına sürüləndə kişnərti qoparır,rəisin döyüş əməliyyatına ,kəndə-obaya yollandığını bildirirdi.BununHətəmxanın ları xoruzundan üstünlüyü onda idi ki, elin gözü qabağında,günün gün işığında kişnəyirdi; yoxsa dəyirmançının taxtının ayağına bağlanıb, oradan oğrunca quğuldamırdı.
Aşxana, dükan çörəkxana –hamısı öz işini dinməz-söyləməz görürdü.Burada elə bir çətinlik də duyulmurdu. Biri, bir adam salamı başıyla almış,astagəl yerişə keçmiş,yerdə qalanlar da o rüsumu götürmüşdü.Elə bil heç bir yasaq, qadağa qoyulmamışdı. Sadəcə, hamı sözü bir yerə qoymuşdu , bu gün heç kim səsini çıxarmasın.Bir gün kənd, qəsəbə səssiz dolansın. Bir günə nə var. Bunun bazar-dükana da heç bir əngəli sezilmirdi. Əksinə,xoş-beş, söz-söhbətə gedən vaxt işə, tərpənişə bağışlanırdı.
Qəsəbənin arası laldinməzdi, elə bil doğrudan , insanlıq söz-sovsuz doğulmuşdu. Bunda böyük bir asudəlik vardı.
Duyuqçular,soraqçılar yal-yamaca, qoyun-quzunun,mal-heyvanın dağılışdığı örüşlərə də baş çəkmişdilər.Qayıdıb əl-qolla Xəlilə çatdırmışdılar ki, nəinki çoban-çoluq, biçinçi, heç doğrusu, qoyun-quzu da mələşmir, mal da böyürmür. Bir sözlə, qəsəbə dilsiz, büsbütün səmirsizdi. Bunu təkcə oraya yozmaq olmazdı ki,küçə-meydanda Gər Xəlil, onun küdükçüləri,eləcə də Şahverdi və Usubəli də dolanırdı. Adamlar bəlkə bir də Kamıyev yoldaşın iki milis, bir əməliyyat müvəkkiliylə harayasa Arazqırağına yollandığını, özü də çox başılovlu getdiklərini görüb , özlərini yığışdırmışdılar. Bu da vardı, amma uşaqdan böyüyə, hətta dərs keçən, ağacların altında cəh-cəh vuran məktəblilərin də səslərini kəsdiyini , müəllimlərin susduğunu yalnız Şahverdi və Usubəlinin dolanmağıyla anlatmaq doğru sayılmazdı.Ona qalsa, məktəb də, müəllim də gərək milisin, Şahverdinin görünməyindən ilhamlanıb, ürəklənib sədalarını bir az da qaldıra idilər.
Şahverdiylə Usubəli özləri də heç cınqır çəkmir, yanaşı yeriyir,bir-biriylə kəlmə kəsmirdilər. Bunu onların yan-yörəsindən laldinməz ötüb keçənlər də görürdülər.Belə dilsizliyi asayış keşikçilərinə yalnız yuxarıdan, rəislikdən verilmiş əmr, göstəriş təki anlamaq azdı.Hər bir kəs, bağlarda dərsini qurtarıb dəstə-dəstə evə dönən uşaqlar,onların arasında geridə, irəlidə gedən müəllim və müəllimə -Nazlı da işi sezmişdilər.
Demək, Usubəli və Şahverdi də əmr altında özgə bir əmrə əməl edirdilər. Bu, altdakı səssiz-səmirsiz əmr rəis verənə bənzəmirdi.
Gər Xəlilin hökmünün gücü bax , bu halda göründü. Böyük sayğı-saymaqlıq başladı. Belə ki, məktəb-müəllim əlindən qurtarıb, özbaşına buraxılmış uşaqlar da bağarası cığırlarda, qəsəbənin tək küçəsində, çaylaq yolunda dünən-sırağagünkü qaçdı-qovduya, hay-haraya uymayıb evlərinə, həyətlərinə dərsdə müəllimin istədiklərindən qat-qat artıq bir səssizlik içində getdilər.İş o yerə çatdı ki, balalar, yuxarı sinifdə oxuyan böyük uşaqlar evə çatcaq doqqazdan ,darvazadan analarını dəhmərləyib çağırmadılar: “Acından öldüm! Tez yemək ver!”.Bunu belə görən nənə-ana da allahdan minnət çəkib dinmədi. Həndəvər-həyətlərdə də elə bil qurbağa gölünə daş atmışdılar.
Gər Xəlil, Cəmşidlə Mürşüd çıxıb getsə, gözə görünməsələr də, kimsə cınqırını çəkməyəcək, heç kim dil-dodaq tərpətməyəcəkdi. Lallıq həvəsinə, dilsizlik ovsununa elə qapanmışdılar, oradan istəsələr də qopa bilməyəcəkdilər.
Bazarbaşında toxtayan Üçlük –Gər Xəlil,əlaltıları sükunət tələbinə el-obanın beləcə əməl etməyindən xoşlanıb,özləri də kütlədən örnəklənib,günün birinci yarısını dilsiz, qaş-gözlə sovub dağılışdılar.Hər biri öz evinə yollandı, günorta naharını yesinlər. Bu işi İmaməli aşxanasında da görə bilərdilər. Ancaq orası vardı ki, İmaməli bunu sonra , hansı günahınsa bağışlanmağı sanar, ayağını bir az irəli qoya bilərdi.Onun dalısınca o biri, çayçı, çörəkçi də cızıqdan çıxar, hökmün sındığını söylərdi.Odur ki, Gər Xəlilin işarəsiylə günortanı hər biri öz daxmasında , öz süfrəsinin qırağında dinməz-söylməz əyləşməli, olan-olmazla doyub toxtamalıydı.Belə də elədilər.
Gün əyiləndə padşah-məmləkət çaylağın o tayında ,təpəsi pöhrələnmiş qoca gərlərin altında görünüb, bu tayı bələdlədi. Adamlar günorta öynəsini yemiş, axşam havasına çıxmışdı.Qoyun-quzu, mal-heyvan örüşdən üzü bəri dönüb, obaya yaxınlaşırdı. Yeyib içmiş kişilər çayxanada əyləşib, Çinar altda, tutların kölgəsində daş üstə oturub, şirin söhbətə, olub-olacaqdan söz açmağa həvəsimişdi.Gər Xəlil adamlarıyla bunu güdür, gözləyirdi.Heyhat, yağlı bozbaşdan, pitidən sinirib, şilədən hortladıb toqqanın altını bərkitmiş insan söz-gapa meydan verib,təpərli danışığa qoşulmaq əvəzinə, toxluqdan sustalmış, “Laldinməz”in lapca dərinliyinə quylanmışdı. İşin bu sayaq gedişi hey’ətin ürəyini açırdı. Bununla belə, hər hansı yasağa, qadağaya,qoyulmuş şərtə əlbir-dilbir əməl olunmağında bir sönüklük, durğunluq vardı. Oyun- gedişat onda maraqlı,dadlı-duzlu olur ki, kimsə bir nəfər, özünü unudan, yolundan azan bir kəs şərti pozsun, hamılıqla yeridilən işin əksinə getsin,tərs davransın.Bu oyundu, oyunun əsər-kəsəri, zəndi-zodu onda görünəcəkdi.Padşah əyanı da bəlkə şah olardı ki, belə bir kəs, bəndə düzcə onların gözü qarşısında ortaya çıxıb,özbaşınalıq törətsin.Cəza cəza yerində, Gər Xəlil və köməkçiləri cazaya layiq bildikləri zavallıya minnətdar olardılar.
Hamı da bunu gözləyirdi. Doğrudur,gündüz iki-üç yerdə pozunuqluq sezilmişdi. Cəmşid unutsa da, dinməz-söyləməz bir adam olan Mürşüdün yadından çıxmazdı: Mir Kazımın zümzüməsi,ceviz ağacı altında bir müəllimin naxışlı çubuğu oynatmaqla qalmayıb,ağacın ilişgəsindən asılmış xəritədə hansı məmləkətinsə adını,yerini göstərəndə dillənməsi. Bir də Nazlı müəllimənin uşaqlarla birlikdə,həm də tək-“sola”oxumağı.Lakin gün elə səssizcə əyilməş, ötmüşdü ki, kiçik bir xata üstündə yuxarıdakı adamları cəzalandırmaq istəsələr, bu yeni heyətin amansızlığı sayılacaqdı. Hələ tezdi, siftə başdan özünü qəddar göstərib,qayda-qanunu gözə soxmaq,əyləncə-oyundan bəhrələnmək sövqü təki də yozulardı.
Hər halda, “Laldinməz” sükunətinin bir dilavər ucundan pozulmağı maraqlı olardı,bunlar da bir güclərini sınardılar.
Tərpəndilər İmaməli aşxanasına. Aşxama hələ qalırdı, şam yeməyi başlamamışdı ki, deyələr, hə, aşxana tünlükdü,bunlar da güdükçü təki gəliblər, açıq qapını döyməyə. Amma gün sovuşur, şərt soyuyurdu.Şər qarışana doğru hər kəsin dili açıla bilərdi.Bəlkə heç Gər Xəlil də üstünü vurmazdı.Sabah, ertəsi bundan betər şərt yeridiləcəkdi.
Aralıq küçədən döndülər Çinar meydanına. Köhnə kərpic dükanların səkisiylə,biri qabaqda, ikisi geridə yönəldilər qəsəbənin ən dadlı, ən ləziz xörəklər bişən bucağına.
Aşxana büsbütün seyrəklikdi,mətbəx soyumuş,xörək qoxusu sozalıb sovulmuşdu. Cəmşid mətbəxin gözündən içərini bələdlədi, ocaq-pilitə üstə qomuşmuşiri-xırda qazanlar da susqundu, İmaməli görünmürdü.
Girdilər içəri.
O yanda, uzun palıd masanın başından çuxa-arxalıqla iki kişi əyləşmişdi. Papaq da başda. İki güllü kasanı qabaqlarına çəkib yeyirdilər. İş-güc adamı,tərəkəmə-çölçüydülər.Gəlmişdilər heyvanın gedər-getməz, dəyər-dəyməzini Çinarlı bazarından öyrənib bilsinlər.Başlarını aşağı salıb, girib çıxanla maraqlanmadan günortanın gecikmiş öynəsini başa vururdular.
Gər Xəlil torpaq döşəmənin ortasında dayandı. İmaməlinin əlaltısı Səfərəli piştaxta üstə ucalan zağar samovarın odluğunu qurdalayır,külü tökürdü.
–Salamun-əleykum!
Paho! Bütün gün ərzində eşitdikləri bircə bu səsdi. Özü də dalda-bucaqda yox, açıq-aşkar, üzbəsurət dillənmişdilər.İki gəlmə kişinin biri, o yandan üzü bəri oturan,başını kasadan azacıq qaldırıb doğrulmuş, qızıl-qumral papaqlı, sarı uzunboğaz çəkməli,əynində yaşıl mahud frenc olan Gər Xəlili görmüş, çörək üstdən ayağa qalxmadan, bu da qayda idi,yerindəcə onu salamlamışdı.
Gəlmə olmağına gəlmə idi.Yoxsa,necə varlı-hallı adam olsa da,bu qələti eləyə bilməzdi. Qonağa yasaq-qadağa düşmürdü, məhkəməyə, qazıya çəkilsə də,üzürlü sanıb buraxacaqdılar. Bəs o sayaq, kişiyana, sayğılı salamı almamaq, ödəncsiz buraxmaq necə?
Gər Xəlil kişinin səsini unudub,onu dərindən dərinə süzdü. Beləcə, bir-birinə baxdılar. Kişi daha dillənmədi. Dedi,Xəlil tanınmış adamdı, ad-sanlıdı. Onların daş- torpağında çox atışıb, at oynadıb. O bunu tanımaya bilər. Salamını da hələ almır,götür-qoy eləyir:kimsən, nəçisən. Sən məni tanıdın,amma mən sənin yer-yurdunu bilmirəm.Baxmalı,yoxlamalı, tanıyıb biləndən sonra salamı da qaytarmalıyam.
Qonaq bir də qımzandı, daha nə isə söyləmək istəyəndə, qazanların arasından İmaməli çıxıb, özün atdı bunların arasına. Elə pörtmüş, təntimişdi ki,qonaq dedi,bəs böyük bir xəta baş verib;nədir-anlamadı,şaşırıb o da susdu.
İmaməli kişi, əmələsi Səfərəli qonaqların qabağındakı qabları boş-dolu götürdülər,çörəyi yığışdırdılar. Tərəkəmə xörəkdən sonra çay içmir,su içir. Su da odur, on addımlıqda çinar altından bir kəhriz axır, adam aparır: “Get, orada qarnın lıqqıldayınca iç , sən də yanındakı bu quşgötürəndə. Amma buradan indicə tərpənin, çıxın. Pulu da atın oraya, siməvarın böyrünə, lap istəyirsən at odluğa. Qalxın! Varlı-karlı kişisən, amma sən o halal duz-çörək, dur burdan əkil. Məni zibilə salma!”
İmaməlinin bu sözlərini qonaq elə aydın aldı ki, sözlə desə, bunca anlamazdı. Yerindəncə qalxdı, ardınca aradakı salam-kalamdan ürkmüş yoldaşı da qalxdı. Papaqlarını başlarına bərkidib,arxalıq çuxanın ətək-ütəyini sığallayıb,samovarın böyründəki siniyə bir üçlük atıb çıxdılar eşiyə. Geri baxmadan ayaq alıb tərpəndilər başyuxarı, cümə meydanına .
Qaldı İmaməli, Səfərəli; Xəlil və Mürşüd-Cəmşidlə üz-üzə, qabaq-qarşı! “Laldinməz” içində gözlərini bir-birinə dikib laldinməz baxışdılar. Hələ-hələ heç nə andırmadan susdular. Səfərəli qınına çəkilib, işin nə yolla bitəcəyini kirimişcə gözlədi. Baş aşpaz,aşxana yiyəsi onun da başçısıydı.Əmələni dəqiqəbaşı buyuran , yorub yortan ağasının indi əli-qolu yanına düşmüş,qul kökündə yerindəcə mıxlanıb qalmağı,cıqqır çəkmədən donmağı şəyirdə bir ara xoş gəlsə də , onun da qığlığı qurumuşdu. Qorxurdu gerisindən.Aşxana bəyini, onun öz ağasını gözləyən cəzadan. Şəbədəsi buna da toxunacaqdı.Ağa ilə nökərin, usta ilə şəyirdin eyin bir cəzaya layiq görülüb,həmin kəsməni birgə çəkməkləri canayatandı.Səfərəlinin ustası çox ilişgədən salamat qurtarmış, aşxanasının əlindən alınacağı halda,bunu da Hətəmxan təki öz yerində saxlamışdılar.Belə bir ehtiram –etibara layiq görülmüş İmaməli ağasının ondan qurtarıb,bunda ilişməyi qan qaraldan işdi.
İmaməlinin ,doğrudan, qanı elə qaralmışdı,kabab tikəsində qaysaqlanmış köz qırığı təki. “Laldinməz” içində lal baxışma bitdi. Baş vermiş xata,aşpazın suçu hər ikisinə aydındır. İmaməli kişi onu gözləyən tənbehin birdən vurub kəlləçarxa çıxmağından qorxub, cəzanı yüngülləşdirmək, qurtulmaq ümidiylə, əlbəttə, səs çıxarmadan, baxışı ilə dedi:
“-Mən neyləyim? Tanımadığım, bilmədiyim adamı. Gəlib oturub, bir loxma çörək yedi.Bilmir, soraqsızdı,bizim yerin oyun-məzəlliyindən”.
Cəmşid lələ Xəlil padşahı bu boş danışığa, özünü duruya çıxarmaq istəyən İmaməlinin çırpıntısına uymağa qoymadı. Elə İmaməlinin tərzində, əlbəttə, səssiz-sözsüz başa saldı:
“– O bilmir,sən bilirsən. İş pozquntu sənin dükanında baş verib. Ona görə də onun cəriməsi, cəzası büsbütün, artıqlamasıyla sənin boynuna düşür. Yalvar ki, dükanın ortasından təpəsiüstə asılmayasan! Sənə bütün qəsəbənin gözü qabağında bu qazanların hamısının bircə-bircə dibini yalatmasaq,allahına min şükür”.
İmaməli aşpaz başını əydi: “Boynum qıldan nazikdir”.
Cəmşid çənəsini atıb ,başını buladı: “Cəzandı çək!”
Mürşüd kişi insaflıydı,o, gözünü aşxananın torpaq suvağından çəkmədən bildirdi:
“– Səhərkən biz burdan ötəndə də, əlindəki kəfgiri oxudurdun!”.
İmaməli mətbəxə cumdu.Dəlmə-deşik plov kəfgirini qapıb gəldi,tutdu bunların gözü qabağına.
Gər Xəlil gözünün ucuyla kəfgirə baxıb,üz döndərdi. Cəmşid kəfgiri onun əlindən dartıb aldı, o üz-bu üzünə çevirdi: Az qaldı İmaməlinin təpəsinə çırpsın: “Buydu sənin səhər əlindəki kəfgir,ay imansız?! Bu, plov kəfgiridi,hələ bu gün işlənməyib. Sənin əlindəki bozbaş kəgiriydi,onunla qazanın kəfini götürürdün”.
İmaməli gördü,laldinməz danışdıqca ilişəcək. Odur ki, “yaxşı”,dedi,him-cimlə; gah qaşının birini qaldırdı,gah o birini, gah gözünü bərəltdi, gah ovurdunu şişirtdi. Bu yerdə az qalmışdı, lap belə yekə bir qələtə yol versin. Ovurdu dolanda , necə ki, balabançı züy tutanda ovurdu şişir,içərisi bir hıqqıldayır,bax, eləcə bir hıqqıltı qopdu. Bayaqkı,qonağın törətdiyi yalandı,heçdi. Bunun bircə sədası eşidildimi,qurtardı.O birini buraxıb, bundan yapışacaq,tərsləşib bütün acı-ağrını bu birinci günün “Laldinməz” ində qoyacaqdılar belinə.
İmaməli gözünü bunlardan ayırıb,dükan-aşxananın bircə gözündən eşiyə,aşağı aşağının yuxarısına baxdı.Bununla o, əsla ayrı söz çatdırmaq istəmirdi. Amma belə duyuldu: “Oranı unutmayın . Çinar altından o yana-bu yana.Kamıyev, Gəldiyev,Verdiyev yoldaşların şamı,şam yeməyi buradan gedir. Mən indi onlara firni, şüyüd-plov tədarükündəyəm,yüngül yatsınlar”.
Bunu qananda,cin vurdu Xəlilin təpəsinə: “Oranı bizim gözümə soxma. Ora oradı,bura da bura . Adamın dədəsini bu qazan- qaşıq qarışıq dalına şəlləyənlər, gündüzün gündüzündə bazaraşağı-bazaryuxarı qovarlar”.
Doğrudur, bunların elə cəzası ola bilərdi,qolu qandallı dustaq bucağı muştuluq sayılardı.
“Sən sağ, biz salamat!”
“Buyurun gedin.Allah mərdimazarın evin yıxsın.Motalpapaq köpəkoğlunun bir salamının girinə keçdim. Nə deyirəm,haçan , harda , nə cəza…”
"Onu sənə fərraş,duyuqçu,onbaşı çatdıracaq,biləssən".
Adamınkı gətirəndə gətirir.Bir var hər gün,günaşırı gəlib bu masanın qırağında hamı təki əyləşəsən.Səfərəli gətirə qabağına bir kasa bozbaş,bir büküm yuxa qoya.Yeyib sivirib,"bərəkət"deyib qalxasan.Bir də var var,iyirmi kişiylə çıxasan ortaya.Kölgəni görcək,İmaməli özü atıla aşxanadan yüyrə qabağına.Başının bütün yığnağıyla, dil töküb, səni götürə gələ ocaq başına. Bu mətbəxdə, bu aşxanada quş iliyi, can dərmanı nə bişirib düşürmək olarsa, hamısından 20 pay çəkə, sürünə-sürünə gətirə süfrəyə. O sayaq ki, ayrıca bir sahmanla bişirib, Səfərəlidən göndərdiyi yerlərin yeməyi Gər Xəlilə şam-nahar verilən xörəyin qabağında atabaxan cirəsindən artıq sayılmaya.
Aşxanadan kefi kök, damaqları çağ çıxdılar. "Lal dinməz"i təkcə bu gediş-tapışla saxlamaq olardı. Ertəsi başlansın ayrısı-gerisi. Amma elə bil biri Mürşüd kişiyə dedi ki, bir yuxarı , Məmməd bəy kəhrizinə də baş çəkin. Naxırın gələn vədəsi, orada da əlinizə bir şey keçə bilər. O, bu duyğusunu elə əyan sezdirdi ki, Xəlil padşah da duyuxdu, sarı uzunboğaz çəkmələrindən şər işartısı cilvələndi.
Tərpəndilər çaylaq yuxarı , Məmməd bəy kəhrizinin arxı boyunca, Qayaburun səmtə.
Gər Xəlil əbəs yerə Mürşüd kişini özünə vəkil götürməmişdi. Mürşüd dinməz-söyləməz , amma uzaqgörən adamdır. Havanın toranlaşdığı axşam çağında onun ağlına bir şeir gəlməsə idi, işarə vurmazdı. Buna "axşam bazarı" deyərdilər. Orada, çaylaq başında o nə gözləyir, nə arayırdı, bir yana . Bir də, geri dönəndə artıq qaranlıq aranı basacaqdı. Ötüb-keçən kim kimi görüb deyib, dillənəcək, səs-səmirə yol verəcəkdilər.Onda bəlkə bir əməlli-başlı kəs urcah oldu, keçdi caynaqlarına. Hər halda Mürşüd kişinin çaylaq başın seçməyi Gər Xəlil və meyxoş Cəmşiddən ötrü maraqlı idi. Onun şər vaxtı nə itiyi itmişdi ki, oyunun ilk həlqəsinin dolandığı, ilk günün sona vardığı anda bunları daşlı-çınqıllı çaylağın arasına salıb, çəkib aparırdı oraya, kimsəsiz kəhrizin gözünə, bəlkə ondan da yuxarı.
Çaylaq adasına- Səməd bağına yetişəndə, Mürşüd ayağını yavaşıtdı. Yuxarıdan qum-çınqıl qıjıltısı eşidildi. Sel olmazdı, sel gəlsə, qabaqca bir göy guruldayar, yağış-yağmur tökərdi. Qıjıltıyla birgə çaylaq arasına ağır hənir doldu. Guya çaylağı iki qola ayırmış adanın bu yanı, kəhriz səmtdən bir qara qoşun yeriyirdi. Ayaqlarının altında yer eşilir, çaylaq xışıldayırdı. Bir az da getmişdilər ki, qarşıdan neçə işartı işardı. Fınxırıq, hıqqıltı-hökgültü basdı çaylağı, çökəyi. Qabağa düşmüş qara-boz inəklər gəlib bunların iki yanından ötdülər. Ondan sonra naxır gurhayladı. Padşah-aləm vəzir-vəkiliylə qaldı heyvanın, qara malın arasında. Gəlib keçən inək,düyə , buğa , cöngə, dana-duna sahib zamana, Mürşüd-Cəmşidə toxunub, sürtünə-sürtünə ötürdülər. Yaxşı yemişdilər Xubyarlı örüşündə, Kümbəz kövşənində. Ala-toranda ağaran yelinləri paçalarına sığmır, ağır-ağır axışırdılar.
Çıxa bilmədilər aradan. Dillənmək də olmurdu, necə dillənəsən. Bu vədə, naxır obaya dönəndə hay-harayı dərəni başına alan Atdıxanın heç izi-tozu yoxdu. Mal sürüsü elə bil özbaşına getdiyi təki, özbaşına da örüşdən qayıdırdı; nə yiyə, nə çoban yoxdu, dəyənək şaqqıldamırdı. Buna allanıb Cəmşid, Gər Xəlil acıqlarını Mürşüdün üstünə tökmək istəyəndə, Mürşüd kişi dinməzcə, canının həniriylə hər ikisini başa saldı: özünüzü unutmayın. Atdıxan ki var,qulağı darı dəlir. Obaşdan çıxıb, qaranlıqda naxırla qayıtsa da, kənd-qəsəbə, bazar-dükanda nə baş verirsə, hamıdan gözəl bilir, soraq tutur.
Lal qaranlıqda, tutaq ki, malçı Atdıxanın səsinin batmağı aydın oldu. Bəs bu heyvan sürüsü niyə susur, bircə böyürtü eşidilmirdi. İnəkdi cavanı var, qocası var, yeyib yedikcə yazın yaya döndüyü uzun günün səhərindən axşamınadək qarnı tox, qanı duru.
Qaranlıqda üstlərinə gələn elə bil mal yox, kərgədan sürüsüydü. Bunun bircəsi buynuzunu keçirsə Xəlilin buduna, Cəmşidin qarnına,di gəl Mürşüd, cavab ver.
Eləsi olurdu düz üstlərinə yeriyirdi,Göz-gözə çatanda qızğın-harın bəbəkləri oynayır, heyvan duruxub dirənirdi. Buynuzsuz ötüşsə, nənən namaz üstə imiş. Şarıltı-şappıltı salıb axıra qalmış mal da ötdü. Qaranlıqda bir şey ağardı. Mürşüd kişi gözünü bu ağartıya dikdi. Gəldi,iki-üç addım qalmış aydınlaşdı. Atdıxan ağ eşşəyin belində, çomağı çiynində bunların düz üstünə sürürdü. İki yava-az-çaylaq arasında qalmış bu üç kişinin bəlkə yalın başından görüb seçmişdi. Heyvan yoxuşda ikən, hələ hava işartılıydı, onların buraya hansı niyyətlə yönəldiyini naxırçı anlayardı.
"Laldinməz"də ən dolaşıq iş, ən ağır cəza naxırçının Atdıxanın ilişməyi olardı. Onu çaylaq başında yaxalamaq,el-obanın zənnincə yeni heyətin ağlına gəlməz, onacan getməzdilər. Amma getsələr, hər gün, hər axşam heyvanı obaya endirən Atdıxanın çomağı tovlayıb, malı hayladığını, hansı şıltaq heyvanasa bir tolamazlı atıb, yiyəsini də qatıb-qarışıdırıb duzladığını görər, başlıcası, naxırçının səsini eşidərdilər. Buncuğaz bəsdi. Elə bəsdi ki, ta "Laldinməz"in möhləti sovuşub, o biri başalayanadək, ondan da o yana, hamı özünü, öz taxsırını unudub, kəndin naxırının, mal-heyvanın Atdıxanla birlikdə başına nə gətirələcəyini, hansı cəzanın kəsiləcəyini gözləsin.
Naxıra Mürşüd kişinin iki inəyi, bir düyəsi qoşulurdu. Naxırçının ilişməyilə bu nə qazanacaq, nə itirəcəkdi, burasını da unutmaq olmazdı. Naxırçı muzdu, aylığı az-azacıq deyildi. Bəlkə Mürşüd qağa buradaca ələ bir şey keçirəcəkdi, bir pay, bir ağnağız. Doğrusu, əsl ağnağızı dəyirmançı Hətəmxandan ummalıydılar. Orada o zalımı çıxmış üç kişini bir kömbə, yumruq boyda bir çolpa ilə yola salmış, dallarından dəymişdi. O heylə, Atdıxan da belə getdi. İşıqlanıb belindəki mazaratı da işıqlandıran ağ eşşəyin şəfəqi Mürşüd kişinin gözünü qamaşdırdı.
Ötüb gedən, yeyib toxalmış heyvanın çaylaq arasına şappaşaraq tökdüyü üfünətdən Gər Xəlilin boğazı göynədi, Cəmşidin ödü gəldi ağzına. Naxır aşağılarda,obanın girəcəyində ayrıldı. Denən, naxırçı bilirdi, bəs qanmaz heyvana nə agah olmuşdu, çal-çəpərə, qapıya çathaçatda barı birçəsib alasından ötrü mələdi.
Bircə səs gəlirdi, oda yaxında, dağın ətəyində üzə çıxan kəhriz-lağımın xortultusu. Qabağa Cəmşid düşdü, ardınca Gər Xəlil, geridə Mürşüd, yönəldilər kəhrizin üstünə.
Cəmşid lələ bəri başdan bir eşmə eşdi, mürşüd qağa çöməldi arxın qırağına. Papağını çıxartdı, əlini isladıb çəkdi alnına. Gər Xəlil nə suya əyildi, nə üzünü yudu. Arxın başı, daş-qaya yenicə ötmüş naxırın buraxdığı iy-qoxudan qurtulmamışdı. Çəkmələrin yan-yörədə buğlanan tərəzigözlü, qəttəzə lombaya batacağından çəkindi.
Kəhriz ağzından poqquldayıb axarda ürək soyudan bir sərinlik, təravət vardı. Gər Xəlil ağır buxara papağı başından aldı. Çağlayan axarın sərini paxırı çıxmış qafasını sərinlətdi, beyin ayazıdı.
Bu minvalla oradanca tərpəndilər, döndülər üzügeri. Gün bitmiş sayılırdı."Laldinməz" elə bir gedişatla başa gəlmişdi ki, onu uzatmağın ,heyətin qərarıyla iki-üç gün də saxlamağın adı yoxdu. Sabahdan keçirik, başlayırıq ikinci çilvəyə.
İkinci fəsil. İkinci mərhələ – "burcutma"
"Laldinməz"dən sonra, adətən, gəlirn"Dilaçma". Bu, bütünlükdə qırxdolaq oyunun ikinci mərhələsi təki də seçilə bilər. "Laldinməz"in də, bunun da yerini dəyişib, oyunun gedişindən asılı, ortaya, axıra da ötürmək olar. "Dilaçma" oyununda iştirak edənlərindən birinin xatası üzündən cəza təki də götürülür. Bununla belə, Gər Xəlil, onun əlaltıları Mürşüd kişi və Cəmşid kişinin düşüncəsincə "Laldinməz" bütünlükdə yaxşı keçmiş, doğru başa gəlmişdi. El-obanı bir gün büsbütün susqunluq içində saxlamış yasaqdan sonra görək bir şux, könülaçan əyləncəyə keçsinlər. Hələ gecəykən, Məmməd bəy kəhrizinin başında bir-biriylə lal dillə sağollaşıb, hər biri öz evinə yönələndə, Gər Xəlilin yenicə doğmuş ay işığında, daşlı cığırda bir balaca sərpdiyini, büdrədiyini görüb Mürşüd anlamışdı ki, ertəsi, sabahı "Burcutma"ya açılacaq. Elə də oldu.
Gər Xəlil başının dəstəsiylə ertəsi gün qalxmamış kəsdirdi bərəni. Bazar yenicə işə düşmüşdü. Piştaxtanın üstündə qatıq qazanları, süd sərnicləri, bu səhərcə təndirdən çıxmış , üzü yumurtalı, quyruq təki əllə yırğalanan çərəklər, bir torba da yenicə yetişmiş qırmızı alça qoyulmuş, torbanın ağzı çırmanmışdı; içindəki tox qırmızı alça arabir gəlib dükanda satılan yumru şirinlərə oxşayırdı. Mürşüd kişinin damağı gicişdi alçanı görəndə.
Bazardan, onun həndəvərindən hələ səs çıxmırdı. Aya, bəlkə hələ bər-bəndə bilmirdi ki, "Laldinməz" bitib, qurtarıb. Halbuki elə bir az bundan qabaq padşah əyanı öz mətəsinə yığışanda , Gər Xəlillə Cəmşid görüşəndə, deyəsən bir-birinə səslənib salam vermişdilər. Bunun üstündən, çaylağın o tayından bəri keçən Mürşüd cığırın ortasında nəsə bir qurcunmuş, burcunmuşdu. Gəlib öz yoldaşlarına yetirməyilə də yerində bir balaca bulanmış, gerisini sağa-sola əymişdi. Həssas olan hər kəs görək bu tərpənişin nə demək olduğunu oradaca anlaya idi:
Yarəhmədli arvad qatıq çıxartmışdı bazara, özü də,o iri qara qazandan yekə bir şalla baş-gözünü bürümüşdü, qonşusuna pıçıldadı.:
–"Laldinməz"dən keçiblər o birinə.... "Burcutma"dı, deyəsən.
Elə bu vaxt Bazarbaşı meydanında Rəqib göründü. O, Qayaburundan sürüşkən cığırla endi, yönəldi Bazarbaşına. Hələ aralıdan Xəlil kişigilin öz yerlərində sappasağ dayandıqlarını görüb, axşamdan aldığı sorağın ucundan tutub, bir yoxlamaq istədi. Hər ehtimala qarşı səsini çıxarmırdı. Bunun onsuz da əsgisi tüstülüydü.
Bir iş olmuş, Rəğib olan-qalan hörməti itirmişdi. Qadınlar, zənən xeylaqları iti görüm,qurdu görüm, Rəğibi görməyim demişdilər.
Bu yerdə ilk kərə idi qadınların bayramı, 8 Mart günü geniş təntənə ilə keçirilirdi. Bütün mahalda ilk klub da qəsəbə də yenicə tikilib başa gətirilmişdi. Yalda, yol üstə ucalmış klub taxıl anbarına oxşasa da, onun tezcə işə düşməyilə hamı anlamışdı ki, quru-boş sözlə qadınları azadlığa çıxarmaq olmaz. Gərək klub tikəsən, qadınları siftə-siftə evici məclisə gətirəsən. Qapalı, örtülü bir damda onları yavaş-yavaş açılışdırıb, sonra havaya, genişliyə, tarlalara, idarələrə çıxarasan. Klubun pəncərələrini elə yuxarıdan qoymuşdular, əgər bir kələkbaz qadınların iclasında nə baş verdiyini bilmək istəsə, gərək quş olub göyə qalxa idi. Oradan, cıqqılıca gözlərdən içərini görsün. Örpəkli, şallı zənənlərin, Gəldiyev yoldaşın və Verdiyev yoldaşın sözüylə, Nazxanımın çalışmağıyla evlərdən bir-bir çağrılıb, kluba yığılmış övrətlərin özlərinin necə apardığını, minillik qaramatdan necə qurtulduğunu anlasın.
Kişi adına yığıncağa Rəğib də çağrılmışdı. Rəğib muzdur komitəsinin üzvü olmuş, qadınlar şurası da onu öz işinə qoşmuşdu. Keçmişin muzduru indi kənd qabaqcılıydı. Həm də burası vardı ki, Rəğib oracan görünüşsüz, əyin-baş bir yana, sir-sifətdən, hal-darmanışdan bir görkəmdə idi ki, onun görünməyindən bircə zənən, qadın çəkinməzdi. O da elə buların biri, qardaşı, qardaş deməsən də, Rəğibdi də. Ondan nə utanmaq.
Keçmişdə qəza mərkəzi olmuş qəsəbədə tikilmiş klub elə ürəkaçan bir yerdə idi ki,hamı elə bilirdi klub fəhlə-kəndli hökumətinin qadın azadlığı şüarının canlı,gerçək göstərməsidi.İlk quruculuq timsalı qadınların adıyla bağlanmışdı.Yaylıqlı-örpəkli qadınlar ikibir,üçbir yal başına dırmanmaqla elə bil hamını,hər kəsi agah edirdilər:"Bu bizik! Kluba gedirik.Orada iclasımız olacaq,hüquq barabarlığı veriləcək.Gəldiyev,Verdiyev yoldaşlar da bu gün bizimlədi".
Zənənlərdən başqa,bir də deyildiyi kimi,həmin yığıncağa Rəğib çağrılmışdı.Rəğib,kənd əməkçiləri, o tay-bu tay yaranmaqda olan artel-kolxoz adından qadınları alqışlamalı, söz deməliydi.
Axır vaxtlar qızışmış iclaslarda Rəğib tez-tez nitq söyləyirdi.İndiki təki yazıb üzündən oxumur,sinədən döşəyirdi.Cümləsinin mübtəda-xəbərinin yerində olub-olmadığına kimsa baş qoşmurdu.Başlıcası o idi ki,ürəkdən dillənsin.Nə olar,bir az türkəsayaq səslənəndə.İstismar zəncirindən yenicə qurtulmuş, bəy-xan balaları təki məktəb görməmiş, Peterburqda, Moskva, Kiyevdə təhsil almamış muzdurun,yoxsul kəndçinin,qalib gəlmiş proletar balasının danışığı,nitqi elə belə də olmalı,qızğınlığı,od-alovu ilə hər hansı ziyalının ölçü-biçili nitqini,yazılı çıxışını basıb bağlamalı,sıradan çıxarmalıydı.Nə qədər kobud,yontulmamış olsa,bir elə yaxşıdı,əməkçidi.
Beləliklə,bütün bunları düşünüb,Rəğibi yığıncağa,toplanışa gətirirdilər.Çaylağın o tayında-kənddə kolxoz yenicə yaradılmışdı.Rəğib ellikləşmədə can-başla iştirak etmiş,bir keçi,bir palan,bir də təptəzə noxta vermişdi.Ağlı-qaralı sürüsü, ilxısı alınmış hampadansa,əli-qabarlı muzdurun,lüt-yoxsul Rəğibin yardımıyla birlik-kolxoz özülünün daha möhkəm olacağına sarsılmaz inam vardı.
Deməli,qadınların həmən ilk yığıncağında,klubda,salonun başındakı ala-toran səhnədə,eninə qoyulmuş qırmızı örtüklü masanın arxasında cərgə ilə bir kişi,bir qadın əyləşmişdi.Səhnədəki qadınların hamısının başı açıqdı.Başlarının açıq olduğunu göstərməkdən ötrü hər biri qara saçın yoğun hörüyünü atmışdı irəli,sinəsinə.Hörüklər şahmar təki qıvrılmışdı kökslərində.Evlərdə də neçə şallaq,qamçı,şahmar təki qıvrılıb,onların oradan qayıdıb gəlməyini gözləyirdi;bir bunların boyun-boğazına dolanıb,kürəklərini yalasın.Hökumətlə hökumətlik eləyə bilməzdilər.Halal,doğma arvadlarıyla doğma ev-ocaqda ürəyi istəyən təki davranmağa hələ ixtiyarları çatırdı.Hökumət,ya ər-arvadın üstündə hansının hökmlü olduğu beləcə görünəcəkdi.Şallağın dili kürəyindən üzaşağı şaqqıldayanda,cıqqırını çəkəcək,"Laldinməzdən"çıxacaqdımı,ya şikayətə qaçacaqdı?Bacarır qaçsın.
Bütün hədə-qorxuya baxmayaraq gəlmişdilər.Əyləşmişdilər cərgə-cərgə aşağıda,uzun-uzun oturacaqlarda yanaşı.Bir-birinin ətrini-hənirini alır,öyünür,çiçəkləri çırtlayırdı.
Səhnədə ortada Nazxanım,bir yanında Verdiyev,bir yanında Gəldiyev,o biri başıaçıq qadınlar əyləşmişdilər.Dedilər, danışdılar.Axıramacal kənd əməkçiləri adından söz verildi kolxoz qabaqcılı Rəğibə.
İki yüz altmış beş nümayəndə qadının göz dikdiyi mübarək məclisdə Rəğib coşdu ,nə coşdu.Qabağı necə başlamışdı-o, heç.Maraqlı onun nitqinin axırıydı:
– Qadınlar bizim başujalığımız ,dayağımızdı.Ağız dadımız ,duz şəkərimizdi qadınlar.Biz qadınları sevməliyik !– Rəğib xitabət kürsüsündən yana çıxmış ,qollarını açmış ,var səsiylə bəyirmişdi:
– Qadın can-ciyarımızdı ,onlarsız bircə günümüz-gecəmiz olmasın! Biz qadınları var gücümüzlə qucub,bağrımıza basmalıyıq !
Bu sözləri əgər Gəldiyev ,Verdiyev kimi abırlı ,ağzı-gözü düz bir kəs söyləsə ,hətta nitqində buna oxşar təkliflər irəli sürsəydi ,heç kim inciməzdi.Bu muzdur zırramanın ləfzi , danışığı elə şüursuzdu ,düz söz də əyri çıxırdı ağzından ,alaşıq-dolaşıq bir şey alınırdı.Odur ki ,səhnədə əyləşmiş yoldaşlar tərpənişdilər.Aşağıdakı qadınlar vaysındılar ,qızardılar ,çoxunun ürəyi sıxıldı ,peşmanlıq baş qaldırdı.Ev ,ər ,şallaq qamçı!Bilsə idilər, burada kim nə danışıb, idimsiz Rəğib nə sözlər deyib və onların arvadları da bu sözləri eşidiblər,qurtardı.Şillə-şapalaq altından çıxa bilməyəcəkdilər.
Rəğibi, əlbəttə,susdurmaq gərəkdi.Yoxsa qızışıb qımzanırdı.Bircə-bircə siftə səhnədəkiləri qucub bağrına bassın,bərk-bərk öpsün ,ondan düşsün aşağı ,daraşsın oradakıların canına.Bu şorbadan nə desən gözləmək olardı.
Gəldiyev Verdiyeve baxdı, Verdiyev Nazxanıma.Kamiyev yoldaş başını dikəldib diqqət etdi Rəğibə ,heç biri dillənmədi.
Rəğib bir də ağzını açmaq istəyirdi ki,gözü salona sataşdı.Oradaca ,xitabət kürsüsünün bu yanında ,qolları açıq donub qaldı.
Qadınlardan bir neçəsi nə qədər həyalı ,utancaq olsalar da dəbərmiş, qabarmışdılar.Rəğibi söyüb,abrını alıb çıxıb getsinlər ev-eşiklərinə.Qalmışdılar əsə-əsə.Rəğib də qurumuşdu.Gözü dikilmişdi bir neçə cərgə geriki yerdə ,sol yandan ağaca qalxmış ,səsini çıxarmadan onu bələdləyən qadına.Rəğib onu görmüş ,udquna-udquna qalmışdı.Bu , ağaca qalxan övrət qopur Səlimin arvadı Həliməydi.Həliməyə baxa-baxa Rəğibin niyə susduğunu,bəlkə birinci anlayan Nazxanım oldu.O günlər qəsəbədə ,kənddə gedən bir oyunun hansı mərhələyə çatdığını Nazxanım bilirdi.
Onda nə Gər Xəlil padşah taxtına çıxmışdı,nə də Mürşüd ,nə Cəmşid vəzir-vəkildilər.Padşah ,Həlimənin əri çopur Səlimdi.Elə xırsız, əzazildi,bircə adamın on ağaclıqda xata çıxardığını bilsə,oradaca ən ağır-amansız cəza verəcəkdi.Onda ,qadın bayramının ilk kərə baş tutduğu o günlərdə çopur Səlimin başçılığıyla gedən oyun Laldinməzdə idi.Kişilərin oynadığı oyunda bir adamın, məsələn,Rəğibin dalda-bucaqda deyil,kütlə qabağında ,adam yığnağında,özünün dediyi təki,qutab kürsüsündən danışmağı ona çox baha otura bilərdi.Bir halda ki,o il çopur Səlimin arvadı da padşah xanımı sayılırdı,onun da hökmü keçirdi.İndi o, ayağa qalxıb,Rəğibi nəinki susmağa vadar edir,hələ desən ,Laldinməzlə çatal oynayan Donmanı da yadına salırdı.Təkcə çopur
Səlimin yox,çoxlarının Rəğibi gözü götürmürdü.Muzdur komitəsi,müsadirə daha sonra artel-kooperativ yaradılmasındakı çalışqanlığını xorlayır,girəvə axtarırdılar.Rəğib qurşandığı oyundan da qalmır,bütün şərtə əməl edirdi.Bu yerdə onun susmağı, donmağı yalnız oyunla bağlı ola bilərdi.Burasını hamıdan qabaq iki adam anladı:Rəğib özü,bir də Nazxanım.
Rəğibi çağırdılar,hay vermədi,tərpətdilər,tərpənmədi.Eləcə qolları açıq ,ağzı açıq donub bostan uyuğu təki qaldı səhnədə.
Ara qarışdı.Övrətlər duruxdular.Yığıncaqda siravi qadınlardan savayı ,Nazxanım da gözəl danışmışdı,kişi qisminin Gəldiyevin,Verdiyevin ,hətta Kamıyevin dinib,bircə kəlmə söyləmədiyi də içəridəkiləri şəkləndirmişdi.Belə bir söhbət gəzirdi:Gəldiyev, Verdiyev ,hətta Kamıyev yoldaş da oynayırlar.Eldən ayrılmayıb,onlar da bu yerin çox maraqlı əyləncəsi olan haman oyunda gizlincə iştirak edirlər.Neçə dəfə görülmüşdü ki ,bu yoldaşlar Bazarbaşında padşahı,onun əyanını görcək laldinməz ötüb keçmiş,yaxud ayaqlarının ucuyla yeri qurdalayırmış təki balaca burcunmuş,daha sonra ,o biri silsilə oyunları da örtülü şəkildə başa çatdırmışdılar.Belə olduğu halda,Rəğib nə karə idi,padşah arvadı qızıl- qırmızı ayağa qalxıb onu gördüyü,özünü göstərdiyi yerdə yenə danışa,tərpənə idi.Nə danışmaq olmazdı-Laldinməz,nə də tərpənmək –Donma .Ta səni buna vadar edən kəs,bu yerdə,çopur Səlimin arvadı əyləşməyincə.O da nə əyləşir,nə də donmaq halından çıxır ki,Rəğib tilsimdən qurtulsun.
Rəğibin bütün qulluqbazlığı,nitqlər,çıxışlar bu hadisədən sonra bitdi.Onun qutab kürsüsünə sinə gərməyinə də son qoyuldu.Nazxanım işdən agahdı,Gəldiyev və Verdiyev yoldaşları başa salmışdı ki,Rəqibin səhnədə quruyub qalmağının kökü hardandı,nədi!
Oradaca səhnədəki qadın-kişi güc- bəla ilə Rəqibi donduğu yerdən qoparmış,çəkib aparmışdılar.Bunun üstdən,Rəqib düz bir həftə heç kimlə,evindəki övrətiylə də kəlmə kəsməmişdi.Nə oyun,nə oynamaq.Guya onun səhnədə doğrudanca dili batıbmış,quruyubmuş,ona görə də o kökə düşübmüş.
Buna uyan kimdi!Oyun iştirakçıları,padşah heyəti rəqibin bu hoqqasnı oyun tarixində misilsiz bir davranış təki qiymətləndirilmiş,silsilə bitəndə rəqibə bir cüt güllü-gözəkli corab,bir dağarcıq buğda bağışlamışdılar.O da bundan kövrəlib,sınıb sıtqımışdı.Yeni yaranan kolxozun dayağı idi:qəşəng bağ suvarsın,arx atlasın,kehriz lağımlarını təmizləyib,dol çəksin.Əkin-biçində kolxoz yaranışının sahəsində göynən gedirdi.
Bununla yanaşı,Rəqib daha xitabət kürsülərinə çağrılmadı,kütləvi tədbirlərdən yadırğadı,pisikdi.Soldan sağa meyillənmiş,hətta Padşah oyununa onda yeni bir həvəs baş qaldırmışdı.Çındırından çin ürkən rəqib padşah varlığının belecə bir oyun,rəmz şəklində yamsılanmağında muzdurla ağa arasında minillik qarşılığın bir yeni ,xoş nişanəsini anıb,başını qoşmuşdu!Bu həm də onun çıxış kitabını bağlayan yoldaşlara ibrətdi.Muzdurun yolundan dönməyi böyüklərin canına üşütmə salırdı.Bir halda ki,deyilənə görə,özləri də oynayırdılar.
Səhər- səhər hələ bir siftə eləməmiş Rəqibin ortaya çıxmağı,burcutmanın ilk qonağı təki görünməyi Gər Xəlili,Cəmşid və Mürşidi açmadı.Doğrudur,həmişə olduğu tarixdən bilindiyi təki ,oyun olsa da,padşahın,bəybəyin paxıllıgını çəkər,qanına yerikləyər. Bu sarıdan Gər Xəlil çox istərdi ki,çopur Səlimin hökmranlığı ilində baş vermiş oyun,kulubda qadın yığıncağındakı hal onun hakimiyyəti günündə olmuş olaydı.Belə işlər unudulmur.Su gələn arxdan bir də gələr,deyiblər.Göydə Allah, yerdə padşahdı.Hər halda ,bu rəqibdən yenə nə isə gözləmək olardı.
Rəqib Bazarbaşında var-gəl elədi.Harayasa birliyin bir işinə gedəcəkdi.Siftələrdəki təki o başdan getmirdi,sava çıxmışdı evdən.İş-gücdən qabaq bazarı yoxlayır,Gər Xəlili güdürdü.
Gəldi bunların qabağına.Dayanıb üç addımlıqdan baxdı.Tük basmış qarışıq bığ-saqqal arasından ağzı açıla qaldı.
–Səbbahın xeyir olsun,Rəqib-deyəcək Mürşid kişi,Rəqib dörd addım geri çəkildi.Dayanmayıb xeyli aralandı.Oradan tərpənib gəldi.Bunların qarşısından qovzanıb,qollarını ata-ata,burcuna-burcuna ötüb keçdi.
–Ə,dədayın goru haqqı ,məndən bir şey qopara bilməzsiz!– deyib,Bazarbaşına düşən harayı ilə bunlara bir gəliş gəlib aralandı.On addım gedəndən sonra oradan bir vida burcunması göstərib,baş aldı çatsın kolxoz işinə.
Beləliklə,Burcutmanın siftə gedişini Rəqib yerinə yetirdi.Qalan nə ki kütlə ,ötüb gedən vardı,bunlar da haman qaydaya əməl etdi.
Aydındı,Laldinməzdən sonra əgər vəzir-vəkilin ,ondan yuxarı-padşahın bir göstərişi-dəyişikliyi yoxdursa ,bu da az halda ola bilərdi,deməli ,başlanır Burcutma .Oyun silsiləsinin bu parçasının dəb-dəbərkəsi bu idi ki,gərək hər bir kəs istər qadın ,istər kişi Burcutmanın getdiyi millətdə harada kiminlə qarşılaşdısa ,ona salam verməklə birlikdə,özünü bir balaca burcutsun;o da qarşıdan gələn ,yandan çıxan da.Bundan sonra istəyir dayanıb söhbət etsinlər,istər çıxıb getsinlər.Yaxşı olar,gedəndə,ayrılarkən də azacıq burcunub,xoşluqla aralansınlar.Qaldı padşah və onun başındakı dəstəyə ,o da belə idi:onların civarına ,mətəsinə çatmağa ən azı on addım qalmış ,bir də on addım uzaqlaşmış,gərək iki kərə gəldikdə və aralandıqda burcuna idin.Burada elə bir çətinlik yoxdu,əksinə,xoş və məzəli davranışdı.İnsandi, həmişə ölçülü-biçili yaşamaqdansa,qoy bir gün ,bir kərə beləcə işvələnsinlər;kişi oldu kişi,qadın ,oldu qadın.Qadının bu oyuna əməl etməyi bir yandan baxanda asandı.Biz bunu Nazxanımın timsalında görəcəyik.Özgə yandan baxanda müşküldü,biz bunu da ŞKM məktəbinin gözəl müəlliməsi Nazlının timsalında görəcəyik.
Bazarbaşına ötən ,oradan qayidan bir neçə kəsin Üçlük qarşısından ötəndə iki-üç yol burcunmağına göz yumsaq ,onda gəlib çıxırıq o ana ki,Nazxanımla onun əri,yeni dildə desək,yoldaşı- həyat yoldaşı Ataş kişi ,onda hələ cavanca cahıldı,ona görə də Ataş deməliyik,bəli,Ataş göründülər.Çinar altından çıxıb,Bazarbaşına doğru qoşa yerişlə irəlilədikcə,padşah əyanı qarşısında bunların nə kökə düşüb,hansı davranışla davrandığını canlı şəkildə göstərməkdən ötrü ,qabaqca hər ikisinin bir yığcam təsvirini verək.
Bepul matn qismi tugad.