Kitobni o'qish: «Fələklər yandı ahimdən… Seçilmiş əsərləri»

Məhəmməd Füzuli ibn Süleyman (1494 – 1556)
LEYLİ VƏ MƏCNUN
DİBAÇƏ
İlahi, Leyliyi-sirri-həqiqət sərapərdeyi-vəhdətdən iqtizayi-zühur edib təcəlliyi-cəmalilə fəzayi-surəti müzəyyən etdikdə və Məcnun ruhi sərgəşteyi-badiyeyi-qəflətdə ikən ol şəşəəyi-cəmalı görüb, inani-ixtiyari əldən getdikdə əgər əlaqeyi-abayi-ülvi və rabiteyi-ümməhati-süfli ol ləzzəti-canfəzayə və məsərrəti-dilgüşayə vaqif olmayıb, firibi-məvaizgunə və hiyleyi-nəsayehnümunə ilə mühərriki-silsileyi-inqitai-peyvəndi-vüsal və müdəbbiri-vəsileyi-infisali-iqdi-ittisal olmaq etsələr, təvəqqə oldur ki, nə ol Leyliyi-aləmarayə bu təqrir rəf'i-hicabi-cismanidə mövcibi tə'xir ola və nə ol Məcnuni-cahanpeymayə bu təqdır nəfyi-təsəvvürati-nəfsanidə baisi-təqsir. Və əgər bəhaneyi-fəsanə ilə eşqi-həqiqi və hüsni-əzəlidən füzəlayi-bəlağətpişə və büləğayi-fəsahətəndişə cəvahiri-əsrarı rişteyi-nəzmə çəkib və səməreyi-iğmazı şəcəreyi-ibarətdən götürüb, niqabi-xəfa və hicabi-əna rəf etmək istəsələr, tərəqqüb oldur, hüsni-müsaidəti-sübhani və lütfi-müvavinəti-rəbbani hüsuli-mərtəbeyi-vüsulə və hüzuri-dərəceyi-zühurə mümtədd olub, Leyliyi-təxəyyülati-xaslarına və Məcnuni-hüsn ixlaslarına ihanəti-təşnii-süfəhadən və zilləti-e'tirazi-büləhadən ki, itlaqi-təərrüzləri əş’arə və təsəvvüri-göftarə məsabeyi-tə'ni-bihudeyi-Leyli və mənzileyi-mən'i-bifaideyi-Məcnundur, mümtəne-təsir ola. Və əgər bu fəqiri-müstəham Füzuliyi-bisərəncam ğayəti-qilləti-bəzaət və nəhayəti-nəqsi-əmtəəyi-fəsahət ilə istidayi-indiraci-silki-ərbabi-həqayiq və təmənnayi-inxirati-silsileyi-əshabi-dəqayiq edib, xəzaneyi-hüsni-Lcyli təsxirinə və xərabeyi-eşqi-Məcnun tə'mirinə azim olur. Tərəssüd oldur ki, ol tərzi-xaməvü nəqşi-namə əhsən vəchilə müyəssər olub, hekayəti-Leyli kimi aləmgir və möhnəti-Məcnun kimi bəqapəzir ola.
RÜBAİLƏR
I
Ey nəş'əti-hüsni-eşqə tə'sir qılan!
Eşqilə binayi-kövni tə'mir qılan!
Leyli səri-zülfünü girehgir qılan!
Məcnuni-həzin boynuna zəncir qılan!
II
Tutsam tələbi-həqiqətə rahi-məcaz,
Əfsanə bəhanəsilə ərz etsəm raz,
Leyli səbəbilə vəsfin etsəm ağaz,
Məcnun dili ilə etsəm izhari-niyaz.
III
Lütf ilə şəbi-ümidimi ruz eylə!
İqbalımı tövfiq ilə firuz eylə!
Leyli kimi ləfzimi diləfruz eylə!
Məcnun kimi nəzmimi cigərsuz eylə!
BU, HƏZRƏTİ-İZZƏTDƏN HƏMD İLƏ İSTİMDADİ-MƏTALİBDİR VƏ ASARİ-ŞÜKR İLƏ İSTİD'AYİ-SƏTRİ-LAİBDİR1
Əlhəmdü livahibil-məkarim,
Vəş-şükrü lisahibil-mərahim.
Və hüvəl-əzəliyyü fil-bidayət,
Və hüvəl-əbədiyyü fin-nəhayət.
Qəd şaə bi-sünihi-bəyanüh,
Ma əzəmə fil-bəqai-şənüh.
Sübhanəllahi-zəhi-xudavənd,
Bişibhü şərikü mislü manənd.
Məşşateyi-növrusi-aləm,
Gövhərkeşi-silki-nəsli-Adəm.
Sərrafi-cəvahiri-həqaiq,
Kəşşafi-qəvamizü dəqaiq.
Peydakoni-hər nəhan ki, başəd,
Pünhankoni-hər əyan ki, başəd.
Me'mari-binayi-afəriniş,
Sirabkoni-riyazi-biniş2.
Yarəb, mədədi ki, dərdməndəm,
Aşüftəvü zarü müstəməndəm!
Əz feyzi-hünər xəbər nədarəm,
Cüz bihünəri hünər nədarəm.
Şüğli-əcəbi giriftəəm piş,
Pişü pəsi-u təmam təşviş.
Səngist bərahəm uftadə,
Bəhrist məra həras dadə.
Tövfiqi-toəm əgər nə başəd,
Vər lütfi-to rahbər nəbaşəd.
Müşkil ki, dərin giriveyi-təng
Lə'li bə dərarəm əz dili-səng.
Müşkil ki, murad rox nəmayəd,
Zin bəhr düri bədəstəm ayəd.
On kon ki, diləm füruğ girəd,
Lövhəm rəqəmi-səfa pəzirəd.
Ayineyi-xatirəm şəvəd pak,
Rövşən gərdəd çiraği-idrak.
Qofli-dəri-arizu betabəm,
Hər çiz tələb konəm beyabəm.
Bəxşəd be riyazi-dövlətəm ab,
Əbri-kərəmi-rəsulü əshab!3
BU, ŞÜKUFEYİ-GÜLZARİ-TÖVHİDDİR VƏ NÖVBAVEYİ-BUSTANİ-TƏMCİDDİR4
Ey munisi-əhli-zövq yadın,
Əbvabi-əməl kilidi adın!
Ey gənci-əta tilismi ismin,
Sən gənci-nihan, cahan tilismin!
Ey cudi vücudi-kövnə vahib,
Zati kimi e'tirafı vacib.
Ey silsileyi-vücudə nazim,
Rəzzaqi-ərazilü əazim.
Ey pərdəkeşi-rümuzi-mübhəm,
Müstəhfizi intizami-aləm.
Ey nəqştərazi-səfheyi-xak,
Sahibrəqəmi-xütuti-əflak!
Ey möhtəsibi-cihati-ərkan,
Kani-gühəri-vücubü imkan!
Ey məbdəi-feyzi-afəriniş,
Səndən rövşən çiraği-biniş!
Ey pərdeyi-masiva niqabın,
Səndən özgə sənin hicabın!
Ey sirri-vücudun əmri-məlum,
Mövcud həmin sən, özgə mədum!
Ey yeddi gülü doquz gülüstan
Feyzi-kərəminlə səbzü xəndan!
Ey varı yox eyləyən, yoxu var,
Yox varlığında zənnü inkar!
Ey şahidi-qeyb pərdədari,
Fikrin güli-mə'rifət bəhari!
Ey aləmə feyzi-cud səndən,
Xəlqə şərəfi-vücud səndən!
Ey cümlə cahan sənə rizacu,
Səndən xali, səninlə məmlu!
Ey şəm'i-əzəl fitiləsuzi!
Bəzmi-əbəd əncümənfiruzi!
Ey şirkü şərikdən münəzzəh,
Sirri-əzəlü əbəddən agəh!
Ey bari xudayi-aləmaray,
Təhsin işinə həmin ola rə'y!
Əhsəntə, zəhi həkimi-kamil!
Nə şükr ola sün'ünə müqabil?
Fitrət rəqəmin çəkən zamanda,
Həqqa ki, bir əmri "kün fəkanda";
Höktn etdin ki, nə ola əhval,
Nə vəz' ilə çizginə məhü sal.
Dövran nə zamanda ola axir,
Hər dövranda nə ola zahir.
Necə ola fərdi-nəsli-Adəm,
Hər fərdi onun nə edə hərdəm.
Əşyaya çox etməzəm təhəyyür,
Səndən yanadır həmin təfəkkür.
Əşya əcəb olmaz olsa zahir,
Çün var sənin kimi məzahir,
Əmma çü sənə qədimdir zat,
İdrak sənə yetərmi, heyhat!
İdrakimizə kəmali-heyrət,
Tövhidinə bəsdürür dəlalət.
Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki, bilmək olmaz.
Ol dəm ki, urub binayi-möhkəm,
Çəkdin rəqəmi-nizami-aləm,
Həqqa ki, xoş intizam verdin,
Arayişini təmam verdin.
Etdin gərəyin gər az, gər çox,
Bir nəsnə gərəkli yox ki, ol yox.
Bir növ ilə eylədin mühəyya
Kim, gəldi qüsurdan mübərra.
Əşyadə əgərçi raz çoxdur,
Ol kim ola razın onda yoxdur.
Əşya necə səndən olsun agah,
Əlqüdrətü vəl-bəqaü lillah.5
BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ' MƏ'DƏNİNDƏN BİR GÖVHƏRDİR6
Ya Rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
Torpaq idim, eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyi-əqlə bir qübarəm.
Nəm7 var ki, laf edəm özümdən,
Məhv eylə məni mənim gözümdən.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldın mənə qeybətimdə rəğbət.
Can verdinü sahibi-dil etdin,
İdraki-ümurə qabil etdin.
Gər səfheyi-surətə misalim
Çəkməzdi qəza, nolurdu halim?
Hala ki, həvaləgahi-cudəm,
Məqbuli-səadəti-vücudəm,
Yüz şükr ki, yox sənə xilafım,
İnsafım var, var e'tirafim.
Öylə degiləm ki, bu aradə
Sədd ola sülukim e'tiqadə;
Hər ləhzə əqidəm ola zail,
Tövhidinə istəyəm dəlail.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şərmsarəm.
Doğru yola getmədim, nə hasil?
Bir mənzilə yetmədim, nə hasil?
Hər ərsədə hər əsər ki, gördüm,
Sənsən deyib ol əsər, yügürdüm;
Çün verdi xəyal ona xəmü piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən əqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalət.
Təhqiq yolunda əql netsin,
Ə'mavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfiqim,
Ta səhl ola şiddəti-təriqim.
Gör hirsimi, istəgincə ver kam,
Səndən iqbalü məndən iqdam.
Elmində əyandır e'tiqadım,
Sənsən, səndən həmin muradım.
Dünya nədirü təəllüqati?
Əndişeyi-mövtdür həyati.
Əmma deməzəm yalandır ol həm,
Sərmənzili-imtəhandır ol həm.
Billah ki, bu dilfirib mənzil
Öylə mənə verdi rahəti-dil
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqamə dəxi getmək.
Mən böylə qılırdım e'tibari
Kim, bunda olur könül qərari;
Bundan dəxi yey məqam olmaz,
Zövqü bu yerin təmam olmaz.
Əmma çü sənindürür bu göftar
Kim, dünyadan özgə axirət var;
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftarına e'tiqad qıldım,
Ol yaxşıraq olduğunu bildim.
Bildim bu imiş sənin muradın
Kim, əhli-kəmal ola ibadın.
Bunda yetə rütbeyi-kəmalə,
Onda yetə dövləti-vüsalə.
Fərz oldu bir əzmə cəzm qılmaq
Me'raci-kəmalə əzm qılmaq.
Bu rahdən etmək olmaz ikrah,
Xoş rahdurur sənə gedən rah.
Əvvəldə çü lütfün oldu mə'lum,
Axır günü də həm etmə məhrum!
Çün yadi-vüsal edib rəvanım,
Əzmi-rəhi-qürbün edə canım,
Ol ləhzə həm etmə şəfqətin kəm,
Tövfiqinə qıl rəfiq hər dəm!
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir,
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Səndən yana əzm edib gedəndə,
Məndən cəzə' ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalim,
Olmasın olardan infialim.
BU, VACİBÜL-VÜCUD İSBATINA BÜRHANİ-QATE'DİR VƏ BƏQAİ-SAİR MÖVCUDATA DƏLİLİ-MANE'DİR8
Etmək gərək əhli-feyzi-biniş,
Təhqiqi-vücudi-afəriniş.
Bilmək gərək onu kim, cəvahir
Nə gənci-nihandan oldu zahir?
Nə dairədir bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?
Cismə ərəzi kim etdi qaim,
Narə nədən oldu nur lazim?
Hər xilqətə gərçi bir səbəb var,
Aya, səbəbi kim etdi izhar?
Gər kaf ilə nundan oldu aləm,
Aya, nədən oldu kafü nun həm?
Bihudə degil bu karixanə,
Bifaidə gərdişi-zəmanə.
Haşa ki, bu bargahi-ali
Bir dəm iyəsindən9 ola xali.
Haşa ki, bu türfə nəqşi-qərra
Nəqqaşından ola mübərra.
Fikr eylə və gör, nədir bu üslub,
Nə saniədir bu vəz'i-mənsub?
Hər zərreyi-zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri.
Gər qayətə eyləsən təəmmül,
Zahir olur onda məzhəri-küll.
Versən özünə fənayi-mütləq,
İsbat olur ol fəna ilə həq.
Gər var isə mə'rifət məzaqi,
Fani sənə bəs dəlili-baqi.
Həqqa ki, həmin vücud birdir,
Bir zatə vücud münhəsirdir
Əksidir onun vücudi-əğyar,
Mə'nidə yox, e'tibar ilə var.
Var olanı xəlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun e'tibarı,
Həq ayinədir, cahan qübarı.
Ey əql, ədəbə riayət eylə,
Bu bilmək ilə kifayət eylə!
Təhqiqi-sifatə qane olğıl,
Əndişeyi-zatə mane olğıl!
Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq ilə, onu bilmək olmaz.
Gər yetsə idi bu sirrə idrak,
Deməzdi rəsul "maərəfnak”10
Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xaliqə fərq.
Hər riştə ki, həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir.
Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaradır Allah,
Mümkün ki, iradətilə ol həm
Xəlq edə biləydi özgə aləm.
Verməz çü kəmali-hikməti-həqq
Təhqiqi-rümuzə rahi mütləq,
Faş oldu ki, sirri-həqq nihandır,
Aləmdə nişanı binişandır.
BU, İZHARİ-E'TİRAFİ-CƏHALƏTDİR VƏ İQRARİ-İSRAFİ-MƏ'SİYƏTDİR11
Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz!
Tə'n etmə ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Şərh eylə mənə ki, çərx netdi?
Ondan nə cəfa zühura yetdi?
Nən12 var idi kim, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı?
Dövrana gətirdi mehrü mahi,
Axıtdı səfidivü siyahi.
Gəh atəşə zəcri-ab verdi,
Gəh badə qəmi-türab verdi.
Şəm'i-əməlin münəvvər etdi,
Hər nə dilədin müyəssər etdi.
Qıldı səni hiçdən bir adəm,
Əsbabi-tənə'ümün fərahəm.
Çərxin xud işi səninlə böylə;
Sən neylədin onun ilə, söylə?
Hər dəm onu bivəfa oxursan,
"Dunsan" – deyə bəddua oxursan.
Çün ol sənə qıldı mehribanlıq,
Yaxşılığa eyləmə yamanlıq!
Ey ruh ki, cami-cəhl edib nuş,
Hübbi-vətən eylədin fəramuş,
Kim saldı səni bu təng rahə,
Qandan düşdün bu damgahə?
Sən tərk qılıb ədəm diyarin,
Bulduqda vücud e'tibarin,
Qılmışdı səninlə hikmətüllah,
Əcnasi-həvasü əqli həmrah.
Ta aləmə gəldigin zamanda
Bazari-tərəddüdi-cahanda
Sərmayələrindon edəsən sud,
Ol sud nədir? – Rizayi-Mə'bud.
Hala ki, xəsarət oldu vaqe,
Sərmayələrin təmam zaye.
Heyranü mükəddərü tühidəst,
Əhvalı xərabü rütbəsi pəst.
Dönsən yenə gəldigin məqamə,
Qabilmi düşərsən ehtiramə?
Əlbəttə, zəlilü xar olursan,
Bu fel ilə şərmsar olursan.
Ey nəfspərəstü cismpərvər,
Olma qəmi-hirs ilə mükəddər!
Cəhd eylə, əzabi-gur yığma!
Sə'y eylə, mətayi-mur yığma!
Alma ələ sağəri-meyi-nab
Kim, qərqə edər səni bu girdab!
Olma nigərani-səbzeyi-bəng,
K'ayineyi13-dininə salır jəng!
Dəf kimi köküsdə ləhv qoyma!
Ney kimi həvayi-nəfsə uyma!
Damani-təriqi-şər'i tutğıl!
Hər nə ki, xilafi-şər' unutğıl!
Təhqiqi-vəsileyi-vüsul et!
Təqlidi-şəriəti-rəsul et!
BU, SƏRDƏFTƏRİ-ƏNBİYANIN KİTABİ-ÖVSAFINDAN BİR VƏRƏQDİR VƏ SƏRVƏRİ-ƏSFİYANIN GÜLZARİ-LƏTAFƏTİNDƏN BİR TƏBƏQDİR14
Ey padşəhi-səriri-lövlak,
Məqsudi-vücudi-xakü əflak!
Olmuş əflak xaki-rahin,
Çəkmiş əflakə xak cahin.
Ey raqimi-nüsxeyi-məani,
Mə'mureyi-elmi-dinə bani!
Şahənşəhi-məsnədi-risalət,
Rəssami-qəvaidi-ədalət!
Ey ərşnəvazü fərşpərvər,
Dəftərdari-hesabi-məhşər!
Sərdəftəri-ənbiyayi-mürsəl,
Onlara həm axirü, həm əvvəl!
Ey vazei-istilahi-iman,
Həqdən səbəbi-nüzuli-fürqan!
Sənsən sultanü qeyr xeylin,
Səndən özgə sənin tüfeylin.
Ey xəlvəti-qürbə şəm'i-məhfil,
Cibril15 tərəddüdünə mənzil!
Həqq əmri səninlə xəlqə cari,
Qövlünlə ol əmrin e'tibari.
Ey qiblənümayi-əhli-taət,
Gəncineyi-gövhəri-şəfaət,
Taci-səri-ərş xaki-payin,
Şəmi-şəbi-qədr nuri-rə'yin.
Ey vasiteyi-nizami-aləm,
Ə'yani-vücuda sədri-ə'zəm.
İrfani-sifatü zatə arif,
Keyfiyyəti-kainatə vaqif!
Ey zatın üçün bəşər vücudi
Adəmdə sənə mələk sücudi!
"Yasin" sədəfi-düri-sifatın,
"Taha" güli-bustani-zatın.
Ey məktəbi-danişə müəllim,
Məhruseyi-hökmi-şər'ə hakim!
Dərgahinə ənbiya rücui,
Tə'ziminə asiman rükui.
Təhsin sənə, ey xücəstə fərcam
Kim, və'z qılıb təriqi-islam,
Keyfiyyəti-halı rövşən etdin,
Xeyrü şər işin müəyyən etdin.
Əhvali-əvamirü nəvahi,
Mə'lum elədin bizə kəmahi.
Sən bildirdin ki, kimdir Allah,
Sənsiz kim olurdu ondan agah?
Gümrahları təriqə saldın,
Üftadələrin əlini aldın.
Faş oldu nəsihətin cəhanə,
Sən qoymadın ortada bəhanə.
Əmma bizə yoxdur ol səadət
Kim, hifzi-təriqin ola adət.
Ehmal edəriz itaətində,
Təqsir ədayi-xidmətində.
Hər necə ki, xud şərmsarız,
Bu cürm ilə həm ümidvarız
Kim, feyzi-əvatifi-əmimin
Şad eyləyə könlün əhli-bimin.
Asilərin olasan pənahi,
Nomidlərin ümidgahi.
Sənsən çü şəfii-hər məasi,
Nə qəm əgər olsa kimsə asi.
Gər məndə ola təmam taət,
İzhar nədən bular şəfaət?
Sənsən bu sərir padşahi,
Bu mülkdə olanın pənahi.
Hər əsrdə bir nəbi zühuri,
Hər dövrdə bir rəsul nuri
Fitrət yolunu müzəyyən etdi,
Üzün şəmi ilə rövşən etdi.
Ta gəlməgə rövşən ola rahin,
Budur rəhü rəsmi padşahin.
Xabi-ədəm içrə şəxsi-aləm
Görmüşdü vücuddən müqəddəm
Kim, ləm'eyi-nurdən bir əfsər
Geymiş, vermiş özünə ziyvər.
Bidar olanda ol yuxudan
Getmişdi qərari arizudan.
Çün istədi ol mənamə tə'bir,
Səndən ona müjdə verdi təqdir.
Dünyayə pəyami-feyzi-nurin,
Tənbihi-səadəti-zühurin
Xəlqə verib intizari-məqdəm,
Ol dəm gəldi ki, gəldi Adəm.
Dünya tələbində oldu qaim,
Dövr ilə səni dilərdi daim.
Bir-bir yetib özgə ənbiyayə,
Me'racə çıxardı payə-payə.
Gəzməzdi səninlə sayə həmrah,
Guya ki, nihali-qəddin, ey mah,
Bu aləmə vermiş idi vayə,
Ol aləmə salmış idi sayə.
BU, ŞƏBİ-ME'RAC BƏYANİDİR VƏ TÜLU'İ-AFİTABİ-ASİMANİDİR16
Çün feyzi-vücudin ilə, ey pak,
Rəşki-fələk oldu ərseyi-xak,
Didarını görməgi mələklər,
Pabusuna yetməgi fələklər
Çox eyləyib iztirab peyda,
Allahdan etdilər təmənna.
Bir yaxşı zaman, şərəfli saət
Rəf oldu dualara icabət.
Cibril yetib, yetirdi fərman:
– Key sərvi-riyazi-elmü irfan!
Xurşidini ərşə sayə qılğıl,
Me'raci büləndpayə qılğıl!
Ey qədri bülənd padişəh, dur!
Lütf et, şəbi-qədr qədrin artır!
Rəf eylə hicabi-masəvani,
Seyr eylə məkani-laməkani!
Müştaqi-cəmaldır mələklər,
Möhtaci-vüsaldır fələklər.
Eyvani-sipehrdə sitarə
Min-min göz açıbdır intizarə.
Xoş ol ki, minib Büraqi xoşhal,
Buldun dərəcati-izzü iqbal.
Basdın ayağın bu çar tağə,
Çıxdın dərəcati-nöhrəvağə.
Nə'leyninə sürtdü üz məhi-növ,
Xurşid rüxündən aldı pərtöv.
Göstərdi Ütarid ehtiramın,
Xətt verdi ki, mən sənin qulamın.
Nahidin edib füzun nişatın,
Bəzmi-tərəb eylədin büsatın.
İqbalın olub qərini-xurşid,
Ögrətdi Məsihə rəsmi-təcrid.
Tiğində bulub nizam əyyam,
Tə'limi-şücaət aldı Bəhram.
Bərcisə müsaid oldu iqbal,
Feyzi-qədəmindən oldu xoşhal.
Keyvan şəbi-qədrin eylədin ruz,
Oldun ona şəm'i-məclisəfruz.
Rə'yət səfi-sabitata çəkdin,
Ol məzrəə mehr toxmun əkdin.
Qıldın fələk ətləsini rəngin,
Ol məhfilə verdin özgə ayin.
Lövhü qələmi müzəyyən etdin,
Kürsü ilə ərşi rövşən etdin.
Cibrili qoyub, Büraqi saldın,
Tövhid yolunda fərd qaldın.
Rəf' oldu sənə hicabi-mabeyn,
Nüzhətgəhin oldu qabi-qövseyn.
Getdin o yerə ki, getmək olmaz,
Yetdin o yerə ki, yetmək olmaz.
Bizdən Həqə ərzlər yetirdin,
Həqdən bizə müjdələr gətirdin.
Lütf etdi sənə inayəti-Həq,
Tövfiq nifazü əmri-mütləq;
Həm məxzəni-mə'rifət kilidi,
Həm ne'mətü mərhəmət ümidi.
Dəryadə olub qəni gühərdən,
Zövq ilə dönəndə ol səfərdən,
Gərm idi hənuz xabgahin,
Cünbüşdə qübari-xaki-rahin.
İnsaf həmin ola siyahət,
Böylə səfər ilə istirahət.
Oldu sənə feyz bunca hasil,
Ol vaqiədən zəmanə qafil.
Qafilləri eylədin xəbərdar,
Əsrari-nihani etdin izhar.
Açdın dəri-iltifatü ən'am
Verdin gərəyincə hər kəsə kam.
Çün şəfqəti-amin oldu məqsum,
Lütf eylə, məni həm etmə məhrum.
Biçarə Füzuliyəm ki, zarəm,
Zilli-günəh ilə şərmsarəm.
Tədbirdə süstəmü səbükray,
Sən bir mədəd etməsən mənə, vay!
Ey məş'əleyi-təriqi-tarik,
Vey rahnümayi-rahi-barik!
Ehsanını hadiyi-təriq et,
Bir feyzi-nəzər mənə rəfiq et,
K'alayişi17 -ixtilafdan pak,
Peyrəvliyin eyləyim tərəbnak.
Gülzari-vücudum edə sirab,
Barani-riyazi-alü əshab!
QƏSİDƏ
Ya mənbəül-məkarimi və ya mə'dənül-vəfa,
Ya məcməül-məhasini və ya mənbəül-əta.
Əntəl-ləzi büistə ileyna mübəşşirən,
Vəxtarəkəl-ilahə ənil xəlqi vəstəfa.
İt'əl-ləzi təfəzzələhül-qürbə vəl qəbul,
Vəntəl-ləzi təfərrədəhül-izzü vəl-üla.
Mən irtica bilütfikə maxabə vəntəfi,
Mən iqtəda bişər'ikə mazaə vəhtəda.
Ya övnə mən təfəqqədəhü ində şiddətin,
Ya kəhfə mən təbəssənə fizzəri vənnəca.
İsa nəmirəsəd beto dər qədrü mənzələt,
Bər çərx əgər nəhəd zisəri-iqtidar pa.
Me'rac yafti to vü bər Tur şod Kəlim,
Fərq əz to ta Kəlim ziərşəstü ta səma.
Abi-to bud k'atəşi-Nəmrudra nişand,
Ruzi ke, kərde bud dər atəşi-Xəlil ca.
İqrari-kaferist zişər'i-to inhiraf,
Bürhani-gümrəhist beğeyri-to iqtida.
Ta münqətə' nə gərdəd əz asibi-ixtilaf,
Şod bəste bər to silsileyi-silki-ənbiya.
Ba ənbiyast nesbəti-zati-to çun əlif,
Həm ibtida toi behəqiqət, həm intəha.
Təqdir coz rizayi-to kari nəmikonəd,
Peyvəste taəti-to əda mikonəd qəza.18
Ey afitabi-zatinə hər zərrə bir nəbi,
Min şər' din diyarinə hər zərrədən ziya.
Sən qayəti-vücudsənü özgələr tüfeyl,
Sən padişahi-mülksənü özgələr gəda.
Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil,
Taqi-rəvaqü dərgahin eyvani-kibriya.
Darüşşəfayi-həşrdə bimari-mə'siyət
Şəhdi-şəfaətindən umar şərbəti-şəfa.
Ey çaryari-kamilin ə'yani-mülki-din,
Ərbabi-sidqü mə'dələtü rif'ətü həya.
Dövrün bu dörd fəsl ilə bir mö'tədil zaman,
Şər'in bu dörd rükn ilə bir mö'təbər bina.
Ya Mustəfa, Füzuliyi-möhtacə rəhm edüb,
İzhari-iltifat ilə qıl hacətin rəva.
BU, ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR VƏ ÜZRİ-FİQDİ-QÜVVƏTDİR19
Arayişi-söhbət eylə, saqi!
Ver badə, mürüvvət eylə, saqi!
Bir cam ilə qıl dimağımı tər,
Lütf eylə, bir iltifat göstər!
Qəm mərhələsində qalmışam fərd,
Nə yar, nə həmnişin, nə həmdərd.
Həmcinslərim təmam getmiş.
Söz mülkündən nizam getmiş,
Bu bəzmdə sən qalıbsənü mən,
Bu bəzmi gəl edəlim müzəyyən!
Sən ver badə, mən eyləyim nuş,
Mən nəzm oxuyum, sən ona tut guş!
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əş'ar bulub kəsadi-əs'ar.
Ol rütbədə qədri-nəzmdir dun
Kim, küfr oxunur kəlami-mövzun.
Bir mülkdəyəm ki, gər udub qan,
Məzmuni-ibarətə çəkib can,
Min riştəyə türfə lə'l çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lə'lə xarə.
Ancaq deməzəm ki, xaki-Bağdad
Alayişi-nəzmdəndir azad.
Yoxdur bir mülk bu zamanda
Kim, nəzm rəvacı ola onda:
Nə Hind, nə Fars, nə Xorasan,
Nə Rumü Əcəm, nə Şamü Şirvan.
Olsaydı birində bir süxənsənc,
Əlbəttə, əyan olurdu ol gənc.
Gəncineyi-nəzm gizli qalmaz,
Sanmın20 günəş olsa, nur salmaz.
Kanı necə kim nihan tutar daş,
Eylər onu lə'l aləmə faş.
Hala məgər iqtizayi-dövran
Oldur ki, ola o gənc pünhan.
Dövran ilə mən nəqiz seyrəm,
Dövr əhlindən məgər ki, qeyrəm.
Dövran istər ki, xar ola nəzm,
Biizzətü e'tibar ola nəzm,
Mən müntəzirəm verəm rəvacın,
Bimar isə, eyləyəm əlacın.
Ol nəfyi-kəmali-hikmət eylər,
Lazım bilirəm xəsarət eylər.
Tə'miri-xərabə talibəm mən,
İnşəallah ki, qalibəm mən.
SAQİNAMƏ
Saqi, mədəd et ki, dərdməndəm!
Qəm silsiləsinə paybəndəm.
Qəm dəf'inə cami-mey dəvadır,
Tədbiri-qəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü al dürri-qəltan.
Sənsən xurşidü mən siyəh xak,
Ver atəşü al cəvahiri-pak.
Rəhm et ki, qəribü xaksarəm,
Bimunisü yarü qəmgüsarəm.
Ol bir neçə həmdəmi-müvafiq,
Yə'ni şüərayi-dövri-sabiq
Tədric ilə gəldilər cəhanə,
Tə'zim ilə oldular rəvanə.
Dövran oları müəzzəm etdi,
Hər dövr birin mükərrəm etdi.
Hər birinə hami oldu bir şah,
Zövqi-süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam
Hər şairə vermiş idi bir kam.
Şad etmiş idi Əbunüvası
Harun-xəlifənin ətası.
Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşahə düşüb girami.
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan.
Söz gövhərinə nəzər salanlar,
Gəncinə verib gühər alanlar
Çün qalmadı, qalmadı fəsahət,
Ərbabi-fəsahət içrə rahət.
Ol taifə çəkdi xirqəyə baş,
Halətlərin etməz oldular faş.
Ta olmaya rəsmi-şe'r məfqud,
Əbvabi-fünuni-nəzm məsdud,
Lazım mənə oldu hifzi-qanun,
Zəbti-nəsəqi-kəlami-mövzun.
Naçar tutub təriqi-namus,
Rahətdən olub müdam mə'yus,
Əhdi sözə üstüvar qıldım,
Əş'ar demək şüar qıldım.
Çün xəlqə xilafi-müddəayəm,
Onlar zə'mincə süst rə'yəm.
Hər söz ki, gəlir zühurə məndən,
Min tə'nə bulur hər əncüməndən.
Eylər həsəd əhli bağlayıb kin,
Təhsin əvəzinə nəfyü nifrin.
Ümmid ki, rəf olub küdurət,
Təğyirpəzir ola bu surət.
Ol qövm bu gülşənə girəndə,
Bu gülşən içində gül dərəndə,
Gül tazə idivü səbzə növxiz,
Təprəndikcə nəsimi-gülriz,
Onlar gülü dərdilər, məni-zar
Hala dilərəm dərəm xəsü xar.
Bu bəzmə olar verəndə təzyin,
Mey saf idi, bəzm həm növayin.
Mey safi olara oldu ruzi,
Qaldı mənə daği-dürd suzi.
Bu dürdə mən olmuşam həvaxah,
Bir nəş'ə verərmi, bilməzəm, ah!
BU, SAQİYİ-BƏZMƏ BADƏ ÜÇÜN XİTABDIR21
Saqi, kərəm eylə, cam gəzdir!
Durma, qədəhi müdam gəzdir!
Dövranə çox e'tibar qılma,
Gəzdir qədəhi, qərar qılma!
Tök alıb ələ gümüş sürahi,
Zər sağərə ruhbəxş rahi.
Sərf eylə riayətimdə əltaf,
Tənhalığımı gör, eylə insaf!
Şüğlüm bu büsat içində çoxdur,
Səndən özgə, mədədçi yoxdur.
Həmdəmligim ilə ar qılma!
Məndən nifrət şüar qılma!
Gər bilməz isən ki, mən nə zatəm,
Nə zülməti-çeşmeyi-həyatəm,
Feyzi-hünərim şərabdan sor,
Suzi-cigərim kəbabdən sor.
Tutsan əlini məni-fəqirin,
Həqq ola həmişə dəstgirin.
Mən şairi-Musiyi kəlaməm,
Sahirlərə mö'cizi-təmaməm.
Mən sahiri-Babili nəjadəm,
Harutə bu işdə ustadəm.
Söz dərkinə sərf edib fərasət,
Əmlakına bulmuşam rəyasət.
Gəh tərzi-qəsidə eylərəm saz,
Şəhbazım olur büləndpərvaz.
Gəh də'bi-qəzəl olur şüarım,
Ol də'bə rəvan verər qərarım.
Gəh məsnəviyə olub həvəsnak,
Ol bəhrdə istərəm düri-pak.
Hər dildə ki, var, əhli-razəm,
Məcmui-fünunə eşqbazəm.
Bir kargərəm həzarpişə,
Canlar çəkib istərəm həmişə
Dükkanım ola rəvaci-bazar,
Hər istədigin bula xiridar.
BU, BİR TƏRİQ İLƏ KƏSRİ-NƏFSDİR VƏ MÜQƏDDİMEYİ-MƏDHİ-PADİŞAHİ-ƏSRDİR22
Saqi, nə idi bu cami-gülgun
Kim, eylədi halımı digərgun?
Sərməst olubam, sözüm həbadır,
Hər laf ki, eylərəm – xətadır.
Tə'siri salıb dimağə təşvir,
Təşviri məcazım etdi təğyir.
Mən qandanü lafi-hüsni-göftar
Kim, söz deməyə olam səzavar?
Olsaydı mənim sözümdə bir hal,
Əlbəttə, olurdum əhli-iqbal.
Müstövcibi-izzü cah olurdum,
Şayəsteyi-barigah olurdum.
Məqbul düşərdim asitanə,
Mənzuri- şəhənşəhi-zəmanə.
Ol padişəhi-büləndbiniş
Kim, xaki-rəhidir afəriniş,
Müstəhfəzi-din, pənahi-islam,
Məxdumi-zəman, məlazi-əyyam.
Əbr istehsanü bərqi kinə,
Şahənşəhi-Məkkəvü Mədinə.
Müstəlzəmi-həq, müxilli-batil,
Sultani-muradbəxşi-adil,
Ərbabi-hünər ümidgahi,
Türkü ərəbü əcəm pənahi.
Dərya kimi eyləyən dəmadəm
Əndişeyi-qürbü bə'di-aləm.
Lutfilə verən yaxına lö' lu,
Əbrilə irağə göndərən su,
Lö'lösini eyləyən cahantab,
Ləbtəşnələri dür ilə sirab.
Gərdun kimi lütf edəndə zahir
Damən-damən tökən cəvahir.
Gün kimi olanda cudə məzhər,
Xərmən-xərmən nisar edən zər,
Tuğrayi misali-Ali-Osman,
Sultani-sipəhşikən Süleyman!
Yerdə düşər olsa feyzi xakə,
Tə'n eyləyə xak ruhi-pakə.
Göydə nəzər etsə gər hümayə,
Xurşid salır hümayə sayə.
Gər şərqə ura sinani-sərkəş,
Gün kimi çıxır sipehrə atəş.
Gər qərbə çalarsa tiği-bürran,
Gərdunə yetər şəfəq kimi qan.
Dün çərx yana nigah qıldım,
Nəzzareyi-lövhi-mah qıldım,
Gördüm bu xəti ki, xameyi-xur
Ol lövhdə eyləmişdi məstur:
Yarəb ki, müzəffər ola daim
Zatilə binayi-ədl qaim.
Şayəstə ona sərirü əfsər,
Aləmlərə ədli sayəgüstər.
BU QƏSİDƏ PADİŞAHİ-İSLAM ŞƏ'NİNDƏDİR
Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,
Vücudi-bimisali intixabi-növ'i-insandır.
Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta,
Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır.
Əsasi-hökmidir, mə'nidə bir səddi-Sikəndər kim,
Onun Yə'cucdur bir yanivü bir yani insandır.
Binayi-qədrdir mə'nidə ol ali imarət kim,
Müqərnəs taği-gərdun ol imarətdən bir eyvandır.
Müzəffər daima Sultan Süleyman xani-adildir
Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır.
Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə,
Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır.
Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafi
Təməvvüc qılsa mövcü fəqr bünyadinə tufandır.
Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya,
Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır.
Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil,
İtaət əhiinə göstərdiyi ədl ilə ehsandır.
Süleyman bargahidir yəqin heybətli dərgahi
Kim, onda divlər tabe, pərilər bəndəfərmandır.
Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondan
Firəngilər sədası rə'd, toplar daşı barandır.
Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib,
Sipahi dəprənəndə mövcə gəlmiş bəhri-Ümmandır.
Səfərdə çəkmək üçün həşmətü iqbal əsbabın,
Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır.
Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər,
Olub dərhəm həmin məhbublar zülft pərişandır.
Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən,
Dili-suzan ilə dövründə ancaq şəm' giryandır.
Həvadisdən məcazi-mülk tə'mirinə imkan yox
Kəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır.
Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusun
Bulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır.
Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala
Nə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır.
Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın,
Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır.
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi,
Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır.
İlahi, baqi olsun daim insanpərvər iqbalı
Cahani-fani içrə ta bəqayi-növ'i-insandır.
BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR VƏ BAİSİ-İRTİKABİ-ƏZABDIR23
Saqi, tut əlim ki, xəstəhaləm!
Qəm rəhgüzərində payimaləm.
Sənsən məni-mübtəlaya qəmxar,
Səndən özgə dəxi kimim var?
Müşkül işə düşmüşəm, mədəd qıl,
Mey hirzi ilə bəlamı rəd qıl!
Həll eyləyə gör bu müşkülatı,
Kəm etmə qulundan iltifatı!
Bir gün ki, meyi-Süheyltə'sir
Vermişdi mizaci-pakə təğyir,
Həmrəngi-bəhar olub xəzanım,
Dönmüşdü əqiqə zə'fəranım.
Cəm idi yanımda ittifaqi:
Sazü məzəvü şərabü saqi.
Peyvəstə ləbaləbü peyapey,
Nuş eylər idim qədəh-qədəh mey.
Zövq üzrə mey artırırdı zövqüm,
Şövq üzrə ziyad olurdu şövqüm.
Ol bəzm idi afiyət bəharı,
Mən bülbüli-zarü biqərarı.
Bir həddə irişdi nəş'eyi-cam
Kim, qalmadı əhli-bəzmə aram.
Əsrari-dil oldu aşikara,
Məsdud oluban dəmi-müdara.
Olmuşdu rəfiqü həmzəbanım,
Ayineyi-tutiyi-rəvanım
Bir neçə zərifi-xütteyi-Rum,
Rumi ki, dedin, qəziyyə mə'lum.
Yə'ni ki, qamu dəqaiq əhli,
Hər məs'ələdə həqaiq əhli,
Həm elm fənində nüktədanlar,
Həm söz rəvişində dürfəşanlar.
Kim eylər idi həqaiqi-raz,
Şeyxidənü Əhmədidən ağaz.
Kim söylər idi ögüb kəlami,
Övsafı-Cəliliyü Nizami.
Bilmişlər idi ki, hüsni-göftar
Qədrim qədərincə məndə həm var.
Çün var idi məstlikdə lafım,
Ta anlana sidqimü xilafım,
Mən xəstəyi etdilər nişanə
Bir rəng ilə tiri-imtəhanə.
"Lütf eylə! – dedilər, – ey süxənsənc!
Faş eylə cəhanə bir nihan gənc!
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı".
Bildim, bu qəziyyə imtəhandır,
Zira ki, bu bir bəlayi-candır.
Sevdası dirazü bəhri kutah,
Məzmunu fəğanü naləvü ah.
Bir bəzmi-müsibəti-bəladır
Kim, əvvəli qəm, sonu fənadır.
Nə badəsinə nişatdən rəng,
Nə nəğməsinə fərəhdən ahəng.
İdrakı verər xəyalə azar,
Əfkarı edər məlalı əfgar,
Olsaydı təvəccöhü münasib,
Tövcihinə çox olurdu rağib.
Olsaydı təsərrüfündə rahət,
Çox kamil ona qılırdı rəğbət.
Billah ki, nə xoş demiş Nizami,
Bu babdə xətm edib kəlami:
"Əsbabi-soxən nişatü nazəst,
Zin hər do soxən bəhanəsazəst.
Meydani-soxən fərax bayəd,
Ta təb' süvareyi nomayəd.
Dər gərmiyi-rigü səxtiyi-kuh
Ta çənd soxən rəvəd bəənbuh?"24
Bir iş ki, qılır şikayət ustad,
Şagirdə olur rücui bidad.
Gərçi bilirəm, bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
Əmma necə etmək olur ikrah?
Bir vaqeədir ki, düşdü nagah.
Yeydir yenə üzrdən şüruim,
Bu işdə təvəkkülə rücuim.
Ey təb'i-lətifü əqli-vala!
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardir istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur e'tibarım.
Mərkəb gərək olsa əzmi-rahə,
Bəsdir bizə xaməvü siyahə.
Vər tuşeyi-rah olursa mətlub,
Məzmuni-xoşü ibarəti-xub,
Əzm eyləyəlim, təəllül etmən!25
Mənzil kəsəlim, təğafül etmən!
Ey bəxt, vəfasız olma sən həm!
Həmrahlıq et bizimlə bir dəm!
BU, SƏADƏTLİ BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDİR
Ey xameyi-sərkəşi-səbükxiz,
Vəqt oldu ki, olasan gühərriz!
Mən acizəmü bıı əmr müşkil,
İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eylə izhar,
Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hünəri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Miftahi-xəzaneyi-gühərsən,
Cəhd eylə çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bolub kəsad bazar,
Bulmaz bu mətaimiz xiridar.
Yetməzmi sənə əmiri-kamil,
Sərdari-zəmanə, Veysi-adil?
Ol bəhri-ətavü kani-əltaf
Kim, şə'ninə gəldi ədlü insaf.
Sərdari-müəzzəmü mükərrəm,
Cananeyi-mülkü cani-aləm.
Zatında onun həmişə mövcud
Elmü ədəbü şücaətü cud.
Ədlindən əgər təraneyi-çəng
Faş eyləyə bəzmdə bir ahəng,
Yel şəm'ə dəxi təərrüz etməz,
Pərvanəyə şəm' zülmü yetməz.
Hüsni-ədəb ilə eylə mö'tad,
Yanında nə vəqt qılsalar yad,
Ol sözü deməz ki, ola təkrar,
Ta yetməyə sayəsində azar.
Üslubi-şücaət üzrə mahir,
Xurşidsifət cahanda zahir.
Həm xas onu söyləməkdə, həm am,
Həm Rum dolu adı ilə, həm Şam.
Gər cudinə kimsə olsa talib,
Mümkün ola lütfi qəhrə qalib.
Yə'ni mənə öyrədib səxavət,
Bir hacəti istəmək nə hacət?
Olmuş ona xaneyi-əmarət
Bu dörd bina ilə imarət.
Ey dustnəvazü düşmənəndaz,
Şahinrəvişü büləndpərvaz!
Düzdüm sənə türfə aşiyanə,
Yə'ni əbədi nişatxanə.
Mə'mur edibən binayi-ali,
Cənnət sifəti, İrəm misali.
Ta ruzi-əbəd bunu məqam et,
Bidəğdəğə işrəti-müdam et!
Billah ki, degil yaman əsər bu,
Gər adisə müddəa yetər bu.
Mən kim, sənə olmuşam sənaxan
Sultan Veysə necə ki, Səlman.
Budur qərəzim ki, cavidani
Adın tuta ərseyi-cahani.
Ta baqi ola bu səbz gülşən,
Həm mən olum əhli-zikr, həm sən.
BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR26
Dehqani-hədiqeyi-hekayət,
Sərrafi-cəvahiri-rəvayət
Mə'ni çəmənində gül dikəndə,
Söz riştəsinə gühər çəkəndə
Qılmış bu rəvişdə nüktədanlıq,
Gülrizligü gühərfəşanlıq
Kim: xeyli-ərəbdə bir cəvanmərd,
Cəm'iyyətü izzü cah ilə fərd,
Müstəcməi-cümleyi-fəzail
Bulmuşdu rəyasəti-qəbail.
Əmrinə ərəb mütiü münqad,
Cəh Bəsrə məqamı, gah Bağdad.
Bir büq'ədə olmayıb qərarı,
Gəzməldə keçərdi ruzigarı.
Hər ləhzə urardı ol yeganə
Sərçeşmələrə siyah xanə.
Seyr eylər idi sürüb tənə'üm,
Gözlər izərə misali-mərdüm.
Övzai-xiyami-mişkfami
Xəlqə şäbi-qədrtək girami.
Hər mənzilə kim, güzar edərdi,
Səhrayi bənəfşəzar edərdi.
Gülzarlar içrə lalə çağı,
Bənzərdi evinə lalə dağı.
Əmvalı cəmii-cinsdən çox,
Əmma bu cəhanda varisi yox.
Gər qılsa onu tələf həvadis,
Yox bir xələfi ki, ola varis.
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Pirayəsi ola dəstgahə,
Sərmayəsi ola izzü cahə.
Ah, ər ola bir səfihü sərkeş,
Ətvari kərihü xülqi naxoş.
Təşni' oxuna olub nişanə,
Bizar ola ondan atə-anə.
Əlqissə, ol əfzəli-qəbail,
Ol piri-həmidətül-xəsail
Fərzəndə olub həmişə talib,
Təhsili-bəqayi-nəslə rağib,
Çox mahliqa sənəmlər aldı,
Çox türfə zəminə töxm saldı.
Çox nəzrlər etdi hər məzarə,
Çox qıldı niyaz girdigarə,
Tə'sir qılıb fəğanü ahi,
Övn etdi inayəti-ilahi.
Bir gecə açıldı babi-rəhmət,
Buldu əsəri-dua icabət.
Məqsud şəm'i münəvvər oldu,
Sənduqi-əməl dür ilə doldu.
Tədric ilə qıldı kilki-təqdir
Nəqşi-qərəzi rəhimdə təsvir.
Bər verdi nihali-baği-məqsud,
Açıldı güli-hədiqeyi-cud.
Çün və'də irişdi, doğdu bir ay,
Xurşid rüxiylə aləmaray.
Şad oldular ondan ata-anə,
Şükranə verildi çox xəzanə.
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tifllikdə kamil.
Ol dəm ki, bu xakdanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;
Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,
Səbr etsə gərək qəmi-müdamə".
Olmuşdu zəbani-hali guya,
Söylərdi ki: "Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm' eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Peyvəstə məni əsiri-qəm qıl!
Kəm qılma nəsibimi, kərəm qıl!
Zövq ilə keçirmə ruzigarım,
Fani olana yox e'tibarım.
Ey eşq, qəribi-aləm oldum,
Avareyi-vadiyi-qəm oldum,
Tədbiri-qəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu.
Səndən dilərəm mədəd ki, daim
Təmkinim ola sən ilə qaim.
Bu bəzmdə kim, şərabı qandır,
Saqi-cəlladi-biamandır,
Bir mey mənə sun ki, məstü mədhuş
Daim özümü qılım fəramuş.
Nə gəldigimi bilim cəhanə,
Nə onu ki, necədir zəmanə.
Aləm gözümə görünməyə hiç,
Bu riştədə bulmayım xəmü piç".
Dayə onu pak qıldı qandan,
Qaldırdı bu tirə xakdandan.
Qüslün verib abi-çeşmi-tərdən,
Süd yerinə verdi qan cigərdən.
Əqvamü qəbaili olub şad,
Ol növrəsə Qeys qoydular ad.
Can ilə qılırdı dayə e'zaz,
Əsbabi-kəmali-tərbiyət saz.
Lakin, ol edib həmişə nalə,
Xoşnud degildi heç bu halə.
Ə'zasın edib əlilə əfgar,
Eylərdi müdam naləvü zar.
Süd içsə sanırdı kim, içər qan,
Əmcək görünürdü ona peykan.
Yox idi firib ilə qərarı,
Yanında firibin e'tibarı.
Bir gün onu gəzdirirdi dayə,
Dərdini yetirməyə dəvayə,
Bir evdə məgər ki, bir pərivəş
Ol tifli bəsi görüb müşəvvəş,
Rəhm etdi, əlinə aldı bir dəm,
Tifl onu görüncə, oldu xürrəm.
Hüsnünə baxıb qərar tutdu,
Fəryadü fəğanını unutdu.
Olduqca əlində, oldu xəndan;
Düşdükdə əlindən, oldu giryan.
Mahiyyətini çü dayə bildi,
Ol mahı ona ənis qıldı.
Oldu bu dəxi onunla mö'tad,
Nə dayə, nə anə eylədi yad.
Zatında çü var idi məhəbbət,
Məhbubu görüncə tutdu ülfət.
Eşq idi ki, oldu hüsnə mail,
Hüsnü nə bilirdi tifli-qafil.
Mə'lum idi əhli-halə ol hal
Kim, nüsxeyi-eşqdir bu timsal.
Əlbəttə, bu tifli zar edər eşq,
Aşüftəyi-ruzigar edər eşq.
Əlbəttə, qılır bu sübh təsir,
Xurşid çıxıb olur cahangir.
Çün tərbiyəti-ədibü dayə
Verdi əsəri-təmam ol ayə,
Gün-gündən edib kəmal hasil,
Ol mahi-növ oldu bədri-kamil.
Gəldikcə meyi-vəfadan əyyam,
Hər dövrdə sundu ona bir cam.
Ta qıldı onu təmam sərməst,
Tədric ilə dami-eşqə pabəst.
Çün sür'ət ilə dönüb zəmanə,
On yaşinə yetdi ol yeganə;
Atasına müqtəzayi-adət
Fərz oldu ki, onu edə sünnət.
Cəm' etdi əhaliyi-diyari,
Hər sahibi-izzü etibari;
Bəzl eylədi ol qədər zərü sim
Kim, yetdi qiyasə fərqdən bim.
Xəlq onda görəndə kəsrəti-mal,
Bim oldu ki, mün'əkis ola hal.
Ol safzəmir, pakməşrəb
Bir bəzmgəh eylədi mürəttəb
Kim, görmədi onu çeşmi-sağər,
Cəmşiddən özgəyə müyəssər.
İtmamə yetib təriqi-sünnət,
Tə'limi-ülumə yetdi növbət.
Əsbab ona eyləyib mürəttəb,
Verdilər onunla zibi-məktəb.
BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR27
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm' oldu behiştə hurü qılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər28 səbri həm olsa, nişə qılsın?
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir.
Əbrusi xəmi bəlayi-üşşaq,
Həm cüft lətafət içrə, həm taq.
Hər kipriyi bir xədəngi-xunriz,
Peykani-xədəngi qəmzeyi tiz.
Dəryayi-bəla cəbini-paki,
Çin cünbüşi mövci-səhmnaki.
Çeşmi-siyəhinə sürmədən ar,
Hindusinə sürmə həm giriftar.
Rüxsarinə rəngi-ğazədən nəng,
Hərgiz ona ğazə verməmiş rəng.
Göz mərdüməgindən olsa xali,
Göz mərdüməgi olurdu xali.
Lə'lü düri göstərirdi hərdəm,
Övraqi-gül içrə iqdi-şəbnəm.
Əbvabi-təkəllüm etsə məftuh,
Əmvatə verərdi müjdeyi-ruh.
Şümşadi-lətifinə mürəkkəb,
Sibi-zənəxü turunci-ğəbğəb.
Əndami lətifeyi-ilahi,
Dəryayi-lətafət içrə mahi.
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli.
Qeys onu görüb həlak oldu,
Min şövq ilə dərdnak oldu.
Ol nadirə həm ki, Qeysi gördü,
Min zövq bulub, özün itirdi,
Gördü ki, bir afəti-zəmanə,
Misli dəxi gəlməmiş cəhanə.
BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR29
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşü gülrüxü səmənbuy.
Şirin ləbi – mənşəi-lətafət,
Rə'na qədi – durduğilə afət.
Övsafi-lətafətində söz çox,
Əltafi-məlahətində söz yox.
Şəhla gözü – nərgizi-pürəfsun,
Ziba qaşı – nərgis üzrəki nun.
Hüsni gülü laleyi-şəfəqfam,
Zülfi xəmi – lalə üzrəki lam.
Ağzı sifətin xud etmək olmaz,
Əsrari-nihanə yetmək olmaz.
Zülfi sözü – zikri-həlqeyi-raz,
Lə'li-ləbi – abi-çeşmeyi-naz.
Dövri-məhi-ruyi – çeşmeyi nur,
Xaki-kəfi-payi – sürmeyi-hur.
Bir qayət ilə şəmaili-xub
Kim, Leyli olanda ona mətlub,
Bir güzgüyə gər açıb gözünü,
Güzgüdə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Ol iki səmənbərü səhiqəd
Bir-birinə oldular müqəyyəd.
Ol iki xərabi-badeyi-zövq
Bir camdan içdilər meyi-şövq,
Girdabi-bəlayə oldular qərq,
Qalmadı aralarında bir fərq.
Övzai-müxalif oldu yeksan,
Guya iki təndə idi bir can.
Hər kim sorar olsa Qeysə bir raz,
Leylidən ona yetərdi avaz.
Kim Leyliyə qılsa bir xitabı,
Qeys idi ona verən cavabı.
Eylərlər idi xəti-vəfa məşq,
Artardı dəmadəm onlara eşq.
Leylidə oxumaq iztirabı
Olsa, rüxi-Qeys idi kitabı.
Məşq etməyə Qeys alsa bir xət,
Leyli qaşı idi ona sərxət.
Xətt üzrə qılırdı ol gözəllər
Min naz ilə bəhslər, cədəllər.
Əmma nə cədəl – kəmali-ülfət,
Nə bəhs – nəhayəti-məhəbbət.
Çün bir neçə müddət ol iki pak
Övqat keçirdilər tərəbnak.
Eşq olduğu yerdə məxfi olmaz;
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şö'leyi-məlamət.
Hüsn afəti-eşq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm,
Bir qayətə yetdi nəş'əyi-hal
Kim, oldu həvasü əql pamal.
Qalmadı zəbanə tabi-göftar
Kim, eyləyələr məhəbbət izhar.
Keyfiyyəti-halı qılmağa faş
Gəlmişdi təkəllümə gözü qaş.
Eylərdi gözilə bu xitabı,
Qaşilə verərdi ol cəvabı.
Qaşü göz ilə olan təkəllüm,
Həm qılmadı dəfi-zənni-mərdüm.
Mərdümden olam, demə, kənarə!
Mərdüm göz içindədir, nə çarə?
Həmraz ikən ol iki vəfadar,
Dəmsaz ikən ol iki cigərxar,
Rəf' odu hicabi-şahidi-raz;
Eşq oldu məlamət ilə dəmsaz.
Aşiqlərə gizli qalmadı hal;
Mə'lum oldu cəmi'i-əhval.
Gərd ayineyi-nişatə düşdü,
Minbə'd iş ehtiyatə düşdü.
Söyləşməyə ol iki yeganə
Qalmadı səbəb, məgər bəhanə.
Ta olmaya raz aşikara,
Dövran ilə qıldılar müdara.
Bir növ bəhanə ilə hərdəm
Könlünü qılırdı Qeys xürrəm.
Qəsdən unudurdu dərsin ol zar,
Leyliyə deyirdi: "Ey vəfadar!
Hifzi-səbəq etdi bağrımı xun,
Məndən bilirəm, bilirsən əfzun,
Mən bilmədigim mənə oxutgil,
Dərsim oxuyam qulaq tutgil!"
Çün lövhələr üzrə xət yazardı,
Əmdən xətini qələt yazardı.
Yə'ni ki, xəta təvəhhüm edə,
Ol gül açılıb təbəssüm edə,
Göftarə gələ ki: "Bu, qələtdir,
Tərk et ki, xilafı-rəsmi-xətdir!"
Ola səbəbi-təkəllümi-yar,
Fəhm etməyə müddəayi əğyar.
Ətfal qılanda dövr bünyad,
Vari30 belə eyləyəndə fəryad,
Ol, yarına ərzi-hal edərdi,
Özgə dövrün xəyal edərdi.
Qılmazlar idi sözünü mə'lum,
Bilməzlər idi sözünə məfhum.
Məktəbdən olan zamanlar azad,
Vəsl üçün edərdi hiylə bünyad:
Qəsd ilə nihan edib kitabın,
Həddən aşırardı iztirabın,
Leyli yolunu tutub durardı,
"Sən gördün ola?" – deyib sorardı.
Yə'ni bu bəhanə ilə bir dəm,
Yarın görə, ola şadü xürrəm.
Elmi-xətə ömrün eyləyib sərf,
Məşq etmiş idi həmin iki hərf:
Bir səfhədə "lam"ü "ya" mükərrər
Yazardı, onu qılardı əzbər31
Kim: "Bu iki hərfdir muradım,
Rövşən bular ilədir səvadım".
BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR32
Çün məkr ilə Qeysi-bədsərəncam,
Bir neçə zaman keçirdi əyyam.
Tədbir ilə eşq zövq verməz,
Tədbir diyari-eşqə girməz.
Eşq ilə riya degil müvafiq,
Rüsvay gərək həmişə aşiq.
Dildən-dilə düşdü bu fəsanə,
Faş oldu bu macəra cəhanə
Kim: "Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli".
Tədrici-məbadi ilə nagah
Leylinin anası oldu agah,
Odlara tutuşdu, yasə batdı,
Ol qönçədəhanə dil uzatdı.
Yanar od olub, çəkib zəbanə,
Ol gülrüxə dedi yanə-yanə:
"K'ey33 şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə'nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə'nə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən!
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma.
Hər gördügünə su kimi axma.
Mey gərçi səfa verir dimağə,
Axdığı üçün düşər əyağə.
Güzgü kimi qatı üzlü olma!
Nərgis kimi xiyrə gözlü olma!
Gözdən gərək olasan nihan sən,
Ta demək ola sənə ki, cansən.
Sən şəm'sən, uymagil həvayə
Kim, şəm'i həva verər fənayə.
Lö'bət kimi özünü bəzətmə,
Rövzən kimi kuçələr gözətmə.
Sağər kimi gəzməgi həram et,
Nəğmə kimi pərdədə məqam et.
Sayə kimi hər yerə üz urma,
Heç kimsə ilə oturma, durma!
Sən sadəsən, özgə əhli-neyrəng,
Cəhd eylə verilməsin sənə rəng.
Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.
Sən qandanü eşq zövqi qandan?
Sən qandanü dust şövqi qandan?
Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?
Ey iki gözüm, yaman olur ar!
Namusumuzu itirmə, zinhar!..
Biz aləm içində niknamız,
Mə'rufi-təmami-xasü amız,
Nə nəng ilə dəxi edəlim laf?
Biz deməyəlim, sən eylə insaf!
Tut kim, sənə qıymazam məni-zar,
Məndən ulu bir müdəbbirin var.
Neylərsən əgər atan eşitsə?
Qəhr ilə sənə siyasət etsə?
Minbə'd gəl eylə tərki-məktəb,
Bil əbcədini həmin cədü əb.
Etmə qələm ilə məşqdən yad,
Suzən tutü nəqş eylə bünyad.
Ətfaldan eylə qət'i-ülfət,
Həmraz yetər yanında lö'bət,
Büt kimi bir evdə eylə mənzil,
Olma dəxi hər yənayə mayil.
Ənqa kimi üzlət eylə pişə,
Öylə rəviş eylə ki, həmişə
Gərçi adın ola dildə məzkur,
Görmək səni ola qeyri-məqdur.
Xoş ol ki, qızı həmişə gizlər,
Xud gizli gərək həmişə qızlar".
BU, İNKAR İLƏ LEYLİ ANASINA CAVAB VERDİGİDİR VƏ SƏRAYİ-MÖHNƏTƏ GİRDİGİDİR34
Leyli bu itabı çün eşitdi,
Öz könlündə müqərrər etdi
Kim, şö'bədeyi-sipehri-zalim
Tərh eylədi nəqşi-namülayim.
Əyyami-vüsalə yetdi hicran,
Vəqt oldu cigərlər ola büryan.
Əmma nə desin, nə çarə qılsın,
Tədbir nə olduğun nə bilsin?!
Naçar tutub təriqi-inkar,
Asari-təcahül etdi izhar.
Gülzari-itabə ab verdi,
Giryan-giryan cəvab verdi:
"K'ey, munisi-ruzigarım ana!
Dürci-düri-şahvarım ana!
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
Dersən məşuqü-eşqü-aşiq,
Mən sadəzəmir tifli-sadiq;
Bilmən nədir ol bədisə məzmun?
Söylə, necə olmayım digərgun?
Eşqin qılmazdı kimsə yadın,
Ha səndən eşitdim indi adın.
Billah, nədir, anə, eşqə məfhum?
Bu sirri-nihanı eylə məlum!
Hadiyi-rəhi-muradım olğıl,
Bu işvədə ustadım olğıl!
Mən məktəbə rə'yim ilə getmən,
Bir şüğli xilafi-rə'yin etmən.
Həm sən dərsən ki: "Məktəbə var!"
Həm dersən sən ki: "Getmə, zinhar!"
Qanğı sözə e'tiqadım olsun?
Sənə necə e'timadım olsun?
Mən həm degiləm bu zəcrə qail
Kim, hərdəm olub çiraği-məhfü,
Nacinslər ilə həmdəm olam,
Bir yerdə müqəyyədi-qəm olam.
Hər didədən edə-edə pərhiz,
Övqat keçə küdurətamiz.
Peyvəstə müəllim eyləyib cövr,
Gahi səbəq oxuda, gəhi dövr.
Billah mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Ayrıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!"
Çün ana eşitdi bu cəvabi,
Tərk etdi şikayətü itabi.
Şəksiz ona rövşən oldu k'ol35 mah,
Aşiqlikdən degildir agah
Bihudədir ol qamu fəsanə
Kim, aşiqdir filan fılanə.
Çün vaqeə şək məhəlli oldu,
Ol vaqeədən təsəlli oldu.
Leyli həm oturdu evdə naçar,
Düzdü sədəfinə dürri-şəhvar…
Bir bürcdə sabit oldu əxtər,
Məhbusi-xəzanə oldu gövhər.
Lə'l oldu əsiri-sineyi-səng,
Həbs oldu gülabə şişeyi-təng.
Qəmdən siyəh oldu ruzigarı,
Nomid36 dili-ümidvarı.
Ah eylər idi, vəli, nə hasil?
Ol yel açamazdı qönçeyi-dil.
Göz yaşı tökərdi, leyk nə sud,
Bitməzdi onunla nəxli-məqsud.
Zülfi kimi piçü tabə düşdü,
Heyran qalıb iztirabə düşdü.
Ağzı kimi xülqün etdi qəm dar;
Çeşmi kimi cismi oldu bimar.
Nə dərdini saxlasa, qərari,
Nə şərhi-qəm etsə, qəmküsari.
Fanusi-xəyalə döndü ol şəm',
Könlünü qılıb xəyal ilə cəm',
Hərdəm çəkib ol qəm içrə min ah,
Səbr etdi zərurət ilə ol mah.
Dərd ilə düzüb təraneyi-qəm,
Bu bir qəzəli oxurdu hər dəm:
QƏZƏLİ-LEYLİ
Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb, naləvü əfğanımdan?
Oda yandırmasa gər şö'lə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?
Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan.
Ah idi həmnəfəsim, ah ki, ol həm axır
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan.
Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin?
Aqibət zahir olur çaki-giribanımdan.
Həq bilir, yar degil canü dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanımdan.
Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.
Lütf edib sən məgər, ey bad, bu gündən böylə
Verəsən bir xəbər ol sərvi-xuramanımdan.
Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,
Kimsə agah degil hali-pərişanımdan.
TƏMAMİYİ-SÜXƏN37
Saqi, gətir ol meyi-muğani
Kim, unudalım qəmi-cəhani!
Rəhm eylə ki, qəsdi-can edər qəm,
Bağrım sitəm ilə qan edər qəm.
Qıl əqlimi badə ilə zail,
Çərxin sitəmindən eylə qafil.
Fəryad ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Bir adət ilə mədarı yoxdur,
Dövranının e'tibarı yoxdur.
Gər həmnəfəs etsə iki yarı,
Bir yerə gətirsə iki zarı,
Əlbəttə, səbəb salar arayə,
Onları əsir edər bəlayə.
Billah nə yamandır aşinalıq,
Çün vaqe olur yenə cüdalıq.
GÜZARİŞİ-HALİ-MƏCNUN38
Gülzari-kəlam bağbani
Böylə bəzəmiş bu bustani
Kim, sərvi-riyazi-möhnətü dərd,
Sövdazədə Qeysi-dərdpərvərd
Hər sübh gedərdi məktəbə şad,
Məktəbdə olurdu qəmdən azad,
Məşqi-xəti-hüsni-yar edərdi,
Dəf'i-qəmi-ruzigar edərdi.
Zövq ilə tutub təriqi-sabiq,
Adət üzərinə sübhi-sadiq
Gəldi yenə məktəbə fərəhnak
Ta kim, qıla zövqi-vəsli idrak.
Gördü ki, behiştə hur gəlməz,
Gün çıxdı, hənuz nur gəlməz.
Xurşidsiz oldu raz ta şəb,
Oldu başına qaranqu məktəb.
Bildi ki, sipehri-şö'bədəbaz
Bir şö'bədə eyləyibdir ağaz.
Əlbəttə, cəfayi-tə'ni-əğyar
Ol gül yoluna buraxdı bir xar.
Nomid olub etdi nalə bünyad,
Dedi: "Nədir, ey fələk, bu bidad?
Netdim sənə, qəsdi-canım etdin,
Qət'i-rəhi-dilsitanım etdin?
Kəsdin tələbi-qərəzdə rahim,
Bildir mənə kim, nədir günahim?
Əvvəl məni eylədin mükərrəm,
Vəsli-sənəm ilə şadü xürrəm,
Döndün niyə böylə, cövr edərsən?
Ol dövrə nəqiz dövr edərsən?
Vəhm eyləmədinmi kim, çəkib ah,
Suzi-cigər ilə bir səhərgah
Yandıram oda doquz rəvaqın,
Suzin sənə bildirəm fəraqın?
Tədbir qıl, ey müəllimi-pir,
Et sehr ilə ol pəriyi təsxir!
Ancaq mənə sanma yetdi bu qəm
Kim, yetdi mənə yetən sənə həm.
Düş, ey əlif, istiqamətindən,
Şərm eylə bu qəddü qamətindən!
Qəddi həvəsilə dəm urarsan,
Ol getdi, əcəb ki, sən durarsan!
Ey nun! Çü nihandır əbruyi-yar,
Sən dəxi nəzərdə durma, zinhar!
Ey mim! Çü ağzı oldu qaib,
Oldu sənə həm ədəm münasib!
Olsan nola, ey dəvat, diltəng?
Ayineyi-xatirin tutub jəng,
Ol türreyi-mişkbudan ayru
Hicran qara bağrın eyləmiş su.
Ey xamə, sirişkbar olubsan,
Sərgəştəvü biqərar olubsan!
Guya bu gün etməmiş müyəssər
Dövran sənə dəstbusi-dilbər.
Ey lövh! O xəttin eylə yadın,
Qıl sinədə nəqş qəm səvadın!"
Bir neçə gün ol əsiri-hicran.
Məktəbdə gəzib qılırdı əfğan.
Hər raz fəğanı ilə ta şəb,
Tə'zib çəkərdi əhli-məktəb.
Şəb həm qılıban fəğanü zari,
Eylərdi müxatəb ol nigari:
"Key göz nuri, könül süruri!
Sənsiz gözümün yox oldu nuri.
Əvvəl nə idi bu aşinalıq?
Axır niyə eylədin cüdalıq?
Əvvəl niyə eylədin məni məst,
İzhari-məhəbbət ilə pabəst?
Axır nə üçün xumarə saldın,
Bu möhnəti-intizarə saldın?
Saldın dili-zarə nari-firqət,
Qıldın gözümü pür abi-həsrət!
Könlüm odu qıldı yanə-yanə
Ahəng şəfəqtək asimanə.
Yaşım suyu oldu varə-varə
Bir bəhr ki, yox ona kənarə.
Mən isəməzəm bu gündə həmdəm,
Yanımdan ilət xəyalını həm!
Olmaya düşüb xəyalın, ey məh,
Oda yana, suya bata nagəh.
Sərməsti-şərabi-iştiyaqəm,
Mədhuşi-təhəyyüri-fəraqəm,
Qoyma qəmini mənimlə həmrah,
Faş eylərəm onu xəlqə nagah.
Sərməstdə ixtiyar olmaz,
Mədhuşda e'tibar olmaz.
Can oldu qəmin yolunda bərbad,
Təşvişi-fənadən oldum azad.
Göstərdi mənə qəmin məzaqi
Eyşi-əbədi, nişati-baqi.
Gər gəlsə əcəl, mənim nəm39 ala?
Can xud yoxdur, məgər qəm ala.
Şəm'i-şəbi-möhnətü bəlayəm,
Aşüfteyi-cünbüşi-həvayəm.
Suzi-dil ilə tökülsə yaşım,
Tiği-qəm ilə kəsilsə başım,
Candan çıxarıb həvayi-eşqi,
Tərk eyləməzəm bəlayi-eşqi.
Bu günləri kim, qəm içrə zarəm,
Hicran ələmilə biqərarəm,
Gər nameyi-ömrə kilki-təqdir
Gündür deyibən qılırsa təhrir,
Eylər məni ol hesab məğbun
Kim, surəti-haldır digərgun.
Gün şərti demişlər afitabi,
Billah ki, bu nüktədir hesabi.
Hər gün ki, görünməz afitabım,
Mən gün deməzəm, budur hesabım.
Yox kimsə bu dərdi-dildən agah,
Bu dərdi-dil ilə neyləyim, ah?!
Dərdim sözə gəldigincə artar,
Oddur, yel ilə zəbanə dartar".
Əyyamü-vüsalı eyləyib yad,
Ol xəstə bu şe'ri etdi bünyad:
QƏZƏLİ-MƏCNUN
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Ne'məti-vəslin görüb, nazın çəkərdim can ilə.
Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,
Olmamışdı tirə əyyamım şəbi-hicran ilə.
Məhvəşimdən, dustlar, dövran cüda istər məni,
Düşmənimdir, hiç bilmən netmişəm40 dövran ilə?
Yetsə gər aşiqlərin əflakə əfğanı, nə sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.
Yaşırıb41 saxlardım eldən daği-hicranın, əgər
Etmək olsaydı müdara dideyi-giryan ilə.
Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,
Qoymadı dövran keçə övqatım ol ünvan ilə.
Ey, Füzuli, əxtəri-bəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.
TƏMAMİYİ-SÜXƏN
Söz müxtəsər: ol əsiri-sevda,
Bir növ ilə oldu xəlqə rüsva
Kim, Qeys ikən, oldu adı Məcnun,
Əhvalını etdi qəm digərgun.
BU, LEYLİYƏ MƏCNUN GÜZƏRDƏ MÜQABİL OLDUĞUDUR VƏ GÜN MÜQABİLİNDƏ HİLALİ-MEHRİ BƏDRİ-KAMİL OLDUĞUDUR42
Bir gün ki, bahari-aləməfruz
Vermişdi cəhanə feyzi-novruz,
Salmışdı niqab çöhrədən gül,
Çəkmişdi sürudi-nalə bülbül.
Şəbnəm meyi-nabı ilə lalə
Doldurmuş idi qızıl piyalə.
Olmuşdu gül ilə səbzeyi-tər
Firuzəfüruz, lə'lpərvər.
Bir neçə müsahibi-vəfadar
Məcnuni-şikəstəyi görüb zar,
Hər yan dedilər ki: "Ey bəlakeş!
Gül çağıdır, olmagil müşəvvəş!
Bu fəsldə adəmi gərək şad,
Ənduhü bəlavü qəmdən azad!
Çün əbr degilsən, olma giryan,
Çün seyl degilsən, etmə əfğan!
Gül kimi buraxma sinənə çak!
Səbzə kimi etmə bəstərin xak!
Kəmtər özünü əsiri-qəm qıl,
Lütf eylə, xüramə gəl, kərəm qıl!
Səhra tutalım, mey içəlim şad,
Ənduh ilə olma böylə mö'tad!
Ey qönçədəhanü sərvqamət,
Gül, oyna, zəmani et fərağət!
Pakizə vücudə heyfdir qəm,
Böylə dəxi qalmaya bu aləm,
Şayəd açıla güli-muradın,
Möhkəm qıl əsasi-e'tiqadın!
Seyr üzrə bu növbahar fəsli
Şayəd buluna nigar vəsli".
Məcnuni-həzin əyağa durdu,
Səhralərə seyr üçün üz urdu.
Giryan-giryan qılırdı seyran,
Heyran-heyran gəzirdi hər yan,
Gəh səbzəyə ərzi-raz edərdi,
Gəh laləyə min niyaz edərdi,
Çeşminə sürərdi lalə dağın,
Aşiq sanıban öpüb ayağın.
Nərgis gözünə nigah edərdi,
Yarın gözün anıb, ah edərdi.
Söylərdi bənəfşəyə qəmi-dil
Kim, söyləyə, yarə olsa vasil.
Bülbüllərə şərh edərdi halın,
Qumrulara möhnətü məlalın.
Hər türfə çiçək görüb çəkib ah,
Mənzil-mənzil gəzərdi, nagah
Bir mənzilə düşdü rəhgüzari
Kim, seyrdə idi onda yari.
Bir neçə pərirüx ilə həmdəm,
Məcnuni-şikəstədən müqəddəm
Leyli güzər etmiş ol fəzayə,
Salmış gülü lalə üzrə sayə.
Bir səbzəyə səbz xərgəh urmuş,
Məh səhni-çəməndə halə qurmuş;
Qönçə kimi ol lətif xərgah,
Gül bərgi kimi içində ol mah.
Məcnunə müqabil oldu Leyli,
Bəhri-qəmə yetdi dərd seyli.
Leyli demə – şəm'i-məclisəfruz,
Məcnun demə – atəşi-cigərsuz.
Leyli demə – cənnət içrə bir hur,
Məcnun demə – zülmət içrə bir nur.
Leyli demə – övci-hüsnə bir mah,
Məcnun demə – mülki-eşqə bir şah.
Leyli demə – bir yeganeyi-dəhr,
Məcnun demə – bir fəsaneyi-şəhr.
Leyli – çəməni-bəla nihalı,
Məcnun – föləki-vəfa hilalı.
Leyli – məhi-asimani-həşmət,
Məcnun – şəhi-kişvəri-məlamət.
Leyli – səfi-əhli-hüsn əmiri,
Məcnun – səri-kuyi-qəm fəqiri.
Leyli işi – işvəvü kirişmə,
Məcnun gözü yaşı çeşmə-çeşmə.
Leyliyü nişati-hüsn kami,
Məcnunü bəlayi-eşq dami.
Leyliyü lətafəti-dilaray,
Məcnunü məlaməti-qəməfzay.
Leylidə kəmali-hüsn ilə zövq,
Məcnunda cəmali-Leyliyə şövq.
Leyli – sədəfi-həyayə bir dür,
Məcnuna onunla min təfaxür.
Leylidə vüsali-dust meyli,
Məcnunda həm arizuyi-Leyli.
Ol iki səhiqədü səmənbər
Bir-birinə oldular bərabər;
Fuladə sataşdı səngi-xarə,
Od düşdü qərarü ixtiyarə.
Bir sazə düzüldü ol iki tar,
Gərm oldu rəvaci-naleyi-zar.
Ol baxdı buna nişat buldu,
Bu gördü onu müqəyyəd oldu.
Məcnunda qərar tutmayıb huş,
Dəryayi-təhəyyür eylədi cuş.
Bir dəm baxa bümədi ol ayə,
Döşəndi yer üzrə misli-sayə.
Leyli həm itirdi ixtiyarın,
Bir dəm görə bilmədi nigarın,
Heyranlığı ol məqamə yetdi
Kim, düşdü ayaqdan, usu43 getdi.
Gül suyu səpib rəvan üzünə,
Leylini gətirdilər özünə.
Hər yan dedilər ona ki: "Ey mah!
Nagəh, olur atan-anan agah
Kim, qeyr ilə aşina olubsan,
Bir dilbərə mübtəla olubsan.
Verməz bu rəviş nəticeyi-xub,
Şayəstə degil sənə bu üslub!
Yaxşı nəzər eyləsən yamandır,
Həm bizə və həm sənə ziyandır!"
Ondan götürüb büsatü xərgah,
Ol mahliqayi xahü naxah
Öz bürcünə qıldılar rəvanə,
Ta olmaya vaqif ata-anə.
Söz demədilər bu macəradan,
Nə gəncdənü nə əjdəhadan.
Məcnunu həm etdi çeşmi-xunbar
Sular saçıban üzünə, bidar.
Gördü ki, nigardan nişan yox,
Bir cismi-füsürdə var, can yox.
Divanə qalıb, pəri gedibdir,
Salıb onu dilbəri gedibdir.
Çak eylədi camə, çəkdi nalə,
Halı bədəl oldu özgə halə.
Tərk etdi libasi-laləguni,
Rəxt oldu təninə əşki-xuni.
Gər matəm üçün misali-xamə,
Sarmışdı başa siyəh əmamə.
Çizgindi başına dudi-ahi,
Yandırdı əmameyi-siyahi.
İkrah ilə çıxdı pirəhəndən,
Ar etdi şəhidi-qəm kəfəndən.
Nə'leyni buraxdı ol bəlacu
Kim, aşiqinə payibənddir bu.
Həmdəmlərə üzr qıldı ağaz:
"Key bir neçə həmnişinü həmraz!
Seylabi-hücumi-əşk yetdi,
Mən şiftəhalı qərq etdi.
Olman44 məni-xəstə ilə həmdəm,
Ta batmayasız bu suya siz həm.
Mən rəngi-məlamətə boyandım,
Sevdazədəlik oduna yandım.
Əlbəttə, bu od ki, düşdü canə,
Axır tutuşub çəkər zəbanə.
Düşvar bəlami səhl sanman!45
Siz dəxi mənim oduma yanman!46
Məndən sizə düşməsin bir əxgər,
Çün dəgmədi xeyr, dəgməsin şər.
Sevda siyəh etdi ruzigarım,
Eşq aldı inani-ixtiyarım.
Mən bir quşam, uçdum aşiyandan,
Mən qandanü meyli-xanə qandan?!
Qılman47 mənə ev hekayətin çox,
Dəxi mənim onda getməgim yox!
Sizdən sorar olsa ata halım,
Keyfiyyəti-möhnətü məlalım,
Söylən48 ki: "Fənayə verdi rəxtin,
Əyyam siyah qıldı bəxtin.
Ey piri-şikəstəhalü naşad,
Tanrıçün əlimdən eyləmə dad!
Demə ki, "nədir bu macəralar?"
Səndən mənə yetdi bu bəlalar!
Mən bilməz idim qəmi-cəhanı,
Təşvişi-zəminü asimanı.
Asudə səraçeyi-ədəmdə
Nə qüssədə idimü nə qəmdə.
Bilməzlik ilə xoş idi halım,
Nə hüsn, nə eşq idi xəyalım.
Sən vasiteyi-vücudim oldun,
Sən manei-feyzi-cudim oldun!
Umdun ki, mənimlə olasan şad,
Dərda ki, ümidin oldu bərbad.
Mən yox olubam, sən indi var ol!
Özgə xələfə ümidvar ol.
Mə'zur tut, ey əziz, mə'zur!
Mən qəsd ilə səndən olmadım dur.
Çox sidq ilə eylədim ona əzm
Kim, dövləti-vəslinə edəm cəzm,
Su saldı yoluma əşki-həsrət,
Damanımı tutdu xari möhnət".
Təhrir qılıb münasibi-hal,
Bu şe'ri həm etdi ona irsal:
QƏZƏL
Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, mə'zurəm!
Əgər çaki-giriban eyləsəm, mən' eyləmən49, çün mən
Mətai-nəngdən ari, libasi-ardən urəm.
Mənü səhrayi-vəhşət, mənzil etməm afiyət küncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
Təmərrüd, əql fərmanından etsəm, dustlar, billah,
Məni rə'yimlə sanman50, eşq sultaninə mə'murəm.
Mənə kim tənə eylər, kim nəsihət əhli-aləmdən,
Xoşam ki, e'tibari-eşq ilə hər dildə məzkurəm.
Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,
Nə müştaqi-behiştəm sən kimi, nə talibi-hurəm.
Xəyali-çini-zülfü taqi-əbrusilə zövqüm gör,
Sanasan həşmət ilə kəsriyəm, qədr ilə fəğfurəm.
Qərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,
Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.
TƏMAMİYİ-SÜXƏN
Ol şiveyi-eşq içində mahir,
Qaldıqda vəsiyyətini axir,
Qıldı, gözədib təriqi-vəhşət,
Əshabdən inqitai-ülfət.
Səhrayə düşüb günəş misali,
Tənha yürür oldu laübali.
Hər daşə ki, yetdi tökdü yaşın,
Lə'l eylədi kuhü dəşt daşın
Gözyaşını bəs ki, tökdü hər su,
Hər mərhələdən axıtdı min cu.
Bir əbri-bəla idi, güvahi:
Baran – sirişki, bərq – ahi.
Baran ilə bərqi cismü candan,
Bir mərtəbədə ki, bundan, ondan
Dəryalərə yetsə ləm'əyi-tab,
Səhralərə düşsə qətreyi-ab,
Dəryalar olurdu cümlə səhra,
Səhralər olurdu cümlə dərya.
Fəryad ilə doldurub bu deyri,
Fəryadə gətirdi vəhşü teyri.
Əfğanı yetirdi asimanə,
Atəş salıb ah ilə cəhanə.
BU, MƏCNUN ATASININ VAQİFİ-HAL OLDUĞUDUR VƏ ONU BİYABANİ-MÖHNƏTDƏ BULDUĞUDUR51
Gəncinəgüşayi-gəncgöftar
Olmuş bu əda ilə gühərbar:
K'ol bir neçə biqərarü məhzun
Naçar qılıb vidai-Məcnun,
Nomid dönüb şikəstəvü xar,
Qıldılar atasını xəbərdar.
Ol pir çü vaqif oldu halə,
Məcnun kimi etdi ahü nalə.
Səhralərə tutdu seyltək üz,
Vadilərə açdı çeşmətək göz,
Çox aradı, gəzdi hər məkanı,
Bulunmadı oğlunun nişanı.
Ta aqibət ol şikəstəhali
Bir guşədə gördü laübali.
Düşmüş yerə, xaksarü qəmnak,
Əhvalı xərabü sinəsi çak.
Dönmüş güli-sürxi zə'fəranə,
Şümşadi-lətifi xizəranə.
Ayinəsini qubar tutmuş,
Jəngi-qəmi-ruzigar tutmuş;
Etmiş əlifin sitəm yükü dal,
Qılmış qələmin fələk qəmi nal.
Həmsöhbəti murü həmdəmi mar,
Təkyəgəhi xakü bəstəri xar.
Xar üzrə ona dəlik-dəlik tən,
Açmış qəm evinə dürlü rövzən.
Ol pir, çü gördü surəti-hal,
Surət kimi qaldı bir zaman lal.
Bir ləhzə onu təhəyyür aldı,
Heyrət gözü ilə baxa qaldı.
Sonra yaxa yırtıb etdi fəryad:
"K'ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,
Əsrari-nihanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Billah, netə52 biqərar olubsan,
Aşüfteyi-ruzigar olubsan!
Nə seyrdəsən, sənə tələb nə,
Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.
Zülmətdə isə şəm'i-məqsud,
Rövşən qılü məndən istə mövcud".
Məcnun dedi: "Ey mənə verən pənd,
Danayi-süxənvərü xirədmənd!
Kimsən, nədürür bu göftgulər,
Bifaidə batil arizulər?
Get, dərdimə sən dəva degilsən,
Biganəsən, aşina degilsən!
Mən böylə kəmalə tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş!"
Dedi: "Mənəm atan, ey bəlakəş,
Mən səngi-məlamətəm, sən aləş!"
Dedi: "Nədir, atə, yoxsa anə?
Leyli gərək, özgədir fəsanə".
Çün gördü itaətində ehmal,
Bildi ki, fəqir özgədir hal,
Verdi bu firib ilə təsəlli
Kim: "Dur gedəlim, çağırdı Leyli!
Leyli bizə gəldi, mihmandır,
Lə'li tələbində dürfəşandır".
Məcnun ki, eşitdi Leyli adın,
Sandı ki, fələk verər muradın.
"Ləbbeyk" deyib ayağə durdu,
Ol Kə'beyi-məqsədə üz urdu.
Pir ilə cəvani-dilşikəstə,
Gəldi evə dilfigarü xəstə.
Başında həvayi-vəsli-Leyli,
Nə ata qəmi, nə ana meyli.
Gah ata nəsihət etdi ağaz,
Gah anası oldu pəndpərdaz.
BU, MƏCNUNA ANASI PƏND VERDİGİDİR VƏ BUSTANİ-MƏLAMƏTDƏN XARİ-NƏDAMƏT DƏRDİGİDİR53
"Key rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Şə'nində rəyasəti-ərəb var,
Mirasi-şücaətü ədəb var.
Ətvari-müluki tut həmişə,
Ayini-şücaət eylə pişə.
Əbruyi-xəm isə gər muradın,
Süst etmə kəmanə e'tiqadın!
Müjgani-siyahdən götür dil,
Ol navəki-cansitanə mayil!
Olsan nigərani-qəddü qamət,
Qıl nizeyi-xunfəşanə rəğbət!
Gər zülf ilə görmək istəsən xal,
Gör hey'əti-nöqtə, peykəri-dal!
Könlün gözü qaşə olsa məftun,
Gör dideyi-eynü əbruyi-nun!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən lə'lsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Etmə özünü hübabmanənd
Başında olan həvayə xürsənd!
Kim, yoxdurur ol həvayə bünyad,
Başın olur ol həvayə bərbad.
Sərgərmlik etmə şəm'nisbət,
Suzi-qəmi-eşq ilə mürüvvət.
Gör şəm'i necə düşər bəlayə,
Başına gedən, gedər fənayə.
Zövqi-dilü didə qılma adət!
Salma meyü şahidə iradət!
Məhbubü mey ilə bəsləyən can
Sanma olur əhli-əqlü iman!
Əqlimi olur müdam məstin?
İmani olurmu bütpərəstin?
Şe'rə həvəs etmə kim, yamandır,
Yaxşı deselər onu, yalandır!
Hala qıla gör kəmal hasil,
Fövt etmə məcal, gəzmə qafil!
Ey baği-ümidimiz nihali,
Qılma bizi nəng payimali!
Məhbub həm istəsən, kəm olmaz,
Biz kim, səniniz, sənə qəm olmaz.
Vardır bu həşəmdə min qəbilə,
Hər taifə içrə min cəmilə.
Bir-bir qılalım qamu sənə ərz,
Yetsin yerinə bizə olan fərz.
Bir sərvi-səhiqədü səmənbər
Təzvicini edəlim müqərrər,
Tə'yin edəlim sənə məhü sal,
Sərf eyləyə bildigincə əmval.
Sən tutma həmin təriqi-vəhşət,
Qət'i-nəsəb eyləmə əmanət!
Bizdən bu nəsihəti qəbııl et!
Hər ləhzə bizi, yetər məlul et!
Üşşaq səfahətin qılıb yad,
Bu şe'ri nə xoş demiş bir ustad:
QƏZƏLİ-USTAD
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü-fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var",
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
BU, MƏCNUNUN NƏSİHƏT QƏBUL ETMƏDİGİDİR VƏ ATASININ DƏRDİ DƏRMANƏ YETMƏDİGİDİR
Məcnun ki, eşitdi bu xitabı,
Verdi bu əda ilə cəvabı:
"K'ey ruhi-rəvanın atə, anə!
Kami-dilü canım atə, anə!
Təhqiq edibəm, işim xətadır,
Hər nə desəniz mənə rəvadır.
Aludeyi-rəngi-dudi-ahəm,
Zilli-günəh ilə rusiyahəm.
Mən həm olubam bu işdən agah,
Əmma nə deyim, nə söyləyim? Ah!
Yoxdur bu işimdə ixtiyarım,
Zəbtimdə inani-iqtidarım!
Əql oldu zəifü eşq qalib,
Xatir nigaran, nigar cazib.
Tutdu tənü canımı qəmi-yar,
Qeyrəl-məhbub leysə fiddar.54
Məndə dəxi necə mənlik olsun,
Məndən məni istəyən nə bulsun?
Təqdir çü böylədir, nə tədbir,
Təqdiri edərmi kimsə təğyir?
Olsaydı mənə nişat ruzi,
İstərmi idim bu dərdü suzi?
Gər səhhətə qadir olsa bimar,
Dərdə özün eyləməz giriftar.
Əl versə gədayə padişalıq,
Sanman ki, qılır dəxi gədalıq.
Fitrətdə nə halət olsa məqsum,
Rəf olmadığıdır əmri-mə'lum.
İslahıma eyləmən təəmmül
Kim, gül tikən olmazü tikən gül.
Keyfiyyəti-abü cövhəri-xak,
Dönmək olamı qəbuli-idrak?
Su süfləligindən ayrılırmı?
Od yandıra bilməyə bilirmi?
Ol gün ki, rəhimdə kilki-qüdrət
İcadıma verdi zibi-surət,
Doldurdu həva ilə dimağım,
Sevda ilə bağladı ayağım.
Doldu bədənimdəki rəgü pust,
Başdan-ayağa məhəbbəti-dust.
Mülk eylədi könlümü bəlayə,
Vəqf eylədi canımı cəfayə.
Yox məndə bu hökmdən təxəllüf,
Ol maliki-vəqfədir təsərrüf.
Dərdi-əzəli dəva bulurmu?
Mehri-əbədi fəna bulurmu?
Mən şəm'i-səraçeyi-fəraqəm,
Suzi-cigər ilə xoşməzaqəm.
Məndən diləyən bu suzi zail,
Bidadimə olmuş ola mail.
Şəm'in ki, həyatı oldu atəş,
Halı onun atəşilədir xoş.
Oddan diləyən onun nəcatın,
Fani diləmiş ola həyatın.
Düşmənliyə dustluq qılıb ad,
Tədbiri-nəcatım eyləmən yad.
Mən qərqeyi-bəhri-şövqi-yarəm,
Bərhəmzədeyi-qəmi-nigarəm,
Ancaq səbəbi-qərarım oldur,
Arami-dili-figarım oldur.
Onunla edin bu dərdə mərhəm,
Urman55 dəxi özgə kimsədən dəm.
Dersiz mənə var dilrübalər,
Leyli kimi çox pəriliqalər…
Billah, deməniz bu hərfı zinhar!
Aləmdə bir ondan özgə kim var?
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?
Xosrov degiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər!
Mən yekcəhətəm təriqətimdə,
Təğyir işi yox cibillətimdə".
Üzrünü bəyan edib həm ol dəm
Təqrirə gətirdi bir qəzəl həm:
BU QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR
Eşq dərdi, ey müalic, qabili-dərman degil!
Cövhərindən eyləmək cismi cüda asan degil!
Dövr cövründən şikayət edənə aşiq demən56,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran degil!
Şəhrdən səhrayə bir fərq olduğun hər kim bilir,
Bilmiş ol kim, eşq səhrasında sərgərdan degil.
Hər kim idrak eylər öz keyfiyyəti-halın, hənuz
Düst rüxsarinə eyni-şövq ilə heyran degil.
Canı canan ittihadı fariğ eylər cismdən,
Cismdən agah olan can vasili-canan degil.
Der imiş düşmən ki, həmdəmdir Füzuli yar ilə,
Hər sözü böhtan isə, həqqa, bu söz böhtan degil.
BU, MƏCNUNUN ATASI LEYLİYƏ XASTARLIĞIDIR VƏ LEYLİ ATASININ MƏCNUNDAN BİZARLIĞIDIR57
Saqi, gətir ol şərabi-nabi
Kim, yetdi nisabə qəm hesabi.
Qəm düşməni-cani-mübtəladır,
Dəf eyləyə gör ki, bir bəladır!
Söz cövhərinə olan xiridar,
Bu növ ilə qıldı gərm bazar
Kim, aciz olub qəm içrə ol pir,
Məcnununa qıldı fikri-zəncir.
Bildi ki, gər olmaz olsa Leyli,
Mümkün degil olmağı təsəlli,
Qıldı tələbin özünə lazim,
Cəm' etdi əaliyü əazim.
Ümmid ilə bağladı umub kam,
Ol Kə'beyi-arizuyə ehram.
Çün Leyli atası bildi hali,
Uydurdu əkabirü əali,
Qarşılarına olub rəvanə,
Qıldı olar ilə əzmi-xanə.
"Əhlən və səhlən!" deyib dəmadəm,
Min gəz dedi: "Ola xeyr məqdəm!"
Çün şəm' sifət olar oturdu,
Ol sərv kimi ayağa durdu.
Ortaya buraxdı türfə xanlar,
Ta kami-dil ala mihmanlar.
Olmuşdu dolub kəbab ilə xan,
Cədyü Həməl ilə asiman san.
Əmma, əcəb ər qıla xirədmənd,
Ol xanları asimanə manənd,
Hər kim qərəzin bulurdu xandan,
Bu mümkün olurmu asimandan?
Xanlar götürüldügündə ol pir
Təqrib ilə dərdin etdi təqrir:
"K'ey, qədrlə qibleyi-qəbail!
Səndən qamunun muradı hasil,
Əslü nəsəbim sənə əyandır,
Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm səxadə,
Mə'rufi-təvaifəm ətadə.
Həm var məhəbbətimdə tə'sir,
Həm var ədavətimdə təşvir.
Sərdəftəri-əhli-ruzigarəm,
Hər necə desəm, yüz onca varəm.
Nəxli-əməlim səmər veribdir,
İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lö'lu
Bir lə'l ilə ola həmtərazu,
Ta lö'lö olanda lə'lə vasil,
Tərkib qılam müfərrihi-dil.
Çox kanlara tişəvəş üz urdum,
Çox lə'l həqiqətini sordum.
Hər kanda əgərçi lə'l çoxdur,
Bir lə'l ki, layiq ola yoxdur.
Bir lə'lin eşitmişəm sənin var
Kim, lo'löümə odur səzavar.
Lütf eylə, inayətü kərəm qıl!
Ol lə'l ilə dürrü möhtərəm qıl!
Qılsın gülü sərv sayəpərvər,
Olsun gülə sərv sayəgüstər.
Fəhm et sözümü, təğafül etmə,
Bir xeyr işidir, təəllül etmə!
Gər hasil olur bu kam səndən,
Hər nə ki, dilərsən, istə məndən.
Onca qılayın sənə rəvan gənc
Kim, yer üzün eyləyə nihan gənc.
Onca gühər eyləyim rəvanə
Kim, bulmayasan ona xəzanə".
Ol sərvi-səmənbərin atası,
Ol gənci-nihanın əjdəhası
Lütf ilə dedi ki: "Ey xirədmənd!
Mən kimi əsiri-dani-fərzənd!
Sən xoş gəldin, səfa gətirdin,
Torpaqlardan bizi götürdün.
Müşkülcə xitabdır xitabın,
Bilmən necə verəyin58 cəvabın?
Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
"Məcnun" deyə tə'n edər xəlayiq,
Məcnuna mənim qızım nə layiq?
Leyli deməyim ki, nazənindir,
Bir tirə kənizi-kəmtərindir,
Olmazmı kəniz cinsi-mərdüm?
Yoxdurmu kənizə həm tərəhhüm?
Div ilə pəri olurmu həmdəm?
Olmaz, sözü açma əbsəm, əbsəm!
Divanəyə zaye eyəmə rənc,
Viranə gərək ona, nədir gənc?
Tədbir ilə döndərib məzacın,
Sevdasının eyləsən əlacın,
Leyli onun olsun, eylədim əhd,
Var indi, sən et əlacına cəhd!"
BU, MƏCNUN ATASININ HİRMANIDIR VƏ QEYRİ BABDƏN TƏDBİRİ-DƏRMANIDIR59
Ol sahibi-nəngü namü namus
Döndü evə, gəldi xarü mə'yus.
Məcnuna dedi ki: "Ey cəfakəş!
Hacət bitər, olmağıl müşəvvəş!
Əql ilə açılır ol müəmma,
Leyliyi sənə verərlər, əmma
Şərti bu ki, olasan xirədmənd,
Ərbabi-xirəddən alasan pənd.
Rəf' ola əlaməti-cünunun,
Əql ola həmişə rəhnümunun".
Məcnun dedi: "Ey ədibi-kamil!
Divaneyi-eşq olurmu aqil?
Gər məndə bir ixtiyar olaydı,
Tədbirimə e'tibar olaydı,
Əvvəldən ədəb şüar edərdim,
Təmkinimi üstüvar edərdim.
Olmazdı bu halə ehtiyacım
Kim, ola əzab ilə əlacım.
Məndə bu əlacə yox müdara,
Min gəz qəmim etmən60 aşikara.
Yoxdur rəvişimdə inqilabım,
Əvvəlki cəvabdır cəvabım.
Sən əhli-xirədsən, eylə tədbir,
Tədbirin edə məgər ki, tə'sir,
Leyliyi dəxi mən etməyim yad,
Mən aqili-vəqt olam, sən azad".
Ol piri-şikəstəhal heyran
Tədbiri-əlac edib firavan,
Hər qanda eşitdi bir təbibi,
Gülzarının oldu əndəlibi.
İzhar edib ona ehtiyacın,
Bimarına istədi əlacın.
Bimarına min təbibi-haziq
Bir şərbət içirmədi müvafiq.
Hər yerdə ki, bildi bir nəzirgah,
Varıb ona oldu xaki-dərgah.
Çox əl götürüb dualar etdi,
Çox nəzr verib ətalar etdi.
Rə'yilə məlulun etməyə şad,
Min pirdən almadı bir irşad.
Çox sehr oxunub yazıldı tə'vid,
Çox məkrlərə tutuldu ümmid,
Edilmədi heç birilə çarə,
Nə çarə qəzayi-kirdigarə?
Bir gün dedilər ona ki: "Ey pir!
Aləmdə sənə bu qaldı tədbir –
Kim, Kə'bəyə iltəsən əsirin,
Ola ki, Həqq ola dəstgirin.
Tövfi-hərəm olsa ona hasil,
Sərgəştəlik ondan ola zail.
Ursa Həcəri-mübarakə baş,
Yumşaya, əgər ola qara daş".
BU, MƏCNUNİ-BİÇARƏNİN KƏ'BƏYƏ ÜZ URDUĞUDUR VƏ MÜNACATLA SEVDASI ARTDIĞIDIR61
Ol pir bu xeyr işə qalıb cəhd,
Məcnuna mürəttəb etdi bir məhd.
Aldı onu, əzmi-rah qıldı,
Əzmi-hərəmi-ilah qıldı.
Çün Kə'bəyə irdi ol nikuxu,
Məcnuna dedi ki: "Ey bəlacu!
Tut Kə'bəyə ruy, taət eylə!
Təmkinü ədəb riayət eylə.
Tə'zim şəraitin əda qıl,
İxlasi dürüst edib dua qıl.
Ola ki, qəbul ola niyazın,
Həq şəfqəti ola çarəsazın.
Bu yerdə qəbul olur dualər,
Bu büq'ədə bəxş olur ətalər.
Qıl tövbə ki, əhsəni-əməldir,
Cəhd eylə nicatə kim, məhəldir".
Məcnun bulub ol məqamdan zövq,
Saldı ünü çərxə nəş'əyi-şövq.
Suz ilə çəkib cigərdən avaz,
Ərz etdi binayi-Kə'bəyə raz:
"K'ey səqfi büləndü qədri ali,
Mehrabi-əazimü əalü!
Ey qibleyi-əhli-izzü iqbal,
Rüxsari-zəminə ənbərin xal!
Ey məğzi-vəfayə kisvətin pust,
Həmrəngi-pəlasi-xaneyi-dust!
Ey gülbüni-qönçeyi-ibadət,
Sənduqi-cəvahiri-səadət!
Ey daim olan mənimlə həmdərd,
Əmma nə mənim kimi cahangərd!
Köksünə uran Həcər kimi daş,
Zəmzəm kimi gözdən axıdan yaş!
Peyvəstə siyəh qılan libasın,
Könlündə nihan tutan həvasın!
Billah, kiməsən bu yerdə aşiq?
Söylə ki, ənisinəm müvafiq.
Olmuş sənə eşq feyzi hasil,
Qılmış səni qibleyi-qəbail.
Yarəb, bu hərəmsəra həqiçün,
Bu mə'bədi-pürsəfa həqiçün,
Qıl məndə binayi-eşqi daim,
Manəndi-əsasi-Kə'bə qaim!
Sal könlümə dərdi-eşqdən qəm,
Hər ləhzəvü hər zəmanü hər dəm!
Eşq içrə müdam şövqüm artır,
Şövq ilə həmişə zövqüm artır!
Hər qanda ki, aləm içrə qəm var,
Qıl könlümü ol qəmə giriftar!
Əndişeyi-əqldən cüda qıl,
Eşq ilə həmişə aşina qıl!
Artır mənə zövqü şövqi-Leyli,
Daim mənə onda qıl təcəlli!
Çoxdur bəni-adəm içrə bidad,
Et könlümü vəhşət ilə mö'tad,
Bir mülkdə ver mənə qərari
Kim, yetməyə adəmi qübari".
Ol zairi-Kə'bəyi-inabət
İstərdi dua qılıb icabət,
Tüğyani-bəladən etməyib fikr,
Bu şe'r idi hər dəm etdigi zikr:
QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yə'ni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən, götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tə'n edib deməyə bivəfa məni!
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
Mən qandanü mülaziməti-e'tibarü cah,
Qıl qabili-səadəti-fəqrü fəna məni!
Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Yarəb, müqəyyəd eyləmə mütləq mana məni!
BU, KƏ'BƏDƏN MƏCNUNUN MÜRACİƏTİDİR VƏ VÜHUŞ İLƏ MÜSAHİBƏTİDİR62
Bir-bir eşidib sözün atası,
Bildi ki, qəbul olur duası,
Əfzun olur ol qəmü məlamət,
Mümkün degil oğluna səlamət.
Çox qıldı fəğanü naləvü zar,
Oğlundan ümidi kəsdi naçar.
Ol pir qalıb orada heyran,
Məcnun tutuban rəhi-biyaban,
Tənha səfər ixtiyar qıldı,
Əzmi-səri-kuyi-yar qıldı.
Gündüz gözü yaşı hadiyi-rah,
Gecə yolu şəm'i şö'leyi-ah.
Gərdi-rəhi-yari yad edərdi.
Gəh otura, gəh dura gedərdi.
BU, MƏCNUNUN DAĞ İLƏ MÜSAHİBƏTİDİR VƏ CARİ OLAN ÇEŞMƏ İLƏ MÜNASİBƏTİDİR63
Bir dağə irişdi yolda nagah,
Qəddinə libasi-vəhm kutah.
Tiğində üqabi-çərx qanı,
Müzmər kəmərində lə'l kanı,
Mün'im sifəti, libası faxir,
Cibü bəğəli dolu cəvahir.
Dərya qılıban ona təzərrö'
Eylərdi zəxirəsin təvəqqö'.
Səhra edibən ona təvəlla,
Eylərdi məişətin təmənna.
Ol çeşmələr eyləyib rəvanə,
Olmuşdu olara ata-anə.
Tə'zim ilə qılmış onu həq yad,
Qur'anda "Əlcibalü ovtad".
Məcnun ona eyləyib təmaşa,
Bir odlu sürud qıldı inşa.
Olduqda sürud ilə nəvasaz,
Ondan həm eşitdi əksi-avaz,
Sandı ki, özilə həmnəfəsdir,
Dedi: "Mənə bir rəfiq bəsdir.
Yüz şükr ki, yari-qar buldum,
Gəzdim bu cəhanı yar buldum".
Eşq odun ona həm etdi rövşən:
"K'ey guşənişin-pakdamən!
Suzi-cigərimdən oldun agah,
Əhsənt, əhsənt, barəkallah!
Bir aşiqi-mübtəla imişsən,
Dərd əhlinə aşina imişsən.
Sənsən mənə həmdəmi-müvafiq,
Dağ ilə olur həmişə aşiq.
Bidad ilə köksünə urub daş,
Dərd ilə gözündən axıdıb yaş,
Noldu sənə, böylə məst olubsan,
Qəm daminə paybəst olubsan?
Qan ilə dolubdurur kənarın,
Nə güldən ola bu laləzarın?
Bağrın gorürəm olubdurur su,
Nə sərvqədin həvasıdır bu?
Gəl, ağlayalım bu macərayə,
Bir dəm qoşalım səda-sədayə!"
Çün bir dəm onunla ağladı zar;
Dərdi-dili-zann etdi izhar.
Əzm eylədi xaki-kuyi-yarə,
Leylinin evi olan diyarə.
BU, MƏCNUNUN QƏZAL İLƏ MƏQALATIDIR VƏ EŞQ BABINDA ONUNLA OLAN HALATIDIR64
Gördü ki, bir ovçu dam qurmuş,
Daminə qəzallər üz urmuş.
Ol damə cəfayi-çərxi-qəddar
Bir ahunu eyləmiş giriftar.
Boynu burulu, ayağı bağlı,
Şəhla gözü nəmli, canı dağlı.
Əhvalına rəhm qıldı Məcnun,
Baxdı ona, tökdü əşki-gülgun,
Könlünə qatı gəlib bu bidad,
Yumşaq-yumşaq dedi ki: "Səyyad!
Rəhm eylə bu mişkbu qəzalə!
Rəhm etməzmi kişi bu halə?
Səyyad, bu natəvanə qıyma!
Qıl canına rəhm, canə qıyma!
Səyyad, saqın, cəfa yamandır!
Bilməzsənmi ki, qana qandır?
Səyyad, mənə bağışla qanın!
Yandırma cəfa oduna canın!"
Səyyad dedi: "Budur məaşım,
Açman65 əyağın, gedərsə başım.
Qətlində bu seydin etsəm ehmal,
Ətfalü əyalıma nolur hal?"
Məcnun ona verdi cümlə rəxtin,
Pak eylədi bərgdən dirəxtin.
Ol türfə qəzalın açdı bəndin,
Şad eylədi cani-dərdməndin.
Üz urdu üzünə, qıldı əfğan,
Göz sürdü gözünə, oldu giryan:
"K'ey badiyəgərdü badnavərd!
Nazik bədənilə nazpərvərd!
Sən zinəti-hər gili-zəminsən,
Gül kimi lətifü nazəninsən
Ey, səbzeyi-cuybari-vəhşət!
Rə'na səməni-bəhari-vəhşət!
Tənha qoyma məni-zəbuni,
Olğıl mənə dəşt rəhnümuni!
Gəz bir neçə gün mənimlə həmrah,
İnsan deyib etmə məndən ikrah!
Yaşım kimi getmə çeşmi-tərdən,
Kəsmə əyağın bu rəhgüzərdən!
Sərçeşmeyi-çeşmim eylə mənzil,
Sərmənzilimizdən olma qafil!
Olsun bəbəgim qərargahın,
Əşkü müjə ab ilə giyahın.
Ey çeşmi-nigar yadigari'
Səhl eylə mənə qəmi-nigari!
Qıldıqda xəyali-çeşmi-Leyli,
Sən ver məni-xəstəyə təsəlli"!
Çün ol, bəşəriyyətin unutdu,
Ahu həm onunla üns tutdu,
Onun səbəbilə həm çox ahu,
Səhradə onunla tutdular xu.
BU, MƏCNUNUN KƏBUTƏRƏ ŞƏRHİ-HALIDIR VƏ ONDAN İLTİMASİ-TƏDARÜKİ-MAFİLBALIDIR66
Bu mənzilə yetdi zarü müztər,
Bir damdə gördü bir kəbutər.
Hər rövzəni-dami bir dəri-qəm,
Min qəm mütəvəcceh ona hər dəm.
Məcnun ona baxdı, yandı canı,
Yaşı kimi cuşə gəldi qanı.
Səyyadına eylədi təzərrö',
Qurtarmağın eylədi təvəqqö'.
Səyyad dedi ki, mən fəqirəm,
Fəqrə bu həmamə tək əsirəm.
Haşa ki, bu mürği-tizrəftar
Azad ola, mən qalam giriftar.
Gər var isə qiymətin əda qıl,
Ondan bunu damdən rəha qıl!
Əvvəl məni eylə qüssədən şad,
Ondan bunu dami-qəmdən azad!"
Var idi qolunda bir düri-tər,
Şəffaf çü dideyi-kəbutər,
Verdi onu, aldı ol əsiri,
Üftadənin oldu dəstgiri.
Sürtdü qədəminə çeşmi-pürxun,
Onca ki, ayağın etdi gülgun.
Hər dəm ona ərzi-raz edərdi,
Min nəğmeyi-şövq saz edərdi:
"K'ey tizpərü büləndpərvaz!
Ərbabi-vəfayə məhrəmi-raz!
Bu rəngi-libasi-nilfamın,
Ənduhü məlaməti-müdamın
İzhar qılır nişaneyi-qəm,
Kim qıldı səni əsiri-matəm?
Gər aşiq isən, sən ey cahangərd,
Qaçma ki, mənəm səninlə həmdərd.
Bir ləhzə mənimlə həmnişin ol,
Gəncineyi-razimə əmin ol!
Başım tükün aşiyanə qılğıl,
Göz yaşımı abü danə qılğıl,
Sən qasid imişsən, ey həmamə,
Məndən həm ilət nigarə namə!
Gör hicri-rüxündə iztirabım,
Peyğamım ilət, gətir cəvabım.
Billah, səri-kuyinə gedəndə,
Hər cizginibən təvaf edəndə,
Yad eylə məni, səvabıma gir,
Bir tövf səvabını mənə ver.
Qon xaki-dərinə, istə danə,
Qıl özünə danəni bəhanə.
Olduqca məcalın etmə namus,
Məndən yetir ol yerə zəminbus!"
Onca dedi ona həm qəmi-dil
Kim, qıldı onu həm ünsə mail.
Başında olub şəb aşiyanı,
Gündüz olur oldu pasibanı.
Zatında görüb nişaneyi-xeyr,
Həm vəhş mütii oldu, həm teyr.
Ram oldu bəhaim ol figarə,
Bir fövc yığıldı varə-varə.
Ol zar idi mülki-dərd şahi,
Xeyli-dədü dam onun sipahi.
Olmuşdu bəşərdən öylə bizar
Kim, öz əksin sanırdı əğyar.
Dartıb göyə dudi-şö'leyi-ah,
Öz sayəsin istəməzdi həmrah.
BU, LEYLİ ƏHVALINDAN BİR XƏBƏRDİR VƏ MƏ'ŞUQÜ AŞİQ ƏTVARINDAN BİR ƏSƏRDİR67
Saqi, mütəəllimi-xumarəm,
Müştaqi-şərabi-xoşgüvarəm!
Üftadəligim gör, etmə ehmal,
Rəhm et, bir əyağ ilə əlim al!
İzhar qılıb səfayi-məşrəb,
Bu bəzmi çü eylədin mürəttəb,
Bəzm əhlinə növbət ilə ver cam,
Həm xas riayət eylə, həm am!
Məcnunə həmin şərab tutma,
Leyliyi ki, əsldir unutma!
Dehqani-fəsihi-farsizad
Bu gülşənə böylə dikdi şümşad
Kim, ol çəməni-vəfa bəhari,
Daği-qəmi-eşq laləzari,
Yə'ni rəvişi-vəfadə möhkəm,
Leyli, sədəfi-cəvahiri-qəm
Girmişdi həsarə gəncmanənd,
Urmuşdu ayağə pənddən bənd.
Nə bir fərəhi, nə bir nişati,
Nə kimsə ilə bir ixtilati.
Bizar atadənü anadən,
Biganə cəmii-aşinadən.
Yanına olurdu xublər cəm',
Pərvanəsifət həvaliyi-şəm',
Şad olmağa xatiri-həzini,
Əylənməyə təb'i-nazənini
Min türfəcə-türfəcə fəsanə
Şirin söz ilə çəkib bəyanə,
Eylərlər idi zaman-zaman yad,
Təqrib ilə, ləhzə-ləhzə bünyad.
Ol tərk qılıb nişatü rahət,
Bir üzvünü eyləyib cərahət,
Eylərdi bəhanə ilə nalə,
Düşməzdi olar düşən xəyalə.
Qızlar qaşa versə vəsmədən rəng,
Can güzgüsünə salardı ol jəng.
Qızlar üzə qoysa nildən xal,
Ol nilə çəkərdi rəxt filhal.
Qızlarda xəyalı-nəqşi-diba,
Ol nəqşi-xəyal ilə şəkiba.
Qızların əli hənadə gülgun,
Onun əli əşki ilə pürxun.
Nə ignədə, nə ipəkdə meyli,
Müjganə tökərdi əşk seyli.
Qızlar qılıb arizuyi-ziyvər,
Gər riştəyə çəksələrdi gövhər,
Ol dəxi çəkərdi eyləyib rəşk,
Tari-bədəninə gövhəri-əşk.
Məcnundan idi cünuni əfzun,
"Leyli" deyənə deyərdi "Məcnun!"
Dünlər ki, gedib yanından ol cəm',
Bir guşədə ol qalırdıvü şəm'
Şəm'ə qəmi-dil bəyan edərdi,
Suzi-cigərin əyan edərdi.
BU, LEYLİNİN ÇİRAĞLA MACƏRASIDIR VƏ ONDAN ÇAREYİ-DƏRDİ-DİL TƏMƏNNASIDIR68
"K'ey didəsi bağlı, bağrı dağlı'
Başı qaralı, ayağı bağlı!
Gəl, olalı həmnəfəs mənü sən,
Razi-dili-zarin eylə rövşən!
Nə dərd səni nizar edibdir,
Alüftəvü zərdü zar edibdir?
Başdan ayağa nədir bu yanmaq,
Dudi-dilə dəmbədəm boyanmaq?
Nə cinsdir əslin, ey bəlakəş
Kim, abi-həyatın oldu atəş?
Şərhi-dili-gərmü çeşmi-tər ver,
Sərrişteyi-razdən xəbər ver!
Hər ləhzə düşərsən iztirabə,
Həm atəşə qərqsən, həm abə.
Nə sehr qılırsan, ey səhərxiz
Kim, atəşin abdən olur tiz?
Mən suxtədən həm olma qafil,
Məndə dəxi var bir qəmi-dil.
Mən həm sənə bənzərəm vəfadə,
Bəlkə neçə mərtəbə ziyadə.
Sən gecə həmin yanarsan, ey zar!
Mən gecəvü gündüzəm giriftar.
Səndə əsəri-həva ziyandır,
Nisbət mənə rahəti-rəvandır.
Xoşdur sənə sirrini, töküb yaş,
Məclislər içində eyləmək faş.
Könlün çü degil vəfadə qaim,
Könlündəkidir dilində daim.
Mən sabiti-ərseyi-bəlayəm,
Ney kimi xəzaneyi-həvayəm.
Olmam olur-olmaz ilə dəmsaz,
Başım kəsilirsə söyləmən raz.
Derdim sənə söyləyəm qəmi-dil,
Səndə dəxi tab yox, nə hasil?
Doymaz cigərim bu şərhi-razə,
Ahım gətirər səni güdazə.
Bir yarə bu dərdi eylədim faş,
Olmadı mənə bu yolda yoldaş.
Səbr eyləmədi bu dərdü dağə,
Qatlanmadı, düşdü daşa-dağə.
Yanında sənin həm urmayam dəm,
Ta qaçmayasan irağə sən həm".
Şəm'in çü görərdi yox zəbanı,
Dəm urmağa yox yanında canı,
Pərvanəyə şərh edərdi razın,
Ərz eylər idi olan niyazın.
BU, LEYLİNİN PƏRVANƏYƏ KƏŞFİ-RAZIDIR VƏ ONUNLA FİLCÜMLƏ İZHARİ-NİYAZIDIR69
"K'ey, tairi-aşiyaneyi-eşq!
Sərgəşteyi-abü daneyi-eşq!
Sənsən rəhi-eşq içində sadiq,
Aşiqsən, əmma təmam aşiq.
Bir görməgə yarı can verərsən,
Bir zövqə iki cahan verərsən.
Xoşdur tələbi-vəfadə halın,
Guya ki, fənadədir vüsalın.
Hər necə ki, şöhreyi-cahansan,
Eşq içrə səramədi-zamansan,
Müşkül ki, mənim kimi olub zar,
Məncə ola səndə şövqi-didar.
Sən seyrdəsən həmişə sərməst,
Mən dami-bəladə dərdə pabəst.
Dünlər sənə dust həmnişindir,
Hicran mənə müttəsil qərindir.
Bir şö'ləyə sən nisar edib can,
Düşvar qəmin qılırsan asan.
Mən can ilə istərəm çəkəm qəm,
Min can dilərəm qəm içrə hər dəm.
Məncə sənə yox qəmi-nihani;
Gər var desən, qanı70 nişani?
Qanı nəmi-çeşmi-əşkrizin?
Qanı dəmi-sərdü gərmxizin?
Qanı sitəmü bəlayə durmaq?
Eşqə duruşub cəfayə durmaq?"
Pərvanədə həm görərdi nöqsan,
Bulmazdı onunla dərdə dərman.
Naçar qılıb təhəmmülü səbr,
Ol kəsra dilərdi qeybdən cəbr.
Yarı gecələr ki, çeşmeyi-xab
Gözlər çəmənin qılırdı sirab,
Zülmətə düşərdi nuri-biniş,
Aram bulurdu afəriniş,
Yuxuya gedərdi yarü əğyar,
Dərd əhli həmin qalırdı bidar,
Səhraya çıxardı evdən ol mah,
Kamınca qılardı naləvü ah.
Fəryadın edib büləndpayə,
Razi-dilini açardı Ayə.
BU, LEYLİNİN AY İLƏ MÜNAZİRƏ QILDIĞIDIR VƏ XURŞİD KİMİ ŞÖVQ ODUNA YAXILDIĞIDIR71
"K'ey gah qədim kimi xəmidə!
Gahi pür olan misali-didə!
Gəh zahir olan mənə qəmim tək!
Gəh qaib ənisü həmdəmim tək!
Şahiddir ona bu inqilabın
Kim, aşiqisən bir afitabın!
Hicranı ilə nizar olubsan,
Sərgəşteyi-ruzigar olubsan.
Ey möhnəti-eşqdən xəbərdar,
Gör, Tanrı üçün, nə möhnətim var!
Qıl şö'leyi-ahimə nəzarə!
Gər var isə rəhmin, eylə çarə!
Seyr eylə fəzayi-hər diyari,
Gəz cümleyi-dəştü kuhsari.
Gör qandadır ol mənim pənahim!
Şahim, mahim, ümidgahim!
Hali-dilim ona ərz eylə,
Billah, necə gördün isə söylə!"
Ta vəqti-səhər bu idi hali,
Təşvişdən olmaz idi xali.
Mürği-səhəri çəkəndə avaz,
Eylərdi bir özgə növhə ağaz:
"K'ey vay, tükəndi mayeyi-ömr!
Xurşidə irişdi sayeyi-ömr!
Dəmdir dəri-fürsət ola məsdud,
Müşkül görünə bəyani-məqsud.
Dəmdir oyana yuxudan əğyar,
Şərhi-qəmi-dərdim ola düşvar.
Mən əxtəri-bürci-iştiyaqəm,
Mən şəm'i-səraçeyi-fəraqəm.
Gündüz həbsim, gecə nicatım,
Gündüz mövtim, gecə həyatım.
Olmuş dünümə günüm mütabiq,
Gün görməz imiş bəlalı aşiq!"
BU, LEYLİNİN SƏBAYA PƏYAMİ-ƏHVALIDIR VƏ ÜMİD İLƏ DƏF'İ-MƏLALIDIR72
Eylərdi səbaya dərdin izhar:
"K'ey badi-səba, dur indi, zinhar!
El qafil ikən bu macəradən,
Sultanə səna yetir gədadən.
Gör munisü qəmgüsarı kimdir,
Bizdən ki usandı, yarı kimdir?
Könlü kimin ilədir təsəlli,
Yadına gəlirmi hiç Leyli?
Ərz eylə ki: "Ey gözəl şəhənşah!
Haqdır sənə bəndədən bu ikrah…
Əvvəl ki, bu dilfigarı gördün,
Bir tazəvü tər bəharı gördün.
Hala ki, əsiri-dami-dərdəm,
Manəndi-xəzan zəifu zərdəm.
Meyl eyləmisən73 məni-nizarə,
Döndisə iradətin, nə çarə?
Mən bərgi-xəzanəm, olmuşam xar,
Sən tazə bəharəsən tələbkar.
Hər necə ki, xarü xakisarəm,
Həm şəfqətinə ümidvarəm.
Tərk etmə əvatifi-əmimi,
Yad eylə məvəddəti-qədimi!"
Şəb ta səhər ol büti-səmənbər
Bidar qalıb misali-əxtər,
Eylərdi bu suziş ilə şivən,
Ol dəm ki, olurdu ruz rövşən,
Nəğmə kimi pərdədar olurdu,
Bir pərdə içində zar olurdu.
Daim keçirərdi ol cigərsuz
Övqatı bu rəsm ilə şəbü ruz.
Peyvəstə çəkərdi ol güləndam
Əndişeyi-sübhü möhnəti-şam.
BU, LEYLİNİN BAHAR ƏYYAMİ SEYRİ-GÜLZAR ETDİGİDİR VƏ GÜLZARDA MURADINA YETDİGİDİR74
Bir gün ki, bahari-aləmaray
Zövq əhlinə oldu rahətəfzay,
Ayineyi-dövrdən gedib jəng,
Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən,
Tə'siri-şəmameyi-səhərdən
Açıldı xəmi-bənövşədən tab,
Şəbnəm gülə saçdı lö'löi-nab.
Gülzarə həva əbir tökdü,
Səhrayə qübari-mişk çökdü.
Yağdırdı səhab jalə daşın,
Ol daş ilə yardı qönçə başın,
Zəxminə urub şükufə mərhəm,
Pambıq yenilər ona dəmadəm.
Səbzə gülə verdi mişk bacın,
Gül səbzəyə mülkünün xəracın.
Xoş rəng ilə yığdılar təcəmmül,
Firuzəvü lə'lü səbzəvü gül.
Dərk eylədi qönçə rəmzü iyma,
Gül adına açdı min müəmma.
Məzmuni-rübaiyi-ənasir
Feyz olduğu xəlqə oldu zahir.
Susən vərəqi uçub həvayə,
Hər səbzəyə kim, salardı sayə,
Ol səbzəyə uğrayıb axan cu,
Fuladə əgər verəydi bir su,
Fulad dəmində can bulurdu,
Şəmşirsifət zəban bulurdu.
Arayişi-səbzədən zəmanə
Bənzətdi zəmini asimanə.
Xurşid, çiraği-çeşmi-aləm,
Göydən yerə düşdügündə hər dəm
Təhqiq edibən çıxıb gümandan,
Bilməzdi zəmini asimandan.
Gülzarlar oldu işrətabad,
Hər yerdə olundu bəzm bünyad.
Hər guşədə hər kim aldı bir kam,
Hər büq'ədə hər kim içdi bir cam.
Leylinin anası gördü mütləq
Yox Leyliyi-natəvanda rövnəq,
Meyli-gülü sərvü səbzə qılmaz,
Min qönçə açıldı, ol açılmaz.
Sərf etdi şükufətək dirəmlər,
Cəm' eylədi nazənin sənəmlər,
Səhrayə çıxardı ol nigarı,
Qıldı gülə ərz növbaharı,
Ta qüssəvü qəmdən ola azad,
Bir dəm gülə, oynaya, ola şad.
Ol bir neçə bikri-pakdaman,
Həmrah olub oldular xuraman,
Üzdən götürüb ədəb niqabın,
Rəf eylədilər həya hicabın.
Hər kim nə bilirsə lə'b ya ləhv,
İzharə gətirdi etməyib səhv.
Gah eyləyibən sürudlər saz,
Bülbüllərə oldular həmavaz.
Gah göstərib oynamaqda halət,
Şümşadə yetirdilər xəcalət.
Lakin həvəs eyləməzdi Leyli,
Olmazdı bu ləhvü lə'bə meyli.
Artırmış idi bahar dərdin,
Gül zövqü rüxi-nigar dərdin.
İstərdi fərağət ilə bir dəm,
Tənha tuta bir bucaqda matəm.
Ayrılmayıb ol pəriliqalər,
Artırdı bəlasına bəlalər.
Çün eylədi kəsrət onu diltəng,
Neyrəng ilə verdi onlara rəng:
"K'ey sərvlər, eyləmən iqamət,
Ta evdə çəkilməyə nədamət!
Durun, qılalım tərəf-tərəf gəşt,
Seyr eyləyəlim həvaliyi-dəşt
Sancıb belə nazənin ətəklər,
Cəm' eyləyəlim gözəl çiçəklər!
Çox dərməgə hər kim olsa qadir,
Oldur bu sənəmlər içrə nadir."
Bir yaniya getdi hər pərivəş,
Dağıldı şərər, tutuşdu atəş.
Tənha qalıb etdi naləvü zar,
Qıldı gözün əbrvəş gühərbar.
Ey böyük çətinliklərdə köməkçi. Ey qurtuluş və zərurət zamanı mağarası qalaya dönən! İsa fələyə ayaq bassa da qədr-qiymətdə sənə çata bilməz. Sən məraca getdin, Kəlim (Musa) Tura, səninlə Kəlimin fərqi yerlə göy qədərdir. Xəlil odda olan zaman sənin suyun Nomrudun odunu söndürdü. Sənin şəriətindən dönmək kafirlikdir, səndən başqasına uymaq azğınlıq əlamətidir.
İxtilaf bəlasından üzülməmək üçün peyğəmbərlər silsiləsi sənə bağlandı. Ənbiyalarla sənin nisbətin əlif kimidir, əvvəli də sənsən, axırı da. Təqdir sənin razılığından başqa bir iş görmür. Qəza həmişə sənin itaətini yerinə yetirir.
Bepul matn qismi tugad.