Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Dəccal»

Shrift:

Fridrix Nitsşe

DƏCCAL

1

“Ən azlar”ın filosofu – Fridrix Nitsşe Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche) 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röken kəndində ana-dan olub. Atası Karl Lüdviq Nitsşe – Lüteran kilsəsinin keşişi (1813–1849), anası Fransiska Nitsşe (1826-1897) isə

evdar qadın idi. Bütün şüurlu həyatını din əleyhinə mübarizəyə həsr edən Nitsşenin hər iki valideyni protestant ailəsində böyümüşdü.

Nitsşe 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümündən sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və 1856-cı ilədək orada yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk məktəbdə – Burqerskulda uşaqlardan uzaq gəz-diyi, tənhalığı sevdiyi və şagirdlərə qaynayıb-qarışmadığı üçün onu özəl məktəbə oxumağa göndərirlər.

1854-cü ildə Hamburqdakı Dom gimnaziyasına daxil olduqdan sonra Fridrixin musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-cü illərdə Şulpforta internat məktəbində təhsil alır. Çalışqan bir şagird olur, antik ədə-biyyatla maraqlanır, şeir yazır və musiqi bəstələyir.

Atasız böyüyən yeniyetmə ilə müqayisədə yaşlı olan şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyə-tinin formalaşmasına böyük təsir göstərir.

Nitsşe 1864-1865-ci illərdə Bonn Universitetinin klas-sik filologiya və ilahiyyat fakültəsinə daxil olur, lakin

“Gənc Hegelçilər”in əsərlərini oxuduqdan sonra oranı tərk edir. 1865-1866-ci illərdə Leypsiq Universitetində filologiya üzrə təhsil alır. Bu dəfə o, “Gənc Hegelçilər”dən uzaq duran Artur Şopenhauer və Fridrix Albert Langenin əsərləriylə tanış olur. 1867-ci ildə könüllü olaraq Prussiya 2

ordusunda bir illik xidmətə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən yıxılıb ağır zərbə alır və ordudan kə-narlaşdırılır. Geri qayıtdıqdan sonra təhsilini davam etdirir.

1868-ci ildə Rixard Vaqnerlə tanış olması Nitsşenin həyatında önəmli hadisələrdən biri sayılır. 1870-ci ildə könüllü olaraq qatıldığı alman-fransız müharibəsində keçir-diyi xəstəliklər xeyli artdığına görə o, universitetdəki və-zifəsindən təqaüdə çıxaraq, sağlamlığını qorumaq üçün qışda İtaliya sahillərində, yayda isə İsveçrə dağlarında yaşayır və özünü tamamilə yaradıcılığa həsr edir.

1883-cü ildə o, bir il əvvəl tanış olduğu rus əsilli qadın şair Lou Salomenin dəstəyi ilə “Belə Buyurdu Zərdüşt”ün ilk kitabını yazır. Bundan sonra, 1885-ci ilə qədər onun “Belə buyurdu Zərdüşt”ün ikinci, üçüncü və dör-düncü kitabları ilə yanaşı, “Yaxşı və Pisin hüdudlarından kənarda” (1885) və “Əxlaqın şəcərəsi” (1887) kitabları işıq üzü görür.

"Belə buyurdu Zərdüşt" əsərindən sonra Nitsşe çox məhsuldar işləyir və bir-birinin ardınca kitablar yazmağa başlayır. Onun yaradıcılığının ən məhsuldar ili 1888-ci il hesab olunur. Həmin il ardıcıl olaraq “Vaqner hadisəsi”,

“Bütlərin qürubu”, “Antixrist” (“Dəccal”), “Ecce Homo”

adlı əsərlərini qələmə alır.

1889-cu ildə yeniyetməlikdə yoluxduğu sifilis xəstəliyi nəticəsində psixoloji durumu tamamən pozulan Nitsşe dəli olur. O, 1900-cü ildə ağır xəstəlikdən vəfat edir.

Nitsşenin yazılarının böyük hissəsi anarxizmə qarşı olsa da, anarxistlərin əksəriyyəti ondan xeyli dərəcədə təsirləniblər. Spenser Sunşayn yazır: “Nitsşedə anarxistlərin diqqətini çəkən çox şey var: Onun dövlətə nifrəti, ”sürü”-

3

lərin düşüncəsiz hərəkətinə nifrəti, ”antixristian” düşüncəsi, “üstinsan” yaratmaq arzusu…”

Emma Qoldman, Emil Armand, Renzo Navator, Ru-dolf Roker kimi anarxist və post-anarxist filosof və yazarlar Nitsşedən təsirlənib və onun fikirlərinin təsiri altında olub. Nitsşedən təsirlənmiş ən böyük hərəkat isə faşizm hərəkatıdır. Adolf Hitler Nitsşenin bacısı Elizabetlə yaxşı münasibətdə olublar. Elizabet isə Nitsşenin əsərlərini faşizm ideyalarına uyğunlaşdıraraq onun faşist ideoloqu ki-mi qəbul edilməsinə çalışmışdır. Faşistlərdə Nitsşeyə duyulan marağın səbəbi onun ”üstinsan” arzulaması idi. Elizabet isə Hitleri inandırmışdı ki, Nitsşe “üstinsan” deyəndə üstün irqi – almanları nəzərdə tutub. Hitler də bunu qəbul edirdi. Bu səbəbdən Nitsşenin əsərləri onun ilham mənbəyi sayıla bilər.

Karl Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimlər psixoanaliz təlimini inkişaf etdirərkən Nitsşedən xeyli dərəcədə təsirləniblər. Nitsşenin yaradıcılığına ən böyük ziyanı bacısı Elizabet vurub. Əri intihar etdikdən sonra qardaşına daha çox diqqət ayıran bu qadın, onun bir çox əsərlərini istədiyi kimi təhrif və ixtisar edib. Məsələn, uzun illər “Dəccal”ın 35-ci bölümü əsərin heç bir nəş-rinə salınmayıb.

“Dəccal” Nitsşenin yazmağı planlaşdırdığı dördhis-səli “Dəyərlərin yenidən dəyərləndirilməsi” əsərinin həm ilk, həm də yeganə tamamlanmış hissəsidir.

Cəlil Cavanşir

4

Ön söz

Bu kitab ən azlara məxsusdur1. Bəlkə də, onlardan heç biri hələ heç mövcud da deyil. Onlar mənim Zərdüş-tümü anlayan insanlar olacaqlar: mən özümü hələ bu gün qulaqları eşitməyə başlayacaq insanlarla necə qarışdıra bilərəm ki? Yalnız birisi gün mənə məxsus ola bilər. Bəziləri öldükdən sonra2 doğulurlar.

Məni anlamanın şərtlərini və zərurətdən anlamağa başladıqları zamanı çox dəqiq bilirəm. İntellektual möv-zularda amansızca vicdanlı olmaq lazımdır ki, mənim sə-mimiyyətimə və ehtirasıma dözə biləsən. Dağlarda yaşamaq vərdişinə sahib olmalısan – dövrün siyasətinin və

xalqların milli eqoizminin rəzil boşboğazlığını öz səviy-yəndən aşağıda görməyi bacarmalısan. Heç nəyi vecinə

almamalı, laqeyd olmalısan; soruşmamalısan ki, düzgünlük faydalıdırmı, yoxsa şəxsiyyət üçün pis bir qismətə

çevrilə bilər… Bu gün kimsənin soruşmağa cəsarət etmə-diyi suallara maraq; qadağan edilmiş şeylərə cəsarət; taleyini labirint üçün müəyyən etmək…

Yeddi tənhalıqdan yaranmış bir təcrübə… Yeni musi-qilər üçün nəzərdə tutulan yeni qulaqlar. Ən uzaqda olanları görmək üçün yeni gözlər… İndiyə qədər lal olan həqiqətlər üçün yeni vicdan. Və ali bir üslubun qorunub saxlanması üçün böyük iradə… öz gücünü birləşdirmək, 1 Ən azlar : (Wenigsten) Nitsşenin özünəxas deyimlərindən “əksəriyyət-azlıq”

tandemindən kənarda, “azlıqdan” da “az” olan şəxsləri xarakterizə edir.

2 Öldükdən sonra: (posthum), yazarların ölümlərindən sonra nümayiş olunan əsərləri üçün istifadə edilir.

5

öz ilhamını… Özünə hörmət hissini; özünə sevgini; özünə

münasibətdə qeyd-şərtsiz bir azadlığı…

Bəli! Bunlardır mənim oxucularım; mənim həqiqi oxucularım; mənim əvvəldən müəyyən edilmiş oxucularım. Geridə qalanlar nəyə lazımdır ki? Qalanlar yalnız bəşəriyyətdir. Ruhun yüksəkliyi və gücü ilə – nifrətlə bə-şəriyyətdən yüksəkdə durmaq lazımdır…

Fridrix Nitsşe

6

1.

– Özümüzə baxaq. Biz Hiperborluyuq3 və çox yaxşı bilirik ki, başqalarından nə qədər kənarda yaşayırıq. “Sən nə qurudan, nə də dənizdən Hiperborlulara gedən yolu tapa bilməzsən”, – hələ Pindar bunu bizim haqqımızda dilə gətirmişdi. Şimaldan o tərəfdə, buzun, ölümün o biri üzündə – bizim həyatımız, bizim xoşbəxtliyimiz durur…

Biz xoşbəxtliyi kəşf etdik, yolu bilirik, labirintin minil-liklərindən çıxış yolu tapdıq. Kim tapdı axı onu?

– Doğrudanmı, müasir insan?

– ”Mən nə olacağımı bilmirəm; nə olacağını bilməyən hər şey mənəm”, – deyə müasir insan köks ötürür…

Bizi xəstə edən bu müasirlik idi – biz bu tənbəl dünyanın, qorxaq güzəştlərin, müasir “Bəli” və “Xeyr”lərin bütün səxavətli çirkliliyindən xəstə düşmüşdük. Hər şeyi

“qavradığı” üçün hər şeyi “bağışlayan” bu tolerantlıq, bu saxta ürəklilik, bizim üçün sciroccodur4. Müasir fəzilətlilər ilə cənub yelləri arasında yaşamaqdansa, buzlar içində

yaşamaq daha yaxşıdır!.. Biz kifayət qədər cəsarətli idik, nə özümüzə, nə də başqalarına güzəştə gedirdik: amma uzun müddət bu cəsarəti hara yönəldəcəyimizi bilmədik.

Biz pessimist idik, bizi fatalist5 adlandırırdılar. Bizim 3 Yunan mifologiyasında: dözümlülüyü ilə tanınmış xəyali xalq; Apollon qışı onların yanında keçirərmiş. Yunan şairi Pindaros, “Phytia otaqları”nda bu xalqdan bəhs edir.

4 Aralıq dənizində, cənubdan, Afrika səhralarının üstündən əsən isti və bür-külü külək. Nitsşe “cənub yelləri”ylə, Hiperborluların “şimal küləyi”nə ziddiyyət yaradır.

5 Fatalizm (fatalis-tale, qismət) – antidialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. Fatalizm (fatalis-tale, qismət) – antidialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcığa imkan 7

fatalistliyimiz – gücün dolğunluğu, gərginliyi və toplan-ması demək idi. Biz şimşək və iş arzulayırdıq, əldən düş-müşlərin xoşbəxtliyindən, “itaətindən” uzaq dururduq…

Tufan buludları bizim başımızın üstündə, qaranlıq bizim içimizdə… Başqa yolumuz yox idi. Bizim xoşbəxtliyimizin düsturu: Bir “Bəli”, bir “Xeyr”, bir düz xətt, bir hədəf …

2.

Yaxşı olan nədir?

– İnsanda hakimiyyət duyğusunu, hakimiyyət istəyini və hakimiyyətin özünü artıran hər şey.

Çətin olan nədir?

– Zəiflikdən yaranan hər şey.

Xoşbəxtlik nədir?

– Getdikcə artan hakimiyyət hissi – məğlub edilən müqavimət hissi. Məmnuniyyət deyil, amma hakimiyyətə

canatmadır; barış deyil, amma müharibədir; xeyirxahlıq deyil, amma bacarıqların çoxluğudur (İntibah üslubunda xeyirxah – əxlaqdan azad6, virtu7 deməkdir)…

Zəiflər və ağıldankəmlər məhv edilməlidir: bu bizim insana olan sevgimizin əsas vəziyyətidir. Və onlara məhv olmaları üçün kömək lazımdır.

Hər hansı bir günahdan daha zərərli olan şey nədir?

– Ağıldankəmlərə, zəiflərə qarşı mərhəmət – Xristianlıq.

yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. nıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.

6 Nitsşe “əxlaq”dan, “kafein”, “kokain” kimi bir narkotik (morelin) yaradır;

“morelinsiz” şərtidir, almanca “moralinfrei” sözüdür.

7 Qədim italyanca “ərdəm”, Latınca “vir/virilis/virtus” kökündən gəlir: “kişi-lik/dayanıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.

8

3.

Burada ortaya qoyduğum problem varlıqların sıra-lanmasında insanın yerinin harda olması deyil (insan bir sondur): problem hansı tip insanı daha çox böyütmək lazım gəldiyindədir. Hansı tip gərəklidir, daha dəyərlidir, yaşamağa və gələcəyə daha layiqdir?

Bu dəyərli tip bundan əvvəllər də nadir hallarda mövcud olub, amma xoşbəxt bir təsadüf, istisna kimi… Və

heç bir zaman hansısa əvvəlcədən düşünülmüş bir şey ki-mi deyil… Əksinə, ondan daha çox qorxulmuşdur; indiyə

qədər də o, demək olar ki, dəhşət hissi doğurur. Və onun qarşısında duyulan bu qorxu səbəbindən ona əks olan tip arzulanmış, yetişdirilmiş və əldə edilmişdir: ev heyvanı tipi, sürü heyvanı tipi, xəstə heyvan tipi – Xristian..

4.

Bəşəriyyət bu gün iddia edildiyi kimi, daha yaxşıya, daha güclüyə, ya da daha yüksəyə doğru inkişaf etmir;

“İrəliləyiş” sadəcə müasir bir ideyadır, özü də bayağı bir ideya… Bu günün avropalısı öz dəyəri baxımından İntibah dövrünün avropalısından çox-çox aşağıda durur.

Davamlı inkişaf qətiyyən yüksəlmək və güclənmək kimi bir zərurəti özündə ehtiva etmir. Bir başqa mənada, yer üzünün ən fərqli yerlərində, ən fərqli mədəniyyətlərdə

tək-tək formada müvəffəqiyyətə çatma hər zaman müşahidə olunur; bu müvəffəqiyyətə çatanlar, doğrudan da, yüksək bir tip meydana çıxarırlar: əgər insanlarla müqayisədə bir növ üstünsənsə… Belə şanslı, böyük uğur nü-munələri həmişə mümkün olub və bəlkə də həmişə müm-9

kün olacaq. Hətta bəzi hallarda, bütöv nəsil, bütün qövm, bütöv bir xalq belə nəticələr əldə edə bilir.

5.

Xristianlığı çox da bəzəyib-düzəmək lazım deyil: xristianlıq hər zaman ali insan tipinə qarşı ölümcül müharibə

aparıb; o, bu tipin bütün təməl instinktlərini qadağan və

ört-basdır edib; o, bu instinktlərdən şər anlayışını, pis insan anlayışını aradan çıxardıb; güclü insan yararsız insana çevrilib, “səfil insan” olub. Xristianlıq bütün zəiflərin, uğursuzların, düşkünlərin, ağıldankəmlərin tərəfini saxla-yıb; o, güclü həyatın qorunması instinktlərinin ziddiyyət-lərindən bir ideal yaradıb; mənəviyyatın ən üst dəyərlərinin günahkarlıq, pozğunluq, təmizlənmə olaraq təbliğ

edib, mənəvi baxımdan güclü, təbiətə bağlı insanların fikirlərini qarışdırıb.

Ən çox məyusluq doğuran bir nümunə – Paskalın8

ölümüdür.. Hansı ki, ağlının məhv olmasına ilk günahın səbəbkar olduğuna inanırdı… Halbuki onun ağlını korla-yan məhz xristianlıq idi!

8 Məşhur riyaziyyatçı, eyni zamanda da qatı bir dindardır.

10

6.

Ağrılı, tük ürpədən bir mənzərə canlandı gözləri-min qarşısında: mən insanın əxlaqsızlığını gizlədən pər-dəni çəkib atdım. Mənim dodaqlarımda bu söz ən azından bir şübhədən azad səslənir: sanki o özündə mənəvi ittihamı ehtiva edir. Bu söz (yenidən vurğulamaq istəyi-rəm) əxlaqi anlamdan məhrumdur; özü də elə bir səviyyədə ki, bu pozğunluğu mən indiyə qədər az-çox şüurlu şəkildə “xeyirxahlığa” və “ilahiliyə” doğru canatmaların olduğu yerlərdə ən güclü şəkildə hiss etmişəm. Mən əxlaqsızlıq deyəndə – bunu artıq müəyyən dərəcədə ehtimal etmək mümkündür – dekadensi nəzərdə tuturam. Mən iddia edirəm ki, bəşəriyyətin bu gün ən ali dəyər kimi can atdığı bütün dəyərlər – dekadens dəyərinin əsas məğ-zidir.

21 934,64 s`om