Kitobni o'qish: «Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri»

Shrift:

Elçin İbrahimov

A z ə r b a y c a n X a l q

C ü m h u r İ y y ə t İ:

d İ l m ə s ə l ə l ə r İ

Azərbaycan Milli Elmlər Akademiyası

Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 25 may 2018-ci il tarixli iclasının

qərarı ilə (pr. №5) çapa tövsiyə edilmişdir.

2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatın-da misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parla-mentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qu-rulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublika-nın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ya-ranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar ha-disənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məq-sədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər pla-nının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbir-lərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-sının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2018-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azər-baycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hök-mü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyə-tində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın ya-şadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ide-yalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, mək-təbin və mətbuatın yaranmasını təmin etməklə milli özü-nüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məm-mədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfku-rənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaş-dığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiya-nın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan son-ra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş impe-riya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azər-baycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçi-liyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilli-yini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götür-düyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalı-şaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö-yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləş-dirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiy-yətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möh-kəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azər-baycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında mü-nasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azər-baycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşı-sını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qal-dığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoru-yub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respub-likada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mə-dəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu in-kişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqla-lını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Res-publika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbay-can Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilmə-sini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azər-baycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il

Dəyərli kitab və yaxud “Bir dəfə danışdığımız dil heç zaman unudlumasın!”

Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi, əslin-də bütün özündən əvvəlki tarixinin ilkin yekun demokratik mərhələsi sayıla bilər.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiy-yəti müəyyən təhlillərin, düşüncə və proyektlərin ciddi şə-kildə həyata keçirildiyi zaman müddəti idi. Çətindir, demək ki, əgər bu 23 ay davam edərdisə və Sovet rejimi Azərbay-cana gəlib çıxmazdısa, bizi nə gözləyərdi? Bəzi eyforistlər Azərbaycanın bu gün müxtəlif Avropa dövlətləri ilə bir sırada saya bilərlər. Əksinə də ola bilərdi. Biz Afrika döv-lətləri sırasına da düşə bilərdik. Ümumiyyətlə, tarixdə, ta-rixlə bağlı mülahizələrdə şərt şəkilçisi olmur. Tarix nə varsa onu sevir. Və biz də indi AXC-nin o qısa müddət ərzində gördüyü işləri, əlbəttə ki, həm o günün işığında, həm də bu günün işığında qeyd etmək məcburiyyətindəyik.

Elçin İbrahimovun kitabı ilə biz Azərbaycan Xalq Cümhuriyyətinin dil quruculuğundakı fəaliyyətinə qiymət veririk. Bu gün, bu, adama çox sadə və asan məxrəcli bir fəaliyyət kimi görünə bilər. Amma o dövrdə, dillə, ümumiy-yətlə, mədəni quruculuqla bağlı hər hansı bir fəaliyyət özü-nün siyasi müstəvidə inikasını tapırdısa, bu, təxminən, boş yerdən başlayırdı. Bəli, Nizamilər, Nəsimilər, Füzulilər var idi. Bəli, XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin və publisistikasının görkəmli nümayəndələri var idilər. Şərq aləmində Azərbaycan “ilkləri” XIX əsrin sonlarına qədər ge-dib çıxırdı. İlk qəzet, ilk dram əsəri, ilk teatr tamaşası, ilk əlifba layihəsi və s. bunlar, əlbəttə ki, müəyyən mənada zəmin idilər, ancaq sistem yox idi. Və siyasətin gücü və faydası ondadır ki, hər bir ölkə üçün müəyyən sahələrdə bir inkişaf sistemi yaradır. İnkişaf sistemi əvvəlki təcrübəni, bu günü və gələcək perspektivləri nəzərə alan bir xəttin üzərin-də qurulur.

Bu 23 ayın ruhunu, mahiyyətini bütövlükdə anlamaq üçün, bizcə, gərək Azərbaycandakı dil sitiuasiyasını anlayıb, təhlil edəsən, onun tarixini, bu gününü biləsən və pesrpek-tivlərini müəyyənləşdirəsən. Bu iş asan və ayaqüstü görülən bir iş deyil. Gərək Azərbaycanın müxtəlif bölgələrində, müx-təlif dillərdə danışan insanların dilini yeganə dil maqnitinə tərəf çəkəsən. Bunun üçün həmin maqniti yaratmaq və fəa-liyyətə gətirmək lazımdır. Bu baxımdan Azərbaycan dilini ölkə üçün yeganə dövlət dilinə çevirmək lazımdır. Məhz buna görə Azərbaycan dilinin ətrafında ünsiyyət vasitəsi ki-mi fəaliyyət göstərən başqa dilləri doğru-düzgün qiymətlən-dirib, onlara dövlət içində azadlıq və demokratik yaşam şəraiti yaratmaq lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin “Məclisi-Məbu-san” adlanan Parlamentində milli dil rejimi yaratmaq üçün məktəblərdə dil fəaliyyətini qorumaq lazım idi. Bunun üçün həm siyasi-ictimai dil vərdişlərini gücləndirmək, həm də Azərbaycan dilinin Qafqazdakı rolunu bərpa etmək istiqamətində işlər görmək lazım idi. Və burada ancaq dillə bağlı işlərdən söhbət getmir. Söhbət Azərbaycanın bir dövlət kimi nüfuzunun yüksəlməsindən gedir. Əgər bu nüfuz yüksək olardısa, o zaman Azərbaycan dilinə olan maraq da, münasibət də yüksək olacaqdı. Əgər bu gün Azərbaycan dili dünyanın bir çox ölklərində öyrənilirsə, Azərbaycan tarixi-nə, mədəniyyətinə dünyanın bir çox ölkələrində, universitet-lərində maraq varsa, əgər bu gün Azərbaycan multikultura-lizmi Avropanın aparıcı universitetlərində müstəqil bir fənn kimi tədris edilirsə, bu ancaq və ancaq Azərbaycana olan maraq, Azərbaycanın bu gün apardığı cəsarətli müstəqil si-yasətə olan ehtiram və Azərbaycanı Azərbaycan edən şəxsə ‒ Azərbaycan liderinə olan münasibətdən irəli gəlir.

O dövrdə isə təəssüf ki, Azərbaycan özü haqda istər Paris, Versal siyasi mühitində, istərsə də dünyanın digər si-yasi ocaqlarında təsəvvür yaratmalı idi. Müstəqilliyinin əsaslı və haqlı subutunun ehtiyacındaydı. Dilə də, mədə-niyyətə də münasibət bundan sonra yaranacaqdı. Görün-düyü kimi, bütün bu işləri görmək Azərbaycan Xalq Cüm-huriyyətinin dillə bağlı islahatlarının, dillə bağlı fəaliyyə-tinin əsasında dururdu. Və bu fəaliyyəti biz Azərbaycan Xalq Cümhuriyyətinin 23 ayının hər günündə görmüş olu-ruq.

Bütün bu görüntüləri bizə Elçin İbrahimovun kitabı bir daha ətraflı və geniş şəkildə nümayiş etdirir. Biz sanki Məclisi-Məbusanın müşavirələrində iştirak edirik, biz sanki Cümhuriyyət xadimlərinin fəaliyyətinin içinə giririk, düşün-cələrinə, dünyagörüşılərinə, həyata baxışlarına dalırıq, gör-dükləri işin şahid oluruq, onlara haqq qazandırırıq və bütün bunlarla yanaşı, biz onların dillə bağlı ideaylarını bölüşürük. Doğma dilə münasibət, doğma dilin digər dillərə olan müna-sibəti, dövlət dili səviyyəsinə yüksəldiləcək dilin məziyyət-ləri, onun qorunma şərtləri ən uzaq kəndlərdəki uşaqlara Azərbaycan dili və digər dillərin öyrədilməsi ilə bağlı problemlər və üzə çıxarılan digər məsələlər ‒ bütün bunlar AXC-nin həm də milli bir mədəniyyət qalası olmasına sü-butdur.

E.İbrahimovun kitabında Azərbaycan Xalq Cümhu-riyyətinin bir çox sənədləri öz əksini tapıb. Bu sənədlərdə dillə əlaqədar bəzi fikirlərə rast gəlmək mümkündür. Parla-mentin təsisi haqqında qanun və onun əhəmiyyəti, dillə əla-qədar və dillə bilavasitə əlaqədar olmayan bir çox qərarlar və bu qərarların o dövrün cəmiyyətində əks-sədası, Parla-mentin öz içində işlətdiyi rəsmi dil və parlamentdə işlənən digər dillərlə bağlı məsələlər bu kitabın mayasını təşkil edir. Nəticə öz-özünə aydındır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasə-ti və əlifba məsələləri xalqın milli mənafeyindən çıxış edilə-rək perspektivlərə tuşlanmış şəkildə nəzərdən keçirilir və qəbul edilir.

Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürü-dülməsi, Elçin İbrahimovun fikirinə görə, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan dilinin siyasi əhəmiyyəti, siyasi təntənəsi məhz bu dövrdə özünü bütün rəngarəngliyi ilə göstərir. Sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən Ulu Öndər Hey-dər Əliyevin dil siyasətində özünü göstərəcək və daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında işıq üzü görəcəkdir.

Kitabın əhəmiyyəti bir də ondadır ki, bura da indi-yənə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü gös-tərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir. Cəmiyyət və onun dili, parlament və onun dili bunlar bir-birini tamam-lasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gə-tirib çıxarır. Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökümət baş-çıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı eyni zamanda mənsub olduqları ictimai-si-yasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır.

Məhəmməd Əmin Rəsulzadənin ifadəsini dəyişsək, əlbəttə ki, belə deyərik: “Bir dəfə danışdığın dil heç zaman unu-dulmaz!”

Bir dəfə danışılmağa başladığın və heç zaman unut-madığın Azərbaycan dili öz fonetik səlisliyi, leksik imkan-ları, sintaktik sistemliliyi nəticəsində dünyanın ən inkişaf etmiş dilləri ilə bir sırada durur və bu gün onun inkişafı üçün həqiqətən də geniş imkanlar açılmışdır. Bu geniş imkanlar-dan istifadə etdikcə biz bu imkanlar barədə düşünən və onları həyata keçirə bilməyənləri bir daha xatırlayırıq. Onla-rın ruhu qarşısında baş əyirik və onların Azərbaycan naminə etdikləri bu gün inkişaf edir deyirik. Bu gün həm dilimiz, həm əlifbamız bir-birini tamamlayan meyarlar üzərində qu-rulmuş və kitabda da məhz bu iki amilin ‒ həm dil siyasəti, həm əlifba məsələləri ilə bağlı amillərin bir-biri ilə əlaqəsi açıq-aşkar və çox dolğun şəkildə işıqlandırılmışdır.

Kitabın “Əlavələr” hissəsi xüsusilə diqqəti cəlb edir. Bu hissədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi dil, təhsil və tədrislə bağlı bütün qərarlar, həmçinin istiqlal bəyannaməsi, “Son türk əlifbası” və əla-qədar digər qərarlar verilmişdir.

Bundan başqa kitabda, xüsusilə, Məclisi-Məbusan-dakı müxtəlif vəzifə sahiblərinin nitqlərindən gətirilən sitat-lar, parçalar o dövrün dil mənzərəsi barədə son dərəcə dəqiq təsəvvür yaradır və bütün bunlara bugünkü dil prizma-sından baxdığımız zaman Azərbaycan Xalq Cümhuriyyəti ideoloqlarının nə qədər çətin bir işin ağırlığı altına girdiklə-rini bir daha hiss etməmək olmur.

Cəhd böyük idi, bu gün biz görürük, bu cəhd ümid-siz idi, o cəhdin bəhrələri bir neçə on ildən sonra özünü göstərə bildi və bu gün müstəqil Azərbaycan öz müstəqil dil siyasətini həyata keçirirsə, bu tarixi missiyanın bütün nüma-yəndələrini bir daha və bir daha yada salmaq vacibdir.

Elçin İbrahimovun kitabı Azərbaycan Xalq Cümhu-riyyəti dövrünü və bu dövrün dili ilə nəinki danışan, hətta yaşayan böyük şəxsiyyətlərin hissini, duyğularını bizə yaxın edir. Oxucu bu kitabı layiqincə qiymətləndirəcəkdir.

Kamal Abdullayev

akademik

GİRİŞ

2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 ili tamam olur. Bu tarixi gün Azər-baycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdir-mişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şərait-də fəaliyyət göstərmişdir. Cümhuriyyətin qısa müddət ər-zində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxmışdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün və-təndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azər-baycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yarat-mışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədə-niyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımları Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.

Müsəlman Şərqində ilk parlament respublikası ‒ Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlət-çilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisat-larının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il de-kabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Fəaliyyət göstərdiyi müddət ərzində 145 iclasın keçirildiyi AXC par-lamentində istər həmin dövr üçün, istərsə də bu günümüz üçün əsas ola biləcək bir çox əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bunlara nümunə olaraq Azərbaycan (türk) dili, Bakı Universitetinin açılması, üçrəngli bayrağın qəbulu, ordu quruculuğu və s. göstərə bilərik.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mü-rəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbay-can xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərə-findən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdi. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqə-sinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitet-lərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait ya-ratmışdı. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya mü-səlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cin-sindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bə-rabər hüquqlar verən cümhuriyyət çox mürəkkəb şəraitdə yaranmışdı. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhu-riyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik at-ributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisa-diyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müs-təqil dövlət kimi tanınması olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair san-ballı əsərlər, hətta ikicildlik ensiklopediya, parlamentin ste-noqram hesabatları və s. nəşr edilsə də, tariximizin bu mər-hələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir. Məhz bu araşdırmamızda cümhuriyyət dövrü dil siyasətini, həmin dövrdə dillə bağlı qəbul edilmiş qərarlar, parlamentin dili kimi məsələlərin geniş şəkildə araşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Əfsuslar olsun ki, cümhuriyyət dövrünü dərindən araşdırmayan, arxiv materiallarına bələd olmayan tədqiqatçılar AXC hökumətinin dillə bağlı yalnız bir qərar qəbul etdiyini yazmışlar. Halbuki cümhuriyyət dövründə dil və təhsillə bağlı müxtəlif sahələri əhatə edən altı qərar və rəsmi sənəd qəbul edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər bu-raxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəs-ri, dramaturgiyası və publisistikası olmuşdur. Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirən-lər də elə cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar ‒ Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacı-bəyli qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluza-də, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əli Abbas Müznib və başqaları idilər.

Xüsusən “Cümhuriyyət şairi” Cəfər Cabbarlı, Əh-məd Cavad, Əmin Abid, Əli Şövqi Şeyxzamanov kimi gənc-lərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğ-məyə çevrilirdi.

Qələm əhli cümhuriyyətin verdiyi söz azadlığından bəhrələnirdi. Süleyman Sani Axundov, Abdulla bəy Divan-bəyoğlu, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzi-rov, Seyid Hüseyn və başqaları pedaqoji işdə, publisistika sahəsində, dövlət işlərində çalışır, siyasi həyata qoşulur-dular, Salman Mümtazı, Yusif Vəzir Çəmənzəminlini, Firi-dun bəy Köçərlini daha çox ədəbiyyat tarixi məsələləri dü-şündürürdü. Belə ki, Yusif Vəzir “Litva tatarlarının tarixi”, “Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər” kitablarını yazır, Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı. Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmkü-sar, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov və başqala-rı Tiflisdə çalışırdılar.

1918-20-ci illərdə Azərbaycanda ideoloji mübarizə-nin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publi-sistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ide-ya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müstəqilliyinin qorunub saxlanması, milli ordunun yaran-ması, ölkədə demokratik parlament seçkiləri və islahatların keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğı-nının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlərin didişməsi və s. publisisti-kanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai kon-sepsiya dayanırdı. Bu konsepsiya XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış “türkləşmək, islamlaşmaq, müasir-ləşmək” ideyaların da təcəssüm olunurdu.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cüm-huriyyəti hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın iki-yə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədil-məsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.

Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan parla-mentinin dilində əksini tapmışdır. Dövlət idarələrində mü-əyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə veril-məsi parlamentə aid deyildi. Ona görə də parlamentdə dillə-rin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyə-tin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamen-tin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nüma-yəndələrinin rus dilində çıxış etmələri məqbul sayılmışdı. Rəsmi sənədlərin hamısının dövlət dilində tərtib edilməsi qərarlaşdırılsa da, burada da qarışıq məqamlara rast gəlirik. Çünki qərarların əksəriyyəti rus dilindədir. Bəzi qərarlar isə türk dilindədir. Burada çox maraqlı bir fakt da ortaya çıxır: qərarların orijinalının hansı dildə olması məsələsi. Araşdır-mamız zamanı Azərbaycan (türk) dilində də, rus dilində də orijinal sənədlərə rast gəldik. Arxiv materiallarından əldə etdiyimiz materiallar üzərində apardığımız araşdırmalar-dan belə qənaətə gələ bilərik ki, hər iki dildən (Azərbaycan və rus) paralel istifadə olunub.

Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.

1.1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri

Dil və əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Məhz bu baxımdan da, haqlı olaraq, Azərbaycanın tərəqqi-pərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların (əsasən ərəb əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sis-temi ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mü-barizə aparmışlar.

Azərbaycanda dil və əlifba islahatları islam dininin qə-bul edilməsindən sonrakı dövrlərdə ərəb əlifbasından istifa-də olunan dövrə qədər uzanır. Ərəb əlifbası Azərbaycan türkləri tərəfindən rəsmi olaraq 1922-ci ilə qədər, qeyri-rəsmi olaraq isə 1929-cu ilə qədər istifadə edilmişdir.

Türklərin ərəb əlifbasına keçməsində əsas səbəb din dəyişikliyidir. Bu əlifba çox geniş bir coğrafiyada uzun müd-dət istifadə edilmişdir. Ancaq tədricən türk dünyasında böyük elm adamları ərəb əlifbasının türk dilinin fonetik qaydalarına uyğun olmadığını qeyd edərək, bu əlifbanı tərk etmək və ya onu fərqli şəkillərdə islah edərək istifadə etmək kimi fikirlər irəli sürmüşlər.

Ərəb əlifbasının nöqsan və çətinlikləri göz qabağında idi. “Azərbaycan dili saitlərindən çoxunun ayrıca hərf şək-linə malik olması, eyni hərfin bir neçə saiti bildirməsi, eyni samit üçün bir neçə hərf şəklinin varlığı, samitlərdə oxşar hərflərin və nöqtələrin çoxluğu, sağdan sola və çulğaşıq yazı sistemi ərəb əlifbasının görünən əsas nöqsanları idi”1.

Məhz bu səbəblərə görə ərəb əlifbasını islah etməyi və ya yeni əlifba yaratmağı ilkin şərt sayan ziyalılar, alimlər geniş və məqsədyönlü fəaliyyətə başlayırlar.

Türk dünyasında və həmçinin Azərbaycanda bu işi başladan və əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs göstərən Mirzə Fətəli Axundzadə olmuşdur.

M.F.Axundzadənin ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktubla-rında görmək olar. Bu yolda planlı, sistemli fəaliyyətə isə o, 1857-ci ildən başlayır. M.F.Axundzadə tərcümeyi-halında yazırdı: “1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim”2.

Maarifpərvər M.F.Axundzadə kiril və ərəb əlifbaları ilə paralel şəkildə işlədiyinə görə ərəb əlifbasının qüsurunu görür və XIX əsr Şərqindəki, daha doğrusu, Azərbaycandakı elmi geriliyi və savadsızlığı bununla əlaqələndirirdi.

M.F.Axundzadəyə görə, ərəb əlifbasının nöqsanları aşağıdakılardan ibarət idi:

– hər bir danışıq səsi üçün xüsusi əlamət tələb olun-duğu halda, ərəb dilindəki səslərin hamısının ifadəsi üçün lazım olan hərflər bu əlifbada çatışmır;

– bir çox sait səslər samitlərin yanında yazılmır və bu-nun nəticəsində oxucu sözü müəyyənləşdirməkdə çətinlik çəkir və bu da əlavə vaxt itkisinə səbəb olur;

– bəzi hərflər eyni şəkildə yazılır və bir-birindən yalnız nöqtələrlə fərqlənir: nöqtə düşdükdə hərflərin fərqləndiril-məsi oxucunun ehtimalına verilir, bunun nəticəsində müta-liə zamanı qarışıqlıq və çətinlik törənir;

– bu əlifba ilə hər hərf sözün başında, ortasında, axı-rında və təklikdə ayrı-ayrı şəkillərdə yazılır, hərf yerinə görə də dəyişir ki, bu da yazıb-oxumaq işini çətinləşdirir.

Məhz bu şərtlər daxilində M.F.Axundzadə ərəb əlifba-sının islahı yolunda 10 ildən çox ciddi mübarizə aparmışdır.

Uzunmüddətli səylərinə baxmayaraq, M.F.Axundza-də nəinki əlifbanın dəyişdirilməsinə, hətta onun islah olun-masına da nail ola bilmədi.

Azərbaycanda ərəb əlifbası yerinə latın əlifbası əsasın-da yeni bir sistemin qəbul edilməsinə dair Mirzə Kazımbə-yin də fikirləri mövcuddur. Mirzə Kazımbəy 1870-ci illərdə M.F.Axundzadənin əlifba islahatı fəaliyyətini dəstəkləyən-lərin önündə gedənlərdəndir.

XIX-XX əsrlərin ayrıcında əlifba sahəsində M.F. Axundzadənin təşəbbüsünə yenidən qayıdış oldu. Bir sıra ziyalıların məqalələrində əlifba məsələsinə Ümumşərq kon-tekstində baxılır, həlli vacib işlər, mədəni tərəqqi üçün vacib olan ünsürlərdən sayılırdı. Əlifbaya dərin maraq göstərənlər sırasında M.Şahtaxtlı. C.Məmmədquluzadə, M.T.Sidqi, A.Yadigarov, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, Y.V.Çəmənzəminli və b. vardı.

Əlifba məsələsi, onun yeniləşdirilməsi sahəsində “Şər-qi-rus” qəzetinın naşiri və redaktoru M.Şahtaxtlının fəaliy-yətini qeyd etmək vacibdir. Fransa ‒ Azərbaycan ədəbi əlaqələrinə bir neçə tədqiqat əsəri həsr edən R.İsmayılov “Dostluq telləri” əsərində yazırdı: “M.F.Axundzadə ənənə-lərinə sadiq olan M.Şahtaxtlı Parisdə olarkən fransız və rus dillərində “Sövti Şərq əlifbasına dair izahlı vərəqə” adlı dərs-lik yazmışdır. Həmin dərslik 1901-ci ildə Parisdə çap edil-mişdir”.3

M.F.Axundzadədən sonra Azərbaycan əlifbasının isla-hatı sahəsində ən böyük rol Məhəmməd ağa Şahtaxtlıya məxsusdur. Görkəmli ədib 1879-cu ildən başlayaraq rus, fransız və Azərbaycan dillərində bir neçə kitab və 10-a yaxın məqalə çap etdirmişdir4.

1902-ci ildə M.Şahtaxtlının “Sövti Şərq əlifbası” kitabı çap olundu. Poliqlot olaraq bir çox Qərb və Şərq dillərini bilən müəllif öz səylərini Azərbaycan ərəb əlifbasının qüsur-larının aradan qaldırılmasına yönəltmişdi. M.Şahtaxtlı irsi-nin tədqiqatçısı Ş.Novruzovun fikrincə, Şahtaxtlıya məxsus yeni əlifbanın əsas üstünlüyü “ərəb əlifbasında mövcud olmayan sait səslərin xüsusi hərflərlə göstərilməsi və yerinə görə hər samitin öz şəklini dəyişməyən xüsusi işarə ilə əvəz edilməsi idi”.5

Lakin Şahtaxtlının layihəsi təqdir olunmadı. Əksinə, İ.Qaspıralı, F.Köçərli və b. tərəfindən tənqidlərə məruz qal-dı. Məsələn, F.Köçərli yazırdı ki, “cənab Şahtaxtinskinin əlif-bası heç bir xüsusi məziyyəti ilə fərqlənmir…6 Onu qeyd edək ki, bu əlifba layihəsində 49 hərf var idi.

Yusif Talıbzadə özünün “Kitabi-təhsili-əlqaid” kita-bında (1902) ərəb əlifbasının türk dilinə uyuşmadığından bəhs edir, misal və nümunələr gətirir, həmçinin özünün “Hürufi-müsəffa” adlı əlifbalayihəsini təklif edir. Bu “saf” layihənin əsas göstəricisi nöqtələrin olmaması və hərflərin ayrı-ayrı yazılması idi. B.Çobanzadənin və F.Ağazadənin fıkrincə, bu layihə “M.F.Axundovun məlum, qəti və açıq fıkirlərindən sonra müvəffəqiyyətsiz bir islahatçı addımın-dan başqa bir şey deyildi”7.

Görkəmli pedaqoq və ədəbiyyat tarixçisi Firidun bəy Köçərli də yeri gəldikcə əlifba məsələlərinə toxunmuşdur. F.Köçərlinin hələ 1898-ci ildə “Qafqaz” qəzetində çap etdir-miş olduğu “Ərəb əlifbası və onun nöqsanları” silsilə yazıla-rı buna misaldır. O, A.O.Çernyayevskinin “Vətən dili” adla-nan ilk əlifba kitabını sövti üsulla yazılmış ilk dərslik kimi qiymətləndirmiş, bunu və həmin müəllifin S.Vəlibəyovla birgə tərtib etdiyi dərsliyin əlifba məsələsində “Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ gətirdiyini” qeyd etmişdi. Ədib M.A.Şahtaxtlının fonetik Şərq əlifba layi-həsi ilə əlaqədar “Tiflisskiy listok” qəzetində (1902) öz tən-qidi mülahizələrini bildirmişdi.8

“Azərbaycan türklərinin ədəbiyyatı” kitabında F.Kö-çərli 1903-cü ildə çap etdirdiyi əsərində əlifba məsələlərini işıqlandırmışdı. Əsərinin sonunda müəllif Azərbaycan ədə-biyyatı haqqında yazır:

“…Bu ədəbiyyatın inkişafına müsəlman aləmində işlə-nən ərəb əlifbasının mükəmməl olmaması çox maneçilik göstərir; öz xalqının fikirlərini, dühasının gücünü ifadə et-mək üçün bir silah olmaq etibarilə bu əlifba öz qarşısında duran vəzifəni yerinə yetirmir. Vaxtilə mərhum Mirzə Fətəli Axundov tərəfındən qaldırılmış bu məsələ müsəlman cə-miyyətinin ziyalı təbəqəsi tərəfindən hal-hazırda qızğın mü-zakirə olunur və onların bəziləri ərəb əlifbasını əvəz etmək üçün özlərinin yeni tərtib etdikləri mükəmməl əlifba təklif edirlər”.9

Əlifba çətinliyi və yeni əlifbanın zəruriliyi bir çox top-lantıların, xüsusilə Ivə II müəllimlər qurultaylarının (1906, 1907), Rusiya müsəlmanları konfranslarının və s. gedişində qaldırılmış, dönə-dönə yeni əlifbanın aktuallığı vurğulan-mışdı. Əlifba problemləri “Tərcüman”, “Şərqi-rus”, “Kaspi”, “Tərəqqi” və s. qəzetlərin, “Molla Nəsrəddin” jurnalının diq-qətindən qaçmayıb. “Şərqi-rus”da əlifba islahatına dair silsilə məqalələr çap edilmişdi. Qəzetin 1-ci sayında (30 mart 1903) “Məhəmməd ağa xətti” yazısında müəllif (M.A.Şah-taxtlı) yazırdı: “İstemal eyləməkdə olduğumuz ərəb əlifba-sıyla nəinki özgə dillərin və bəlkə öz türk dilimizin sözləri-nin həqiqi tələffüzünü göstərmək mümkün deyil”.10

İmla çətinlikləri ilə bağlı mübahisələr olmuşdu. Bu əs-nada F.Ağazadə ilə Əlibəy Hüseynzadə arasında baş vermiş mübahisə böyük rezonans doğurmuşdu. F.Ağazadənin M.Mahmudbəyov, S.Əbdülrəhmanzadə, S.Axundzadə, A.Talıbzadə, A.Əfəndizadə ilə birgə yazdığı “İkinci il” dərs-liyi Azərbaycan dilinin əlifbadan sonra öyrənilməsinə işıq salırdı. Lakin dərslik Ə.Hüseynzadə tərəfindən kəskin tən-qid olunmuşdu.

Ə.Hüseynzadə tərəqqiyə əsas maneəni əlifbada gör-mədiyindən ingilis və yaponların tərəqqisinə yazının əngəl olmadığını xatırladır, M.F.Axundzadənin, M.A.Şahtaxtlının və başqalarının əlifba layihələrini uğursuz təşəbbüslər kimi tənqid edir, türk dilində şəkilçilərin əhəmiyyəti məsələsinə, imla və unifikasiya problemlərinə toxunurdu. Ə.Hüseynza-dənin bu fikirləri C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Mahmudbəyov və başqalarının kəskin müqaviməti ilə qarşılaşmışdı. Ö.F.Nemanzadə “Yazımız, dilimiz, ikinci ilimiz” adlı silsilə məqalələrində (1909) Ə.Hüseynzadə ilə polemikaya girərək mədəniyyətdə əlifbanın roluna toxunar-kən öz qənaətini belə bildirirdi: “Tərəqqinin maneələrini əlifbada görənyalnız türklər olmamışdır. Avropalı qoca pe-daqoq Leybnits “Mənə mükəmməl bir əlifba verin, mü-kəmməl bir dil verim, mükəmməl bir din verin, mükəmməl bir mədəniyyət verim” sözləriylə tərəqqinin maneələrini, bir növ, əlifbada görür. Biz də qanırıq ki, tərəqqimizin əsl maneəsi yalnız əlifbamız deyil, amma əlifbamız hərhalda tə-rəqqimizin maneələrindən biridir”.11

Daha sonra ərəb əlifbasının islah edilməsi məsələsində yeni canlanma Rusiyada Oktyabr inqilabından sonrakı döv-rə təsadüf edir.

1917-ci ildə Rusiyada baş verən iki inqilab Çar Rusiya-sının devrilməsi və Sovet hakimiyyətinin qurulması ilə nəti-cələndi. Həmin illərdə Azərbaycanda Məhəmməd Əmin Rə-sulzadə, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının rəhbərliyi altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxartdı.

Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhu-riyyəti dövründən başlayır; həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriy-yətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın bir-başa təsirinin nəticəsi idi. Əlbəttə, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mü-barizə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi; belə ki, həmin qərara əsasən ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək hökumət ınüəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi.12

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd et-mək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı parlamentin iclaslarında müzakirə olu-nur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öy-rənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı.

Azərbaycan (türk) dilinin dövlət dili elan olunduğu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarını bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlə-dilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcək-lər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.13

Azərbaycan Xalq Cümhuriyyəti öz dil siyasətini həya-ta keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, bunun davamı kimi 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Həmin qərarda göstərilirdi ki;

l. Bütün ibtidai təhsil müəssisələrində tədris ana di-lində aparılır.

2. Dövlət dili icbari qaydada tədris olunur.

Cümhuriyyətin dil siyasəti yuxarıda qeyd olunan qə-rarlarla yekunlaşmırdı. Yeni tətbiq olunan dil artıq bütün dairələrdə rəsmi şəkildə istifadə olunmağa başlanmışdı. Aparılan islahatların məntiqi davamı kimi Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Mehmandarov 11 fevral 1919-cu ildə ordunun dilinin Azərbaycan-türk dili ol-duğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə onu öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca (türkcə) verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcək-lər.

Yuxarıda da qeyd olunan qərarlara nəzər saldıqda qısa zaman ərzində dillə bağlı görülən işlər göz qabağındadır. Bu qərarların məntiqi davamı özünü bütün kəskinliyi və ölkədə mövcud dil situasiyasından irəli gələn problemləri ilə məhz Azərbaycanda ilk darülfünunun ‒ universitetin yaradılması məsələsi ortaya çıxanda göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü zamanca az olsa da, xalqımızın çoxəsrlik tarixində bütöv bir dövr təşkil edir. İki ilin xüsusi bir dövr kimi qeyd olunması, əsrlərdən ibarət olan dövrlər silsiləsində ona ayrıca yer verilməsi za-hirən qeyri-adi görünsə də, təsadüfi deyil; xalqımızın icti-mai, siyasi, mənəvi həyatındakı bu bənzərsiz dövrün oyna-dığı rol, gördüyü və görmək istədiyi işlərin yüzillərin görə bilmədiyi işlərə bərabər olması ilə bağlıdır. O, nəinki xal-qımızın, ümumən qoca Şərqin tarixinə daxil olmuş ilk de-mokratik Azərbaycan Milli Şurasının elan etdiyi ilk parla-mentli respublika olmuşdur. 23 aylıq müddət ərzində görü-lən işlər hökumətin hansı şəkildə və necə həssaslıqla çalış-masından xəbər verir.

Azərbaycan Xalq Cümhuriyyəti 27 iyun 1918-ci ildə “Dövləti lisan türk dili qəbul edilərək iləridə bütün məhkə-mə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında du-ranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisə-lərdə rus dili istemalına da müsaidə edilsin”.14

Qərarın adından da göründüyü kimi, hökumət o vaxtlar türk dili adlanan Azərbaycan dilini dövlət dili kimi qəbul edərək ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə vermişdir. Qərarın mətnindən göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzər-də tutulmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, həmin qərar dilimizin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Başqa sözlə, həmin qərarın verildiyi gündən Azərbaycan və Azərbaycan dili tarixində Azərbaycan dili ilk dəfə dövlət dili elan olun-muşdur.

Əlbəttə, bu məqama etiraz edilə bilər ki, hələ XVI əsrdə Azərbaycan dilinin dövlət dilikimi işlədildiyi məlumdur. Bununla bağlı böyük dilçi alimimiz Ə.Dəmirçizadənin yaz-dığı kimi, “XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dili-nin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu” 15.

Lakin yenə də Ə.Dəmirçizadənin çox doğru olaraq gös-tərdiyi kimi, “bütün bunlara baxmayaraq, demək lazımdır ki, bu dövr Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki tam rəsmi dövlət dili hüququ yeganə rəsmi dövlət dili olmaq deməkdir. Madam ki Səfəvilər döv-ləti sarayında, idarələrində, rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədəişlənilmişdir, deməli, burada tamhüquqlu Azərbaycan dövlət dilindən danışmaq olmaz. Bundan başqa, belə bir əlaməti nəzərə almalıyıq ki, hər hansı bir dilin rəsmi dövlət dili hüququnda olması həmin dilin əsas təlim-təhsil vasitəsi və tədris fənni olması deməkdir. Məlum olduğu üzrə, XVI əsrdə Azərbaycan dili hələ belə bir dil hüququna malik deyildi.

Azərbaycan dili (Azərbaycan türkcəsi) xüsusən XIX əsrdə dövlət dili statuslu bir dil olmaq səviyyəsinə daha çox yüksəlir. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi di-linin, demək olar ki, bütün üslubları fəaliyyət göstərir. Hə-min dövrdə “ictimai-siyasi üslubun müxtəlif qolları, xüsu-sən sənədat üslub şaxəsi”16 çox inkişaf edir, şərtnamə, intizam-namə, təməssüknamə, vəkalətnamə, icarənamə, qəbalənamə, habe-lə çeşidli elannamə, qərardadnamə və nizamnamələr də Azər-baycan dilində yazılır. Bunlar hamısı dövlət dili üçün, şüb-həsiz ki, əsas sayıla bilər.

Bununla belə, nəinki XIX əsrdə, heç XX əsrin əvvəllərin-də də Azərbaycan dövlət dili rəsmi olaraq mövcud deyildi.

Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ilin 27 iyununda verdiyi qərardan başlayır.

Cümhuriyyət hökuməti və parlamenti dövlət dili ilə bağlı əvvəldə göstərilən qərardan başqa bir neçə qərar (6 qərar) və ya fərman qəbul etmişdir. Biz qeyd olunan bu mə-sələlərlə bağlı araşdırmamızın “Azərbaycan Xalq Cümhuriy-yəti dövründə qəbul edilmiş qərarlar və cəmiyyətdə əks-sədası” bölməsində ətraflı danışacağıq. Ancaq burada xüsusilə bir məsələni qeyd etməyi özümüzə borc bilirik.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil və tədris-lə bağlı altı qərar qəbul edilmişdi. Bu qərarlardan Azərbay-can dili haqqında xüsusi qərar və fərmanın əhəmiyyəti çox böyük idi. O zamanlar türk dili adlanan ana dilimizə məclis məbusları, başqa sözlə, parlament üzvləri vaxtaşırı münasi-bət bildirirdilər. Xüsusən parlamentin 21 avqust 1919-cu ildə keçirilən iclasında Bakı Universitetinin açılması məsələ-si ilə bağlı deputatların çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirilmişdir. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkəmizin bu ilk ali məktəbində tədris işləri ilə bərabər, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetirmişlər.

Parlamentin 21 avqust 1919-cu ildə keçirilən 67-ci icla-sında sol müstəqil fraksiyadan olan Abdulla bəy Əfən-dizadə deyirdi: “Darülfünunun açılması məsələsi “Əhrar” fir-qəsində iki cərəyana səbəb oldu. Bir neçəsi əleyhində, bir neçəci lehində. Hər ikitərəfin gətirdiyi məvadları mülahizə edəndə, müqa-yisə edəndə aşkar olur ki, əleyhinə olanların fikri bir qədər doğru-dur və əqlə batır. Nəzəriyyələrdən bəhs etmək istəmirəm, bir neçə-sini göstərmək istəyirəm ki, o da bu dərəcədədir. Məlumunuzdur ki, büdcə get-gedə artır, cəmaətin boynuna ağır gəlir, əyi bir yük tutulur. Əgər darülfünun büdcəsini də əlavə edərsək, büsbütün artacaqdır. Və büdcə çoxalacaqdır. Demək, bir sənəlik büdcəmiz bir milyard isə, gələcək sənə bir neçə milyonluq üzərinə əlavə oluna-caqdır. Hazırda tələbələrimiz də yoxdur ki, açılan darülfünunda yer tutsunlar. Və istiqbal üçün xəyali gənclər yetişsin və dəlillərin biri də budur, qabili-əfkar deyildir. Fəqət bunun lehinə gedən ki, əz on cümlə, biri də mən özüm, həm lehinə gedən cərəyan deyir ki, darülfünun hər hanki dildə olursa-olsun, o, elm mənbəyidir. Vətən üçün, demək, yaxşı işçilər, siyasi adamlar, elmli adamlar hazırla-yacaq. Bunu, bu elm mənbəyini indidən güşad eyləmək lazım və bəlkə vacibdir. Söz yox ki, darülfünun güşadi sözü meydana gəl-dikdə, demirik ki, əvvəlinci gündən türk dilində olacaq. Bu, mümkün olan şey deyildir. Bizim hazırlığımız rus darülfünunun-da oxumaq üçündür. İstəsək də, o qədər qüvvə və professor tap-marıq ki, öz dilimizdə elm və fünun keçək. Hərçənd ki, lehinə olanların motivləri əleyhinə olanlardan güclü deyildir, lakin hər iki tərəfi barışdırmaq, bir neçə illərdən sonra da olursa, türkcə keçə bilərsən, o da türk lisanına məxsus vəziyyətdir ki, əsaslıdır. O vəziyyəti alarsa, narazı olanlar da rəy verə bilər. O vəziyyət hansı-dır? O da odur ki, edadi məktəblər üçün müəllimlər yetişdirmək və milləti tərbiyələndirmək. O müəllimlər ki rus darülfünunu qurta-rıb rus dilində dərs deyəcəklərsə, lazım deyildir. Biz gərək hamı məktəbləri milliləşdirək, sonra az müddət içərisində edadiləri də milliləşdirin. İndiki darülfünunun yetişdirən müəllimlər gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıdır. Hər şöbədə, necə ki qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki darülfünun icmal etdi, edadi də tədris edəndə darülfünundan özülə götürdüyü elmləri, lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahati-fənniyəyə aşina olsun” 17.

Tədrisin ana dilində aparılması məsələsinə böyük əhə-miyyət verən məclis üzvü universitet məzunlarını nəzərdə tutaraq bir məsələnin vacibliyindən danışaraq xüsusilə vur-ğulayır: “Bir şəxs ki darülfünunu ikmal etdi… edadidə tədris edəndə də darülfünundan özünə götürdüyü elmləri, lazımdır ki, gözəl ədəbi türk dilində tədrisə müqtədir olsun” 18.

Parlamentdə həm Abdulla Əfəndizadə, həm də bitərəf-lər fraksiyasınm üzvü Yusif Əhmədov da tədris işində döv-lət dilinin zəruriliyinin tam tələbkarı kimi çıxış edirdilər. “Möhtərəm məbuslar! Güman edirəm ki, məbuslardan biri bu mənbərə çıxıb darülfünun əksinə danışmış olsa, bu ona bənzər ki, bir şəxs elmə bərəks ola, ancaq böylə deyil. Darülfünun açılmasını, təkrar edirəm, heç kəs deməz ki, olmasın. Lakin hanki vaxtda və nə şəraitilə açılsın. Söz bunun üstündədir. Burada keçən natiqin dediyi düzdür, lakin gələcəyə aiddir. Bizim fraksiyamızın rəyincə, darülfünun hökmən lazımdır, lakin indi mümkün deyildir. Əgər bizə bir elm mənbəi lazım isə, o da ibtidai məktəblərdir. Çünki darüfünun ki biz açmaq istəyirik, onun ibtidai işlərini düzəltməyə möhtacıq. Məlumdur ki, millətimizin yüzdədoxsanı əvamdır. On-lar onsuz da elmə möhtacdırlar. Bunlar üçün bir də tərəqqi edib, elmin ən yuxarı pilləsinə çıxmaq çətindir. Bir çox şeylər də var ki, indi darülfünunun açılmasına müsaidə vermiyir. Maddi cəhətdən çox şeylər və ləvazimat düzəltmək lazımdır. Bizim rəyimizcə, o da mümkün deyil ikən bizə lazım olan şeylərdən də bir çoxları müm-kün deyil. Deyə bilərəm ki, bizə bu saat bir tramvay olsun, müm-kün deyil, çünki texnika cəhətindən bir çox ləvazimat tapmaq çə-tindir. cəmi kəndlərdə məktəb açmaq lazımdır ki, əhali əqlən elmin əvvəlinci mərhələsində olsun. Bir də, deyə bilərəm ki, darülfünu-nun Bakıda olması münasib deyildir, çünki, məncə, bilirsiniz ki, darülfünun olan yerlərdə həmişə böyük inqilablara bais olmuşdur. O biri tərəfə baxanda, bu cərəyanlar üçün cürbəcür rəylər olacaq. Əlbəttə, bu, yaxşıdır, lakin indi münasib deyil. Mən istəyirəm ki, burada rus adı gələndə düşmənlərimiz onu dəstavüz edib müfət-tinlik edərlər. Lakin bizim Rusiya ilə heç bir düşmənçiliyimiz yox-dur. Biz ruslar ilə həmişə bir yerdə yaşamışıq və bundan sonra da qonşuluq cəhətcə yaşayacağıq. Biz istərdik ki, hər bir təsisat ki yapırıq, onu öz dilimizdə yapa idik. Lazımdır ki, hər bir millət çalı-şıb yoldaşa elmdə bərabər olsun. Güman edirəm ki, hər bir təsisat öz dilimizdə ola. Maddi cəhətdən o şeylər ki nəzərdə tutulub, bu-nun meydana gəlməsi üçün, bizim üçün qırx-əlli milyon paraya ehtiyac vardır. İstənilir ki, bir bina qurulsun, möhkəm olsun. Fəqət şu bulunduğumuz zamanda bu, mümkün deyildir. Çünki görürük ki, zəmanəmizdə cərəyan edən vüquatın bir saatı digər bir saata ol-mayır. Bu məsələ üçün bir az ehtiyat lazımdır. Durəndiş olmaq, zamanı gözləmək icab edər. Əgər bizim elmə pək çox həvəsimiz var-sa, o da təbiidir. Bir darülfünundan ziyadə şimdiki zaman üçün ibtidai məktəblərə əhəmiyyət verilməlidir. Çünki cəmaətimizin yüzdədoxsanı cahildir. Təkrar edirəm, nəticəni gözləmək, bir müd-dət də tofiq etmək lazımdır. Fraksiyamızın fikri budur ki, bu məsələ şimdilik verilsin fraksiyalara, orada baxılsın və sonra məclisin mü-zakirəsindən keçsin19”.

Şərqşünas alim, Azərbaycanda, Krımda, Cənubi Qaf-qazda, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınan, Əhrar20 fraksiyasına daxil olan məclis üzvü Muxtar Əfəndizadə qeyd olunan məsələni daha qəti şəkildə qoyur: “Möhtərəm məbuslar! Darülfünunun lehinə və əleyhinə çox sözlər danışıldı. Hər iki tərəf öz rəyini söylədi. Qayda da budur ki, gərək danışıla, çünki bu, xırda iş deyil ki, az danışılıb qurtara. Lakin bir şey mənim nəzərimi cəlb etdi. Səmədağa bu məsələnin əleyhinə danışanların sözlərini bilirdi, onları təhqir edib şeytana bənzətmək bir məbusa yaraşan iş deyil. Lakin biz məbus olduğumuzdan böylə təhqirlərə etina etməyirik. Bizim bu barədə dəlilimiz qəvidir. Biz əvvəldən də darülfünunun açılmasının tərəfdarıyıq. Məncə, Ab-dulla bəy dedi, bizim fraksiyada bunun lehinə olanlar da var, lakin əksəriyyət əleyhinədir. Çünki əvvəl fikir edir ki, bu saat kifayət qə-dər professor yoxdur. Hərçəndi deyirlər ki, professor tapılacaq, la-kin qorxurlar ki, o birilərə havayı maaş lazım olan professorlarda tapıla dəlili də odur ki, dərs vaxtı çatıb, meydanda heç bir şey yox-dur. Məhəmməd Əmin əfəndi əyi təsvir etdi ki, ülum bitərəfdir. Hanki dildə olmuş ola, elmdir. Lakin onu bilməlidir ki, tarixi-ədibə bir elmdir ki, onu ana dilindən başqa bir dildə öyrətmək olmaz. Və yenə Məhəmməd Əmin əfəndi qayət qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini və milliyyə-tini unutmamışlar. Bu söz balaca qəbihdir. Mən də deyə bilərəm ki, öylədir. Çünki bizimkilər Moskva misyonerlərinin ruslaşdırmaq təziqi siyasəti altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm ki, təmamən ruhlarını itirməyib-lər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf ilə baxır, öylə bilir ki, ədəbiyyat rus dilindədir, bəlkə, bir qədər alman, firəng ədə-biyyatına darülfünunda bələd olurlar. Bundan səmərəli odur ki, hökumət dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qon-şularımız bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda Azərbaycanda hənuz rus dili işlənir. Çünki onlar istiqlalla-rını elan etdikləri gündən etibarən yazılarını, müamilələrini milli-ləşdirdilər. Fəqət hər nədənsə hala bu hərəkət bizdə yoxdur” 21.

Bütün digər məsələlərdə olduğu kimi, əlbəttə, qeyd olu-nan məsələlərdə də M.Ə.Rəsulzadənin münasibəti öz reallı-ğı və obyektivliyi ilə digərlərindən tamamilə fərqlənirdi: “Burada universitet məsələsində gərək bizim əfkari-ümumiyyəmiz gərək parlaman məhfilələrində ayrı-ayrı fraksiyalarda müxtəlif rəng almış və başqa-başqa nöqteyi-nəzərlərlə bu məsələyə yanaşır-lar. Hər şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycan daxilində ülum, fünuna aşina mütəxəssis adamlar ələlümum məm-ləkət üffanını yüksəltmək üçün darülfünun binası lazımdır. Deyir-lər ki, əsas etibarilə universitet açılması əleyhinə deyilik. Fəqət doğrudan isə, əleyhinədirlər. Məsələ mübin şəkildədir. İndi görək bu universitet təsisi lazımdır, lazım deyildir. Bu xüsusda müzakirə lazımdır. Bilirsiniz ki, məmləkətlərdə, ələlxüsus bizim məmləkətdə darülfünuna ehtiyac o nöqteyi-nəzərdən vardır ki, bizdə mütəfən-nin, mütəxəssis elmi nöqtələrə alim adamlar, üləma yoxdur. Bu cür adamların yoxluğu hər cəhətdən təsirini göstərir. Ona görə bir an əvvəl üləma, mütəfənnin, üsula aşina adamları yetişdirmək höku-mət və məmləkət vəzifəsidir. Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisanımızda ola idi və oradakı professor və müdərris türkcə tərbiyə verəydilər. Məəttəəssüf, felən bunu tətbiq etmək böy-lə bir fənn ocağı açmaq imkanı bizdə hələlik yoxdur. Başqa məm-ləkətlərdə olduğu kimi, heç bir zaman elmin, fənnin başqa lisan-larda illərlə olsa da, ehtiyacı lüzumsuz olduğunu təcrübə göstər-mişdir. Madam ki biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum, fünun bizə lazımdır, etiraf etməliyik ki, darülfünun da bizə lazım-dır. Başqa bir lisana müraciət edirkən bu xüsusda nə üçün yalnız rus lisanına iltizam edilir və buna imkan verilir. Bu, öylə bir məsələ deyil ki, onu həll etmək olmasın. İlk dəfə içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə dərsləri və imkanları vardır. Binaənileyh Avropa məmləkətlərindən başqa birinin lisanında mümkün olsa idi, o lisanda götürərdik. Bu, olma-yacaqdır, çünki tələbələrimiz rus məktəblərində rusca dərs almış-lar. Bu nöqteyi-nəzərdən bir dəlalət var. Ülum və fünunun darül-fünunda rusca tədris edilməsinə gəldikdə əlbəttə, bizə söyləyə bi-lərlər ki, vaxta ki darülfünun milli olmayacaq, orada keçirilən dərslər türkcə olmayacaq, bu surətdə tələbələrimizi xarici məmlə-kətlərə göndərib bu surətdə təhsil etmələri mümkündür. Bu, doğru-dur. Fəqət nəzərdə tutmalıdır ki, məmləkətimizin elm və fənnə olan ehtiyacının bu yol ilə təmini mümkün deyildir. Əlbəttə, biz daha ixtisaslı və bilikli adamlar yetişdirmək üçün Avropaya tələbələr göndərəcəyik. Fəqət eyni zamanda məmləkət daxilində bir fənn və elm ocağı vücuda gətirəcəyik. Çünki darülfünun yalnız tələbələr hazır etməyir. Bununla bərabər elm və fənnə aşina adamların və ərbab ixtisasın bir məcmui olacaq ki, bir tərəfdən təlim etməklə digər tərəfdən məmləkəti öyrənir, onun əhval və xüsusiyyatını təh-lil və tədqiq edir. Bu nöqteyi-nəzərdən darülfünun Azərbaycana xaricdən bir çox alimlər və professorlar cəlb edəcəkdir. Onlardan heç bir surətlə qorxub ehtiyat etmək lazım gəlməz ki, guya o alimlər və professorlar burada bir rus mədəniyyətinin ocağı olub qalacaq da, tələbələr ruslaşacaqdır. Məndən əvvəl söyləyən natiq burada açılacaq darülfünunda rus mədəniyyəti ocağı deyə hər nə qədər söyləndisə də, fəqət mən zənn edirəm, bu surətdə söz söyləyən zəvat o fraksiya namindən burada bəyani-əfkar edir ki, o komisyonda ta-mamilə darülfünun əleyhində cərəyana daha qüvvət vermək və ona kömək etmək nöqteyi-nəzərindən bu surətlə burada çıxışda bulun-dular. Lakin əmin olsunlar ki, madam ki hökumət bizim əlimizdə, darülfünuna dəvət etdiyimiz adamlar üzərinə hakim olacağıq və maddi cəhət əlimizdə olduğundan məvacib əndişə heç bir şey təsəv-vür etməməlidir. Onların dəfələrlə rus elmi, rus mədəniyyəti deyə təkrar etmələri əfkari-ümumiyyəni qorxudanmaz. Çünki hər kəs bilir ki, rus və ya başqa bir millət mədəniyyəti yoxdur. Ülum və fünun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorların ağzından öyrənə bilərik. Elmi və fənni Çində belə olsa öyrənməyi tövsiyə etmişlər. Binaənileyh Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz rusluq mərkəzində, rus darülfünunlarında təhsil edənlərdən zərər gör-mədik. Biləks, onlar daha sabatkar olurlar. Biz rus darülfünunla-rında təhsil edənlərin tamamilə təmsil etməsini deyil, politikasilə ciddi surətdə mübarizə edənləri o darülfünunlardan çıxanlar içərisində görürük. Binaənileyh bu nöqteyi-nəzərdən heç bir qorxu yoxdur. Darülfünunun faydalarından birisi də budur ki, burada bir kərə elmi bir müəssisə vücuda gələcək. Bununla məmləkətin məchul qalmış bir çox xüsusiyyəti öyrəniləcəkdir. Camaət arasında elmə və fənnə maraq nə qədər artacaqdır. Digər tərəfdən, xaricə getməyə imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanın-da olacaqlar. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyin bir elmi öz dilində ifadə edə biləcək. Halbuki xaricə gedən tələbəmiz üçün bu, mümkün deyil. Onlar öz lisan və mühitlərindən ayrılmaq məcburiyyətində olduqları halda darülfünunumuzun tələbələri isə təhsil etdikləri elmlərlə bərabər xalq arasında olacaqlar ki, bunun da bizə bir çox faydası dəyəcəyi təbiidir. Fəqət, bəzi mülahizələr vardır. O mülahizələrə bizim fraksiya daxilində əqəliyyətdə qalan-lar da iştirak ediyorlar. Onlara etiraz etmək də mümkün deyil. Əvvələn, istənilən professorlar tapılmayacaq. Təbii və başqa bu kimi şöbələr üçün olan alət və ədavət əldə edə bilməyəcəyimizdən darülfünunumuz naqis olacaqdır. Eyni zamanda burada rus professorları olduğundan və bizə Rusiyadan yeni ayrılmış olduğu-muz üçün haman professorlar bizi təkrar Rusiya ilə birləşdirmək fikrini təqib edəcəklər. Bunlar sırf praktik mülahizələrdir. Fraksiya əksəriyyət etibarilə buraxılan qanunun tərəfdarıdır. Bunun qəbu-lunu təklif edir. Fraksiyamızın nəzərini ərz etdim və xüsusi olaraq deyirəm ki, hər məmləkətdə, hər yerdə darülfünunlar bu növlə təsis olmuşlar. Ümumi surətdə əgər Rusiya darülfünunlarının tarixinə müraciət etsəniz, görərsiz onlar da böylə başa gəlmişdir. Ona görə demək olmaz ki, bizdə yoxsa, heç olmamalıdır. Və əgər bugünkü türk darülfünunlarına baxsanız, orada da almanca, firəngcə təlim aldıqlarını görərsiniz. Heç bir millət tarixən ilk addımında milli bir darülfünuna sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək sonra get-gedə qüvvət kəsb etmişdir. Binaənileyh qorxmamalıdır. Darülfünun hər dildə olsa da olsun açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir irfan müəssisəsi quracağıq və get-gedə öz gənc-lərimizi onun vasitəsilə ziyalandırıb istədiyimiz milli professorla-rımıza tədricən sahib olacağıq. Məşhur rus müstəşriqləri hərgah buraya cəlb etməyə müvəffəq olarsaq və təbiidir ki, olacağıq da, çünki bir professor təhdidi altında vətəni Rusiyada akoplar içəri-sində çalışmaqdansa Azərbaycanda oturub kəndi əfkarını yürüt-mək, ələlxüsus ki, onları maddi cəhətdən də təmin edəsiniz, onlar bura gələr və əmin olunuz ki, xəyanət də etməzlər. Siz buna kəmali-itminan ilə əlinizi ürəyinizə qoyub səs verə bilərsiniz” 22.

Darülfünunun (Bakı Universitetinin) açılmasının qızğın tərəfdarı olan M.Ə.Rəsulzadə dil problemini tutarlı əsaslarla həll etməyə çalışır və müxtəlif ölkələrin təcrübəsindən mi-sallar gətirir: “…Ümumi surətdə əgər Rusiya darülfünunlarının tarixinə müraciət etsəniz, görərsiz onlar da böylə başa gəlmişdir. Ona görə demək olmaz ki, bizdə yoxsa, heç olmamalıdır. Və əgər bugünkü türk darülfünunlarına baxsanız, orada da almanca, firəngcə təlim aldıqlarını görərsiniz. Heç bir millət tarixən ilk addımında milli bir darülfünuna sahib olmamışdır. Əvvəlcə özgə-lərdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Binaənileyh qorxmamalıdır. Darülfünun hər dildə olsa da olsun, açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir irfan müəssisəsi quracağıq və get-gedə öz gənclərimizi onun vasitəsilə ziyalandırıb istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq…”23

Parlamentin Sosialistlər fraksiyasından olan Səmədağa Ağamalıoğlu və Əliheydər Qarayev bir çox məsələlərdə müxalifətdə olsalar da, darülfünun və dil məsələsində on-ların fıkri M.Ə.Rəsulzadənin fıkirləri ilə üst-üstə düşürdü. Onu da qeyd edək ki, onların çıxışlarında gətirdikləri əsaslar bir-birindən fərqli olsa da, məqsəd və ideyasına görə vəhdət təşkil edirdi.

Səmədağa Ağamalıoğlunun çıxışından: “Yəni Azərbayca-nın hər yerində, hər kəndində bir kilsə aç, adam gəldi-gəlmədi, sən zəngini vurginən, sonra cəmaət özü yavaş-yavaş alışar. Orada onun cəvabını verdim. Orasını demirəm, ancaq bunu demək istə-yirəm ki, keşiş cənabları da buraya çıxıb hərdənbir zəng vurur, heç, getdi öyləsinə. Burada bir-iki şey daha demək istəyirəm. Burada söylədilər ki, universitet 18 milyon pul aparır. Ona görə o ağır xərci cəmaətin üstünə yükləmək olmaz. Mən bilirəm, bu yazıq cəmaət necə olur ki, qeyri şeylərdə yaddan çıxır, elm, şkol ki cəmaə-tin gözünü açır, onda cəmaət yada düşür. Burada bir səhv var. Universitet açmaq bir işə sərmayə qoymaqdır. Mən sərmayə dedik-də bilirsiniz nədir. Mən kapital demək istəyirəm, sərmayəni qoy-maqdan heç kim qorxmamalıdır. Heç vaxt o bizə ziyan verməz. Həmişə mənfəətimiz az qoyduğumuz bu sərmayədən gələcəkdə 18 milyon deyil, bəlkə 18 milyard mənfəət götürək. Mən öylə bilirəm ki, universitet öylə bir şey deyil ki, istədiyin vaxt onu asanlıqla tikə biləsən. Bunu hər kəs bilir. Bu universitet bir palıd ağacına oxşar ki, basdırarsan, iyirmi ildən sonra çıxacaq. Burada yaxşı danışdılar ki, professor yoxdur. Bu gün burada professorlar, əgər Rusiyanın yolu açılarsa, çıxıb gedərlər, biz professorsuz qalarıq. İndi bu ola-ola demək olmaz ki, gözləyirəm, məqam gələr, sonra açaram. Bir halda vaxt, fürsət və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər. Mən təəccüb edirəm, nə üçün onları əldən bura-xaq?! Əgər indi universitet açmasaq, sonra heç aça bilmərik. Bəzi-ləri deyirlər ki, bir neçə ildən sonra açaq. Hərgah bu kişilər işsiz qaldıqlarından dolayı gəlib çıxıblarsa, o da revolyusiyanın təqsiri-dir. Siz bunları əldən buraxandan sonra öylə məqam da gəlib çıx-maz ki, professor bizim üçün gəlib universitet açmaq istəsin. De-məli, xərc heç, pul heç, məqam da gəlib. Universitet açmaq hər yerdə lazımdır. Bəlkə İran da düşünsə, qanar ki, orada da lazımdır. Burada söylənildi ki, onun özü də böyük dəlildir ki, bizim ibtidai məktəbimiz və öz gimnaziyamız yoxdur ki, universitet üçün yem olub onu saxlasın. Bu bizdə yoxda degil idi, var idi. Əgər indi səs gəlmir isə, onda da təqsir hökumətdədir. Biz tələb etdik ki, bu mək-əblər açılsın, şkol yoxdur, deyirlər ki, sən də darülfünun açmaya-san? Sonra bir vacib məsəl var, deyirlər ki, türkün öylə qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətlən-dirib, sonra darülfünun açmaq lazımdır. Darülfünun olmasa, dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür. İnandırıram ki, revolyusiyadan əvvəl dil bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarır. Xülasə, bizim fraksiyamız o fikirdədir ki, gərək darülfünun açılsın, bunun vaxtı, məqamı gəlmişdir və güman edir ki, parlaman da buna zidd getməz” 24.

Darülfünunun ‒ Bakı Universitetinin açılmasına böyük səy göstərən Əliheydər Qarayev ana dili probleminin özünə aydınlıq gətirməyə çalışır: “Bizim firqəmiz darülfünunun açıl-ması tərəfdarıdır. İnqilab bayrağı qaldırıb Nikolay istibdadını yıxdığımız gündən etibarən şüarımız “yox olsun qaragüruh, yaşa-sın hürr və sərbəst millətlər”. Biz bu əsas üzərinə işləyirik və işləyəcəyik. Rusiya maarif xüsusunda pək çox çalışmış və maddi cəhətdən hər bir mümanəti yapmışdır. Əvvəl Nikolayın da pulu yoxdu, fəqət maarif xüsusunda deyil, biz görürüz ki, ministirlə-rimiz, bəylərimiz özlərini saxlamaq üçün icab edən qədər jandarma polisləri saxlamaqdan ötəri pul bulurlar. Bu pullar büdcəni sarsıt-mayır. Yalnız millətimizi işıqlandıracaq olan və açılması lazım olan darülfünun xərci sarsıdacaq? Darülfünun xüsusunda xərc-dən qaçmaq doğru deyil. Darülfünun, doğrudur, öz ana dilimizdə milli olmalı idi. Zatən biz deyirik ki, cəmi millətlər azaddır və on-ların lisanı da, dili də azad olsun. Halbuki Nikolay bizim milli lisanla tədricatımıza mane olduğu üçün biz deyil darülfünunu, hətta ibtidai məktəblərimizi də milliləşdirmədik. Təhsili ali görmək istəyən cavanlarımız Rusiyanın daxilinə getmək üçün yollar qapalı olduğu üçün gedəməyib aşağı-yuxarı dolaşırlar. Onun üçün Mə-həmməd Əmin Rəsulzadə cənablarının söylədiyi nitqi də tələbə-lərimizdən çoxu başa düşməyirlər. Milli tərbiyə almamışız ki, başa düşəlim, yenə görəcəyik ki, edadi məktəblərimiz də türkləşdiril-məkdə davam edəcəkdir. Və türk füqərayi-kasibəsinin cocuqları böyüyüb irəliləyəcək, bir də məccani məktəblər onları qəbul etməyə-cəkdir. Çün biz bu vaxta qədər ibtidai və edadilərdə milli ruhda tərbiyə almamışıq ki, milli dilimizi bilən və milli lisanda leksiya oxunanda anlayaq. Tutalım ki, fizyalogiya, matematika oxusaq, türk lisanında desək, doxsan səkkiz, yüz faiz başa düşməyəcəyik. Edadi məktəblər tezliklə milliləşəcək. Bunlardan da studentlər çıxacaq. Türk füqərayi-kasibəsi balasının ki özüdə mədəniyyət yo-luna ayaq basır, varlılar kimi pulu olmayacaqdır ki, başqa bir yerə oxumağa getsin. Burada qalıb ya bir çinovnik, ya bir kağızbükən olacaqdır. Böylə olan surətdə hər halda bizə universitet lazımdır. Universitet olsa, burada oxuyarlar. Ondan başqa müəllimlərimiz də vardır ki, onlar da darülfünunda oxuyarlar. Nəinki bir bunlar, bəlkə istedadı olan adamların da ixtiyarı olsun, getsin orada oxusun, elm alsın. Bir bədbəxtlik də budur ki, maarif işlərindən ötəri indiyə qədər heç bir təşəbbüsatda bulunmadıq. Dövlətli balası 300-400 də olsa verir, edadidə oxuyur. Amma kasıb balası pulu olmadığından oxuya bilmir, maarif işindən uzaq olur. Darülfünu-na düşə bilmir. İbtidai və edadilər gərək məccani olsun. Hökuməti-miz ciddiyyətlə bu yolda işləsin. Nəinki darülfünun, hamısı gərək məccani olsun, hamı oxuya bilsin. Təlim ümumi olsun, eleyhinə olanlardan biri başlayır ki, professorlar öz vərəmli əqidələrini uni-versitetdə keçəcəklər. Tarix öylə bir şeydir ki, onun əqidə ilə heç bir münasibəti ola bilməz. Bir tarix deyil, tibb fakültəsi, filoloq şöbəsi, buralarda ancaq bu dərslərdən danışırlar. Professor istəsə də, heç bir şey eyləyə bilməz. Bu universitetdən bizim üçün müəllimlər çıxacaq və haman müəllimlər milliləşmiş məktəblərdə dərs verəcək-lər. Azərbaycan edadilərində müəllim yoxdur. O istoriya-filologiya şöbəsi edadiyə qulluq edib, onlar üçün müəllim yetişdirməyə böyük kömək edəcəkdir. Deyirlər ki, bu universitet rus universiteti olacaq-dır. Düzdür, sizin çeşməyiniz ilə baxanda öylədir. Fəqət Moskva-dansa burada daha tez türkləşə bilərik. Haman professor Vinoqra-dov tarixdən Ryurik İqordan orada da deyəcək, burada da. Bunu unudun. Türk tələbəsi 17-20-sindən aşağı olmaz. 20 yaşında olan-da onun bir siyasi surəti olacaqdır. Sağ ya sol. Bizim tələbələr ara-sında əgər sol olsa -mən ki solam, -Vinoqradov gəlsin, nə qədər istə-yir danışsın, bir şey eyləyə bilməz. Bu, bir yanlış yoldur. Bir mədə-niyyət ki füqərayi-kasibə üçün gəlir, siz barmağınız ilə onu tutma-yın, qoyun o işıq Azərbaycan füqərayi-kasibəsi üzərinə düşsün. Hərgah barmağınızı tutarsınızsa, işıq düşmədikdə füqərayi-kasibə indi də siz məsuliyyətli olarsınız” 25.

Parlamentin müxtəlif partiya və fraksiyalara mənsub olan üzvləri M.Ə.Rəsulzadə, S.Ağamalıoğlu və Ə.Qarayevin çıxışlarında təhsil və dil problemi üzrə söylənilən mülahi-zələr, verilən təkliflərin təsiri idi ki, dil məsələsini təhsil və tədrisdən üstün tutan və bu məsələdə çox aydın mövqeyi olduğu halda parlament üzvlərinin bir qismi konkret bir mövqe tuta bilmirdi.

Bu baxımdan sol müstəqil Abdulla bəy Əfəndizadənin çıxışları bunu daha aydın şəkildə göstərirdi: “…Nəzəriyyələr-dən bəhs etmək istəmirəm, bir neçəsini göstərmək istəyirəm ki, o da bu dərəcədədir. Məlumunuzdur ki, büdcə get-gedə artır, cəmaətin boynuna ağır gəlir, əyi bir yük tutulur. Əgər darülfünun büdcə-sini də əlavə edərsək, büsbütün artacaqdır. Və büdcə çoxalacaqdır. Demək, bir sənəlik büdcəmiz bir milyard isə, gələcək sənə bir neçə milyonluq üzərinə əlavə olunacaqdır. hazırda tələbələrimiz də yoxdur ki, açılan darülfünunda yer tutsunlar. Və istiqbal üçün xəyali gənclər yetişsin və dəlillərin biri də budur, qabili-əfkar deyildir. Fəqət bunun lehinə gedən ki, əz on cümlə, biri də mən özüm, həm lehinə gedən cərəyan deyir ki, darülfünun hər hanki dildə olursa-olsun, o, elm mənbəidir. Vətən üçün, demək, yaxşı işçilər, siyasi adamlar, elmli adamlar hazırlayacaq. Bunu, bu elm mənbəyini indidən güşad eyləmək lazım və bəlkə vacibdir. Söz yox ki, darülfünun güşadi sözü meydana gəldikdə, demirik ki, əvvəlinci gündən türk dilində olacaq. Bu, mümkün olan şey deyildir. Bizim hazırlığımız rus darülfünununda oxumaq üçündür. İstəsək də, o qədər qüvvə və professor tapmarıq ki, öz dilimizdə elm və fünun keçək. Hərçəndi lehinə olanların motivləri əleyhinə olanlardan güc-lü deyildir, lakin hər iki tərəfi barışdırmaq, -bir neçə illərdən sonra da olursa, türkcə keçə bilərsən, o da türk lisanına məxsus vəziyyət-dir ki, əsaslıdır, o vəziyyəti alarsa, narazı olanlar da rəy verə bilər. O vəziyyət hansıdır? O da odur ki, edadi məktəblər üçün müəllim-lər yetişdirmək və milləti tərbiyələndirmək. O müəllimlər ki rus darülfünunu qurtarıb rus dilində dərs deyəcəklər lazım deyildir. Biz gərək hamı məktəbləri milliləşdirək. İndiki darülfünunun yetişdirən müəllimlər gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıdır. Hər şöbədə necə ki qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki darülfünun icmal etdi, edadi də tədris edəndə darül-fünundan özülə götürdüyü elmləri, lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahati-fənniyyəyə aşina olsun. Doğrudur, gərək bunları edadilər hazırlasın, darülfünuna versin. Bu olmayıb, çünki mümkün deyil idi, yetişdirməyib. Bu indi darülfünun divarları içərisində olmalıdır. Mən deyərdim, o tələbə-lər ki orada təhsil edəcəklər, türk dilini də öyrənəcəklər, gərək bir kaç vəzifələr ifa etsinlər. Ruscadan türkcəyə məqalələr tərcümə et-sinlər. Vəzifələri var. Bu da məcburi bir vəzifə olsun. Əgər bu cəhəti nəzərə alırıqsa, bunlara əhəmiyyət veririksə, indidən bu ba-rədə çalışmalıdır. Buna fikir verməlidir. Lazımi müəllimlər dəvət etməlidir. Bir bu, həm də başqa cəhət var. Məndən qabaqkı natiq-lərin dediklərindən aşkar oldu ki, biz darülfünuna öylə nəzər ilə baxırıq ki, onun vasitəsilə məktəblərimizi, millətimizi düzəldib mədəni millətlər cərgəsinə keçirək. Bu cərəyanlar hamısı var. Müəllim yetişdirmək şöbəsi indidən gərək güşad olsun. Mən təəccüb edirəm, şöbələr barəsində danışarkən fizyalogiya, riyaziy-yat, filologiya şöbələrindən dedilər…”26

Qeyd olunan bu məsələlərlə bağlı bəzi məclis üzvlərinin çıxışı isə öz reallığı və konkretliyi ilə fərqlənirdi. Bunlara nü-munə olaraq “Əhrar” fraksiyasından olan deputat Muxtar Əfəndizadənin çıxışını qeyd edə bilərik: “…Abdulla bəy dedi, bizim fraksiyada bunun lehinə olanlar da var, lakin əksəriyyət əleyhinədir. Çünki əvvəl fikir edir ki, bu saat kifayət qədər professor yoxdur. Hərçəndi deyirlər ki, professor tapılacaq, lakin qorxurlar ki, o birilərə havayı maaş lazım olan professorlar da tapmaq dəlili də odur ki, dərs vaxtı çatıb, meydanda heç bir şey yoxdur. Məhəm-məd Əmin əfəndi əyi təsvir etdi ki, ülum bitərəfdir. Hanki dildə olmuş ola, elmdir. Lakin onu bilməlidir ki, tarixi-ədibə bir elmdir ki, onu ana dilindən başqa bir dildə öyrətmək olmaz. Və yenə Məhəmməd Əmin əfəndi qayət qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini və milliyyə-tini unutmamışlar. Bu söz balaca qəbihdir. Mən də deyə bilərəm ki, öylədir. Çünki bizimkilər Moskva misyonerlərinin ruslaşdırmaq təzyiqi siyasəti altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm ki, təmamən ruhlarını itirməyib-lər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf ilə baxır, öylə bilir ki, ədəbiyyat rus dilindədir, bəlkə, bir qədər alman, firəng ədəbiyyatına darülfünunda bələd olurlar. Bundan səmərəli odur ki, hökumət dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qon-şularımız erməni və gürcülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda Azərbaycanda hənuz rus dili işlənir. Çünki onlar istiqlallarını elan etdikləri gündən etibarən yazılarını, müa-milələrini milliləşdirdilər. Fəqət hər nədənsə hala bu hərəkət bizdə yoxdur. Səmədağanın buyurmasından böylə çıxır ki, darülfünun həm ali, həm də ibtidai bir müəssisədir, biz orada həm milliləşəcək, həm lisanımızı düzəldəcəyik. Bu, heç bir zaman doğru deyildir. Çünki insanı ibtidai məktəblər milliləşdirir. Və yenə təəssüflə gö-rürəm ki, biz işlərimizə aşağıdan başlayıb qədəmə-qədəmə çıxmaq lazımkən biləks, başımızda olanlar başdan aşağı işə başlayırlar. Və rəsi karda olanlar necə görmirlər ki, bu gün Rusiyanın ən sıqı za-manında tarix, coğrafiya, lisan kimi dərsləri müsəlmanlar üçün qətiyyən qədəğan edən Nikolay zamanında açıqca müvəffəq oldu-ğumuz milli məktəblərimizin də bu gün yavaş-yavaş qapandığını təəssüflərlə görürük. Qarabəylinin fikri məsələni hər nə qədər bir az təxirə salırsa da, yenə əyi bir fikirdir. Məsələ, əvvəla, fraksiya-lara verilsin, orada müzakirə edilsin. Mən də darülfünunun açıl-ması tərəfdarıyam. Fəqət bu şərait təhtində deyil, məlumunuzdur ki, Petroqrad və Moskva darülfünunlarına təhsil üçün gedən cavanlarımız məktəbə girər-girməz dərhal oradakı misyonerliyi və oradakı ruslaşdırmaq ruhunu görüyor və ondan çəkinirdi…”27

Əlbəttə, Bakı Universitetinin açılması məsələsinə həsr olunan yalnız bir iclasda Azərbaycan dili barəsində deyilən-lər, göründüyü kimi, birbaşa dövlət dili, onun tədris və təh-sil işində yeri kimi ciddi problemlə bağlıdır. Parlament üzvlərinin çıxışları, istisnasız olaraq, hökumətin “Dövlət dili haqqında” qərarına uyğun olmuşdur.

Fətəli xan Xoyskinin çıxışlarında hökumətin dövlət dili sahəsində görülən işlər barəsində vaxtaşırı verdiyi məlu-matlar dövlət dilinin daim hökumətin diqqət mərkəzində durduğunu göstərir.

Fətəli xan Xoyski çıxışında qeyd edirdi:“Möhtərəm Azər-baycan parlamenti əzası! Hal-hazırda hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəyəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə mək-təb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət et-məli idi. Çünki ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu, iki birdir ki, əvvəl başdan milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hö-kumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təc-did etdi. İndi, Allaha şükürlər, hər yerdə olmaz isə də, bir çox ədliy-yə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik…”28

Bepul matn qismi tugad.

16 197,55 s`om
32 395,09 s`om
−50%