Kitobni o'qish: «Dalğa»
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Svetlana Turan. Dalğa.
Bakı, “Köhlən” nəşriyyatı, 2019.
© Svetlana Turan / 2010
© Köhlən Nəşriyyatı / 2019
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
kohlanpress@gmail.com
055 3599923 / 050 2229511
ISBN 978-9952-8360-2-8
Bütün hüquqlar qorunur.
İcazəsiz olaraq hər hansı
şəkildə yayımlanması QADAĞANDIR
Dalğa
Azərbaycan Dövlət Neft Akademiyasında
30 aprel 2009-cu il terror aktı zamanı
dünyasını dəyişənlərin əziz xatirəsinə
Bir
Yenə nə səsdi? Yatacaqdım axı. Deyəsən, telefon-dur…
– Alo? Əlbəttə, mənəm. Məndən başqa bu evdə kim yaşayır ki? Demişdim sənə, yadından çıxıb? Bu gün onu görməyə gedəcəyəm. Niyə ki? Səndən soru-şuram, niyə getməyim? Alo! Niyə belə həyəcanlısan? Narahat olma, çarpayıdayam, yıxılsam da, əzilmərəm. Nə hadisə? Ola bilməz…
Dəstək əlimdən düşdü, elə bil əlim yoxa çıxdı, İm-ranın səsi hələ də gəlirdi, sanki iflic olmuşdum, əlimi tərpədib dəstəyi götürmək istəyirdim. Bəlkə, ona heç nə olmayıb? Başımda fikirlər bir-birilə çarpışırdı…
Dəstəyi əlimə birtəhər aldım:
– Bəs o?
İmran susurdu… Artıq başa düşdüm.
– Yaxşı, İmran, heç nə demə. Bilirəm…
Özümü öldürmək düşüncəsi ağlımdan bir qığılcım kimi keçdi. Keçdi və söndü. Günahdır.
İki
I
Hər şey mağazada başlamışdı. Mənim üçün başla-mışdı. Saat on bir olardı. İmran demişdi ki, Cəfər Cab-barlının adını daşıyan meydanın yanındakı binanın al-tında yaxşı ətriyyat dükanı var, həmin dükandan ətri alıb çıxanda əlimdəki pullar yerə töküldü, əyildim ki, götürüm. İçəri keçmək istəyən üç qız mənim qapının kandarından keçməyimi səbirsiz halda gözləyirdilər. Bu qəpik-quruş da ki…
Pulları yerdən yığıb ayağa qalxanda birinci onu gördüm. Çox qəribədir, bəs bu qızın burnu hanı? Qəri-bə idi, əslində, onun burnu vardı, amma həm də yox idi. Görəsən, niyə mən həmişə insanlara baxanda on-larda heç kəsin görmədiyi qeyri-adi bir şeyi görürəm?
O qədər diqqətlə baxırdım ki, həm də eyni zaman-da, elə fikrə dalmışdım ki, qızlara içəri girməyə imkan vermədiyimi unutmuşdum. Qızlardan biri (o yox) hirslə dilləndi:
– Çəkil də, səni hələ çox gözləyəcəyik?
– Bağışlayın.
Onlara yol verdim. Görəsən, yenə içəri girib ona daha diqqətlə baxım?
Qərar vermək mənim ən ağrılı yerimdir. Nəyisə qə-rara alana qədər, o qədər çox vaxt itirirəm ki…
Bir də gördüm artıq dükandan çıxırlar. Profildən baxanda burnu vardı, amma yastı idi, çox yastı idi, ona görə də əvvəl görəndə mənə elə gəlmişdi ki, burnu heç yoxdur. Ötüb keçdilər, mən isə… mən elə dükanın qarşısında qalmışdım, görəsən, niyə onu izləmədim? Bəlkə, yenə bu dükana gələcək? İçəri keçib satıcıdan o qızların bura tez-tez gəlib-gəlmədiyini soruşmaq istə-dim, amma “Mənə güləcəklər”, – deyə düşündüm.
Yaxşısı budur, gedim evə. Bir dəfə də belə olmuş-du. İmtahanda müəllimimiz xəstələnmişdi, onu baş-qası əvəz edirdi, növbə mənə çatanda ona yaxınlaşdım. Arxa sırada oturduğum üçün müəllimə heç baxmır-dım. İndi gözümün önündə idi, bəs müəllimin ağzı ha-nı? Səs gəlir, amma ağız yoxdur. İmrana deyəndə bərkdən gülmüşdü.
– Dəlisən? Necə yəni ağzı yox idi? Bəs o boyda pro-fesssor necə danışırdı? Yəqin, qorxudan özünü itirmi-sən.
O vaxtdan insanlarda gördüyüm qəribəlikləri heç kəsə danışmıram, mənə şübhəylə baxanda heç xoşuma gəlmir. Düzdür, İmrandan incimədim, amma anladım ki, bəzi şeyləri ancaq özümlə müzakirə etməliyəm.
Uşaqlıqda da belə idi, anamın mənimlə danışmağa vaxtı heç olmazdı, başı elə özünə qarışıq idi. Uzun illər ötüb o vaxtdan, amma anamın vərdişləri, xasiyyəti heç dəyişilməyib. Həftədə bir dəfə zəng edir, əhvalımı so-ruşur, pulumun bitib-bitmədiyini xəbər alır, vəssalam. Bəzən sağollaşmadan dəstəyi asır. Telefon xəttinin qı-rıq-qırıq səsləri anamın yerinə üzr istəyir.
Hanı bu açar? Yoxsa pullarla birlikdə düşürmü-şəm? Hə, budur.
Yenə ev. Gərək bir az gəzəydim, evə gələndə ürə-yim sıxılır. Görəsən, Sevil xalanın ürəyi sıxılır mənim evimi təmizləyəndə? Hey deyirəm soruşum, amma çə-kinirəm. Bir də ki, yəqin, onun da cavabı İmranınkın-dan fərqlənməyəcək.
Buna bax, yenə kibritin yerini dəyişib. Allah bilir, indi hara qoyub. Məni hirsləndirməkdən zövq alır, de-yəsən. Necə deyirdi keçən gün? “O qədər sakitsən ki, ay oğul, elə bilirəm, səni bu sakitlikdən heç nə çıxara bilməz. Kibrit bəhanədir, elə bilmə, səni əsəbiləşdir-mək üçün edirəm. Yox. Səni elə-belə yoxlayıram”. Sonra da gülümsəyir.
Heç sənin və ya başqalarının mənim içimdən xəbəri var? Sakit olub-olmadığımı haradan bilirsən? Heç İm-ran da məni axıracan tanımır. Heç mən özüm də…
Çay çox acı oldu.
Görəsən, onu bir də görəcəyəm?
Tıq-tıq… Tıq-tıq…
Heç kəs yoxdur axı. Bəs niyə mən taqqıltı eşitdim? Nəyə istəsən and içərəm, qapı idi. Yuxudan boş-boşu-na ayıltdılar. Bəlkə, heç qapı deyilmiş?
Uşaq olanda taqqıltı səsləri məni narahat edirdi. Deməzdim ki, taqqıltıdan qorxurdum. Sadəcə, nara-hat olurdum. Babam zarafat edərdi:
– Hər taqqıltıdan qorxursan, bəs əsgər olanda ney-ləyəcəksən?
Babam indi sağ olsaydı, deyəcəkdi ki, necə kişisən ki, əsgər olmamısan.
Hə… Əsgər ola bilmədim. Nə illah elədim, apar-madılar.
Gedim, bir havada gəzim. Çörək də almaq lazım-dır.
Eh, yenə oturub burda. Gəl, indi çıx caynağından.
– Salam, a qonşu, necəsən? Görsənmirsən? Elə de-yirəm, səninlə bir söhbətləşim, heç çıxmırsan qarşıma. Nə var, nə yox?
– Sağ olasınız, yaxşıyam.
– Deyirəm, sən savadlı adamsan, cavan oğlansan, başın çıxar bu işlərdən.
Yenə nə mırıldayır, görəsən? Əlinə keçəni tutur söhbətə, heç bir bəhanə təsir etmir. Belələrinə “çənə” deyənə afərin. Bilir ki, zəhləm gedir ondan. Elə bil acı-ğa özünü mənimlə dostyana aparır. Baxanda Tahirə otuz yaş verərsən, amma yaşı, əslində, daha çoxdur. Bu boyda məhəllədə heç kəs onun yaşını bilmir. Zarafat-yana deyirlər ki, dinozavrların dövründən qalıb. Hamı bir də onu pıçıldayır ki, əsl adı Tiqran olub, özü də er-mənidir, amma hələ Sovetlərin vaxtında pasportunu, adını, soyadını, hətta milliyyətini də dəyişdirib. İndi, guya, azərbaycanlıdır, adı da ki, Tahir.
– Səninləyəm ey, a qonşu. Bax belə vəziyyətdə sən nə cavab verərdin?
Hə, indi gərək Tahirin özü kimi həyasız olub, onun özünə uyğun cavab verəsən.
– Həmişəki kimi. Susardım. Sağ olun.
Hələ də gözlərini geniş açıb baxır. Geriyə boylan-masam da, bunu bütün vücudumla hiss edirəm. Hələ onun əlindən belə ucuz qurtulan olmamışdı. Elə bili-rəm, kiməsə şahmatda qalib gəldim.
Görəsən, nə soruşurdu?
Bəlkə, bir-iki kitab alım? Hərçənd ki, keçən dəfə aldıqlarımın hamısını oxumamışam. Neynim? Bu da mənim xəstəliyimdir.
Hmm, camaat gündə bir bestseller yazır. Gəl ki, bizdə yeni kitabı bir il gözləyəsən gərək.
– Xanım, üzr istəyirəm.
– Sizsiniz? Salam. Yeni kitab istəyirsiniz, yəqin. Həmişəki kimi. Elədir?
– Bəli.
– Baxın axırıncı sıraya, görürsünüz? Murakami ilə başlayan sıranı deyirəm. Təzə gələn kitabları oraya düzmüşük. Mütləq bir şey tapacaqsınız.
– Yaxşı. Çox sağ olun.
Heç biri yeni deyil, köhnə əsərlərin təkrar nəşrləri-dir.
– Amma bir az tez olun. Bu gün gec gəlmisiniz, on dəqiqədən sonra mağaza bağlanır.
Gəl, əlimə birinci keçəni götürüm. Evə əliboş get-mək istəmirəm. Hə, bunu. İmran məndə olanı üç ilə yaxındır ki, aparıb, hələ də deyir ki, yadımdan çıxır qaytarmaq, amma gətirəcəyəm. Allah bilir, hansı qıza bağışlayıb.
– Bulqakov “Master və Marqarita”? Əla əsərdir. Düzdür, oxumamışam, amma yaman tərifləyirlər. Oxuyun, xoşunuza gələcək.
– Çoxdan oxumuşam, haqlısınız, xoşuma gəlir.
– Elə? Bəs niyə yenidən alırsınız? Kiməsə hədiyyə edəcəksiniz?
Axı satıcının nəyinə gərəkdir bu mənasız sualların cavabını bilmək?
– Gərək ki, siz ritorik sualları sevirsiniz?
– Başa düşmədim?
– Salamat qalın.
İşə bax da, kitab mağazasında işləyir, hər gün ziyalı adamlarla ünsiyyətdə olur, lakin ritorik sualın nə oldu-ğunu bilmir. Hələ bu adi satıcı qızdır. Məlum məsələ-dir, kitab satmaq üçün kitabxanaçı təhsili tələb olun-mur. Amma nahaq yerə, bəlkə də, tərsinə olsaydı, satı-cı Bulqakovu əvvəl oxuyardı, sonra tərifləyərdi.
Ümumiyyətlə, cəmiyyətimizdə insanların sənətinə, peşəsinə, bacarığına, qabiliyyətinə görə işlə təmin olunması məsələsi hələ də həll olunmayıb. Bəlkə də, bu mənim subyektiv fikrimdir. Sadəcə olaraq, öz peşə-sini peşəkarcasına bilməyənlərlə tez-tez rastlaşıram.
* * *
– Xırçıldayan çörək seçin, zəhmət olmasa.
– Bilirəm, a bala, həmişə xırçıldayan istəyirsən. Yaxşı eləyirsən, cavansan, dişlərin möhkəmdir.
Mənə çox vaxt cavan deyirlər, ya da “cavan oğlan” deyə müraciət edirlər, lakin mən özümü lap uşaqlıq-dan çox yaşlı kimi hiss edirəm. İndi də daxilən çox qo-cayam. Görəsən, bunu məndən başqa hiss edəcək bir adama rast gələcəyəm? Ya da elə bir adama rast gələ-cəyəm ki, o adam özümü cavan hiss etməyə vadar et-sin?
II
Bugünkü gün ildə bir dəfə olur. Bu gün ilin digər günlərinə bənzəmir. Hərçənd 90-cı illərdə ermənilərin hər bir şəhər-rayonumuzu zəbt etdikləri gün də bizim üçün matəmdir. Yenə də 20 Yanvar fərqlidir. Bəlkə, ona görə ki, bu faciə məkanca mənə yaxındır?
Bu faciə baş verəndə mən uşaq idim, lakin hər şeyi anlayacaq qədər də böyük idim. Sarsılan tək mən ol-mamışdım, bütün millətimiz sarsılmışdı.
Əvvəllər hər il Şəhidlər xiyabanına bu tarixdə bü-tün millət gəlir, hər bir şəhid məzarının yanından min-lərlə adam keçir, insanlar onları yad etməklə özlərinə təsəlli tapırdılar. “Doğrudur, biz sağ qaldıq, onlar gü-nahsız həlak oldular, sağ qaldığımız üçün günahkar sayıla bilmərik, o dəhşətli günü biz də xatırlayırıq, baş verənləri yada salanda bizi hələ də vahimə basır, hələ də yaxınlarımız üçün həyəcan hissi keçiririk”, – düşü-nənlər buraya gəlir, sanki sağ qaldıqlarına görə ölən-lərdən üzr istəyirdilər.
Bir nəfər necə demişdi? “Neyləyək ki, şəhid deyil, ancaq şahid ola bildik?”
Mən də bura hər il gəlirəm, üstəlik, təkcə 20 yanvar tarixində yox, ildə bir neçə dəfə. Maraqlıdır, Şəhidlər xiyabanına bu qədər getməyimin səbəbini özüm də anlaya bilmirəm.
Bir şey də maraqlıdır ki, insanların 20 Yanvara olan münasibəti dəyişilib. İnsanlar bu günü, sadəcə olaraq, istirahət günü kimi qəbul edirlər. Təqvimdə bu günün hansı rəngdə olduğunun artıq fərqi yoxdur. Hamının 20 Yanvarı da, Qarabağı da bir problem kimi qəbul etməsinə baxmayaraq, nədənsə insanlarda bu hadisə-lərlə bağlı acı, kədər hissləri keçib gedib. Şəhidlər xiya-banını 20 yanvarda indi də ziyarət edənlər var, lakin gəlin heç olmasa öz-özümüzə yalan danışmayaq, ge-dənlərin müəyyən hissəsi şəhidlərin yaxınları, demək olar ki, yarısı dövlət qulluğunda çalışanlar, digər hissə-si isə ildə bircə dəfə təkcə bu gün ekskursiyaya çıxarı-lan məktəblilərdir.
Səbəbini izah etmək çətindir. “Zaman bütün yara-ları sağaldır” deyimi yada düşür.
Bir tanışımın mənə bir neçə il bundan əvvəl danış-dığını xatırladım. Onun atası 20 yanvarın ertəsi gün gələcəkdə “Şəhidlər xiyabanı” adını alacaq, həmin vaxtsa Kirov parkı adlanan yerdə faciə qurbanları üçün məzar qazan insanların arasında olmuşdu. O da qan-tər içində soyuq havada özünü xatırlamadan, so-yuğu hiss etmədən, yanındakı kişilər kimi qazırdı, qa-zırdı, qazırdı…
Onu oraya gedib bunu etməyə heç kəs məcbur et-məmişdi. Bunu özü istəmişdi. Bunu günahsız ölənlə-rin qarşısında öz borcunu yerinə yetirmək, ya da bir çoxları kimi, sadəcə, sağ qaldığına görə üzr istəmək üçün etmişdi. Onu həmin an idarə edən hissin nə oldu-ğunu bilmirəm. Oğlu bircə şey dedi ki, həmin gün ata-sı oraya birinci və sonuncu dəfə getmişdi. Hər il ma-təm vaxtı oraya gedib ölənləri yad etmək bir kənara qalsın, öz əlləri ilə qazdığı qəbirləri belə görmək istə-mədiyini, hətta bu günün bəzən hansı gün olduğunu unutduğunu da dedi.
Bəs mən niyə oraya hələ də gedirəm? Bəzən öz-özü-mü aldatmağa çalışıram, deyirəm ki, şəhidlərimizi yad etməyə gedirəm, bu mənim onlar, həm də vətən qarşı-sında olan borcumdur. Amma özüm də bilirəm ki, bu, sadəcə, formal bir səbəbdir, əslində, başqa bir şey də var, məni oraya dartıb aparan gizli qüvvə. Bu gizli qüvvənin sirrini nə vaxt tapacağam?
III
Axı niyə bura gəldim? Saat on birə on dəqiqə qalır. Necə də axmağam! Bəyəm məcburdur ki, insan hər gün eyni vaxtda eyni yerə gəlsin? Dayan! Niyə bu mə-nim hələ indi ağlıma gəlir? Axı bu əraziyə yaxın yerlə-şən üç universitet var. Bəlkə də, ən azı, beş gün eyni vaxtda, eyni yerə gəlir, amma…
Allah amandır, indi lap axmaq oldum! Bircə o qal-mışdı ki, bu üç universiteti bir qızdan ötrü ələk-vələk edim.
Külək bərkidi. Evə getsəm, yaxşıdır. Bir az da qal-sam, özümə hörmət etməyəcəm.
– Alo? İmran? Nə olub səsinə? Salam, salam. Mən həmişəki kimi. İşə getmişdin? Bülleten? Belə de… Yox, elə-belə. Bəs universitetdəki dərslərini kim əvəz edəcək? Hə, tanıyıram. Bəlkə, sənə dərman alım? Ne-cə istəyirsən. Sən deyən olsun. Salamat qal.
İmrana güvənirdim, o da ki… Nə isə. Yəqin ki, bir az gözləməli olacağam, ən azı, bir həftə.
Deyəsən, qapı döyülür. Bircə Tahir olmasın.
– Hə… sizsiniz, Sevil xala? Keçin içəri.
– Salam, a bala. Dedim bir əl gəzdirim ev-eşiyə…
– Mən bilən, bu gün sizin ev təmizləyən gününüz deyil axı.
– Elədir, əslində, sabah gəlməliydim. Amma saba-ha qonşum xahiş edib ki, ona şəkərbura bişirim. De-dim, sənin işini bir gün qabaq görsəm, bir şey olmaz.
– Yanvarın ortasında şəkərbura qonşunuzun nəyinə gərəkdir?
– Nə bilim, ay oğul. Deyib gəl, mən də gedirəm, imkansızlıqdandır, bilirsən. İndi nə deyirsən, evi yığış-dırım, ya yox?
– Artıq gəlmisiniz, neyləmək olar?
Mən də deyirdim, kitab oxuyum. İndi, gəl, Sevil xa-lanın bitməyən söz-söhbətlərinin sədası altında bir şey oxu.
– Bura gələndə sənin o axmaq qonşun Tahirlə rast-laşdım. Əl çəkmir ki! Elə bir şey tapıb atır ortaya.
İndi gəl Sevil xalaya başa sal ki, o da elə sənə oxşa-yır. Sevil xala elə inciyər… Bir də gəlməz buralara.
– Nə dediniz? Fikirliydim, eşitmədim.
– Məndən səni soruşurdu.
– Məni?!
– Elədir ki var. Səni, ay oğul. Özü də nə desə yaxşı-dır: “Sənin bu müştərinə nə olub, ay Sevil bacı? Oxu-maq onu birtəhər edib, deyəsən. Adamla belə bir cür danışır”. Mənim də ki, bilirsən də, bu ermənini görmə-yə gözüm yoxdur. Elə söz dedim, yeddi qatından keç-di, vallah. İnanmayacaqsan, amma dedim.
– Nə dediniz?
– Dedim ki, nədir, ay qoca çərənçi, olmaya adını çaşıb Tiqran deyib? Deyibsə də, əsl adındır da, niyə in-ciyirsən?
– Necə?! Lap elə dediniz?
– Öz canımçün, bax belə də dedim. Alçaq elə yazıq sifət aldı ki, elə bil kimsə onu qatlayaraq çamadanın bir küncünə basdı. Üzünü döndərib getdi, bircə söz də demədi. Bir az yazığım da gəldi, intəhası onu da yerin-də oturtmaq lazımdır. Düz demirəm, bəyəm?
– Tahiri iki gündür ki, nokaut vəziyyətinə salırlar.
– Necə bəyəm?
– Mən də dünən Tahirin sözünü ağzında qoydum.
– Nə dedin ki?
– Eh, indi bunun heç bir mənası yoxdur. Onsuz da, mənim dediyim siz verən cavaba çatmaz.
– Necə də utanmaz-utanmaz gülürük, a bala. Am-ma xətrinə dəymişik a.
Gülürük? Mən gülmədim axı. Heç Sevil xala özü də gülmədi. Bəs niyə belə dedi? Bəlkə, dediyi sözlərə artıq peşman olub?
Bəs görəsən, Sevil xala fikir verdi ki, biz birinci də-fədir, belə uzun müddət söhbət edirik? Çətin. Sevil xa-la mənim kimi düşünmür. Düşünə də bilməz. Tama-milə başqa insandır, başqa təbəqənin nümayəndəsidir. Belələri aramızda çoxdur. Elə bilirlər ki, təkcə gündə-lik işlərlə, məişət problemləri ilə məşğul olsan, bəsdir. Bütün maraqsız həyatlarını belə yaşayıb, nəhayət, ge-dirlər. Heç kəs də onları yada salmır. Daha başa düş-mürlər ki, insanın daxili aləmi də var. İnsan qarnını doyurmağa can atdığı kimi, ruhunu da doyurmağa can atmalıdır. Savadlı insanlara hörmətlə baxan belə-ləri, əslində, ömrünü oxumağa, maariflənməyə həsr edənlərə şübhə ilə yanaşırlar. Belə insanlarda Allaha inam ona and içməklə tamamlanır. Əqidə, dini məslək sözləri onların məişət lüğətində heç vaxt səslənmir. Amma onlar mənim kimi insanlardan qat-qat xoş-bəxtdirlər. Düşüncələr onların beynini yemir, mükəm-məl olmağa can atmırlar. Dostlar da ki… Ürəyin istə-yən qədər. Mənimsə bircə dostum var. O da İmran. Ancaq mən İmranın çoxsaylı dostlarından biriyəm. Görəsən, niyə heç kəslə dostlaşa bilmirəm? Uşaqlığım-dan bəri bu suala cavab axtarıram. Lakin bir həqiqət də var ki, heç dost axtarmağa can atmıram da. Yadım-dadır, mən balaca olanda evimizə gələn qonaqlar bə-zən soruşardılar ki, bəs sənin dostun var? Mən də “var” deyərdim. Sonra tez qonşumuz Aytəngilə qaçıb onun pişiyini istəyərdim. Pişik Aytənin idi, amma o özü də etiraf edirdi ki, pişik məni daha çox istəyir. Heç ya-dımdan çıxmaz, Aytəngil köçəndən sonra düz bir ay valideynlərimə yalvardım ki, mənə pişik alsınlar. İndi onu özüm də ala bilərəm, Tanrıya şükür, işimə qarışan yoxdur, amma düşünmürəm ki, mənə indi pişik lazım-dır.
– Ay oğul, təkcə sənin otağın qalıb. Çıxırsan, bura-ları qaydaya salım?
– Sevil xala, bilirsiniz də, əgər kitablardan bircəsi də yerindən tərpədilsə…
– Yox, yox. Əl vuran deyiləm. Dəliyəm bəyəm? Yadımdadır keçən dəfə neylədin.
– Lap yaxşı.
Minnətə bir bax. Hər dəfə deyirəm, kitablara əl vurma, xeyri yoxdur. Təzə çıxıb, kitabları rənginə görə düzür. Hələ bir inciyir də.
Sevil xala gələnədək nəyi düşünürdüm? Hə, pişik! Qonaqlar görəndə ki, mənim dostum pişikdir, gülər-dilər. Anama da: “Bu uşağa qardaşdan-bacıdan lazım-dır” deyərdilər. Amma mən evin tək uşağı olaraq qal-dım.
Çox maraqlıdır ki, pişiyi o cür sevirdim, ancaq adını heç xatırlamıram. Bir neçə dəfə yadıma salmağa cəhd göstərmişəm, lakin alınmayıb. Bəlkə, anamdan soru-şum? Görəsən, mənə gülməz? Deyirəm, elə indi… Yox, Sevil xala gedəndən sonra.
– Sevil xala, işinizi bitirəndən sonra mənə bir stəkan çay verərdiniz, zəhmət olmasa.
– Yaxşı, bəs acmamısan?
– Xeyr. Mümkünsə, işinizi yekunlaşdırın, mənim gedəsi yerim var.
Saat dörddür. İndi çıxsam, yaxşıdır. Çox gec qayıt-maq istəmirəm. Görüm nə geyinim?
Çay əladır. Çay dəmləməkdə Sevil xalaya çatan yoxdur.
– Sevil xala! Bu nədir? Demədim, heç nəyə əl vur-mayın? Ay Sevil xala! Hardasınız axı? Qaçıb gedib. Bir də bura gəlməyin, eşidirsiniz məni?
– Nə olub? Niyə qışqırırsan? Səsin bütün bloku gö-türüb.
– Heç, ay xala. Qıy-qışqırığıma görə bağışlayın. Se-vil xalaya sözüm vardı.
Yaxşı ki, avtobusda adam azdır, səs-küy olanda bu yolun ləzzətini çıxara bilmirəm. Şıxova tərəf gedən hə-mişə var, amma ilin bu vaxtı dəniz kənarına, düşünü-rəm ki, məndən başqa heç kəs getmir. İnsanlar dənizi yayda sevirlər, mənim üçün isə fərqi yoxdur. Dörd fəs-lin hər birində dəniz başqa aləm olur.
– Sürücü, burada saxlayın.
IV
Dəniz. Dalğalar. Səma.
Onların vəhdəti çox maraqlıdır.
Bu gün hava küləklidir. Səmada boz buludlar dola-şır. Dalğalar isə… dalğalar əsl mənim istədiyim kimi-dir bu gün. Çırpılmağa qaya axtarırlar. Bu mənzərəni çox xoşlayıram. Dalğa olmayanda dəniz maraqlı ol-mur. Məni dənizə cəlb edən dalğadır. Sakit dənizi se-vən bədbəxt adamlardır. Düzdür, mən də özümü xoş-bəxt hesab etmirəm. Mən neytral səviyyədə durmşam, iki qütbün – xoşbəxt və bədbəxtin arasında.
Dalğalar mənim üçün dərin məna daşıyır. Məncə, psixoloqların ayırd etdiyi dörd növ temprament dalğa-lara da xasdır. Bu gün hüzuruma sanqviniklər gəliblər. Elə ən çox da onları xoşlayıram. Dərindən düşünəndə elə bizim həyatımız da belə dalğaların üzərində keçir. Həyatımızdakı enişlər-yoxuşlar dalğanın tempera-mentindən asılıdır. Hər birimizin öz dalğası var. Dal-ğanın əhvalından asılı insanlar onların üzərində sanki bir oyuncaq kimi atılıb-düşürlər, amma çoxlarının bundan xəbəri yoxdur. Çoxları Allaha inanmır, onun qüdrətindən bixəbər olanlar dalğalara da inanmır.
Görəsən, məni, mənim həyatımı idarə edən dalğaya hansı temperament növü məxsusdur?
Dalğa… Bu sözü yavaş-yavaş, pıçıltıyla söyləmək lazımdır. Onun içində gizlənən mənaları düşünmək lazımdır. Çünki dalğa düşündürür.
Hər dəfə buraya gələndə dalğaların əsiri oluram. Külək dalğaları səmaya qaldırıb yenidən dənizə çır-panda dalğanın köpüyündə ağlayan, gülən, əzab çə-kən üzləri sezmək olur. Hər bir dalğa özü ilə təkrar-olunmaz obrazlar gətirir və onları dənizdə qərq edir. Bəlkə də, milyon illər boyunca dənizə baxıb öz dərdlə-rini, sevinclərini, həyatlarını dalğalarla paylaşan insan-ların sifətləridir bunlar. Bəlkə də, dəniz onların hamı-sını yadda saxlayır və soyuq, yaddaşsız, unutqan tor-pağımıza nə qədər qüdrətli olduğunu göstərir?
Bəlkə də, bu obrazlar heç dənizə baxanların deyil, dənizdə batanların sifətləridir?
Nədənsə, bir neçə il bundan öncə televizorda inter-vüsünə baxdığım avstraliyalı serfinqçi yadıma düşdü. Adı… yox, xatırlamıram. Serfinqə necə bağlı olduğun-dan, bu idman növü ilə məşğul olmağı çox sevdiyin-dən danışırdı. Müsahibənin sonunda jurnalist ona şab-lon bir sual verdi:
– Dənizi sevirsiniz?
Mən, əlbəttə ki, müsbət cavab gözləyirdim. Amma avstraliyalı gözlənilməz bir şey dedi:
– Xeyr. Dənizə nifrət edirəm. Atam mən uşaq ikən dənizdə batıb. Atasız böyümüşəm. İndi hər dəfə amansız, dəli dalğaları ram edəndə elə bilirəm ki, də-nizdən atamın intiqamını alıram. Həm də bunu bir də-fə yox, dəfələrlə edirəm. Lakin nifrət hissim yenə də soyumur.
Təbiətə nifrətlə yanaşanlar çoxdur, bilirəm. Birisi ağac qırır, o biri meşəni, suları zibilləyir. Lakin heç dü-şünmürdüm ki, dənizə ondan intiqam alacaq dərəcədə nifrət etmək olar. O avstraliyalının sözlərindən sonra anladım ki, bəzən insanlar öz nifrətlərində haqlıdırlar. Bir şey də var ki, bu serfinqçi öz nifrəti və intiqamı ilə, əslində, dənizə heç bir zərər yetirmir. Nəticə belədir ki, təbiəti zibilləyənlər heç də ona nifrət etmirlər, sadə-cə, ona qarşı neytraldırlar.
Bəs, görəsən, mən serfinqlə məşğul ola bilsəydim, dalğaları ram edərkən nə hiss edərdim? Fiziki qüsu-rum bu istəyimi də ürəyimdə qoyur. Odur ki qisməti-mə onları ancaq seyr etmək düşür. Düzü, mən elə indi – dalğalara baxarkən, onları anlamağa çalışarkən, on-ların sirlərini köpüklərinin içindən oğurlamaq istəyər-kən bu anlardan çox böyük zövq alıram.
Görəsən, bu coşub-çağlayan, sanki mənə nə isə de-mək istəyən dalğalar onu mənim qarşıma yenə çıxara-caqlar?
V
İnanıram ki, bu gün bəxtim gətirəcək. Dəniz mənə ümid verdi. Amma səbirli və iradəli olmalıyam. Heç bilməzdim ki, belə bir şey mümkündür. Bircə dəfə görmüşəm, ancaq neynim ki, unuda bilmirəm. Bəlkə də, bu niyyətim ağılsızlıqdır, lakin başqa çıxış yolum yoxdur. Saat neçədir? On bir. Əla. Meydanda elə çox adam yoxdur. Saat ikiyə kimi buralardayam. Sonrasına baxarıq. Əslində, gərək doqquzun yarısında burada olaydım. Nədənsə indi ağlıma gəldi, amma eybi yox-dur. Ürəyimə damıb ki, bu gün onu görəcəyəm.
Yaxşı, indi tutaq ki, onu gördüm, bəs sonra neylə-yim? Onun arxasınca getmək nə qədər düzgündür? Bu ona qarşı haqsızlıq deyilmi? Onu izləyərkən hü-quqlarını pozmuş olacağam axı. Amma başqa əlac yoxdur. Əgər onu ya evinə, ya da oxuduğu yerə qədər izləməsəm, onda gərək hər gün bura gəlib “Ümid Al-laha” deyəm.
Görəsən, bəs mənim özümü kimsə izləsə, bu mənə necə təsir edər? Əvvəlcə anlamasam da, sonradan mütləq hiss edərəm. İzlənilmək heç xoşuma gəlməzdi. İl boyu aramsız olaraq dəniz sahilinə getdiyimdən heç kəsin xəbəri yoxdur. Bunu kiminsə bilməsini istəmi-rəm. Yaxşı ki, məni heç kim izləmir. Həm də acı olsa da, kimə lazımam axı? Atam gör neçə ildir, bizi atıb gedib, düzdür, anamı hələ də pulla təmin edir, amma onun harada və kimlə olduğundan xəbərimiz yoxdur. Anamı bu heç maraqlandırmır da. Atam gedəndən sonra düz bir ay qanıqara gəzdim, bəlkə, anamın ata-mın getməsini heç vecinə də almaması məni depressi-yaya düşməyə qoymadı. Uzun müddət onun üçün da-rıxırdım. Artıq anam məndən narazı olanda “Qoy atan işdən gəlsin, ona danışacağam” demirdi. İndi dönüb arxaya baxanda özümü anlaya bilmirəm. Axı atam üçün niyə darıxırdım? Bizimlə yaşayanda onu, demək olar ki, heç görmürdüm. Həmişə işdən gec gələrdi, mənə heç vaxt fikir verməzdi, bəzən anamdan elə-belə soruşardı: “Oğlun necədir?” Halbuki bunu özümdən soruşa bilərdi. Nə qədər yadıma salmağa çalışsam da, amma on beş yaşıma qədər atamla danışdığım heç bir cümlə yadıma gəlmir. Sonra da getdi. Nə zəng edir, nə məktub yazır. Bəlkə də, onu artıq heç vaxt görmə-yəcəyəm. Neyləmək olar? Buna görə əhvaldan düşmü-rəm. Onu itirmək o qədər də ağır deyildi. Pişiyi itir-mək bundan daha ağır gəlmişdi mənə. Pişik məni se-virdi. Aytəndən çox mənə bağlıydı.
Gör nə qədər vaxt keçdi, ötüb keçən bütün qızlara baxıram, hərəsi bir reaksiya verir, bəziləri heç reaksiya da vermir. Belə etməyi xoşlamıram, amma əlimdən başqa heç nə gəlmir. Keçən gün onun yanındakı qızla-ra da fikir vermədim ki, indi heç olmasa, onları görsəy-dim… Odur! Odur! O!
İnana bilmirəm! İnana bilmirəm ki, onu tapdım. İndi əsas odur ki, onu gözdən itirməyim. 28 May stan-siyasına tərəf gedir. Deməli, səhər dərsdə olur. Onun tələbə olmasından əmin olmasam da, içimdəki səs məhz tələbə olduğunu deyir. Gözəl deyil, amma yerişi xoşuma gəlir.
Yaxşı ki, vaqonda adam çoxdur. Onu izlədiyimi ba-şa düşməyəcək. Əlində jurnal var, onu vərəqləyir. Oxumur, sadəcə, vərəqləyir. İşə bir bax, birinci dəfədir ki, metroya kitabsız minmişəm. Ancaq yaxşı ki, kita-bım yoxdur. Oxumağa başlayanda hər şey yadımdan çıxır, çox keçməz, onu da gözdən itirərəm.
Görəsən, nə oxuyur? Elmi məqalələr, yoxsa müasir qızların yorulmadan oxuduğu “şou-biznes xəbərləri”-ni? Nə isə… Maraqlarımızın üst-üstə düşüb-düşmədi-yini öyrənmək üçün hələ vaxtımız olacaq.
Ayağa qalxdı. Deməli, çıxacaq vaqondan. Hansı stansiyadır indi? “Neftçilər”dir. Nə tez çatdıq bura-ya… İcazə verin, zəhmət olmasa. İcazə verin, çıxım. Of. Axır ki… Sürətli soxulcan yoxa çıxdı. Hanı o? Hə, budur… İndi ən çətin hissə. Yəqin ki, evinə gedir. Mən də onu izləməliyəm. Amma bundan sonra insanların arasında gizlənə bilməyəcəyəm. Görəsən, onu necə iz-ləyim ki, arxasınca düşdüyümü başa düşməsin?
VI
Hə, buradır. Saat yeddi. İndi qalır gözləmək. Üçüncü mərtəbənin işığı yanır, bəlkə də, onun otağı-dır. Necə də soyuqdur. Çoxdandır ki, səhər tezdən ha-vada olmuram. İlin bu vaxtı da ki, əsl soyuq elə səhər-lər olur. Amma eybi yox, insan öz məqsədinə çatmaq üçün çox şeyləri qurban verməli olur. Mənimsə qurban verdiyim tək şey hələ ki, ancaq şirin yuxumdur.
Məqsəd demişkən, bəs mənim məqsədim nədir? Görəsən, insanlar belə incə məsələlərdə qarşılarına məqsəd qoyacaq qədər cəsarətlidirlər?
Məncə, indi konkret məqsədim yoxdur. Hələ ki, özümü və öz hisslərimi anlamalıyam. Belə düşünürəm ki, onu sevirəm. Amma yenə də, buna tam əmin olma-lıyam. İmran mənim bu sözlərimi eşitsə, qulaqlarına inanmaz, deyər, bəs hanı o cavan oğlan ki, hamıya in-sanın kiminsə xarici görünüşünü deyil, təkcə mənəviy-yatını sevməli olduğunu sübut etməyə çalışırdı? Nə bi-lim… İnsanın öz başına gəlmədiyi şeylər barədə fikir söyləmək asandır. Əvvəl dediklərim indi mənə çox uzaq görünür. İndi sevirəm, amma bu barədə deyəcək başqa bir sözüm, ya da şərhim yoxdur. Bilirsiniz, bu nəyə oxşayır? Oğurluqdan, narkomaniyadan, adam öldürməkdən tamamilə xəbəri olmayan, daha doğru-su, özü bu cinayətləri heç vaxt etməyən biri bunları elə pisləyir ki! Belə işlərə qurşanan insanların hansı vəziy-yətdən, yəni hansı səviyyədən belə işləri görəcək qədər alçalmalarını pillə-pillə təsvir edir və s. Gəl indi cina-yətkarlardan bu işlərlə nəyə görə məşğul olduqlarını, onları cinayət etməyə nəyin vadar etdiyini soruşanda çiyin çəkirlər. Yaxşı bir söz tapıblar: “Peşmanam”. La-kin nədən peşman olduqlarını heç özləri də bilmirlər. Hətta cəzalarını çəkib normal həyata döndükdən son-ra belə əvvəlki cinayətləri barədə soruşanda deyirlər ki, nə bilim, oldu da, cavanlıq idi.
Cavanlıq… Bəlkə, mən də cavanlığımı hədər yerə sərf edirəm…
Gəlir! Hanı qəzet? Yaxşı ki, mən tərəfə baxmadı. Saat səkkizdir. Deməli, hər gün səkkizə qalmış burada olsam, bəsdir. İndi vaxtımı ona sərf edəcəyəm, amma hədər olub-olmadığını zaman göstərəcək. Bu da ca-vanlığa məxsus bir şeydir, hər şeyi zamanın öhdəsinə buraxmaq.
Yerişi aktiv insan olmasından xəbər verir. Hava so-yuqdur, amma başını bağlamayıb. Soyuğa davamlı in-sanları çox xoşlayıram, bir az da onlara həsəd aparı-ram. Yenə metro. Deməli, onun hər gün istifadə etdiyi nəqliyyat vasitəsi budur. Metronu xoşlamıram, elə bil, Aidin səltənətinə girirsən, Letanın yerinə isə qatarlar axır. O isə özünü burada çox rahat hiss edir. Metronu xoşlayanlar çoxdur, o da onlardan biri. Bu gün hara getdiyini öyrənsəydim, elə həmişə getdiyi yerdə gözlə-yərdim, metrodan da canım qurtarardı.
Görək, qəzet nə yazır… Yenə Saakaşvilidən, mi-tinqdən, nə bilim, nədən. Çox maraqlıdır, hələ dünən Saakaşvilini elə mitinqlərlə, müxalif çıxışlarla haki-miyyətə gətirən qüvvələr bu gün də başqalarını irəli çəkirlər, dünən canlarını Saakaşviliyə qurban verməyə hazır olanlar bu gün onun canını almağa hazırdırlar. Bu hadisəyə oxşar hadisələr bütün dünyada baş verir, ali varlıqlar sayılan insanlarsa başa düşmürlər ki, onlar sadəcə vasitədir, güclü, ya da gücə meyil edən insanla-rın əlində oyuncaqdır. Məni mitinqə heç bir qüvvə apara bilməz, çünki bunun ağılsızlıq olduğunu yaxşı bilirəm. İndi də yadımdadır, bir neçə il bundan əvvəl prezident seçkilərinin nəticələrinə narazılıq edən bir yığın adam Azadlıq meydanında mitinq edirdi. Mən də İmranla həmin gün şəhərdə idim. Mitinq olacağın-dan heç xəbərim də yox idi. İmran, demə, bilirmiş, mənə qəsdən deməyib. İşlərimizi həll edib avtobusa mindik. Avtobus da Azadlıq meydanının yanından ke-çirdi. Mitinq iştirakçıları başladılar bizim avtobusu daşqalaq etməyə. Ağılsızlar! Biz də sizin kimi sıravi və-təndaşlarıq, bizə xətər yetirməklə əlinizə nə keçir ki?!
İmran az qalırdı, özünü atsın avtobusdan aşağıya, onlara qoşulsun, güclə saxladım. “Nədir, mənə daş atacaqsan?” soruşdum. Onda da başa düşmədi, indi də başa düşmür. Bir yığın adam anlamır ki, onların istə-diklərini heç də bütün millət istəmir.
Aha! 28 May. Çıxır. Zibil qutusu yoxdur? Qəzeti atardım…
VII
Təsadüfə bir bax. İmranın işlədiyi universitetdə təhsil alır. Heyif ki, içəri keçməyə cəsarət etmədim. Görəsən, hansı fakültədə təhsil alır? İmranla da çox-dandır danışmıram. Bəlkə də, artıq sağalıb, işə çıxır…
– Alo? İmran? İşdə deyilsən bəs? Həmişə ayaq üstə. Bağışla, başım bir qədər qarışıq idi. Vallah, danışsam, heç məndən incikliyin qalmayacaq. Yox. İndi yox. Ar-tıq gecdir. Hələ axşamımı yeməmişəm. Sabah sənə hər şeyi danışaram. Deyirsən, birinci gündən işdəsən? İn-şallah, sənə zəng vuraram. Sağ ol.
Niyə yalan danışdım? Axı İmrana baş verənləri hələ danışmaq istəmirəm. Qoy gedim, bir tikə yemək ye-yim.
Yenə telefon? İndi kimdir?
– Alo? Hə… ana. Salam, salam. Yaxşıyam. Nə olub? Əhvalın yoxdur? Bəs həkimə getmisən? Təzyi-qin var?! Sənin? Ola bilməz. Yox, yox. O mənada de-mək istəmirdim, sadəcə, sənin heç xəstə olduğun vaxt yadıma gəlmir, ona görə də təəccübləndim. Eybi yox, ana, sağalarsan. Sən güclü qadınsan. Elə yaxşı ki, zəng vurdun, səndən bir söz soruşacaqdım. Yadındadır, mən balaca olanda qonşumuz Aytəngil vardı? Aytən-gil də. Aytənin pişiyi də var idi, yadındadır? Yox? Nə əcəb yadında qalmayıb? Elə-belə soruşuram. Pişiyin adını yadıma salmaq istəyirdim, amma alınmadı. De-dim, ola bilsin, sənin yadındadır. Hirslənmə…
Dəstəyi yerə atdı. Heç sağollaşmadı da. Gələn dəfə anam zəng vuranda dəstəyi özüm yerə atacağam. İnanmıram ki, belə etsəm, anam məni bağışlasın. Am-ma nədənsə mən anamın çıxardığı bütün hoqqalara dözürəm. Bütün iştahamı öldürdü. Pişiyim də yoxdur ki, ətin qalanını ona verim…
Bir az kitab oxuyum, yoxsa sakitləşməyəcəyəm. Dovlatov üçün darıxmışam. İnsanın əhvalı olmayan-da, gərək ancaq Dovlatovu oxusun. Adama öz həyatı-na ironiya ilə baxmağı öyrədir. Gəlsənə, anama da bu məsləhəti verim? Ancaq çətin ki, məni dinləsin.
Bayaqdan oxuyuram, amma fikrimi toplaya bilmi-rəm, hey istəyirəm ki, anamı başımdan atım, ancaq alınmır. Elə bilirsən ki, hər növbəti səhifənin altında öz kölgəsini gizlədib. Səhifəni çevirməyə ürək etmirəm ki, indi oradan çıxıb ani bir hərəkətlə əhvalımı daha da pozacaq.
Anam… Bəlkə də, atamın əvəzinə, anam bizi tərk etsəydi, daha yaxşı olardı. Mənə həmişə elə gəlir ki, atam məni də anamdan bir parça daşıdığıma görə sev-mirdi. Qan qrupum atamınkı ilə eyni olsa da, zahirən ancaq anama bənzəyirəm. Amma ancaq zahirən! Da-xilən ona bənzəməyimi heç istəməzdim, heç bənzəmi-rəm də. Ruhən bir az atama oxşayıram, hərəkətləri-mizdə, dünyaya baxışımızda da oxşarlıqlar var. Hər ikimiz anamı tərk etmişik. Bir fərqimiz var, o bunu həmişəlik etməyi bacardı, mənsə yox. Anamı tərk et-mişəm, yəni on səkkiz yaşım tamam olan kimi heç azərbaycanlılara xas olmayan bir şey etdim. Azadlıq is-təyirdim. Əsl demokratiya arzusundaydım. Anamın yanında hər sözü demək, hər hərəkəti etmək olmazdı. Anam uşaqlıqdan bütün sərbəstlik istəklərimi ürəyim-də qoyardı. Əgər həyətə getmək istəyirdimsə, icazə verməzdi. İstəməyəndə məcburən sürüyə-sürüyə apa-rardı. Xoşladığım yeməkləri heç vaxt bişirməzdi, bə-yəndiyim oyuncaqları almazdı. Bir sözlə, xoşbəxt de-yildim. Ən əsası, azad deyildim. Çıxış yolu bir idi.
Bir-iki paltarımı götürdüm, gedib balaca bir yük maşını gətizdirdim, kitabların hamısını yüklədik ona. Sürdük bukinistə.
Elə bilirdim, anamın yanından gedəndən sonra azad olacağam. Lakin olmadım. İndi yaşadığım ev də anamındır, yediyim çörək də.
Azad olmaq üçün atamın etdiyini etməliydim, am-ma atam qədər güclü ola bilmədim. Bacarmadım. İndi də azad deyiləm, azad olacağıma da artıq inanmıram. Bəlkə də, azadlıq eşqi ilə artıq alışıb-yanmıram da…
Maraqlıdır, bəs atam necə? Təkcə anamdan azad oldu, yoxsa əsl azadlığa nail oldu? Bəlkə də, anamdan canını qurtardıqdan sonra bir başqa qadın onun azad-lığını buxovlarda saxlayır?
Elə mən özüm… İndi də həyatıma məni azadlıqdan bir az da uzaqlaşdıran ikinci qadın girir. Ancaq bunu özüm istəyirəm.
VIII
Harada olsa, gəlməlidir. Şənbə-bazarı necə keçirdi-yimi heç özüm də bilmirəm. Deyəsən, səbrimi basmaq üçün ancaq yatdım. Heç düz-əməlli yemək yediyim də yadıma gəlmir.
Təki İmranla qarşılaşmayım. Burada nə üçün da-yandığımı bilsə, başlayacaq elə hamının yanında mənə söz atmağa. Nə çox adam var. Yaxşı ki, əksəriyyəti oğ-lanlardır, qızlar azdır. Deməli, onu görmək elə də çətin olmayacaq.
– Salam, necəsən?
– Salam. Çox sağ ol. Bəs sən?
– Yaxşıyam. Neynirsən burada?
– Mən? İmranı gözləyirəm, onunla işim var.
– İmran saat 10-dan tez gəlməz. Gəl keçək içəri.
– Yox. Çox sağ ol. Başqa bir işim də var.
– Necə istəyirsən. Sağlıqla qal.
– Sağ ol.
Buna bax da. Yalan danışmalı oldum. İmranın dostlarını görəcəyimi heç nəzərə almamışdım. İndi də İmranı görən kimi mənim onu gözlədiyimi deyəcək. Deyəsən, İmrana bu gün hər şeyi danışmalı olacağam. Ona yalan danışmaq mümkün deyil. Müstəntiq kimi ortanı qatacaq bir-birinə, nəhayət, nəyin nə olduğunu araşdırıb tapacaq. Yaxşısı budur, elə bu başdan özüm hər şeyi deyim.
Gəlir! Bu gün çox gözəldir. Yaxşı ki, indiki qızların xoşladığı anlaşılmaz dəblə geyinmir. Çox sadə, eyni za-manda, özünə çox yaraşan tərzdə geyinir. Amma uzaqdan baxanda yenə də mənə elə gəlir ki, burnu yoxdur. Yaxınlaşdıqca, təbii ki, bunun belə olmadığı görünür. Elə bilirsən ki, burnunun üzərini buludlar alıb, ona diqqətlə baxmaq istəyəni görəndə yavaş-ya-vaş çəkilir, sonra yenə də öz yerini tutacaq.
Yox oldu. Qapılar onu uddu.
Onu heç doyunca görmədim.
Gedim. Yoxsa bir də görəcəyəm ki, İmran durub qarşımda. Gərək ona bu gün zəng edim, təfsilatı ilə ol-masa da, məsələnin əsas yerini danışım.
Amma bu, axşamın məsələsidir. Nə deyəcəyimi sonra düşünərəm. İndi daha vacib işim var.
Yəni dəniz…
Bu gün xoşbəxtəm. Onu tapmışam. Məsələ məhz o qızı tapmağımda deyil. Birinci növbədə, mənim üçün qiymətli olan, sevə bildiyim bir insan tapmışam. Dal-ğalar… Sizi çağırıram. Məni dinləyin. Həmişə mən sizi dinləyirdim. Bu gün siz məni dinləməlisiniz. Çünki ürəyim doludur. Mən sevirəm! Bunu burada, bu boş sahildə qışqıraraq bəyan etməkdən zövq alıram. İnsan-lar məni eşitmirlər, məni anlamırlar, amma siz hər za-man dinləməyə hazırsınız. Sizi dinləyə bilənlər az olur, siz isə hamını yorulmadan dinləyirsiniz.
Onu tapdım. Qəribədir. Çox axtarmalı olmadım. Bəzi insanların tapılmasına illər, hətta bütöv bir ömür lazım olur. Mənsə… bunu çox tez bacardım. Bəlkə də, belə demək düzgün deyil. Deyilənə görə, alın yazısı in-sanların həyatında böyük rol oynayır. Kim bilir, bəlkə, bu inanmadığım bir şey, əslində, mövcuddur və bu də-fə də mənə kömək etmək istəyir?
Ürəyimdə çox sevinirəm. Lap çox. Lakin hislərimi büruzə vermək mənə çətindir. Amma bilirəm, siz dal-ğalar mənim əhvalımı anlayırsınız. Mən gələndə sakit idiniz, ancaq indi sanki oynamaq istəyirsiniz. Çox sağ olun. Sağ olun ki, sevincimi sizinlə paylaşmağa icazə verirsiniz. Artıq getmək vaxtıdır. İmranla danışmalı-yam. Gərək ona nə deyəcəyimi düşünüm.
İmranın zarafatlarına tuş gəlmək istəmirəmsə, nə deyəcəyimi indidən dəqiq qərarlaşdırmalıyam.
Bura baxın, bəlkə, siz də mənə gülürsünüz? Hələ-lik, dəniz.
Artıq üç saatdır ki, düşünürəm, amma mən hələ də İmrana məsələni necə deyəcəyimi bilmirəm. Bəlkə, heç nə deməyim? İmran, onsuz da, xasiyyətimə bələd-dir. Deyərəm ki, keçən gün danışmaq istəyirdim, bu gün fikrimdən daşındım. Düzdür, o özünü hiyləgər aparacaq, çalışacaq ki, məndən söz alsın, amma mən… Ah! Məni İmranın iş yoldaşı görüb axı. İmrana univer-sitetin qarşısında nəyə görə olduğumu izah etməli ola-cağam. Üstəlik, bundan sonra, ola bilsin, onun özü ilə də orada qarşılaşım. İşə düşdük də. Gərək qız mütləq Neft Akademiyasında oxuyaydı, elə bil, mənim bəx-timdəndir. Bu dünyada təkcə dənizə getdiyimi heç kəs bilmir. Qalan gizlətmək istədiyim şeylərin üstü daim açılıb. Neyləmək olar? İmrana baş verənləri danışmaq-dan başqa çarəm yoxdur.
İşdən artıq gəlmiş olar.
– Alo? İmran, salam. Yaxşıyam. Sən? Hə, gəlmiş-dim. Yox səni görməyə gəlməmişdim. Başqa bir məsə-lə var. Yox, yox. İşə düzəlmək üçün yox. Sən bir az hövsələ et. Yoxsa, dəstəyi yerə atacağam, bilirsən ki, məni tələsdirəndə özümü itirirəm. Hə, qulaq as, am-ma gülmə. Əgər gülsən, hətta açıq-açıq yox, ürəyində belə gülsən, dostluğumuz elə indi bitəcək. Eşidirsən, İmran? Bir həftə bundan qabaq sənin dediyin ətriyyat dükanına getmişdim. Hə, aldım. Nə fərqi var? Mən sənə ətir barədə yox, daha vacib bir şeydən danışmaq istəyirəm. Sözümü kəsmə. Həmin gün orada bir qız gördüm, bir neçə gün sonra öyrəndim ki, Neft Akade-miyasında oxuyur. Ona görə də, bu gün orada idim. Niyə heç nə demirsən? Bunda təəccüblü nə var ki? Elə həmişə sən qızlara vurulacaqsan? Qızı təsvir edim? Nə bilim, yaxşısı budur, bir dəfə sənə göstərərəm. Yox, yaxınlaşmamışam. Hələ çox tezdir. Bura bax, İmran, artıq vaxtım yoxdur, sonra danışarıq. Yox, heç nə giz-lətmirəm, səndən heç nə vaxtsa bir şey gizlətmişəm? Gec deməyimin səbəbi odur ki, hələ özüm üçün də ay-dın olmayan şeylər vardı, indi ona olan münasibətimə əminəm, ona görə də, sənə indi deməyi lazım bildim. Yaxşı, İmran. Sağ ol.
Uff. Axır ki, canımı ondan qurtardım. Yaxşı ki, gülmədi. O qədər təəccüblənmişdi ki, gülmək heç ağ-lına da gəlmədi. Nə yaxşı ki, İmranın işi hər gün saat 10-dan tez başlamır. Beləliklə, ona rast gəlmədən hər gün akademiyaya rahat-rahat gedə bilərəm.
IX
Bircə bu çatmırdı. İndi də açar tapılmayacaq ki, qa-pını bağlayıb gedim. Haradadır axı? Kitabların yanın-da yoxdur. Kompüterin də. Dünən geyindiyim şalvarı hara qoymuşam? Hə, budur. Tapıldı. Axır ki!
Təki vaxtında çatım. Bircə bu əskik idi. Tahir yenə səhər tezdən kəsdirib blokun qarşısını.
– Sabahınız xeyir.
– Sabahın xeyir, cavan oğlan.
Tahirə nə olub? Niyə qaçıb getdi? Neçə vaxtdır, başım özümə qarışıb, ağlıma da gəlmirdi ki, Tahirlə bu günlərdə heç rastlaşmamışam. Yəqin, Sevil xalanın sözlərindən sonra camaat arasına çıxmağa ehtiyat edir. Yəni, doğrudan da, onun, əslində, kim olduğunu heç kəsin bilmədiyini düşünürmüş? Belədirsə, onda ağılsız adamdır.
Axır ki, gəldim. Deyəsən, gecikməmişəm. Tahiri gördüm, Sevil xala yadıma düşdü. İnciyib, yəqin, ona görə də gəlmir. Ev-eşik də ki, əldən gedir. Heç nəyi tapa bilmirəm. Gərək bu gün onlara gedib onunla söhbət edim. Görək nə alınır.
Tələbələrin sayı getdikcə azalır, bəs o niyə gəlmir? Bəlkə, gecikmişəm? Artıq gəlib də, içəri də keçib, am-ma mən gecikmişəm? Yox, axırıncı tələbə içəri keçənə kimi gözləyəcəyəm, bəlkə, gəldi.
Xeyri yoxdur! Gecikmişəm. Artıq doqquza on də-qiqə qalır. Gedim.
Sevil xala bu vaxt evdə olur, görəsən?
– Kimdir?
– Mənəm, Sevil xala.
Sevil xalagilə artıq ikinci dəfədir ki, gəlirəm. Birinci dəfə iki il bundan qabaq gəlmişdim. Qapı elə ondakı kimi cırıldayır.
– Xoş gəlmisən, ay oğul. Necəsən?
– Sağ olun. Yaxşıyam. Sizinlə danışmaq üçün gəl-mişəm.
– Bir dayan. Əvvəl içəri keç, bir stəkan çayımı iç, sonra danışarsan. Hara tələsirik ki?
– Yaxşı, olsun.
Sevil xalanın üç oğlu var. Amma heç biri onunla ya-şamır. Analarına heç nə ilə kömək etmirlər. Əlli altı yaşında qadının ev-ev gəzib xadiməlik etməsi onların qeyrətinə toxunmur. Buraya gələndə imkansızlığın nə olduğunu yaxşı başa düşmək olar. Sevil xala isə təmiz-kar olduğu qədər də əliaçıqdır. Özü kasıbdır, amma yetim-yesirə bacardığı qədər əl tutur.
– Bu da çay. Elə sən gəlməmişdən qabaq dəmlə-mişdim. Buyur!
– Sağ olun, əziyyət verdim sizə. Gərək, narahat ol-mayaydınız.
– Nə danışırsan, neylədim ki?!
Çoxdandır ki, heç kəsdən üzr istəmirəm. Sevil xala-ya səsimi ucaltdığım üçün necə üzr istəyəcəyimi heç bilmirəm.
– Çayı həmişəki kimi, çox yaxşı dəmləmisiniz.
– Nuş olsun.
– Sevil xala…
– Bəli?
– Bilirsiniz, heç bilmirəm, necə izah edim, keçən gün bir az özümdən çıxdım. Xətrinizə dəydim. Əslin-də, istəyərəkdən olmadı. Sadəcə, bəzi şeylərə kimsə to-xunanda… Nə isə, gərək məni bağışlayasınız, istəmə-dən xətrinizə dəydim.
– Mən də günahsız deyiləm, ay oğul. Nə olar, indi ki bunun üçün gəlmisən, əhsən sənə! Elə bilirdim, heç vaxt üzr istəməzsən. Soyuqqanlı insanlar həmişə özlə-rini düzgün sayırlar. Sənə olan hörmətim daha da art-dı. Günahından keçirəm. Səni çox istəyirəm də, bilir-sən. İndi de görüm, evin nə haldadır? Olmaya, aləm bir-birinə dəyəndə yada düşmüşəm?
– Yox, nə danışırsınız?! Sadəcə…
– Yaxşı, yaxşı. Sabah gələrəm.
Sevil xala ilə dil tapmaq asandır. Lakin ona görə yox ki, mən belə bacarıqlıyam. Əksinə, mən heç vaxt in-sanlara Sevil xala qədər asan yovuşa bilməmişəm. Bu cəhətinə görə ona heyranam. Ona nəyə görə ehtiyac duyduğumu da yaxşı bilir, buna görə də qətiyyən inci-mir. Sevil xalaya desəm, başa düşməz, amma işinin əsl peşəkarıdır, ancaq əsl peşəkarlar onlara birinci növbə-də bacardıqları işə görə qiymət verildiyini çox gözəl anlayırlar. Sevil xala adi xadimədir, amma işində peşə-kar olduğu qədər də düzgün, nəcib insandır. Bizim zə-manəmizdə insanlarda əxlaqi keyfiyyətlər çox nadir hallarda bir-birini bu cür tamamlayır. Sevil xalada və onun kimi insanlarda bircə problem var: bu da dünya-görüşü. Dünyagörüşü, demək olar ki, sıfırdır. Xarici ölkələr bir tərəfə, heç öz Azərbaycanımızdan xəbəri yoxdur. Nə ədiblərimizi tanıyırlar, nə musiqimizi, nə də tariximizi bilirlər. Ona görə də savadsızların sayı gündən-günə artır. İnsanlar elə hesab edirlər ki, əsl şərq mentalitetinin varlığı və pul qazanmaq üçün fəra-sətin olması hər şeyə bəsdir. Ona görə də beş-altı ədi-bin çalışıb-vuruşub üzə çıxartdığı işin də heç bir məna-sı olmur. Onsuz da, savadı aşıb-daşan kiçik bir kütlə-dən başqa, heç kəs müasir mədəniyyətlə maraqlanmır. Bu da kütləvi mədəniyyətsizliyə gətirib çıxarır.
Buna bir bax! Tahir gözə dəymir. İlanın quyruğunu tapdalayıblar. Əminəm ki, bir plan cızır.
Ev yenə mənə dar gəlir. Səbəbini bilirəm, amma neyləyim, günahkar özüməm. Bundan sonra səhər ge-cikməmək üçün axşamdan hazırlıq görəcəyəm. Onu hər gün görməliyəm, artıq buna böyük ehtiyacım var.
Bepul matn qismi tugad.