Kitobni o'qish: «Ağ zanbaqlar ölkəsi»
Vətən üçün yaşamaq da, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir!
QRİQORİY PETROV
AĞ ZANBAQLAR ÖLKƏSİ
MÜNDƏRİCAT
MENE, TEKEL, PERES.......................................................................................
QƏHRƏMANLAR VƏ MİLLƏT..................................................................
“İKUYNEN TAYSTELU”.................................................................................
SUOMİ...............................................................................................................
SNELMAN..........................................................................................................
KİLSƏ................................................................................................................
TƏLİMÇİ MƏMURLAR.................................................................................
HƏRBİ HİSSƏ..............................................................................................
FUTBOL.............................................................................................................
VALİDEYNLƏR VƏ UŞAQLAR.................................................................
KAROKEP.........................................................................................................
KƏNDLİLƏR, FƏHLƏLƏR VƏ SƏNƏTKARLAR................................
PASTOR MAKDONALD..............................................................................
MENE, TEKEL, PERES
Bundan 30-40 il əvvəl1 Moskvadakı Dövlət Teatrının divarlarında birdən-birə böyük çatlar əmələ gəldi. Bünöv-rədən dama qədər qalxan bu çatlarla bütün binanın qəf-lətən yıxılıb içəridəkilərlə birlikdə çökməsi, ətrafdakılara xəsarət yetirməsi təhlükəsi vardı.
Binaya baxış keçirən mühəndislər çatların səbəbini araşdırmağa başladılar. Bünövrənin bir neçə yerində apa-rılan müayinələrin nəticəsi belə oldu: Moskvanın artıq çü-rüməkdə və çökməkdə olan bu tarixi daş binası, əslində, taxta təməllər üzərində inşa edilib. Və tikilərkən daha möhkəm olması üçün yerə qalın payalar vurulub, üstünə isə qalın daş divarlar hörülüb.
O zamanlar bünövrənin kifayət qədər dayanıqlı oldu-ğu söylənilirdi. Həqiqətən də, teatr binası bu şəkildə uzun illər sağlam qala bilmişdi. Ancaq illər keçdikcə zaman öz təsirini göstərdi, qalın taxta payalar yararsız hala düşdü-yü üçün bünövrə sürüşməyə başladı, nəticədə divarlarda böyük çatlar əmələ gəldi.
Mühəndislər, “Təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?” – düşüncəsi ilə həll yolları axtar-mağa çalışdılar. Tarixi binanı dağıtmaq kimi bir riskə ge-də bilməzdilər. Ona görə də əvvəlcə künclərdən başla-maqla bünövrə qazıldı. Çürüyən payaların yerinə hissə-hissə möhkəm qranit daşlar yerləşdirildi. Bu işləri görə-görə də yavaş-yavaş bütün bünövrə yeniləndi.
Beləcə, Dövlət Teatrının qədim binası yenidən sağlam bünövrəyə sahib oldu.
Mühəndislərin gördüyü işlər nəticəsində teatr bu gün də təhlükəsiz vəziyyətdədir.
Dövlətlərin tarixi və millətlərin mövcudluğu da Mos-kva Dövlət Teatrının binasına bənzəyir. Dövlət nizamının köhnə təməlləri, xalqı idarə etmək üçün çıxarılan qərarlar qəbul edildiyi zamanlar üçün nə qədər yetərli görünsə də, bu gün böhrana səbəb olur, yetərsiz qalır.
Məşhur bir atalar sözü var: “Yeni cəmiyyətlər özləri ilə birlikdə yeni mahnılar yaradır”. Zaman keçdikcə nəsillər davamlı olaraq dəyişir, yenilənir. Hər nəsil özü ilə birlik-də yeni anlayışlar, yeni ehtiyaclar və tələblər gətirir.
Yeni nəsillərə artıq köhnəlmiş, zamanla dəyişmiş ida-rəçilik üsulları və qanunlar tətbiq edilə bilməz.
Yeni nəsillər üçün daha yeni, daha ağıllı, daha adil, da-ha sağlam təməllərə söykənən idarəetmə anlayışlarının tətbiq edilməsi vacibdir. Ağıl və sağlam düşüncə sahibi olan dövlət adamlarının yaşadığı ölkələrdə artıq bu iş be-lə həyata keçirilir. Bu ölkələrdə böhranlara, qarışıqlıqlara, ictimai sarsıntı və çalxalanmalara səbəb olmadan daha müdrik, daha ədalətli metodlar tətbiq edilir.
Bir çox ölkədə isə dövlət məmurları xalq hakimiyyəti-nin və təhsil sisteminin tənzimlənməsinin vacib olduğunu başa düşmür və ya başa düşmək istəmirlər.
Belə olduqda da dövlət idarəçiliyinin sütunları sıradan çıxır, hissə-hissə çatlar meydana gəlir, amma təəssüf ki, getdikcə dərinləşən və genişlənən bu çatlara əhəmiyyət verilmir. Elə buna görə də zahirən sağlam və güclü görü-nən dövlət idarələrinin ləğv edilməsinə, hətta yıxılmasına belə təəssüflənmək lazım deyil. Məsələn, qədim İran döv-ləti məhz bu şəkildə süquta uğradı. Böyük Osmanlı impe-riyası, Avsrtiya İmperatorluğu da beləcə süqut etdi. Bö-yük Rusiya İmperiyası məhv oldu. Bismarkların2 və Vil-helmlərin3 Almaniyası da heç olub getdi.
Müqəddəs kitablarda qeyd olunur: Bir vaxtlar qüdrətli və zalım bir hökmdar sarayının divarlarında bu cür təsirli sözlər yazılıbmış: “Mene, tekel4, peres!5”
Bu sözlərin mənasını kimsə başa düşməsə də, müdrik Danyal6 bu sözləri belə şərh etmişdir: “Atəşdən yaranan bu yazılar nə isə möhtəşəm bir hadisənin baş verəcəyin-dən xəbər verir. Bunun mənası odur ki, artıq dövlət var olma gücünü itirib. Danılmaz bir müsibət nəticəsində məhv olmağa məhkumdur. Qədim Roma imperatorluğu, Filippin7 və Alba Dükasın8 İspaniya səltənəti, XV Luisin9 Fransada hökmranlığı, Romanovların10 Rusiyası, Hohen-zollernlərin11 Almaniyası, Habsburqların12 Avstriyasının da sonluğu eyni cür faciəvi oldu. Tarix onlarla bağlı lazım olan hökmü verdi: Mene, tekel, peres!”
Bütün bu məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz və dərdlərinizin bataqlığında qıvranmayın. Bunun qarşılığında dövlətin əsaslarının necə möhkəmlənəcəyini və cəmiyyətin bun-dan sonra alacağı təhsili düşünün.
Tarix bəzi millətlərin və dövlətlərin faciəvi sonluğunu yazdığı kimi, bəzi dövlətlərin və millətlərin də irəliyə doğru addımlaması və yüksəlməsini yazmaq üçün parlaq səhifələr də açır.
Tarix xalqın hər hansı heyvan sürüsü halından və ya çalışqan qarışqa koloniyası (Ameisenvölker) şəklindən çı-xaraq, ağıllı və xoş həyat tərzi keçirən milyonlarla sənət-kara, istehsalçıya çevrilmə yollarını, dövlətin necə güclən-dirilməsini, cəmiyyətə necə təhsil verməyi göstərən bir elmdir.
QƏHRƏMANLAR VƏ MİLLƏT
Bəzi dövlətlərdə ciddi böhranlar baş verir və ya onlar bütünlüklə məhv olurlar. Bəzi millətlər isə həyatlarını müdrik bir şəkildə xüsusi gözəlliklə nizamlayırlar. Bu nü-munələr yalnız dövlət adamları, millət vəkilləri, senator-lar və çarlara aid deyil, cəmiyyətin hər bir üzvünün ma-raqlanmalı olduğu məsələlərdir.
Kişi və ya qadın, qoca və ya gənc, kəndli və ya şəhərli, zehni və ya fiziki iş görməsindən asılı olmayaraq hər kəs bu məsələlərlə bağlı düşünməlidir.
Dövlətlərin güclü və zəif məqamları, millətlərin irəlilə-məsi və ya dayanması yalnız dövlət məmurlarından, on-ların idarəçilik qabiliyyətlərindən və ya bacarıqsızlıqların-dan qaynaqlanmır. İdarəçilər yaxşı və ya pis, qəhrəman və ya zalım ola bilərlər, lakin onlar öz millətlərinin nüma-yəndələridirlər və onu təcəssüm etdirirlər. Onlar birbaşa milli ruhun surətləridir, xalqın içində doğulublar. Bir mil-lət necədirsə, dövlət adamları da onlar kimidir. Elə bu sə-bəbdəndir ki, qədimdən “Hər millət layiq olduğu idarə-çilik sisteminə və dövlət adamlarına sahibdir” düşüncəsi aktualdır.
Təəssüf ki, çox yaxşı başa düşülməyən bu həqiqəti da-ha dəqiq açıqlamaq üçün yüzillər boyu müzakirə edilən fəlsəfi və tarixi bir məsələ üzərində dayanmaq istərdim:
Millətlərin tarixini kim yaradır? Dövlətlərin və bütün insanlığın həyatındakı ən böyük hadisələr kimlər tərəfin-dən yönəldilir və idarə olunur? Müstəqil fərdlər tərəfin-dənmi? Yəni yalnızca bəzi böyük şəxsiyyətlər tərəfindən-mi? Təkbaşınamı? Yoxsa, məşhur ingilis mütəfəkkiri Kar-lilin13 dediyi kimi qəhrəmanlar tərəfindənmi? Millətin sə-yi və xalq ruhunun dirçəlməsi, güclənməsi sayəsindəmi? Karlil ilk fikri müdafiə etmiş və sübuta da yetirmişdir. İkinci fikir isə Lev Tolstoy tərəfindən dəstəklənmişdir.
Karlil “Qəhrəmanlar və tarixdə qəhrəmanlıq” adlı əsə-rində qəhrəmanları meydana gətirən “culte/kült”14 və “culture/mədəniyyət”15 anlayışları üzərində dayanır. Karlilə görə, millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkət-siz də qalacaq.
Lakin Sezar16, Napaleon17, Böyük Pyotr18, Sokrat19, Mə-həmməd20 kimi bir sənətkar, böyük bir şəxsiyyət, qəhrə-man, öndər irəliyə çıxıb bu gili əlinə alarsa, onu istədiyi formaya sala bilər.
Çingiz xan21 Asiyada milyonlarla insanı birləşdirib öz hakimiyyəti altına aldı. Çini, Hindistanı, İranı, qədim Ru-siyanı fəth etdi, Peder Pierre d`Amiyen22 Qüdsü müsəl-manlardan geri almaq üçün bütün Katolik Avropasını ayağa qaldırdı, Martin Lüter23 islahatlar həyata keçirdi. Neronlar24, Kaliqulalar25 Romanı dağıtdılar. Bismarkların, Hohenzollernlərin siyasəti Almaniyada ciddi sarsıntılara səbəb oldu.
Qısası, Karlilin düşüncəsinə görə, millətlərin, hətta bü-tün insanlığın tarixini yaradan ruhən güclülər, ağıl və ba-carıq sahibi olan fərdlərdir, yəni qəhrəmanlardır. Elə Ramzeslər26, Romuluslar27, Femistokllar28, Lüterlər, Bis-marklar və s. belə insanlardır.
Lev Tolstoy isə bunun tamamilə əksini irəli sürərək deyir: “Həyatı yaradan, hadisələrin gedişatını, xüsusiyyət və formasını təyin edən tək-tək insanlar – Napaleonlar deyil, xalqın özüdür”.
Digər tərəfdən isə Tomas Karlil iddia edir: “Xalq küt-ləsi yerdə hərəkətsiz yatan və çürüyən saman çöpü kimi-dir. Böyük adamlar və qəhrəmanlar isə göydən düşən il-dırım kimidir – bu samanı alovlandırır, kütlələri canlan-dırır, hərəkətə gətirir”.
Lev Tolstoy başqa bir misal gətirərək belə söyləyir: “Dənizlərdə böyük, həm də çox böyük bir gəminin Trans-atlantikə doğru istiqamət aldığını düşünün. Hərəkət za-manı sular onun önündən lent kimi keçib gedir. Həmin su şırnağının gəmini sürüdüyünü kim iddia edə bilər? Mə-lumdur ki, bu su axınını gəminin özü yaradır və özü qar-şısında qovub aparır. Güc, əslində, gəminin özündədir. Axan su isə sadəcə bunun nəticəsidir”.
Bəli, Tolstoy belə deyir. Bir millətə hərəkət gücü gə-libsə və o, irəliləyirsə, deməli, öz-özlüyündən hərəkətə keçmiş olur, önündəki suları qovur. Öz həyat tərzini, ma-raq və həssaslığını ifadə edən bir nəfəri özünə lider olaraq seçir.
“Hərb və Sülh” romanının müəllifi olan Lev Tolstoy əgər Tomas Karlilin “qəhrəman-ildırım” bənzətməsini qə-bul etsəydi, hər halda belə deyərdi: “Bəli, böyük şəxsiyyət qəhrəmandır, ildırımdır. Amma xalq kütləsi nə gil təbəqə-si, nə də saman tayasıdır. O ildırımı yaradan millətin özü-dür. Bulud topası elektrik yaratdığı vaxt ildırım da öz-özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklənmə-yiblərsə, heç bir zaman şimşək və ya ildırım yaranmaz, bulud elə nəm buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa, ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz”.
İlk baxışdan bu iki yanaşma bir-birinə zidd və bir-birinə uyğunsuz görünür. Bunlardan birini seçmək lazım gəlir. Karlil haqlıdır, yoxsa Tolstoy? Ancaq Karlillə Tols-toy arasında ziddiyyət əslində, səthidir. Həqiqətdə onlar bir-birilərinə qarşı deyillər. Əksinə, bir-birilərini tamam-layırlar. Yəni ikisindən birini seçmək lazım deyil. Onlara “Karlil və Tolstoy” deyilməliydi. Çünki Karlil də, Tolstoy da haqlıdır. Bir medalyonun iki üzü kimi. Hər biri hə-qiqətin bir yarısıdır.
Qəhrəmanlar xalqı həyəcanlandırır və alovlandırır. Ancaq onu həm də yalnız millətindən aldığı alov və hə-yəcanla yandıra bilər.
Misal üçün əlimizə bir linza götürək. O, geniş sahəyə dağılmış günəş şüalarını bir nöqtədə toplama xüsusiyyə-tinə malikdir. Milyonlarla günəş şüasının bir yerə toplan-masından parlaq bir nöqtə yaranır. Bu güclü enerjili nöqtə kağız, saman kimi yanıcı maddələri bir andaca alışdırır; daşı, şüşəni, dəmiri isə qızdırır.
Millətin böyük insanları da elə linza kimidirlər. Onlar millətin gücünü və özəl xüsusiyyətlərini özlərində cəm-ləşdirir, bununla da milyonlarla insanın ruhunu alovlan-dırırlar. Ancaq günəş işığının olmadığı buludlu hava şə-raitində heç bir linzanın qar dənəsini əritməyə, su damla-sını isitməyə gücü çatmaz.
İsveçrə pendiri yalnız yüksək dağlarda otlayan inəklə-rin südündən hazırlanır. Müxtəlif vaxtlarda və müxtəlif millətlərin içində yetişən böyük şəxsiyyətlər də belədir. Onlar çiçək açmağa başlayan millətin incə qoxusudur. Napaleon qədim sülhsevər Çində deyil, Fransada yetişib. İngiltərə Darvini29 formalaşdırıb, o da “Növlərin mübari-zəsi”30 qaydasını ortaya qoyub. Rusiya isə müqavimətsiz-liyin31 carçısı olan Tolstoyu yetişdirib. Hər şey məhz bu cür olub. Əksi baş verməyib.
Hər zaman və hər yerdə eyni hadisələr olur. Almani-yanı I Dünya Müharibəsinə qatan II Vilhelm deyildi. Am-ma almanların döyüşkən ruhu Bismarklarda, Vilhelmlər-də, Hindenburqlarda32 və Rohrbachlarda33 öz əksini tapıb. Qədim Romanı Neronlar, Caracallalar34 və Commodlar35 məhv etməyib. Ancaq hər işdə ehtiraslı olan İspaniya dünyaya Loyolanı36 və inkvizisiyanı verib, Almaniya isə bir tərəfdə Kantı37, digər tərəfdə isə Kruppu38 yetişdirib.
Hər bir millət iqtidara ya qüdrətli, ya da əhəmiyyətsiz birini gətirir. Onlardan hansının hakimiyyətə gəlməsi isə millətin əxlaqi səviyyəsi və həyatı ilə çox bağlıdır.
Millətdə cəmləşmiş yaxşı nə isə var, yoxsa yox? Millə-tin ağlı, iradəsi, vicdanı yüksəlir, yoxsa korlanıb zəhərlə-nir? Bayağı və səfil bir həyat içində yox olub gedirmi?
Bu məqamda hər birimizin həyatının ən vacib xüsu-siyyətləri və fəaliyyət forması önə çıxır. Biz öz ölkəmizdə hansı işləri görürük? Millətimizin gələcəyində hansı rolu oynayırıq?
Cənub dənizlərində beş-on mərcan adası var. Mərcan-lar gil kimi xüsusi quruluşa malikdirlər.
Kiçik poliplər öz bədənlərindən xüsusi orqanik maddə ifraz edirlər, amma bunların fərqini görmək xüsusi diqqət tələb edir. Ancaq bu ifrazatların toplanması ilə zaman-zaman “mərcan adaları” adlı kiçik adalar meydana gəlir. Hətta bu adalarda insanlar belə yaşaya bilir.
Cənub ölkələrində xüsusi növ balaca qarışqalar var ki, bölgə əhalisi üçün tam bir fəlakət hesab edilirlər. Onlar əhalinin sığındığı qamış və taxta evləri, içində olan mebel tipli əşyaları yeməklə qidalanırlar. Onların peyda olduğu yerlərdə insanlar evlərini tərk edib, başqa bölgələrə köç-mək məcburiyyətində qalırlar.
İndi də öz ölkəmizin vəziyyətinə nəzər salaq.
Ölkədə necə bir istehsalat həyata keçiririk? Nə isə ya-ratmaq, yoxsa məhv etmək istiqamətində fəaliyyət göstə-ririk? Gördüyümüz iş müsbət, yoxsa mənfi keyfiyyətlidir?
Ölkələrin rifahı və xoşbəxtliyinin, cəmiyyətin qürur və şərəfinin xalqın iradəsinə bağlı olduğunu sübut edən nü-munə kimi kiçik və yoxsul ölkələr göstərə bilərik. Bura isə iki milyon əhalisi olan Finlandiyadır.
Avropanın ən şimalında yerləşən Finlandiyanın sərt iqlimi var39. Havası əksər vaxtlarda dumanlı olur. Baharın ilk günlərində belə şaxta olur. Avqust ayından etibarən soyuqlar başlayır. Ərazisi olduqca səmərəsiz torpaqlar-dan ibarətdir. Ölkənin əsas hissəsi sərt qranit qayalıqlarla örtülüb. Qalan hissəsini isə çuxur və bataqlıqlar təşkil edir. Finlandiyada mədən təsərrüfatı adında demək olar ki, heç nə yoxdur. Kənd təsərrüfatı ilə məşğul olmaq çox çətindir. Xalq isə heç vaxt tam müstəqillik əldə edə bil-məyib. Hər zaman gah bir, gah da digər qonşusunun ha-kimiyyəti altında olub. Finlər özlərini “Suomi” adlandırır-lar və çox sevdikləri ölkələrini də “Suomi” kimi təqdim edirlər ki, bu da “bataqlıq ərazi” mənasını verir.
“İKUYNEN TAYSTELU”
Bir neçə il ərzində Finlandiyanın xeyli yerində oldum. Yay-qış, yaz-payız demədən gəzirdim. Varlı ticarət şəhər-lərində oldum. Eləcə də, göl və meşələr arasında itib-ba-tan ucqar kəndlərə baş çəkdim. Fin həyatının bütün tərəf-lərini gördüm. Onların məişətini, bayramlarını, əyləncələ-rini müşahidə etdim. Finlərin musiqisini, ədəbiyyatını, rəssamlığını, teatrını, memarlığını öyrəndim. Və açıq de-yim ki, hamısına heyran oldum. Hər yeni Finlandiya səfə-rimdə oranı daha yüksək qiymətləndirir, bu susqun, qəm-li görünən, zəhmətkeş, azsaylı şimal xalqını daha çox se-vib, hörmət edirdim.
Xatirimdədir, bir dəfə Helsinqforsda olanda oxudum ki, dövlət teatrında dördpərdəli “İkuynen Taystelu” (“Əbədi mübarizə”) tamaşası nümayiş olunur. Afişada aparıcı simalar kimi Adəm, Həvva, Habil, Qabil, onların arvadları, Lüsifer və yüzlərlə şeytan əks olunmuşdu. Doğrusu, öz yerimdə oturanda düşündüm ki, darıxdırıcı dini-pastorsayağı uydurmaya tamaşa edəcəm. Amma ta-mamilə əksi imiş. Bu, dərin fəlsəfi və yüksək kultroloji də-yəri olan pyes idi.
“İkuynen Taystelu”nun müəllifi istedadlı fin yazıçısı Linnankoski40 özünü güclü və orijinal mütəfəkkir olaraq göstərmişdi. O, Qabili adi, hər kəsin tanıdığı kimi təqdim etməmişdi: axı Qabil – yarımheyvan, kobud, əzazil, yırtıcı və qardaş qatilidir. Linnankoskinin əsərindəki Qabil özü-nəməxsus Prometeydir – istənilən təzyiqə qarşı əbədi üs-yankar, sarsıdıcı gerçəkliklə barışmaz mövqeli çılğın qəh-rəman. Onun Qabili həyatın bütün zərbələri qarşısında yanıqlı-yanıqlı mələyən və öz başını mütiliklə bıçaq altına qoyan yazıq keçi olmağı bacarmır.
Qabil özündə böyük yaradıcı qüvvə hiss edir, özünə inanır, var gücüylə insanın və dünyanın nikbin gələcəyi uğrunda mübarizə aparmağa hazırdır. Yeri titrədən şim-şək çaxanda və ildırımın parıltısından, sanki göy üzü ya-nanda hamı qorxu və təlaş içində dizini yerə atır. Təkcə Qabil meydan oxuyurmuş kimi başını qaldırıb möhkəm dayanır.
Habilə, bacılarına, hətta atasıyla anasına da Qabil əminliklə söz atır:
– Balaca və qorxaq soxulcanlar, siz ancaq sürünməyi, titrəməyi və yaltaqlanmağı bacarırsınız. Siz qorxunun övladlarısınız, siz dini də əbədi təlaş, sonsuz titrəyiş, bi-tib-tükənməyən ah-nalə və fasiləsiz yalvarış kimi anlayır-sınız. Əgər siz, həqiqətən də, ruhən Yaradanın övladları olsaydınız, onda həyat yaradar, əkib-becərər, yerlə sürün-məkdənsə, başınızı torpağa qoymaqdansa, yuxarı can atardınız.
Və yalnız yaxınlarının anlamadığı, onlardan qorxub çəkinən Qabil sarsılır, iztirab çəkir, öz şübhələriylə, uğur-suzluqları ilə, məhrumiyyətləri ilə mübarizə aparır. Bu məqamlarda onun cənnətdən qovulmuş yaxınları parlaq keçmişlə nəfəs alır, Qabil isə işıqlı gələcək haqqında dü-şünür. O, alov əldə edir və bu kəşfinə görə uşaq kimi se-vinib xoşbəxt olur. Tullanıb-düşür, qaçır, mahnı oxuyur. Alov himnini bəstələyir:
– İndi tək deyiləm. İndi yanımda sən varsan, ilahi qüv-və! Sən bizimçün gecənin zülmətini nurlandıracaq, soyu-ğu qovacaq, möhkəm filizi əridəcəksən!
Və Qabil arzulayır, gələcək haqda şirin xəyala dalır. Gözünə mədəniyyətin təntənəli rəsmləri görünür. O, artıq qürurlu, möhkəm, güclü və yenilməzdir. Hər şeyə hazır-dır. Bütün təbiət qüvvələrinə meydan oxuyur. O, həyatı əbədi mədəni mübarizə kimi anlayıb, qəbul edir. Həm sərt təbiət qüvvələri, həm də öz ehtiraslarına qarşı mü-barizə!
Habillə ”Tanrı və dinin dərk edilməsi qorxu və qul tə-fəkkürlülükdür, yoxsa parlaq yaradıcılıq qüvvəsi?” möv-zusunda etdiyi çılğın mübahisə vaxtı Qabil özünü saxlaya bilməyib, qardaşını öldürür. Bu qətldən özü də dəhşətə gəlir. Amma bu ölüm ona yalnız mədəni mübarizənin ne-cə çoxşaxəli (həm daxili, həm zahiri) ola bildiyini göstərir. Mübarizə sonsuzdur! Mədəniyyət nuruyla həm zahiri, həm də daxili mədəniyyəti olmayan zülmətin minlərlə tutqun cəhəti arasındakı əbədi mübarizə!
* * *
Linnankoskinin “İkuynen Taystelu” əsərindəki Qabil obrazının ədəbi dəyərini vermək nə mənim vəzifəmdir, nə də indi bunun yeridir. Məhz Qabilin bütün bəşər mə-dəniyyətinin və əbədi mədəni mübarizənin atası olduğu təsəvvürünün həqiqətə uyğun gəldiyini demək indi bizim üçün olduqca çətindir. Vacib olan pyesin əsas ideyasıdır, Qabil və başqa – ya tarixi, ya da uydurma surətlərlə də ifadə edilə bilər. Fikir ondan ibarətdir ki, insan gərək heç kimin qarşısında heç vaxt yıxılmasın, alçalmasın. Bu fikir deyir ki, insan həyatı – elə fasiləsiz mədəni yaradıcılığın özüdür; insan həyatı – sərt qüvvələrlə, özüylə, özündən kənardakılarla əbədi mübarizədən ibarətdir.
“Əbədi mübarizə” ideyası da, Yohannes Linnankoski-nin qəhrəmanı Qabil də yalnız finlərin mövcudluğunun həyat şərtlərinə diqqətlə baxanda sizə daha anlamlı gələr. Y.Linnankoski öz pyesində məhz Finlandiyanın ruhunu təsvir edib. İşıqlı gələcəyin hər bir şəfəqi, uzaq diyarlarda-kı mədəniyyətin hər bir zirvəsi uğrunda mədəni mübari-zəylə bərkimiş, inadkar ruhunu.
Aboda41 – Finlandiyanın ciddi görkəmli və xudmani sahilyanı şəhərciyində xalis qalın qranitdən divarları olan şəhər mərkəzini yeni Rəssamlıq Muzeyi bəzəyir. Möhtə-şəm memarlıq gözəlliyi olan bina içi kimi çölündə də hər bir xətti, hər bir daşı, pilləkənlərin məhəccəri, pəncərə çər-çivələri ilə adamın diqqətini cəlb edərək göz oxşayır.42
Muzeydə istisnasız olaraq finland rəssamlarının əsərlə-ri toplanıb. Çox deyil, amma əsərlərin bədii sanbalı fin incəsənətinə, şübhəsiz, şərəf gətirir. Əl işləri kimi heykəl-təraşlıq nümunələri də finland sənətkarlarının yüksək za-hiri texnikasından və dərin daxili ustalığından xəbər ve-rir. Və burada, müxtəlif heykəltəraşlıq nümunələrinin arasında Vikstremin “Finlandiya” adlı böyük heykəli xü-susilə seçilir.43 Obraz çox sadədir: gənc, güclü, boy-bu-xunlu fin qadını. Amma bu obrazda oxşar heykəllərdə rast gəlinməyən bir şey var: sənətkar ona müxtəlif daxili məna və hislər yerləşdirib. “Finlandiya” fiquru başdan-ayağa nəsə vacib, böyük və uzaq, dərin-dərin və ciddi düşüncələrlə doludur. Sol əli yanındadır. Digər əli pırpız saçının içindədir və sanki fikirlərin ağırlığından sinəsinə əyilməyə hazır olan başına dirək tutub. “Finlandiya”nın simasında nə iztirab, nə hüzn, nə də qüssə var, amma elə bil, artıq yaşanmış kədərin kölgəsini daşıyır.
Vikstremin “Finlandiya”sının üzündə incəliklə işlən-miş olub-keçən sarsıntının izlərini görmək olur. Bu, indi xoşbəxt, güclü, gələcəyə əminliklə baxan, amma gəncli-yində çoxlu ağır, əzablı və qorxulu günlər yaşamış bir qa-dının simasıdır. Və o günlər indi unudulsa da, əvvəl-axır yaşanıb. Onlar ölkənin qəlbini yandırıb. Sakinlərə öz möhrünü vurub gedib.
Finland rəssamları Edelfeldt44, Hebhart45, Enkell46, Ves-terholm47, Halonen48 və başqaları bütün finlər kimi öz ba-laca, kasıb vətənini incə məhəbbətlə sevərək Finlandiya təbiətinin gözəlliyini çəkiblər, amma hətta onlar da rəs-sam uzaqgörənliyi ilə tamaşaçıların diqqətini cəlb edən peyzajlar tapmaq gücündə deyillər.
Finland təbiətində həzin tənhalığın səssiz kədəri var, amma nə kobud əzəməti, nə də başgicəlləndirici parlaq-lığı yoxdur. Tamamilə kol-kosa bürünmüş daşlar. Qranit qaya parçaları. Küknarkıq və şamlıq. Hüznlü bataqlıqlar. Solğun-yaşıl səma altında solğun-yaşıl geniş göllər. Fin-landiyada hara gerdisiniz, gedin, təbiət adına yalnız meşə və daşlar görərsiniz. Hər tərəfdə qaya parçaları görünür, qənd kimi doğranmış qranitlər ağarır. Göz işlədikcə tor-pağa batan iri-iri odunlar, tir və taxtadan dağlar görünür. Hər sığınacaqda minlərlə qatran çəlləyi var.
Kasıb ölkədir. Hər şeydən yoxsuldur, bir şeydən – inadkar zəhmətkeşlikdən, zəif torpaqlarına sevgidən baş-qa.
Helsinqforsda yerləşən “Ateneum”da49 – finland incə-sənəti qalereyasında rast gəldiyiniz Yarnfeld50, Halonen, Blomstedt51 və Rissanenin52 silsilə rəsmlərində bölgələr-dəki həyatın finlər üçün hansı güc, zəhmət və məhrumiy-yətlərlə başa gəldiyini görərsiniz. Sıra kətanlar eyni həyat tərzinin görüntülərini əks etdirir. Kəndli ailələri əkin tor-paqlarını təmizləyirlər. Ağacları kəsib daşıyırlar. Kökləri-ni çıxarıb yandırırlar. Ağır daşları sahədən kənarlaşdırır-lar. Çılpaq qranit qayalarına torpaq daşıyırlar.
Hər bir torpaq sahəsi bütün nəslin zəhmətini tələb edirdi. Sanki təbiət insanı ələ salırdı: onu bataqlıq və göl-lər arasındakı quruca daşların içinə atırdı. Amma insan da təbiəti ələ salmaqdan qalmırdı. Bu çağırışı qəbul edib təbiətə qalib gəlirdi.
Finlandiyanın bütün şəhərlərində küçələrdə gəzərkən torpaqdan çıxmış qranitlərə rast gələ bilərsiniz. Məhəllə boyu uzanan möhkəm qaya parçaları necə gəldi tökülmüş daş topasını xatırladır. Kim Hersoqovinada çılpaq təpələri görübsə, o da finlərin zəhmətini təsəvvürünə gətirə bilər. Bizim Rusiyada, Novoqorod və Pskov quberniyalarında bu cür daş təpələrinə rast gəlmək olur. Bizdə onlara “Nə-həng qəndqabı” deyirlər. Finlər bu “Nəhəng qəndqabı”-ları bağ və parklara çeviriblər. Daşların yanına məhsuldar torpaq daşıyıb, orada ağac və güllər əkiblər.
– Qabili mənə verin, – deyə, “İkuynen Taystelu”nun müəllifi Linnankoski qeyd edir, – və mən öz ilhamımla onu ədəbi mədəni başlanğıcın yenilməz döyüşçüsünə çe-virim!
– Bəxtimizə bataqlıq və qayalıqlar düşdü, bizsə oranı əsl mədəni ölkəyə çevirdik, – finlər deyir. Bunu yüzillik zəhmətləri, inadkar işləri deyirlər.
Və bütün bunlar cəmi üç milyonluq xalq (iki milyon üç yüz min fin, dörd yüz min isveç)53 tərəfindən edilir.
* * *
Suomi ilə tanış olanlar ona həsəd apara bilər. Ölkədə hər şey balacadır – şəhərlər, bölgələr çox kiçikdir, amma abadlıq işləri geniş yayılıb. Biz slavyanlardakı nizam-sızlıq, viranəlik, səliqəsizlik, məsuliyyətsizlik burada yox-dur.
Peterburqdan üç saat yarımlıq məsafədə yerləşən Vı-borqdan başlayaraq özünüzü hansısa xüsusi ölkədə hiss edirsiniz. Vıborq da, Kuopiu da, Uliaborq da, Vasa da, Ta-vastqus da – sanki geniş ovuca yerləşə bilən bu şəhərlər elə bil qəşəng oyuncaqdır. Sanki hamısı karton üzərinə yapışdırılmış şəkillərdəki evciyə oxşayır.
Küçələr geniş, təmiz və yaxşı təmirli vəziyyətdədir. Həyətlər tərtəmizdir. Evlər rahatdır. Dayanacaqlardakı mehmanxana və poçt stansiyalarında qüsursuz səliqəlik, təzə yemək, rahatlıq və ümumi ucuzluq var.
Ölkənin əsas şəhəri Helsinqforsdan danışmağa belə, dəyməz. Biz slavyanlar üçün bu şəhər əyani təlim pred-meti ola bilər. Heç bir təmtəraqdan, pul dağıntısından, göstəriş üçün yaşamaqdan söhbət gedə bilməz, amma ha-mı evdar və işgüzar, hər yer gözəl və təmizdir. Yeni vağ-zaldan başlayaraq. O, şəhərin mərkəzindəki əsas meydan-da yerləşir. Finlandiya Milli Teatrı, “Ateneum”, İncəsənət Məktəbi və Xalq Seyminin binası lap yaxınlıqdadır.54
Meydan tərəfdən vağzalın görünüşü öz nəcib sadə gö-zəlliyi ilə heyranlıq doğurur. Nə təmtəraqlı cizgilərdən, nə də ruhsuz kvadratlardan əsər-əlamət var. İçəridə hər şey – poçt, teleqraf, yük yeri və bilet kassası əl altındadır.
Finlandiyanın Milli Teatrı yeni fin memarlığının əl işlə-rindəndir. İndi finland şəhərləri yeni evlərin tikilişində memarlığa diqqət edirlər. Yeni yaşayış evləri, banklar, te-atrlar, muzeylər, məbədlər, hətta fabrik və yanğınsön-dürmə məntəqələri də elə inşa olunur ki, hər bir bina in-cəsənət əsərinə çevrilir.
Bu baxımdan qəti şişirtmədən və tam ciddiyyətlə de-mək olar ki, indiki finlər orta əsr florensiyalılarını xatırla-dır. Yalnız Florensiyada tez-tez, hətta ən ucqar küçədə be-lə, elə üzlüklü qədimi binaya rast gələ bilərsiniz ki, saat-larca durub tamaşa edərsiniz. Eynilə finlərdəki kimi.
Görəsən, kiflənmiş və yeknəsək daşlar, bataqlıq və me-şələr arasında yaşayan bu xalqa belə güclü gözəllik duy-ğusu hardan gələ bilər? Amma görün ki, bu hiss onlarda necə sürətli və “möhkəm” boy atıb.
Helsinqfors və Abodakı rəssamlıq muzeyləri ən ciddi diqqətə layiqdir. Say etibarilə elə də zəngin deyillər, am-ma saxladıqları əsərlərin bədii dəyəri yüksəkdir. Yaxşı rəssamlıq, ondan gözəl heykəltəraşlıq, hamısından qə-şəngsə memarlıqdır. Bütün şimal tayfaları kimi, finlər də əvvəlcə çöl divardan başlayır, sonra evin içinin səliqəsinə keçirlər.
Helsinqforsda mənimlə bir bolqar yazıçısı vardı.55 O, fin teatrının qarşısında dayandı və meydanın ortasından binaya xeyli tamaşa elədi. Yaxına gəldi, bütün tərəfləri nəzərdən keçirdi və qeyri-ixtiyari həsədlə dedi:
– Hə, buna deyərəm iş! Öz siması var. İndi baxmaq xoşdur, sonradan da yadından çıxmaz. Yoxsa bizim Sofi-yadakı kimi? Böyük xalq teatrı tikdilər, minlərlə pul xərc-lədilər, bina isə oldu yekə sandıq.
Teatr yeganə nümunə deyil. Əgər finlər istəsəydi, ölkə boyu yüksək bədii tərtibatı olan binalardan ibarət albom yaradardılar. Məsələn, Abodakı Rəssamlıq Muzeyi, Tam-merforsdakı yeni Protestantlıq Məbədi. Gözünü çəkə bil-mirsən. Bu binalar təkcə vahid halda gözəl deyil. Ayrı-ay-rı hissələri də göz oxşayır. Hər bir pəncərəsi, qapısı, bür-cü, novalçası, künc xətti və pərvazı qəşəngdir. Elə bil ki, çöl tərəfdən hər bir daşı bənna deyil, böyük rəssam qo-yub.
Abodakı muzeydən təpənin başına pilləkən çıxır, Tam-merforsdakı məbədin kənarında isə alçaq hasarlar var. Daş hasar və pilləkən məhəccərlərinin hissələri üç-beş sa-jen uzunluğunda, bir yarım-iki arşın hündürlüyündədir, amma bütün bunlar elə edilib, daşlar elə düzülüb, sanki kirəmitlə örtülüb. Elə bil, hasarların hər bir hissəsi deyir ki, onu bir rəsmə və ya fotoya çəksinlər.
Muzeyin daxilində əsl incəsənət gözəlliyi, əsl bədii sa-dəlik var. Ağac pilləkənlərin hər bir pilləsi, divarların üz-lüyü, şəkil çərçivələri, pilləkən məhəccərindəki xırda dib-çəklərin incə yaşıllığı – hamısı, hamısı, hamısı çox qəşəg-dir: həm ayrı-ayrı, həm də vəhdətdə.
Fikir verin, bütün bunlar ölkənin ən ciddi zənginliyi olaraq doğulur və getdikcə çiçəklənir. Nə Finlandiyanın, nə də oradakı ayrı-ayrı şəxslərin var-dövləti çox deyil. Heç istedad toplamaq üçün də imkanları geniş deyil: cəmi üç milyonluq xalqdır. Amma yenə də bütün Finlandiyaya abadlığına həsəd aparılacaq ümumi bir muzey kimi bax-maq olar.
* * *
Bunun sirri nədədir? Yerli əhalinin xüsusi istedadında? Amma bunu heç bir fin vətənpərvəri dilinə də gətirməz. Nə imkanda, nə də zəhmətkeşlikdə slavyan camaatı, ümumiyyətlə, yer üzündəki heç kəs finlərdən geri qalmır. Deməli, fərq başqa şeydədir.
Yalnız əmək və əmək! Qaba əmək, öküz və at əməyi, kürəyinə döyülən yabı əməyi – düşüncəli əmək, təhsilli əmək! On qat, yüz qat, min qat təhsillə gücləndirilmiş əmək!
Hələ harasa buxovlanmış, bərkimiş, könülsüz, özba-şına və ya başqasının əliylə edilən əmək də var. Sıxıcı əmək. Gümrah, ruhlandırıcı əmək də var. Müstəqil, özfə-aliyyət əməyi. Canlı, yaradıcı əmək. Qartal qanadlı əmək. Bax, bütün sirr də bundadır – əməyin xarakterində. Fin-lərlə, Rusiya və bizə yaxınlaşdıqları vaxtdan ta bu günə-dək aramızdakı ən böyük fərq budur.
Finlandiyanın yoxsul, daş-kəsəkli və nadir torpaq sa-hələri heç vaxt öz sakinlərinə çatacaq qədər çörək verə bil-məzdi. Finlandiya qədimdən bəri alınma çörəklə yaşayıb, elə indi də ümumi idxalının üçdə bir hissəsini çörək alışı təşkil edir. Amma bu ölkə nə aclıq bilir, nə də dilənçilik.
Onun Bosniya və Dalmasiya ərazisində bir universitet, bir politexnikum, əlli bir gimnaziya, iyirmi üç peşə mək-təbi, səkkiz müəllimlər seminariyası, yeddi dənizçilik məktəbi, doqquz şəxsi, on texniki, iyirmi dörd kənd təsər-rüfatı məktəbləri (qadınlara aid olanları nəzərə almadan) var. Əgər özünüz o yerlərdə olub, bu məktəbləri və ölkə ərazisinə necə səpələndiklərini öz gözünüzlə görsəniz, tə-əssüratınız daha da genişlənər.
Məktəblər təkcə zahiri görünüşü ilə yox, təmizliyi və gigiyenası ilə də göz oxşayır: nəhəng pəncərələri olan hündür sinif otaqları, enli dəhlizlər, gözəl havalandırma sistemi, məntiqli və rahat mebel, hərəkətli oyunlar üçün təmiz və geniş həyət, yaxşı təchiz olunmuş gimnastika zalları.
Və bütün Finlandiyada bu cürdür. Vıborqda rus, isveç və fin qadın gimnaziyaları, rus və isveç peşə məktəbləri, isveç və fin liseyləri, eləcə də natamam peşə liseyi, gənclər üçün ümumtəhsil fin məktəbi, rus və fin xalq məktəbləri, dənizçilik, ticarət və ali sənətkarlıq məktəbləri, əlavə qadın kursları, isveç və iki fin hazırlıq məktəbi yerləşir.
Kuopioda cəmi on beş min sakin üçün seminariya, li-sey, texniki peşə məktəbi, kar və korlar üçün peşə mək-təbi, sənaye məktəbi, qadın gimnaziyası, ticarət məktəbi, bir neçə xalq məktəbi, oğlan və qızlar üçün doqquzillik is-veç və yeddiillik fin ümumtəhsil məktəbi fəaliyyət gös-tərir.
Tavastqusun təxminən altı min əhalisi var. Görünüşcə tamamilə sakit əyalət şəhəridir. Qolumdakı saata baxıb uzununu yeddi, enini səkkiz dəqiqəyə piyada keçdim. Bütün şəhərdə cəmi bir mehmanxana və arabir böyük za-lında teart tamaşaları nümayiş olunan “Teatral” adlı bir restoran var. Amma məktəb, necə deyərlər, xirtdəkdən-dir. Bu şəhər səkkizillik kişi gimnaziyası, müəllimlər se-minariyası, ali toxuculuq məktəbi, iki qadın gimnaziyası (fin və isveç), iki ali xalq məktəbi (oğlanlar və qızlar üçün), ibtidai məktəb, işləyənlər üçün bazar günü mək-təbi, yalnız bazar günü işləyən “Müstəqil kilsə”, islahedici məktəb, hazırlıq, həbsxana və rus məktəbinə malikdir.
Bizdə bu qədər təhsil ocağı fəaliyyət göstərən altı min-lik şəhər göstərə bilərsinizmi?
Aboda şəhərin bir milyon yarım rublluq illik gəlirinin iki yüz mini məktəblərə xərclənir. Bununla belə, görün, məktəblər necə təchiz olunub!
Gəncliyimin çox ilini Peterburq gimnaziyalarında mü-əllimliklə keçirmişəm. Bina darısqal, sinif otaqları da ağzı-nacan dolu olurdu. Sinifdə on iki adam olandan sonra nə-fəs almaq çətinləşirdi. Hava nəfəslərlə zəhərlənir, şagird isə artıq dərsi dinləyə bilmirdi. Diqqətlər dağılır, müəl-limlər əsəbiləşməyə başlayırdı. Şagirdlər dəqiqəbaşı sinif-dən çölə icazə alırdı. Və bütün bunlar paxtaxtda baş verir-di.
Vıborqdakı, Tavastqusdakı liseylər, Helsinqforsdakı qadın gimnaziyaları görüşüncə kiçik qalalardır. Məktəb binaları fin şəhərlərini bəzəyir. Məsələn, Aboda şəhərin hündür yerində, dağda, arxın sahilində qəsr-ev, qala-bina ucalır. Bu, Dənizçilik Məktəbidir.56 Əks istiqamətə, gözəl muzey tərəfə getsəniz, işıqlı xudmani evlə rastlaşarsınız. Elə düşünərsiniz ki, hansısa varlı və zövqlü insanın evi-dir. Amma bu da məktəbdir – ticarət təmayüllü.57
Vıborqdakı məktəblər necəsə bir yerə toplaşıb və hün-dür tavanlı, geniş pəncərəli, iki işıqlı zaldan ibarət xüsusi binalar məhəlləsi əmələ gətiriblər.
Məktəb dərsləri xüsusi səliqə ilə bölüşdürülüb. İki saat səhər – səkkizdən ona kimi və iki saat günorta – ikidən dördə qədər. Ona görə də şagirdlər uzun müddət bir yer-də oturub, bayat hava ilə nəfəs almalı olmurlar. Siniflər həmişə yaxşı havalandırılır.
Boş vaxtlarında fin gəncləri qışda konkidə və ayaq xizəyində sürüşür, yayda isə döyüşür, üzür, topla oynayır və qaçışırlar. Sinəsini, əzələlərini, ciyərini, ayağını, əlini inkişaf etdirir, dözümlülüyü öyrənir, sağlamlığını möh-kəmləndirir.
Yazın əvvəllərində küçədə ayaqyalın gəzən çoxlu oğ-lan uşağı görə bilərsiniz. Geyindiyi yaxşı kostyumdan bil-mək olar ki, ayağıyalınlıq kasıblıqdan irəli gəlmir. Amma yenə də məktəblilərə baxmaq çox xoşdur. Sifətlərində sol-ğunluqdan, sısqalıqdan, bizim uşaqlardakı yaşıl darman izindən əsər-əlamət yoxdur. Uşaqlar ağ göbələk kimi ca-nıbərk böyüyür, sanki onlar bərk xəmirdən düzəldilib.
– Məktəb bizim ən böyük var-dövlətimizdir, – finlər deyir, – Bizdə siz rusların Ural kömür mədənləri, Sibir qı-zıl yataqları yoxdur. Təbiət öz nemətlərini bizdən əsirgə-yib. Bunun yerini öz enerjimizlə doldurmalı olmuşuq. Və-təndaşlarımızdan verə bildikləri hər şeyi tələb etmişik. Biz məktəbdə gəncləri zavodda ingilis poladını bərkitdikləri kimi saxlayırıq. Məktəblə biz bataqlıqlar arasındakı daş-kəsəyin içində elə bir nisbi rifahlı həyat qura bilmişik ki, Rusiyanın qalan əhalisi buna heç yaxınlaşa da bilmir. Məktəbimizi əlimizdən alsanız, batarıq. Mayasız xəmir ki-mi kütə tökülərik.
Təhsilin ölkədə bu cür geniş yayılması nəticəsində əha-li oxumağa – kitab və qəzet mütaliəsinə öyrəşib.
Abo muzeyində Aksel Hallenin gözəl bir rəsm əsəri var.58 Yoxsul balıqçı koması təsvir olunub. Çılpaq divarlar boyu qoyulmuş kətillər, ağacdan düzəldilmiş masa. Döşə-mədə nimdaş həsirlər. Tavan altındakı çubuqdan çörək əvəzinə quru çovdar yuxası asılıb. Qoca baba həsiri toxu-yaraq təmir edir. Yanındakı kətillərin birində oturmuş, əynində təkcə köynək olan yeddi yaşlı nəvə sözləri güclə tələffüz edərək babasına kitab oxuyur. Ailənin qalan üzv-ləri işdədir. Evdə cəmi iki nəfər var – qoca və uşaq, hər ikisi də kitabladır.
Ölkədə məktəb kimi, qəzet də boldur. Hər bir şəhər-ciyin öz qəzeti var. Vıborqda on səkkiz min sakin üçün dörd qəzet buraxılır: ikisi fin, ikisi isveçcə. Az qala, bütün kəndlərdəki ailələr qəzetə abunədir.
Belə bir misal çəkə bilərəm. Bir kənddə iki əlil adam vardı, hər ikisi də komada yaşayırdı. Biri müqəvva kimi tənha olan ayaqsız qoca kişiydi, o birisi isə on yaşlı nəvə-siylə yaşayan kor qarı. Və bu iki əlil qoca şərikinə bir qə-zetə abunə yazılmışdı. Deməli, nəvə hər gün qəzet dalınca poçta qaçır, nənəsini götürüb qıçları olmayan qocanın ya-nına aparır və qəzeti başdan-axıracan onlara oxuyurdu.
Ona görə burada, hətta xalqın ən yaşlı, ən aşağı təbə-qəsində də fikirlər dərin yuxuya dalmır, quru budaq kimi sınıb tökülmür. İnsanlar öz şikəstliyi ilə barışmır. Özünü heç kimin ümidinə buraxmaq istəmir və “Nə olacaqsa, ol-sun” demir.
Meşədə təzə və canlı çəmənlik yoxdur, burada hamı qurumuş yarpaqların üzərində cücərmiş otların da qədri-ni bilir. Ölkə yaşayır. Təpədən dırnağa kimi yaşamaq istə-yir.
Bu yaxınlarda aşpaz qadın Mina Sillanpyaya59 təhsilini məqalə yazacaq qədər təkmilləşdirdi, güclü işçi qadınlar hərəkatı yaratdı, böyük ictimai çəkisi olan silsilə məsələ-lər qaldırdı, ölkənin siyasi həyatında vacib rol oynamağa başladı və nəhayətdə parlamentə deputat seçildi.
Finlandiyada xalq seymlərinə namizədlər təkcə kişilər-dən ibarət olmur, eynilə qadınlar da millət vəkili seçilə bi-lir.60 Və onlar xalq qanunvericiliyində indiyədək çoxunun göz yumduğu məsələlər barəsində vəsadət qaldırırlar. Ailə, nikah, qadın hüquqları məsələsinə yenidən baxırlar. Bütün Finlandiyada hələ Avropanın heç harasında olma-yan kimi, qadın alverinin qanuniləşdirilməsi rədd edilib. Orada bir dənə də olsun, qanuni qumarxana yoxdur.
Xalqın əyyaşlığına qarşı sərtləşdirilmiş tədbirlər həyata keçirilir. Finlər təbiətcə əyyaşlığa meyllidirlər, amma bu-nu orada açıq göstərmək üçün meydan yoxdur. Finlan-diyada tıxacsız qabları araq ehtiyatı ilə doldurmurlar, ək-sinə, arağı sandığa qoyub, xalqı yoldan çıxarmamaq üçün bacardıqca dərində gizlədir, ağzını qıfıllayırlar. Finlan-diya ərazisində arağı yalnız beş marka qiyməti olan üç litr yarımlıq böyük qablarda ala bilərsən. Bunu da tez-tez almaq olmur. Keçən il Finlandiya seymi ölkə ərazisində spirtli içkilərin, hətta pivənin də satışının qadağan olun-ması barədə qanun işləyib hazırlamışdı. Bu qanun hələ təsdiqlənməsini gözləyir.61
Fin xalqının həm iqtisadi, həm siyasi, həm sosial, həm də intellektual həyatı, bax, belə gözəl təşkil olunub! Fin-landiyanın və ya finlərin öz vətənini adlandırdığı kimi, “Suomi” sakinlərinin dürüstlüyü isə xüsusi məqalə tələb edir. Kim ki Finlandiyada, yəni Suomidə olmayıb, onda fin dürüstlüyünü çətin başa düşər. Finlandiya kimi ölkəyə siz heç harda rast gələ bilməzsiniz.
Və bütün bunlar gənc Finlandiyanın cəmi yetmiş, sək-sən, doxsan il ərzində inadkarlıqla etdiyinin nəticəsidir.
Mədəniyyətlərinin yüksək dərəcəsi – bütün xalq üçün ümum-milli məsələdir.
SUOMİ
Fin xalqının həyatı ilə bağlı iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Birincisi, Rusiya inqilabına, yəni 1917-ci ilə qədər62 finlərin müstəqil olmamalarıdır; ikincisi isə bu millətin daxilində güclü və liderlik bacarığı olan böyük şəxsiyyətlərin yetişməməsidir. Finlərin sahib ol-duqları yüksək mədəniyyət xalqın öz səyi nəticəsində for-malaşmışdır.
Finlandiya Rusiyanın şimal-qərbində yerləşir. Digər tərəfdən isə İsveçlə qonşudur. 1811-ci ilə qədər finlər İs-veçin əsarəti altında olublar. O zaman isveçlilərin finlərə münasibəti avstriyalıların Voyvodinada63 və Bosniya-Her-soqovinadakı serblərə münasibəti kimi idi. Ya da Osmanlı dövründə rumların bolqarlara münasibəti kimi… Bütün hakimiyyət və iqtidar gücü, ticarət və sənaye, məktəblər, hətta kilsələr belə isveçlilərin əlində idi. Bütün dövlət mə-murları, hakimlər, əsgərlər, rahiblər və müəllimlər isveç-lilərdən ibarət idi. Onlar özlərini üstün gördüklərindən finlərə aşağı irqin64 nümayəndəsi kimi baxır, onlarla bu şəkildə rəftar edirdilər. Finlər isveçlilərlə eyni siyasi hü-quqlara sahib olmamaqla yanaşı iqtisadi və mədəni ba-xımdan da geri qalırdılar.
Bütün bunlar isə onların bir millət kimi inkişafına çox təsir göstərmişdir. XVIII əsrin sonlarında, hətta 1840-ci il-lərə qədər Fin mədəniyyəti havasız bir zirzəmidə bitən çiçək kimi zəif və solğun idi. O dövrdə onların təhsil sə-viyyəsi də çox aşağı idi.
1808-ci ildə Rusiya ilə İsveç arasında müharibə başla-yanda Rus çarı I Aleksandr65 öz ordusu ilə Finlandiya əra-zisinin yarısını işğal edəndən sonra Borgo66 şəhərində bü-tün Suomidən seçilmiş nümayəndələri Fin Milli Məcli-sinə (Seym)67 dəvət etdi. Bütün suomların (finlərin) nüma-yəndələrindən ibarət məclisə bu sual ünvanlanmışdı:
– Bundan sonra İsveçin idarəçiliyi altında qalmaq, yox-sa daxili idarəçilikdə müstəqil olmaq şərti ilə Rusiya tabe-liyinə keçmək istəyirsiniz?
Finlərin nümayəndələri Rusiyaya ilhaq olmağı qəbul etmişdilər. Bunun əvəzində I Aleksandr finlərin İsveçin tabeçiliyi zamanındakı konstitusiyada göstərilən daxili idarəçiliklə bağlı hüquqları ilə kifayətlənərlərsə, o da bu hüquqları tanıyacağını və sadiq qalacağını öz öhdəsinə götürmüşdü.
Finlandiyanın Rusiyaya ilhaq edilməsi hər iki tərəf üçün faydalı olmuşdur. Əslində, Finlandiya yoxsul bir öl-kədir.
Hindistan və Misirin İngiltərə üçün xüsusi əhəmiyyəti var idi. Ancaq Finlandiyanın Rusiya üçün elə bir əhəmiy-yəti yox idi. O, Rusiyanın Krımına, Qafqazına, ya da Tür-küstanına oxşayırdı. Rusiya Finlandiyanı ilhaq etdikdən sonra heç bir iqtisadi səmərəsini görmədi. Əvəzində, bu ölkənin ilhaqı Rusiyanın işinə başqa bir tərəfdən yarayır-dı.
Əsas məsələ Finlandiyanın Rusiyanın paytaxtı Petro-qrada68 yaxın olması idi. Finlandiya sərhədindən qatarla 4 saata Petroqrada çatmaq mümkün idi. Hər hansı bir ölkə ilə müharibə başlardısa, düşmənin Finlandiya vasitəsilə paytaxtı təhdid etmək təhlükəsi var idi. Ona görə də pay-taxtı gözlənilən təhlükələrdən qorumaq üçün Finlandiya-nın işğalı qərara alınmışdı.
Digər tərəfdən isə daxili müstəqillik əldə edən finlər üçün özlərinə məxsus mədəniyyət və sivilizasiya yarat-maq imkanı yaranmışdı.
Rusiya işğalından sonra İsveç xalqının69 da çoxu Fin-landiyada qalmağa üstünlük verdi. Ancaq onlar artıq əv-vəlki kimi ölkənin sahibləri deyildilər.
Bu da Finlandiya mədəniyyətinin inkişafina öz təsirini göstərdi.
İlk vaxtlar ölkənin mədəni inkişafı üçün çalışanların sayı məhdud idi. Ziyalı hesab edilən müəllim, din adamı və gənclərin sayı barmaqla sayıla biləcək qədər az idi. La-kin bu, ziyalıların gücünün azalmasına yox, artmasına sə-bəb oldu.
SNELMAN
Hələ çar I Aleksandrın dövründə fin mədəniyyətini in-kişaf etdirməyə səy göstərənlərin başında Snelman adlı bir nəfər dururdu. Buna görə də həmin şəxsin həyatı və fəaliyyəti barədə bir az məlumat vermək istərdik.
Johan Vilhelm Snelman 12 may 1806-cı ildə Stokholm-da70 anadan olub və 4 iyul 1881-ci ildə isə Danskarbidə71 vəfat edib. Snelman dövrünün elmli şəxslərindən biri, fi-losofu və məşhur siyasətçilərindən idi. Ancaq onu daha çox tanıdan cəhət fin mədəniyyətini yaradan xalq müəl-limi olması idi. Snelman və dostları xalq müəllimləri kimi çalışaraq “Min bir bataqlıq ölkəsi”ni “Ağ zanbaqlar ölkə-si”nə çevirməyi bacardılar.
Finlandiyanın böyük müdriki hesab edilən Snelman bütün həyatı boyu bu həqiqəti həmvətənlərinin şüurları-na həkk etməyə çalışırdı: “Finlandiya hər zaman Rusiya və İsveç tərəfindən işğal edilmə təhlükəsi ilə üz-üzədir. Güclü və imperialist qonşularına qarşı dura bilmək üçün ölkəmiz mədəni və sivilizasiya baxımından onlardan yük-sək olmalıdır”.
Snelman nəşr etdirdiyi Saima72 adlı qəzetdə ölkə əha-lisinə daim bu fikirləri aşılamağa çalışırdı: “Bizim kiçik millətimiz böyük qonşularından daha yüksək sivilizasiya-ya sahib olanda təhlükə sovuşmuş olacaq”.
Finlər milli mədəniyyətlərinin inkişafı üçün uzun illər çalışıblar və bu gün bir çox Avropa ölkəsindən daha yük-sək mədəni səviyyəyə çata biliblər. Artıq onlar üçün bö-yük və kiçik qonşularının hücumları ilə azadlıq və müstə-qilliklərini itirmək təhlükəsi yoxdur.
Snelman yeni yetişən fin ziyalılarının ən gözəl nümu-nəsidir. O, bir ovuc gənc müəllim, din xadimi, vəkil və məmurla birlikdə xalqın təhsil alması, elmin yayılması üçün sanki səlib yürüşü73 elan etmişdir. Sayları çox az olan bir qrup insan isə ziyalılara məhz belə səslənirdi: “Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələri əylənəsi-niz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlardır. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandır-mağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndli-lərə, işçilərə, xalqın aşağı təbəqəsinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Quraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi da-ha sağlam, daha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bil-mək imkanlarını izah edin!
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının sağlamlıqlarını necə qo-ruya biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduğu-nu başa salın!
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və inti-zamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu iş-lərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kö-mürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaş-larınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırası-na daxil etmək sizin vəzifələrinizdir.
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkü-nü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınız-dır.
Bir qrup fin müəllimi, vəkili, məmuru və həkimi ziya-lılara belə səslənib və bu səpkidə yazılar yazırdılar. Snel-man onların arasında işgüzarlığı və həvəsi ilə fərqlənirdi. O, qışda xizəklə, yaz və yayda qayıqla, bəzən isə piyada Finlandiyanı qarış-qarış gəzərək xalqı marifləndirməyə çalışırdı. Meşələrdə və daş karxanalarında çalışan gənc və ya yaşlı ağıllı insanlarla qarşılaşdıqda onlarla söhbət edir, kitablar verir, ünvanlarını alır və hökmən məktublaşırdı. Snelman getdiyi hər qaranlıq məkanda bir çox problem-ləri həll edirdi. Həqiqətləri insanların beyinlərinə həkk etməyə çalışırdı: “Bütün ölkəni suvarmaq üçün bir neçə çay bəs etməz. Ən ucqar yerlərin belə göl, bulaq və çay ki-mi su mənbələrinə ehtiyacı var. Millətin mənəvi susuz-luğu da buna bənzəyir. Hər yerdə millətin başa düşə-düşə içə biləcəyi təzə bulaqlar tapılmalıdır”.
Snelman getdiyi hər yerdə insanların oyanışı üçün on-lara yol göstərir, davamlı əlaqə saxlayırdı. Yazılan mək-tublar ayrı-ayrı adamlar vasitəsilə ünvanlara çatdırılırdı. Snelman göndərdiyi məktublarda bəzilərini qınayır, bəzi-lərinə isə nəsihət verərək qarşılarında yeni vəzifə və öh-dəliklər qoyurdu.
Səfər etdiyi yerlərdə təhsil sahəsində çalışan könüllü-ləri ətrafına toplayaraq onlarla söhbətlər edirdi: “Baxın, çətənədən ip və kəndir necə hörülür? İncə, xam çətənə lif-lərini alıb nazik ip kimi bükürlər, sonra bir hissəsini bəra-bər hörərək qalın ipə çevirirlər. Yenə bu iplərin bir neçəsi-ni birləşdirərək kəndir hazırlayırlar. Bizim işimiz də belə-dir. Ziyalıların dağınıq şəkildə olan güclərini bir araya toplayaraq, iki milyonluq xalqımızı böyük qüvvəyə çevir-məliyik.
Snelman yay tətilində ətrafdakı müəllimləri bir yerə toplayaraq iki-üç həftəlik kurslar təşkil edirdi. Kurslarda yüzdən çox müəllim iştirak edirdi.
Ölkənin ucqar bölgələrində bütün qışı işləyib yorulan müəllimlərin çoxu əslində, peşələrindən və işlərindən razı deyildilər. Kurslara da həvəssiz qatılırdılar. Hətta bəziləri, – “Bu kurslar haradan peyda oldu? Müəllimlərə təhsil vermək nə deməkdir?” – deyərək narazılıq edirdilər. Snel-man bunların hamısını bilir, amma çox təmkinli davranır-dı. O, insanlara bir həkim gözü ilə baxır, – “Xəstələri müa-licə etmək lazımdır”, – deyərək işinə daha böyük həvəs göstərirdi.
Baş verənlərdən bezmiş, yorulmuş müəllimlərə kurs-larda belə müraciət edirdi: “Əziz qardaşlar! Öhdənizə düşən işin necə ağır və yorucu olduğunu bilirəm. Ucqar bölgələrdə hansı çətinliklərlə çalışdığınızı və göstərdiyi-niz səylərin xalq tərəfindən lazımi şəkildə qiymətləndiril-mədiyini də bilirəm. Maddi vəziyyətinizin yaxşı olmadı-ğını da bilirəm. Amma nə edək? Heç vaxt yaddan çıxar-mayın ki, biz milləti oyandırmaq üçün çıxdığımız yolun hələ ki lap başlanğıcındayıq. Yeni təhsil ordusunun öndə gedənlərindənik. Cəhalətlə mübarizədə bütün çətinliklərə sinə gərmək məcburiyyətindəyik. İlk vaxtlar bəlkə də bizi başa düşməyəcəklər. Amma fədakar olmalıyıq. Bəlkə, ara-mızda veriləcək qurbanlar da olacaq. Bu da zəruridir, on-dan qaçmaq mümkün deyil.
Mən sizi fədakarlığa dəvət edirəm. Yalnız özünü fəda etməyə hazır olanları çağırıram. Bağışlayın, açıq demək istəyirəm! Hər peşədə olduğu kimi, müəllimlər arasında da öz peşəsinə yad olanlar var. Onlar müəllimliyə xor baxan iş hərisləridir. Belələrinə dost kimi təklif edirəm ki, bu peşədən uzaqlaşsınlar. Özlərinə başqa iş tapsınlar! Getsinlər tacir olsunlar… Rəsmi qurumlarda məmur işlə-sinlər… Getsinlər ki, daha canlı, daha yüksək ruhlu insan-ların işləməli olduğu belə müqəddəs vəzifələrə layiq olan-lar gəlsin!
Mənim xahişimlə ölkəmizin ən böyük alimləri sizinlə konfrans keçirməyi qəbul ediblər. Onların söyləyəcəkləri fikirlərdən faydalanmağa çalışın. Bu kurslardan məktəb-lərə qayıtdığınız zaman siz də şagirdlərinizə öyrənmək is-təyi aşılayın!”
İbtidai təhsil verən müəllimlərin əksəriyyəti Snelmanın sözlərindən təsirlənərək onun ətrafında toplandılar, cəha-lətə qarşı mübarizədə köməkçisinə çevrildilər. Əksəriyyə-ti öz biliklərini artırmaq üçün yenilikləri öyrənməyə, us-tadlarının göstərdiyi yolla getməyə başladı. Onların hər biri bir müddət sonra ölkədə böyük mədəniyyət və sivi-lizasiya mənbəyinə çevrildilər. Beləliklə də ölkənin hər yerində yüzlərlə böyüklü-kiçikli Snelmanlar peyda oldu.
KİLSƏ
Snelman sevimli suomi xalqının oyanışını yalnız müəl-limlərdən gözləyə bilməzdi. Məmurların, həkimlərin, ra-hiblərin, tacirlərin, müəllimlərin, zabitlərin harda toplan-dığını eşidirdisə ora gedir, onlara həyəcanlı, coşqun nitq-lər söyləyirdi:
– Xalqımızı unutmayın! Hamınız bu xalqın içindən çıx-mısınız. Amma indi nə iş görürsünüz? Savadsız qardaşla-rınızdan qaçırsınız? Yoxsa xalqımızın daha yaxşı bir möv-qeyə yüksəlməsi üçün çıxış yolları düşünürsünüz? Xalqı-mızın oyanması və mədəni səviyyəsinin yüksəlməsi üçün nə iş görürsünüz?
Snelman rahiblərə deyirdi:
– Hörmətli müqəddəs atalar, Kilsənin keşişləri. Sizdən düşməniniz kimi yox, Kilsənin oğlu kimi, dinə rəğbəti olan insan kimi sizdən xahiş edirəm: həqiqətən, öz xal-qınızın keşişi olun! Rahiblər Kilsə məmurları deyil. Sizin işiniz təkcə dini ayinləri keçirməkdən ibarət deyil. Sizin vəzifəniz yalnız Kilsəyə xidmətə nəzarət də deyil. İsa Mə-sih hər şeydən qabaq insanlara dürüst, xeyirxah və əda-lətli olmağı öyrədirdi. İnsanların vicdanını oyadırdı. Ya-xınlara sevgiylə yanaşmağı aşılayırdı. Necə yaxşılıq etmə-yi öyrədirdi. İnsan-heyvanlardan, insan-vəhşilərdən necə Tanrının oğlu olmağı öyrədirdi. Xalqın qarşısına canlı hə-qiqətin canlı moizələriylə çıxın. Öz darıxdırıcı, ürəkbu-landırıcı keşiş dilinizdə danışıb, riyakar meyitlər kimi ölü sözləri səsləndirməyin. İsa Məsih indiki Suomiyə zühur edib, sizin xalqınızla necə danışardısa, siz də elə danışın.
Ey müqəddəs atalar və Məsihin keşiş tayfası, iki mil-yonluq gözüyaşlı fin xalqı adından sizdən xahiş edirəm: ölü sxolastikanızın74 qalın qatını canlı Məsihin üzərindən qoparıb atın və xalqa onun həqiqətlərini öyrədin. Qocalar və uşaqlarda, gənclər və orta yaşlı nəsildə canlı iradəni oyadın və Yevangeliyada deyilən kimi yaşayın.
Finlandiyanın paytaxtı Helsinqforsda xeyli yepiskop vardı. Bunu müzakirə edirdilər:
– Xalq arasında dinin ölüb getməsi;
– Kilsəyə etinasızlıq və ruhaniliyə hörmətsizlik;
– Bunlarla aparılacaq mübarizənin üsulları.
Snelman onların toplantısında məruzə etməyə icazə is-tədi. Əvvəlcə ona imtina edib dedilər:
– Yepiskopların yığıncağı dünya əhlinin yeri deyil. Snelman – ruhani təhsili olmayan insan Kilsənin yüksək iyerarxiyasına nə deyə bilər ki?
Onda Snelman açıq məktubunu Baş Kilsəyə göndərdi:
– Mən sizə nəsə öyrətmək fikrində deyiləm. Mən dün-ya əhliyəm, sizə də geniş və zəngin məbədlərinizin bizim kimilərə niyə soyuq gəldiyindən danışmaq istəyirəm. Xal-qın din və Kilsədən soyuduğunu deyib gileylənirsiz, mənsə bunun niyə baş verdiyindən söz açmaq istəyirəm. Sizdən xahiş edirəm ki, məni xalqın səsi kimi dinləyin, amma siz istəmirsiniz, məni yığıncağa buraxmırsınız. Siz şikayətini dinləmədiyiniz xəstəni necə sağalda bilərsiniz?
Yalnız bundan sonra Snelmanı toplantıya dəvət etdilər. O da yepiskoplara dedi:
– Mən sizi nə nədəsə günahlandırmaq, nə də danlamaq istəyirəm. Elə mənsiz də keşişləri qınayanlar çoxdur. Mən keşişləri günahlandırmıram. Özümü, cəmiyyəti, xalqı gü-nahlandırıram. Keşişlər nə göydən düşür, nə də onları ba-taqlıq küləyi gətirir. Bizim ruhaniyyətimizin qayğısına qalanların da əti ətimizdən, qanı qanımızdandır. Bizim keşişlərimiz necə olmasından asılı olmayaraq – yaxşı və ya pis – elə özümüzə oxşayırlar. Onlar da bizim aramız-dan çıxıb. Ona görə də keşişlərimizi qınayanı eşidəndə dərhal ona sual verirəm: “Bəs sizin aranızda dürüst, vic-danlı tacir neçə nəfərdir? Aranızda dürüst aşpazlar, vic-danlı bənnalar, memarlar, dəmirçilər çoxdurmu? Hansı peşə sahibləri sizi qane edir? Vəkillərinizi, deputatlarınızı, jurnalistlərinizi ölkənin siması hesab etmək olarmı? Nə is-təyirsiniz? Əgər aranızda bircə dənə də olsun, vicdanlı donuzotaran tapa bilmirsinizsə, onda nəyə görə içinizdə keşiş olmadığından gileylənirsiniz? Kilsəniz də elə sizin özünüzsünüz. Eləcə də keşişləriniz sizə oxşayır. Onlar da sizin xəmirdən bişib”.
Mən bura qətiyyən sizi nədəsə günahlandırmağa gəl-məmişəm, – bütün Finlandiyanın yepiskoplarının toplan-tısında Snelman deyirdi, – xəstə həkimin ayağına gedən kimi, mən də sizin yanınıza gəlmişəm. Gəlmişəm sizə de-yəm ki: “Xalq kobuddur. Xalq çox sərtdir. Xalq yalanlar içində boğulur. Xalq tamahkardır. Xalq heç kimi və heç nəyi saya salmır. Xalq heç kimə etibar etmir. Hamıya və hər şeyə şübhəli nəzərlə baxır. Burada dinin yeri haradır? Sizcə, belə mühitdə dini yada salan olarmı? Xalq arasında sadəcə bəzi qədimi Kilsə adətləri və ya xurafatın əlamət-ləri qalıb.
Məgər bunlar xalqın günahıdır? Kim və harda, nə vaxt və necə xalqa dindən danışıb? İsa Məsih, ondan sonra da apostollar özü xalqın arasına gəlirdi. Xalqla sadə, aydın danışırdılar. Misallarla. Pritçalarla. Qəlbləri və ruhları vəcdə gətirirdilər.
Və minlərlə insan Məsihin, İohanın ardınca düşüb səhraya gedirdi… Amma indi böyük bayramlarda belə, məbədlər bomboş olur! Adamlar Kilsə xütbələrindən qa-çırlar. Niyə? Ona görə ki, ölü insanlar xalqın nə ağlına, nə də ürəyinə təsir edə bilməyən ölü söz danışır. Düşünün, bu bəlanı aradan qaldırmaq üçün nə etmək olar? Bu, artıq sizin vəzifəniz, sizin işinizdir.
Sizə deyirəm ki, – Snelman davam etdi, – xalqın ruhu ağır xəstədir. Təhlükəli xəstədir. Din – insanın dünya ilə, başqa insanlarla, sahədəki hər bir otla arasında olan hiss-lərin əlaqəsidir. Əgər bu əlaqə yoxdursa, deməli, nə döv-lət, nə cəmiyyət, nə ailə, hətta insanın özü belə yoxdur. Xalq arasındakı dinsizlik təkcə Kilsənin məsələsi deyil, eyni zamanda, dövlətçiliyə təhlükədir. Kütlənin dinə eti-nasızlığı xalqın təhlükəli xəstəliyinə çevrilə bilər. Yüngül düşüncəli gənclik ağıldankəm liberalizm mütəfəkkirləri kimi nahaq düşünür ki, Allahsızlıq – azad düşüncənin əlamətidir. Allahsızlıq – xalqın inanc yeri, içindəki mü-qəddəsin məhvi deməkdir, bunun nəticəsi isə heyvan in-sanlar, əxlaqsızlıq, mənəviyyatsızlıq, kobud eqoizm, qul-durluq, ədəbsiz daxili intizamsızlıqdır.
Və mən – adi insan sizə – Kilsənin keşişlərinə deyirəm ki: “Tanrı xalqın qəlbində ölməkdədir”. Bu ölümdən qor-xulu nə ola bilər ki? Əgər siz öz qarşınızda, Tanrı və xalq qarşısında dürüst olmaq istəyirsinizsə, ətrafınızda günah-kar axtarmayın. İndiyə qədər (elə indi də) məzhəbçilərin qabağına çıxanı günahlandırdığı kimi, nə elmi, nə fəlsəfə-ni, nə də ziyalılığı günahlandırmayın.
Özünüzü günahlandırın!
Özünüzü sağaldın!
Xalqı necə öyrətməyi əvvəlcə özünüz öyrənin!
Tanrını birinci özünüz axtarın. Öz içinizdə. Özünüz üçün. Yalnız bundan sonra xalqa haqq yolu göstərə bilə-cəksiniz!
Təkrar edirəm: qəlbində Tanrı olmayan xalqın nicatı yoxdur. Kilsənin iyerarxiyası, sizə müraciətimi bu çağı-rışla bitirirəm: “Bizim xalqı xilas edin! Ona Tanrı verin! İnancın ölü formulunu yox, qəlbdəki Tanrının canlı duy-ğusunu bəxş edin!”
Snelman çıxışını bitirib yığıncaq qarşısında yüngül tə-zim etdi. Onun nitqi hərədə bir cür təəssürat buraxdı. Bəzilərini əsəbiləşdirdi. Onlar ucadan deyinməyə başladı:
– Biabırçılıq! Hörmətsizlik! Bu, Kilsəyə təhqirdir! Bizi ələ salmaqdır!
Başqalarısa – toplantıda onların sayı lap çox idi – su-surdu və bu susqunluq Snelmanın sözlərinə haqq vermə-yin etirafı idi. Onlar öz keşmişindən utanıb, eyni zaman-da gələcəyi düşüb sevindilər. Uşaqlıqda Snelmanın müəl-limi olmuş və hazırda yığıncaqda iştirak edən ən ahıl ye-piskoplardan biri natiqə yaxınlaşıb, möhkəm qucaqladı və dedi:
– Çox sağ ol! Köhnə müəlliminin qəlbini şad elədin! İndi deyə bilərəm ki: “Ya Öz qulunu sülhlə yola sal, ya da xilas olması üçün xalqımın gözünü aç!” Tanrı köməyin ol-sun! Xalqı ucalt, onu yaxşıların ən yaxşısı elə! Minnətda-ram sənə!
Yığıncaqdan sonra bəzi yepiskoplar öz yeparxiyasının keşişlərini bir yerə topladı. Onlar Kilsə vaizliyini canlan-dırmaq və ruhaniyyəti xalqa necə yaxınlaşdırmaq barədə uzun-uzadı, ürəkdən müzakirə apardılar. Necə əsl keşiş olmaq mövzusunda söhbət etdilər.
Keşişlər öz aralarında görüşlər təşkil etməyə başladı-lar. Birlikdə Yevangeliya oxudular. Düşüncələrini böyük həqiqətlərin dərinliyinə köklədilər. Sonra bu görüşlərə adi insanları da dəvət etməyə başladılar. Onlarla xalq dilində danışırdılar. Yeni mövzu və yeni məsələlərlə bağlı. Gənc-ləri, uşaqları bir yerə toplayır, onlara təsir etməyə çalışır-dılar. Nə ağılı, nə elmi, nə də həyatın sevincini lənətləmir-dilər, amma xahiş edirdilər ki, həmişə insanlar hər şeydə uşaq qəlbinin dürüstlüyü, gənclik idealizminin hərarətilə davransınlar.
Xalq kütlələri də onları anlamağa, ən yaxşı səviyyəli həyata can atmağa başlayırdılar. Çoxunun ürəyi sakitlə-şirdi. Ruhu dincəlirdi. Gözləri daha geniş və mehribanlıq-la baxırdı.
Snelman və dostları baxıb sevinir, belə deyirdilər:
– Bu da xeyrimizə işlədi. Xalqın aydınlanması məsələ-sində biz yeni və ən dəyərli həmkarlar tapdıq.
TƏLİMÇ İ MƏMURLAR
1816-cı ildə Finlandiyanın Rusiyaya ilhaq edilməsi şərtlərindən biri kimi bu ölkədə yeni konstitusiya qəbul edilmişdi və Finlandiya Milli Məclisi də həmin yeni sənə-də uyğun hərəkət edirdi. Çar I Aleksandr Rusiya idarə-çiliyinə keçən Finlandiyanın yeni konstitusiyasına həm özünün, həm də ondan sonra hakimiyyətə gələnlərin son-suza qədər hörmət edəcəyi ilə bağlı bəyanat vermişdi.
Bir dəfə Milli Məclisin açılışı münasibətilə məmurların yığıncağı keçirilirdi. Bu iclasda Snelman da iştirak etmiş və çıxış edərək İsveç hakimiyyəti dövründən başlayaraq fin məmurlarının fəaliyyət tarixinə nəzər salmışdı. Snel-man məmurlara səslənərək bunları söyləmişdi:
“İsveçlər çox yaxşı, çox ağıllı, çox namuslu və mədəni insanlardır. Mən isveçliləri sevirəm. Onların arasında çox yaxşı dostlarım var. İsveçin hər sahədə müvəffəqiyyət qa-zanmasını çox arzulayıram. Lakin eyni zamanda da, bi-zim unudulmuş və yoxsullaşmış ölkəmizin İsveç haki-miyyəti altından çıxmasına sevinirəm. Xalqımın İsveç dövlətindən deyil, İsveç məmurlarından xilas olmasını al-qışlayıram. Finlandiyadakı İsveç məmurları necə insanlar idilər? Onlar həm Finlandiya, həm də İsveç üçün bir çox narahatlıqlar yaratmışdılar.
İsveçin özündə olan məmurlar isə ağıllı, dürüst və ça-lışqan insanlardır. Ancaq bizim ölkəmizdə belə deyil. İs-veç hakimiyyəti bir çox ölkələrin etdiyi səhvləri təkrar-layır. Ən qabiliyyətli məmurlarını mərkəzə və daxildəki xüsusi əhəmiyyət kəsb edən şəhərlərə rəhbər təyin edir, paytaxtdan kənar, daha ucqar ərazilərə öz məmur sinfinin artıqlarını, ya da cəmiyyətdə mövqeyini itirmişləri (dek-las)75 göndərir.
Hər millətdə olduğu kimi bəzi kübar İsveç ailələrində də ərköyün, tənbəl, bacarıqsız, zərərli, ağılsız, içkiyə me-yilli və cəmiyyətə faydalı olmayan gənclər yetişir. Mək-təblərdən qovulmuş, heç bir ictimai təşkilata qəbul edil-məmiş, heç yerdə iş tapmayan, öz hesabına iş görə bilmə-yən, əslində heç işləmək də istəməyən bu gənclər bir müddət ailədən dolandıqdan sonra onların tapşırığı ilə öl-kəmizə məmur kimi göndərilir.
Bu cür qeyri-ciddi şəkildə təhsil alıb ölkəmizə gələn, sayları min, hətta iki minə çatan İsveç məmurundan bi-zim gələcəyimiz üçün faydalı nə gözləmək olar? Özünüz düşünün. Əksəriyyəti tüfeyli həyat sürən, aldıqları təhsil lisey və ya 2-3-cü sinif səviyyəsində olan, bütün günü vaxtlarını kef və eyş-işrət məclislərində keçirən bu sa-vadsız və işbilməz məmurlar ölkəmiz üçün hansı tale-yüklü məsələləri həll edə bilərlər ki?
Bu məmurlar işləmək istəmirlər. Əslində heç bacardıq-ları iş də yoxdur. Vəzifələrinə qarşı maraqsız olduqları qədər xalqa qarşı da qürurlu, özlərini bəyənmiş insanlar-dır. İşdə olarkən qəhvə içərək, siqaret çəkərək, qəzet oxu-yaraq, dostları ilə söhbət edərək və ya müzakirələr apara-raq vaxt keçirirlər. Bir iş üçün onlara müraciət edən insan-ları isə saatlarla gözlədirlər. Özlərindənrazı, işbilməz mə-murlar insanlara xidmət göstərməli olduqları halda onla-ra qarşı çox kobud rəftar edirlər. Saatlarla gözlədikdən sonra müraciətləri ilə bağlı bir cavab almayan adamlarsa dağılışıb gedirlər. Ancaq saatlarla gözləyənlər yuxulu, məlumatsız, eyni zamanda da hindquşu qədər məğrur olan məmurun qəbuluna düşə bilirlər. Müraciət edən şəxs ağzını açmağa macal tapmamış: “Bu gün çox məşğulam, sabah gəl”, – cavabını alır. Həmin şəxsin israr etməyinin də faydası olmur, – “sabah gəl” deyə sözündən dönmə-yən məmurun qəzəblənməsi isə müraciət edən şəxsin ida-rədən qovulması ilə nəticələnir.
İş vaxtı bitən məmurlar adətən əyləncə məkanlarında dincəlirlər. Bahalı içkilər su kimi axır, qadınlar ətrafinda fırlanır… Məmur da beləcə günün yorğunluğunu (!) ca-nından çıxarmış olur. Təbii ki, bu cür həyat tərzi çox pul tələb edir. Buna görə də xüsusi əhəmiyyətli dövlət işləri bu bataqlıqlarda rüşvətlə həll olunur. Bunları bilənlər isə yüksək səslə hesab soruşmaqdan qorxaraq, ancaq öz ara-larında pıçıldaşırlar.
Xalq ağlayır, inildəyir, şikayət edir, hirslənir, nifrət edir və “Madam ki, dövlət məmurları asan yolla pul qa-zanmaqla məşğuldurlar, biz niyə fürsətdən istifadə etmə-yək?”– deyərək millətin sərvətinı talan etməyə çalışır.
Şükürlər olsun ki, indi məmurların vəziyyəti belə de-yil. Yavaş-yavaş hər dövlət idarəsinə fin məmurlarımızı yerləşdiririk və ya Finlandiyada yaşayan isveçlərdən la-yiq olanları təyin edirik. Bu dövrün dəyərini bilin. Çalış-dığınız qurumda, vəzifədə elə ilk gündən yeni üsullar tət-biq edin. Köhnə iş qaydalarından uzaqlaşın. Tamamilə yeni və vacib üsullara müraciətə çalışın. Elə edin ki, hazır-kı dövlət müəssisələrində korlanmış köhnə idarəçilik for-masından heç bir iz qalmasın. Artıq xalq da bilsin ki, mə-murlar onun xidmətçisidir. İş üçün sizə müraciət edənlər-lə sıxıntı gətirən ağcaqanadlar kimi rəftar etməyin. Əliniz-dən gəldiyi qədər işləri asanlaşdırın, çətinləşdirməyin. Hər kəsə qarşı gülərüz və xoşniyyətli olun. Sonda xalq ba-şa düşsün ki, əgər bir iş sona çatdırılmırsa bu sizin etmək istəmədiyinizə görə deyil, qanuni olaraq edilməsi müm-kün olmadığına görədir.
Bepul matn qismi tugad.