Kitobni o'qish: «Az-Ya»

Shrift:

OLJAS SÜLEYMENOV

AZ-YA

Məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə orijinal bir münasibətə gö-rə əsassız hücumlara məruz qalmışdı. Yalnız son illərdə Qazaxıstanda bu kitabla əlaqədar çıxarılan qərardan sonra o, yenidən işıq üzü gördü.

Kitabdakı tarixi problemlər, abidələrlə bağlı fikirlər və digər məsələlər Azərbaycan xalqının da tarixi ilə üzvi şəkil-də bağlıdır.

QIZILQUŞLAR

VƏ QAZLAR

BİRİNCİ HİSSƏ

“İQOR POLKU DASTANI” TARİXİNƏ DAİR

“İqor polku dastanı” və “Zadonşina”

tarixinin qısa xülasəsi.

1791-ci ildə A.İ.Musin-Puşkin Müqəddəs Sinodun ober-prokuroru təyin edildi. Həmin il avqustun 11-də və II Yeka-terinanın fərmanı ilə Sinoda monastırın arxivlərindən və ki-tabxanalardan rus tarixi üçün dəyərli olan əlyazmaları mü-sadirə etmək icazəsi verildi.

Bu iş A.İ.Musin-Puşkinə tapşırıldı. Təxminən, 1792-ci ildə (dəqiq tarixi bilinmir) o, XVI əsrə aid bir məcmuə əldə etdi. “İqor polku dastanı”nın nüsxəsi də oradan tapıldı.

1812-ci il Moskva yanğını zamanı qrafın evi də, kitabxa-nası da yanıb külə döndü. XVI əsrə aid nüsxə də beləcə məhv oldu. Hazırda elm aləmində Musin-Puşkinin nəşrin-dən və Yekaterina üçün surəti köçürülmüş nüsxədən istifadə edilir.

XVI əsr nüsxəsilə bağlı bu maraqlı əhvalat elə həmin dövrdə rus alimlərində də, əcnəbi mütəxəssislərdə də Das-tanın həqiqiliyinə şübhə oyatdı; güman edilirdi ki, əldə olan nüsxə saxtadır və bunda məqsəd keçmiş dövrlərdən alınmış dəlillərlə Yekaterinanın imperialist siyasətinə haqq qazan-dırmaqdır. Hətta saxta nüsxənin gümana gələn müəllifləri-nin adları çəkilirdi (o cümlədən, Musin-Puşkinin).

Skeptiklər çox əsaslı tarixi və linqvistik dəlillər irəli sürə bilmişdilər. Son iki əsr ərzində dastanın fasiləsiz öyrənilməsi nəticəsində toplanmış bütün ədəbiyyat, əslində, bir məsələyə həsr edilib: “İqor polku dastanı” orijinal əsərdirmi?

Skeptiklərin və müdafiəçilərin mübahisəsi öz məğzi eti-barilə Ostap Benderlə ksendzlərin mübahisəsini xatırladır.

Ostap dedi:

– Allah yoxdur.

Ksendzlər dedi:

– Var, Allah var.

Skeptiklər dastanı bütövlükdə inkar edir, məddahlar ey-ni bir qətiyyətlə onu öpüb gözləri üstünə qoyurlar.

XIX əsrin birinci yarısında, Rusiyada skeptiklər məktə-binin təzəcə yarandığı dövrdə dolayı yolla da olsa, dastanın həqiqiliyini sübut edən bir çox tarixi faktlar hələ məlum de-yildi.

Skeptiklər məktəbinin banisi, “Elm üçün skeptisizmdən dəyərli bir şey yoxdur” şüarını irəli sürmüş M.T. Kaçenovski özünün bu barədə ilk yazısı olan “Rus tarixinin mənbələri haqqında”1 məqaləsində knyaz Oleqlə, İqorun yunanlarla bağladıqları sazişi şübhə altına almışdı. “Rus salnamələrində paralellər” məqaləsində isə müəllif qədim rus xronikaların-dakı bir çox məlumatların həqiqiliyinə şəklə yanaşıb və belə qənaətə gəlmişdir ki, bu məlumatlar sonralar, yəni XVI əsrdə əlavə edilib2.

M.T.Kaçenovski və onun məktəbinin nümayəndələri tə-kid edirdilər ki, faktlar bir-biriylə müqayisə edilməli və “ta-rixi inkişafın ümumi qanunları” əsasında nəticə çıxarılmalı-dır. Sonralar bu məktəbin başqa bir nümayəndəsi N.İ.Nadej-din yazırdı: “Hər bir fakt inandırıcı görünmək üçün öz-öz-lüyündə daxili mühitə malikdir… Bu daxili mühit faktın ta-rixən mümkünlüyünə şərait yaradır… Əgər hər hansı bir fakt bu qanunlara büsbütün ziddirsə, o vaxt ən qədim manus-kript, tənqidin bütün işgəncələrindən uğurla çıxmış ən mötə-bər alim belə məni həmin faktın doğru-dürüstlüyünə inandı-ra bilməz”.3

Qədimliyə belə münasibət zərurətdən doğub. Milli şüu-run inkişafı nəticəsində elm bir çox hallarda rəsmi, saxta və-tənpərvərliyin quluna çevrilir və tarix həqiqətdən uzaqlaş-mağa başlayır. Keçmişə mövcud baxışdan asılı olaraq, faktlar ya düzgün işıqlandırılmır, ya da saxtalaşdırılır.

Bu hal universal xarakter daşıyır. Avropa ölkələri tarix-çilərinin demək olar ki, hamısı bu mərhələdən keçmişdir. Qərbdəki skeptiklər məktəbinin banisi Avqust Şletser reali-yalar əsasında tarixi mənbələrə şəklə yanaşmağın zəruriliyi-ni sübut etmişdir. XVIII əsrdə və XIX əsrin əvvəllərində Ru-siyada xeyli miqdarda saxta tarixi sənəd meydana gəlmişdi. Bunların çoxu spektiklər tərəfindən ifşa edildiyinə görə, elm aləminə daxil ola bilməmişdir.

Skeptiklər məktəbi (bir sıra qeyri-dəqiq praktiki nəticə-lərə baxmayaraq) rus tarixşünaslığının inkişafında müsbət rol oynadı. Elmdə mənəvi mühitin yaranmasına, dəqiq mə-nəvi meyarların təsdiqinə kömək etdi; bunlarsız elm obyek-tiv bilik mənbəyi kimi mövcud ola bilməz.

Skeptiklər vətənpərvər tənqidin olmazın “işgəncələrinə” dözməli oldular. Rus tarixinə olan hədsiz şəkk-şübhəni on-lara bağışlamırdılar, heç indi də bağışlamırlar. Spektiklərin ayrı-ayrı səhvləri, bəzi hallarda ciddi səhvləri (hər bir meto-dun təcrübəsində belə səhvlər labüddür) rəqiblərə imkan verdi ki, onları mühafizəkarlıqda və s. günahlarda ittiham etsinlər.

Artıq XX əsrdə Rusiyada Kaçenovskinin ardıcılları qal-mamışdı və bu məktəbin tənqidi xüsusi xarakter almışdı, yə-ni cavabsız hücumlar idi.

“Xüsusi qeyd etmək lazımdır ki, spektiklər məktəbinin nümayəndələri mühafizəkar, rəsmi dünyagörüşünə malik adamlar idi. Təkcə “parnas köhnəpərəsti” M.T.Kaçenovski deyil, F.Bulqarinin dostu – O.İ.Senkovski, həmçinin M.N. Katkov da öz mürtəce baxışları ilə tanınmışdılar. İ.İ.Davıdov isə bununla məşhur idi ki, Baş Pedaqoji İnstitutun rektoru ol-duğu illərdə onunla N.A.Dobrolyubov mübarizə aparmış-dır”4.

Bilmək maraqlıdır: skeptiklər tərəfindən İ.İ.Davıdovdan da kəskin çıxışlar edən K.S.Aksakov, görəsən, kimin dostu idi və kiminlə mübarizə aparmışdı?!

Halbuki K.S.Aksakov baltanı lap kökündən vururdu. O, belə hesab edirdi ki, “İqor polku dastanı” rus vətənpərvərlə-rinin deyil, əcnəbi saxtakarın əliylə “düzəldilmişdir”.

***

“İqor polku dastanı”nın öyrənilməsinin yeni mərhələsi başqa bir abidənin – “Böyük knyaz Dmitri İvanoviç haq-qında dastan”ın (nüsxələrindən birinə əsasən, əksər hallarda “Zadonşina” adlandırılır) tapılması ilə bağlıdır5. Fərz olunur ki, bu dastan Dmitri Donskoyun Mamay üzərində qələbə-sindən (1380) az sonra yaradılmışdı. Əsərin müəllifi Sofoni – “rezanets” hesab edilir. Belə ki, bütün nüsxələrdə bu ad və ayama qeyd olunub. Bəs bu adın altındakı konkret olaraq kim gizlənib? Bu sual indinin özündə də tədqiqatçılara ra-hatlıq vermir. Onu gah “Ryazan keşişi”, gah “Bryansk boya-rı” hesab edirlər.

B.A.Rıbakov ikinci varianta üstünlük verir: “Bryansk boyarı Sofoni (əlyazmalarda “rezanets” kimi müəmmalı və heç bir məntiqə sığmayan ayama ilə qeyd edilib)”6 məlum-dur ki, axtaları, yaxud zorla sünnət edilib müsəlmanlaşdırı-lan xristianları “rezanets” adlandırırlar. Volqa sahillərində indinin özündə də müsəlmanları “rezanets” deyə çağırırlar.

“Zadonşina”nın əlyazması 1852-ci ildə tapılmışdır. “Za-donşina” ilə “İqor polku dastanı” arasında oxşar cəhətlər o qədər çox idi ki, bu hal məddahları da, skeptikləri də çətin vəziyyətə saldı, həm də hər iki tərəfin əlinə güclü dəlillər keçmiş oldu. Nəhayət, fransız slavisti Lui Leje 1890-cı ildə öz tarixi-ədəbi analizinin nəticələrini çap etdirdi. Onun gəldiyi qənaət bundan ibarətdir ki, “İqor polku dastanı” təqlidi və zəif əsərdir. “Zadonşina” – orijinal və poetik cəhətdən güclü dastandır. O, “Zadonşina”nın kəşfi tarixinə də tənqidi yana-şıb, belə bir fikir yürüdüb ki, bu əlyazma XVIII əsrin axırla-rında aşkar edilmişdir və onun əsasında naməlum saxtakar-lar “İqor polku dastanı”nı yazmışlar7.

Son zamanlara qədər Lui Lejenin fərziyyəsi Fransada prof. Mazon və onun həmfikirləri tərəfindən qətiyyətlə da-vam etdirilirdi.

Professor Mazon yazırdı: “Bu ala-bəzək mətndə dövr və mühitdən savayı heç bir vəhdət yoxdur; dövr – XVIII əsrin axırları, zəfər çalmış Rusiyada II Yekaterina dövrüdür, mü-hit isə ibarətdir qraf Musin-Puşkinin dərnəyi ətrafında toplanmış bir neçə savadlı adamdan, kitabxana işçilərindən, tarixi əsərlərin mütaliəsindən vəcdə gəlmiş kübarlardan, və-tənpərvər olduqları qədər də yaltaq olan bir sürü şəxsdən ki, onlar da yazı-pozuları və nitqiylə öz millətçilik hisslərinə, bir də imperatriçənin siyasətinə nökərçilik edirlər”.8

İki abidənin poetika və leksikasını müqayisə edən A. Mazon bir neçə konkret sual irəli sürdü. Qeyd edək ki, dastanın məddahları bu sualları çoxdan özlərinə verməliy-dilər.

Bir qrup sovet alimi A.Mazona qarşı etirazla çıxış etdi: A.S.Orlov, S.P.Obnorski, N.K.Qudziy, V.P.Adrianova – Pe-rets və s. əcnəbi alimlərdən – A.V.Solovyov, İ.N.Qolenişev – Kutuzov, A.V.İsaçenko. S.Lesnov (Paramonov), R.O.Yakob-son və s. müdafiəçilərin bir neçə cild təşkil etmiş cavabların-da eyni bir dəlil müxtəlif üsul və şəkillərdə təkrar edilirdi. Bu əsas dəlil də ibarət idi dastanın həqiqiliyinə olan sonsuz inamdan!

Halbuki A.Mazonun bir çox sual və qeydləri onlardan ciddi əsaslandırılmış cavab tələb edirdi; məsələn, belə bir qeydi: “Xeyli xristian məzmunlu əsərdə bütpərəstlik ünsür-ləri süni şəkildə gözlənilməz həddə səpələnmişdir”.

Avstraliya alimi S.Lesnov (Paramonov) A.Mazonun ira-dına hamıdan konkret cavab vermişdir. Doğrudur, o, elmi üsluba riayət eləmir, bəzən təsvirçiliyə uyur (sübutlardan az istifadə edir), bununla belə onun cavabları bir çox hallarda digər müdafiəçilərin daha mükəmməl elmi əsaslarla təchiz edilmiş əsərlərindən həqiqətə yaxın olur. O yazır: “Professor Mazon öz təhlilinə aludə olduğuna görə başa düşmək is-təmir ki, Dastandakı bütün bu “xristianlıq” ünsürləri yazının surətini köçürən rahiblərin əlavələridir, çünki dastanda xris-tianlığın üstündən sükutla keçilməsi onları narahat etməyə bilməzdi. Onların əlavələri açıq-aydın seçilir, ələlxüsus, axır-da “xristianlar”dan danışıldığı səhnədə. Yeri gəlmişkən, Dastanda bu məqama qədər xristianlar haqda bircə kəlmə də deyilmir”9.

Bir çox müdafiəçilər A.Mazonun qarşıya qoyduğu prob-lemə tam bir etinasızlıq göstərir. Halbuki bu sualların ca-vabı qədim Rusiyanın mənəvi mühitinin daha mükəmməl öyrənilməsinə kömək edə bilərdi.

Təkrar edirəm ki, Dastanda süni bütpərəstliklə süni xristianlığın qarşılıqlı məsələsini müdafiəçilərin özləri ortaya qoymalı idilər.

Bu da səciyyəvidir ki, A.Mazonun mülahizələrinə ca-vab formasında yazılmış əsərlərdə fransız aliminin kitabın-dan son dərəcə xəsisliklə sitatlar gətirilir ki, bu hal nabələd oxucuda A.Mazonun savadsızlığı və nadanlığına heç bir şübhə qalmasın. Bu mənada D.S.Lixaçovun redaktorluğu ilə çıxmış məqalələr toplusu diqqəti cəlb edir10.

N.K.Qudziy məhz bu topluda öz “məşhur” tezisləriylə çıxış edərək, dastan mətnində olan bütün uyğunsuzluqları, külli miqdarda qrammatik, ədəbi və orfoqrafik səhvləri bir neçə kəlmə ilə “izah etmişdir”. Məkrli “fransızların” və “al-manların” “bic” suallardan bezib usanmış möhtərəm alim, sanki “əl çək” deyərək belə buyurmuşdur: “Mazona da, Un-deqauna da, etiraz olaraq ən əvvəl onu göstərmək olardı ki, Dastanın dili poetik dildir; deməli, o, hamı tərəfindən qəbul edilmiş dil normalarından kənara da çıxa bilərdi, elə çıxırdı da…”11.

Bəzən mənə elə gəlir ki, A.S.Puşkinin “Poeziya gicbəsər olmalıdır” – kəlamını bir çox alimlər hərfi mənada dərk ediblər, hər halda, onların poetik dilə münasibətləri adamda bu təəssüratı oyadır.

… “İqor polku dastanı” ilə bağlı sovet elmi son ildə di-namik sabitlik vəziyyətindədir, bunun da səbəbini elmin gü-cündə deyil, onun ətrafında gedən proseslərdə axtarmaq la-zımdır.

Riyaziyyatçılar deyir: elmi kollektiv o vaxta qədər işlə-məyə qabildir ki, orada ideyalar ziddiyyəti mövcud olsun. Əgər bütün kollektiv bir nəfər kimi “bəli” söyləyirsə, bu, o deməkdir ki, ya mövzunun axırına çıxıblar, ya da kollektivin öz imkanları büsbütün tükənib.

Ölkəmizdə Dastan üzrə mütəxəssislər kollektivi çoxdan fəaliyyət göstərir. Hamısı da bir ağızdan “bəli” deyir. Dasta-nın yaranma tarixinə olan ümumi baxışı az-çox dəyişdirmək cəhdi dərhal lənətlənir12.

Meydanda bir komanda var – hamısı da müdafiəçidir. Hücumçular çoxdan soyunub-geyinmə otağına çəkiliblər. Müdafiəçilər isə çılğın bir oyunu imitasiya edir, guya hansı-sa gözəgörünməz, lakin vahiməli komandaya qarşı gərgin mübarizə aparırlar…

Müdafiəçilərin yozumları, tərcüməçiləri, şərhləri çap olunub, geniş yayılıb və dərsliklərə daxil edilib. On illərlə yı-ğılıb-toplanmış bu biliklərin dəyərinə şübhə ilə yanaşmaq çətindir, bəlkə də, təhlükəlidir. Elm alimdən asılı vəziyyətə qoyulub.

Dastanı bütövlükdə rədd edən skeptiklərdə inam hissi, dastanı bütövlükdə qəbul edən məddahlarda isə sağlam bir skeptik şübhəsi çatışmır.

Tək şübhə hesabına elmi irəli aparmaq mümkün ol-madığı kimi, təkcə inam gücünə də onu inkişaf etdirmək ol-maz. Əks halda tarixi tutya iki dinin – nihilizmin və vətən-pərvərliyin bir atributuna çevrilir. Mənbəni bilmək mənbə-dən nə almaq istədiyini bilməkdən qat-qat əhəmiyyətlidir.

Belə bir şəraitdə elmdə ən dəyərli fiqur skeptik olur. Onu qoruyub saxlamaq elmin ömrünü uzatmaq deməkdir.

Müdafiəçilər fəhmlə də olsa bunu anlayırlar, buna görə xaricdə özlərinə bir rəqib tapıblar. Mədhiyyə əsərlərində – “Mazonu qoruyaq!” istəyi aydınca görünür. Skeptik – neş-tərli arıdır. Yalnız nadan bağban bu arını qoruq sayılan gül bağçasından qova bilər. Məhz arı gülzarlığa soxularaq çi-çəkləri mayalandırır. Qiymətli çiçək şirəsini tüklücə quldur-dan qorumaqla gələcək məhsulu məhv etmiş olurduq.

Əgər riyaziyyat və fizika da belə saxta vətənpərvərlik təzyiqinə məruz qalsaydı, bəşəriyyət indi də kəl arabası sü-rürdü. Yüz-yüz nida işarəsinin arasında tək-tənha bir sualı görmək – nadir keyfiyyətdir: geniş meydanda bir qoşun pi-yada, tək-tənha bir atlını qəzəb və hiddətlə təqib edir.

S.Lesnov (Paramonov) öz tənqidini müvafiq “üsluba sa-lıb” yazır: “Professor A.Mazonla haqq-hesabı çürütmək və bir də bu məsələyə qayıtmamaq üçün qeyd edək ki, bu tən-qidi heç də professor Mazonu fikrindən döndərmək üçün yazmamışıq! Onun təfəkkür metodu və elmi materialdan is-tifadə üsulları göstərir ki, bu büsbütün ümidsiz işdir. Biz Mazona və onun həmfikirlərinə “Söz”ün həqiqiliyinə şübhə-ylə yanaşmağı əsla qadağan etmirik, belə ki, rəylərin toqquş-masından həqiqət doğur. Biz yalnız buna etiraz edirik ki, professor Mazon “İqor polku dastanı”nı ortabab, əlaqəsiz, süst əsər və s. adlandırır”.13

Bu parçada “biz” – elmi əvəzliyi parlaq fəaliyyət göstə-rir.

“Bəzi dostlarımız bizim tənqidi qeydlərimizin forma eti-barilə çox kəskin olduğunu söyləyirlər. Biz onlara, – “şərə müqavimət göstərmə” prinsipinə üstünlük verənlərin hamı-sına bildirmək istərdik ki: 1) Səbir kasası daşa bilər. 2) Elmdə məsuliyyət hissi olmalı, günahkar mütləq öz cəzasına çat-malıdır!..

Ən pisi odur ki, dastanla bağlı məsələdə hər çeşiddən olan ruslar birləşmişlər: “ağlar”, “qırmızılar”, “yaşıllar” – görünür, onların yekdilliyinin fikir ayrılığından da möhkəm əsası var”14.

Maraqlı müşahidədir.

… Tarix – maraqlandırır, istorioqrafiya – maraq oyadır. Əgər mən desəydim ki, bu dastan müxtəlif yozumlar burul-ğanında fırlanmasaydı da məni bu cür özünə cəlb edərdi – yalan söyləmiş olardım. Bunlarsız o adi muzey əşyasına çev-rilər, son iki yüz ildə rus ədəbiyyatı, incəsənəti və filologiya elminə belə güclü təsir göstərə bilməzdi. Bu iki yüz ildə Dastan üzrə biblioqrafiyada bir neçə yüz adda əsər, məqalə toplanıb. Hamısında da eyni dəlillər təkrarlanır, palçığa düşmüş təkər kimi yerindəcə fırlanır və bu dəlillər çox vaxt elmi olmasa da, həmişə vətənpərvər xarakter daşıyır və bu ədəbiyyata artıq heç bir yanğın qorxulu deyil.

Dastanla bağlı mübahisələrdə bəzən gerçəklik hissi itiri-lir, beyinlər elə qızır ki, hətta ümumbəşəri anlayışlara mü-nasibət də kökündən dəyişilir. Abidənin yalnız, təxminən anlaşılan emosional üst qatlarına alimlərin yozumu və səyi sayəsində ən fantastik donlar geyindirilir, rənglərə boyanır, hətta zəhər rənginə düşür.

“İqor polku dastanı” XVI əsrə aid yeganə nüsxədə bizə gəlib çatmışdır. Dastanın başqa nüsxələri olmuşdurmu? Bu barədə müxtəlif rəvayətlər gəzir. 1948-ci ildə Parisdə çıxan “Русские современники новости” qəzetində (No 186) A.L. imzası ilə bir məqalə dərc edilmişdi:

“Вопросы истории” jurnalı vaxtı ilə nəhəng Sovetlər öl-kəsinin uzaq ucqarlarında tələf olan qədim rus əlyazmaları-nın toplanmasını təşkil etmək haqqında akademik Tixomi-rovun çağırışını dərc etmişdi. Jurnal çoxlu cavab məktubu al-mış və son nömrəsində “Əlyazmalar ardınca yürüş”ü həyata keçirmək kompaniyasına başlamışdır. Məqsəd bu möhtə-şəm ekspedisiyaya geniş ictimai hərəkat xarakteri vermək, mütəxəssisləri, tələbə və şagirdləri və ümumiyyətlə, ölkənin bütün mədəni qüvvələrini bu işə cəlb etməkdir.

Biz öz şəxsi xatirələrimizdən bilirik ki, demək olar hər bir rus evində, ələlxüsus qədim şəhərlərdə, malikanələrdə, yaxud monastırlardakı çardaqlarda, iri-iri sandıqlarda hər cür məktub, sənəd, fərman, əlyazma bağlamaları, əski kitab-lar saxlanılır. İnqilabın ilk illərində böyük arxivlərdə, kitab-xanalarda toplanmış sənəd və kitablar şəhərlərə daşınmış-dır. Lakin qalaq-qalaq əlyazma materialı hələ də yerlərdə qalmaqdadır və bu qiymətli, bəlkə də, rus yazısına abidə olan əlyazmaları toplamaq lazımdır ki, yanğın qurbanı ol-masın.

Akademik Tixomirovun məktubuna cavab olaraq, jurnal alimlərin və arxivşünasların rəylərini dərc etmişdir; onlar şi-mal vilayətlərində, Altayda, Pribaltikada və Qərbi Ukrayna-da axtarış aparmağı xüsusi tövsiyə edirlər…

Lakin ən maraqlı məktub Pskov muzeyinin əməkdaşı L.A.Tvoroqovdan gəlmişdir, “İqor polku dastanı”nın Olo-netsik nüsxəsinin axtarışından bəhs edən bu məktubu həyə-cansız oxumaq olmur. Tvoroqov bildirir ki, professor Troit-ski vaxtı ilə Olonetsk seminariyasında təhsil alarkən məşğə-lələrin birində müəllimin əlində bir əlyazma görmüşdür və müəllim bu əlyazma barədə demişdir: “Bax bu, “İqor polku dastanı”nın başqa bir nüsxəsidir. Özü də çap edilmiş nüsxə-dən genişdir”. Lakin müəllim tezliklə vəfat etmiş və əlyazma yoxa çıxmışdır.

Sonralar Dastanın mətni üzərində işləyən Tvoroqov 1923-cü ildə Petrozavodska gedib çıxmış və orada Olonetsk seminariyasının müəllimlərindən birilə görüşmüşdür. Hə-min şəxs də əlyazmanın mövcud olduğunu və xarakteris-tikasını təsdiq etmişdir.

Bu əhvalatın sonluğu rus mədəniyyəti üçün kədərlidir. Professor Perets danışırdı ki, onun tələbələrindən biri Həş-tərxan bazarında bir kəndlinin bir araba köhnə kağız-kuğu-zu necə satdığının şahidi olmuşdur. Tələbə kağız qalığının içindən bir neçə qədim əlyazma aşkar edir ki, bunların ara-sında “İqor polku dastanı”nın nüsxəsi də var imiş. Lakin əl-yazmanı almağa tələbənin pulu olmur, axırda hansısa bir qa-zax kağız qalağını bütövcə alır, öz arabasına doldurub apa-rır…”

Bu əfsanəvi qazaxın bir arabalıq qədim rus əlyazmasını hansı məqsədlə aldığını söyləmək çətindir. Lakin bir çox qiy-mətli əlyazmaların hansı möcüzə və təsadüflər sayəsində elm aləminə daxil olduğunu bildiyimiz üçün güman etmək olar ki, Həştərxan bazarında baş vermiş hadisəyə bənzər si-tuasiyalarda neçə-neçə əlyazma yoxa çıxmış, məhv olmuş-dur.

Lavrentev salnaməsi kimi nadir nüsxələr müasir oxucu-ya gəlib çatmaya da bilərdi. Musin-Puşkin bu əlyazmanı 1729-ci ildə təsadüfən – Petrovsk komissarı Krekşinin vari-sindən satın aldığı bir qalaq kitabın arasından tapıb əldə et-mişdir.

***

Dastanın yeganə nüsxədə olması qədim rus tarixinin bir para “qeyrətkeşinə” dinclik vermirdi. Musin-Puşkin əl-yazmanı çap etdirdikdən az sonra bir neçə saxta əlyazma peyda oldu. Ümumən, dörd belə saxta nüsxə aşkar edilmiş-di.

Məşhur arxeoqraf, qədim rus yazısının toplayıcısı və mütəxəssisi M.P.Poqodin, A.İ.Bardinin ölümünə həsr etdiyi nekroloqda yazırdı:

“… Mərhum, qədim əlyazmaları, xətləri təqlid etməyin ustası idi. İndi də camaat arasında onun A.İ.Musin-Puşkin və A.F.Malinovski kimi mütəxəssislərin başına necə bir oyun açdığı barədə gülməli bir əhvalat gəzir. Deməli, qraf Musin-Puşkin tarix cəmiyyətinə gəlib heyranlıq və sevinclə bildirir: “Cənablar, misilsiz bir şey əldə etmişəm, möcüzədir, möcü-zə!” – “Gedək bizə, göstərim”.

Hamı yığışıb qrafgilə yollanır, ev sahibi o biri otaqdan saralmış, bozarıb qaralmış perqament dəftəri gətirir… “İqor polku dastanı”nın nüsxəsi. Hamı təəccüblənib sevinir. Təkcə Aleksandr Fyodoroviç (Malinovski) dinib-danışmır.

– Bəs siz niyə dinmirsiz?

– Qraf, dünən mən də buna oxşayan bir əlyazma al-mışam.

– Ola bilməz!

– Düz sözümdür.

– Kimdən almısız?

– Bardindən.

Dərhal xidmətçini göndərib Malinovskinin evindəki əl-yazmanı gətirdilər. Məlum olur ki, hər iki nüsxə bir adamın işidir… savab əməllərini yad edək, Allah ona rəhmət eləsin”.

      Bu cür “zarafatlar” Dastanı əhatə edən şübhələri bir az da qatılaşdırır, tündləşdirirdi.

Əgər Musin-Puşkin kimi mütəxəssis Bardin nüsxəsinin saxtalığını sezməmişdirsə kim zəmanət verə bilər ki, yanmış əlyazma da kiminsə “zarafatı” deyilmiş? Əgər Bardin təkcə bir nüsxəni satmaqla kifayətlənsəydi, bunun mistifikasiya ol-duğu belə tez aşkar edilərdimi? O vaxtlar mürəkkəbin kim-yəvi analizi hələ tətbiq edilmirdi, kağız isə doğrudan da, köhnə, XVI əsrə aid ola bilərdi. Bu cür kağız ehtiyatı monas-tır kitabxanalarında XVIII əsrə qədər qalmaqda idi.

Haqlı suallardır. Əsas suala – “İqor polku dastanı” hə-qiqətən olubmuş, yoxsa bu, XVIII əsrdə düzəldilmiş saxta əl-yazmasıdır? – sualına isə yalnız Musin-Puşkinin çap etdir-diyi mətnini “Böyük knyaz Dmitri İvanoviçin dastanı”nın nüsxə mətnləriylə müqayisə etdikdən sonra dəqiq cavab ver-mək olar.

Müdafiəçilər məhz bu iki kəsişən istiqamətdə fəaliyyət göstərirlər. Heç şübhəsiz xeyli iş görülmüşdür, lakin alınmış nəticələr hətta küll halında da əsas suala konkret cavab ver-məyə qadir deyil.

Bir qoşunluq müdafiəçi əməyinin faydalı iş əmsalının bu qədər aşağı olmasının səbəblərini hekayətimin gedişində de-mişdim, indi qalır işin sırf texniki cəhətini nəzərə carpdır-maq. Bu cəhət də ondan ibarətdir ki, bizim dövrə gəlib çat-mış nüsxənin üzünü köçürmüş XVI əsr nasixinin15 mətnə ya-radıcı müdaxiləsini ya büsbütün inkar edir, ya da bu müda-xilənin payını xeyli azaldırlar. Abidənin dil, üslub və ideya eklektizmi də bundan irəli gəlir.

Nəyin bahasına olursa-olsun özlərini və özgələri Dasta-nın başdan-başa həqiqi olduğuna (yəni XII əsrə mənsub ol-duğuna) inandırmağa çalışan müdafiəçilər vəziyyəti bir az da qəlizləşdirirlər.

Mənə belə gəlir ki, heç olmasa bir faktı olduğu kimi qə-bul etmək lazımdır. – “İqor polku dastanı” ən azı iki zaman kəsiyinin – XII və XVI əsrlərin məhsulu, ədəbi abidəsidir. Bu abidədə protoqrafdan qalan nədir, nasixin verdiyi nədir? “Sünbülü alaq otundan” ayırmağa “Zadonşina” kömək edə bilər. Bu Dastan dahiyanə orijinalın kompozisiyasını və ob-razlarını elə təfərrüatı ilə təkrar edir ki, bir çox hallarda “Za-donşina”nın dəlillərinə daha çox inanırsan, nəinki Musin-Puşkin nüsxəsindəki faktlara. Bəzi poetik obrazları o daha dəqiq ifadə edir. Dastanda olduğu kimi özbaşınalığa yol ver-mir, yəni obrazın leksikasını süni surətdə inkişaf etdirmir.

“Zadonşina”nın müəllifinin qarşıya qoyduğu məqsəd Nasixin məqsədindən xeyli fərqlidir.

Birinci yalnız formadan istifadə edir və buna görə əgər anlaşılmaz, yaxud köhnəlmiş detallara rast gəlirsə, bun-ları sadəcə olaraq buraxır, yaxud müasir vasitələrlə ifadə edir.

Nasix isə məcbur idi ki, formanı da çatdırsın, məzmunu da: özü də elə çatdırsın ki, müasir oxucu bunları anlaya bil-sin. Buna görə o, anlaşılmaz yerləri bildiyi kimi yozur, arxa-izmləri sətirüstü sözlərlə izah edir, türkizmləri (əgər məna-ları ona aydın idisə) öz dilinə çevirirdi. O nəinki dastanın ca-nına bir xristian ab-havası hopdurur, ən kədərlisi odur ki; öz dövrünün ruhuna uyğun olaraq, bəzi parçalara vətənpər-vərlik donu geyindirməyə cəhd edirdi.

Ola bilsin, mən müəyyən mübaliğəyə yol verirəm, lakin qədim freskada rəngli malanın olması sübuta yetirilmiş fakt-dır. Səhvim varsa, daha mükəmməl analiz alətlərindən isti-fadə edən gələcək tədqiqatçılar öz düzəlişlərini verəcəklər.

Hələlik isə, protoqrafı bərpa etməyin bizə məlum olan metodunu sınamaq istəyirəm. “Zadonşina” və Musin-Puşkin nüsxəsi mətnlərində ayrı-ayrı yerlərin bir-birinə tam uyğun gəlməsi sübut edə bilər ki, bu yerlər ya orijinala mənsubdur, ya da dastanın daha qədim və dəqiq nüsxələrinə.

****

Müdafiəçilər bu iki dastan arasındakı formal oxşar-lıqları belə izah edirlər: Sofoni-rezanets Dmitri Donskoyun qələbəsi haqqında povesti qələmə alarkən, “İqor polku das-tanı” onun masası üstündəymiş. “Zadonşina” rusların Kuli-kov çölündə Kayaladakı məğlubiyyətin əvəzini necə çıxdı-ğından bəhs edir. Bu əsər, bir növ, “İqor polku dastanı”na cavab şəklində yazılmışdır.

Bu sxemin bütün suallara cavab verməyib yenilərini do-ğurduğuna baxmayaraq, mən ümumən onunla razılaşıram. Bu sxemə istinad etmirəm, lakin çox mümkün bir variant ki-mi ona qayıdıram.

… “Zadonşina” necə yaranıb? Variantlar çoxdur. Bun-lardan biri üzərində dayanaq, xəyalımıza güc verək.

“Dastan” dramında, mənim fikrimcə, əsas dörd surət iş-tirak edir: Müəllif, Nasix, Sofoni-rezanest, Tədqiqatçı (bu ad altında müdafiəçinin ümumiləşdirilmiş obrazını fərz edək).

Dramın birinci pərdəsinə baxaq.

II pərdə. Hadisənin cərəyan etdiyi yer – Cənubi Rusiya.

Zaman – 1240-cı il. Batı ordaları Kiyevi işğal edib. Knyaz və monastır kitabxanaları yandırılıb. Salamat qalmış kitablar şimal vilayətlərinə daşınır. Bunların arasında “İqor polku dastanı”nın bir neçə nüsxəsi var. XIII əsrə aid bu nüsxələr hələ ki, orijinala xeyli yaxındır. Dünyəvi məzmunda olan di-gər ədəbi nümunələr kimi bu nüsxələr də çox güman knyaz, yaxud boyar kitabxanalarında saxlanılırdı. Bu növ ədəbiy-yatı şeytan əməli, küfr sayan kilsə xadimlərində yəqin elə bir maraq oyatmırdı. (Güman etmək olar ki, monqol-tatarların gəlişindən əvvəlki dövrlərdə də, kilsə büt-Allahların tərən-nüm edildiyi, yaxud özündə xristianlıqdan öncəki dinlərin terminlərini daşıyan neçə-neçə qədim rus ədəbiyyatı nümu-nəsini məhv etmişdir. Onu demək kifayətdir ki, “veşşi” (müdrik) kimi geniş yayılmış sözə belə qadağa qoyulmuşdu, çünki bütpərəst kahinlərə tətbiq edildikdə bu söz “sehrbaz”, “ovsunçu” mənasını alırdı. “Keçmiş illərin povesti”ndə tarixi Oleq Veşşi adı xüsusi bir qeydlə verilmişdir: “Və Oleq “Veş-şi” adlandırırdılar, çünki bu adamlar bütpərəst və cahil idilər”.

“Sehrbazların döyülməsi” dövründə bütpərəstlik “iyi” gələn əsərlərin “üzü” yuyulur və perqamentdən “düzgün” əsərlərin yazılışı üçün istifadə edilirdi. Kilsə qədim rus bədii ədəbiyyatına Batının yanğınlarından heç də az ziyan vurma-mışdır.

Beləliklə, Rusiyanın cənub şəhərlərindən, dağıdılmış knyaz kitabxanalarından salamat çıxan əlyazmalar şimal-şərq monastırlarına aparılır və kilsə nümayəndələrinin əlinə keçir. Dini kitablar üçün yazı materialının qıtlığı Dastanın bəzi nüsxələrinin taleyində həlledici rol oynaya bilirdi. Onun tarixi məzmunundan və poetikasının ayrı-ayrı məqamların-dan, yəqin ki, salnamələrin və dünyəvi məzmuna malik bəzi əsərlərin üzünün köçürülməsi və redaktəsi zamanı istifadə olunurdu. Qeyd edək ki, “bitərəf”, yaxud mühüm tarixi məzmuna malik bəzi ədəbiyyat nümunələri qorunub saxla-nılırdı.

“İqor polku dastanı” isə az tanınmış, elə bir nüfuzu ol-mayan Novqorod-Seversk knyazının əməllərindən, özü də xeyli kədərli hadisələrdən bəhs edirdi. XIII əsr ruslar üçün ağır məğlubiyyətlər dövrü idi, bütün “cəbhələrdə” çölçülərə basıldıqları bir dövrdə bu cür kədərli məzmuna malik əsər-lərə çətin ki, müsbət münasibət olardı. Belə əsərlər vətən-pərvərlik tərbiyəsində əsaslı rol oynaya bilməzdi, deməli, la-zım deyildi, bəlkə hələ ziyanlı idi. Xristian silahını vəsf edən, “poqanı”lar üzərindəki qələbələrdən dəm vuran əsərlərə eh-tiyac vardı. Bax, elə bu səbəblərə görə “İqor polku dastanı” da faydasız sayıla bilərdi.

XIV əsrdə şimal-qərb monastırlarında dastanın olsa-olsa iki-üç nüsxəsi qalmışdı.

III pərdə. Fəaliyyət yeri – Moskva monastırlarından biri. Zaman – 1380-ci ildən az sonra. İştirak edənlər – Sofoni-re-zanets. Yaradıcı – istehsalat xasiyyətnaməsi: salnamələrin üzünü köçürən rahib, öz dövrünə görə kifayət qədər savad-lıdır, kitab həvəskarıdır, bədii yaradıcılığa meyli var, bu me-yil çoxillik məşqlər – köhnə əlyazmaları köçürmək və re-daktə etmək nəticəsində yaranıb; ondakı təqlidçilik qabiliy-yəti də elə məşğələlərin sayəsində tərbiyə edilib, lakin oriji-nal bədii istedada malik deyil. (Dəqiq bilmirəm, ancaq yəqin ki, incəsənət aləmində “kapelmeyster musiqisi” anlayışı mövcuddur. Birisi ömrü boyu nəfəsli orkestrə rəhbərlik edir və günlərin bir günü dizini yerə qoyub öz simfoniyasını ya-zır. Lakin musiqi onun qəlbindən çox qulaqlarında səsləndi-yinə görə, “Amur dalğaları” və dəfn marşları parçalarından quraşdırılmış bir “həftəbecər” alınır. Bəzi bəstəkarlar bu sa-hədə “kamillik” zirvəsinə yetirdilər).

Sofoni monastır kitabxanasında bütpərəstlik ruhunda yazılmış köhnə əlyazma tapır. Əsərin ədəbi üslubu onun əsl söz sənəti haqqındakı təsəvvürünə tam uyğun gəlir. Lakin fabulası ideyası və məzmunu Sofoninin dünyabaxışı, müasir hadisələr və dövri Rusiyanın əhvali-ruhiyyəsi ilə kəskin zid-diyyət təşkil edir. Bununla da əlyazmanın taleyi həll olunur.

Sofoni savadlı, çox oxumuş bir adam kimi başa düşür ki, Dastan geniş yayılmayıb və heç yayıla da bilməzdi. O, özü indiyədək bu əsər haqda heç nə eşitməmişdir. Başa düşür ki, bu nüsxə (bəlkə də, bunun orijinal olduğunu zənn edir) yan-dırılmış Kiyevdən gətirilmişdir. O əmindir ki, bu, yeganə nüsxədir. Anbara yığılmış və güman ki, XIII əsrdən bəri əl dəyilməmiş kitab qalağında ondan savayı bu əlyazmanı se-zən olmayıb, olsaydı çoxdan üzü silinərdi. Sofoni, bəlkə də, anbarı belə bir praktiki məqsədlə yoxlamışdı – qeyri-dini məzmunlu kitab tapıb perqamentindən öz işi üçün istifadə etsin. Əlyazmanı oxuduqdan sonra Sofoninin ağlına gəlir ki, müasir məzmunda belə bir şey yazsın. Kulikov hadisəsi hələ də onun xəyalına qol-qanad verirdi.

Dastan Don astanalarında rusların köçəri türklərlə vu-ruşundan bəhs edir. (Bizim hekayət Don uğrundakı döyüş-dən olacaq).

Dastan rusların köçəri türklər tərəfindən necə basıldığını təsvir edir. (Bizim hekayət qələbə haqqında olacaq).

Dastan – zavallı knyaz İqor haqqındadır (hekayətimiz – böyük knyaz Dmitri haqqında olacaq).

Başqa iş üçün nəzərdə tutulmuş ehtiyat perqament üzə-rində o, “Dmitri Donskoyun dastanı”nı (“Zadonşina”) yaz-mağa başlayır. Yanındakı qüdrətli nümunə əsasında. Bu əl-yazmanın mütləq silinəcəyinə arxayın olduğundan Sofoni-rezanets qorxu-hürküsüz onun “dərisini” soymağa, məhvə məhkum edilmiş nəhəngin canlı toxumalarını və üzvlərini öz əsərinə köçürməyə başlayır.

…Əgər Sofoninin azacıq belə şübhəsi olsaydı ki, qarşı-sındakı yeganə nüsxə deyil, Dastanın rus ədəbiyyatında müstəqil həyatı olacaq (özü də necə”) onun poetikasından bu cür açıq-aşkar bəhrələnməyə, üstəlik oğurluq əsərə imza-sını qoymağa heç vaxt cəsarət etməzdi.

“…Zadonşina” yerinə düşdü. Sofoni-rezanetsin adını şöhrətləndirdi. Neçə-neçə nüsxəyə köçürülüb (əsla bizə çat-masa da) geniş yayılıb. Lakin Sofoni bir daha əsər yazmadı. Görünür müvafiq nümunə olmadığına görə.

Üçüncü pərdəyə əlavə.

Sovet ədəbiyyatşünaslığında “Zadonşina”nın yaranma nəzəriyyəsi başqa cür təsəvvür edilir: XIV əsrdə “İqor polku dastanı”nın onlarca, yüzlərcə nüsxəsi vardı. Geniş yayılmış-dı, üslub gözəlliyi və yüksək amalına görə xalq tərəfindən sevilirdi. Geniş xalq kütlələri o vaxt da əsərin ədəbi dəyər və əzəmətini yaxşı dərk edirdi. Əsərin sadiq pərəstişkarların-dan bir də “Bryansk boyarı Sofoni Ryazanski” idi. Abidənin gözəlliyindən ilhama gələn bu Sofoni dizini qatlayıb cavab əsərini yazır və nümunəyə bəslədiyi böyük hörmət hissinə görə onun poetikasını öz əsərinə köçürür.

“Zadonşina”nın oxucuları və dinləyiciləri sevilə-sevilə oxunan hər iki əsəri həyəcan içində müqayisə edir, doğma ədəbiyyatın iki əsr ərzində qət etdiyi məsafəni xəya-lən gözdən keçirib qürrələnirlər…

Akademik B.A.Rıbakovun izahını oxuyanda qarşında təxminən belə bir mənzərə canlanır. O yazır:

“Dmitri Donskoyun qələbəsi Don uğrundakı döyüşdən az sonra Sofoni Ryazanetski tərəfindən yaradılmış “Zadonşi-na” əsərində vəsf edilmişdir. Elə ilk sətirlərdən müəllif “İqor polku dastanı”ndan sitatlar gətirməyə başlayır, ondan il-hamlanaraq, özünü onun təntənəli ahənginə sazlayır. Yəqin ki, “Zadonşina”nın oxucuları da, dinləyiciləri də “İqor polku dastanı”na yaxşı bələd imişlər və Kulikov döyüşü haqda nəğmə üçün necə bir dahiyanə nümunə seçildiyini layiqincə qiymətləndirə bilərdilər. Onun (müəllifin – O.S) “İqor polku dastanı”ndan daim bəhrələnməyi, dastanın poetikasına vur-ğunluğu, seçdiyi nümunənin təntənəli möhtəşəmliyi, 1180-ci illərdə ömür sürmüş naməlum kiyevlinin dahiliyinə, onun nəcib məramına duyduğu dərin ehtiram hissiylə izah edilə bilər”.

Toy sağlığına oxşayan belə təntənəli bəyanatlar onsuz da mürəkkəb məsələni bir az dolaşdırır.

IV pərdə. Fəaliyyət yeri – Pskov monastırlarından biri. Zaman – XV-XVI əsrlər. İştirakçılar: kitabların üzünü köçü-rən naməlum rahib. Yaradıcılıq xasiyyətnaməsi: əla redak-tordur, şərik müəllif bacarığına malikdir (dünyəvi ədəbiy-yatları köçürənlərin hamısı üçün xarakterik keyfiyyətdir). Süjetin yalnız başlanğıcı əvvəlkilərin eynidir.

…Rahib monastır kitabxanasındakı nüsxələri saf-çürük edir. Müharibə illərində cənubdan gətirilmiş əlyazmalar da burada saxlanılır. Rahib dini ədəbiyyatların üzünü köçür-mək üçün perqament axtarır. Perqament isə hələ də çatışmır. Artıq Rusiyada yeni yazı materialları – kağız işlədilir. Lakin bu, dini ədəbiyyata layiq material deyil. Nisbətən ucuz olsa da, perqamentdən davamsızdır. Bununla belə kağız istehsa-lı qədim rus ədəbiyyatını tam məhv olmaqdan xilas etmiş-dir). İndi rahibi dünyəvi ədəbiyyat da maraqlandırır. Özü də təkcə onu yox. Rusiyanın hər yerində qədim ədəbiyyata ma-raq gündən-günə artır. İndi qeyri-dini mətnləri dərhal silmir, əvvəlcə kağızı köçürürlər.

Rusiyada savadlıların sayı durmadan artır. Hətta ka-ğızdan hazırlanmış kitablar da yaxşı qiymətə gedir, monas-tırlara (o dövrün nəşriyyatları) böyük gəlir gətirir.

Anbarlarda uzun illər baxımsız qalmış kitablar araşdırı-lır, saf-çürük edilir, qədimi əlyazmalar, toplular, məcmuələr dünya işığına çıxarılır. Doğrudur, bu məcmuələrdə açıq aş-kar qeyri-xristian məzmunda olan yazılara da təsadüf edilir. Lakin varlığa nə darlıq, kağız ki var, azacıq redaktəylə kağı-za köçürüb çoxaltmaq olar…

Perqament qıtlığının həlliylə kilsə senzurası da liberal-laşır, müəyyən güzəştlərə gedir. Həm də siyasi vəziyyət də-yişib. XVI əsrdə qədim rus bütpərəstliyi artıq heç bir təhlükə kəsb etmir. Büt-tanrılar – Perun və Veles, Striboq və Xors xalq tərəfindən büsbütün unudulub, artıq onlar İsa peyğəm-bərlə rəqabətə girə bilməzlər. El mədəniyyətində bütpərəst-liyin bəzi elementləri qalmışsa da, ideologiyaya zidd oldu-ğundan boşluqdan asılı kimidir. Pravoslavlığın gürzələriylə yerlə-yeksan edilmiş əski monolitin bu miskin qalıqları kimi qorxuda bilər?! İndi mövcud ideologiya üçün qulyabanı və damdabacalar da qorxulu deyil. Axı mövhumat – din deyil, maraqlı, gülməli bir anaxronizmdir. Kilsə nümayəndələri bunu yaxşı bilirlər. Elə xristianlığın özü də indi Rusiyada hər bir din labüd olan mərhələdən keçməkdədir – o tədricən vər-dişə çevrilir, adamların canına, beyninə hopur, öz mövqeyini möhkəmlədir.

Əsas rəqibləri məhv etdikdən sonra qalib ideologiya əqi-dəyə, sonra da vərdişə çevrilir. O, eroziyaya uğrayır, qocalır, məişət səviyyəsinə enir, kütləşir. O artıq qıcıqlandırıcı xati-rələrə ehtiyac duyur. Qocalıb əldən düşmüş, piy bağlamış bu hakimi-mütləqə qədim düşmənlərin cisimsiz kölgələri daim özünü təsdiq etmək üçün gərəkdir. Beləcə, din tədricən qəti-likdən azad olur. Onun sönməkdə olan ruhu yalnız küfrdən, bidət cərəyanlardan qida alır. Onlarla mübarizədə öz ömrü-nü uzadır. Onun diqqəti daim həmin istiqamətdədir. Çünki ortodoksal kilsənin nüfuzuna qəsd edən həyati cəsarətli niy-yət və proqramlar orada hazırlanır. Onların kitabları hələ də camaatın gözü qabağında təntənəli surətdə yandırılır. Mə-nasız Veleslər, heç nəyə yaramayan, nə dediyini özü də başa düşməyən Makoşlar isə heç bir proqram irəli sürmür, onlar-dan yalnız boş ad qalıb və onlar kilsə üçün samoyedlərin taxta bütləri qədər ziyansızdır.

…Və rahib “İqor polku dastanı”nın son nüsxəsini tapıb öz masası üstünə qoyur. Üzünü kağıza köçürür, bir neçə nüsxədə hazırlayır. Bu nüsxələrdən birini XVIII əsrdə Mu-sin-Puşkin əldə edir. O biri nüsxə XX əsrdə Peçeroda görü-nüb yox olur. Üçüncüsünü isə Həştərxan bazarından namə-lum bir qazax alıb harasa aparır…

Mavi günəş

Heyvan civiltisi

Dastan bizə şeiriyyəti öyrədir. İllər boyu onu sətir-sətir oxuyub qavradıqca poeziya savadın artır. Rus dili və poeti-kasının canlı dərsliyidir bu Dastan – elə bir dərslik ki, qay-dalarını, düsturlarını özün tapıb qurursan, elə bir dərslik ki, insanlar cansıxıcı qanunauyğunluqlardan yüksəkdə durur. Poeziya – qrammatikanın özünüifadəsi deyil, lakin qram-matik duyum bəzən poeziyanı anlamağa kömək edir.

…İqor və Vsevlodun qoşunları qarşılaşır. Yürüş başlanır:

Тогда въступи Игорь, Князь, въ златъ стремень

И поехо по чистому полю. Солнце ему

Тьмою путь ваступаше: нощь стонущи

Ему грозою птиць убуди: свисть зиеринь

Вы стазби: дивь кличетъ връчу древа…16

Musin-Puşkinin tərcüməsi: “Княз Игорь вступя въ зла-тое стремя. Поехаль по чисеом полю. Солнче своим зат-мениемъ преграждаетъ путь ему, грозная возтавшая ночью буря пробгждаетъ, ревутъ звери стадами, кричит филинъ на вершине дерева…”17

Bir çox mütərcim və tədqiqatçılar bu parçada ilk növbə-də “стазби” sözünün izahını tapmağa çalışır və haqlı olaraq, belə hesab edirlər ki, bu ifadələrin (qeyd etdiyim) mənası bü-töv sətrin bölgüsü zamanı yaranmış bu süni birləşmənin va-sitəsilə aydınlaşdırıla bilər.

V.İ.Stelletski “стазби ” sözünün yozumu ilə bağlı əsas tədqiqatları ətraflı tədqiq etmişdir, – Maksimoviç birinci ola-raq, burada “въеста” (qalxmaq, durmaq) felini görmüş və “би” hissəciyini sonrakı cümləyə aid etmişdir. Onun yozu-muna əsaslanan Potebninin “узбися Дивъ”: düzəlişini V.A.Yakovlev “збисйа Дивъ” (“звисийа” – diksindi, tər-pəndi, həyəcana gəldi və s.) formasında qəbul etmişdir, son-ralar akademik V.N.Perets də həmin nəticəyə gəlmişdir və hazırda bu variantın xeyli tərəfdarı var – D.S.Lixaçov, O.V.Tvoroqov və s.

V.F.Rjiqinin “въеста близ” (qalxdı yerindən) düzəlişi paleoqrafiya mövqeyindən əsassız görünür ədəbi baxımdan da qeyri-təbii, süni təsir bağışlayır.

V.S.Miller, A.A.Potebnya, V.N.Şepkin, V.N.Adrianova-Perets, A.S.Orlov, D.S.Lixaçov, tərcüməçilərdən – A.F.Velt-man, Q.P.Ştorm, N.A.Novikov, L.İ.Timofeyev və başqaları belə hesab edirlər ki, cümlə “въста” feli ilə bitir, yəni, “свист звериный встал” (“heyvan civiltisi qalxdı”), V.Y.Barsov, S.K.Şambinaqo, F.E.Korş və V.Stelletski isə “зби”ni cümləni tamamlayan fel hesab edir və “въеста” sözünü parçalayırlar və “в ста”. Bəs bu “ста” qalığı nəyi bildirir? Burada fikirlər haçalanır: Barsov və Şambinaqo “ста” hissəciyinə “стайа” (dəstə, sürü, qatar), Korş isə “стадо” (sürü, naxır) sözünün qalığı kimi baxırlar. Stelletski ikinci fərziyyəyə tərəfdar çıxır.

Stelletskinin tərcüməsində mətn belə şəkil alır:

нощь стонущи ему грозою

птиць убуди,

свистъ зверинъ ста(да) зби.

Дивъ кличеть връху древа18

Məncə, bu indiyə qədər edilmiş elmi və bədii tərcümə-lərdən ən uğurlusudur. Digər nümunələrdən söhbət açmaq vaxt istəyir və maraqsızdır. Mən etimoloji üsuldan əvvəl struktural metodu sınaqdan çıxarmaq istədim və bu parçanı aşağıdakı şəkildə düzdüm:

Солнце ему тьмою путь заступаше.

Ночь стонщи ему горозою.

1) Птиць убуди свисть.

2) Зверинь выста зби.

Дивь кличеть вьрху древа…19

Müqayisə üçün daha bir təbiət təsvirinə – döyüş ərəfə-sində səhərin açılması səhnəsinə diqqət yetirək:

Долго ночь меркнет

Заря свет запала.

Мъгля поля покрыла.

3) Шекоть славый успе.

4) Говорь галичь убуди20.

Dastanın iki müxtəlif yerindən götürülmüş cümlələrin qrammatik qohumluğu şəxsən məndə heç bir şübhə doğur-mur. Bir-birindən yalnız mübtədanın mövqeyi ilə seçilir, la-kin belə inversiya mümkündür və həm Dastan dövrünə, həm də sonrakı dövrlərə aid rus ədəbi dili tərcüməsində bu cür nümunələrə çox rast gəlmək olar.

1, 2, 3, 4 konstruksiyalarının ümumi quruluş xüsusiy-yətləri:

1. Təyini xəbərdən əvvəl gəlməsi (птичь убуди-зверинъ въста-славий успе-галич убуди);

2. Xəbər felin keçmiş zamanı ilə ifadə edilir (убуди-въста-успе-убуди);

3. Təyin sifətin qısa forması ilə ifadə edilir (птичь-зверинъ-славий-галич).

Quruluş baxımından 1 və 2-ci sətirlər 3 və 4-cü sətirlər kimi bir-birinə tam uyğun gəlir.

Beləliklə, bu nəticəyə gəldim ki, “птичь” çoxlarının dü-şündüyü kimi isim deyil, qısa formalı sifətdir, belə bir qram-matik oxunuşdan slavyan ədəbiyyatı üçün qəribə və yad səs-lənən “свист звериний” (heyvan civilitisi) ifadəsi aradan qalxır. Daha dəqiq və ənənəvi – “птичий свист” ifadəsi pey-da olur. (Hətta Musin-Puşkin də öz tərcüməsində “свист звериний” ifadəsini işlətmək istəməmiş, onu “ревут звери” nərilti, böyürtü ilə əvəz etmişdi).

Mən bu sübutları bir qədər ehtiyatla, tanınmış dilçilərin nüfuzu və adından çəkinə-çəkinə deyirəm. Onları da beləcə Musin-Puşkinin adı və nüfuzu ovsunlamışdır. Bu parçanın “anlaşılmazlığı” heç də sirli “въстазби”dən deyil, apaydın “птичь” sözündən irəli gəlir.

…Aydın olmayan “зби” – mübtədanın yerində durur və çox güman ismə aiddir. Semantik sxemə görə heyvanın çı-xardığı, yaxud hərəkətdən doğan səsin adıdır.

Qədim rus dilində oxşar söz var – зыбь – həyəcan, təş-viş, təlatüm. Müasir rus dilində – зыбь – dalğa, xəfif ləpə. Sözün kökü ukrayna, əski slavyan, slovak, sero dillərində yayılmışdır ( – зиб, зыб, – зеб –, зайб).

Bu mümkün axtarış istiqamətlərindən biridir.

“Зби” artıq bizə və nasixə məlum olmayan paleoqrafik, yaxud nitq nüansının ifadəsi ola bilərdi (зыби, зби). Hələ-liksə mən “зби” – “həyəcan, təşviş” oxunuşunu qəbul edi-rəm. Kobud, hərfi tərcüməsi: “Quş civiltisi oyandı, heyvanlar təşvişə düşdü”.

İzyaslav çarpayıda

Dastandakı bütün anlaşılmazlıqları Musin-Puşkinin aya-ğına yazmaq da düz olmazdı. Belə dolaşıqlıqlar sətirlərin səhv parçalanması nəticəsində də meydana gələ bilərdi. Mu-sin-Puşkinin “etirafına görə, əlyazmadan baş açmaq olduqca çətindir, çünki nə yazı qaydalarına riayət olunmuşdu, nə söz bölgüsünə; istifadədən çıxmış, mənası aydın olmayan sözlər hədsiz çox idi”.

Bütün bunlar əlyazmanın oxunuşunu çətinləşdirdi. Mu-sin-Puşkin novqorodluların knyaz Yaroslava göndərdikləri fərmanı araşdıran Şerbakov kimi kobud bir səhv buraxmaq-dan ehtiyat edirdi (Щербаков “заяц и Миловцы” ifadəsini заячьими ловцами” (dovşan tutanlar) kimi oxumuşdur.

Lakin Musin-Puşkin bütün ehtiyatkarlığına baxmayaraq bütöv sətirləri sözlərə bölərək, Şerbakovun səhvindən heç də geri qalmayan kobud təhriflərə yol vermişdir: “Кь мети əvə-zinə “къмети”, “въ стазби – вста зби”, “мужа имеся” əvəzinə “мужаимься” və s.

Redaktorun anlamadığı sözlər çox vaxt böyük hərflə ya-zılır və şəxsi adlara çevrilirdi. Beləcə “Кощей” – poloves adı, “Урим” – İqorun voyevadası kimi təqdim edilmişdi.

Sözlərin səhv bölgüsü üzündən qurama metaforanın ya-ranmasına səbəb olmuş bir halı nəzərdən keçirək. Musin-Puşkinin səhvlərini düzəltməyə çalışan tədqiqatçılar xeyli səy göstərir, lakin ondan da gülünc-nəticələrə gəlib çıxırdı-lar. Oxucu alimlərin ədəbi duyğusuzluğu nəticəsində bəzi hallarda öz saxtalığı ilə təəccüb doğuran, dastana və ümu-miyyətlə, ədəbiyyata dəxli olmayan obrazlar yaranırdı.

“Единь же Изяславъ сынъ Васильковъ позвони свои-ми острым мечи о шеломы Литовслия, притрепа славу деду своему Всеславу а самъ подъ чрълеными щиты на кроваве траве притрепань. Литовскыми мечи. И схотию на кровать и рекъ: “Дружину твою. Княже, птиць крилы приоде, а звери кровь полизаша”.

Qeyd etdiyim yeri Musin-Puşkin belə tərcümə etmişdi: “На семь то одре лежа произнесъ онъ” (Yataqda uzanıb dedi). Düzəliş verənlər çox idi. Ən maraqlı düzəlişlər bunlar-dır: 1) “И схоти юнак рова тьи рекь”. 21 Bu serb-rus cümləsi-nin təklif edilmiş tərcüməsi belə idi: “И схотел юноша ямы (могилы) тот сказал” – (“Və gənc ölmək istədi, dedi”). Lakin müəllifin lüğətində artıq “юноша” sözü var, deməli, юнак” yaramır. Bununla belə tərsliklərinə davam edirlər: 2) “и схыти юнак рова…” yəni “gənc yer” (qəbir) gizlədi, 3) “и схопи” – yəni uddu, 4) “и схотию на кровать и рекъ” – “и с лювимцем на кров, а тот сказал” 5) “и схотию на кровать и рекъ” – yəni “və öz istəklisi ilə çarpayıya uzandı və dedi”.

Bu mənzərə V.İ.Stelletskini utandırdığından o, cümləni bu cür çevirməyi təklif etmişdir: “И с милою на кровать – yəni, knyaz İzyaslav gənc oğlanla deyil, cavan qızla çarpayı-ya uzandı… ”

Mən “İqor polku dastanı”na illüstrasiyalar çəkməli ol-saydım tədqiqatçıların uydurduğu bütün obrazları rənglərdə əks etdirərdim. Bu epizod da rəssam fırçasına layiqdir

Çöl, qana bulaşmış otlar. Dəbilqələri əzik-üzük litvalı-ların sərili cəsədləri. Geniş çölün ortasında şişləri nikelli tax-ta çarpayı qoyulub. Çarpayıda ehtirasa gəlmiş İzyaslav öz is-təklisiylə (hansının ki, cinsi əlamətləri “əncir yarpağı” ilə üsulluca pərdələnib) uzanıb. Ətrafda isə cəsədlər, cəsədlərin üstündə də qarğalar…

Təklif edilmiş bölgü variantları qrammatik və ədəbi ba-xımdan qeyri-bitkindir.

İlk növbədə qrammatik baxımdan.

Musin-Puşkin bölgüsündə ən azı iki xəbər itirilib. Bun-lar “fərz edirlər”.

O biri bölgülərdə də bu qüsurlar aradan qaldırılmayıb.

2. Hərəkətin başlanmasını bildirən “и” bağlayıcısı Das-tanda bir qayda olaraq feldən qabaq gəlir. N.M.Dılevski bu əlaməti xüsusi qeyd edir: “yalnız bir təsadüfdə başlanğıc “и” feldən qabaq gəlmir – “и с хотию на кровать”22.

Mən İzyaslavla bağlı parçanı epik monolit şəklində gö-rürəm:

Mənim bölgüm:

Единъ же Изяславъ сынъ Васильковъ

позвони своими острыми мечи о шеломы Литовския,

притрепа славу деде своему Всеславу,

а самъ под чръленымя щиты

на кроваве траве, притрепанъ

литовскыми мечи

исхоти юна кров.

А тьи рекъ: Дружину твою, княже,

птиць крилы приоде, а звери кровь

полизаша.

Не бысь ту брата Брячаслава, ни

другаго – Всеволода23.

“Исходить кровью” – bir çox slavyan dillərində sabit birləşmədir. Mənası – “qan itkisindən ölmək”. Görünür “ис-хоти” (istəkli, təxminən məşuq) müəllif uydurmasıdır. Əgər orjinalda oxşar “исходи” olsaydı, nasix heç şübhəsiz ki, bu sözü tanıyar və orfoqrafiyasını saxlayardı.

Həm qrammatik, həm də ədəbi baxımdan bu oxunuş daha dəqiqdir.

Qanlı döyüş meydanındakı dəhşətli çarpayının bu çar-payıda İzyaslavla “qol-boyun” olmuş gənc məşuqun əvəzinə epik mətnin obrazlar sisteminə və üslubuna tam uyğun ha-mının bələd olduğu sadə bir frazeologizm.

ƏLAVƏ

Adama ağır gəlir. Ötən iki yüz il ərzində Dastan üzrə külli miqdarda material toplanmışdır. Bütün bunları müntə-zəm izləmək, əslində, mümkün deyil. Dastan üzrə elmin əsas məcrasından kənarda qalmış köhnə, “əyalət” yazıları isə yalnız təsadüf nəticəsində oxuna bilər.

Bu məqaləni yazandan sonra bir kitabxananın katalo-qunda belə qeyd gördüm: “N.N.Mankovski, “İqor polku dastanı” – Boyan nəvəsinin lirik poeması Jitomir, 1915-ci il”.

Deməli, hələ 50-60 il bundan əvvəl “çarpayıdakı mə-şuqdan” asanca yaxa qurtarmaq olardı. O isə indiyədək çar-payıda, öz işindədir.

ŞAHİN TÜKÜN TÜLƏYƏNDƏ

Günlərin bir günü böyük Kiyev knyazı Svyatoslav Vse-voldiçə xəbər çatır ki, İqorun qoşunu Kayala çayı sahillərin-də darmadağın edilib və poloveslər rus sərhədlərinə yönə-liblər. Svyatoslav öz “qızıl sözünü” söyləyib, öz “doğma yu-vasını” son damla qanınadək qorumaq əzmində olduğunu bildirib.

А чи диво ся, братие, стару помолидити?

Коли соколъ въ мытехъ бываетъ,

высоко птицъ възбиваетъ,

не дастъ гнезда своего въ обиду.

Musin-Puşkinin tərcüməsi:

“Но мудрено ли, братцы, и старому помоледеть? Когда сокол перелиняетъ, тогда онъ птицъ высоко загон-яетъ и не даетъ в обиду гнезда своего” (“Qardaşlar, məgər qocanın cavanlaşması çox qəribədir? Şahin tükünü dəyişən-də quşları yüksəklərə çəkib aparar, yuvasına yaxın burax-maz”).

D.S.Lixaçov bu cümləni qrammatik cəhətdən daha dəqiq tərcümə etmişdir:

Когдо сокол линяет

высоко птиц взбивает,

не даст гнезда своего в обиду24.

Sonra da izahını vermişdir: “В мытах” termini tüləmə dövrünü, xüsusən, cavan şahinlərin tükləndiyi dövrü bildi-rir. Bu, qızılquşun yetkinliyə çatdığına dəlalət edir. Belə qı-zılquşlar öz yuvalarını daha güclü yırtıcı quşlardan (məsə-lən, qartal-berkutlardan) cəsarətlə qoruyur”25.

Bu da V.İ.Stelletskinin izahı:

“Мытъ” yaxud “мыт” – tüləmə, tük tökmə, şahinlərin hər il tükünü dəyişməsidir. Tüləmə şahinin yetkinliyinə və bununla bağlı öz təcrübəsinə dəlalət edir. Müəllif tük atmış qızılquşdan danışır. Tüləmə dövründə olan şahin öz yuvası-nın yanından çəkilmir, onu xüsusi bir çılğınlıqla qoruyur, yuvaya yaxınlaşan hər bir quşa hücum edir”.26

…Alıcı quşlarla ov – ovlardan ən qədimidir.

Belə hesab olunur ki, ovun bu növü Avropaya cənub rus çöllərindən, Asiyadan gəlmişdir. Və yüz illər boyu Almani-ya, Hollandiya, Fransa, İngiltərə, Macarıstan, Polşada hökm-dar və əyanların, bəlkə də, ən sevimli əyləncəsi olmuşdur. Alıcı quşların köməyilə qu quşu, durna, ördək, leylək ovla-maq digər ov növlərindən yüksək qiymətləndirilirdi. Bu sə-bəbdən alıcı quşlar (ələlxüsus şunqar) çox baha idi… Bir çox hallarda sülh müqaviləsi bağlayan knyaz yaxud hökmdar belə bir tələb qoyurdu: “Bundan əlavə on əla şunqar quşu göndərilsin…”

Fransız kralı VI Karl Nikopol yaxınlığında türklərlə uğursuz döyüşdən (1836) sonra öz marşalları de Busiko və de lya Tremoqlyanı cəmi bir neçə şunqar quşunu əsirlikdən qurtara bilmişdi. Burqund hersoqu isə öz oğlunu elə həmin türklərdən bir düjün alıcı quşa azad etmişdi. İvan Qroznı in-gilislərin qılığına girmək ümidiylə onlara rus şunqarlarını hədiyyə göndərmiş, lakin Stefan Batorini belə “mərhəmət-dən” məhrum etmişdi: “Qabaqlar mahir şunqarlarım vardı, heyf kökü kəsildi”.

Rusiyada qızılquşuna həmişə hörmətlə yanaşıblar. Hələ rüriklərin gerbindəki soy emblemi qızılquş olub. Qızılquş ovuna gəldikdə isə bu barədə ilk dəfə XI əsr salnaməsində danışılır. Yaroslav Mudri dövlət qızılquş xidməti təsis et-mişdi, bu işin bir çox mahir ustalarını qulluğa götürmüşdü. Onlar “sokolnik” (quşsayağı) adlanırdı. Sokolniklər saraya yaxın adamlar sayılırdılar. Onların bir çox imtiyazları vardı. Bu işlərə baş quşağası rəhbərlik edirdi. O, hökmdarı əhatə edən əyanlarla bir sırada dururdu” (V.Peskov27).

Bu xeyli faydalı məlumatın fonunda “İqor polku dasta-nı”nda qızılquş ovu ilə bağlı olan və müəllifin bu mövzuya bələdçiliyinə dəlalət edən informasiya daha asan qavranılır: “Тогда пущашеть28 соколовь на стадо лебедей, который дотечаше, та преди песь пояше… Боянъ же, братие, не сколковь на стадо лебедей пущаше, нъ своя вещиа пръсты на живая струны въскладаше: они же сами княземъ сдаву рокотаху”29.

Dastanda qızılquş obrazı dönə-dönə müxtəlif metafora-larda iştirak edir. Mətndə adı çəkilən quşları müqayisə etsək, müəllifin mənsub olduğu mühitin adamlarına ən çox tanış olanı qızılquş idi. Bol və dəqiq təbiət təsvirlərindən hiss olu-nur ki, müəllif təbiət aləminə yaxşı bələdmiş. Buna görə inanmaq çətindir ki, xalq arasında yayılmış ənənəvi bir ter-minin yazılışında səhvə yol versin. Müəllif bilməliydi ki, мыт30 – xəstəlikdir. Tükünü tökən, tülənən qızılquş köməksiz olur. O nə göylərdə uça bilir, nə düşmənləriylə vuruşa bilir, yuvasındaca oturur və öz lələkli Tanrısına yalvarır ki, ona tə-cavüz edən olmasın. Tükünü tüləmə dövründə o büsbütün acizləşir. Ovçular vəhşi qızılquşları məhz belə bir vəziyyətdə yuvadaca tuturlar. Qədim Rusda şunqar ovçularını “по-мытчик” adlandırırlar. Qızılquş ömrü boyu bir neçə dəfə tük atır. İki-üç tüləmədən sonra güclü və döyüşkən quş olur.

İndinin özündə də “üç tüləmə” ifadəsini tez-tez işlədir-lər (“Üç” sayı tüləmənin miqdarını deyil, “döyüşkənlik” an-layışını bildirir). Mətndə “мыт” ifadəsi işlədilib, yəni söhbət tükünü dəyişib qurtarmış quşdan deyil, hələ ki, tüləmə döv-ründə olan qızılquşdan gedir.

Qrammatik forma kontekstin ədəbi mənası ilə ziddiy-yətə girir. Metaforada bir neçə dəfə tükünü dəyişmiş qızıl-quş iştirak etməlidir.

Nasixin əlyazmanın üzünü düzgün köçürdüyünə istər-istəməz şübhə oyanır.

Quşların tükünü tüləməsinə aid ən qədim nümunə XVI əsrə aiddir. Həmin dövrün salnaməsində oxuyuruq: “мытя-еся яко ястреби и поновляются яко орли (qırğılar tükün tüləyir və qartallar tükünü dəyişir”).

V.P.Adrianova-Peters haqlı olaraq yazır ki, “мытиться” sözünün kilsə öyüd-nəsihəti kimi təbiətşünaslıqdan uzaq bir janrda işlənilməsi bu terminin xalq dilində geniş yayıldığını göstərir, əks halda, müqayisənin özü oxucu kütləsi üçün an-laşılmaz qalardı.

XVIII əsrdə Rusiyanın ali dairələrində yenidən qızılquş ovuna maraq oyanır (yəqin ki, bu, çar Aleksey Mixayloviçin həmin ova olan həvəsiylə bağlıdır) və “Урйадник сокол-ничего пути” adlı qəzet çıxır. Elə o vaxtlar “Akira haqqında povestlər” əsərinin bir nüsxəsində deyilir: “Üç dəfə tükünü dəyişmiş qızılquş imkan verməz ki, onu yuvadan götürüb aparasan”31.

Qızılquş ovçularının – “tükünü üç dəfə dəyişmiş qızıl-quş özünü ələ verməz” və qızılquşa baxanların – “üç dəfə tü-künü tüləmiş qızılquş ova hazırdır” kimi müşahidələri, yal-nız XVII əsrdə düstur halını almışdır. Knyaz saraylarında xüsusi qızılquş xidmətlərinin təsis edilməsi – yırtıcı quşların tutulması və öyrədilməsi qədim ənənə idi. Zərb-məsəllər və atalar sözləri artıq X-XI əsrlərdə dilə daxil ola bilərdi.

Əski rus yazısında yunan ənənəsinə görə, rəqəmlər hərf-lərlə göstərilirdi. Özü də kiril əlifbasında yalnız yunan əlif-basından alınmış hərflər rəqəm mənasında işlənilə bilərdi.

Belə ki, orijinal Б (буки) hərfi kiril əlifbasında rəqəm ki-mi işlədilmirdi. Həmçinin Ж (живете) və s. hərflər.

Qlaqolitsada bu prinsipə riayət edilmirdi. Buna görə hər bir hərfin əlifba sırası həm də onun ifadə etdiyi rəqəm idi. Аз-1, буки-2, веди-3, глагол-4, добро-5 və s. Kiril əlifbasın-da: Аз-1, веди-2, глагол-3, добро-4.

Yalnız yota hərfi hər iki slavyan sistemində yunan yazı-sında olduğu kimi 10 rəqəmini bildirirdi.

Yəqin ki, “barmaqsayı” qlaqolitsa prinsipi daha rahat ol-duğundan kiril yazılarında da tətbiq edilirdi. Maraqlıdır ki, V.İ.Stelletski öz tərcüməsinin nəşrində “qlaqolik” səhvlərə yol vermişdir. Musin-Puşkin nəşrində rəqəmlər titlo işarəli hərflərlə verilmişdir: “Dənizdən gələn qara bulud D günəşin qabağını tutmaq istəyir”. II Yekaterina üçün nüsxəni hazır-layan nasix rəqəmin şifrini açmışdır – “dörd günəş”. Yeka-terina nüsxəsinə istinad edən V.İ.Stelletski Musin-Puşkin va-riantında düzəliş etmişdir: “г” günəş. Sonra öz tərcüməsində də “dörd günəş” yazmışdır. Qlaqolik “barmaqsayı” üsulu əsasən Kiril əlifbasında isə г-üçdür.

D.V.Aynalov “Qədim rus ədəbiyyatı tarixinə dair” mə-qaləsində belə bir səhvə yol vermişdir. O, 1141-ci ilə aid Рад-зивил nüsxəsindən belə bir sitat gətirir: “Tabut aparanda sə-mada bəd əlamət peyda oldu, ürəklərə qorxu saldı: г günəş işıq saçırdı”. D.V.Aynalov bu işarəni izah edərək mötərizədə yazmışdır: (“4”). Digər tədqiqatçı Q.İ.İmedaşvili onun bu səhvi üzərində olduqca inandırıcı fərziyyə qurmuşdur. “İqor polku dastanı”nı tərcümədə oxuyarkən: “dənizdən gələn qa-ra buludun dörd günəşin qabağını tutmaq istədiyini” gör-müş və bu “Dörd günəş”i D.V.Aynalovun eyni sayda olan günəşləriylə müqayisə etmişdir. Belə “dərin” müşahidədən sonra “müdrikcəsinə” bildirmişdir: “dörd günəş heç də… uy-durma alleqoriya, rəmz, məcaz deyil, 1185-ci ildə Kayala dö-yüşü zamanı baş vermiş real hadisədir”32.

Öz ideyasından ruhlanan Q.İ.İmedaşvili yumşaq desək mübaliğəyə yol vermişdir: “1185-ci ildə səmada dörd günə-şin peyda olması faktı rus salnamələrində qeydə alınmışdır”. Halbuki nəşr edilmiş salnamələrdən heç birində belə məlu-mat yoxdur.

Qlaqolitsa və kiril əlifbası qaydalarını hətta salnaməçilər də qarışıq salırdılar.

“Rəqəmlərin oxunuşunda tez-tez səhvə yol verilirdi. Ha-zırda məlum olmuşdur ki, qədim kiril əlyazmalarında bir sı-ra hallarda orijinaldakı qlaqolitsa rəqəmləri düzgün tərcümə edilməmişdir. Belə ki, qlaqolitsa mətni köçürülərkən S işarəsi kiril əlifbasının say qaydasına zidd olaraq, “8” kimi (qlaqo-litsa sayına uyğun olaraq) qeyd edilir, halbuki “6” olmalı-dır”.

Paleoqrafların müşahidəsinə görə, hərfi rəqəmə çevir-mək üçün onun üzərində qoyulan “titlo” işarəsi əksər hal-larda itirilir, yarıpozulmuş, yarıçürümüş, çirklənmiş yazı-larda isə nasixlərin gözündən qaçırdı”. (V.N.Şepkin)

Mənə elə gəlir ki, “İqor polku dastanı”nın orijinalında tədqiq etdiyimiz parça belə idi:

“Коли сокол В мытей бывает, высоко ртиць възбива-еть не даст гнезда въ обиду33.

Şifahi zərb-məsəli yazıya alan müəllif “üç” sayını verər-kən, qlaqolitsa qaydasından istifadə etmişdir: aз-1, буки-2, ве-ди-3. Nasix isə titlonu sezmiş ya da əlyazma ona artıq tit-losuz gəlib çatmışdır. Rəqəm yenidən hərfə çevrilmişdir: “в мытей” (tük tökmə). Nasix bu sözü yeni qrammatik situasi-yaya uyğunlaşdıraraq, “веди” hərfinə çatışmayan “ъ” işarə-sini əlavə etmiş və sözü “въ мытех” (tükün tüləyəndə) şək-linə salmışdır. İfadə qrammatik cəhətdən kamilləşmiş, lakin mənasını dəyişmişdir.

GİZLİ MÜTƏRCİM

Onlarca yazıçı və alim “İqor polku dastanı”nı qədim rus dilindən müasir dilə çevirmişdir. Əgər XVI əsr Nasixinin adı bizə məlum olsaydı, heç şübhəsiz ki, mütərcimlər siyahısının başında onun adı durardı. Dastanı öz dövrünün dilinə çe-virməyə birinci o cəhd göstərmişdir.

Ədəbi əsər tarixi şəraitlə bağlıdır, təkrarsızdır. Orijinalla nüsxə arasında tam eyniyyət ola bilməz, orijinalın bütün incə çalarlarını, xüsusiyyətlərini olduğu kimi saxlamaq qeyri-mümkündür. Belə foto dəqiqliyini yalnız nüsxə çoxaldan maşından tələb etmək olar. “İqor polku dastanı”na artıq na-dir bir abidə kimi yanaşan XVII əsrin nasixləri də hələ ki, be-lə surət eyniliyinə nail ola bilməmişdilər.

XVI əsr Nasixinin qarşısında orijinalı foto dəqiqliyi, “səhvləri” bütün təfsilatıyla vermək vəzifəsi durmurdu. “İqor polku dastanı” elm üçün deyil (o vaxt elm hələ yox idi), məişət mütaliəsi üçün nəzərdə tutulmuşdu. Buna görə də Nasixin vəzifəsi çox sadə idi – köhnə povesti XVI əsr oxu-cusu üçün anlaşıqlı etmək. O eyni zamanda həm mütərcim, həm şərhçi idi. Bu da dastandakı tipik xüsusiyyətlərin bədii yenidən dərkinə, o cümlədən anlaşılmaz obrazların başqaları ilə əvəz olunmasına, uydurma fikir və ideyaların yaranma-sına gətirib çıxarırdı.

Ədəbi əsər öz məzmununu ictimai şüurdan alır və onu ünsiyyət vasitəsinin – dilin köməyilə həyata keçirir, belə konkretləşdirmə heç də gerçəkliyi təhrif etmir, ancaq bir şərtlə ki, müəllifin və oxucunun ictimai şüur yönü və ünsiy-yət vasitələri bir-birinə uyğun gəlsin, eyni olsun.

Xalqın ictimai şüuru inkişaf etdikcə, əsərin məzmunu-nun bəzi hissələri köhnəlir, anlaşılmaz olur və yanlış yo-zumlar doğurur: tarixi realiyalar, insanlar arasında münasi-bət xüsusiyyətləri və s. beləcə köhnəlib sıradan çıxır. Dil də inkişaf edir, əsasən stilistikası. Müəllifin işlətdiyi və müasir-lərinin də eləcə qavradığı loru bir ifadə zaman keçdikcə öz xəlqi xarakterini itirir, yaxud büsbütün arxaizmə çevrilir. Bu-na görə müasir oxucu orijinalı təhrif olunmuş şəkildə dərk edir, mütərcim isə ilkin varianta – tərcümə nəzəriyyəsi İrji Levinin dediyi kimi “təhrif olunmamış qavramaya əsaslan-malıdır”.

XVI əsrin oxucusu kimi nasix də XII yüzilliyin orijinalı-nı təhrif olunmuş şəkildə anlayırdı. Müəllifin dialektinə xas olan spesifik ifadələr nasixin qavrayışında konkret ala bil-mədiyindən onun üçün məzmunsuz bir formaya çevrilirdi. O, çox vaxt formaya toxunmasa da, sərəncamında olan bü-tün vasitələrdən istifadə edərək, ona yeni məzmun verməyə çalışırdı.

Əski poetik mətnlərlə iş prosesində ortaya çıxan ən mü-rəkkəb problemlərdən biri orijinaldakı qısa, yığcam ifadə-lərlə tərcümə nüsxələrinə xas geniş təfsirlər arasında olan fərqdən doğur. Burada əksər hallarda eyni bir personaj, ya-xud əşya ən müxtəlif “qiyafələrdə”, bəzən isə yalnız tarix və mifologiya mütəxəssislərinin anlaya biləcəyi eyham və rəmz-lərin vasitəsilə təqdim edilir. Onu da əlavə edək ki, bütün bunlar həzmi-rabedən keçirmək üçün paleoqrafiya ənənəsini də bilmək lazım gəlir.

Mövcud nasix problemini, – təəssüf ki, tədqiqatçının bundan heç xəbəri də yoxdur, – həll edərkən, mütərcimin iş prosesində meydana çıxan bir sıra praktiki məqamlar da mütləq nəzərə alınmalıdır.

Orijinal əsər yaradan sənətkardan təsvir etdiyi gerçək-liyi tam qavramaq, mütərcimdən isə çevrdiyi əsəri tam dərk etmək tələb olunur. Mahir mütərcim həm də səviyyəli oxucu olmalıdır.

…Mütərcimin əsərin ideyasına nüfuz etməsi üç mərhə-lədə keçir.

Birinci mərhələ mətnin hərfən, yəni, filoloji dərkindən ibarətdir. Filoloji anlam mütərcimdən yalnız və yalnız xüsusi hazırlıq və peşə təcrübəsi tələb edir. Bu mərhələdə tərcümə səhvlərinin səbəbləri əsasən aşağıdakılardan ibarətdir.

A. Omonomik səhvlər.

1. Sözün konkret mənasını seçərkən düzgün qərarın qə-bul edilməməsi.

2. Bir sözün oxşar səslənən digər sözlə qarışıq salınması.

3. Əcnəbi sözün oxşar səslənən doğma sözlə əvəz edil-məsi.

B. Kontekstin düzgün mənimsənilməməsi üzündən olan səhvlər:

4. Hər hansı bir sözün əsərin real kontekstinə düzgün daxil edilməməsi (realiyaları anlamamaqdan irəli gəlir).

5. Hər hansı bir sözün müəllif baxışı sisteminə düzgün daxil edilməməsi (əsərin ideyasını anlamamaqdan irəli gə-lir).

İkinci mərhələ müəllif ideyasına nüfuzetmədir. Mətn düzgün oxunarsa, mütərcim dilin üslub xüsusiyyətlərini, yəni – ruhiyyəsini, kinayəli və faciəli çalarları, müəllifin fəal ahəngini yaxud quru fakt təsdiqinə olan meylini duyub dərk etmək imkanı əldə edir.

Üçüncü mərhələ. Ayrı-ayrı dil vasitələrinin və qeyri-tipik motivlərin üslub və məna çalarlarını öyrənməklə, mü-tərcim bədii vəhdətin, yəni əsərdə əks olunmuş gerçəkliyin təzahürlərini: münasibətlərin xarakterini, hadisə yerini, mü-əllifin ideyasını dərk edir. Mətnin belə anlam üsulu nisbətən çətindir, çünki hər bir oxucu kimi mütərcim də sözlərin və motivlərin hərfiliyinə meyl edir. Mütərcimin zəngin təxəy-yülü olmalıdır ki, əsərdəki bədii gerçəkliyi bütün dolğunlu-ğu ilə dərk edə bilsin. Bir replikanın stilistik quruluşundan baş çıxarmaq bir o qədər çətin deyil. Çətin odur ki, persona-jın bütün replika və hərəkətləri əsasında onun xarakteri haq-qında tam təsəvvür əldə edəsən. Rejissor kimi mütərcimdə də fantaziya hissi olmalıdır. O, ilk növbədə orijinalda təsvir edilmiş mühitin realiyalarını, yəni müəllifin yaratdığı ger-çəkliyi dərindən öyrənib duymalıdır ki, onun bütün dol-ğunluğunu, ən incə çalarları ilə birgə tərcümədə canlandıra bilsin.

Mütərcimin mətni başa düşməməyi bütün hallarda iki səbəbdən: əsərdə təsvir edilmiş gerçəkliyi yaxud müəllif ide-yasını təsəvvürdə canlandırmaq qabiliyyətinin olmamağın-dan və orijinalın dilindən doğan, – istər təsadüfi omonimlər olsun, istərsə mətnin həqiqi çoxmənalılığı olsun, – aldadıcı semantik əlaqələrdən baş çıxarmamağından irəli gəlir…”34

Bədii tərcümə nəzəriyyəsinin müddəalarından ona görə bol-bol sitat gətirirəm ki, bunların hamısı bizim nasixin işinə aid edilə bilər. Biz onun hazırladığı nüsxədə tərcümə işinə xas səhvlərin şahidi oluruq: omonimik səhvlərin də, kon-tekstin yanlış mənimsənilməsindən doğan səhvlərin də. Biz görürük ki, mütərcim Dastanı bədii vəhdətdə: Müəllif, İqor, Boyan, Svyatoslav Vsevolodiç, obrazlarını, bu personajların qarşılıqlı əlaqəsini, həmçinin müəllifin türk probleminə olan mürəkkəb münasibətini düzgün dərk edə bilməmiş və nəti-cədə müəllifin əsas ideyası oxuculara təhrif olunmuş şəkildə çatdırılmışdır, – bu səhv nasixin şərh və əlavələrində xüsu-silə qabarıq üzə çıxır.

Tədqiqatçılar nasixin rolunu azaltmağa çalışırlar. Onu əlyazmanı bütün dəqiqliyi ilə köçürən bir şəxs kimi təqdim etmək, görünür, hamı üçün sərfəlidir. Halbuki yaxşı mə-lumdur ki, mexaniki surətdə yalnız dini yazıların üzü çıxa-rılırdı. Hətta əvvəlki nüsxədəki mürəkkəb ləkəsi də sonrakı nüsxələrdə təkrar edilirdi; dünyəvi əsərlər isə köçürülmür, Nasixin dilinə çevrilirdi. O, orijinalı istədiyi kimi ixtisar edir, ona əlavələr yazır, adları yozur, realiyalara izahlar verirdi. Bu janrın çoxaldılmış digər nümunələri kimi “İqor polku dastanı” da belə qismətdən yaxa qurtara bilməmişdir. Və biz istəsək, istəməsək də bu kədərli faktla qarşılaşmalıyıq. Çünki bu, tarixən şərtləndirilib. Nasixlərin “İqor polku dastanı”na qeyri-dini məzmunlu əsərlərdən fərqli şəkildə yanaşdıqlarını düşünməyə heç bir əsas yoxdur.

Biz “İqor polku dastanı”nı iki epoxanın – XII və XVI əsr-lərin dil və poeziya abidəsi hesab etməliyik və nasixə dü-şüncəsiz nüsxə üzü çıxaran kimi deyil, yaradıcı interpretator, redaktor, bəzi hallarda isə orta müəllifi kimi yanaşmağa borcluyuq.

Yalnız belə real münasibət dastanın taleyini düzgün ba-şa düşməyə və mətnini düzgün oxumağa imkan verər. Na-sixin istifadə etdiyi üsulun mexanizmini öyrənəndən, yəni, orijinalın saf toxumunu alaq otundan ayırandan sonra həqiqi mətni bərpa etməyə cəhd göstərmək olar.

Haşiyə: XVIII əsrin nasixi də (Musin-Puşkin) dastanın mətninə bir neçə izah yazmışdır. Bunları asanlıqla ayırmaq olur. Musin-Puşkin tarixə öz sələfindən yaxşı bələd idi: o, nüsxə üzərində işlərkən, heç şübhəsiz ki, daha zəngin mate-rialdan istifadə etmişdi. O, tez-tez dastanın personaliyalarını dəqiqləşdirir. Musin-Puşkin nüsxəsinin bir yerində belə əla-və aydınca seçilir:

Пети было песь Игореви

Того (Олга) внуку.

Yəni, “Oleqin nəvəsi İqorun şərəfinə nəğmə oxundu”. Bu misrada mötərizə təsadüfən salamat qalmışdır. Əgər Mu-sin-Puşkin öz əlavəsini gözə çarpdırmaq istəməsəydi, “Ol-qa” izahı artıq olardı. “Oleqa” (Oleqin) yazmaq kifayətdi ki, mötərizəyə ehtiyac qalmasın: bu yazılış yeni orfoqrafik nor-manı birüzə vermiş olardı.

Digər bu sayaq halların çoxunda Musin-Puşkin mötəri-zələri götürmüş və onun əlavələri müəllif mətninə daxil ol-muşdur. Musin-Puşkin mətndə iştirakını gizləmək istəyirdi. XVI əsr nasixi gizlətmirdi. Onların qarşısında müxtəlif məq-sədlər dururdu.

GÖZƏGÖRÜNMƏZ TÜRKİZMLƏR

Ulu “İqor dastanı”nda sıx otlar kimi

slavyan sətirlərində bitmişdi qıpçaq sözləri.

S.Markov

Burada araşdıracağımız türkizmlər sırasına türk mətni-nin üst qatında olan türk sözlərini daxil etməmişəm. Yaruqa, yapança, ortma, oksamit, xoruqv, çaqa, koşşey, koqan, koto-ra, kramolo və s. kimi mənşəyi bəlli olan dəfələrlə təhlilə çə-kilmiş terminlərin izaha ehtiyacı yoxdur. Bunları sadəcə ola-raq, rus dilinə tərcümə etmək lazımdır. Bu türkizmlərdən bə-zilərinin tədqiqi ilə Melioranski, Korş, Rjiqa məşğul olmuş-lar. Doğrudur, onlar oksamit, xoruqv, koşşey sözlərini dəqiq tərcümə etməmişlər, lakin bu tərcümələrin təhlilinə vaxt itir-mək istəmirəm, baxmayaraq ki, dastanı düzgün anlamaq üçün “koşşey” kimi türkizmin böyük əhəmiyyəti var.

QIZMIŞ KƏL MÜDAFİƏDƏ

Biz dastanda bir neçə kalka hadisəsi ilə qarşılaşırıq. Bu kalkaların bəziləri nasixə məxsusdur (mətndəki dolaşıqlıq-ların bir çoxu məhz bu kalkalarla bağlıdır), digərləri Kiyev Rusu dövrünün ədəbi dilinə aiddir və müəllif tərəfindən doğma sözlər kimi işlədilir – bu sözlər adətən, mətn daxilin-də heç bir təbəddülat oyatmır. Bunlara “elat stol” (aлтын тахт – qızıl taxt), “belya” – gümüş pul (akшa – axca) və s. aiddir.

Rast gəlib tanıdığı hər türk sözünü tərcümə etmək meyli nasixi öz tərcüməsini qrammatik cəhətdən mətndə yerləş-dirmək zərurətinə gətirib çıxarır. Bəzi hallarda o, buna nail olur. Lakin bunu mətnin təhrifi hesabına edir. Əsasən isə be-lə cəhdlər uğursuzluqla nəticələnir. Hiss olunur ki, Nasix türk dilini zəif bilir. Görünür, şivələrdən biri ilə ötəri tanış-dır. Buna görə, o Dastan müəllifinin rus nitqinin gur yerlə-rində işlətdiyi bəzi türk terminlərini tanıya bilməmişdir. O, yalnız topa halında türkizmləri görür. Məsələn, birinci dö-yüşdə alınan qənimətin təsvirində və Yaroslavın hünərlərini sadalayanda olduğu kimi. Ayrılıqda təsadüf edilən “koş-şey”, “yaruqa” kimi sözlər isə XVI əsrin dilinə daxil olmuş-du və tərcüməyə ehtiyac yox idi.

Vsevolodun “buytur” təxəllüsünü də mən nasixin sezə bilmədiyi türkizmlər sırasına aid edirəm. Salnamələr bu knyaza rəğbətlə yanaşır, onun hərbi rəşadətini və igidliyini xüsusi qeyd edirlər. “İqor polku dastanı”nda da onun əsgəri hünərlərinə az yer ayrılmayıb. Görünür müəllif onu təsadü-fən “buytur” adlandırmır. Bu, batır (batur, bootur, boqatur, boqatır) sözünün etimologiyasını başa düşməyi arzulayan türkoloqlar üçün əsl tapıntıdır. “İqor polku dastanı” XIII əsr-dən sonra geniş yayılmış bu terminin praformasının əks olunduğu yeganə abidədir. X əsrin mənbələrində bu termin hələlik yoxdur. O, çox güman XI-XII əsrlərdə qıpçaq mühi-tində yaranmışdır (“buy-ture” – hərfi mənası “bəy”). Volqa türklərinin dil xüsusiyyətlərini daşıyır.

…Игор ждет мила брата Всеволода

И рече ему буйтур Всевлодъ…35

Musin-Puşkinin bu qeyri-adi termini dərk və izah etmə-yə cəhd göstərmişdir: “Буй” – vəhşi, “тур” isə kəl deməkdir. Beləliklə, Vsevolod öz gücünə və igidliyinə görə məcazi mə-nada Buytur, yaxud Kəl adlanır. Yəqin ki, bu iki sözün bir-ləşməsindən sonra “богатыр” sözü yaranmışdı. İqorun kiçik qardaşı Vsevlod Svyatoslaviç öz zəmanəsinin digər knyaz-larını təkcə boy-buxunu ilə deyil, igidliyi və mənəvi keyfiy-yətləriylə də kölgədə buraxmış, böyük şöhrət qazanmışdı”.

Bu, “xalq etimologiyası”nın tipik nümunəsidir. Bəy – Vəhşi Kələ çevrilmişdir. XVI əsr nasixi və “Задоншина”nın müəllifi də bu termini dərk etməmiş və onu səhv yozmuş-dur.

Sonrakı tədqiqatçıların heç biri “buytur”un sabit birləş-mə olduğunu görə bilməmişlər. Nasix Dastanın sonrakı yer-lərində də özbaşına olaraq, “buy” terminini süni müqayisə yolu ilə aldığı“yar” sifəti ilə əvəz etmişdir. Bu onun “buy” epitetini necə yanlış başa düşdüyünü göstərir (“буй”, “буй-ный” – qızğın, coşqundursa, deməli, “ярый” (həmin mənada) – “ярь” olmalıdır).

1) …Ярь туре Всевлоде

стоиши на бороне

2) …камо Туръ поскочяше…

3) … тебе Ярь Туре Всевлоде36

Kompozisiyada “буй-тур” sözünün tez-tez işlədilməsi, görünür, nasixin xoşuna gəlmişdir və o, epitet sarıdan “ka-sad” olan müəllif təhkiyəsini “zənginləşdirmək” xəyalına düşmüşdür. Gördüyümüz kimi bir yerdə o, “epitetdən” büs-bütün imtina etmişdir. Düşünürəm ki, orijinalda bu sətirlər belə imiş:

1) Буйтуре Всевлоде

cтоиши на барони.

2) камо ьуйтуре поскочяше…

3) от тебе, буйтуре Всевлоде…37

Rus knyazının vəhşi öküzlə qeyri-adi müqayisəsi “За-доншина” müəllifinə çox xoş gəlmiş və o, öz əsərində bu epitetdən istifadə etmək qərarına gəlmişdir. Ola bilsin ki, bu epitet ona bir qədər kobud görünürmüş və “яр тур” epiteti daha çox ürəyinə yatırmış. Lakin o vaxt “яр тур”hələ yox idi…

…Fransız tədqiqatçısı Mazon belə hesab edir ki, “буй тур” və “яр тур” ifadələri “İqor polku dastanı”nın XII əsrdə deyil, xeyli gec yarandığına dəlalət edir. Saxtakar müəllif bu obrazları Amerika və hindular haqqında romantik əsərlərin təsiri altında yaratmışdır: “Vsevloda verilmiş bu epitet hin-du ayamalarına oxşayır və Dastan müəllifinin ən təəccüblü uydurmalarından biridir… “Buy” ifadəsi Dastanda bol-bol işlədilir. Etiraf etməliyik ki, “буй тур” da, “яр тур” da ol-duqca saxta səslənən “kəşfdir”. Bəlkə də, Amerika səyahət-lərinə aid əsərlərdə bu ifadələr daha yerinə düşər və orta əsr rus poemasında göründüyü qədər qəribə görünməzdi. “Diş-li” tədqiqatçı bu baxımdan sübut edə bilər ki, hind ayamala-rına oxşayan bu adlar XVIII əsrdə dəbdə olan iki ədəbi cərə-yanın təsiri ilə yaradılmışdır. Bu mənbələrdən biri dəniz qul-durları, o biri isə Amerikaya səyahətlər haqdakı əsərlər-dir”…38

Əgər “буй тур”u rus dilində “буйный бык” (qızmış öküz) mənasında qəbul etsək, bu halda, slavyan poeziyası üçün yad olan ifadə, doğrudan da, şübhə doğura bilər.

A.Mazona etiraz edirlər: qədim rus mətinlərində ara-sıra bu cür ayamalara rast gəlmək olur. Məsələn, voyevoda “Волчий хвост” (Canavar quyruğu), heyvanat aləmindən götürülmüş şəxsi adlara da təsadüf edilir (“Ворон”, “Волк”, “Собока”, “Воробей”, “Бык” və s.)

Zəif etirazlardır. Birincisi, bunlar knyazların adları deyil, aşağı təbəqənin adamlarına verilən ayamalardır. İkincisi, “tur” termini nəinki ayama-ad halında, hətta adi söz kimi də heç vaxt təyinlə bir yerdə işlənilmir. Sabit epitetlər dövründə bu cür müxtəliflik məntiqə sığmır: komon (at) həmişə “yüy-rək”dir, qurd həmişə “bozdur”, qarğa həmişə “qaradır”. Dəniz – mavi, ot – yaşıl, günəş – işıqlıdır.

Bu halda çox da populyar olmayan “tur” – “öküz” hansı xidmətlərinə görə birdən-birə iki epitetə layiq görülüb, özü də belə nadir epitetlərə? Əgər müəllif “буйный” (qızğın, coş-qun) sifətini qısa formada vermək istəsəydi, onda “буй” de-yil, yəqin ki, “буйн”, “буен” işlədərdi.

DƏLİQANLILAR

…Svyatoslav Kiyevski İqoru üç dəfə “buy” kimi təqdim edir. Mənə belə gəlir ki, “buy” Kiyev Rusunda titullar sırası-na daxil olub, knyaz iyerarxiyasında hansısa dərəcəni ifadə edirmiş.

Türk dillərində buy, biy, bay, bey, bəy, boy variantları hökmü və nüfuzu olan şəxslərlə əlaqədar işlədilirdi.

Svyatoslavın “qızıl sözündə” buy epitetindən orijinal tərzdə istifadə edilməsi hallarına rast gəlmək olar. Knyazlara müraciət edərək, onları rus torpağının müdafiəsinə səsləyən Svyatoslav knyazların hər biri üçün müvafiq tərifli epitet ta-pır. Knyazlardan yalnız dördünə nədənsə “sən”lə müraciət edir:

… Ты буй Рюриче и Давыде!.

…А ты буй Романе и Мстиславе!

XVI əsr nasixi necə başa düşürsə, elə də tərcümə edir:

…Ты буйный Рюрик и Давыд!

..А ты буйный Роман и Мстислав39!

Dastanda yaman çox dəliqanlı var. Halbuki, Svyatos-lavdan daha nəzakətli rəftar gözləmək olardı. Müəllif kimi ona da “siz” əvəzliyi yaxşı məlum idi və bu nümunələrdə belə müraciət daha yerinə düşərdi. Mənə belə gəlir ki, məhz nasix knyaz Svyatoslavı ədəbsiz etmişdir.

Orjinalda, yəqin ki, beləymiş:

…А ты буй Рюриче и Давиде!

…А ты буй Романе и Мстиславе!

Bu müraciət türk dilindən hərfən: “adı yüksək” kimi tər-cümə edilir:

…Adı bəy Rürik və David!

…Adı bəy Roman və Mistislav!

Bu nümunə nasixin və onun ardınca bütün tədqiqatçı-ların tətbiq etdikləri xalq etimologiyası metodunun nə ilə nə-ticələndiyini əyani nümayiş etdirir.

“A ты буй” türkizmi öz gözəgörünməzliyi sayəsində qalmışdır: sadəliyi və xoş ahəngi (daha dəqiq desək, slavyan leksamalarına həmahəng olması) termini kalka üsulu ilə tər-cümədən yaxud düzəlişdən xilas etmişdir.

SƏKKİZFİKİRLİLİYİN BƏLASI

Digər türk təyinlərinin bəxti az gətirmişdir. Svyatoslav Qaliç knyazına bu sözlərlə müraciət edir: “ОСМОМЫСЛ ЙАРОСЛАВ!”

Musin-Puşkin bu epiteti izah etmir.

“Осмомысл” epitetinin yozumları ilə V.N.Petersin mə-qaləsindən tanış olmaq olar. Ən uğurlu yozumu F.İ.Pokrov-ski vermişdir. Onun fikrincə, bu təxəllüs “knyaz Yaroslavın dövlət fəaliyyətində onu məşğul edən ən mühüm səkkiz qayğının” bir növ ümumiləşdirilmiş rəmzi idi40”. Müasir şərhçilər V.İ.Stelletskinin izahı ilə də məmnuniyyətlə razı-laşdılar: “Yaroslav görkəmli dövlət xadimi idi, öz natiqliyi ilə ad-san qazanmışdı. “İqor polku dastanı”nın müəllifi bü-tün bunları digər qədim rus abidələrində təsadüf edilməyən “Осмомысл” (yəni, eyni vaxtda səkkiz müxtəlif işlə məşğul olan) epitetində ifadə etmişdir”41. Beləliklə, “Осмомысл” – “Səkkizfikirli” kimi başa düşülmüşdür.

…Qazax eposunda hərbdə və sevgidə, zəhmət və sənət-də, natiqlikdə və elmlərdə öz bacarığı ilə ad çıxarmış igidi ən yüksək mənada tərif etmək istəyində onu “Сегiз кырлы” ad-landırırlar. Bu epitet müasir rus dilinə hərfən “Восмиуголь-ный” yaxud “Восьмигранный” (səkkizkünclü) kimi tərcü-mə edilir.

Əski rus dilinə isə “oсмомыслый” yaxud qısa sifət for-masında “oсмомысл” kimi çevrilə bilərdi.

Yoxlayaq: “Осм” – səkkiz (qədim rus və köhnə slavyan), мыс – künc, tərəf (qədim və köhnə slavyan), лъ – qısa sifət şəkilçisi.

Xalis kalkadır. Müəllif kalkasıdırmı? İnanmıram. Dasta-nın heç bir yerində Svyatoslava aid olan parçadakı (“Svya-toslavın yuxusu”, “Boyarların bu yuxunu yozması”, “Qızıl söz”) qədər çox türk sözünə və frazeologizmə rast gəlməz-sən.

Nasix gözünə dəyən türk sözlərini və ifadələrini ciddi cəhdlə tərcümə edərək, Kiyev knyazları və boyarlarının canlı vasitəli nitqinin xüsusi ahəngini təhrif edib axtalayır.

Əgər nasix tədqiqatçıların gördüyü mənanı ifadə etmək istəsəydi, epitet forması daha mürəkkəb olardı: “Осмомыс-лен”.

UYDURMA GƏMİLƏR

Rus sözlərinin tərkibində olan gözəgörünməz türkizm-lər məndə xüsusi maraq oyadır. Bu, alınma leksemanın tam mənimsənilməsinə dəlalət edən göstəricidir.

Müəllif dialektində bir neçə türk özüllü söz var – “при-пешали”, “потручати”, “расушась”.

Припешали (препишали) – biçdilər, türk dilindəki “biç” sözündən yaranmışdır; расушась – səpələmək, ətrafa dağılmaq, “уш, уч” sözündədir.

Üzərində dayanmaq istədiyim bir fel isə bu yaxınlarda bərpa edilmişdir. Onun mənası konteksdən aydın olur, lakin etimologiyası sübuta yetirilməmişdir: “река Стугна: худу струю имея, пожръши чужи ручъи стругы ростре на кус-ту…”

Musin-Puşkinin tərcüməsi: “река Стугна: она пагуб-ными струями пожирает чужие ручьи и разбывает стру-ги у кустов…” – “Stuqna çayı o məhvedici axınlarıyla özgə çayları udur və mənsəbindəki gəmiləri dağıdır…”

İlk nəşrdən ötən illər ərzində tədqiqatçılar bu cümləni aşağıdakı şəklə sala bilmişlər: “Stuqna çayı: onun öz suyu azdır, özgə çayları və gəmiləri udur, mənsəbinə yaxın enlənir…”

V.İ.Stelletskinin tərcüməsi: “Stuqna çayı: onun öz suyu azdır, özgə çayları və axınları udur, mənsəbə doğru genişlə-nir…”

İlk çağlarda “струги” sözü “gəmi” mənasında başa dü-şüldüyündən “ростре на кусту” ifadəsi “çayın mənsəbində-ki gəmilər” kimi tərcümə edilirdi. Lakin sonradan məlum ol-du ki, “стругы” sözü “çay”ın sinonimidir və yazıda bir-birini əvəz edirlər.

Mən burada билингва – iki sinonimin qovuşması hadi-səsini görürəm.

Tərcümə edirik: “Stuqna çayı su sarıdan kasaddır, özgə çayları – struqiləri udur, mənsəbinə doğru genişlənir”. Das-tanda bu cür bir neçə qoşa sinonim var: “туга-тосга” (qəm), “свет-зарйа” (səhər), “свычаи-обычаи” (adət). “Ручьи” və “струги” qoşa sinonimi də bu sıraya aid edilə bilər.

Stelletski “рострена” felinin yaxın mənasını tapa bil-mişdir. Bu məna mətnin məzmunundan aydın olur. Lakin “трен” kökünə daha heç yerdə təsadüf edilmir.

Bəlkə, “рострена”dır (itirmək)? Lakin bu məna kon-tekstə büsbütün yaddır.

Qazax dilində “терен” sözü var – 1) dərin, 2) məzmun-lu. Teren su – dərin su. Teren oy – dərin fikir, teren maqnalı söz – dərin mənalı söz. Lakin sözün “dərin” mənası ikinci dərəcəlidir. Söz “ter” – dər, yoğ kökündən yaranmışdır. Teren – feli sifətin keçmiş zamanındadır, hərfi mənada – də-rilmiş, yığılmış, çoxaldılmış deməkdir. Bu söz “həcmdə bö-yüdülmüş”, “genişlənmiş” mənalarını da ifadə edir. Mənə belə gəlir ki, ilk çağlarda bu söz birləşməsi məhz sahənin ar-tırılması mənasını ifadə edirdi ( torpağa, suya və sair ob-yektlərlə əlaqədar).

Tinin (tatar) dialekt forması, yəqin ki, slavyan dilindəki incələşdirilmiş “ширина” (en) sözündən öncə işlədilirmiş.

Mənə belə gəlir ki, “рaсширена” (enlənmək) sözünün əski forması “рострена” imiş.

“İqor polku dastanı” – nadir abidədir, burada bir çox türk sözləri öz ilkin mənasında qalmışdır. Gözəgörünməz türkizm – XII əsr slavyan dialekti əsasında yaradılmış “İqor polku dastanı”nın, həqiqətən, qədim olmasını sübut edən çox kəsərli bir dəlildir.

TMUTOROKAN DİVARLARI

Vseslav “изъ Киева дорискаше до куръ Тмуторо-каня”.

Musin-Puşkin bu cümləni belə izah etmişdi: “Knyaz Ki-yevdən çıxıb Kursk və Tmutorokana qədər çapdı”. Buna gö-rə “kуръ” sözünü böyük hərflə yazmışdı: “Куръ”.

Hazırda D.S.Lixaçovun izahı əsasında “до куръ” ifadəsi “xoruz banınadək” tərcümə edilir. Lakin bu oxunuş qram-matika ilə uzlaşmır (mən hələ saxta mənanı demirəm). Qrammatik sxemi sadələşdirməklə biz adlıq halın təkini alı-rıq “кура Тмутороканя”. Belə çıxır ki, Vseslav “xoruz ba-nı-nadək” deyil, “toyuq banınadək” çapmışdır (“до кур” – “до кури”). Bu incə fərqi nəzərdən qaçırmaq olmaz. D.S.Lixaço-va lazım olan nəticəyə gəlmək üçün çatışmayan formanı əla-və etmək lazımdır –“до куровъ Тмутороканя”.

Mən “до куръ Тмутороканя” ifadəsinə başqa mövqe-dən yanaşmağı təklif edirəm. Belə bir türk sözü var: “кура” (гура – divar, hasar) müasir tatar dilində – кура, qazax di-lində – кora). Bu sözün qədimliyi X-XI əsrlərin abidələri ilə sübut edilib. Onun mənşəyi lap üzdədir – “кур”, “гур” kö-kündən yaranmışdır (курган – qala, tikili; həmçinin – qur-ma, həmçinin – qurğu, quran)42.

Dastanda “стена” (divar) sözünə rast gəlmirik (bu al-man sözü rus dilinə çox sonralar daxil olmuşdur). Onun qar-şılığı – “забрало”dur. Rus şəhəri Putivlin divarları – “заб-рало”, poloves şəhəri Tmutorokanın divarları – “кур”.

Beləliklə, tərcümə edirəm: “Vseslav Tmutorokun divar-larına qədər çapdı”. “Кура” – Dastanda işlədilmiş daha bir gözəgörünməz türkizmdir. Yəqin ki, nasix bu leksemanın əski mənasını bilmirdi, lakin tanış söz kimi səsləndiyindən bu sözün formal analogiyaları var idi. “İqor polku dasta-nı”nda və digər abidələrdə bu səbəbə görə başqa gözəgö-rünməz türkizmlər də qala bilərdi.

QORAZ QUŞU

Ни хитру, ни горазду,

ни птицю горазду

суда Божiа не минути.

Musin-Puşkin: “как бы кто хитръ, какъ бы кто уменъ ни былъ, хоть бы птицей леталъ, но суда Божия не ми-нетъ”. – “nə qədər hiyləgər, ağıllı olsan, yenə Allah cəzasın-dan qaça bilməzsən”.

Məşhur kilsə məsələsindən istifadə edilib. “Danil Za-toçkinin duaları”nda (XIII əsr) bu zərbi-məsəl belədir: “суда де божия не хитру уму, ни горазну ни минута” – “nə ağıl-lı, nə də sarsaq – Tanrı cəzasından qurtara bilməz”.

Burada sirli “птица гораздо” buraxılıb.

V.A.Jukovski və P.P.Vyazemski bu ifadəni “гораздый по птице” şəklində oxumağı təklif edirdilər, yəni, quş uçu-şuna əsasən fal açmağı bacaran.

Qədim insanların güclü heyvanlara – totemlərə sitayiş etməsi bu gün bizə təbii görünür. Hətta tuğlardakı qaban ək-sinə də haqq qazandırmaq mümkündür, hər halda qabanın da zəhmli görkəmi, iri çapaq dişləri var. Ancaq biz bitli-sirkəli, gündəyməzi qırmızı əntər meymuna sitayiş edən qə-dim misirliləri heç cür anlaya bilmirik – nə olsun ki, günəşin çıxmasını birinci olaraq, öz qışqırıqları ilə bu əntərlər xəbər verirdi. Nəcis kürəciyini tələsmədən yumbaladan skarabey qurdunun “nəcib” işinə mane olmamaq üçün bütöv bir or-dunu yolundan saxlayan fironların hərəkəti bizdə təəccüb doğurur. Biz həya edib peyin böcəyinin hətta adını da sirr örpəyinə bürüyürük – “skarabey” kimi romantik bir ad ve-ririk ona. İşarənin sehri o qədər güclü idi ki, peyin böcəyinin “yaratdığı” bu kiçik nəcis kürəciyi hətta günəşin özü ilə ey-niləşdirilirdi. Formanın gücü mənfur məişətin əsiri olan məzmunu üstələyirdi.

Hind-Avropa xalqlarında adi xoruz doğan günəşin tan-rıçası, həyat və dirilmənin rəmzi sayılırdı, yalnız ona görə ki, günəş çıxanda ucadan banlayırdı. Xoruzun adı xalqların adı-na çevrilir, əksi imperiyaların gerbi olurdu. Xoruzu xalılar-da, əl işlərində təsvir edirdilər, onun taxta, bürünc, qızıl su-rətiylə məbədlərin, evlərin damını bəzəyir, qəbirlərə rəmzi məna verirdilər. Sonralar xoruzu başqa sitayiş obyekti – odun yeni rəmzi olan xaç əvəz etdi. Və xoruzun təqibi baş-landı. Slavyan xristianlığının rəhbərləri xoruzla mübarizə aparmağı özlərinə ar bilmirdilər. Öz moizələrində biçarə xo-ruzun başına lənətlər yağdırır, yunan dininin əsas düşmən-lərindən biri kimi onu ən dəhşətli cəzalarla hədələyirdilər.

Nə hiyləgər, nə mahir

nə quş, xoruz

Allah cəzasından qurtara bilməz.

Lakin ciddi alim heç vaxt inanmaz ki, qədim rusların din rəhbərləri, o cür mötəbər şəxslər hansısa bir qanadlı məxluqla ilahiyyat mübahisəsinə girişib, özlərini bu qədər alçaltmış olsunlar. Buna görə, “İqor polku dastanı”ndakı bu ifadə indiyədək heç cür ağlıma yerləşmir. Hind-iranlıların folkloru sayəsində məşhurlaşmış əfsanəvi Haruda quşu ya heç olmasa Simurq quşu olsaydı dərd yarı idi, belə “hörmət-li” quşlarla mübahisə etməyə də dəyər, mübarizə aparmağa da! Yoxsa bu toyuq oğlu xoruzla nə dava, nə mərəkə?!

Günəş oğlu xoruz kultu çox güman iranlılarda, İranla qonşu olan türklərdə və bəzən slavyan tayfalarında eyni idi.

Türklər xoruzun adını olduğu kimi saxladılar – koraz, qoraz, qaruz, kuruz, xorus, xoruz və s. Yəqin ki, slavyan for-maları da müxtəlif idi. Dastanda Günəş Tanrısı – “Xors” yad edilir. Düşünürəm ki, onun quş “xoros”a dəxli varmış.

Dastanda göstərilmiş məsəli müəllif uydurmayıb. Gö-rünür, bu məsəl yüz illər boyu işlədilirmiş. “Qorazdıy” (ma-hir, bacarıqlı, usta, zirək və s.) “koraz”dan (qoraz) xeyli ara-lanmışdır və bu məsəli çəkən şəxs qafiyələnən sözlər arasın-da bilavasitə semantik əlaqə olduğunu sezməyə də bilərdi.

SVYATOSLAVIN YUXUSU

Svyatoslav qarışıq yuxu görürdü: “В Киеве на горахъ си ночь съ вечера одевахъте мя, – dedi, – чръною пополо-мою на кроваты тисове, чръпахаутъмисинее виностъ тру-домъсмешено, сыпахутмитъщими Тулы поганыхъ тлъко-винъ великий женчогб на лоноинугуютъмя. Ужедскы безъкнесавмоемъ теремезлатовръсемь. Всю нощьсъ вече-ра босуви врани въъзграяху у Пленьскана болони беша дебрь Кисаню и несошлю къ синему морю”.

И ркоша бояре князю: “Уже, княже, туга умь поло-нила. Се бр два соколв слетеста съ отня стола злата поис-кате града Тьмутороканя, а любо испити шелемомь До-ну…”

Musin-Puşkinin tərcüməsinə vaxt itirməyək. Çünki bu tərcümə sonrakı nümunələrdə az qala sözbəsöz təkrar edil-mişdi. Yaxın dövrlərə aid ən yaxşı tərcümələrdən birinə – L.A.Dmitriyev, D.S.Lixaçov və O.Tvoroqovun birgə əməyi-nin məhsuluna müraciət edək:

“Svyatoslav Kiyevdə dağlar başında qarışıq bir yuxu gördü. Dedi: ”Bu gecə yuxuda gördüm ki, axşamdan məni qara örtüyə bürüyüb qaraçöhrə taxtın üstünə uzadıblar; mə-nə qəm qarışıq göy şərab süzürlər. Kafir yadellilər boş sa-daqdan sinəmə iri-iri mirvarilər səpirlər, məni əzizləyirlər. Qülləsi qızıl köşkümün taxtları kərənsiz qalıb43. Axşamdan bü-tün gecəni Plesensk yaxınlığındakı çəməndə, Kisan meşə-sində boz qarğalar qarıldaşdılar, sonra göy dənizə tərəf uçub getdilər”.

Boyarlar Knyaza dedilər: “Knyaz, qəm – ağlını çaşdırıb. İki şahin qalxıb uçub qızıl ata taxtından ki, Tmutorokan şə-hərini fəth etsinlər, ya da heç olmasa, dəbilqəylə ulu Dondan su içsinlər. Lakin artıq kafir qılıncları onların qol qanadlarını qırıb, özlərini də dəmir tora salıblar”.

O.V.Tvoroqovun yazdığı izahlarda bu parçanın bəzi yerlərinin müəyyən edilməsi sahəsində bir neçə mütəxəssis nəslinin əməyi əks olunmuşdur. Lakin təəssüf ki, O.V.Tvo-roqovun şərhləri çox qısa və dəlilsizdir. Məsələn: “İri mirvari – rus inanclarına görə, yuxuda mirvari görmək göz yaşları, dərd-qəm deməkdir”.44

Biz indi Svyatoslav “Kiyevski nə üçün belə yuxu görüb” sualını qarşıya da qoya bilərik, bu suala cavab da verə bilə-rik. Bu yuxunun simvolikası təsadüfdürmü?

***

Svyatoslav yuxuda görmüşdü ki, onu TÜRK, TENQ-Rİ ADƏTİNCƏ DƏFNƏ HAZIRLAYIRLAR.

Siz bu mərasimlə ikinci hissədə – “Şumernamə” (“Tenqrilik” fəsli) kitabında ətraflı tanış ola bilərsiniz.

***

Əvvəlcə görək mərasimdə kimlər iştirak edir. Svyatos-lavın əmisi oğlanları – İqor və Vsevolod.

“Си ночь съ вечера одевахатъте мя, – рече…”

Güman edirəm ki, perqament nüsxədə “сыновечь” (qar-daş oğulları, əmioğulları) termini sətrin sonunda düşdüyün-dən ixtisarla yazılmışdır: “СНЧЬ”.

Sonrakı sətir “съ вечера” (axşamdan) ifadəsiylə başla-yırdı. Nasix titri açarkən, bu qonşuluğu nəzərə almış və üzdə olan həlli tapmışdır – “Си ноч” (bu gecə).

***

“Qəmlə qarışdırılmış göy şərab”.

Mütərcimlər qəribə obraz yaratmışlar: “темно-голубое вино с горем смешено” – qəmlə qarışdırılmış tünd-mavi şə-rab”. Qədim Misir himnlərindən bəri bütün dünya poeziya-sında çətin ki, belə məcaza rast gəlmək olsun. İfadəyə lazım-sız bir mücərrədlik verən sözlərin etimoloji təhlilindən sonra bu misranın sehri də itir.

“Синее вино” kifayət qədər təhlil edilib45. “С трудом” – aydın deyil, çünki tərcümələr müasir “труд” (iş) sözü ilə pa-ralelə qəribə bir asanlıqla inanmışdılar.

Lakin “с работой смешено” (“işlə qarışdırılmış”) ol-duqca gülüncdür, buna görə hamıya məlum olan “труд” üçün yeni məna uydurulur – qəm, kədər. Çünki bu halda hə-min ifadəylə “труд”un işlədilməsinə birtəhər haqq qazan-dırmaq olardı.

Burada da nasix barmağı vardı.

Mənim fikrimcə, orjinalda belə olmalıdır: “синее вино съ трутом смешено”. Mən burada türk dillərində geniş ya-yılmış “трута” sözünü işlətmişəm – torta, xılt, çöküntü (cı-ğatay), torta (Azərbaycan), turtu (Türkiyə türkcəsi). Məsə-lən, şarap turtusu – şərab tortası. “Turu” sözündən əmələ gəlib-durmaq, durulmaq: turdu – durdu, duruldu.

“Труд” – iş sözü isə başqa türk formasından əmələ gə-lib; “turt” – 46) itələ, 2) dürt, dürtələ, 3) vur (ümumi-türk). Müqayisə et: “трутитъ” – itələmək, basmaq, dürtələmək (rus xalq dili), “трутити”, “тручати” – itələmək, vurmaq (uk-rayna), “троутити” – itələmək (çex).

Dastanda maraqlı bir feil var: “потручати”, mənası kon-tekstdən aydın olur – “vurmaq”.

Qədim slavyan quldarlıq cəmiyyətində “iş” anlayışını ifadə etmək üçün hər bir sinif öz terminini yaradırdı. Qullar sinfi – “работа” (“рабити”dəndir). Hərbiçilər sinfi – трут, труд (“трудити” – vurmaq, döyüşmək”).

Mənim fikrimcə, “труд” sözünün ilkin mənası – “mü-haribə, hərbi iş” olmuşdur. Dinc dövrlərdə əsgər adı – “тру-тень” başqa cür mənalandırılmışdır – müftəxor, tüfeyli (Çox güman hələ ümumslavyan dövrlərində sözün bu mənası ge-niş yayılmışdı. Müqayisə et: труд – müftəxor (slavyan), трут (qədim çex və s.).

Cəmiyyətin müəyyən inkişaf mərhələsində “müharibə -iş” anlayışlarında mənaca eyniləşməsi bir çox dillər üçün sə-ciyyəvi haldır. Müqayisə et: türk dilindəki “is”, “iş” – 1 ) dö-yüş, müharibə, 2) iş, əmək, zəhmət.

…Dastan müəllifi yalnız iki omonimləşdirilmiş formaya bələd idi: “труд” – müharibə və “трута” – çöküntü, xılt. O, bunları mətn daxilində olduqca dəqiq yerləşdirmişdir.

1) “Не лепо ли ны бяшеть, братие, начати старыми словесы трудных повестий о пълку Игорове” 47(hərbi, əsgəri hekayətlər).

2) “Синее вино съ трутомь смешено” (çöküntü, torta ilə qarışdırılmış).

Nasix ikinci formanın mənasını bilmədiyindən, onu bi-rinci variantın təhrifi zənn etmişdir.

Kim Svyatoslavın sinəsinə mirvari səpir və onu əzizlə-yir? Kafirlərin, yəni poloveslərin arıq və dul arvadları.

Тул-dul (ümumtürk). Daha bir gözəgörünməz türkizm.

Nasix də, mütərcimlər də qədim rus “tula” – sadaq sö-zünə tuşlanaraq növbəti məntiqsiz obraz yaratmışlar: “то-шими (deməli, arıq, boş) колчанами поганых язычников сыплют крупный жемчуг на грудь мне и нежат меня” – kafir yadellilər içi boş sadaqdan sinəmə iri-iri mirvari səpir; məni əzizləyirlər”.

Dastanda “тули” sözünə iki dəfə təsadüf edilir:

…луци у них напряжены,

тули отворены.

…лучи съпряже,

тругою имь тули затче48

Mətndən tam aydın olur ki, burada söhbət sadaqdan, oxqabından gedir. Bu apaydın nümunələrdən biz Svyatosla-vın yuxuda gördüyü “тулы”dan tam fərqli başqa söz görü-rük.

Müəllif ТУЛЫ və ТУЛИ sözlərinin yazılış fərqini yaxşı bilirdi. Yəqin ki, orijinalda cümlə bu cür idi: “Сыпахуть ми-тъщии тулы поганых тлъковинъ великий женчюгь на ло-но и негують мя”, yəni “çölçülərin arıq və dul arvadları si-nəmə göz yaşları tökür (mirvari – göz yaşı), məni əzizləyir-lər”.

Bu parça türkizmlərlə zəngindir: 1) тлъковин – “языч-ник”in kalkası, 2) женчюгь – çin dilindəki “йeн-чу” qıpçaq-ların vasitəsilə rus dilinə keçmişdir, 3) тул-dul.

***

XII əsrin iki dilli oxucusu Svyatoslavın yuxusunu XVIII və sonrakı əsrlərin təkdilli oxucusundan fərqli şəkildə dərk edirdi.

Svyatoslavın əmisi oğullarının və dul poloves qadınları ilə “ünsiyyəti” çox şeydən xəbər verir. Qardaşları və dul qa-dınlar (poloves dərdi) onu tenqri (poloves) adəti üzrə geyin-dirib dəfnə hazırlayırlar.

***

“Уже дьскы без кнеса в моем тереме златоврьсемь”.

Tədqiqatçılar “дьскы” sözünü “доски” (taxta) mənasın-da qəbul etmişlər.

“Кнес” – bir neçə yozumu var: 1) damın banı, 2) damın banı altında üst şalban. “Svyatoslavın yuxuda öz köşkünün, sarayının “knesinin”yoxa çıxmasını görməyi nəinki təbiidir (?!), həm də əlamətlərin mənasını tam aydınlaşdırır, yəni “кнес” yoxa çıxıb, onun bir-birinə bərkitdiyi taxtalar hava-dan asılı qalıb və artıq şübhə yoxdur ki, Svyatoslavı ölüm təhlükəsi gözləyir”49.

Ağlabatan izahdır. Bircə şübhəli görünən odur ki, şərqi rus dilləri üçün “дьскы” (yəni “диски” yaxud “дески”) və “кнес” formaları qeyri-adidir və qədim rus yazılı abidələri-nin heç birində bu formalara təsadüf edilmir.

Qərbi slavyan dillərində isə bu yazılmış adi haldır (Mə-sələn, qədim çex “деска”sı – 1) masa, 2) taxta, knez-knyaz).

Birinci sözün semantik izahı var. Bu söz slavyanlara ger-man dilləri vasitəsilə keçmişdir. German dillərində bu söz ilk çağlarda “yastı” mənasını ifadə edirdi. Bundan da konkret mənaya malik əşya adları yaranmışdır: “диск” – masa, nim-çə, qədim yuxarı alman dilində: “тиск” – masa, taxta. İlk mənbə: latın sözü “дискус” – dairə, çevrə.

Bu cür məna keçidi türk dillərindəki “taxta” sözü ilə əla-qədar da müşahidə edilir: 1) taxt-tac, 2) taxta.

…“Кнес” sözü – qərbi slavyan dilindəki “кнез” (ağa, knyaz) sözünün şifahi formasıdır.

“Дьски безъ кнеса”, əslində, “престол без князя” de-məkdir, yəni taxt-tac knyazsız qalmışdır.

Mən dövlət anlayışlarını ifadə edən bütün terminləri təhlilə çəkmək fikrindən uzağam. Bu sözlərin hamısı həmin sistemdə heç də eyni yeri tutmurlar. Bunların bir qismi əsas terminlər qrupuna aid olub dövlət leksikası sisteminin özü-lünü təşkil edirlər (knyaz, böyük knyaz, taxt, qızıl taxt, bo-yar), digərləri situasiyadan asılı olaraq, əsas terminlərin əvəzçisi rolunda çıxış edir (“коган”, “блъван”, “буйтур”, “были” və s.)

XII əsrdə, Kiyevdə yaranmış siyasi vəziyyətlə bağlı ola-raq, boyar leksikonu qərbi slavyan terminləriylə zənginləşə bilərdi: “дьски “ – Kiyev taxtı, “кнес” – böyük Kiyev knyazı.

Güman edirəm ki, bu frazeoloji birləşmələr boyar dip-lomatik lüğətinin ən “gizli” bölməsinə daxil idi. Bu leksiko-nun mühüm hissəsi artıq bizə məlumdur: “Bütün rus torpağı və qara klobuklar səni arzulayır”.

Boyarlar hər yeni knyazı bu sözlərlə taxt-taca sahib dur-mağa dəvət edirdilər. Ola bilsin ki, “уже дьски без кнеза” (artıq taxt-tac knyazsızdır) məşum ifadə də həmin o dəvətet-mə formuluna daxil imiş. Bu, o deməkdir ki, böyük knyaz taxtdan kənar edilib, yaxud kənar edilməlidir.

Yuri Dolqoruki və onun Böyük Çöllə ittifaqı saxlamağa çalışan oğlu Qleb ümidlərini Qərbə bağlayan boyarların gizli siyasətinin qurbanı olmuşlar.

“Artıq taxt-tac knyazsızdır!” – boyarlarla razılığa gəl-mək istəməyən böyük knyaza xəbərdarlıqdır.

Buna görə təəccüblü deyil ki, digər məşum əlamətlərlə yanaşı bu hələ dolu ifadə də Svyatoslavın yuxusuna girmiş-dir. Əmioğluları tərəfindən incidilmiş Çöl, Svyatoslavı siyasi ölümlə hədələyir! Məncə, Svyatoslavın yuxusunun obrazlı və leksik atributlarının mənası budur!.

“Всю ношь съ вечера босуви врани възграяху у Пле-сенсква на болони беша дебр Кисаню и несошлю къ си-нему морю…”

Svyatoslavın yuxusunun ən mürəkkəb hissəsidir.

O.V.Tvoroqov: “Musin-Puşkin nüsxəsində açıq-aşkar təhrif edilmiş bu parçanın bərpası üçün müxtəlif düzəlişlər təklif olunmuşdu. Tədqiqatçıların əksəriyyəti yalnız iki dü-zəlişi qəbul etdilər – “бусови” və bir də “несошлю” əvəzinə “несошася”nı. Qalan düzəlişlərlə yalnız bəzi alimlər razı-laşmışdılar. Belə ki, “беша дебръ Кисаню” ifadəsini “беша дебръски сани” kimi oxumaq təklif olunmuşdu; bunun da iki yozumu var – “cəhənnəm kirşəsi”, yaxud “meşə ilanları”. A.S.Orlovun tərcümə variantı: “Plesensk yaxınlığındakı yar-ğanlarda ilanlar məskən salmışlar, sonra onlar mavi dənizə üz tutdular”. Mənim fikrimcə, mətnin başqa yozumu daha düzgündür: “Plesensk yaxınlığındakı Kisan meşəsində qar-ğalar qarıldaşdılar, sonra göy dənizə tərəf uçub getdilər”. Əksər mütəxəssislərin fikrincə, dastandakı “Плесенск” – Ki-yev şəhəri yaxınlığında yayladır. İ.V.Şarleman Kisanyu sö-zünü “Kisani” kimi oxumağı təklif etmişdi; onun fikrincə, “debr Kiyan” – Kiyev yaxınlığındakı dərədə kiçik Kiyanka çayının əmələ gətirdiyi meşəlikdir. “Болонь” sözünün “dağ-ətəyi” kimi tərcüməsi bir o qədər dəqiq deyil. Bu söz hərfi mənada – “çaybasar çəmənlər, çay kənarında ovalıq” kimi başa düşülməlidir”.50

İ.V.Stelletski: “Mətn açıq-aşkar korlandığından aydın başa düşülmür, buna görə düzəlişlərə ehtiyac var. S.K.Şam-binaqo və V.F.Rjiqinin təshihlərini daha dəqiq hesab edi-rəm51”.

Və tərcümə edir: “Axşamdan bütün gecəni görücü qar-ğalar Plesensk yaxınlığında çəməndə qarıldaşdılar; onlar (qarğalar) Kisan (adlı) Gözyaşları dərəsindən gəlmişdilər və uçub dənizə tərəf getdilər”.

V.İ.Stelletski daha sonra yazır: “Kisani” sözünə gəldikdə isə çox güman bu yer adıdır; “дубри” (yəni, meşəli dərə) sö-zünə xüsusi diqqət yetirilmişdir. P.P.Vyazemskinin yozumu – “Kисани” və serb dilindəki “kисанье” (gözyaşları, ağla-maq) sözləri arasında etimoloji əlaqə olması ehtimalı maraq doğurur…

N.V.Şarlemanın “дебръ Киянь” (Kiyan meşəsi) düzəlişi mətnə heç bir aydınlıq gətirmir və izah etmək olmur ki, yu-xunun vaqe olduğu yeri bu cür dəqiqliklə vermək Kiyev knyazının nəyinə gərək imiş?

…Xülasə, Svyatoslavın sözlərini bildiyi, istədiyi kimi yo-zan XVI əsrin canıyanan nasixi neçə-neçə tapmaca doğur-muşdur.

Bu mənada elə Musin-Puşkinin də “əməyi” az olma-mışdır. O, mətni istədiyi kimi parçalamış və aldığı leksema-lar arasında toponim zənn etdiklərini böyük hərflə yazmış-dır – “Плесньска”, “Kисаню”…

Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət” əsəri XVIII-XIX əsr alimlərinə az işgəncə verməyib.

Müasir yazıçılar istifadə etdikləri əcnəbi sözləri xüsusi şriftlə fərqləndirirlər. Qədim salnaməçilərin belə imkanı yox idi. “Səyahət”də türk termin və ifadələri bol-bol işlənilib. Hazırda bunların demək olar ki, hamısı “böyük müvəffə-qiyyətlə” rus sözləri və ifadələriylə əvəz edilib; “yadellilər-dən” yalnız hind mənşəli zənn edilən sözlər saxlanılıb, bun-lar da xüsusi adlar kimi böyük hərflə təqdim olunur. Məsə-lən, hind heykəlinin rus adı nəyə desən dəyər. “Koт Aсуk”. Müasir alimlər latıncadan istifadə etdikləri kimi Afanası Ni-kitin də ayıb sayılan sözü vermək üçün türk dilindən istifadə edirdi.

Bütün natural detalları ilə birgə düzəldilmiş çalın-çılpaq bütlərin görünüşündən heyrətə gələn xristian-səyyah öz əsə-rinin rəsmi dilində oxucu hissiyyatına toxunmayacaq dəqiq emosional ifadə vasitəsi tapmadığından “ehtiyat” dilə mü-raciət etmişdir – “Koт Aчуk”.

Bu məsələyə toxunmaqda məqsədim var: mənə belə gə-lir ki, hamının qarğa bildiyi canlılar Svyatoslava türk dilində müraciət edirmişlər. Onların nitqini nə nasix, nə də Musin-Puşkin başa düşmüşdür. Buna görə mətni elə quraşdırmışlar ki, rus sözlərinə oxşar leksemalar alınsın. Əlyazmanın bu yeri nasixə şübhəli görünmüşdür. Hərfləri yan-yana düzən-də ilk baxışda rus sözlərinə oxşar sözlər alınırdı. Lakin ümu-mi məna yenə qaranlıq qalırdı. Aydın olmayan yeri heç ol-masa oxunaqlı etməyə çalışan nasix mətnə bir qədər əl gəz-dirir. “Всю нощь съ вечера” (axşamdan bütün gecəni) ifa-dəsi parçanın əvvəlindəki “си ночь съ вечера” (bu gecə ax-şamdan) ifadəsi əsasında, lakin artıq başqa dialektdə yazılıb. İki yazılış arasındakı fərqi də bununla izah edirəm. Olduqca dolaşıq ifadə fonunda qrammatik və leksik baxımdan son dərəcə aydın “всю ночь с вечера” ifadəsi bizdə haqlı şübhə doğurur. Bu basmaqəlib ifadə heç şübhəsiz nasix tərəfindən, anlaşılmayan bir termininin yozumu nəticəsində alınmış “босови врани” (boz qarğalar) kompozisiyasına məntiq ver-mək məqsədilə yaradılmışdır.

…Slavyan xalqlarının nə folklorunda, nə yazısında qarğa heç vaxt belə təşbehə “layiq görülməyib”, Qarğanın daimi epiteti “qara”dır: “черный вoрoн”, “черный врaн”. Dastan-dakı ifadəylə müqayisə et: “черный вoрoн, поганый полов-чине!” – “qara qarğadır, kafir poloves!”.

“Bosovi”ni türk dilindəki bos (boz) sözüylə əlaqədar yozmaq kimi ilk baxışda uğurlu görünən cəhd də qarğanın bozluğuna olan şübhələri aradan qaldıra bilməz. Heç şüb-həsiz ki, “boz qarğalar” – modernizmdir. Doğrudur, təbiətdə boz qarğa var, lakin bu quşlar “галka” – dolaşa adlanır (onu da qeyd edək ki, Dastanda “qalka” üç dəfə yad edilir). Yal-nız bu yaxınlarda qarğaları rənginə görə fərqləndirməyə baş-lamışlar: “вoрoн” – qara rənglidir, “вoрoнa” – boz. Qədim rus dilində isə “вoрoн”, “врaн” hətta epitetsiz də qara rəngli quş kimi dərk edilirdi. Buna görə “boz qarğa” o dövr üçün qeyri-mümkün birləşmədir. “Bosovi” bədii epitet deyil. Ca-navarı “boz” adlandırmaq olardı, lakin həmin parçada cana-varın izi-tozu da yoxdur. Bir çox tədqiqatçılar bu sözü “бо-сый” (yalınayaq, ayaqyalın) kimi mənalandırmağı təklif edirlər. Lakin bu da heç bir məntiqə sığmır: bir anlıq “ayaqyalın qarğaları” təsəvvür edin. Mütərcimlər slavyan dillərində “босый” epitetindən istifadə hallarının hamısını nəzərdən keçirmişlər. Məqalələrdə, deyəsən, bircə danışıq dilindəki “бусый” (sərxoş) sözü açıq-aşkar qeyri-elmiliyi üzündən təhlil edilməmişdir.

Mən belə hesab edirəm ki, nasix burada poloveslərin daha bir ümumiləşdirilmiş ayaması ilə üzləşib. Ruslar köçəri qonşularını müxtəlif cür adlandırmışlar:” половцы“, “ko-шeй”, “пoганые”, “xинове”, “бeсoвы дeти” (şeytan övlad-ları) və kalka variantları: “толковин”, “птиц пoдoбиe” (fi-lan quşa oxşar). Çox vaxt epitetlər ifadə edilirdi: “черный вoрoн”, “пoгoный тoлkoвин” (kafir çölçü), “пoгoный ko-щeй” (kafir köçəri). “Zadonşina” da köçərilərin bu ayama-larını bir şagird səyilə təkrarlayır: “хинове”, “пoлoвцы”, “пoганые”. Lakin hərdən köçərilərlə əlaqədar ”бусурман” (müsəlman) da işlədilir.

Dastanda məhz belə bir təyin çatışmır.

…Ərəblər Allah-təalaya tapınanları müslim (müti, itaət-kar) adlandırırdılar. Anadolu türkləri iki sözü – “mısır” (Mi-sir, yəni ərəb) və “müslimin” sözlərini kontaminasiya edə-rək, “müsəlman” terminini yaratmışlar. Bu termin İslama pə-nah gətirmiş köçəri türklərə də şamil edilmişdir. Qıpçaqlar bu sözü “busurman” şəklinə salmışlar. Ruslar qıpçaq vari-antını götürərək, onu öz dialektlərinə uyğunlaşdırmışlar: “бусурмaн”, “бeсeрмaн”, “бaсурмan”, “бoсурмaн” və s. Сənub rus dialektlərində – “босоурман” (yazı dilində) və “босоврман” (şifahi) formalarını almışlar. Ukrayna dilində XIX əsrə qədər bu sözün “бусoвир” forması işlədilməkdə idi. Güman etmək olar ki, ilkin forma halında daha kamil idi: “бусoврмaнe”, yaxud “бусoврaмнe”.

Hərgah Nasix Svyatoslavın yuxusunda tanış “бусур-мaн”a rast gəlsəydi, o vaxt biz bu sirli “бoсoви врaни” üzə-rində bu qədər baş sındırmazdıq.

Protoqrafda naməlum “бoсoврaмe”lər nəsə qırıldayır-lar – çox güman, “глаголахуть” (danışmaq, qırıldamaq). Lakin nasix “граяхуть” (qarıldamaq) felini işlətməyi daha məqsədəuyğun hesab etmişdir.

Düşünürəm ki, orijinalda hərflərin kombinasiyası bu cür imiş: “босоврамне… плеснь скана болони беша дебрь ки-сан юин ес ошлуйуксин”. Nasix rus sözlərinə oxşayanları seçib ayırır: “болони”, “дебр”, və “несош люк син…”

Sonuncu birləşmə ona yarımçıq görünür. O, üzdə olan “…ему морю” ifadəsini əlavə edir. Beləliklə, təxmini bir məna alınır – “ и несет луке синему морю”.

İfadə bütövlükdə bir qədər anlaşılmazdır, lakin hər söz ayrılıqda demək olar ki, ona tanışdır: onun vəzifəsi “yerli” mənanı almaqdır. Ona bilsin ki, bunun naminə o daha bir neçə hərfi dəyişdirmişdir. Saxta “Плeсньсk” toponimi, bəl-kə də, belə bir redaktənin hesabına əldə edilmişdir. Türk mətni bu salnaməni dönə-dönə köçürən neçə-neçə nasixin əlində çətin ki, dəyişikliyə uğramadan “qaş-gözü” yerində çıxa bilərdi. Lakin bizim dövrə gəlib çatanları da aşkar edib oxumaq mümkündür: “…бусурмане: знаешь, как вернуть разум? Пять жедезных путь омой – (инес) мстливый ты… – “müsəlmanlar: bilirsənmi ağlı necə qaytarmaq olar?” – “Beş dəmir buxovu islağa qoy…” Ola bilsin ki, bu sözləri “kafir poloveslərin arıq və dul arvadları” deyirmişlər. Bir cümlə sonra Svyatoslavın “busurman” adlandırdığı arvad-lar. O arvadlar ki, Svyatoslavın sinəsinə göz yaşı (mirvari) tökür, xəstəni əzizləyir, ona sağlamlığın yolunu (dəmiri isla-ğa qoymaq) öyrədirlər.

Bu mətndə məni ən çox maraqlandıran “дебръ кисан” (dəmir buxov, qandal, dəmir tor) ifadəsidir.

Məlum türk mənbələrində dəmir sözünün külli miqdarda dialekt variantı var – temir, tomor, timur, temur, tamir, tebr, damir, dəmir, timar və s. Bütün türk şivə və dialektlərini əhatə edən sözlük hələ ki, yoxdur. Ola bilsin ki, müasir dialektlərin hansı birindəsə “dəmir”in qədim qıpçaq forması indi də qalmaqdadır – debir (rus transkripsiyasında – дебръ). Bu leksema toponimlərdə də əks olunmuşdur.

XII əsrdə tatar-monqolların güclü təzyiqi altında macar çöllərinə çəkilən qıpçaqlar orada “Дeбрь-keнт”, “Дeбр-keн”, “Toмoр-keн” (yəni, Dəmir şəhər”) adlı qala-şəhərlər salmış-dılar.

Macarlar bu qala-şəhərləri əsasən düzgün adlandırsalar da, – “Temer-ken”, “Tomor-kenu, – bəzi hallarda “Debri-sen” şəklində tələffüz edirlər. Qafqazın şərq sərhədlərində isə qala-şəhər – Dərbənd şöhrət qazanmışdır. Məncə, bu, “Дeбр-keнт”in təhrif olunmuş variantıdır: Debrkent – Deb-rent – Dərbənd.

Oğuz türkləri hələ neçə əsr əvvəl (VIII əsrdən) bu şəhəri dəmir qapı (Kiçik Asiyaya açılan qapı) adlandırmışlar. Or-xan-Yenisey yazılarında “Teьир-kaпka” (Dəmir qapı) termi-ninə təsadüf edilir.

Sözün qısası, dediyim odur ki, dəmirin qıpçaq forması (debir, debr), yəqin ki, bir vaxtlar geniş yayılmışdı. Eləcə də “дебръ кисан” (debir кisаn) – “dəmir buxov” ifadəsi. Müa-sir qazax dilindəki “temir kisen” və krım tatarların dilindəki “damir kisan”la müqayisə et. Sual olunur: Svyatoslavın yu-xusunda “дебръ кисан” – dəmir buxovun olduğunu nəyə is-tinadən deyirəm? Çünki boyarlar Svyatoslavın yuxusunu yozub, qızılquşları əsir etmiş “дебръ кисан”dan söhbət açar-kən, bu ifadədən hasil olan məna nəzərdə tutulmuşdu. Bu assosiasiya – boyarların Svyatoslavın yuxusundakı türk mət-nini hərfən tərcümə etməsi nəticəsində yaranmışdır.

Boyarlar yozumlarında yuxunun detallarına çox dəqiq istinad edirlər.

a)“Boyarlar knyaza dedilər: “Knyaz, artıq qəm ağlı əsir etmişdir”.

Bu, “busurmanların”: “Bilirsənmi, ağlı necə qaytarmaq olar?” sualına cavabdır.

b) “İki” qızılquş qalxıb uçub qızıl ata taxtından ki, Tmu-torokan şəhərini fəth etsin”.

Bu, “artıq taxt-tac sahibsizdir” (knyazsızdır) xəbərinə əkssədadır.

c) “… dəbilqəylə Dondan su içsin”. “Bu gecə… torta qarı-şıq odlu şərab süzdülər” mənzərəsini izah etmək cəhdidir.

ç) “Artıq kafir qılıncları qızlıquşların qanadlarını qırıb, özlərini də dəmir buxova salıblar”.

Bu, “дебрь кисан” ifadəsinin yozumudur – “dəmir bu-xov, yaxud “dəmir tor”.

d) “Темно бо бе” – “3-cü gün kimi oxuyurlar. Mən bu titul altında bir hərfi deyil, bütün abbreviaturanı görməyi təklif edirəm: ola bilsin ki, bu titul “господин” (ağa) kimi oxunurdu. Onda, bu, boyaların Svyatoslava müraciətidir.

“Чeрнaя пaпoломa” (qara örtük) qaranlıq rəmzi kimi götürülür.

e) “İki günəş qaranlığa büründü, iki al qırmızı şüa sön-dü, bunlarla birgə iki təzə ay (İqor və Vsevlod) da zülmətə qərq oldu”.

Əmisi oğullarının Svyatoslavı bürüdükləri “qara örtük” mövzusunun davamıdır.

Sonrakı misralarda Qara Örtük mövzusu daha qəribə şə-kildə davam etdirilir.

На реце на Каяле тьма свет покпыла:

по Русской земли прострашася

Половици, аки пардуже гнездо,

и въ море погрузиста,

и великое буйство подасть Хинони.

Уже снесеся хула на хвалу…52

Çox qəribə mənzərə alınır: poloveslər bəbir balaları tək Rus torpağına “daraşırlar” və sonra nədənsə birdən-birə də-nizə qərq olur, bununla da “xinovları”, yəni öz-özlərini bərk qəzəbləndirirlər.

Tədqiqatçılar bu məntiqsizliyi onunla izah edirdilər ki, nasix səhvə yol verib, əsərin başqa bir yerindəki misranı bu parçaya daxil edib. Buna görə, “и в море погрузиста и ве-ликое буйство подаст хинове” (“və dənizə qərq oldular, bunla da xinovları bərk qəzəbə gətirdilər”) ifadəsi çıxarılıb başqa bir parçaya daxil edilmişdir.

Mənə elə gəlir ki, “аки пардуже гнездо” ifadəsinə lazı-mi diqqət yetirilsəydi, o vaxt həmin əməliyyata ehtiyac qal-mazdı.

Baxaq görək qədim Rus ədəbiyyatı üçün bu qeyri-adi ifadə Dastanın ən yeni və tam tərcümələrinin birində necə şərh edilir.

V.İ.Stelletski: “İqorun məğlubiyyətindən sonra poloves knyazları Qza və Konçak Rus torpağına yürüş etdilər. Das-tanın tədqiqatçıları “пaрдусы” sözünü, adətən, bəbir kimi tərcümə edirdilər. Lakin bəbir dağ heyvanıdır və ona yalnız Mərkəzi Asiya dağlarında rast gəlmək olar. Qədim rus abi-dələrində “pardus” sözü bəzi hallarda “vaşaq”, “çöl pişiyi” kimi tərcümə edilirdi. Dastanın müəllifi burada sürü halında deyil, tək, yaxud “yuvası” (yəni balaları) ilə birgə ov edən vaşaqları nəzərdə tutur.

Burada “bəbir” deyil, gepardın nəzərdə tutulduğunu fərz etmiş İ.A.Novikov və N.V.Şarlemanla da heç cür razı-laşmaq olmaz. Kiyev Rusunda gepard yaşamırdı, kiçik Asiya ölkələrindən gətirilən gepardları knyaz ovu üçün saxlayıb əhliləşdirirdilər. Rusiyada gepardlar o qədər də çox deyildi. Gepard balalarını ova aparmırdılar, ən azı ona görə ki, hələ əhliləşməmişdilər”53.

Digər şərhçilər də “pardusluğa namizədlər“ haqqında belə bir ciddiyyətlə fikir yürüdürdülər.

Bu cəsarətimə görə də üzr istəməli olacağam: orijinalda “пардус” sözü yerli-dibli olmayıb. Bu söz çox-çox sonralar nasixin şəxsi təşəbbüsü sayəsində meydana çıxıb.

Türk eposunda “ак пардажи уй” birləşməsinə rast gəlmək olur. Yəni, “ağ parçalı ev (çadır), başqa sözlə desək, xanın səyyar qərargahı.

Ola bilsin ki, ruslar da knyazın səfər çadırını bu cür ad-landırırmışlar. Sual olunur: ağ örtüklü çadırın mətləbə nə dəxli var? Məntiq nədədir? İqor və Vsevolodun ağ örtüklü çadırı Svyatoslavın üstünə salınmış Qara Örtüklə təzad ya-ratmaq üçün lazımdır.

Ağ parçalı çadır dənizə qərq oldu və poloveslərdə böyük qürur doğurdu.

İndi izləyək görək nasix mənası ona məlum olmayan ifa-dəni necə “özününküləşdirmişdir”. İlk iki sözün formal ana-logiyalarını rus salnamələrindən tapır, üçüncüsünü yox. Bu-nu türk sözü kimi qəbul etməkdən başqa əlacı qalmır və onu kalka üsulu ilə ruscaya çevirir: “Аки пардужий шатер”. La-kin cümlənin ifadə etdiyi məna onu qane etmir. Şəkilcə “уй” sözünə oxşayan “уя” (yuva) yadına düşür və müəllifin sa-dəcə olaraq, bir hərfi (“a”) yazmadığını düşünərək bu hərfi “yerinə qoyur” və cümləni tərcümə edir: “аки пардужье гнездо”.

İndi bu ifadə rus knyazlarına deyil, poloveslərə aid olur və mətnin ümumi mənası istiqamətdə təhrif edilir.

Mətni bərpa edək:

“Не реце Каяле светь покрыла: по Русской земле прострошася Половци. Ак пардажи уй в море погру-зиста и великое буйство подаст Хинови”54 yəni, “Kayala ça-yında zülmət işığı boğdu; poloveslər Rus torpağına yayıldı-lar. Ağ parçalı çadır dənizə qərq oldu və şərqlilərdə (müsəl-manlar) böyük qürur doğurdu”.

Məğlubiyyətdən sonra İqorun qoşununun “dənizdə qərq olması”nı İpatev salnaməsi də xəbər verir.

Lakin suda boğulan poloveslər haqqında orada heç nə deyilmir.

***

Nasix öz oxucusu üçün yalnız özünün mətnin içindən seçib ayıra bildiyi türk sözlərini tərcümə edirdi. Köhnə rus sözlərini (arxaizm) isə çevirmir, özü başa düşdüyü şəkildə izah edirdi.

Paleoqrafçılar bir çox nasixlərə xas xüsusiyyət – köçür-dükləri əsərlərin leksikasına müdaxiləsini, oxucularda sual doğura biləcək yerləri dəyişdirmək, əlavələr eləmək meylini dəfələrlə qeyd etmişlər. Bir çox hallarda, hərfi tərcüməyə gəl-məyən adlar və arxaik terminlərə izahlar verilir. Məsələn, Ki-ril-Belozersk monastrının salnaməçisi Yefrosin İosif Flavinin “Yəhudi müharibəsinin tarixi” əsərini köçürərkən, tez-tez öz biliyini nümayiş etdirir. Yerusəlimin mühasirəsindən bəhs edən fəsildə roma sərkərdəsi Titin adı çəkilir. Yefrosin bu adı oxuculara izah etməyi özünə borc bilir. Orijinalda yazılıb: “Tit isə şəhər həndəvərinə keşikçiləri düzdü”. Yefrosin bu cümləni öz şəxsi məlumatı ilə bəzəyir: “Uspasianın oğlu isə şəhər həndəvərinə keşikçiləri düzdür”.

Yaxud orijinalda yazılıb: “Qorpiya ayının 8-ci gününün səhərisi gün çıxdı”. Nasix qələmi burada da dinc durmur: “Qorpiya sentyabr ayı deməkdir, qorpiya ayının 8-ci günü-nün səhəri gün çıxdı”.

Nasixlərin əsas vəzifəsi mətni oxucular üçün anlaşıqlı etməkdir. Bu məqsəd naminə onlar bəzi hallarda əsərin for-masını dəyişir, hətta məzmununa da müdaxilə edirdilər.

Bizim Nasix də istisna deyildi: o qədim adlar və termin-lərlə bağlı bir sıra izahlar yazmış və sonralar bu əlavələr poe-manın “canına işləyərək” (bəlkə də, XVIII əsr nasixlərinin təqsiri üzündən) xeyli dolaşıqlıq yaratmışdır.

Söylədiyimiz fikirlə əlaqədar daha bir halı nəzərdən ke-çirək: redaktor şərhi müəllif mətninə keçərək, tarix baxımın-dan onu təhrif etmişdir. Boyarlar Svyatoslavın yuxusunu yo-zurlar:

Уже снесеся хула на хвалу,

уже тресну нужда на волю,

уже врьжеса Дивъ на землю…55

Nasix son misranı köçürüb fikrə gedir: oxucu bu parça-dakı bütün sözləri başa düşəcək, ola bilər bircə Div sözünün anlamasın. Bu sözə birinci dəfə təsadüf edilsəydi, narahat ol-mağa dəyməzdi: mətndən aydın olur ki, bu Divə münasibə-timiz necədir. Bəla orasındadır ki, bu ad ikinci dəfə yad edi-lir. Özü də birinci mətndən bəlli olur ki, Div – mənfi ob-razdır. Deyəsən, Div orada İqorun düşmənlərini knyazın basqınından xəbərdar edir. İndi bu Div birdən-birə müsbət rolda çıxış eləməyə başlayır: Onun məhvi rus xalqının fəla-kəti kimi qiymətləndirilir…

Nasixin çaşqınlığını anlamaq olar. O, törəmə “divno-divno” (qəribə, heyrətli, əcaib) sözünü xatırlayır və bu ter-mini izah etməyə cəhd göstərir. Kiçik hərflərlə böyründə ya-zır “се бог отский”56 (yəni bu ataların Tanrısıdır) və normal, yarı устав57 xətlə müəllif mətnini köçürməkdə davam edir:

Красные девы вспеша на брезе

синему морю… 58

XVIII əsrin nasixi (Musin-Puşkin) “се бог отски” ifadə-sinin XVI əsr nasixinin izahı olduğunu sezmir və bu əlavəni də mətnə daxil edib sözləri bildiyi kimi hecalara bölür

Се бо Готски красные девы на брезе

синему морю…59

Beləcə məşhur “qot qızları” peyda olur.

İnanmıram ki, “qot qızlarını” XVI əsr nasixi uydurmuş ola. Yəqin ki, onun bu etnonimdən heç bir xəbəri yoxmuş. Savadlı, məlumatlı Musin-Puşkin isə qotlara yaxşı bələddir.

…Beləliklə, XVI əsr nasixi köçürməyinə davam edir:

Красные девы

вьспеша на брезе синему морю,

звоня рускымь златомь –

поют босоврамне,

лелеют месть Шаруканю…60

Yenidən “босовранме” sözünə rast gələn Nasix özünü büsbütün itirir: bayaq bu qarğalar yalnız qarıldayırdılarsa, indi cuşa gəlib bülbül kimi cəh-cəh vururlar. Qarğa da oxu-yarmı? Özü də açıq-aşkar bildirilir ki, bu “босовран” sözü gözəl qızlara aiddir… Nasixi şübhə bürüyür: bəlkə, bu sözün altında heç bir qarğalar “gizlənməyib”? Termini mənimsə-mək yolunda o daha bir cəhd edir və onu “босуви время” birləşməsinə çevirir. Bəs indi əvvəlki “босови” necə olsun? Geri qayıdıb əvvəlki nümunəyə bir də nəzəri-diqqət yetir-mək artıq qeyri-mümkündür – keçənə güzəşt!.. Nasix vəziy-yətlə barışıb, saxtakarlığa əl atır: “босови время” və “босо-ви врани” (boz qarğa) ifadələri arasında lazımsız paralellər yaranmasın deyə, o özünün son “kəşfini” inversiya edir və saitlərin yerini dəyişir – “время бусово” – “Bus çağları”.

Slavyan istioqrafiyasında bu qədər hay-küy doğurmuş “Bus çağları” ifadəsi “Qot qızları” ilə birgə heç nədən yaran-mışdır. Bu boş hay-küyün əks-sədası hələ də eşidilməkdədir.

…Rus qızılını cingildədə-cingildədə oxuyan, Konçakın babası, bir vaxtlar rus knyazlarının məğlub etdikləri Şaruka-nın qisasının alındığına şadlanan gözəl “busurman” (müsəl-man) qızları – göz yaşı (mirvari) axıdan və Svyatoslavı əziz-ləyən, arıq, dul “busurman” qadınlarının əksidir.

Əks paralellər göz qabağındadır: dul – qız, mirvari – qı-zıl, xeyirxahlıq – bədxahlıq, dul qadınların xəstəyə (Svyatos-lava) xeyirxah məsləhəti (beş buxovu islağa qoy”) – gözəl qızların intiqam almaq yanğısı, şövqü.

Beləliklə, Svyatoslavın qarışıq yuxusunun bütün rəmzi obrazları boyalar tərəfindən yozulub izah edilmişdir.

ÇAR DODON VƏ HERADOT

İndi isə canlı nümunə əsasında göstərmək istəyirəm ki, nasixin bir kobud xətası elm aləmində necə böyük səs-səda doğura bilər. Nasixin gizli qalan səhvi müasir yozumlar sa-yəsində şişib-böyüyərək bir danılmaz tarixi fakt qüvvəsinə minir, onun da əsasında fantastik qalalar qurulur.

V.İ.Stelletski məqalələrinin birində “поют время Бусо-во, лелеют месть Шарoканю” misrasının yozumu tarixini qısaca şərh etmişdir. Bu tarixçədə mənim də adım və yerim var.

V.İ.Stelletski: “Cümlənin birinci hissəsi dastanın anlaşıl-maz yerlərindən biridir. Müxtəlif təkliflər, düzəlişlər irəli sü-rülmüşdür. N.Qramotin 1823-cü ildə fərz etmişdir ki, Bus – poloves xanın adıdır. 30-cu illərdən başlayaraq sovet elmin-də E.Oqonovskinin 1876-ci ildə irəli sürdüyü fikir üstünlük qazanmışdır: “Bus” – elmdə şərti olaraq, “ant” adlandırılan qədim Şərq slavyanları başçılarından biri – knyaz Bojdur. Boj 375-ci ildə qot kralı Vinitar tərəfindən məğlub edilmişdir. Knyaz Boj, onun oğulları və yetmiş nəfər adlı-sanlı ant əyanı əsir alınaraq edam olunmuşdur”.

N.K.Qudziy tamam fərqli mövqe tutmuşdu. O yazırdı: “Bus – çox güman öz qələbələriylə şöhrət tapmış poloves xa-nıdır” (“Слове щ полку Игореве”, 1938). Lakin özünün “Qədim rus ədəbiyyatı müntəxəbatı”nda o başqa fikir söy-ləmişdi: “Bus – ant knyaz Bos, yaxud Bousdur”.

1962-ci ildə O.Süleymenov yazmışdır ki, təhlilə çəkilən hər iki cümlə eyni bir hadisəylə – 1107-ci il döyüşü ilə bağlı-dır: Məlum olduğuna görə, həmin döyüşdə rus knyazlarının birləşmiş qüvvələri poloves xanları – Boyan və Şarukanın or-dularına zərbə endirmişdir… İqorun məğlubiyyəti nəticəsin-də Artik xanın oğlu və Şarukanın nəvəsi Konçak ata və ba-basının qisasını almaq imkanını əldə edir; bax, elə buna görə, “qot qızları” qıpçaqların məğlubiyyətini və rüsvaycasına qaçmasını xatırlayır və Konçakın qələbəsinə sevinirlər. Qıp-çaqların meydandan qaçdığı həmin döyüşdə olduğu kimi, bütöv bir tayfanın yaxud xalqın kütləvi qaçmasının qazax di-lində xüsusi adı var – “босу”. “Время босу” yaxud Dastan-dakı konstruksiyaya əsasən –“время босуво-босуво”61.

V.İ.Stelletski bu izahı qəbul edib, cümləni bu cür çevirir: “Ötən dövrlərin fəlakətləri barədə oxuyur və Şarukanın qi-sasını diləyirlər”.62

O.V.Tvoroqov da həmçinin mənim mülahizələrimlə ra-zılaşıb ant knyazı Bojdan üz çevirmişdir.63

Mən öz qələbəmə ona görə belə əhəmiyyət verirəm ki, Boj – “vətənpərvər” istioqrafiyanın elmə sırıdığı bütün qəlp “dəyərlərin” rəmziydi. Nə üçün XIX əsrdə alimlərdən heç bi-ri E.Oqanovskinin fikrinə şərik çıxmaq istəmədi? Və nə üçün əsrimizin 30-cu illərində sovet alimlərinin hamısı bir nəfər kimi E.Oqanovskinin uydurmasını dahiyanə kəşf elan etdi-lər? Təkcə N.K.Qudziy hələ müqavimət göstərirdi, lakin 1838-ci ildə o da artıq danılmaz bir həqiqətə çevrilmiş bu uy-durmanı qəbul etməli oldu.

Boja nümunəsində tarixin necə asan saxtalaşdırıldığını görmək olur.

“Bus çağları” (Musin-Puşkinin variantı əsasında) döv-ründən “qot qızları” ilə qonşuluqdan ilham alan E.Oqanov-ski hekayətlərinin birində “Бооз” adına rast gəldiyi roma ta-rixçisi İordanın (VI əsr) “Qotların mənşəyi və hünərləri” əsə-rinə istinad etmişdir. Onun inamsız halda irəli sürdüyü fər-ziyyə də yalnız bu “Бооз” sözünə əsalanırdı.

Yarım əsrdən sonra onun ehtimalı gözlənilməz bir isti-qamət aldı. Бооз – Божa çevrildi (baxmayaraq ki, latın əlif-basında “ж” hərfi yoxdur və İordan heç cür bu formanı yaza bilməzdi); antlar yalnız ona görə Şərq slavyanlarının əcdadı elan edildi ki, guya “İqor polku dastanı” müəllifinin Booz-dan xəbəri varmış, yəni onun obrazı slavyanların yaddaşın-da qalıbmış…

Ötən 40-50 ildə antlar – şərqi slavyanlar düsturu heç bir dəlil-sübut olmadan tarixçilərin şüurunda özünə möhkəm yer saldı və indi Şərq slavyanlarının tarixi üzrə sanballı elmi əsərlərdə bu tezisdən çoxdan sübuta yetirilmiş bir həqiqət-dən danışılan kimi danışılır.

A.K.Yuqov öz tərcüməsində Boju xalis ruscaya çevir-mişdir: “rus knyazı Bojanın ölümünü yad edir, Şarukanın qi-sasını alanlara alqış deyirlər”.

Beləcə, XVI əsr nasixinin bir səhvi tarix elmində bütöv bir məktəb yaratmışdır.

1962-ci ildə “Ayaqyalın canavar və qot qızlarının nəğ-mələri”64 məqaləmdə yazmışdım: “Nə üçün bu başabəla qız-lar İqor qoşunlarının tarixi üçün elə bir əhəmiyyəti olmayan məğlubiyyətiylə əlaqədar olaraq, min il əvvəl olmuş eynən bu cür xırda hadisəni belə asan və adətkar şəkildə yad edirlər?

Dastanın müəllifi nə qədər savadlı olsaydı da öz zə-manəsinin oğlu olaraq qalırdı və çətin ki, uzaq dövrlərə aid faktları bilmiş olaydı – özü də buna elə bir ehtiyacı olmadığı halda. Heç şübhəsiz ki, burada söhbət nədən getsə də, əfsa-nəvi ant sərkərdəsi Bozdan gedə bilməzdi”.

İndi mən həmin məqaləmi bir də nəzərdən keçirib, on-dan imtina edirəm. Bircə sitat gətirdiyim bu parçanı çıxmaq şərtiylə. Yalnız bunu əlavə etmək istəyirəm: Dastanın müəl-lifi üçün hətta Yaroslav Mudri zəmanəsi də uzaq bir dövr idi. Tarixi keçmiş onun təsəvvüründə XI əsrin hüdudları ilə məhdudlaşırdı. XVIII əsrin ziyalısı üçünsə keçmişin azı iki min yaşı vardı. Müəllifin tarixi təsəvvürlərinin hüdudlarının süni şəkildə genişləndirməklə bir tarixi şüurun dialektik in-kişaf mənzərəsini istər-istəməz təhrif etmiş oluruq.

Həqiqətən də, tarixi adı elə-belə ötəri yad etmək üçün müəllif gərək tam əmin olaydı ki, oxucular onun ehyamını başa düşəcəklər. Hələ bu faktı necə izah edək ki, slavyan ya-zılı mənbələrinin heç birinin tarixi yaddaşı IX-X əsrlərdən qədimə getmir? Və hanı o sübut ki, İordanın əsərlərini Rusi-yada oxuyurmuşlar? Hətta əgər onu tərcümə edib sevirdi-lərsə də bu heç nəyə dəlalət etmir, o cümlədən, belə suala da cavab vermir: müəllif nə üçün məhz antları slavyanlara əc-dad seçmişdir? İordanın əsərlərində onların dili, mədəniy-yəti, yaşadıqları coğrafi ərazi barədə heç bir məlumat yox-dur. O yalnız bir neçə ad çəkir və onları hun tayfası adlandı-rır, hətta indinin özündə də hinduları slavyan dilli xalq he-sab etməyə ən vətənpərvər tarixçi belə ürək eləməz.

Mənə belə gəlir ki, Dastan müəllifinin nə hunlar, nə qot-lar, nə antların varlığından xəbəri yoxmuş. Ant – çox güman latınların anti – əks, zidd, yad, özgə, – sözüylə əlaqədardır. Latınlar bütün rəqiblərini ümumiləşdirilmiş şəkildə bu cür adlandırırdılar.

“Amal Vinitari… hunların ağalığına güclə dözürdü. Təd-ricən onların hakimiyyətindən azad olub, o zərbini göstər-mək məqsədilə ordusunu antların ərazisinə yeritdi”65. Bura-da “ant”, güman ki, “hunn”termininin sinonimi kimi işlədil-mişdir.

Bir anlıq özümüzü elə göstərək ki, tarixçilərin bütün bə-zəyib-düzədiklərinə inanırıq. Onda belə çıxır ki, “ant övladı” İqora düşmən kəsilən “qot qızları” onun əcdadı Bozun məğ-lubiyyətinə sevinərək oxuyur və poloves xanı Şarukanın qi-sasını diləyirlər. Halbuki, XII əsrin əvvəllərində türklərin məğlubiyyətini qədim german “devaları” deyil, məhz polo-ves qızları özlərinə dərd edə bilərdilər.

Qədim rus ədəbiyyatının görkəmli mütəxəssisi V.F.Sobolevskinin məqaləmə cavabı da “Простор” jurnalın-da çap olunmuşdu66.

Sobolevskinin yazısı bir məsələyə – Bojanın müdafiəsinə həsr edilmişdir. Doğrudur, möhtərəm alimimiz öz fərziyyəsi xeyrinə yeni bir dəlil gətirə bilməmişdir; görünür, haqlı ola-raq düşünürdü ki, bəzi hallarda ən kəsərli dəlil-qətiyyət və inamdır. O yazırdı: “O.Süleymenovun mülahizələrindəki yanlışlıq onun “Boza” və “Busove” sözlərinin təsadüfü fo-netik oxşarlığına istinad etmədiyindən irəli gəlir. Onun gəl-diyi qənaət əldə olan tarixi faktlara ziddir”. Yaxud: “Dastan müəllifində ant kralı Buse (artıq “Booz” deyil, “Buse” – O.S) dövrü kimi uzaq bir hadisədən danışmaq və üstəlik “qot qız-ları”nı yada salmaq zərurəti nədən aşkar olur – uzaq-uzaq dövrləri, ant kralı Busun qot basqınlarına necə sinə gərdiyini xatırlamaqla rus knyazlarının vətənpərvərlik hisslərinə təsir göstərmək…”

Bepul matn qismi tugad.

12 904,27 s`om
25 808,54 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
16 noyabr 2022
Hajm:
341 Sahifa 2 illyustratsiayalar
Tarjimon:
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Yuklab olish formati:

O'xshash kitoblar