Kitobni o'qish: «Tanrı və dövlət»
MİXAİL BAKUNİN
TANRI VƏ DÖVLƏT
Mixail Aleksandroviç Bakunin, 1814-cü ildə doğulan 19-cu əsrdə anarxizm, görkəmli rus inqilabi təşviqatçı, baş propaqandaçı və siyasi yazılar müəllifidir. Karl Marks ilə mübahisəsi onların ölümdən uzun sonra inqilabi sosialist hə-rəkatının anarxist və marksist qanadlara parçalanması ilə nə-ticələndi.
Bakunin Tver vilayətində kiçik torpaq sahibinin bö-yük oğlu idi. O, Sankt-Peterburqda Topçu Məktəbinə gön-dərildikdən sonra Polşa ilə həmsərhəd bir hərbi hissəyə tər-xis olunduğu vaxtdan həyatının etirazçı dövrü başladı. 1835-ci ildə o, məzuniyyətdə olmadığı halda ordudakı vəzifəsini tərk etmiş və onu son anda fərarilik ucbatından həbsə salın-maqdan xilas edən istefa qərarını vermişdir. Növbəti beş il ərzində o, zamanını Alman filosoflar İohan Fixte və Fridrix Hegelin yaradıcılığı ilə tanış olduğu Premukhino və yazar Turgenev, publisist Aleksandr Herzen və tənqidçi Vissarion Qriqoryeviç Belinskinin ədəbi çevrəsinin olduğu Moskva arasında bölüşdürüb. 1840-cı ildə Bakunin hələ də dəyişkən və qeyri-sabit düşüncələrlə təhsilini tamamlamaq üçün Berli-nə yola düşür. Orada o, Hegelin radikal ardıcılları olan Gənc Hegelçilərin təsiri altına düşür. Drezdenə gəldikdən sonra Bakunin, 1842-ci ildə hazırda çox məşhur olan “Məhvetmə ehtirası da yaradıcı ehtirasdır" aforizmi ilə bitən ilk inqilabi kredosunu radikal jurnalların birində nəşr etdirir. Bu, ona Rusiyaya qəti qayıdış göstərişi verilməsinə və onun öz imti-nası əsasında pasportundan məhrum olmasına səbəb oldu. İsveçrə və Belçikada qısa müddət yaşadıqdan sonra, Baku-nin Parisdə məskunlaşdı və burada o, Pyer Jozef Prudon və Karl Marksın da daxil olduğu fransız və alman sosialistlərə qoşulmuş, slavyan xalqlarının milli azadlıq uğrunda inqi-lablarına dəstək olmaq üçün onu ruhlandıran çoxsaylı Pol-şalı immiqrantlara dəstək olmuşdur. 1848-ci ilin fevral inqi-labında Parisdə şövqlə iştirak etdiyi ilk meydan döyüşlərinin dadını duyduqdan sonra o, bir neçə gün sonra Almaniya və Polşada da inqilab alovunu görmək ümidiylə şərqə doğru səyahət etdi. 1848-ci ilin iyununda Bakunin Praqada Avstri-ya qoşunlarının şəhəri bombalaması ilə sona çatan slavyan konqresində iştirak etdi. Daha sonra, həmin il, əsas əks-inqi-labi qüvvə kimi burjuaziyanı pislədiyi, Habsburqlar sülalə-sini devirmək üçün çağırış etdiyi, mərkəzi Avropada Azad Slavyan federasiyasının yaradılmasını ideyasını irəli sürdü-yü, kəndliləri, xüsusilə də, rus kəndlilərini gələcək inqilabın dağıdıcı qüvvəsi kimi gördüyü ilk böyük manifesti olan “Slavyanlara Müracəti” yazdı.
Hərəkətsizlikdən bezmiş Bakunin bir daha may 1849-cu ildə Drezden üsyanında inqilabi çəkişmələrə qoşuldu və həbs edildi. Bakunin Saksoniya hökumətinin göndərişi ilə Avstriyaya göndərilərək həbs edildi və oradan da Rusiyaya gətirildi. 1851-ci ilin mayında o yenidən geridə – rus torpaq-larında, Sankt-Peterburqdakı Peter-Paul qalasında idi. Polis müdirinin dəvəti ilə o, 1921-ci ilə qədər çap olunmayan mü-əmmalı bir “etiraf” yazdı. Bu yazı günahlarının bağışlanması diləyi, mərhəmət istəyi və həmçinin çar tərəfindən maraqla və təqdirlə qeyd olunan düşüncələri – almanlara nifrət və slavyanlara bağlılığından ibarət idi. Buna baxmayaraq, yazı Bakunini azadlığa qovuşdura bilmədi və o, üç il Peter-Paul qalasında, üç il digər bir qalada – Şlisselburqda qaldı və bu müddət ərzində onun səhhəti sürətlə pisləşdi. 1857-ci ildə azad edilərək Sibirdə yaşamağına icazə verilir və Bakunin Polşalı bir tacirin qızı ilə formal bir nikaha daxil olur. Şərq Sibir valisi Bakunin anasının əmisi oğlu idi və məhz bu qo-humluğa görə, guya ticarət üçün aşağı Amura səyahətə 1861-ci ildə icazə əldə etdi. Rusiya gəmisi ilə sahilə çatan Ba-kunin Yaponiyaya bağlı bir Amerika gəmisi ilə Amerika Bir-ləşmiş Ştatlarından Böyük Britaniyaya mühacirət edir.
1861-ci ilin sonunda Bakuninin Londona gəlişi onu sonuncu dəfə 1847-ci ildə Parisdə görüşdüyü və artıq Kolo-kol qəzetinin redaktoru kimi nüfuz qazanan Herzenlə qo-vuşdurdu. Bakuninin 14 aylıq London həyatı onunla gəncli-yinin inqilabi arzularından çoxdan vaz keçmiş və yazıçı və tənqidçi Nikolay Çernışevski və digər yüksəlməkdə olan ekstremal radikallar nəsli ilə təzad yaradan Herzen arasında uçuruma gətirib çıxardı. Herzen artıq Bakuninin iqtisadi və siyasi mövqeyini dözülməz hesab edirdi. 1863-cü ilin əvvə-lində Polşa üsyanı başlanan zaman Bakunin həyəcanla Polşa könüllülərini Baltikə aparan gəmiyə mindi, lakin gəmi yal-nızca İsveçə qədər gedə bildi. 1864-cü ilin əvvəlində o, dörd illik yaşayış yeri olacaq İtaliyaya gəlib çatdı. İtaliyada olar-kən o, ömrünün qalan hissəsini sistemsiz, lakin fasiləsiz enerji ilə təbliğ etdiyi anarxist məsləyin əsas konturlarını cız-maqla keçirdi. Bura onun qismən real, qismən də mücərrəd olan, üzvlərinin bütün enerjisini özündə cəmləşdirən və on-ları hipnoz edən gizli inqilabi cəmiyyətlər şəbəkəsi yaratdığı yer idi.
Bakuninin sonrakı illərinin ən məşhur epizodu Karl Marks ilə mübahisəsi idi. 1868-ci ildə Cenevrədə yaşadığı za-man o, fəhlə partiyalarının kapitalist cəmiyyətləri sosialist birliklərə çevirmək və son nəticədə onları vahid bir federasi-yada birləşdirmək məqsədi daşıyan Birinci İnternasionala qoşulmuşdu. Baxmayaraq ki, Bakunin, eyni zamanda öz ar-dıcıllarını inqilabi avanqard hesab edilən, qismən gizli bir Sosial Demokratik Alyansda birləşdirmişdi. Birinci İnternasi-onal bu iki güclü və zidd şəxsiyyəti birlikdə saxlamaq iqti-darında deyildi və bu mübahisələrlə əlaqəli bir intriqaya gö-rə Marks, 1872-ci ildə Haaqa qurultayında, Bakuninin və onun ardıcıllarının İnternasionaldan qovulmasına nail oldu. Avropa və Amerika Birləşmiş Ştatlarında inqilabi hərəkatın bölünməsi uzun illər davam etdi.
Bakuninin əsas iki əsərində, "Alman imperiyası və Sosial İnqilab" (1871) və “Tanrı və Dövlət” (1873), bilavasitə Marks ilə münaqişəsi öz əksini tapmışdır. Bakunin Marks ki-mi kompromissiz bir inqilabçı idi və mövcud olan sistemin zorakı vasitələrlə dağıdılmasını hər zaman təbliğ etmişdir, lakin o, siyasi nəzarəti, mərkəzləşməni, hakimiyyətin subor-dinasiyasını rədd edirdi. O, tipik alman düşüncəsini və təş-kilatlanmasını qınayır və Rusiya kəndlilərində təcəssüm ta-pan saf üsyan ruhunu üstün hesab edirdi. Bakuninin anar-xizmi son nəticədə, Marksın kommunizminin əksi kimi for-malaşdı. Bakunin həm şəxsən, həm də nəzəri, olaraq bütün marksistləri tənqid edirdi. Onun inqilabi hərəkatın ilk məq-sədi kimi dövlətin ləğvi düşüncəsi və tənqid etdiyi Marksın sosializm əldə olunanadək dövləti qorumaq ideyasının son nəticədə dövlətin bürokratik zülmünün gətirdiyi tiraniyanın inqilabi dəyişikliklərə təkan verəcəyi düşüncəsinin çox uzaq-görən bir ideya olması öz təsdiqini tapdı.
O İsveçrədəki son illərində Mərkəzi və Şərqi Avro-pada əvvəlki məşhurluğunu yenidən əldə etdi. Bakunin rus, polyak, serb və rumın immiqrantlarla yoldaşlıq edirdi və on-ların arasında onun xeyli ardıcılları var idi, yazılı bəyanna-mələr və planlı inqilabi təşkilatlar yaratmışdı. Lakin onun səhhəti daha da pisləşmişdi və maliyyə problemləri kəskin-ləşmişdi, hətta bir neçə italyan və İsveçrəli dostlarından asılı vəziyyətdə idi.
Prudon və Bakunin 19-cu əsrdə anarxizmin təsisçiləri kimi qəbul edilirlər. Bakuninin doktrinasının ardıcıl deyildi və onun irihəcmli və güclü yazıları tez-tez yarımçıq qalırdı. Lakin, onun şöhrəti və şəxsiyyəti çoxsaylı və geniş səpələn-miş ardıcıllarına ilham vermişdir. Anarxist qruplar, Böyük Britaniya, İsveçrə, Almaniyada mövcuddurlar və onlardan ən güclüsü anarxo-sindikatlaşdırılmış qanad Fransız həm-karlar ittifaqlarını Bakuninin davamçıları hesab olunurlar. Bakuninlə bağlı olan anarxist hərəkatlar İtaliyada və xüsusən də, 1936-cı ilə kimi anarxistlərin ən güclü inqilabi partiya ol-duğu İspaniyada xüsusilə davam etmişdir.
GÜNÜMÜZDƏ BAKUNİNİ OXUMAQ
Türkiyəyə sosialist düşüncə eynilə əksər inkişaf etmiş texnologiya məhsulları kimi “kənardan” gəldi. Bu vəziyyətin təbii nəticəsi, bəhs olunan bu düşüncənin tarixi inkişaf gedi-şatını öz təbii axınında izləyə bilməmək və modadan təsir-lənmək oldu.
“Moda”, bir vaxtlar, dünyada rəqibsiz görünən “So-vet Sosializmi” idi. Daha sonralar buraya yenə də xaricə in-deksli başqa dəbdə olan cərəyanlar əlavə edildi.
Bunu qeyd etməklə, keçmişdə ölkənin bir mərhələsi-nə öz damğasını vuran “sosialist” cərəyanların sadəcə bir dəb olduğunu qeyd etmək istəmirəm. O cərəyanların maddi əsasını əmələ gətirən ictimai hərəkat əlbəttə ki, bu ölkənin şərtlərindən doğulmuşdu və tələbləri etibarilə haqlı bir hərə-kat idi. Lakin, bu hərəkat öz ideyalarını sosialist hərəkatın o dövrdə dünyada “dəb” olan cərəyanları mənimsəyərək ifadə etdi.
İctimai cəhətdən baxıldıqda, bu bəlkə də zərurət idi. Lakin, o dövrün “dəbdə olan” cərəyanları və bunlara əsas ol-an rejimlər bugün artıq çökmüşdülər.
***
Bu heç də “sosializmin” başqa cür desək, bu cərəyan-da öz ifadəsini tapan haqlı ictimai istəklərin çökməsi, yaxud bitməsi demək deyil. Bu vəziyyət, daha çox bir “hesablaş-manı” labüd edir.
Sosializmin inkişaf dövrü mübahisələrini bilmək və bunları müxtəlif ictimai müxalif cərəyanlarla əlaqələndirərək qavramaq bu hesablaşma dövrünün əsas xarakteristikaların-dan birini təşkil edir.
***
Məsələyə Anarxizm nöqteyi-nəzərindən baxıldığı za-man isə, bunu demək olar. Bu cərəyan, keçmişdə, ölkəmizdə, Sosialist hərəkatın, yaxud başqa cür desək, işçi hərəkatının “içində” olan bir cərəyan şəklində görülmədi.
Halbuki, Anarxizm (dünyadakı bəzi anarxist cərə-yanların mənimsədiyi və ölkəmizdə hökmran məşhur ifadə-də göstərildiyi kimi) bəzi terror tərəfdarı, gözü dönmüş in-sanların mənimsədiyi bir mübarizə üsulu deyil, kökləri fəhlə sinifi hərəkatından əvvələ dayanan və Sosializm deyiminin xaricində (məsələn, Xristianlıq anlayışının daxilində belə) öz ifadəsini tapmış bir cərəyan idi.
Bir bənzətmənin ehtiva etdiyi bütün yalnışlıqları nə-zərə alaraq desək, Marksizm və Anarxizm arasındakı əlaqə, burjua inqilabları dövrünün “radikal” və “liberal” cərəyanla-rı arasındakı ziddiyətin bir davamı səciyyəsi daşıyırdı.
***
Aşağıda bir hissəsini oxuyacağınız əsər, fəhlə hərə-katı çərçivəsində, daha konkret desək, ilk beynəlxalq fəhlə təşkilatı olan İnternasional daxilində “dövlətin rolu” mövzu-lu bu konkret məsələdə bir tərəfin görüşlərini ehtiva edir.
Müzakirənin digər tərəfində dayanan Marksizm, (ən azından Marksist olduğunu iddia dən partiyalar və rejimlər tərəfindən) dünyanın heç də kiçik sayıla bilməyəcək bir his-səsində tətbiq edilmə imkanı tapdı. Anarxizmin isə onsuz da “bir iqtidar ifadəsi“ olması mümkünsüz idi.
Məsələyə bu nöqteyi-nəzərdən baxıldıqda, Bakuninin fikirləri, Marksist olduğunu iddia edən rejimlərin çöküş sə-bəblərinin müzakirəsi (məsələn, dövlət, demokratiya, elm və dinə münasibət) baxımından faydalı ola biləcək “tənqidi bir deyim” olaraq, bu gün ölkəmizdə də oxunmağa və müzakirə olunmağa layiqdir.
Təbii ki “o komanda qazanmadı, indi də bunu dəs-təkləyək” məntiqini bir kənara qoyub, bu cərəyanın ideyala-rını da “tənqidi düşüncənin” həlledici və konversiya gücü-nü də cərəyana tətbiq etməklə.
SİNAN ERGÜN
TANRI VƏ DÖVLƏT
Kim haqlıdır? İdealistlər, yoxsa materialistlər?
Məsələ bir dəfə bu formada irəli sürülübsə, hər for-mada tərəddüd imkansız olur. Heç şübhəsiz, idealistlər haq-sız, materialistlər haqlıdır. Bəli, materiya ideyalardan əvvəl yaranıb, bəli, Proudhonun qeyd etdiyi kimi, ideal, kökləri varlığın maddi şərtlərində olan bir çiçəkdən başqa bir şey deyildir. Bəli, bəşəriyyətin bütün tarixi, intellektual və əxla-qi, xronoloji və məntiqi baxımdan, yalnız onun iqtisadi tari-xinin bir imikasıdır.
Müasir elmin gerçək və obyektiv elmin bütün sahə-ləri bu böyük, əsas və təyinedici reallıq əsasında birləşir: Qlobal dünya, daha doğrusu, insanların dünyası, qısaca in-sanlıq yalnız heyvanlığın ən yüksək təzahürünün sonuncu və ən üstün (ən azından planetimizdə və bildiyimiz qədəriy-lə) inkişaf mərhələsidir. Lakin, hər bir inkişaf məcburi ola-raq özünün əksini, yəni əsasını və hərəkətverici başlanğıcını da yaratdığına görə, insanlıq eyni zamanda və əsas etibarilə insandakı heyvani tərəfin tədricən və mərhələli şəkildə inkar edilməsidir. İdeal olanı, intellektual və əxlaqi inanclar dün-yasını, ideyaları əmələ gətirən və yaradan, sözsüz ki, təbii ol-duğu qədər rasional və bir dəfə tarixi və məntiqi hala gəldiyi zaman dünyadakı bütün təbii qanunların inkişafı və gerçək-ləşməsi qədər qaçınılmaz olan bu inkardır.
Bəli, bizim əcdadlarımız, Adəm və Həvvalarımız, əgər qorillalar deyilsə, onların yaxın qohumu olan və digər heyvan növlərindən düşünmə gücü və üsyan arzusunun əmələ gətirdiyi iki dəyərli bacarığın daha üstün bir inkişaf dərəcəsinə malik olmaqla ayrılan, hər şeyi yeyən, ağıllı və vəhşi varlıqlardır. Onların tarixi inkişafı ilə çulğaşan bu ba-carıqlar heyvanlıqdan insanlığa keçid, müsbət inkişaf mər-hələsinin mənfi gücünü formalaşdıran əsas faktoru təmsil edir və nəticə etibarilə, insanın varlığında insanlığı meydana gətirən hər şeyi bu bacarıqlar yaratmışdır.
Olduqca maraqlı, insan zəkası və fantaziyasının möv-cud olan ən qədim təzahürlərindən biri olmaqla, bəzi mə-qamlarda çox dərin bir kitab olan İncil, ilk günah əfsanəsin-də bu həqiqəti çox sadəlövh bir şəkildə ifadə edir. İnsanlar tərəfindən sitayiş edilən bütün yaxşı tanrıların heç şübhəsiz ən qısqanc, ən təkəbbürlü, ən vəhşi, ən ədalətsiz, ən qana susamış, ən despot və insanın hörmət və azadlığına ən düşmən olan tanrı Yehova özünün hansısa kaprizini təmin etmək üçün, əlbəttə, əbədi xəbis tənhalığının içində ağır bir yükə çevrilən can sıxıntısından xilas olmaq, ya da bəzi yeni qullara sahib olmaq niyyətilə Adəm və Həvvanı yaradır. Bütün meyvə və heyvanlarla birgə dünyanı səxavətlə onların əmrinə tabe edir. Lakin bu yararlanmada tək bir istisna vardı: Bilgi ağacının meyvələrinə toxunmaq açıq şəkildə yasaqlanmışdı. Beləliklə, özünüdərk bacarığından məhrum olmuş insanın əbədilik bir heyvan kimi qalması, əbədi Tanrısı, yaradıcısı və ağası önündə daima dörd ayaq üzərində sürünməsi istənilmişdir. Lakin, bu məqamda Şeytan, əbədi üsyankar, dünyanın ilk azad düşünən xilaskarı peyda olur. O, insanın öz heyvani cəhalət və itaətindən utanmasına səbəb olur, onu xilas edir, itaətsizliyə və bilginin meyvəsini yeməyə məcbur edərək, alnına azadlığın və insanlığın damğasını vurur.
Daha sonra olanlar hamımıza məlumdur. Müqəddəs səciyyələrindən biri olan hər şeyi öncədən bilməyinin onu əvvəlcədən xəbərdar etməli olduğu xeyirxah Tanrı, qorxunc və əbləhcə bir qəzəbə düçar olur. Eynilə qəzəblənmiş uşaqlar kimi, öz yaratdığı şeyi yerə çırpar, Şeytanı, insanı və öz ya-ratdığı dünyanı lənətləyər; üstəlik, bu lənəti əcdadlarımızla məhdudlaşdırmayıb, onların etdiyi bu yanlışa görə günah-kar tutula bilməyəcək gələcək nəsillərə də yayar. Bizim Ka-tolik və Protestant teoloqlarımız isə sırf olduqca ədalətsiz və axmaqca olduğuna görə, bu nağıla çox dərin və ədalət dolu bir hekayət kimi baxarlar. Lakin, sonradan yalnızca intiqam və qəzəb tanrısı deyil, həm də sevgi tanrısı olduğunu xatır-layaraq, təbii ki, bu bir neçə milyard yazıq insana əzab verib onları əbədilik cəhənnəm həyatına məhkum etdikdən sonra, qalanlara mərhəmət etmək və həmişə qurban və qan arzula-yan əbədi və müqəddəs qəzəbini yenə əbədi və müqəddəs sevgisi ilə taraz saxlamaq üçün dünyaya başqalarının güna-hının cəzasını çəkəcək bir qurban kimi insanlar tərəfindən öldürülməsi mümkün görünən sevimli övladını göndərir. Bütün xristian dininin təməli olan Qurtuluşun (Redemption) sirri deyilən şey məhz, budur. Təbii ki əgər bununla müqəd-dəs xilaskar bəşəriyyəti xilas etmişsə! Lakin, bildiyimiz kimi İsanın vəd etdiyi cənnətə girə bilmək üçün seçiləcək insanla-rın sayı yenə də çox azdır. Qalanlar keçmiş və gələcək nəsil-lərin böyük əksəriyyəti, cəhənnəmdə əbədiyyən yanacaqdır. Yeri gəlmişkən, həmişə ədalətli, həmişə xeyirxah olan Tanrı, bizə təsəlli vermək üçün dünya işlərinin idarəçiliyini III Na-poleonların, I Vilhelmlərin, Avstriyalı Ferdinandların və Ru-siyalı Aleks andrların hökumətlərinə həvalə etmişdir. Bütün XIX əsr boyunca Avropanın bütün məktəblərində idarəçili-yin aşkarcasına yönləndirməsi ilə söylənən və öyrədilən əca-ib dokrtinalar məhz bunlardır. Buna xalqı itaətkarlaşdırmaq deyirlər! Bütün bu hökumətlərin başlıca məqsədi xalqı küt-ləşdirmək olan sistemli zəhərsaçanlar olduğu açıqca bəlli de-yilmi?
Bir qədər mövzudan kənara çıxdım, çünki, bu adam-ların xalqı daha asanlıqla yoluna bilsinlər deyə daima kölə saxlamaq məqsədilə istifadə etdikləri vasitələr ağlıma gələn-də qəzəbimi saxlaya bilmirəm. Özlərini xalqın qoruyucuları və ataları kimi adlandırmağa cəsarət edə bilən bu şəxslərin bəşəriyyətə qarşı açıq şəkildə bütün dünyada hər gün etdik-ləri bu xəyanətin günahı ilə müqayisə edildikdə, bütün Tropmannların günahı nədir ki? Yenidən ilk günah əfsanəsi-nə qayıdıram.
Tanrı, itaətsizlik etməyə təhrik etdiyi insanlara bunun müqabilində bilgi və azadlıq vəd edən Şeytanın Adəm və Həvvanı aldatmadığını, başqa cür desək, Şeytanın əslində haqlı olduğunu İncildə yazılan alma yemə əhvalatının ardın-ca dediyi bu sözlərlə qəbul edir: “Baxın, insan yaxşı və pisi dərk etməklə tanrılardan biri oldu. Buna görə də, onu əbədi həyatın meyvəsini yeməkdən məhrum et ki, bizim kimi ölümsüz olmasın”.
İndi bu hekayətin nağılvari tərəfini bir kənara qoyub, olduqca açıq görünən həqiqi mənası üzərində dayanaq. İn-san özünü xilas etdi; özünü heyvanlar aləmindən ayırdı və bir insan olaraq yenidən yaratdı. İtaətsizliklə və elmlə, başqa cür desək, üsyan və dərketmə ilə özünəməxsus tarixi və inki-şafı başlatmış oldu.
Bu üç şey, ya da üç əsas anlayış tarixdə fərdi, yaxud, kollektiv bütün insan inkişafının əsas şərtlərini əmələ gətirir: 1-insanın heyvani olması; 2-düşüncə və 3-hərəkət. Bunlar-dan birincisi fərdi və kollektiv iqtisadiyyata; ikincisi elmə; üçüncüsü isə azadlığa uyğun gəlir.
Aristokratiya və ya burjua, dinşünas və ya metafizik, siyasətçi yaxud əxlaqçı, dindar, filosof və ya şair bildiyimiz kimi “idealın” sərhəd tanımayan sitayişçiləri olan liberal ekonomistləri də unutmayaq bütün idealistlər bütün o bö-yük zəkası, ali düşüncələri və sərhədsiz istəkləriylə, insanın dünyada mövcud olan digər bütün şeylər kimi, maddədən başqa heç bir şey, sadəcə adi maddənin bir məhsulu, təza-hürü olduqlarını onlara dedikdə bundan narazı olurlar.
Buna belə cavab vermək olar: Materialistlərin barə-sində danışdıqları maddə, öz-özlüyündə və əbədi olaraq hə-rəkətli, aktiv, çoxalan, kimyəvi ya da bioloji olaraq müəyyən edilmiş və mexaniki, fiziki, heyvani və qaçınılmaz olaraq ona aid olan zehni xüsusiyyətlər ya da güclər vasitəsilə təzahür edən maddədir; bu maddənin, idealistlərin adi maddəsilə or-taq heç bir xüsusiyyəti yoxdur. Bu, axırıncısı realda onların yanlış mücərrədləşdirmələrinin bir nəticəsindən, ən kiçik bir bir yaratma gücünə belə malik olmayan axmaq, ruhsuz, hə-rəkətsiz bir şeydən, bir “caput mortuumdan” Tanri adi veri-lən xoş məfhumun əksini təmsil edən çirkin bir məfhumdan başqa bir şey deyildir. Bu üstün varlığın əski olaraq maddə, onun həqiqi təbiətini əmələ gətirən xüsusiyyətlərdən məh-rum edilmiş olan bu maddə, məcburi olaraq ali heçliyi təmsil edir. Onlar, maddədən idrakı, həyatı təyinedici bütün xüsu-siyyətləri, aktiv əlaqələri və ya gücləri, o olmadan maddənin bir çəkiyə belə sahib ola bilməyəcəyi hərəkətin özünü də içindən çəkib çıxarmışlar; geriyə nüfuz edilməzlik və kainat-da mütləq bir hərəkətsizlikdən başqa heçnə qoymamışdırlar; daha sonra, bütün bu təbii gücləri, xüsusiyyətləri və təzahür-ləri onların mücərrəd obrazlaşdırmaları tərəfindən yaradıl-mış xəyali bir varlığa mənsub etmişlər; bunun ardınca rolları dəyişərək təxəyyüllərinin məhsulu olan bu xəyali varlığı, heçnə olan bu Tanrını “üstün varlıq” kimi adlandırmış və nəhayət, məcburən həqiqi varlığın, maddənin, dünyanın bir heç olduğunu elan etmişlər.
Bütün bunlardan sonra, bizə ciddi-ciddi bu maddə-nin hər hansı bir şey yaratma gücünə sahib olmadığını özü-özünü hərəkətə gətirə bilməyəcəyini və nəticə etibarilə də, onların Tanrısı tərəfindən yaradılmaq məcburiyyətində ol-duğunu anlamışdırlar.
Bu kitabın sonunda, istər fərdi bir varlıq, yaradıcı və dünyaların təşkilatçısı, istərsə də fərd halına bürünməmiş, amma bütün kainata yayılmış və beləliklə, onun əbədi qanu-nunu yaratmış bir növ müqəddəs ruh, yaxud da dünyada həmişə mövcud olan və təsirli, hər zaman maddi və müəy-yən olunmuş varlıqların bütünü olaraq təzahür edən sonsuz və müqəddəs bir ideya olaraq görünsün, Tanrı ilə əlaqəli bu obrazlaşdırmanın, insanı qaçınılmaz olaraq sürükləyəcəyi yanışlıqları müəyyən etdim. Burada, bu məqamlardan yalnız biri üzərində dayanacağam.
Təbii heyvan yaşamı və fərdi yaxud, ictimai insanın tarixi şəkildə formalaşan irəliyə istiqamətlənən zehni inkişafı qədər maddi dünyanın mərhələli inkişafı da bütövlüklə an-laşılan bir şeydir. Bu, sadədən mürəkkəbə, aşağıdan yuxarı-ya, adidən aliyə doğru təbii bir hərəkətdir. Bu hərəkət, gün-dəlik təcrübələrimizlə və nəticə etibarilə də, təbii məntiqim-izlə, yalnızca bu eyni təcrübələrimizin köməyilə formalaşan və inkişaf edən ağlımızın özünəməxsus qanunları ilə vəhdət-dədir; başqa cür desək, bütün bunların zehni, əqli olaraq ye-nidən yaradılmış və əks olunmuş xülasəsidir.
İdealistlərin sistemi bunun tam əksidir. Bu sistem, bütün insan təcrübəsi ilə bəşəri və ümumi sağlam düşüncə-nin tərsinə çevrilməsinə əsaslanır. O sağlam düşüncə ki, bü-tün insan anlayışının təməl şərtidir və iki üstəgəl ikinin dörd etdiyi kimi bəsit və hər kəs tərəfindən qəbul edilən həqiqət-dən üstün və ən mürəkkəb elmi mülahizələr səviyyəsinə qal-xaraq, eləcə də, təcrübənin ya da əşyanın və faktların müşa-hidəsinə əsasən əsaslandırıla bilməyəcək heç nəyi qəbul et-məyərək, insan bilgisinin yeganə ciddi özülünə çevrilir.
Aşağı olandan yüksək olana, adi olandan üstün ola-na, nisbətən bəsit olandan daha qarışıq olana istiqamətlənən bir yolla irəliləyən təbii nizamı izləməkdən imtina edən; qey-ri üzvi adlandırılan dünyadan üzvi dünyaya, bitkiyə, hey-vana və nəhayət, tam insana kimyəvi maddə və ya kimyəvi varlıqdan yaşayan maddə, yaxud, yaşayan varlığa, və yaşa-yan varlıqdan düşünən varlığa təkamül edən, inkişafda olan və həqiqi hərəkətə əqli və məntiqi olaraq paralel getməyi in-kar edən; teologiyadan götürdükləri müqəddəs ruh tərəfin-dən yanlış düşüncəyə sürüklənən, korlaşdırılan və instink-tivləşdirilən idealistlər bunun tam əksi bir yolda irəliləyərlər. Onlar yuxarıdan aşağıya, üstün olandan adi olana, mürək-kəbdən bəsitə doğru gedər və istər bir nəfərlik, istərsə də, müqəddəs bir özül və yaxud ideya olaraq görsünlər, Tanrı anlayışından yola çıxıb ilk addımda qorxunc bir şəkildə əbə-di idealın ali zirvəsindən maddi dünyanın çirkabına, mütləq mükəmməllikdən mütləq yanlışlığa, düşüncədən varlığa, ya da daha doğrusu, üstün varlıqdan heçliyə düşərlər. Heç bir idealist, heç bir teoloq, heç bir metafizik, heç bir ozan əbədi, sonsuz, mütləq olaraq mükəmməl və böyük ehtimalla özün-dən bezmiş bu müqəddəs varlığın, nə zaman, necə və nə üçün bu “salto moraleni” reallaşdırmağa qərar verdiyini, bu günə qədər nə başa düşə bilmiş, nə də izah edə bilmişdir. Müqəddəs insanlar, ilhamlanmış qanun yaradıcıları, pey-ğəmbərlər, məsihlər, həyatları boyunca keçmişdəki və ha-zırdakı bütün dinlərin və məhəbbətin fəlsəfənin bütün sis-temlərinin varlıqlarını özlərinə əsaslandırdıqları, bu yeganə və bədxah sirrin arxasınca getmişlər, lakin, cəhdlərinin so-nunda çatdıqları son nöqtə yalnız ölüm və əzab olmuşdur. Küllərindən yenidən doğulan əfsanəvi Anka quşu kimi, bu sirr, onu açıqlaya bilməyənlərin hamısını yandırıb külə çe-virmişdir. Heraklid və Platondan, Dekart və Spinozaya kimi bir çox filosof, Leybnits, Kant, Fixte, Şelling, Hegel (Hind fi-losoflarını bir kənara qoyuram), bunların hamısı, arada çox gözəl və böyük şeylər dedikləri, ölümsüz həqiqətlər kəşf et-dikləri cild-cild kitablar yazmışlar, müdrik olduğu qədər də ali olan sistemlər qurmuşlar, lakin bu sirri açmağı, araşdır-malarının bu əsas məqsədinə çatmağı əsla bacara bilməmiş-dirlər. Dünyanın bu günədək tanıdığı ən mükəmməl düha-ların böyük əzmlərinin və ən azından otuz yüzillikdir ki Si-zifin öhdəsinə götürdüyü çətin vəzifəyə bir-birinin ardınca talib olanların bu günə kimi gələ bildiyi tək məqam, bu sirri daha da anlaşılmaz etmək olmuşdur. Bütün yaşayan və ciddi insanların, müzakirəni qəbul etməyən imanla ciddi elmi araşdırmalar arasındakı bir razılaşmadan yaranmış, heç şüb-həsiz, tarixi olaraq izah edilə bilən, nə olduğu naməlum olan bu elmi tərk etdiyi bir zamanda, süni şəkildə ifrat qızışdırıl-mış bir metafizikanın “müdriklik edən” bəzi şagirdlərin or-taya atdığı təkarlanan fərziyyələr bu sirrin üzərini örtən ör-tüyü qaldırmağı bacara bilərmi? Buna ümid etmək müm-kündürmü?
Açıqdır ki, bu sirri açıqlamaq mümkün deyildir; yəni, bu, cəfəngiyyatdır, çünki, yalnız cəfəngiyyatın şərhə ehtiyacı yoxdur. Məlumdur ki, hər kim xoşbəxtliyini və həyatını bu sirrə əsaslandırırsa, ağlını bir kənara qoyub (əgər əlindən gə-lirsə), sadəlövh, kor, səfehcə imana dönməli və bütün səmi-mi iman sahibləri kimi Tertullianın bu sözünü təkrarlamalı-dır: “Credo Quia absurdum”. Beləliklə, bütün mübahisə so-na çatar və geriyə qalib gələn imanın cəfəngliyindən başqa bir şey qalmaz.
Bu sirri bədxah olaraq adlandırdım, çünki o, edilmiş və edilməkdə olan bütün pisliklərin xeyir-duası olmuş və ol-maqdadır. Eyni zamanda “yeganə” adlandırdım, çünki, in-san ağlını alçaldan bütün teoloji və metafizik cəfəngiyyatlar onun nəticələrindən başqa bir şey deyildir. “Cəfəngiyyat ol-duğu üçün inanıram”. (Ç.N.)
Amma, məqamda, başqa bir sual ortaya çıxar: Necə olur ki ağıllı və bilgili bir insan bu sirrə inanma ehtiyacı du-yar?
Dünyanın yaradıcısı, idarə edicisi, hakimi, əfəndisi, lənətləyəni, xilaskarı və hamisi olan tanrıya duyulan inancın xalq arasında, xüsusən də şəhər proletariatı arasında oldu-ğundan daha geniş bir şəkildə varlığını davam etdirdiyi kənd yerlərində geniş yayılmasından daha təbii heç nə yox-dur. Təəssüf ki, xalq hələ də olduqca cahildir və hökumətlə-rin sistemli səyləri ilə cəhalət içərisində saxlanılmağa davam edilir. Dövlətlər, haqlı olaraq bu cəhaləti iqtidarlarını davam etdirməyin mühüm şərtlərindən biri kimi görürlər. Bütün enerjilərini gündəlik çalışmaları zamanı sərf edən, özünə ayı-racaq vaxtı olmayan, intellektual münasibətlərdən və oxu-maq üçün lazımi vaxtdan, qısacası, insanda təfəkkürü inkişaf etdirən bütün vasitələrdən və xəbərdaredicilərin böyük bir hissəsindən məhrum edilən xalq, əsasən dini inancları tənqid etmədən, olduğu kimi qəbul edir. Onu, uşaqlığından başla-yaraq, bütün həyatı boyunca əhatə edən və hər növ zəhər sa-çan keşişlər və digərləri tərəfindən süni şəkildə zehinlərinə həkk olunan bu adətlər, çox zaman orada təbii düşüncədən daha güclü bir növ əqli və əxlaqi vərdişə çevrilir.
Xalqın cəfəng inanclarını yəni, Avropanın ən inkişaf etmiş ölkələrində xalqın, cəmiyyətin iqtisadi təşkilatlanması tərəfindən ölümcül şəkildə məhkum edilmiş olduğu bu qeyri-normal vəziyyəti açıqlayan və bir yolla haqlı çıxaran başqa səbəblər də vardır. Maddi olduğu qədər intellektual və əxlaqi olaraq da insan varlığının minimuma endirilmiş, zindana atılmış bir məhkum qədər məhdud bir həyat bəxş edilmiş, bir çıxış yolu tapa bilməyən, hətta iqtisadçılara inansaq bir gələcəyi olmayan xalq, əlbəttə ki, bir qaçış arzulamadığı təqdirdə yalnızca burjuaziyanın daralmış ruhuna və korlaşmış instinktlərinə sahib olacaqdır. Qaçışa gəldikdə, bunun yalnız üç üsulu vardır. İkisi xəyali, biri isə real. İlk ikisinin yolu meyxanalardan və kilsədən keçər birincisi bədəni, ikincisi isə ruhu səfalətə sürükləyər. Üçüncü yol isə ictimai inqilabdır. Buradan bu nəticəni çıxarıram: Bu sonuncu yol, azad düşünənlərin dini inancları son zərrəsinə qədər məhv etmək və xalqın vərdişlərini dəyişdirmək üçün (bu inanclar və vərdişlər əsasən zənn edildiyindən daha çox iç-içədir) həyata keçirdikləri teoloji propaqandaların hamı-sından daha güclüdür. Yalnızca ictimai inqilab cismani və ruhi səfalətin aldadıcı və heyvani həzlərinin yerinə həm tək-tək, həm də bütövlükdə saf olduğu qədər də həqiqi olan insani həzləri qoyaraq, eyni zamanda bütün kilsə və meyxanaları bağlaya biləcək gücə sahib ola bilər.
O zamana qədər, bir bütün olaraq nəzərdən keçirdik-də xalq inanacaqdır və inanmaq üçün bir səbəbi olmasa be-lə, heç olmazsa, buna haqqı olacaqdır.
Xalqın bir təbəqəsi daha vardır ki, inanmasa belə ən azından inanırmış kimi görünməyə məcburdur. Bu təbəqə insanlığın bütün zülümkarlarını, bütün zorakılıq edənlərini, istismarçılarını əhatə edir: Keşişlər, monarxlar, dövlət adam-ları, əsgərlər, ictimaiyyət üçün yaxud da özü üçün çalışan maliyyəçilər, hər növ səlahiyyətli şəxslər, polislər, jandarm-lar, zindançılar, edamçılar, təkəlçilər, kapitalistlər, vergi top-layanlar, varlılar, torpaq mülkiyyətçiləri, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ən xırda şirniyyat satıcılarına kimi hamısı bir ağızdan Volterin bu sözlərini təkrarlamalıdırlar: “Əgər Tanrı olmasaydı, onu yaratmağa məcbur olardıq”.
Bunlardan başqa, son olaraq sayı xeyli çox olan başqa bir insan təbəqəsi vardır. Xristian doqmalarını ciddiyə alma-yacaq qədər ağıllı olan bu dürüst, amma utancaq şəxslər inancın xırdalıqlarını inkar edərlər, lakin onu bütövlükdə in-kar etmək üçün lazımi cəsarət, güc və qətiyyətliliyi göstər-məzlər. Bunlar dinin özünəməxsus cəfəngiyyatlarının hamı-sına tənqidi yanaşarlar, bütün möcüzələrə dırnaqarası baxar-lar; lakin, əsas cəfəngiyyata, işin mənbəyinə, bütün digər möcüzələri izah edən və aşkara çıxaran möcüzəyə, Tanrının varlığına möhkəm şəkildə inanarlar. Onların Tanrısı, teologi-yanın canlı, güclü varlığı, vəhşicəsinə müsbət olan Tanrısı deyildir. Onların Tanrısı özünü dərk etmək üçün atılan ilk addımda heçliyə çevrilən, uçucu, aldadıcı bir tanrıdır; bir xə-yaldır, nə isidən, nə də ki aydınlandıran bir “ignis fatugs”-dur. Bunun müqabilində, onlar, bu Tanrıdan möhkəm yapış-mağa davam edər və əgər onu itirsələr, onunla birlikdə hər şeyi itirəcəklərinə inanarlar. Bunlar, hazırkı sivilizasiyadan aralanan, lakin gələcəkdəkinə də aid olmayan qərarsız, xəstə ruhlu şəxslər, yerlə göy arasında əbədi olaraq asılı qalan solğun ruhlardır; burjua siyasəti ilə proletariat Sosializmi arasında işğal etdikləri mövqeləri də eynilə belədir. Bu in-sanlarda fikirlərinin ardınca gedəcək güc, arzu və qətiyyət yoxdur, uzlaşması mümkün olmayanları uzlaşdırmaq üçün boş yerə səy göstərərlər və əzab çəkərlər. İctimai həyatda bunlar Burjua Sosialistləri kimi tanınırlar. Onlarla birgə, ya da onlara qarşı ediləcək hər hansı bir müzakirənin heç bir mənası yoxdur; bu qədər əhəmiyyətsizdirlər.
Lakin, bunların içərisində bir neçə məşhur şəxslər var ki, heç kim onlara ehtiram göstərmədən onlar barəsində da-nışa bilməz; zəkalarının canlılığı və gücü ilə onların xoş mə-ramlarını müzakirə məsələsi edə bilməz. Mazzini, Michelet, Quinet, Con Stüart Mill*1 bunlardan adları ilk ağlıma gələn-lərdir. Comərd və güclü ruhlara, ali qəlblərə, dahi zəkalara sahib olan və böyük yazıçılar olan bu insanlardan birincisi (Mazzini) eyni zamanda, böyük bir xalqın qəhrəmanı və in-qilabi yenidən qurucusudur. Adını çəkdiyim bütün bu şəxs-lərin hamısı idealizmin həvariləridir; materializmə və nəticə etibarilə Sosializmə həm fəlsəfi, həm siyasi olaraq nifrət edər və ona qarşı mübarizə edərlər.
Onda bu məsələni bunlarla müzakirə etməliyik. Əv-vəla, bu məqama diqqət yetirək: Nə adını yuxarıda qeyd et-diyim bu mühim şəxslərdən hər hansı biri, nə də bu gün əhəmiyyətli olan digər hər hansı bir idealist məsələnin mən-tiqi tərəfinə hər hansı əhəmiyyət verməmişdilər. Bunlardan heç biri, ruhun saf və əbədi sahəsindən maddi dünyanın çir-kabına edilən müqəddəs “salto mortalenin” (ölümcül sıçra-yış) fəlsəfi olaraq mümkünlüyü məsələsinə diqqət yetirmə-mişdir. Görəsən, bu uzlaşmaz təzada yaxınlaşmaqdan qorx-duqları, tarixin ən böyük dühalarının müvəffəqiyyətsizliklə-rindən sonra bu təzadı aydınlığa qovuşdurmağa ümid et-mədiklərinə görəmi; yoxsa, bu problemi onsuz da yetərli qə-dər həll olunmuş kimi gördükləri üçünmü? Bu, onların sirri-dir. Həqiqət budur: Bunların hamısı nəzəri olaraq, bir Tanrı-nın varlığının sübut olunması məsələsinə laqeyd yanaşmış-lar və yalnız bunun praktiki faktorları və nəticələri üzərində dayanmışlar. Onların fikrincə, Tanrının varlığı bəşəri olaraq qəbul edilmiş və belə olduğuna görə də hər cür şübhədən tə-mizlənmiş bir həqiqətdir; sırf bu sübutdan istifadə edərək bu şəxslər özlərini Tanrıya inamın qədim zamanlara uzanan köklərinin və həqiqi bəşəriliyinin aşkar edilməsi ilə məhdud-laşdırmışlar.
Bir çox məşhur insanın və yazıçının gözündə bunlar-dan yalnız məsələni çox təsirli bir ifadə ilə irəli sürənləri Co-zef de Maistre və Cüzeppe Mazzininin adını çəkəcəyəm. Özünü təlqin edən bu ortaq düşüncə təklikdə bütün elmi sübutlardan daha dəyərlidir və bu şəxslərə görə, əgər çox az sayda məntiqli və hətta çox güclü, amma təcrid edil-miş filosof bu ortaq qənaətə qarşı çıxırsa, onlar baxımından vəziyyət daha pisdir, çünki, bəşəri təsdiq, bir fikrin ümumi və primitiv mənimsənilməsi hər zaman onun həqiqiliyinin ən aşkar sübutu kimi dəyərləndirilmişdir. Bütün dünyanın paylaşdığı bir duyğu, hər zaman və hər yerdə rast gəlinən və qorunan bir inanc, yanlış ola bilməz; o, insanın həqiqi təbiət-ində mütləq olaraq mövcud bir labüdlükdən qaynaqlanma-ğa məcburdur; həm keçmişdə, həm də bu gün xalqların Tan-rının varlığına inanmış olduqları və hələ də inanmağa dav-am etdikləri qəti olaraq müəyyən edilmiş olduğundan, şüb-hə azarına düçar olanları bu şübhəyə aparan məntiq nə olursa-olsun, anormal istisnalardan, əcaib məxluqlardan baş-qa bir şey deyildir.
O zaman, elm və məntiq nə qədər əksini iddia etsə də, bir inamın çox qədim və bəşəri olaraq mənimsənilmiş ol-ması onun həqiqiliyinin yetərli və təkzibedilməz bir sübutu olmağa məcburdur. Bəs nə üçün?
Kopernik və Qalileyə qədər hər kəs günəşin dünya ətrafında fırlandığına inanırdı. Məhz o zaman da hər kəs ya-nılmamışdımı? Köləlikdən daha qədim və daha bəşəri nə ola bilər? Bəlkə də, hannibalizm. İctimai tarixin başlanğıcından bu günə kimi, həmişə və hər yerdə kütlələr-kölələr, təhkimli-lər və muzdlu işçilər məcburi olaraq əməyə cəlb olunaraq, hakim bir azlıq tərəfindən istismar edilmişlər. Xalq kilsə və dövlət tərəfindən təzyiqə məruz qalmışdır. O zaman, bu is-tismar və təzyiqin insan cəmiyyətinin həqiqi varlığında möv-cud olan ehtiyaclarından məcburi şəkildə qaynaqlandığı nə-ticəsinə gəlmək olarmı? Bu nümunələr bir şeyi göstərir: Tan-rının qabaqcıl müdafiəçilərinin irəli sürdüyü sübut əslində heç bir şeyi isbat etmir.
Əslində heç nə haqsız və cəfəng olduğu qədər qədim və bəşəri deyildir, həqiqət və haqlı olan isə insan cəmiyyət-indəki inkişafın ən yeni xüsusiyyətini təşkil etməsi səbəbin-dən ən az bəşəri olandır. Davamlı bir tarixi faktın, yəni, həqi-qəti ilk dəfə elan etmiş olanların, “bəşəri“ və “qədim” inanc-ların rəsmi, imtiyazlı və onunla əlaqəli təmsilçiləri və eyni zamanda, bu saydığımız şəxslərin təzyiqi nəticəsində sonda həmişə onların fikirləri mənimsənilmişdir. Beləliklə, onlara zəfər qazandıran eyni kütlələr tərəfindən eyni zamanda on-ların əzaba düçar edilməkdə olması faktının açıqlanması da bu həqiqətlə bağlıdır.
Biz materialistlər və İnqilabi Sosialistlər üçün bu ta-rixi faktda təəccüb doğuran, və ya, qorxulacaq heç nə yox-dur. İstənilən şəraitdə həqiqətə olan sevgiyə, inama və şəxs-ən özü böyük bir gücə malik olan və o olmadan heç bir düş-üncənin mümkün olmayacağı məntiqə qarşı hiss etdiyimiz ehtirasa və insan olanın nəzəri və praktiki olaraq heyvani olan hər şey üzərində qələbə çalacağı ilə əlaqədar duyduğu-muz sarsılmaz imana və nəticə etibarilə inanclarımızı paylaş-an azsaylı insanın qarşılıqlı olaraq bir-birinə göstərdiyi eti-mad və dəstəyə bunların hamısına möhkəm sarılmış olan bizlər, özündə dünyanı idarə edən digər qanunlar qədər tə-bii, mühim və sabit bir ictimai qanunun təzahürünü gördü-yümüz bu tarixi faktın nəticələrinə təslim oluruq.
Bu qanun məntiqidir və insan cəmiyyətinin heyvani mənşəyinin qaçınılmaz sonudur. Bu günə kimi toplanan bü-tün elmi, fizioloji, psixoloji və tarixi sübutlar və bu sübutları olduqca açıq bir şəkildə təsdiqləyən almanların Fransanı iş-ğal etməsi nəticəsində yaranan bu pisliklər qarşısında artıq bu mənşədən şübhə duymaq, həqiqətən də, mümkün deyil. Nə vaxt bu heyvani mənşə qəbul edilsə, o zaman hər şey açıqlanar. O zaman tarix bizə keçmişin hərdən ağır, durğun, sürünən hərdən də ehtiraslı və güclü bir inkarı olaraq görü-nür. Bu müddət qəti olaraq, insanın primitiv heyvaniliyinin insan tərəfinin inkişafı ilə proqressiv formada inkarını ehti-va edir. Vəhşi bir heyvanın, qorillanın qohumu olan insane, heyvani instinktin qaranlıqlarından, keçmişin yanlışlıqların-dan tamamilə təbii bir şəkildə açıqlayan və bugünkü səhvlər mövzusunda bizə qismən təsəlli verən ağılla aydınlığa qo-vuşmuşdur. O, heyvani köləlikdən gəlmiş, müqəddəs köləlik mərhələsindən keçmiş və hazırda insanlıqla heyvanlıq ara-sındakı keçid mərhələsinə qədəm qoymuşdur. Ardınca get-diyi istiqamətdə isə insan azadlığının fəthi və reallaşdırıl-ması dayanır. Bütün bunları nəzərə aldıqda bu nəticəyə gə-lirik ki: Bir inancın, bir fikrin çatışmazlığı, əksikliyi nəinki onun həqiqiliyinin sübutu olmalıdır, hətta bizi onun həqiqi-liyinə şübhə duymağa vadar etməlidir. Çünki bizdən geridə heyvanlığımız, önümüzdə isə insanlığımız dayanır. İnsani işıq bizi aydınlandıra biləcək yeganə işıq, bizi xilas edən, bi-zə ehtiram, azadlıq və xoşbəxtlik verən və biri-birimizlə qar-daş olmağımıza səbəb olan yeganə vasitədir; bu işıq başlan-ğıcda olmasa da, hazırda yaşadığımız dövrdə nisbi olaraq parlayır, tarixin sonunda isə, əbədi olaraq parlayacaqdır. Elə isə, keçmişi buraxıb gələcəyə baxaq, çünki, günəşimiz, qur-tuluşumuz gələcəkdədir. Əgər, geriyə dönüb tarixi təhlil et-məyimiz haqlı, əhəmiyyətli və mühimdirsə, bu, yalnız keç-mişdə nə olduğumuzu, nəyə inandığımızı və nə etdiyimizi müəyyənləşdirmək və bundan sonra nə olmamağımız, nəyə inanmamağımız və nəyi etməməyimizi müəyyən etmək üçündür.
Bir yanlışın bəşəriliyi nöqteyi-nəzərindən etibarlı olan bu dediklərimiz, mənfiliyi nəzərindən daha da çox eti-barlıdır. Bu yeganə şeyi sübut edir: İnsan təbiəti. Bütün dö-vrlər ərzində və göylər altında mükəmməl şəkildə identik ol-masa belə, oxşardır və buna görə də, bütün xalqlar həyatları-nın bütün dövrlərində Tanrıya inanmışlar və hələ də inan-maqdadırlar. Buradan, asanlıqla özümüzün bir surəti olan bu müqəddəs ideyanın, insanlığın inkişaf mərhələsində tari-xi olaraq lazımi bir yanlış olduğu qənaətinə gələ bilər və bu sualı verə bilərik: bu yanlış tarixdə nə üçün və necə yaradıldı və nəyə görə insan irqinin böyük bir qismi bu yanlışlığı bö-yük bir həqiqət kimi qəbul etməyə davam edirlər.
Necə olur ki, insan zehninin tarixi təkamülündə bir föv-qəltəbii və müqəddəs dünya ideyasının inkişaf etdiyi və inkişaf etməli olduğu barəsində verilən suala özümüzü razı salacaq bir cavab verə bilmədiyimiz halda, bu ideyanın cəfəngliyinə nə qə-dər inansaq da, bu artıq mənasız olacaqdır. Bunu edə bilmədi-yimiz müddətdə çoxluğun zehnindəki bu ideyanı məhv edə bilməyəcəyik; çünki, belə olan təqdirdə, əsla, ona doğulduğu yerdə yəni, primitiv insan varlığının dərinliklərinə hücum edə bilməyəcəyik. Bu halda, edə biləcəyimiz yeganə şey özümüzü heç vaxt bir nəticə əldə edə bilməyəcəyimiz bir mübarizəyə məhkum edərək, aysberqin üzdə görünən hissəsi ilə, başqa cür desək, bu ideyanın saysız-hesabsız təzahürləri ilə məşğul ol-maqdır. Əgər bu paradoksu qıra bilməsək, görəcəyik ki, zeh-nimizin səyləri nəticəsində nadirən müvəffəqiyyətlər əldə etsək belə, bu mübarizə apardığımız fikir yeni bir formada əvvəl-kindən heç də daha az cəfəng olmayan yeni bir tərzdə təkrarən qarşımıza çıxacaqdır. Dünyanı yaşanıla bilməyəcək bir yer halına salan bütün cəfəngiyyatların mənbəyi olan Tanrıya inam toxunulmaz qaldığı müddətdə budanmış gövdədən yeni zoğlar inkişaf edəcəkdir. Hal-hazırda ali cəmiyyətin müəyyən təbəqə-lərində Xristianlığın xarabalıqları üzərində yüksələn Spiritizm bu dediklərimizi təsdiqləyir.
Sadəcə kütlələrin mənafeləri baxımından deyil, öz zehni sağlamlığımız nöqteyi-nəzərindən də, insan şüurunda Tanrı ideyasını inkişaf etdirən və yaradan səbəblərin tarixi yaranışını və inkişafı mərhələlərini dərk etməyə çalışmalıyıq. Bu səbəbləri dərk etmədiyimiz müddətcə boş yerə özümüzü Ateistlər olaraq adlandırar və belə olduğumuza inanarıq.
Çünki, o vaxta qədər az və ya, çox biz də, sirrinə vaqif ola bilmədiyimiz bu bəşəri inamın yaratdığı təntənənin təsirin-dən xilas ola bilmərik. Ən güclü fərdin belə sosial mühitin qar-şısıalınmaz mane edici təsiri qarşısındakı təbii zəifliyi nəzərə alındıqda həmişə əvvəl-axır, bu və ya digər şəkildə dini xurafa-tın uçurumuna düşmə təhlükəsi ilə qarşılaşırıq. Bu utandırıcı nəticələrin nümunələrinə hazırkı cəmiyyətdə sıxlıqla rast gəl-mək mümkündür.
İKİNCİ HİSSƏ
Dini inancların hazırda kütlələr üzərində hələ də sa-hib olduğu gücün başlıca praktiki səbəbini qeyd etmişdim. Bu mistik meyillər insanda ağlın yanlış yönəlməsindən daha çox qəlbdəki dərin bir məmnunsuzluğa işarədir. Bunlar yal-nış bir mövcudatın darlığına, qəlibləşməsinə, əzablarına və utancına qarşı instinktiv və ehtiraslı etirazlardır. Qeyd etdi-yim kimi, bu xəstəliyin yeganə çarəsi vardir, Sosialist inqila-bı.
Bu arada, insan şüurdakı dində mövhumatların ya-ranışı və tarixi inkişafına təkan verən səbəbləri də göstərmə-yə çalışdım. Buradakı məqsədim Tanrının varlığı və ya, dünyanın və insanın müqəddəs mənşəyi məsələsini, bunun əxlaqi və ictimai faydaları nöqteyi-nəzərindən müzakirə etməkdir, yeri gəlmişkən, düşüncələrimi daha yaxşı ifadə edə bilmək üçün də. Bu inamın nəzəri əsası ilə əlaqəli bir neçə fikri qeyd edəcəyəm.
Tanrıları, yarımtanrıları, peyğəmbərləri, məsihləri və müqəddəsləri ilə bütün dinləri yaradan hələ ki tam şəkildə inkişaf etməmiş və bacarıqlarına tamamilə sahib ola bilmə-miş insanın saf təxəyyülüdür. Nəticə etibarilə, dini cənnət cəhaləti və imanı tərəfindən aliləşdirilmiş insanın, öz surəti daxilində böyüdüb tərsinə çevirərək, yəni, müqəddəsləşdi-rərək yenidən kəşf etdiyi bir xəyaldan başqa heçnə deyildir. Bunun üçün dinin, yaxud da insan inancında bir-ibirini izlə-yən tanrıların doğulması, yüksəlişi və süqutunun tarixi, yal-nız insanın kollektiv ağıl və şüurunun inkişaf tarixidir. İn-sanlar, tarixi olaraq gələcəyə yönəlmiş təkamülləri əsnasında özlərinin daxilindəki və ya ətraflarındakı təbiətdə bir güc, bir xüsusiyyət, yaxud da hansı növdə olmasından asılı ol-mayaraq bir yanlışlığa rast gələndə balaca bir uşaq kimi bu-nu həddsiz şəkildə mübaliğə edib böyüdərək dini təxəyyül-lərinə əsaslanaraq, bunu tanrı ilə əlaqələndirərlər. İnanan və iman göstərən insanın bu təvazökar və mömin comərdliyi sayəsində dünyada işlər nə qədər pozularsa, cənnətdə bir o qədər qaydasında olar və labüd bir nəticə olaraq, cənnət nə qədər firavandırsa, insanlığın və dünyanın vəziyyəti bir o qədər pozular. Tanrı bir dəfə taxta çıxarılıbsa, təbii olaraq, hər şeyin səbəbi, hakimi və mütləq tənzimləyicisinə çevrilir. Bu vaxtdan etibarən, insan heçnə, Tanrı isə hər şeydir. İnsan, şüursuz şəkildə bir yolla boşluqdan çıxartdığı Tanrının önündə əyilir, ona sitayiş edir və özünü onun yaratdığı bir varlıq, onun köləsi elan edir.
Xristianlıq, heç şübhəsiz, qüsursuz bir dindir; çünki, hər bir dini sistemin həqiqi təbiətini və özünü təşkil edən sə-filləşmə, kölələşmə və müqəddəs olanın xeyrinə insanlığın qurban verilməsi faktlarını ən yüksək formada göstərir və maddiləşdirir.
Beləliklə, Tanrı hər şeyə, həqiqi dünya və insan isə heç bir şeyə çevrilir. Həqiqət, ədalət, yaxşılıq, gözəllik, güc və həyat tanrıya istinad edilir; insana isə xəta, haqsızlıq, pis-lik, çirkinlik, zəiflik və ölüm qalır. Tanrı ağa, insan isə kölə olur. Ədaləti, həqiqət və əbədi həyatı öz səyləri ilə tapmaq iqtidarında olmayan insan, onları yalnız müqəddəs bir vəhy yolu ilə əldə edə bilər. Lakin, hər kim vəhydən bəhs etmək istəsə, o, şəxsən Tanrının özünün ilhamlandığı elçilər, məsih-lər, peyğəmbərlər, keşişlər və qanun yaradıcıları barəsində də danışmağa məcburdur və bunlar, əgər bir dəfə müqəd-dəsliyin yer üzərindəki təmsilçiləri, insanları qurtuluşa ged-ən yolda idarə edəcək Tanrı tərəfindən seçilmiş müqəddəs müəllimlər olaraq qəbul edilərsə, məcburi olaraq dərhal mütləq iqtidar sahibinə çevrilirlər. Bu andan etibarən, bütün insanlara sorğusuz-sualsız itaətə məhkumdurlar; çünki, mü-qəddəs ağıl qarşısında insan zəkası və Tanrının ədaləti qarşı-sında yer üzündəki ədalət heçdir. Tanrının köləsi olan insan, kilsə və dövlətin də köləsi olmağa məcburdur, təki həmin dövlət kilsə tərəfindən müqəddəs elan edilmiş olsun. Bütün insanlığı qucaqlamaq arzusunda olan xristianlıq bu həqiqəti, yalnız müəyyən olunmuş və imtiyazlı xalqlara xitab edən Qədim Şərq dinləri də daxil olmaqla, mövcud olmuş və mövcudluğunu davam etdirən bütün dinlərdən daha yaxşı anlamışdır; bütün digər xristian məzhəbləri arasında da, yal-nız Roma Katolik Kilsəsi bu həqiqəti açıq şəkildə elan etmiş və canlı bir məntiqlə həyata keçirmişdir. Xristianlığın, müt-ləq dinin, son dinin, Apostol Roma Kilsəsinin də yeganə sa-bit, qanuni və müqəddəs kilsə olmasının səbəbi budur.
O zaman, metafiziklərin, dini idealistlərin, filosofla-rın, siyasətçilərin və şairlərin hamısına görə; Tanrı ideyası in-san ağlının və ədalətin aradan qaldırılmasını məcburi et-məkdir, o, insan azadlığının ən kəskin inkarıdır və məcburi olaraq, həm nəzəri, həm də praktikada insanlığın kölələşmə-sinə gətirib çıxarır.
Elə isə, Yezuitlər, momierlər, pietistlər və ya protes-tant metodistlər kimi insanlığın kölələşməsi və təhqir olun-masını istəmiriksə, nə teologiyanın, nə də metafizikanın Tan-rısına güzəştə getməməliyik. Unutmayın ki, bu mistik əlifba-da A deyən Z də deməyə məcbur olacaqdır. Tanrıya sitayiş etmək istəyən, bu məsələ barəsində qətiyyən sadəlövh xəyal-lara qapılmasın; cəsur şəkildə azadlığını və insanlığını inkar etsin.
Əgər Tanrı varsa, insan kölədir; insan azad ola bilərsə və olmağa məcburdursa, onda, Tanrı yoxdur.
Bu çevrədən çıxa biləcəyini iddia edən kimsə vardır-sa, ona oxuyuram; onda, hər kəs öz mövqeyini seçsin.
Dinlərin insanı nə dərəcədə və nə qədər alçaldıb kor-ladığını deməyə ehtiyac varmı? Dinlər, insanın ağlını, insa-nın xilasının təməl vasitəsini korşaldır və onu, köləliyin ən əsas şərti olan səfehliyə məhkum edər; qürursuzlaşdırdığı insan əməyini köləliyin nümunəsi və mənbəyinə çevirir. Ta-razlığı həmişə qalib hiyləgərlərin, müqəddəs bağlılığın seçil-mişlərinin xeyrinə pozaraq, ədalət fikrini və duyğusunu öl-dürür. Yalnız yaltaqları və güzəştə gedənləri himayə edərək insan qürurunu və möhtərəmliyini darmadağın edər. İnsan ürəyini müqəddəs zalımlıqla dolduraraq, insan qardaşlığı ilə bağlı bütün hisləri öldürür.
Bütün dinlər zalımdır: hamısı qan üzərində qurulub; çünki hamısının əsaslandığı fikir, qurban fikri, yəni müqəd-dəs olanın intiqam duyğusunu təmin etmək üçün insanlığın davamlı sıxışdırılmasıdır. Bu qanlı sirrin içində insan daim qurbandır; bir insan olan, lakin ilahinin təqdiri ilə imtiyazlı olan keşiş isə müqəddəs cəllad rolunu oynayır. Bu vəziyyət bütün dinlərin rahiblərinin ən yaxşı, ən insani, ən nəcib olan-ların belə ürəklərində, təxəyyüllərində qəlblərində olmasa belə (bunların insan qəlbindəki dəhşətli təsirini bilirik), ən azından dərinliklərində nəyə görə zalım və qan axıdan bir şey daşıdıqlarını açıqlayır.
Heç kim, bunları bizim məşhur, idealistlərimizdən daha yaxşı bilə bilməz. Bunlar, tarixi əzbər bilən təhsilli in-sanlardırlar və eyni zamanda da yaşayan insanlar, insanlı-ğın rifahı üçün səmimi və dərin duyğular bəsləyən böyük in-sanlardırlar; belə olduğuna görə də, bütün bu pislikləri, bü-tün bu dini cinayətləri bənzərsiz bir bəlağətlə lənətləyib damğalamışdırlar. Onlar, keçmişdə və bu gün dünya üzərin-də mövcud olan bütün pozitiv dinlərin Tanrıları və təmsilçi-ləri ilə bütün əməkdaşlıqları qəzəblə inkar etmişlər.
Onların sitayiş etdikləri, ya da sitayiş etdiklərini zənn etdikləri Tanrı, tarixin həqiqi Tanrılarından tamamilə fərqlə-nir. Bu Tanrı heç bir şəkildə şərh edilə bilməmişdir: nə teolo-ji, nə də metafizika vasitəsilə. Bu Tanrı heç bir formada pozi-tiv bir Tanrı deyil. Bu Tanrı nə Robespyerin və Jan Jak Rus-sonun üstün varlığı, nə Spinozanın panteist Tanrısı, hətta, nə də Hegelin hər zaman, hər yerdə olan üstün və naməlum tanrısıdır. Onlar hansısa bir pozitiv şərhetmədən diqqətlə boyun qaçırmışlar. Tanrının fərdi bir Tanrı olub-olmamasını, dünyanı yaradıb-yaratmadığını belə deməmişlər, hətta mü-qəddəs lütfkarlıqdan belə bəhs etməmişdilər. Çünki, bunlar-dan birini demək onları təhlükəyə salardı. Buna görə də, “Tanrı” deməklə kifayətlənib, daha irəli getmirlər. Bəs onda Tanrı nədir? Bir ideya belə deyildir; sadəcə bir həsrət…
Bu anlayış onlara böyü, yaxşı, gözəl, nəcib görünən hər şeyin ortaq adıdır. Bu qədər insani olduğu halda bəs nə üçün “insan” anlayışından istifadə etmirlər? Ahh, çünki Ru-siya kralı Vilhelm, III Napoleon və onların oxşarları da in-sandırlar; bu da onları olduqca narahat edir. Çünki, həqiqi insanlıq dünyada ən ali və ən gözəl olanla ən pis və ən vəhşi olanın birləşməsini ehtiva edir. Onlar, müqəddəslik və hey-vaniliyi iki zidd tərəf halına salaraq, onlardan birini müqəd-dəs, digərini heyvani adlandıraraq bu məsələnin öhdəsindən gəlməyə çalışırlar. Lakin, onlar anlamır ki, anlayışlar həqi-qətdə vahiddirlər və bunların hansısa birini digərlərindən ayıraq hamısını məhv etmək deməkdir.
Bunlar, güclü bir məntiqə malik deyillər; hətta demək olar ki, məntiqə nifrət edirlər. Bu, onları panteist və deist me-tafiziklərdən ayırır və fikirlərinə praktik idealizm mahiyyəti qazandırır. Bu idealizm ilham mənbəyini bir düşüncənin ciddi şəkildə inkişaf etdirilməsindən deyil, həyatın, fərdi ol-duğu qədər də tarixi və kollektiv həyəcanları deyə biləcəyim təcrübələrdən alır. Bu onların propaqandalarına qandalarına bir zənginlik və həyati güc görünüşü verir; amma, bu sadəcə görünüşdə belədir, çünki, məntiqi bir ziddiyyət tərəfindən iflic edildiyi zaman.
Ziddiyət burada yaranır: Onlar nə Tanrıdan, nə in-sanlıqdan imtina edərlər və bir dəfə ayrıldığı zaman sadəcə biri-birini məhv etməkçün təkrarən birləşə biləcək iki məf-humu biri-birinə bağlamaqda təkid edərlər. Birnəfəsə “Tanrı və insan azadlığı”, “Tanrı və insan mötəbərliyi, bərabərliyi, ədaləti, qardaşlığı, firavanlığını” müdafiə edərlər, lakin, əgər Tanrı varsa, o, əbədi mütləq və üstün olan bir ağadır və əgər belə bir ağa vardırsa, insan kölədir. İnsan kölə olduğu za-man ədalət, bərabərlik, qardaşlıq, rifah kimi məfhumlar on-ların nöqteyi-nəzərində mümkün deyildir. Bihudə bir səylə instinktin səbəblərini və tarixin bütün təcrübələrini bir kə-nara qoyan bu filosoflar, Tanrılarını insan azadlığına qarşı duyduğu mərhəmətli ehtiramla canlanmış bir varlıq kimi göstərirlər; halbuki, hər bir ağa kim olursa-olsun, özünü nə qədər liberal göstərmək arzusu daşıyırsa daşısın, həmişə ağadır. Onun varlığı bütün itaətindəkilərin köləliyini məcbur edər. Ona görə də, əgər Tanrı vardırsa və insan azadlığına xidmət etmək istəyirsə, bunu, ancaq mövcud olmaqdan imti-na edərək həyata keçirə bilər.
Mən insan azadlığının alovlu bir pərəstişkarı və onu insanda heyranlıq və ehtiram duyduğumuz hər şeyin mütləq şərti kimi görən biri olaraq Volterin məşhur deyimini tərsinə çevirirəm və belə deyirəm: Əgər Tanrı, həqiqətən, mövcud olsaydı, onu məcburən aradan qaldırmaq lazım gələcəkdi.
Bu sözləri diktə etdirən qatı məntiq bəhs olunan sü-butun uzun-uzadı izahatına ehtiyac duyulmayacaq qədər açıqdır. Və mənim fikrimcə, bu qədər məşhur və mötəbər olan bu şəxslərin anlamamaları və Tanrı ilə insan azadlığını eyniləşdirməyə çalışaraq düşdükləri bu ziddiyyətin fərqinə varmamaları mümkün deyil. Əgər bunu anlamırmış kimi davranmışlarsa, bunu hökmən həmin ziddiyyət və məntiqi uyuşmazlığın insanlığın rifahı üçün praktiki olaraq əhə-miyyətli olduğunu zənn etdikləri üçün etmişdilər.
Amma bəlkə də bu filosoflar öz nəzərlərində olduqca mötəbər və dəyərli bir şey olan azadlıqdan bəhs edərkən bu anlayışa biz materialistlər və inqilabi sosialistlərin görüşün-dən tamamilə fərqlənən bir məna qazandırırlar. Həqiqətən də, onlar nə zaman azadlıq sözündən istifadə etsələr, ardın-ca bizim həddsiz nifrət etdiyimiz bu kəliməni, hökmranlıq sözünü istifadə etmişlər.
Bəs hökmranlıq nədir? Özünü fiziki və ictimai dün-yadakı mövcudiyyətlərin məcburi olaraq düzülüşləri və biri-birinin ardinca gəlməsində büruzə verən təbii qanunların qa-çınılmaz gücüdürmü? Əslində bu qanunlara qarşı çıxmaq sa-dəcə qadağan olunmamışdır, həm də bunu etmək mümkün-süzdür. Onları səhv başa düşə bilər, yaxud da ümumiyyətlə anlamaya bilərik, lakin, onlara itaətsizlik edə bilmərik, çünki, bu qanunlar varlığımızın təməlini və zəminini əmələ gətirir; bizi əhatə edir, daxilən nüfuz edir, bütün hərəkətlərimizi, düşüncələrimizi və fəaliyyətimizi nizamlayır, onlara itaət-sizlik etdiyimiz zaman belə sadəcə onların nə qədər qadiri mütləq olduğunu isbat etmiş olarıq.
Bəli, biz bu qanunların mütləq qullarıyıq. Lakin bu cür bir köləlikdə alçaltma yoxdur; hətta bu əslində köləlik belə sayılmır. Çünki köləlik, kənardan gəlmiş bir ağanın, ita-ət etməyə məhkum olduğumuz bizdən kənarda bir qanun yaradıcısının mövcudluğunu tələb edir. Halbuki, bu qanun-lar bizdən kənarda deyildir; içimizdədir, varlığımızı, fiziki, intellektual və əxlaqi bütün varlığımızı əmələ gətirir. Həya-tımız, nəfəs almağımız, hərəkət etməyimiz, düşünməyimiz, bəzi arzularımızın olmağı həmişə bu qanunlar vasitəsilə re-allaşır. Onlar olmasa biz də bir heç olarıq. Bu qanunlar ol-masaydı onlara qarşı üsyan gücünü və istəyini hardan alar-dıq?
Təbii, qanunlardan söhbət açılan zaman insanın ye-ganə bir azadlığı vardır: qarşıya qoyduğu fərdi yaxud qur-tuluş və insaniləşmə məqsədi ilə harmonik bir şəkildə get-dikcə böyüyən bir həcmdə onları tanımaq və tətbiq etmək. Bu qanunlar tanındıqları zaman insanlar əsla etiraz edə bil-məyəcəyi bir hökmranlıq qazanırlar. Məsələn, bir insan ax-maq, teoloq ya da, heç olmasa metafizik, hüquqşünas yaxud burjua iqtisadçısı olmadığı müddətdə iki üstəgəl ikinin dörd olmadığına heç vaxt qarşı çıxa bilməz. Yenə də təbii qanun-lara əsaslanan bəzi kənarlaşmalara müraciət etmədiyi halda bir insan odun yandırmadığını, suyun boğmayacağını xəya-lına gətirə bilməz, təbii ki əgər iman sahibi deyilsə. Lakin bu etirazlar, daha doğrusu, bu mümkünsüz etirazlarla əlaqəli cəhdlər və səfeh xülyalar heç şübhəsiz, istisnadırlar, çünki, ümumiyyətlə deyə bilərik ki, insanlar gündəlik həyatlarında yəni ümumi olaraq qəbul edilən təbii qanunların hamısının idarə olunması demək olar ki, mütləq bir şəkildə qəbul edər-lər.
Burada ən böyük bədbəxtlik, xalq kütlələrinin hal-ha-zırda elm tərəfindən müəyyən edilmiş çoxlu sayda təbiət qa-nunun barəsində məlumatdan bizim zənnimizcə sadəcə xal-qın xeyrinə mövcud olan bu himayədar hökumətlərin nəza-rət və müşahidələri ucbatından hələ də hali ola bilməməsi-dir. Bir başqa çətinlik də budur: İnsan cəmiyyətinin inkişafı ilə əlaqədar təbii qanunların əksər hissəsi fiziki dünyanı ida-rə edən qanunlar qədər mühüm, dəyişməz və qəbul edilən-dir. Onlar hələ də alimlər tərəfindən layiqincə müəyyənləş-dirilib qəbul edilməmişdir.
Bu qanunlar, bircə dəfə alimlər tərəfindən tanınaraq xalq tərəfdarı olan geniş yayılmış bir təlim-tədris sistemi va-sitəsilə hər kəsin şüuruna yeridildiyi zaman azadlıq proble-mi tamamilə həll edilmiş olacaqdır. Ən qatı avtoritar rejim-lər belə qəbul etməlidir ki, o zaman nə siyasi təşkilatlanma-ya, nə idarəçiliyə, nə də qanunvericiliyə ehtiyac duyulmaya-caqdır. Bu üç şey istər bir hökmdarın iradəsindən, istər ümu-mi seçkilərlə təşkil olunmuş bir parlament səsverməsindən çıxmış olsun, hətta, istərsə təbii qanunlar sistemi ilə harmo-niyada olsun, heç vaxt belə bir şey olmamış və olmayacaq-dır. Kənardan olan, və beləliklə də despot qanunlar sistemi təlqin etdiklərinə görə, kütlələrin azadlığı nöqteyi-nəzərin-dən eyni dərəcədə ölümcül və zərərlidir.
İnsan təbii qanunları istər müqəddəs, istər insani, is-tər fərdi, istərsə də kollektiv olan hansısa bir müvəqqəti kə-nar iradə tərəfindən təlqin edildiyi zaman yox, sadəcə şəxsən özü bunları olduğu kimi tanıyıb qəbul etdiyi üçün itaət etdi-yi zaman azaddır.
Olduqca dəyərli alimlərdən qurulan bir akademiya düşünün: bu akademiya qanunvericilikdə və cəmiyyətin təş-kilatlanmasında məsuliyyət daşısın və bu məqsədlə həqiqətə qarşı duyduğu ən saf məhəbbətdən yola çıxaraq elmin ən son kəşflərilə həmahəng bir qrup qanunlar qəbul etsin. Mən şəxsən belə bir qanun və təşkilatlanmanın bir ziddiyyətdən başqa bir şey olmayacağını iddia edirəm. Bu iki səbəbdən öt-rü belədir: Əvvəla, insan elmi daimi və məcburən əksikdir və kəşf edilənlərlə kəşf ediləcək olanlar müqayisə olunan za-man kəşf edilənlər hələ azlıq təşkil edir. Belə ki, əgər insan-ların fərdi olduğu qədər də kollektiv olan praktik həyatları elmin ən son nəticələri dar mənada və xüsusilə harmonik bir çərçivəyə sığışdırılmağa çalışsaydılar, həm fərdlər, həm cə-miyyət əli-ayağı qoparılıb qupquru quruyana kimi Proc-oustes yatağında əziyyət çəkməyə məhkum edilmiş olardı. Çünki həyat hər zaman sonsuz dərəcədə böyükdür və elə də qalacaqdır.
İkinci olaraq; bir cəmiyyət elmi bir akademiyanın qə-bul etdiyi qanunlara, bu qanunların rasional xarakterini başa düşdüyü üçün yox, (əgər belə olsaydı, onsuzda bu akademi-yanın varlığı mənasız olardı), başa düşmədən hörmət etdiyi elm uğrunda hərəkət edən bir akademiya tərəfindən ona təl-qin edildiyi üçün uyğunlaşmağa məcbur qalsaydı, belə bir cəmiyyət insanlardan deyil, heyvanlardan ibarət bir cəmiy-yət olardı. Bu cəmiyyət, uzun müddət Yezuitlər tərəfindən idarə olunan Paraqvay kimi olardı. Qətiyyətlə və sürətlə ax-maqlığın ən aşağı pilləsinə düşərdilər.
Amma, hələ də belə bir dövləti mümkünsüz edən üçüncü bir səbəb də vardır: bu cür mütləq hakimiyyətin sa-hibi olan bir elm akademiyası ən dəyərli insanlardan ibarət olsa belə, qısa müddət sonra qətiyyətlə həm əxlaqi, həm də intellektual cəhətdən çürüməyə məhkum olardı. Bu gün belə özlərinə çox az imtiyazlar verildiyi halda bütün akademiya-ların tarixi bundan ibarətdir. Ən böyük dahi belə olsa, bir elm adamı rəsmi surətdə lisenziyalı bir alim olan kimi qaçı-nılmaz şəkildə axmaqlaşmağa başlayar, kortəbiiliyini, inqi-labi cəsarətini və ən böyük dühaların xarakteri olan və qə-dim sarsaq dünyaları dağıdıb yenisinin təməllərini qoymağa davam edən, başıbəlalı və vəhşi enerjisini itirir. Heç şübhə-siz, düşüncə sahəsində itirdiklərini, alicənablıqda, yaradıcı və praktiki zəka sahəsində qazanır; bir sözlə, çürümüş hala düşür.
İmtiyazlılığın, imtiyazlı bütün mövqelərin ən ilkin xüsusiyyəti insan zəkasını və qəlbini öldürməsidir. Həm si-yasi sahədə, həm də iqtisadiyyat sahəsində imtiyazlı şəxs ağıl və ürəkdən məhrum şəxsdir. Bu, istisnası olmayan ümu-mi bir qanundur, və siniflərə, şirkətlərə, fərdlərə olduğu qə-dər bütün millətlərə də aid edilə bilər. Bu bərabərlik qanunu azadlıq və insanlığın üstün mövqeyi qanunudur. Bu işin əsas məqsədi də, bu həqiqəti insan həyatındakı bütün təzahürləri içində göstərməkdir.
Cəmiyyətin idarə edilməsi vəzifəsi ona həvalə edilən bir elmi qurum qısa müddətdən sonra özünü artıq elmə dey-il, başqa bir məşğuliyyətə həsr etməyə məcbur olur. Bu məş-ğuliyyət bütün təşkilatlanmış güclərdə olduğu kimi, nəzarəti həvalə edilmiş cəmiyyəti daha da axmaqlaşdıraraq və nəticə-də öz idarəçiliyinə möhtac edərək öz varlığını əbədiləşdir-mək cəhdidir.
Elmi akademiyalar üçün keçərli olan bu reallıq, bəşəri səsvermə vasitəsilə seçilənlər də daxil olmaqla, bütün quru-cu və qanunverici məclislər üçün keçərlidir. Bu son vəziyyət-də bəhs olunan bu məclislərin öz quruluşlarını yeniləyə bilə-cəkləri həqiqətdir; lakin bu bir neçə ildə onların tərkibində qanuni olmasa belə əməli olaraq imtiyazlı, özlərini yalnız cə-miyyət işlərinin idarəçiliyinə həsr etmiş bir növ siyasi aris-tokratiya, ya da oliqarxiya təşkil edən siyasətçilər qrupunun yaranmasına maneçilik törətmir. ABŞ və İsveçrə bu dediklə-rimizin həqiqiliyinin sübutudur.
Nəticə etibarilə, nə kənardan bir qanun nə də bir ha-kimiyyət bu məsələdən söhbət açılan zaman biri digərindən ayrıla bilməz və ikisi birdən cəmiyyətin köləliyinə və qanun-vericiliyin özünün də pozulub çürüməsinə səbəb olur.
Buna əsaslanaraq, mənim hər cür hakimiyyəti inkar etdiyimi deyə bilərikmi? Xeyir, belə bir düşüncə məndən uzaqdır. Əgər müzakirə etdiyimiz məsələ ayaqqabıdırsa, o zaman mən başmaqtikənin qaydalarından faydalanaram, ev-lər, kanallar, yaxud da dəmiryollarından söhbət gedirsə, bir memardan ya da mühəndisdən məsləhət alardım. Bu və ya-xud digər xüsusi məlumat üçün bu və yaxud digər bir işin ustasından məsləhət alardım. Lakin, nə başmaqtikənin, nə memarın, nə də mühəndisin öz qərarlarını mənə təlqin etmə-sinə imkan vermərəm. Onları, azadlığımdan güzəştə getmə-dən, zəkalarının, xarakterlərinin, bacarıqlarının tələb etdiyi ehtiramla dinləyərəm, amma müzakirə edilməz tənqid haq-qımı həmişə özümdə saxlayaram. Hansısa bir xüsusi sahədə bir mütəxəssisə müraciət etməklə kifayətlənməyib, bir neçə-sinə müraciət edərəm; onların fikirlərini müqayisə edib ara-larından mənə ən uyğun olanını seçərəm. Amma, xüsusi mə-sələlərdə belə heç vaxt yanılmayan mütəxəssis tanımıram; nəticə etibarilə, bu və digər fərdin dürüstlüyü və səmimiy-yətinə göstərdiyim ehtiram nə qədər böyük olursa-olsun, öz iradəmi heç kimin iradəsinə mütləq şəkildə bağlamaram. Çünki belə bir bağlılıq, mənim əqli bacarıqlarıma, azadlığı-ma və hətta öhdəmə götürdüyüm məsuliyyətləri müvəffə-qiyyətlə yerinə yetirməyimə ölümcül bir zərər yetirərdi; belə bir bağlılıq məni dərhal axmaq bir köləyə, başqalarının iradə və məqsədlərinin bir vasitəsinə çevirərdi.
Əgər bir mütəxəssisin dühasının qarşısında diz çöküb müəyyən qədər və mənə lazım bildiyim qədərilə onların məsləhət gördükləri yolu, hətta onların göstərişlərini izləmə-yə hazır olduğumu elan etsəm, bunu sadəcə onların iradəsi-nin mənə heç kim nə Tanrı, nə də başqa insanlar tərəfindən təlqin edilmədiyi üçün edərdim. Əks təqdirdə, bu iradəni nifrətlə inkar edərdim və onlara “Tövsiyələriniz, göstəriş-ləriniz, xidmətləriniz hamısı rədd olsun!” deyərdim; çünki, bu niyyəti daşıyanların, etdiklərinin əvəzini, bir yığın yalana bürünmüş kiçik bir həqiqət parçası qarşılığında azadlığımı və özümə hörmətimi əlimdən alaraq çıxacaqları məlum mə-sələdir.
Mən xüsusi bir sahədə mütəxəssis olan bir insanın iradəsi önündə bu iradə mənə sadəcə və sadəcə öz ağlım tə-rəfindən təlqin edildiyi zaman əyilərəm. Çünki, bilirəm ki, bütün detalları və müsbət irəliləyişləri ilə insan bilgisinin bö-yük bir hissəsini qavrama bacarığım məhduddur. Bilirəm ki, ən böyük zəka belə, bütövlüklə dərkedilmə sahəsində yetərli deyildir. Buradan, elm baxımından olduğu qədər sənaye ba-xımından da iş bölgüsü və əməkdaşlığın əhəmiyyətliliyi nə-ticəsi alınır. Alıram və verirəm insan həyatı bu cürdür. İdarə edən idarə olunar. Buna görə də, sabit və davamlı bir iradə əvəzinə, qarşılıqlı, müvəqqəti və ən əsası da könüllü, da-vamlı dəyişən bir iradə və tabeçilik olmalıdır.
Bu cür məntiqi mülahizə mənim sabit, davamlı və bə-şəri bir iradəni qəbul etməyimə mane olur; çünki, universal insan, bu xırdalıqların zənginliyini bütövlükdə qavraya bi-ləcək bir insan yoxdur; və bu olmadan elmin gündəlik həya-ta, bütün biliklərin cəmiyyət həyatının bütün sahələrinə tət-biq edilməsi mümkünsüzdür. Əgər belə bir universallıq va-hid bir insanda reallaşmış olsaydı və bu vəziyyətdən onun iradəsini bizə təlqin etmək üçün yararlanmaq istəsəydilər, bu adamı cəmiyyətdən sürgün etmək lazım gələrdi, çünki bu iradə qaçınılmaz olaraq qalan hər kəsi köləliyə və axmaqlığa məhkum edərdi. Cəmiyyətin dahilərə bu günə qədər etdiyi kimi pis davranmağının tərəfdarı deyiləm; lakin cəmiyyətin özünü zəka sahiblərinə təslim etməsini də təsdiqləmirəm, xüsusilə də, bu üç səbəbə görə nə cür olurlarsa olsunlar, bu insanlara imtiyazlar və xüsusi haqlar verilməsinin tamamilə əleyhdarıyam: Əvvəla, əksər vaxtlarda bir fırıldaqçı ilə bir dahi biri-biri ilə qarışdırıla bilər; ikincisi, belə imtiyazlar sis-temi həqiqi bir dahini belə bir fırıldaqçıya çevirərək əxlaqsız və alçaq bir insan halına sala bilər; üçüncüsü, bu sistem öz üzərində hökmranlıq edəcək ağalar yarada bilər.
Bepul matn qismi tugad.