Kitobni o'qish: «Qafqaz xatirələri»

Shrift:

Məhəmməd Əmin Rəsulzadə

Qafqaz xatirələri

“Xatirə Ədəbiyyatı” silsiləsindən 40-cı kitab

1

Redaktordan

“Məhəmməd Əmin Rəsulzadənin Qafqaz xatirələri” tarixi-sənədli əsərindəki hər bir mövzu, hər bir yaddaş vərəqi XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrlə yanaşı, bu gün dünyada, xüsusən Qafqazda baş verən geosiyasi vəziyyətə də aydınlıq gətirir. Oxucu buna əsərin istənilən yerində rast gələ

bilər. Bu tarixi qeydlər bir daha onu sübut edir ki, ozamankı siyasi gedişatlar, Qafqaz üzərində cərəyan edən dünya maraqları təkrarlanır və ən dəhşətlisi də odur ki, ovaxtdan bəri heç nə dəyişməyib, əksinə, Qafqaz hələ də təhlükə altındadır. Bunu Məhəmməd Əminin “Rusiya bu dəfə də xristian təbəqənin rusmeylliliyinə arxayın olaraq, yenidən Qafqaza qayıda bilər. Bu isə, bütün Yaxın Şərq üçün arzuedilən deyil!..”

şərhindən də görmək mümkündür.

Keçmişin bugünə ötürdüyü ismarıc və xəbərdarlığa məhəl qoymasaq, tarixi faciələri təkrar yaşamağa məhkumuq. Və Rəsulzadə “Gələcək Qafqaz məsələsi barədə indidən dəqiq fikir və qənaət birliyini təmin etməlidir. Əgər təmin edilməzsə, Qafqaz xalqlarının ən az güc və fədakarlıq sərfi ilə daha çox hürriyət və

istiqlal imkanlarına qovuşması mümkün deyil. Qafqaz xalqları kimi onları dəstəkləyən qüvvələrin də Qafqazın gələcək siyasi vəziyyəti haqqında birgə təsəvvürlərinin olması lazımdır. Yoxsa Qafqaz bir-birinə zidd təsəvvür və

planların qarşılıqlı münaqişəsinə səhnə olar. Buna məhəl qoymayan yeganə tədbir isə Qafqaz Konfederasiyasının ideya və məzmununun bütün əlaqələrini tam ciddiliklə indidən ələ alınmasıdır!.. Azərbaycanın xilası yalnız bütün Qafqazın xilası ilə mümkündür!..” – deyərək, bugünümüzə və gələcəyə aydınlıq gətirir.

Ümidvarıq ki, bu tarixi xatirələri təkcə oxucu kimi deyil, həm də bir vətəndaş kimi oxuyub, nəticə

çıxaracaq, dünyaya açıq gözlə baxacaqsınız.

Tural Quluzadə

2

Giriş

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Ailədə aldığı tərbiyə və ilk təhsildən sonra gəncliyin, milli-mənəvi məsələlərə bağlılığı və rus əsarətinə qarşı olan düşüncələr səbəbindən qəbul olunduğu Bakı Texniki Məktəbini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Elə o vaxtan da mətbuat sahəsində çalışmağa başlamışdır.

Rəsulzadənin ilk yazısı Tiflisdə Məhəmməd Ağa Şahtaxtlının naşiri olduğu “Şərqi Rus” qəzetində

dərc olunmuşdur. Onun “Bakıdan məktub” başlıqlı bu yazısında rusçuluğa qarşı türkçü mövqeyinin ilk izləri görünürdü. Məhəmməd Əmin bu yazısı ilə bağlı sonralar belə yazmışdır: “Bakıda 1903-cü ilin baharındayıq. Qaladibi parkının xiyabanlarında dolaşan gənclərlə bir yerdəyəm. Hamısı rusca danışıır. Ana dili olan türkcənin yerinə səlis olmasa da, rusca danışılır. Bu mövzunu qabardaraq rusca danışanları qınayan bir məqalə yazdım”.

Sizcə bu yazıdan sonra Azərbaycanda rusca danışmağın qarşısı alındımı? Təbii ki, yox. Bu vəziyyət uzun illər rus təzyiqi altında davam etmişdir. Hətta türk respublikalarının müstəqillik əldə etdikdən sonra da bu dilin ikinci dil kimi istifadəsi sual doğurur. Belə bir halda dahi Məhəmməd Əminin ilk etirazından yüz il sonra belə bu problem öz həllini tapmayıbsa, digər səbəblərin olmasını başa düşmək elə də çətin deyil.

Rəsulzadənin fəaliyyəti 1904-1905-ci illərdə, rus-yapon müharibəsindən sonra daha da genişlənmişdir. Çünki yaponların avropalı kimi tanınıqıları ruslara qalib gəlməsi Rusiya məfhumunu, başda türklər olmaqla, bütün xalqların milli kimilik və mədəniyyətini ayağa qaldırmaq üçün münasib bir məqam gözləmişdilər. Belə bir məqamda türklərlə birgə konqreslər təşkil etdikləri kimi, türk birliyini öz qəzetlərini nəşr etməyə, hətta yenilikçilərlə köhnə fikirlilər arasında birincilərin qələbəsi Avropayönümlü məktəblərin açılması ilə başa çatmışdır.

Lakin çox qısa bir zamanda Rusiyadakı bu azadlıq nəfəsi ruslar tərəfindən boğuldu. Bu səbəbdən bir çox türk gənci həbs olunmuş, yaxud Rusiya tərəfindən işğal edilmiş vətənlərini məcburi tərk etmişdilər. Belə bir vaxtda Məhəmməd Əmin Rəsulzadə 1908-1910-cu illərdə İranda, 1911-1913-cü illərdə isə İstanbulda yaşamağa məcbur olmuşdur.

Rəsulzadə İranda Hürriyət ordusunun zəfəri və İran məşrutəsinin elan edilməsi zamanı böyük fəallıqla təşkilatçılığını öz üzərinə götürdüyü “İrani-Nov” (“Yeni İran”) qəzetini bir tərəfdən modern bir qəzet halına çalışdığı halda, digər tərəfdən Azərbaycanın Çar Rusiyasının işğalından azad olması, İranın rus təsirindən qurtulması üçün sərt yazılarla çıxışlara başladı. Qəzet İran Demokratik Partiyasının mətbu orqanı kimi bir müddət fəaliyyət göstərdikdən sonra Rusiyanın İrandakı səfirliyinin tələbi ilə

fəaliyyəti dayandırılmış və Rəsulzadə Türkiyəyə getmək məcburiyyətində qalmışdır.

1911-ci ildə İstanbula gələn Rəsulzadə burada Trablusqarp savaşının ən çətin dövründə və Osmanlı dövlətinin son dönəmlərində canlanan türkçülük hərəkatının önəmli mərkəzi olan Türk Ocağı əhatəsində fəaliyyət göstərdi. “Türk yurdu” qəzetində dərc edilmiş “İran türkləri” məqaləsi türk ictimaiyyətində böyük marağa səbəb olmuş və Anadoludan kənarda türkcə danışan insanlardan xəbər vermişdir.

İstanbula gəlməsi və türk mühiti ilə tanışlığı həmişə Rəsulzadəni qorumuşdur. İstanbulda “Qafqaz və İran” mövzularında məqalələr yazdığı bir dönəmdə, 1913-cü ildə Rusiyada Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300-cü ildönümü ərəfəsində iqtisadi və siyasi səbəblərdən çəkdiyi sıxıntılar üzündən Qərbin təzyiqi ilə sürgündən qayıtmaq üçün əfv diləyir. Bu əfv sayəsində Azərbaycana qayıdan Rəsulzadə yeni mətbuatda fəaliyyətə başlayan kimi İstanbuldakı əmisi Məhəmmədəli Rəsuloğlunun vasitəsilə yaratdığı “Müsavat” partiyası ilə siyasi fəaliyyətə başlamışdır. 1915-ci ildən yayımlanan “Açıq söz” qəzeti ilə də “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” şüarı altında Azərbaycan türkçülərinin fikirlərinin təbliğinə başlamışdır. Bu qəzetdə ictimai yerlərdə müsəlman simasının əvəzinə türk simasını göstərərək, xalqına “Sən türksən!”, rus hökümətinə isə “Biz türkük!”

3

deyə, xitab edərək, qəzetin loqosunun yanına “Gündəlik türk qəzeti” ifadəsini də qeyd etmişdir. Beləcə, Rəsulzadə türklüyünü unutmuş xalqına bu duyğunu yaşatmağa çalışırdı.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini elan edən Məhəmməd Əmin Rəsulzadə və

məsləkdaşlarının bu sevinci cəmi iki ilə yaxın çəkdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində ömrünü başa vurdu. Bir müddət Bakı yaxınlığında, Şamaxı dağlarında gizlin yaşayan Rəsulzadə tezliklə həbs edildi. Stalin tərəfindən Moskvaya gətirilən Məhəmməd Əmin bir müddət burada xüsusi nəzarət altında saxlanıldıqdan sonra Finlandiyaya, oradan da Almaniyaya qaça bilmişdir.

1922-ci ilin sonunda Türkiyəyə gələn kimi ilk olaraq azərbaycanlıların dağınıq və məyus güzəranlarını yaxşılaşdırmaq üçün səylə çalışdı. Bununla, sanki hesab verirmiş kimi “Azərbaycan Xalq Cümhuriyyəti” kitabını nəşr etdirərək, həm dostlarına ismarıc vermiş, həm də Türkiyədə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan türkləri ilə bağlı narahatlıqları aradan qaldırmaq istəmişdir. “Yenə

bu dövrdə”, “Yeni Qafqaz”, “Azəri türkü” və “Odlu yurd” məcmuələrində tarixi, siyasi və ədəbi yazılar yazaraq, Azərbaycan türkləri arasında birlik və bərabərliyin bərqərar olmağına çalışmışdır.

Ancaq bir müddət sonra Rəsulzadə ehtimal olaraq Rusiya səfirinin narahat olması səbəbindən Türkiyə Cümhuriyyətinin səlahiyyətli nümayəndələrini çətin vəziyyətdə qoymamaq üçün xaricə

gedərək, Avropada fəaliyyətinə davam etmişdir. Almaniyada nəşr etdiyi “İstiqlal” qəzeti və “Qurtuluş”

jurnalı ilə də Azərbaycan məsələsini gündəmdə saxlamışdır.

İkinci Dünya müharibəsi illərində çətinliklər yaşayan Rəsulzadə mübarizə cəbhəsini tez-tez dəyişdikdən sonra münasib bir yer axtarmağa başladı. Belə bir vaxtda ehtimalla Sovetlər Birliyinin Qars, Ərdahan və boğazlar üçün tələbləri Türkiyədə çoxpartiyalı demokratik bir mühitin yaranması və

Türkiyənin Qərb liqasına keçmək istəyi Rəsulzadə və məsləkdaşlarının təkrar Türkiyəyə gəlmələri üçün zəmin yaratmış və 1947-ci ildən etibarən burada fəaliyyətə başlamışlar.

Məhəmməd Əmin 1949-cu ildə Azərbaycan Mədəniyyət Birliyini yaradaraq, dövlət qanunları çərçivəsində rəsmi çalışmış, 1952-ci ilin aprelində birliyin mətbu orqanı olan “Azərbaycan” jurnalını nəşr etdirmişdir. Bir çox elmi və siyasi kitabın, məqalələrin müəllifi olan, keşməkeşli, lakin Azərbaycanın müstəqilliyi uğrunda çalışaraq, şərəfli ömür yaşamış Rəsulzadə 6 mart 1955-ci ildə

Ankarada gözlərini əbədi yummuşdur.

4

5

I hissə

Stalinlə inqilab xatirələri

6

“Heyrətamiz adamın heyrətamiz karyerası bitdi. 73 il əvvəl Qoridə yoxsul bir ailədə dünyaya gəlmiş uşaq Kremldə dünyanın ən böyük imperiyasının diktatoru kimi öldü.”

“Stalinə nekroloq yazanlardan biri”

məqaləsindən

Vaxt var idi dünya tarixində İosif Vissarionoviç Cuqaşvili Stalindən mütləq bir rəhbər yox idi. Onun idarə etdiyi Sovet rejimindən də totalitar rejim mövcud olmamışdır.

Nə vaxtsa tarixçilər ən böyük müstəbidləri haqqında müxtəlif fikirlər bildirəcək, onun şəxsiyyətini bir çox səviyyələrdə təhlil edəcəklər. Biz onu sadəcə bir küll halında dərk etmək niyyətində deyilik. Ən zalım rus çarlarına nəsib olmamış bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet İmperiyası dövründə iki yüz milyon insanın taleyi barədə hökm vermiş, Yer kürəsinin üçdə birinə sahib olmuş, bütün dinləri inkar etmiş “kommunist dini”nin “peyğəmbəri” sayılmış, totalitar rejimin ən böyük nümayəndəsi olmuş

Stalinin necə bir demaqoq, inqilabçı, diplomat, diktator və terrorçu, marşal, general, fironlara, neronlara rəhmət oxutduran bir tiran olduğunu azad insanlar arasında bilməyənlər yoxdur. Bildiklərimizi təkrar xatırlayaq.

1905-1917-ci illərdə Rusiya şərtləri daxilində meydana çıxmış sosialist cərəyanına mənsub adi bir inqilabçı olmuş Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra kommunizmin ikinci lideri olmuş

Leninin mumiyalanmış cəsədi yanındadır.

Leninizm, Marksizm bir sistem kimi meydana gəlmişdir. Stalinizm onların hər ikisinin təkmilləşmiş

formasıdır. Hitlerin milliyətçi-sosializm formulunu çevirib, sosial-milliyətçi kimi təqdim etmiş

Stalinizmi anlamaq üçün Stalinin heyrətamiz şəxsiyyətini dərk etmək lazımdır. Bunun üçün bizə

tarixçilərin Stalin barədə yazdıqları xatirələri, müşahidələri gözdən keçirmək lazım gələcək.

Stalinizmin xarakteristik cizgilərini reallıqla təsvir edə bilmək üçün hər kəsin təsəvvüründə

canlandırdığı Stalinlərin qarşılaşdırılmasında şübhəsiz ki, böyük bir əhəmiyyət var.

Eyni dövrdə eyni şərtlər daxilində bir nəsilə mənsub olaraq müxtəlif zamanlarda müxtəlif şərtlər altında Stalinlə bu və ya digər şəkildə təmasda olmuş bir insan kimi xatirələrimin ona aid olan hissəsini nəşr etmək qərarına gəldim. Çar rejiminə qarşı mübarizə “Sovet istilası və əsarəti”, “Moskva yolunda”,

“Moskvada iki il” və “Moskvadan qaçış” fəsillərini ehtiva edən bu xatirələr müasir tarixçilərin işinə

yarayarsa, deməli, havayı əmək sərf edilməmişdir.

Bu xatirələri Stalinin sağlığında bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim, çünki nəql ediləcək məqamların bir qismi süni şəkildə təhrif ediləcəkdi. İndi isə Stalin tarixə qovuşduğu üçün narahatlığa səbəb yoxdur.

7

Yarım əsr əvvəl Çarlığa qarşı mübarizə

Qafqazın bir parçası olan vətənim Azərbaycanın Rusiya İmperiyası tərəfindən istilasından yüz ilə

qədər bir zaman keçirdi. Belə bir məqamda bütün milli fəaliyyətimizi təqib edən Çarlıq məqsədinə heç də nail ola bilmədi. Milli dəyərləri heç vaxt unutmamış xalqımız azadlıq və milli istiqlal düşüncəsini mənimsəmiş yeni bir nəsil yetişdirmişdir. Bu nəsil mənsub olduğu xalqa bacardığı qədər xidmət etmək istəyirdi.

1903-cü ildə Uzaq Şərqdə tarixi bir hadisə baş verdi. Avropa mədəniyyətinə intibah etmiş Yaponiya böyük Rusiya İpmperiyasının Baltik dənizindən gəlmiş qüvvələrini Susima boğazında bir həmlədəcə

suyun dibinə batırdı. Ardınca Port Arturun fəthi və növbəti yapon zəfərləri...

Bütün dünyanı, xüsusilə Şərqlə Rusiyanı lərzəyə salmış bu hadisə Çarlığın əsrlərlə möhkəmlənmiş

bünövrəsini sarsıtdı. Rusiya daxilindəki azadlıq və inqilab tərəfdarları hərəkətə keçdi. Onlar çar rejimindən narazı olan xalqı inqilablaşdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Bu məqsədlə hər tərəfdə “azadlıq və demokratiya” məfhumunu təbliğ edən təşkilatlar yaradıldı.

Çarlığa qarşı mübarizə aparan siyasi zümrələr və siniflər Çarlıq tərəfdarları kimi fərqli partiyalara ayrılmışdılar. Bu baxımdan bütün müxalifəti, ixtilaf partiyasını və qruplarını iki cəbhəyə ayırmaq olar.

Onların bir qismi Rusiyada parlament idarəsinin təsis edilməsi ilə mütləq çarlıq rejiminin əvəzinə

qanuni krallıq qurmaq istəyirdi. Bunlar liberal burjua partiyaları idi. Radikal demokratlarla sosialistlər digər tərəflər idilər. Onlar Çarlığın devrilməsini, yerində demokratik bir dövlət rejiminin qurulmasını tələb edirdilər. Eyni zamanda, siyasi süqutla kifayətlənməyən sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial islahat proqramının tətbiqini də məqsədəuyğun hesab edirdilər. Sosialist partiyaları idealist xalqçı ideologiyasında sosialist inqilabçılar (Es-Er), tarixi materializm ideologiyasını daşıyan sosial-demokrat (Es-De) zümrələrinə ayrılırdılar.

8

Bolşevik-Menşevik mübarizəsi

Sosial demokratlar məşhur London konqresində (1903) iki tərəfə ayrılmışdılar: bir qolu Leninin vaxtilə rəhbəri olduğu Bolşevik, digəri isə Martovun Menşevik fraksiyalarını təmsil edirdilər.

Həmin vaxt Qafqaz Çar idarə üsulu quberniya üsul-idarəsi şəklində idarə olunurdu. Əksəriyyəti Çar xanədanına mənsub şahzadə tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təşkil edən Tiflisdə Menşeviklər neftlə zəngin olan Bakıda da qərargah qurmuşdular. Hər iki fraksiya inqilab yolu ilə Qafqaz xalqlarını ələ almağa çalışırdılar.

Məlum olduğu kimi, bu iki fraksiyanı qarşı-qarşıya qoyan məşhur taktika idi: Menşeviklər rejimə

qarşı siyasi baxımdan təsir göstərərək Çarlığı devirmək, əvəzində dövlət idarə üsulu qurmağın tərəfdarı olmaqla, sosializm prinsiplərinin mövcudluğunu tələb etdikləri halda, mövcud kapitalizm şərtləri daxilində sosial kontekstdə inqilab yolu ilə deyil, tədricən şəraitə uyğun genişləndirilməsini tövsiyyə

edirdilər. Bu məqsədlə, onlar fəhlə sinfinin çar rejimi əlehinə olan liberal və radikal zümrəsi ilə siyasi koalisiya yaratmağı vacib bilirdi. Bu partiya iflasa uğrasa da, fraksiya mənsubları şərtlər açıqlandıqda qanuni mövzudan faydalanmağı məsləhət görürdülər. Bu məqsədlə onlar fəhlə birliklərinə nüfuz edərək, onları sinfin mənafeyini müdafiə etməyə çağırırdılar. Menşeviklər inqilab partiyası kimi konsepsiyanın şərtləri daxilində belə demokratik üsullara sədaqəti zəruri hesab edərək, təşkilata daxil olan komitələrin aşağıdan yuxarı gələn demokratik bir seçim iyerarxiyasına qəti önəm verirdilər.

Halbuki Bolşeviklər buna tamamilə zidd olan bir fənd işlədirdilər; onlar fəhlə sinfi ilə birgə bütün koalisiyalara qarşı çıxırdılar. Siyasi bir sistem olaraq Çar rejimi ilə birgə onlar iqtisadi sistem kimi kapitalizmi də devirmək əzmində idilər. Əmək ittifaqları fəhlələrin iqtisadi mənafelərini müdafiədən başqa, onları rejimə qarşı daima müxalif və mübariz kimi istifadə edirdilər. Partiyadaxili təşkilatçılığa gəldikdə isə, aşağıdan yuxarı qalxan bir demokratik sistem deyil, əksinə bir sistem formalaşdırıdılar.

9

Bakı ozamankı şərtlər daxilində

Azərbaycan Respublikasının paytaxtı olan Bakı ozamankı şərtlər daxilində təkcə Rusiyada sosialist cərəyanların və çar əleyhidarları hərəkatının qaynar ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların, xüsusən Azərbaycan türklərinin milli hərəkatının mərkəzi idi.

Azərbaycanın milli həyatının bütün siyasi, sosial, iqtisadi və mədəni hərəkatları əsasında qurulmuş

mərkəzi müəssisələr burada idi. Bakı sənayesində, neft mədənlərində çalışan işçilərin əksəriyyəti, həmçinin orta məktəbdə təhsil alan yeniyetmə və gənclərin bir qismi Azərbaycan türkləri idi. Bu səbəbdən burada fəaliyyət göstərən ümumi inqilab və müxalifət cərəyanlarının yanında müstəqil çalışan yerli və milli qruplarla əlaqələr də qurulmuşdur. O cümlədən, rus liseylərində və digər orta məktəblərdə

oxuyan azərbaycanlı türk şagirdləri gizli fəaliyyətlə məşğul idilər. Onları milli hisslərə təhrik etmək, rus məktəblərində keçilməyən türkçəni bir-birilərinə aşılatmaq, yerli ədiblərin əsərlərini oxumaq, çar əlehinə

yazılmış inqilab şeirlərini əzbərləmək və hərdən çap edilmiş bəyannamələr paylamaq, işçilər arasında azadlıq fikirlərini davamlı şəkildə yaymaq kimi işlər görülürdü. Hətta belə bir vaxtda “Hümmət” jurnalı da nəşr edilirdi.

Cəmiyyətdə, xüsusən də gənclər arasındakı təsiri öz nüfuz dairələrinə almaq üçün rəqabət aparan Bolşeviklərlə Menşeviklərin fürsəti əldən verməyən tərəfdarları hər vəchlə bizi ələ almağa çalışırdılar.

Burada Bolşevik fraksiyasını idarə edən Koba adlı fəalın da olduğunu bilirdim.

10

Stalinlə ilk əlaqə

Bakı Neft Sənayesi Fəhlələrinin Həmkarlar İttifaqı adlı bir təşkilat var idi. Fəhlələrin iqtisadi mənfəətləri ilə əlaqədar olan bu rəsmi qurum gizli siyasi fəaliyyətlə məşğul idi. Çarlıq əlehinə də gizli çalışan milli təşkilat mənsublarından olan əmim Məhəmməd Əli bu qurumun katibi vəzifəsini icra edirdi. Bir gün o, Kobanın1 bizimlə görüşmək istədiyini dedi.

Bakıdakı Balaxanı neft mədənlərində bir fabrikin işçilərinə məxsus evlərdən birində, çox sadə bir otaqda qarşımıza fiziki cəhətdən zəif və ortaboylu bir nəfər çıxdı. Sadə geyimli olan bu şəxsin çopurlu üzünə diqqətlə baxdım. Çöhrəsinə ciddi təbəssüm qatıb, bizi səmimi qarşıladı. Gürcü aksenti ilə rusca danışırdı. Hal-əhvaldan sonra söz siyasi və sosial mövzuda davam etdi.

Söhbət ötən günlərin aktual mövzusu ilə bağlı olacaqdı. Ozamankı sosialistlər, xüsusən də

Marksistlər, Bolşeviklər fəhlə sinfini və proletariatı idealizə edirdilər. Koba proletariat sinfinin digərlərinə nisbətdə fərqli olması üzərində dayandı. Kapitalizmin dünya ədalətsizliyindən asılı olan mülkiyyətə dayanmış sistem olduğunu dedi. Ona görə də dünyanı firavan görmək istəyən əsl azadlıq və

ədalət tərəfdarları bu sistemi kökündən yıxmalıdırlar. Xalqları zülüm və istibdad altında saxlayan çar rejimi bu sistem üzərində qurulmuşdur. Onun kökünü tamamilə kəsmək üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq mülkiyyətlə əlaqələri olmayan proletariat sinfi hazır olur, çünki o heç nəyə malik deyil. Onun malı ancaq iki əli və bir başıdır. İnqilab mövzusunda yalnız proletariatın səmimiyyətinə inanmaq lazımdır. Marksistlərin məşhur seçilmiş sinif nəzriyyəsinə

uydurulan bu formulla təkrar qarşılaşdığını Stalin bariz misalla təsvir etdi. Onu da dedi ki, bir qrup fəhlə ilə görüşüb, təşkilati işlərlə məşğul olur.

Bir gün bu qrupun davamçılarından biri haqqında şübhələndiyimi və ona inanmadığımı dostlarıma dedim. Sonra bir neçə dəfə rastlaşsaq da sonra onu aramızda görmədim. Bu adam haradadır, niyə

görünmür? – deyib, yoldaşlardan soruşdum.

Fəhlələr – yoldaş Kobaya inanmıram dediyiniz üçün biz də onu sıralarımızdan çıxardıq!.. – dedilər.

Proletariata sədaqəti haqqında danışdığı bu hekayədən çıxarılacaq hissə dəqiqdir.

1 Koba İosif Vissarionoviç Cuqaşvilinin ləqəbi olub. Qafqazda olanda bu addan istifadə edirdi. Stalin adını isə

sonra, Rusiyada çalışdığı dövrlərdə daşıyıb. Koba adı bir gürcü romanından götürülmüş, çarlığa qarşı mübarizə

aparmış bir inqilabçı qəhrəmanın adıdır.

11

Kobanın Vişinskiyə bildirişi

Kobanı çox gec-gec görürdüm. Müxtəlif saziş şərtləri əsasında təsadüfən qarşılaşırdıq.

1905-ci ildən sonra çar sistemində yaranmış sarsıntı və zəiflik üzündən hər yerdə inqilablar baş

qaldırırdı. Bakı belə yerlərdən biri idi. Burada bir çox ümumi tətillər, siyasi nümayişlər, qarışıqlıq və

talançılıq, siyasi qatil kimi hadisələrin içində müxtəlif inqilab təşkilatçılarının yarıgizli fəaliyyəti görünürdü. Tez-tez toplantılar, konqreslər və konfranslar keçirilirdi.

Bir gün Bakı ərazisində neft mədənlərinin olduğu Qaranəhr deyilən yerdə, gecə saatlarında bir dülgər sexində çar əleyhinə müxtəlif inqilab təşkilatçılarına mənsub nümayəndələrdən ibarət konfransda idik. Günün tələblərinə uyğun birgə məsələlər müzakirə edilirdi. Söhbət yuxarıda qeyd etdiyim Bolşevik-Menşevik görüşü əsasında davam edirdi. Bolşevikləri Koba, yəni Stalin, Menşevikləri isə hazırda sovetlərin millətlərarası sözçüsü olan Andre Vişinski təmsil edirdi.

O zaman Azərbaycanca intişar tapmış, çarlıq əleyhinə milli müxalifət orqanı olan “Təkamül”

qəzetini bu toplantıda mən təmsil edirdim. Müzakirə rusca gedirdi. Rus olmayan bir çoxları kimi, mən də bu dildə elə də səlis danışa bilmirdim. Üslub və qrammatik səhvlərim olurdu. Müzakirədə təmsil etdiyim milli muxalifət cərəyanının anladığı taktika ilə “baltanı çarlığın düz kökünə vuran”, Bolşeviklərə üstünlük qazandıran bir ifadə işlətdim... Bunu həzm edə bilməyən Menşevik Vişinski –

Yoldaş, ədəbli deyil!.. – deyərək, müdaxilə etdi. Koba dərhal – Hə, yoldaş Vişinski, bir türkcə, azərbaycanca danış, görək kim yaxşı danışır!.. – deyərək, müdaxilə etdi.

12

Türkiyədə Jön Türk inqilabı

1908-ci ildə Türkiyədə Jön Türk inqilabı başlamışdır. Azadlıq meydanlarında, xüsusən Qafqazın türk və digər müsəlmanlarının fikir və siyasi hərəkat mərkəzi olan Bakıda bu tarixi hadisə daha çox gündəmdə idi. Bir təsadüf nəticəsində Koba ilə rastlaşdım.

– Osmanlı inqilabı haqqında bizim jurnala bir məqalə yazsanız, – dedi.

Bizim jurnalın məqsədi yuxarıda qeyd etdiyim Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının mətbu orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazıb, redaksiyaya gəldim.

Redaksiyanın ozamankı bir çox müəssisələr kimi iki üzü var idi: bir üzü rəsmi idi. Qəzetin məsul müdiri hökumətdən icazə almış imtiyaz sahibi Saşa Samartsev idi. Onun arxasında qəzetin gizli bir redaksiya heyəti var idi ki, bura Koba ilə Timofeyev daxil idi. Onlar bir ayaqqabı dükanının pərdə ilə

ayrılmış arxa tərəfində çaplanırdılar. Türkiyədəki məşrutiyyət inqilabı barədə yazdığım məqaləni burada, bu ayaqqabı dükanında oxuyub müzakirə etdik. Timofeyev məqaləni tənqid atəşinə tutdu.

– Öz burjuaziyanızı tənqid edib gözdən salırsınız. Rəsulzadənin məqaləsində isə burjua inqilabı təriflənir.

Özümüzə yaxşı görünməyən bir şeyi Türkiyə üçün necə yaxşı görə bilərik?! – deyərək, məqalənin rəddini istədi.

Koba müdaxilə etdi:

– Yoldaş yanılır, məsələni çox bəsitləşdirməyin. Rusiya şərtləri ilə Türkiyə şərtləri bir-birindən fərqlidir. Bizdə

reaksiya verilən tələqqi bir hadisə Türkiyədə tərəqqi sayılır. Rəsulzadənin məqaləsi düz yazılıb. Orada yürüdülən mühakimə çox haqlıdır. Məqalə dərc edilməlidir!..

Beləcə, məqalə dərc olundu.

13

Bizim 200 rubl

Yuxarıda bəhs etdiyim hərc-mərclik illərində Rusiyada və Qafqazın hər yerində olduğu kimi, Bakıda da qanuni və qanunsuz fəaliyyət göstərən müxtəlif cəmiyyətlər var idi. Xeyriyyəçilik və

maarifçilik işləri ilə məşğul olan cəmiyyətlərlə bərabər gizli fəaliyyət göstərən siyasi-ideoloji təşkilatçılardan baqa, hökumət idarəsində zəiflərdən istifadə edən soyğunçu dəstələr də var idi. Müxtəlif ideyalar naminə çirkli işlər görən bu quldur dəstələri varlıları təhdid edərək pullarını mənimsəyir, onların bəzilərini oğurlayaraq müəyyən məbləğ qarşılığında azad edib, böyük firmalara göndərdikləri təhdid məktubları ilə hərraca qoşurdular. Bir vaxtlar Bakının məşhur milyonçularından olan Musa Nağıyev də bu qaydada saxlanılmış və verdiyi böyük məbləğdə pul müqabilində buraxılmışdır. Hələ də

fəaliyyət göstərən bu quldur dəstələri arasında Bolşevik partiyasının hesabına çalışan bir dəstənin də adı hallanırdı. Dəstəyə İrəvan meydanının “qəhrəman”ı (bu hadisə məşhurdur) olan şəxsən Kobanın rəhbərlik etdiyi sonralar bəlli olmuşdur.

Sonralar İstanbulda eşitdiyim bir əhvalatın bununla əlaqəli olduğu üçün danışıram: Həmin dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliklərini əməkhaqqı müqabilində

Bakının qoçularına əmanət edirdilər. O cümlədən, məşhur neft şirkəti olan Nobel bu məqsədlə H.M.-

yevin biri ilə əlaqə yaratmışdır. Həmin şəxs 1927-1928-ci illərdə İstanbulda emiqrant olan bir çoxunun Bakı ilə bağlı xatirələrini danışmışdır:

“Bolşevik partiyasının təhdid qolundan adıçəkilən firmanın neft şöbəsinə bir məktub daxil olur.

Məktubda 50.000 rublu müəyyən bir gündə və saatda gələcək şəxslərə vermək tələb olunurdu. Firmanın müdiri H.M.-yı çağıraraq ondan təyin olunmuş vaxtda təhdidçilərlə görüşməsini tapşırır. H.M.

qoçularla bir az gözləyir. Təyin olunmuş vaxtda Koba (yəni Stalin) iki şəxslə birlikdə içəri girir. Qorxu saçan sərt baxışlarla H.M.-yı süzən Koba ona adı ilə müraciət edərək:

– Hmm,.. Biz oğru deyilik. Kapitalizmə qarşı mübarizə aparan fəhlə partiyasıyıq. Hədəfimiz Rusiya Çarlığıdır.

Biz fəhlələr əgər bir zülmə düçar olmuşuqsa, siz müsəlmanlar bunun iki qatına düçar olmusunuz. Başqasının şəxsi mənfəətlərini qorumaq üçün bizə qarşı silah çəkmək canınızı hədər yerə qurban verməkdir. Halbuki, bizim aldığımız pullar azadlıq üçün sərf olunur. Bir millət kimi sizin azadlığınız da bura daxildir.

Bundan sonra H.M. çəkilərək, yoldaşlara – biz təslim, – deyir.”

14

Kobanın qaçırılması planı

Mahiyyətinə qısa da olsa nəzər yetirdiyim bu dövrdə mən Bakıda maarifçiliyi təbliğ edən və rəsmi fəaliyyət göstərən “Nicat” Cəmiyyətinin rəyasət heyətinin üzvü idim. Onun pərdəsi altında siyasi fəaliyyət göstərən gizli bir qrup var idi. Bu qrup Çarlığa qarşı olan bütün inqilab partiyaları və dəstələri ilə əlaqədə idi.

Günlərin birində Bolşevik partiyasının maliyyə komissiyasına mənsub şəxs mənə müraciət etdi:

– Gəlin, birgə bağ şənliyi təşkil edək. Siz rəsmi ünvanınızı verin, biz də şəhərdə və ictimaiyyət arasında nüfuz sahibi olan məşhur xanım və bəylərdən, aktyor və aktrisalardan ibarət dəbdəbəli bir şənlik keçirək.

Sonda o, şənlikdən əldə edilmiş gəliri aramızda bölməyi təklif etdi.

O dövrdə belə işlər adi idi. Odur ki, burada təəccüblü heç nə yox idi. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı onların çar əlehinə olduqlarını bildirərək, təklifi müsbət qarşıladılar.

Bağ şənliyi başladı. Bakının məşhur Qubernator bağında təşkil edilmiş bu şənlik üç gün davam edəcəkdi. Gəzintinin ilk günü uğurlu oldu. Yaxşı gəlir əldə olundu. Belə getsə bu şənliyin kifayət qədər gəlir verəcəyinə şübhə etmirdim. İkinci gün də şənlik eyni qaydada davam etdi.

Elə bu vaxt şərikimizin maliyyə komissiyasının üzvü Serebryakov mənə müraciət etdi:

– Kobanı bilirsiniz, onu Bayıl həpsxanasından (Bakının Bayılburnu deyilən ərazisində üç tərəfi su ilə əhatə

olunmuş o həpsxana qalası ki, bir vaxtlar mən də buranın sakinlərindən idim) qaçırmaq istəyirik. Bağ şənliyinin uğurlu olduğu və yaxşı gəlir verdiyi də şübhəsizdir. Bizim payımıza düşəcək gəlirə gəlincə, yoldaş Kobanın qaçırılmasını maliyyələşdirmək üçün bağ şənliyinin təşkilatçısı kimi 200 rubl avans versəniz minnətdar olarıq.

Bu işin məsuliyyətini də iki gündən sonra Kobanın yanına gedəcək dəstənin öz üzərinə

götürdüyünü də dedi. Hər ehtimala qarşı gözlədiyimiz nəticə aldığımız avansı bağlamasa, payımıza düşən açığı bağlamağı boynumuza götürmürük, – deyərək, təminat vermədi. Məsələni yoldaşlarla müzakirə etdim, istənilən avansın verilməsinə etiraz etmədilər.

Şənliyin üçüncü günü məbləği, zərgərlik mağazasından götürülmüş gümüş əşyaları və sairələri götürüb, turun qadın müdiri xanım Barkova, maliyyə komissiyasının üzvü və “Nicat” Cəmiyyətinin idarə heyəti üzvlərindən biri ilə nəticəni sənədləşdirmək üçün xanımın evinə yollandıq. Qubernator bağının yanındakı şəhər bağçasından aralanıb yan küçələrdən birinə dönərkən, silahlı quldurlar maşınlarımıza hücum etdilər. Onlar masa ləvazimatları ilə birgə gümüş əşyaları əlimizdən çəkib aldılar.

Hətta xanımın qolbağıları və zərli baftasını da qarət edib, gözdən itdilər.

Təəssüf və həyəcan içində xanımın evinə gəldik. Polis zabiti hadisəni protokollaşdırmağımızı məsləhət bildi.

Bağ şənliyi gözlənilməz uğursuzluqla nəticələndi. Şəriklərimiz indi nəinki zərəri ödəmək, hətta aldıqları 200 rubl avansı belə geri qaytarmaq niyyətində deyillər. “Bu gün-sabah” deyib, məsuliyyətdən boyun qaçırırlar.

Bununla bitmədi. Soyğunçuların şəxsən Bolşevik partiyasına mənsub terrorçular olduğu dəqiq idi.

Lenin hakimiyyətə gələn kimi Çarlığın millətlərarası bütün borclarını ləğv etdi. Hətta 1903-cü ildə

Rusiya Sosial Demokrat Partiyasının borclarını da dərhal ödədi. İnqilab öz borcunu ödəyər, – deyərək, lovğalanmışdır.

Bəs bizim 200 rubl?!.

15

Azərbaycanın işğalı

1917-ci ildə hökümət rəhbəri Leninin və xalq komissarı Stalinin imzaları olan bəyannamə Sovet Hökuməti Rusiya İmperiyası daxilində olan kiçik və böyük xalqların öz müqəddəratlarını təyin etmək səlahiyyətlərinin olduqlarını və istəsələr Rusiyadan ayrılıb, özlərinə məxsus müstəqil dövlət qura biləcəklərini təmin edirdi.

Məclisdə elan olunmuş rəsmi deklorasiyaya görə 28 may 1918-ci ildə milli istiqlalını elan edən Azərbaycan Xalq Respublikasının sərhədi Moskvadan göndərilmiş qırmızı ordu tərəfindən pozulmuş və

27 aprel 1920-ci ildə məmləkət Rusiya tərəfindən işğal edilmişdir.

Rus ordusu ölkənin sərhədini keçərək, bütün müqavimət hərəkatlarını amansızcasına yatırtmışdır.

Qırmızı ordunun gücü ilə ölkə sovetləşdirildi. Yəni sözdə “Sövet Azərbaycan Respublikası” ünvanı qalsa da, bütün milli demokratik məsələlər ləğv edildi. Liderlər təqib olunur, qırmızı istila hər yeri qəsb edir, çapıb-talayırdı. Fövqəladə inqilab məhkəməsi anlamını daşıyan “Çerezvıçayka” cəza məhkəməsi dayanmadan gözə dəyən bütün fəalları bir-bir tutub zindanlara atır, bir qismini də səssiz-səmirsiz ortadan götürürdülər. Qırmızı qasırğa dağıtmadığı müəssisə, qətlə yetirmədiyi şəxsiyyət qoymurdu.

16

Azərbaycan lideri Bakıda “Osobı otdel” həbsxanasında

Bir müddət bu şərtlər daxilində saxlandıqdan sonra keçmiş məsləkdaşlarımdan mərhum Abbasqulu bəy Kazımzadə ilə birgə Bakını tərk edib, qədim Şirvanın mərkəzi olan Şamaxı ərazisində, Qafqaz sıra dağlarının ətəyində, Lahıc deyilən bir yerdə gizlənmişdik.

Qaldığımız yer bir təsadüf nəticəsində bilinmiş, tutularaq Bakıda o zamankı siyasi polis idarəsinin fövqəladə işlər şöbəsi olan “Osobı otdel”ə təhvil verilmişdik. Bizi həbsxana şəraiti yaradılmış bu böyük və köhnə binada ayrıca bir otağa saldılar. Otaq deyib, üstündən keçmək istəmirəm. Bura, onsuz da köhnə olan binanın təsəvvürünüzdəki qeyri-adi otağı deyildi. Adi bir mətbəx idi. Alt mərtəbədə gün işığı düşməyən qaranlıq bir mətbəx. Döşəməsi asfalt olan bu otaqda nəinki adi yataq və ya mebel dəsti, hətta üstümüzə örtməyə və altımıza salmğa heç nəyimiz yox idi.

Əvvəlcə quru asfalt döşəmədə yatmamaq üçün çarə axtarmağa başladıq. Çarpayı-filan axtarmaq əbəs idi. Mən də, Abbasqulu bəy Kazımzadə də çar dövrünün həbsxanalarını görmüş adamlarıq. O

zaman da yataqlarımızı asfalt döşəmə üzərində sərib yatardıq. Amma indi döşəməyə sərəcək bir yatağımız yox idi. Canımızı soyuq döşəmədən qurtaracaq bir şeyə ehtiyacın olduğunu nəzarətçilərə

bildirdik. Nəhayət, bir çarə tapdıq. Həyətdə qablaşdırma sandıqları var idi. Onları bizim xahişimizlə

sökdülər və parçalarını bizə verdilər. Bu taxta parçalarını altımıza düzüb, üstündə yatdıq.

Bir iki gün iki yoldaş bu mətbəxin yeganə qonaqları olduq. İki gündən sonra mətbəx ailəsi yeni gətirilmiş bir neçə qonaqla da çoxaldı. Onların vasitəsi ilə şəhərdə baş verənlərdən müəyyən məlumatlar öyrəndik. Paytaxta gətirilməyimizin əhaliyə təsirindən agah olduq. Bunlar bir tərəfdən üzücü, digər bir tərəfdən sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu saçan Pankratov kimisinin müdiri olduğu “Osobı otdel” həbsxanasındakı taleyimiz hamını narahat edir və baş verəcək hadisələri qabaqlamaq üçün tədbirlər görməyə yubanırdılar.

Burada olduğumuz üçüncü və dörcü gün idi. Demək olar ki, ilk dəfə bayırla əlaqəmiz yarandı. Bizi aşkar edildiyimiz yerdən Bakıyadək gətirən bir nəfər var idi. Adını Zərgər kimi qeyd etdiyim bu şəxsin Bakının əsas prospektlərindən birində zərgərlik mağazası var idi. İndi Bolşeviklərə xüsusi işlərdə xidmət göstərir. Bolşevik casusu kimi məsul bir vəzifədə olduğunu dedi. İndi bu casus mətbəxə bizimlə

görüşməyə gəlirdi. Məqsədi bizdən rəsmi açıqlama almaq idi. Özünü şəhərdə bizimlə pis rəfdar etdiyi üçün qınadığını dedi. Halbuki, onun bizə nə qədər yaxşılıq etdiyini bilirdik. Həm də bura bir neçə

gündən sonra bizi sərbəst buraxacaqlarını demək üçün təbrikə gəlmişdi. Yalnız bir xahişi var idi: bütün söz-söhbətlərə son qoymaq üçün mən ona kompasımı verməli və bu mənada ondan məmnun qaldığımı deyim. O, bunu onu qınayanlara onun pislik deyil, yaxşılıq etdiyini isbat etmək üçün xahiş edirdi. Ona təsəlli verdim. Deyilənlərə fikir vermə, – dedim. – Madəm ki, dediyin kimi bir neçə gündən sonra azadlığa qovuşacağıq, o zaman bir ziyafət təşkil edib, orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, narahatlıq da bitər,

– dedim. Beləcə, qəribə şəkildə tələb olunan etibarnamədən yan keçdik.

Eyni gündə bizə bir bağlama azuqə göndərilmişdi. Yemək bir qəzet vərəqinə bükülmüşdü. Bu bükülmüş qəzet vərəqi bir neçə gün əvvəl nəşr edilmiş “Kommunist” qəzetinin türkcə olan bir nüsxəsi idi. Qəzeti necə həyəcan və nigarançılıqla oxuduğumuzu təsəvvür etmək elə də çətin deyil. Qəzetə göz gəzdirdik. İlk səhifədə Azərbaycan Sovet Hökumətinin başçısı doktor Nəriman Nərimanovun imzası ilə

rəsmi bir təbliğatın yadımda qalan mətnini əslinə yaxın bir şəkildə nəql edirəm:

“Məhəmməd Əmin Rəsulzadəni hər cür faciələrə düçar etmək üçün Sovet höküməti onun paytaxta gətirilməsini qərar vermişdi. Burada isə həyatı üçün təhlükə yoxdur. Əhalinin bununla bağlı əmin olmasını və

təşvişə düşməməsini tövsiyyə edirik.”

Bunu mətbəxə gələn yeni qonaqların dediklərindən belə başa düşmək olurdu... Əvvəlki zərgərin əldə etmək istədiyi etimadnamə də bununla bağlı olacaqdı. Sonradan bildiyimə görə bu yaxınlarda İran məşrutə hərəkatında bir yerdə çalışdığım Heydər Xan Əmioğlunun da böyük əməyi olmuşdur.

Heydər Xan İranın yaxın keçmişində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında Heydər Xan Bombi (bombaçı Heydər Xan) kimi məşhur idi. Vaxtilə Tehrandan qaçanlardan Məhəmməd Əli Şahın baş vəkili məşhur irticaçı Əmin-üd Dövləni öldürən fədai Abbas 17

Ayaqyeyə partladıcını verən o olmuşdur. Təbrizdə məşrutiyyət mücadilələri əsnasında şah tərəfdarı, məşhur irticaçı Şuca-üd Dövləni poçtla göndərdiyi bir cəhənnəm maşını ilə partladan da o idi. Bir inqilabçı kimi onun mücahidlər üzərində böyük nüfuz və təsiri var idi. O zaman İran inqilab hərəkatlarında köhnə rejimə qarşı mübarizə aparan yerli tərəqqipərvər və mərutəçilərə yardım üçün gələn, qafqazlı nümayəndələrlə yaxından əlaqəsi olan Heydər Xan indi Bakıdadır və başının dəstəsi ilə

İran hərəkatlarına kömək məqsədilə bəzi məsələlər barədə düşünür. Mənim Bakıya gətirilməyim barədə

təklifi eşidən kimi İrandakı məşrutə hərəkatı ilə bağlı dosluğumuz naminə fəallaşmış, başda doktor Nəriman olmaqla Sovet Azərbaycanının bütün nüfuzlu ziyalıları ilə görüşərək, – Məhəmməd Əminin başından bir tük belə əskik olmamalıdır!.. – demişdir.

Şəraitsiz mətbəx həyatı yavaş-yavaş özünəməxsus bir şəkil alırdı. Saatlar saatı, günlər günləri qovurdu. Hər gələn yeni qonaqdan müxtəlif məlumatlar alır, azadlığımızı gözləyirdik. Bütün bunları və

mətbəximizdəki ab-havanı burada təfsilatı ilə danışmaq niyyətində deyiləm: buradakı məhrumiyyətləri, yemək əvəzinə bizə verilən bulaşıq suyu xatırladan şorbanı və s. Məqsədim təfərrüatlı xatirə yazmaq deyil. Yalnız əsas məqamlara diqqəti yönəltməyi düşündüm.

18

Həbsxanada Stalinlə üz-üzə

“Mətbəx”in yeni “qonaq”larından şəhərdə olub-bitənlər haqqında məlumat alırdıq. Onlar şəhərdə

“Padvalyon” adında gizli bir cəmiyyətin kəşf edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qırmızı ordu tərəfindən yeni işğal olunmuş Bakıda qalan türkiyəli keçmiş mühacir zabitlərdən bir qismi ilə limanda olan matroslar arasında guya bir sövdələşmə olmuş, onlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam hazırlayırmışlar. “Təşkilat” üzvlərinin görüş yeri şəhərin keçmiş Nikolay, sonra Parlament, indi isə Kommunist küçəsi deyilən böyük küçəsindəki zirzəmidə

yerləşən bir dükan imiş. Elə onlara “zirzəmiçilər” mənasını ifadə edən “padvalyon” deyirmişlər.

“Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat söhbətlərini diqqətlə

dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə xitab olunurdu), arxamca gəlin, – dedi.

Saat 17 idi. Axşamın belə gec saatlarında kameradan bu şəkildə çıxarılanlar, adətən gedib qayıtmırlar. Bu, “xərclənməyə” götürülən bir saatdır. Yoldaşlarımın üzlərinə hüzn gəldi. Hələ yoldaş

Abbasqulunun rəngi də qaçdı, məlul və məhzun gözlərilə mənə baxdı. Böyük bir həyəcanla qucaqlaşdıq.

Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona “əhəmiyyət vermə, qorxma” deyə, təsəlli verirdim.

Mən öndə, gözətçi isə arxada gedirdik. Qaranlıq dəhlizlərdən keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa yandırılmaz). Bu yola elə də nabələd deyiləm.

Bir dəfə yenə bu dəhlizlə Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq etmişdi.

Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram. Gəldik. Elə buradır, iki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə dayanmış Pankratovun yanında ucaboylu qırmızı ordu geyimində bir nəfər mənə diqqətlə baxırdı. Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəlib, əlini uzadaraq:

– Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az fasilə ilə), Stalin, – dedi.

– Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, – dedim. Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı.

Stalin dərhal Pankratova müraciətlə, bizi buraxın, – dedi.

Pankratov çıxdıqdan sonra mənə:

– Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq, – dedi.

– Dünya belədir, hər şey ola bilər, – dedim.

– Şəxsi işlərinizi gördüm, vəziyyətiniz çox pisdir, – dedi.

Bir anlıq gözlərinin içinə baxdım.

– “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin kütləvi şəkildə güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətin yaxşı olacağını düşünəcək qədər də sadə deyiləm. Lakin bu pisliyin sənəddən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir sənəddən xəbərim yoxdur.

Stalin mövzunu tez dəyişdi.

– Mən bunun üçün gəlməmişəm, – dedi. – Buraya gələndə məhbus olduğunuzu öyrəndim. Sizinlə

görüşəcəyimi təkcə dr. Nərimana bildirdim, – dedikdən sonra sözünə davam etdi.

– Buradakılar (yerli kommunistləri nəzərdə tutur) Sizdən qorxurlar. Onalrın bir qismi “Müsavat” lideri öldürülməlidir deyir, bir qismi isə yox, ömürlük həbsdə qalsın, təklifləri ilə çıxışlar edirlər. Lakin mən bunların heç birini Sizə rəva görmürəm. Siz keçmiş mübarizə yoldaşımsınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək.

Bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və baş verəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə cəlb edəcəklər. Dünyanın hansı bir tərəfinə istəyirsiniz gedin, bir sözlə, azadsınız. Fikirləşin, bəlkə də bizimlə əməkdaşlıq etmək istədiniz...

19

Stalinin “Rusiya”dan və “mübarizə dostluğundan” bəhs edən rəsmi “müqəddimə”dən səmimi bir söhbətə çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.

– Bu qədər hadisədən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, yoldaş Koba, – dedim.

– Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, – dedi. Bu cümlə ilə nəyə işarə

edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı anlamazlar. Bunun üçün bir az açıqlama verim:

Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunmuş bu şəxsə eyni zamanda Şərqi Anadoluda hələ də rus ordusunun işğalı altında olan vilayətlərdə böyük Ermənistan yaratmaq məqsədilə referendum təşkil etmək vəzifəsi də həvalə

edilmişdir. 1905-ci ildən tanıdığım Şaumyan 1918-ci ilin əvvəllərində Bakıda mənimlə görüşərək öz missiyasından danışmış və “Müsavat” firqəsinə əməkdaşlıq təklifi etmişdir. Bizdən narazı qalan Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin radikal müxalifəti ilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada həmin il martın 31-də cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhaliyə qarşı qətliam törətmişdir. Stalinin eyham vurduğu bu hadisə idi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən isə o zamanın erməni məsələsindəki bolşevik istiqamətini sözarası tənqid etməklə erməni-türk ixtilafını təhrif etmək istəyirdi. Stalinə dedim:

– Məsələ təkcə nə Şaumyanın şəxsiyyətində, nə də 1918-ci ildə deyil, siz buraya indi də gəlməməli idiniz!

Stalin diqqətlə üzümə baxdı. Sanki, bu baxışlarla “nə üçün?” deyə soruşurdu:

– Çünki rus gücü ilə yaradılmış proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin qurulmasından başqa bir şey ola bilməz, – deyə davam etdim.

Fikrimi bir misalla izah edərək əlavə etdim:

– Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, sizcə bu necə olar? – deyə

soruşdum:

– Bizdən daha yaxşısını edərlər, – deyə, Stalin gülümsədi.

– Bəs rus xalqı idarəni daha yaxşı necə qəbul edər?.. Təxmin edə bilmərsinizmi? – soruşdum. Stalin mənalı bir baxışla üzümə baxdı... Bu baxışda “rus xalqının ruhunu mən daha yaxşı bilirəm” ifadəsi var idi. Stalin bir az düşündükdən sonra mövzunu dəyişdi.

– Yaxşı, dedi, – olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.

– Sizin, – dedim, – burada, Pankratovun bu masası başında bir heyət məni istintaq edirdi. İstintaqı aparan müstəntiq fəhləlikdən yetişmiş bir gənc idi.

Məndən soruşdu ki, dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz?

Ona:

– Hadisələri müşahidə ilə məşğul idim, – cavabını verdim. Qane olmadı. Məni daha çox danışdırmaq istəyirdi, dedi ki:

– Siz Müsavat hökumətinin ruhu idiniz, Milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə vəziyyətində qaldığına inana bilərəmmi? Biz Siz həbsxanada ikən düşünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik.

Necə olur ki, Siz heç bir şey düşünmür, sadəcə, müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? – deyə

müstəntiq üzümə baxdı. Ona:

– Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundandır, – cavabını verdim. Sözsüz ki, onunla səmimi danışa bilməzdim, çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurma bir şey deyə

düşünər, səmimi qəbul etməzdi; lakin Sizə, keçmiş səmimiyyəti xatırladan bir əda ilə danışan Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsl səbəbini izah edə bilərəm. Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli azadlıq haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Bundan sonra daha böyük qüvvə ilə yurdumuzu müdafiə etməyə gücümüz çatmırdı. Millətlərarası daha böyük qücə

ehtiyacımız var idi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli azadlıq hərəkatları ilə, xüsusilə milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək 20

Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək bəhanəsi ilə məmləkətə soxulursunuz. Bu məqsədlə buradakı macərapərəst bir qrup ünsürdən də istifadə edib, cəmiyyəti aldadırsınız. Biz bu şərtlər daxilində sanki iki od arasında idik. Belə bir vəziyyətdə bizə yalnız əlverişli məqam yarananadək gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey təkcə “ətalət” deyil, həm də “intizar” idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə

başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.

Stalin:

– Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız. O halda bizə qarşı nə edərdiniz? – deyə soruşdu.

– Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, – dedim.

– Yaxşı, amma siz kiçik bir ölkəsiniz, müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz. Digər böyük bir dövlətlə

anlaşmanız lazımdır, – dedi.

Mən:

– Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə sövdələşərdik, lakin Nərimanın sövdələşdiyi tərzdə yox, –

dedim.

Stalin güldü:

– Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla sövdələşdik?! – dedi. Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə

gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim ki:

– Madəm ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində sağlam bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.

– Yaxşı, – deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı hal-əhval tutanda dediyimdən, içəri girən Pankratova:

– Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də

onunla görüşmək imkanı verin, – deyə, əmr etdi. Ayrıldıq. Nəzarətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus yoldaşlarım sevinc içində idilər. Abbasqulu yoldaşın isə sevincinin həddi-hüdudu yox idi. Belə ha, demək bu gediş “xərclənmə” gedişi deyilmiş!..

21

Xüsusi otaq

İki-üç saatdan sonra gözətçi təkrar gəldi:

– “Əşyanızı yığın, yoldaş Pankratov Sizi münasib bir otağa köçürmək barədə əmr verdi” Mətbəxdəki yoldaşlarım mənə görə yenidən narahat və bikef olurlar. “Kaş bu hiylə olmasın!” ifadəsi üzlərindən, gözlərinin baxışından bilinir. Yoldaşlarımdan ayrılmaq istəmirəm, amma rədd etmək də yaxşı düşməz.

Baxaq görək sonrası necə olur... Yoldaşlarımla vidalaşıb, gedirəm. Gözətçi əşyalarımı arxasına alıb, dalımca gəlir. Məni Pankratovun yaşadığı mənzilin yanında qapısı eyni eyvana açılan xüsusi bir otağa gətirdilər. Tamamilə boş olan bu otağın mətbəxdən fərqi döşəməsinin taxta və sadə bir çarpayının olmasıdır. Payızın sonları olduğundan otaqda istilik sisteminin olmaması səbəbindən insanın iliklərinə

işləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa isinirdik. Əlavə olaraq orada maddi istilikdən başqa, mənəvi bir hərarət də var idi; bir icma halında yaşayır, dərdləşirdik. Gecəni bu soyuq tənhalıqda birtəhər keçirərək, sübh tezdən fürsət tapıb eyvanın kənarına gəldim və oradan salamat olduğumu göstərdim. Sevinclərini uzaqdan bildirdilər. Abbasqulu əlini havada yellədib, sevindiyini bildirdi. Bir gün belə tənhalıqda keçdi.

Ertəsi gün məni rəfiqəmlə görüşdürdülər. Evdəki və şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və Stalinlə olan söhbətin xülasəsini danışaraq, dostların nə düşündüklərini və nə

tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim. Beləliklə, dostlarla aramızda əlaqə yarandı. Bu vasitə ilə

şəhərdə olub-keçənlər barədə ətraflı məlumat ala bildim. Bizim tutularaq şəhərə gətirilməyimizin ümumi bir narahatlığa səbəb olduğunu, rəsmi hökumət xəbərinin bu narahatlığı aradan qaldırmaq məqsədilə diplomatik jest ilə yazıldığının səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi fədakarlığın təfsilatını bildim. Dostlar Moskvaya getməyimi məsləhət gördülər.

Çünki burada qalmaq təhlükəli idi, hər an gözlənilməzliklərə məruz qala bilərdim.

22

Vəziyyətin aydınlaşmasını istəyirəm

Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan” xəbər yoxdur... Narahatlığım artır.

Vəziyyəti aydınlaşdırmaq üçün ağlıma bir fikir gəldi. Pankratovla görüşdüm. Ona:

– İşim, qətiyyətli münasibət və aydınlıq sevən bir partiyanın əlindədir. Yoldaş Stalinə çatdırın ki, vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə zaman gerçəkləşəcək? Bu bir. Sonra mənim işimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuşlar, onların da mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi?

“Mənim işim” ifadəsini xüsusi vurğuladım, çünki dostum Abbasqulu ilə bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə saxladığı üçün həbs edilmişdir.

Bundan başqa, çarlığa qarşı mübarizə illərindən bəri bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də

Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi, milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda

“Müsavat” firqəsinin təşəkkül tapmasında bu iki dost Nağıoğullarından Nağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü yaratmışdılar. Pankratov xahişimi Stalinə çatdıracağını dedi. Ayrılarkən mümkündürsə

məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiş etdim:

– Mənə ayırdığınız otaq, şübhəsiz, daha təmiz, havalı və fərdidir, təşəkkür edirəm. Lakin orada yoldaşlarımla birlikdə idim, məni təkrar yoldaşlarıma qovuşdurmaq lütfünü əsirgəməyin, – dedim.

– Yaxşı, – dedi. Ayrıldıq.

Təkrar mətbəxdəyəm. Məhbus yoldaşlarımla bir neçə günlük ayrılıq həsrətini ortadan qaldırır, eşidib bildiyimiz yeni məlumatları bölüşüb, dərdləşirdik.

23

Yoldaş Stalin inciyib

Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir. Gedirəm. “Osobı otdel” rəisi ciddi əda ilə:

– Yoldaş Stalin Sizdən inciyib, – deyir. Diqqət kəsilirəm. Sual dolu nəzərlərimi sezən Pankratov davam edərək Stalinin “Yoldaş Rəsulzadənin etimadsızlığını haradan qazandıq? Mənim vədimə niyə şübhə edir?!”

sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından bunları deyir:

– Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst şəkildə həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı olsa, onlar da Azərbaycan Sovet Hökumətinin himayəsində qalacaqlar. Yoldaşlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə

bərabər gedəcəklər.

Nəticəni evə və onların vasitəsi ilə yoldaşlara çatdırdım. Yolçuluğa hazırlaşıb, hərəkət gününü gözləyirik.

24

Tam əməl edilməyən vədlər

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd Əlini saxladığı başqa bir həbsxanadan “Osobı otdel”ə köçürüb, mənimlə birlikdə azad etdilər. Lakin Abbasquludan hələ də

xəbər yoxdur. Ona icazə verməmişdilər. Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt anadan olmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan körpə

ağlamağa başladı. Onun və digər ailə üzvlərinin, eləcə də evə toplaşan yaxın qohumların üzüntüləri və

xeyir-duası içində vidalaşaraq, həyətdə gözləyən maşına minib, vağzal yoluna çıxdıq. Dükan-bazarı bağlı, dərin bir hüznə dalmış Bakının səssiz-səmirsiz küçələrindən keçib, vağzala gəldik. Moskva qatarı gözləyirdi. Stalinin gedəcəyi salon-vaqona mindirildik. Başda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaşı) və başqaları burada idi. Stalin bizi qarşılayıb:

– Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər. Nədənsə onun əlehinə böyük hiddət var, – dedi. Az sonra doktor Nəriman Nərimanov da gəldi. Bizimlə salamlaşıb və dərhal:

– Abbasqulu hanı? – deyə soruşdu.

– Abbasquluya icazə vermədilər, – dedik.

O, təəccüblə:

– Hm... biz onun da getməsini demişdik...

– Ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər...

Az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də hüznlü və mütəəssir baxışları arasında qatar hərəkətə gəldi. Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün Moskvada olacaq qatar indi ən azı on beş gün yol gedəcək.

25

Dərbənd divarları nə üçün tikilmişdir?

İlk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəldi. Stalin məiyyəti ilə birgə

Temirxanşuraya (indiki Buynaksk) gedərək, orada Dağıstan Sovet muxtariyyətinin yaranması mərasimində iştirak edəcək. Onu müşayiət edənlər arasında o zaman Moskvada intişar edən “Vostok”

(Şərq) jurnalının məşhur müdir və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daşıyan inqilabçı bir emiqrant) da var. Bu imza ilə “Bakinski raboçi” qəzetində dərc olunmuş məqalədə tarixi Dərbənd divarlarına aid bir yazı dərc edilmişdi. Hələ Sasanilər zamanında çəkilmiş, sonralar isə ərəblər dövründə

təmir olunmuş bu divarlar Mixayloviçin məqaləsinə görə, cənubdan edilən hücumlara qarşı inşa edilmiş

bir sədd kimi təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin həqiqətə

uyğun olmadığını anladım. Stalin göz gəzdirib, bir az aralıda söhbət edən Mixayloviçi çağırdı:

– Qulaq as, – dedi. – Sən özünü tarixçi hesab edirsən? Eşit, gör Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba deyil, şimala qarşı yaradılmış bir sədd imiş...

26

Salon-vaqonda kimlər var idi?

Stalinin salon-vaqonuna qoşulmuş dəftərxana vaqonunda bizə bir kupe ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçik qəsəbələrinin birində silah zavodunda çilingər işləmiş, indi Stalinin dəftərxana müdiri olan Berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə

bərabər dəftərxana katibliyi vəzifəsini icra edirdi. Yanında əvvəlki ərindən 8 yaşlarında bir qızı da var idi. Bizim kupenin yanındakı kupeni isə əvvəllər Peterburqda (sonra Leninqrad) pinəçilik edən vaqon bələdçisi Simpatik Davidov məşğul etmidir. Dəftərxana vaqonu bizim üçün həm də vaqon-restoran idi.

Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik. Uzun sürən yolçuluğumuzun yeknəsəqliyindən danışsaq, mətləbdən uzaqlaşmış olarıq. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək əsas işimiz idi. Lakin buna baxmayaraq, dəftərxana süfrəsində aylarla çəkdiyimiz sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi yeyirdik.

27

Stalinin xatirələri

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi arabir öz salon-vaqonuna dəvət edirdi.

Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordan-burdan danışırdı. Hərdən Berzanovskinin qızı ilə söhbət edər, zarafatyana “sən Dədə Vilsonun 14 maddəsini bilirsənmi? – deyə, lətifələrdən, öz sərgüzəştlərindən və macəralarından danışardı. Şimalda sürgündə olduğu zaman eskimoslar arasında balıq ovu ilə dolandığı və bu işdə istifadə etdiyi üsulları yerlilərdən daha etdiyi üçün onların nəzərində

az qala kəramət sahibi kimi görünüb, ona sitayiş edildiyindən şəstlə bəhs edirdi. Onun sözlərinə görə

Stalin eskimosların gözündə fövqəladə bir varlıq imiş; xəstələnəndə onun yanına gələrmişlər. O da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin qarşısını alırmış. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına gəlibmiş; müayinə zamanı qadın bəzi cinsi vəziyyətlər alıbmş. Stalin isə

buna əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məşhur olan bu qəhrəmandan hamilə qalmaq istəyirmiş...

28

Stalinin İran siyasəti

Eskimoslar arasında geniş yayılmış bu cinsi tolerantlığa əsasən, sözü Qafqaz millətlərindəki erotik əxlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi edam əmrindən bizə danışdı. Kommunist Partiyasının inqilab sahəsində xidmətləri olmuş, sınanılmış üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunubmuş. Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri həmin şəxsin dəyər və xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiş, lakin o, “qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək!

Bepul matn qismi tugad.

19 406,70 s`om
38 813,40 s`om
−50%