Kitobni o'qish: «Zolaqlı pijamalı oğlan»
Con Boyn
ZOLAQLI PİJAMALI OĞLAN
Ön söz
Ən qısa vaxtda yazılan möhtəşəm roman
Yazıçı Con Boyn (John Boyne) 1971-ci ildə İrlandiyada doğulub. Yaradıcılığına hekayələrlə başlayan yazıçı müxtəlif mükafatların, eləcə də ardıcıl iki dəfə İrlandiya Kitab Müka-fatının laureatıdır. 2006-cı ildə nəşr olunmuş “Zolaqlı pija-malı oğlan” (The Boy in the Striped Pyjamas) romanı həm müəllifin vətəni İrlandiyada, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb və müəllifinə böyük şöh-rət qazandırıb.“Zolaqlı pijamalı oğlan” eyni zamanda dün-yada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir.
“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünya-da 5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın – Bruno və Şmulun həyatından bəhs edir.
1943-cü ildə Faşist Almaniyasında baş verən hadisələr, Bruno adlı alman oğlanın dilindən nəql edilir. Əsərin sadə dili və axıcı təhkiyəsi, faciələrin və dəhşətlərin sadə şəkildə canlandırılması romanın uşaq ədəbiyyatına aid olduğunu deməyimizə əsas versə də, əsər İkinci Dünya Müharibəsi haqqında yazılan ən təsirli romanlardandır.
Yaşadıqları beşmərtəbəli evdən, geniş küçələri, kafe və böyük dükanları olan Berlindən Polşadakı əyalət şəhərinə köçərək əsir düşərgəsinə rəhbərlik edən faşist zabitinin oğlu tənhalıqdan əziyyət çəkir. Macəra romanlarını sevən və kaşif1 olmağı qarşısına məqsəd qoyan Bruno, tikanlı məftil-lərlə əhatələnmiş düşərgənin ətrafında gəzərkən yəhudi oğ-lan Şmulu kəşf edir…
Düşərgəyə rəhbərlik edən faşist zabitinin oğlu Bruno ilə, yəhudi saatsazın əsir düşərgəsində yaşayan oğlu Şmulun taleyi düşərgə kənarındakı tikanlı məftillərin yanında kəsi-şir.
Və bu tanışlıq onları heç də xoş olmayan sonluğa doğru sürükləyir.
…Bu əyalət qəsəbəsində iki tip insan var: tikanlı məftil-lərin bir tərəfində azlıqda qalanlar – Bruno, ailəsi, alman əsgər və zabitləri, tikanlı məftillərin digər tərəfində çoxluq təşkil edənlər – Şmul, ailəsi və əsirlikdə olan başqa yəhudi-lər…
Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu romanda hadisələr bir-birini sürətlə əvəz etdikcə, həyəcan artır. Əsə-rin nəfəskəsən tempi, hadisələr zəncirinin qeyri-adi inkişafı, axıcı təhkiyə oxucunu arxasınca sürükləyir.
…Auşvitz(Osvensim) əsir düşərgəsində baş verənlər, Ho-lokost, yəhudilərə qarşı törədilən soyqırım əsərin əsas möv-zusu olsa da, müəllif bu faciəni çatdırmağın fərqli yoluna baş vurur. Müharibədən bəhs edən minlərlə romandan fərqli olaraq “Zolaqlı pijamalı oğlan” romanında faciə iki kiçik oğlanın taleyi fonunda daha da kədərli şəkil alır. Uşaqların heç biri müharibənin miqyasını, faciənin dəhşətini anlaya-caq yaşda deyillər. Bruno “böyüklər” kimi yəhudiləri düş-mən hesab etmir və əsir düşərgəsinin mahiyyətini dərk et-məkdən uzaqdır.
Əsərin sonlarına doğru böyüklərin də müharibədən və baş verənlərdən yorulduğu, bezdiyi hiss olunur. Yazıçı Bru-nonun ata-anasına, xüsusilə övladları ilə birgə düşərgədən uzağa – Berlinə qayıtmaq istəyən anaya mərhəmətli yanaşsa da, labüd final dəyişmir…
Brunonun otağının pəncərəsindən görünən zolaqlı pija-malı adamlar, yan-yana düzülmüş daxmalar, naməlum borularından qalxan dəhşətli tüstü əsərin sonunda həssas oxucunu ağlamağa məcbur edir…
Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin mo-tivləri əsasında romanın özü qədər təsirli və populyar film ərsəyə gətirib.
Cəlil CAVANŞİR
İçindəkilər
Ön söz
Ən qısa vaxtda yazılan möhtəşəm
roman (Cəlil Cavanşir) 3
I Bölüm
Bruno bir kəşf edir 9
II Bölüm
Yeni ev 17
III Bölüm
Ümidsiz hadisə 25
VI Bölüm
Pəncərədən görünənlər 32
V Bölüm
“Girmək hər zaman istisnasız qadağandır” 39
VI Bölüm
Layiq olduğundan çox pul alan xidmətçi 51
VII Bölüm
Anası etmədiyi şeyi necə boynuna götürdü 61
VIII Bölüm
Nənə niyə əsəbiləşib getdi 76
IX Bölüm
Bruno əvvəllər kəşf etməyi sevdiyini xatırlayır 83
X Bölüm
Nöqtə xal, xal damla, damla şəkil, şəkil uşaq oldu 89
XI Bölüm
Fyuri 99
XII Bölüm
Şmul, Brunonun sualına cavab axtarır 107
XIII Bölüm
Şərab şüşəsi 114
XIV Bölüm
Bruno son dərəcə məntiqli yalan danışır 127
XV Bölüm
Etməməsi lazım olan bir şey 135
XVI Bölüm
Saç kəsimi 147
XVII Bölüm
Ananın istədiyi olur 155
XVIII Bölüm
Son macəranı düşünmək 161
XIX Bölüm
Səhəri gün baş verənlər 167
XX Bölüm
Sonuncu bölüm 178
I BÖLÜM
BRUNO BİR KƏŞF EDİR
Bruno, günlərin bir günü axşamüstü məktəbdən evə qayıdanda, başınıhəmişə önə əyən, baxışlarını yerdən qal-dırmayan xidmətçiləri Mariyanı otağında, şkafındakıbütün əşyaları dörd böyük çemodana doldurarkən görüb çox təəc-cüblənmişdi. Hətta arxada gizlətdiyi, heç kəs üçün maraqlı olmayan xüsusi əşyalarını belə götürürdü.
– Nə edirsən? – Mümkün qədər nəzakətli olmağa çalışa-raq soruşdu.
Kiminsə əşyalarını qarışdırdığını görməkdən xoşbəxt ol-masa da anası ona, Mariyayla hörmətlə davranmağı və onunla atasının danışdığı tərzdə danışmamağın vacibliyini öyrətmişdi.
– Əllərini əşyalarıma vurma!
Mariya başını buladı və baxışları ilə arxasındakı pilləkən-lərə işarə etdi. Anası orada peyda olmuşdu. Hündürboy, qırmızı saçlı qadın idi, saçlarını başının arxasında tülün içinə yığmışdı. Söyləmək və ya inanmağa məcbur olmadığı bir şeyvarmış kimi, əsəbi şəkildə əllərini ovuşdururdu.
– Ana, –Bruno ona doğru irəliləyərək dedi, – Nə baş verir? Niyə Mariyaəşyalarımı qurdalayır?
– Onları yığır,– deyə ana açıqladı.
– Yığır? – deyə soruşarkən bir tərəfdən də son günlərdəki hadisələri yadına salmağa çalışırdı: Xüsusilə dəcəllik edib-etmədiyini və yasöyləməsi qadağan olunan sözləri yüksək səs tonu ilə deyib-demədiyini… Buna görə harasa göndər-mək istəyirdilər? Amma ağlına bir şey gəlmədi.Son günlər-də xüsusilə hər kəsə qarşı çox düzgün davranmışdı. Hər hansı bir problem yaratdığını xatırlamırdı. Niyə?– deyə soruşdu. Mən nə etmişəm ki?..
Ana öz yataq otağına getmişdi. Eşikağası Lars da onun əşyalarınıyığırdı. Qadın içini çəkib narahatlıqla əllərini qal-dırdı və təkrar pilləkənlərətərəf yönəldi. Bruno onu izlədi, cavab almadan yaxasını buraxmayacaqdı.
– Ana!– deyə israr etdi. – Nə baş verir? Köçürük?
– Mənimlə aşağıya gəl, – deyib, anası bir həftə əvvəl Fyurinin2 yeməyəgəldiyi geniş yemək otağına doğru irəli-lədi:– Orada danışaq.
Bruno aşağıya qaçdı, anasından əvvəl yemək otağında olmaq üçün, onu qabaqladı. Heç bir şey söyləmədən bir anlıq anaya baxdı. “Bu səhər makiyajını düzgün edə bil-məyib”, deyə düşündü, çünki gözlərinin ətrafı hər zaman-kından dahaqırmızı idi. Eynilə başına bir iş açıb ağladığı zamanonun da gözlərinin ətrafı qırmızı olduğu kimi…
– Narahat olmağına ehtiyac yoxdur,Bruno, – Fyuri ilə yeməyə gələn,yola salma zamanı qapını bağlamaq üzrə olan atasına əl yelləyən gözəl,sarışın qadının oturduğu kürsüdəoturan ana: – Əslində möhtəşəm macəra olacaq. – dedi.
– Nə macərası? Evdən qovuluram?
– Xeyr, yalnız sən deyil, – Bir an gülümsəməyi düşünüb sonra imtina etdi. –Hamımız gedirik. Atan, mən, Qretel və sən. Dördümüz birlikdə.
Bruno düşündü və qaşqabağını tökdü. Qretelin harasa göndərilməsi vecinə deyildi, çünki o “ümidsiz hadisə” idi, ona yalnız problem yaradırdı. Yenə də hamısının birlikdəgetməliolmaları bir az haqsızlıq kimi gəlirdi ona.
– Yaxşı, hara? – deyə soruşdu. – Dəqiq hara gedirik? Niyəburada qala bilmirik?
– Atanın işi… – deyəana açıqladı. – Nə qədər əhəmiyyətli olduğunubilirsən, elə deyilmi?
– Bəli, əlbəttə! – Bruno başını yelləyərək cavab verdi. Çünki evlərinə çox qonaq gəlirdi; möhtəşəm uniformalı kişilər, murdar əllərindən uzaq dayanmalı olduğuyazı makinası ilə gələn qadınlar… Hamısı da atasına qarşı hər zaman çoxnəzakətli idilər. Atası haqqında aralarında danı-şarkən, onu diqqətlə izlədiklərini və Fyuriun onunla bağlı böyük şeylər düşündüyünüsöyləyirdilər.
– Bəzən biri çox əhəmiyyətli olduğunda, – deyə ana davam etdi, – ona xüsusi bir vəzifə verən adam, bu işlə bağlı başqa bir yerə getməyin lazım olduğunuda söyləyə bilər.
– Necə vəzifə? – deyə Bruno soruşdu.Çünki özünə qarşı dürüst olmalı olsa(adətən hər zaman dürüst olmağa çalı-şardı), atasının nə iş gördüyünü demək olar ki, dəqiq bil-mirdi. Yoldaşlarıyla bir gün məktəbdə atalarının işləri haq-qında danışmışdılar. Kari, atasının meyvəsatan olduğunu söyləmişdi. Bruno yoldaşının doğru söylədiyini bilirdi, çün-ki atası şəhər mərkəzində meyvə-tərəvəz dükanı işlədirdi.Denyil, atasının müəllim olduğunu söyləmişdi, bu da doğru idi, çünki uzaqdayanmalı olduğu böyük uşaqlara dərs deyir-di. Martin, atasının aşpaz olduğunu deyəndə, Bruno bunun da doğru olduğunu bilirdi, çünkiatası bəzən Martinı mək-təbdən götürməyə gələndə üstündə ağ iş köynəyivə önlük olardı.Lakin yoldaşları ondan, atasının nə iş gördüyünü soruşanda Brunobilmədiyini fərq etdi. Tək söyləyə bildiyi, atasının diqqətəlayiq biriolduğu və Fyuriun onun üçün böyük şeylər düşündüyü idi. Ah, eyni zamanda möhtəşəm uniforması da vardı.
– Çox əhəmiyyətli vəzifədir. – deyən ana bir anlıq tərəd-düd edərək daha sonra əlavə etdi: – Xüsusi özəlliyə sahib birini tələb edən, xüsusi bir vəzifədir. Bunu anlaya bilərsən, elə deyil?
– Hamımızın getməsi şərtdir?
– Əlbəttə şərtdir.Atanın yeni vəzifəsini icra etməyə tək getməsini vəorada təklikdən əziyyət çəkməsini istəməzsən, elə deyilmi?
– Düşünürəm ki, xeyr.
– Onunla birlikdə olmasaq, atan hamımız üçün çox darıxar.
– Ən çox kimin üçün darıxardı? Mənim üçün, yoxsa Qretel üçün?
– İkiniz üçün də bərabər dərəcədə darıxardı, – deyən anası hər zaman ayrı-seçkilik etməməklazım olduğuna ina-nardı.
Bruno anasının bu inancına hörmət edərdi, xüsusilə də ən çox onu sevdiyini bildiyi üçün.
– Yaxşı, bəs evimiz? – deyə soruşdu. – Biz yoxkən evi-mizlə kim maraqlanacaq?
Ana içini çəkib baxışlarını bir daha heç görə bilməyə-cəkmiş kimi otaqda gəzdirdi. Çox gözəl ev idi. Zirzəmini də nəzərə alsaq – bir də Brunonun,barmaq ucları üstə qalxaraq çərçivəsindən yapışıb Berlini başdan-ayağa görə bildiyi damdakı əyri şüşəli otağı əlavə etmək şərtiylə –beş mərtə-bəli idi.
Aşpaz bütün yeməkləri zirzəmidə hazırlayardı, o əsnada Mariya və Lars masadaoturub söhbət edər və qadağan olunmuş sözlərdən də istifadə edərək nəyinsə müzakirəsini aparardılar…
– Hələlik evin qapılarını bağlamaq məcburiyyətindəyik, – ana dedi. – Amma bir gün geri qayıdacağıq.
– Yaxşı, bəsaşpaz? – deyəBruno soruşdu. – Lars və Mariya? Onlar bu evdə yaşamayacaqlar?
– Onlar da bizimlə gəlirlər – deyə ana açıqladı. – Hələlik bu qədər sualyetər. Bəlkə də yuxarı çıxıb əşyalarının top-lanmasında Mariyaya köməketməlisən.
Bruno kürsüdən qalxdı, amma heç yana getmədi. Mövzu bağlanmadansoruşması lazım olan daha bir neçə sual vardı:
– Ora nə qədər uzaqdadır? Yəni, yeni iş. Bir mildən uzaqdır?
– Aman Tanrım! – deyib ana güldü. Amma qəribə gülüş idi bu; çünkixoşbəxt görünmürdü və sanki Bruno görməsin deyə,üzünü digər tərəfə çevirmişdi. – Bəli Bruno, – deyə əlavəetdi, –bir mildən uzaqdır. Əslində daha çox uzaqdır.
Brunonun gözləri bərəldi və ağzı “O” şəklində yumru bir forma aldı. Bir şeyə heyrətlənəndə həmişə olduğu kimi, qollarının uzandığını hiss etdi.
– Berlindən ayrılacağıq demək istəmədin, elə deyil? – deyə soruşdu,sözlər ağızından çıxarkən nəfəs almağa çalış-dı.
– Təəssüf ki, elədir. – başını kədərlə yelləyərək, – ata-nın işi bunu…
– Yaxşı bəs məktəb? – Brunoanasının sözünü kəsərək soruşdu. Bunu etməməsilazım olduğunu bilsə də,vəziyyətə görə bağışlanılacağını hiss edirdi. – BəsKari,Denyil və Martin? Birlikdə əylənmək, vaxt keçirmək istəyəndə harada olduğumu necə biləcəklər?
– Hələlik yoldaşlarına vidalaşmağınlazım olacaq. Amma əminəm, vaxtı gələndə onları yenidən görəcəksən. Və anadanışarkən bir daha sözünü kəsmə, lütfən!
Qəribə və xoşagəlməz vəziyyətlər olsa daBrunonun, öyrədilən nəzakət qaydalarını tapdalaması üçün səbəb yox idi.
– Onlarla vidalaşım? – Bruno anasına çaşqınlıqla baxdı.
"Onlarla vidalaşım?" Sanki ağzı, çeynədiyi biskvit qırıntı-larıyla doluymuş, sözləri hələ udmamış kimi püskürərək söylədi.
– Kari,Denyil və Martinlə vidalaşım? – deyə təkrar etdi. Səs tonu təhlükəlişəkildə qışqırmağa yaxınlaşırdı və evin içində bunu etmək icazəsi yox idi. – Amma onlar həyatım-dakı ən yaxşı üç yoldaşımdır!
– Ah, yeni yoldaşlar taparsan. –Brunonun ən yaxşı üç yoldaşını itirməsi sanki asanbir şeymiş kimi getməsi üçün əlini yellədi.
– Amma planlarımız vardı!–Bruno etiraz etdi.
– Planlar? –ana bir qaşını qaldıraraq soruşdu. – Necə planlar?
– Bu, ələ vermək olar, – Bruno cavab verdi.Planlarının məzmununu açıqlaya bilməzdi.
Dostları ilə ortalığı qarışdırmaq istədiklərini söyləyə bilməzdi. Bir neçə həftə içində yay tətili başlayacaqdı.Bax o zaman, yalnız plan qurmayacaq, onlarıreallaşdıra biləcək-dilər.
– Təəssüf edirəm Bruno, amma planlarınız gözləmək məcburiyyətindədir. Bizim bu mövzuda variantımız yox-dur. – ananın cavabı belə oldu.
– Axı, ana!..
– Bruno, yetər artıq! – ana inciksəslə qışqırdı və “yetər” sözündə ciddiolduğunu göstərmək üçün ayağa qalxdı. – Halbuki, burada hər şeyindəyişdiyindən elə keçən həftə özün şikayət edirdin.
– Artıq gecələri bütün işıqları söndürmək məcburiy-yətində olmağımızı sevmirəm, –deyə Bruno etiraf etdi.
– Bunu hər kəs etmək məcburiyyətindədir! – ana qətiy-yətlə söylədi. – Güvəndə olmağımızıtəmin edir. Kim bilir, bəlkə uzaqda daha az təhlükədə olarıq. İndi yuxarı çıxıbəşyalarını toplamaqda Mariyaya kömək etməyini istəyirəm. Bəzi insanlara görə hazırlaşmaq üçün istədiyimiz qədər bol zamanımız yoxdur.
Bruno başını yellədi, kədərli şəkildə uzaqlaşdı. “Bəzi in-sanlar” sözününözünün istifadə etməməsi lazım olan, bö-yüklərə aid və “ata” mənasını verən ifadə olduğunu bilirdi.
Yavaşca pilləkənlərdən yuxarıya çıxarkən bir əliylə mə-həccəri tutur, atasının yeni işinin olduğu yerdə yeni evdə buradakı kimi keflə sürüşmək mümkün olan məhəccərin olub-olmadığını düşünürdü. Bu evdəki məhəccər ən üst mərtəbədən başlayırdı.Və barmaq uclarında qalxıb çərçivə-dən bərk-bərk tutaraq Berlini başdan-ayağa görə bildiyi əyrişüşəli kiçik otağının çöl tərəfindən alt mərtəbəyə, nəhəng iki palıdqapının tam qarşısına qədər uzanırdı. Brunonun ən böyük əyləncəsi ən üst mərtəbədən məhəccərə çıxıbçığıra-çığıra aşağı qədər sürüşmək idi: Üst mərtəbədən birsonra-kına; ana və atanın otağının və əsla heç bir şərtdə, istisnasız girməməsi lazım olangeniş duşun olduğu mərtəbəyə… Və bir sonrakına, öz otağının, Qretelin otağının və lazım olduğu qədər istifadə etmədiyi kiçik duşun olduğu qata…
Nəhayət, ən alt mərtəbəyə çatanda məhəccərdən ayaqları üstündə düşməyi lazım idi, yoxsa beş mənfi bal alıb hər şeyə yenidən başlayırdın. Məhəccər evdəki ən yaxşı şey idi.Eyni zamanda baba və nənənin çox yaxınlığında yaşamaları çoxgözəl şey idi. O anda “görəsən, onlar da yeni işə gedirlərmi”, – deyə düşündü vəelə olduğunu fərz etdi. Çünki onları qoyub getməklərimümkünsüz idi.
Heç kəsin Qretelə çox ehtiyacı yox idi, çünki o ümidsiz hadisə idivə evəbaxmaq üçün qalması çox yaxşı olardı – halbuki baba və nənəsi üçünhiss etdikləri tamamilə fərqli idi.Bruno yavaşca pilləkənləri çıxıb otağına yönəldi, amma içəri girmədənaşağıya doğru baxdı. Anasını, yemək ota-ğının qarşısındakı, atanın “Girmək hər zaman istisnasız qa-dağandır”adlandırdığı iş otağına girərkən gördü. Anasının,yüksək səslə atasına nə isə dediyini eşitdi. Bundan sonra atası səsini bir qədər də yüksəltdi və mübahisəyə son qoydu. Sonra işotağının qapısı bağlandı və Bruno danışılanları daha eşidə bilmədi.
Otağına gedib əşyalarını yığmaq işini Mariyadan təhvil almağın yaxşı fikir olacağınıdüşündü. Yoxsa Mariya, əşya-larını şkafdan diqqətsiz, necə gəldi çıxara bilərdi, xüsusilədə arxa tərəfdə gizlətdiyi, yalnız ona aid olan və başqasını heç maraqlandırmayanşeyləri belə…
II BÖLÜM
YENİ EV
Yeni evlərini ilk görəndə Brunonun gözləri bərəldi. Ağzı yenə dairəvi “O”şəklini aldı və qolları yenə yanına düşdü. Hər şeyi ilə köhnə evlərinin taməksi idi və həqiqətən burada yaşayacaqlarına inana bilmirdi.Berlindəki ev səssiz küçədə idi və eyni sırada bir neçə sayda, onların evləri kimi böyük evlər vardı. Onlara baxmaq xoşuna gəlirdi; çünki tam olma-sada, haradasa öz evləri kimi idi. O evlərdə, əgər yoldaşları idisə, birlikdəoynadığı, əgər davalıdırlarsa, uzaq dayandığı başqa uşaqlar yaşayırdı.Yeni ev, bomboş sahənin ortasında tək-tənha idi. Ətrafdagörünən başqa ev yox idi. Bu da başqa ailələr, yoldaş və ya davalı, birlikdəoynayacaq başqa uşaqların olmayacağı mənasını verirdi.Berlindəki ev nə-həng idi. Orada doqquz ildən bəri yaşasalar da, hələta-mamilə kəşf edə bilmədiyi bir çox künc-bucaq vardı. İçini heç görmədiyi otaqlarbelə vardı. Atasının “Girmək hər zaman istisnasız qadağandır”adlandırdığı iş otağıkimi… Oraya haradasa heç girməmişdi. Halbuki, yeni evdə sadəcə üç mərtəbə vardı.
Üst mərtəbə, üç yataq otağı və sadəcə bir duşdan ibarət idi. Birinci mərtəbədə mətbəx, yemək otağı və atasının yeni iş otağı – köhnə qadağaların burda da keçərli olacağını düşü-nürdü – vardı və bir də xidmətçilərin yatdığı zirzəmi.
Berlindəki evin ətrafında, geniş evlərlə dolu küçələr var-dı. Şəhərmərkəzinə doğru gedən, gəzən və bir-biriləriylə danışmaq üçün dayananinsanlar görərdiniz. Bəzən də bir-birlərinə işlərinin çox olduğunu və dayana bilməyəcəklərini söyləyən qaçaraq insanlar. Parlaq dükanlar; kələm, kök, gül kələm və qarğadalı ilə təpələmə dolu meyvə vətərəvəz piştaxtaları vardı. Bəziləri göbələk, çuğundur və Brüssel kələmi,digərləri də yaşıl xiyar, təzə paxla, balqabaq və yaba-nı köklərlə dolu idi.Bruno bəzən bu piştaxtaların qarşısında dayanıb gözlərini yumaraq onların qoxularınıiçinə çəkməyi sevərdi. Qarışıq qoxuların və həyatın ətri başını gicəllən-dirərdi. Amma yeni evin ətrafında küçə yox idi. Ətrafda gəzən və ya qaçan insanlar yox idi, dükanlar və meyvə, tərə-vəz piştaxtaları da yox idi.Gözlərini yumanda ətrafındakı hər şey boş və soyuq gəldi ona, sanki dünyanınən kimsəsiz yerində idi. Heçliyin ortasında…
Berlində yolda masalar olardı. Bəzən Kari,Denyil və Martinlə məktəbdənevə gedərkən masalarda oturan, kö-püklü içkilər içib yüksək səslə gülənqadınlar və kişilər gö-rərdilər. “Bu masalarda oturan insanlar,yəqin çox gülmə-lidirlər”, – deyə düşünərdi həmişə, çünki nə dedikləri heç başa düşülməsə də, bəzilərihəmişə gülürdü. Amma yeni evin olduğu yerdə elə bir şey vardı ki, Bruno “burada kimsə əsla gülməz”, deyə düşündü. Orada gülməli bir şey, xoşbəxtolunacaq bir hal yox idi.
– Məncə bu, pis fikir idi, –gəldikdən bir neçə saat sonra,Mariya yuxarıda çamadanlarını boşaldarkən Bruno dedi. Mariya yeni evdəki yeganə xidmətçideyildi, ondan başqa üç xidmətçi də vardı. Çox sısqa idilər və bir-birləriylə pıçılda-şaraqdanışırdılar. Bir də yaşlı adam vardı. Hər gün yemək-ləri hazırlayıb onlaraxidmət etmək üçün burada olduğu deyilmişdi. Çox bədbəxt və bir az da hirsligörünürdü.
– Düşünmə lüksünə sahib deyilik, –evləndiklərində nənəvə babasının verdiyi 64 stəkanlıq dəstin olduğu qutunu açan anası daha sonra söylədi: – Bəziinsanlar bizim yerimizə bütün qərarları özləri verirlər.
Bruno, anasının bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamadı. Buna görə də heçsöyləmədiyini fərz etdi.
– Məncə, bu pis fikir idi, – deyə təkrarladı. Məncə, edilə-cək ən yaxşı iş bütün bunları unudub evə qayıtmaqdır. Bunu təcrübələrxanasına yaza bilərik, – deyə əlavə etdi. Bu sözü yeni öyrənmişdi və hər fürsətdəistifadə etməyə qərarlı idi.
Anası gülümsədi və stəkanları diqqətlə masanın üstünə qoydu.
– Bəyənə biləcəyin bir söz də var, – dedi. – Hər pis şeyin yaxşı tərəfini tapmalıyıq.
– Hmm, nə etdiyimizi bilmirəm, – Bruno dedi. – Məncə, atama fikrinidəyişdirdiyini, yorulduğumuz üçün bu gün burada qalıb yemək yeməyimizin vəyatmağımızın qorxusu olmadığını, amma sabah çay saatına qədər Berlindəolmaq istəyiriksə, erkəndən qalxıb getməyimizin lazım olduğunu söylə.
Anası içiniçəkdi.
– Bruno, niyə yuxarı çıxıb Mariyanın çamadanları bo-şaltmasına köməketmirsən?
– Amma çamadanları boşaltmanın mənası yoxdur, əgər sadəcə…
– Bruno, dediyimi et lütfən! – deyə anası onu danladı. Açıqca görünürdü ki, anasının onun sözünü kəsməsi prob-lem deyildi, amma onun bu cür davranması qəbuledilməz idi.
– Buradayıq, gəlmişik, bir müddət evimiz buradır və bunu qəbul edib əlimizdəngələnin ən yaxşısını etməliyik. Məni anlayırsanmı?
“Bir müddət”in mənasını başa düşmürdü və bunu ondan soruşdu.
– Burada nə qədərqalmağımız lazımdırsa, o qədər, Bruno! –anası dedi. –Və mövzu burada bağlanmışdır.
Brunonun mədəsindəağrı vardı və içində bir şeyinböyüdüyünü hiss edirdi. Bunun, böyük haqsızlıq və səhv olduğunu, birgün birinin buna görə cavab verəcəyini qışqıracaqdı. Bu haqsızlıq onugözyaşlarına boğacaqdı. Bu vəziyyətə necə gəlindiyini anlaya bilmirdi. Bir günəvvəl, son dərəcə yaxşı əhval-ruhiyyədə evdə oynayırdı, üç ən yaxın dostu vardı, məhəccərlərdən sürüşürdü, Berlini bu başdan, o başa görmək üçün barmaqlarının ucuna qalxırdı, halbuki, indi burada, bu soyuq, xoşagəlməz evdə, üç nəfər pıçıldaşan xidmətçi, bədbəxt və hirsli qarson və sanki bir daha əsla şənola bilməyəcəkmiş kimi görünən insanlar vardı.
– Bruno, indi yuxarı çıxıb çamadanlarını boşaltmanı istə-yirəm. Və bunudərhal etməyini istəyirəm! –anası, dostca olmayan soyuqbir səslə dedi.
Bruno onun ciddi olduğunu anladı, geriyədöndü və bir söz də demədən uzaqlaşdı. Gözlərində yaşların yığıldığını hiss edə bilirdi, ammaaxmasın deyə, qərarlı idi.Yuxarı çıxdı və yavaşca dönərək bir dairə çəkdi. Bir araşdırmaaparmağa kifayət edəcək kiçik qapı və ya dəlik tapmağı ümid edirdi, amma yox idi.Bu mərtəbədəsadəcə dörd qapı vardı; iki tərəfdə, qarşı-qarşıya iki qapı. Bir qapıöz otağına, digəri Qretelin otağına, biri ana və atasının otağına və biri dəduşa açılırdı.
– Bura evim deyil və əsla olmayacaq! – dedi. İki nəfəs arasındadeyinərək otağına girdiyində, geyimlərinin yatağın üzərinə dağılmış, oyuncaqvə kitab qutularının hələ açıl-mamış olduğunu gördü. Mariyanın, onunprioritetlərinin fərqində olmadığı aydın idi.
– Anam kömək etmək üçün göndərdi, –yavaşcadedi. Mariya başını tərpətdi,corablarının, alt paltarlarının və jilet-lərinin olduğu böyük torbaya işarə etdi.
– Onları boşaltsan buradakı siyirtmələrə yerləşdirə bilər-sən, – deyərək, otağınınqarşı tərəfində, tozlu güzgünün ya-nındakı çirkin şkafı göstərdi.
Bruno içini çəkərək torbanı açdı, ağzına qədər alt paltarla-rıyla dolu idivə yeganə istədiyi şey, torbanın içində qıvrılıb yatmaq, oyananda özünü yenə evdə görmək idi.
Uzun səssizlikdən sonra soruşdu:
– Bütün bunlar haqqında nə düşünürsən, Mariya?
Mariyanı sevirdi və onu ailədən biri olaraq görürdi, atası sadəcə xidmətçi olduğunu və layiq olduğundan çox pul aldığını söyləsə belə.
– Bütün nə? – deyə qadın soruşdu.
– Bu… – sanki dünyadakı ən açıq şeymiş kimi dedi. – Belə yerəgəlmək. Səncə, böyük səhv etmədik?
– Bunu söyləmək mənə düşməz,cənab Bruno, –Mariya dedi. – Anan sənəatanın vəzifəsini açıqladı və…
– Atamın vəzifəsi haqqındaeşitməkdən bezdim! –Bruno onun sözünü kəsərək dedi.Mənə qalsa, sadəcə eşitdiyimiz budur. Atanın vəzifəsi budur, atanın vəzifəsi budur…Əgər vəzifəsi, evimizdən köçüb həyat boyu ən yaxşı üç yolda-şımdan və sürüşkən məhəccərlərimdən uzaqlaşmağım mə-nasını verirsə, atam, vəzifəsi haqqında bir daha düşünmə-lidir, elə deyilmi?
Tam o anda dəhlizdə tıqqıltı eşidildi. Bruno baxdı, ana və atasınınotağının qapısının aralandığını gördü. Bir an tər-pənmədən donub qaldı. Anası hələ aşağıda idi, bu da ata-sının içəridə olduğu və Brunonun söylədiklərinieşitmiş ola biləcəyi mənasını verirdi. Nəfəs almağa çətinliklə cəsarət edərəkqapıya baxdı, atası gəlib onu ciddi söhbət üçün aşağı endirərmi, deyədüşündü.
Qapı bir az da açıldı və Bruno arxaya çəkilərkənotaqdan bir adamın çıxdığını gördü, ammaatası deyildi. Çox gənc biriydi və atası qədər uzun deyildi. Eyni tipuniforma geyin-mişdi, amma üstündə o qədər medal yox idi. Çox ciddigörünürdü vəpapağı gözlərinin üstünə enmişdi. Bruno, gic-gahlarında sapsarısaçları olduğunu görə bilirdi. Az qala təbii olmayan sarı rəng idi. Əlindəqutu aparırdı və pilləkən-lərə doğru gedirdi. Amma Brunonun oradadayanıb onu izlədiyini görüncə dayandı. Brunonu başdan aşağı süzdü. Sankidaha əvvəl heç uşaq görməmiş və uşaqlara necə davra-nacağını bilmirmişkimi baxırdı: Yesinmi, görməzlikdənmi gəlsin,yoxsa pilləkənlərdən aşağıya itələsin… Bunların ye-rinə Brunoya başıyla tələsik salam verib yolunadavam etdi.
– Kim idi bu? – deyə Brunosoruşdu. Gənc kişio qədər ciddi və məşğulgörünürdü ki, çox əhəmiyyətli biri oldu-ğunu düşündü.
– Atanın əsgərlərindənbiridir, deyəsən, – Mariya dedi, cavan oğlan ortayaçıxdığı anda dimdik dayanmış və əllərini dua edirmiş kimi qarşısında qaldırıbqovuşdurmuşdu. Üzü-nə baxmaqdansa gözlərini yerə dikmiş, sanki düz ona baxsa, daşa çevriləcəyindən qorxmuşdu. Ancaq o gedincə rahatla-dı. – Zamanla onları tanıyacağıq.
– Ondan xoşlandığımı düşünmürəm, – Bruno dedi, – çox ciddi idi.
– Atan da çox ciddidir. – Mariya dedi.
– Bəli, amma o atamdır, – deyə Brunoaçıqladı. – Ataların ciddi olmalarılazımdır. Meyvəsatan, müəllim, aşpaz və ya komandir olmaları əhəmiyyətli deyil! – dedi vəataların etdiyi və düz olduğunu bildiyi işləri və minlərlə dəfədüşün-düyü ünvanları sıralamağa başladı. – Həm məncə, o adam atası kimigörünmürdü. Amma çox ciddi idi, bu dəqiqdir.
– Çox ciddi vəzifələri var, – Mariya içini çəkərək dedi və ya heç olmasa elədüşünürlər. Amma yerində olsam, əsgər-lərdən uzaq olardım.
– Bundan başqa edəcək bir şey görə bilmirəm. – Bruno kədərlə dilləndi. – Qreteldən başqa oynayacaq kimsə tapa biləcəyimi sanmıram və bu nə qədərəyləncəli ola bilər ki? O,ümidsiz hadisədir.
Yenidən ağlayacağını hiss etdi, amma Mariyanın qarşı-sında körpə kimi görünməkistəmədiyi üçün özünü sıxdı. Gözlərini yerdən qaldırmadan otağa baxdı,tapacaq maraqlı bir şey varmı, deyə araşdırdı. Yox idi, ya da varmış kimigörünmürdü. Sonra bir şey diqqətini çəkdi. Otağının bir küncündə, qapınınqarşı tərəfində, tavandan aşağı uzanan pəncərə vardı. Berlindəki evin damotağındakına bənzə-yirdi, amma o qədər yüksək deyildi. Bruno baxdı və bəlkə, barmaq uclarında qalxmadan çölü görə biləcəyini düşündü.Yavaşca pəncərəyə doğru getdi, oradan Berlini, evini və evininətrafındakı küçələri, masalarda oturan, köpüklü içki-lərini içərkən komikhekayələr danışan insanları görə bil-məyi ümid edirdi. Yavaşca irəlilədi, çünkixəyal qırıqlığına uğramaq istəmirdi. Lakin bura yalnız kiçik uşaqotağı idi və pəncərəyə çatması çox uzun sürmədi. Üzünü şüşəyə söykədi vəçöldə olanları gördü. Bu dəfə gözləri bərəlib, ağzı O şək-linialınca, qolları yanında qaldı. Çünki bir şey onun, soyuq ürpərti və inamsızlıq hissi keçirməsinə səbəb olmuşdu.
III BÖLÜM
“ÜMİDSIZ HADİSƏ”
Bruno, Qretelin Berlində qalıb evə göz-qulaq olmasının daha məntiqliolacağını düşünürdü. Çünki bəladan başqa şey deyildi. Əslində saysız söhbətlərdə, ondan danışılarkən ilk gündən problemifadəsinin istifadə edildiyinixatırla-yırdı.
Qretel, Brunodan üç yaş böyük idi və xatırlaya bildiyi qədər əvvəldən,gündəlik həyatda, xüsusilə ikisini maraq-landıran mövzularda, liderin özüolduğunu açıqca ifadə et-mişdi. Bruno ondan bir az qorxduğunu etiraf etməkdənçox xoşlanmırdı, amma özünə qarşı dürüst olacaqsa –həmişə olmağa çalışardı – qorxduğunu etiraf etmək məcburiyyə-tində idi.
Əksər bacılardan həmişə gözlənildiyi kimi, pis vərdişləri vardı. Əvvəlcəsəhərləri duşda lap çox qalırdı. Ayrıca Bruno-nun, təcili olaraq tualetəgirməyi gözləyərkən bir ayağını götürüb, o birini qoymasıvecinə belə deyildi.
Otağında, rəflərdə böyük gəlincik kolleksiyası vardı. Bru-no içərigirəndə gözlərini dikib onun hər etdiyini izləyirdilər. Qretel evdə yoxkənotağına girib bir az araştırıma aparsa, qayıdanda ona etdiyi hər şeyi xəbər verdiklərindən əmin idi. Yoldaşları da çox xoşagəlməz idi, ona lağ etməyin əyləncəli olduğunu düşünürdülər, əgər özü üç yaş böyük olsaydı, bunlarıəsla etməzdi. Qretelin duzsuz yoldaşlarının ən bö-yük əyləncəsi anası və yaMariya ortalıqda yoxkən, ona iş-gəncə vermək və pis şeylər söyləmək idi.
– Bruno doqquz deyil, yalnız altı yaşındadır. – canavarın biri deyər, mahnı oxuyubətrafında rəqs edərək qabırğala-rını dürtmələyərdi.
– Altı yaşında deyiləm, – deyə etiraz edər, uzaqlaşmağa çalışardı.
– Elə isə niyə bu qədər kiçiksən? – deyə canavarsoruşardı.Doqquzyaşındakı digər uşaqların hamısı səndən böyükdür.
Bu doğru idi və Bruno üçün xüsusilə həssas nöqtə idi. Sinfindəki digəruşaqlar qədər uzun olmaması onu çox üzür-dü. Boyu onların çiyinlərinə qədər çatırdı.Kari,Denyil və Martinlə küçədə gedəndə insanlar Brunonu dostlarından birinin qardaşı sanırdılar. Halbuki, qrupdakı ən böyük ikinciuşaq idi.
– Sadəcə altı yaşında olmalısan. – deyə canavarisrar edər-di və Bruno qaçıbbədən inkişaf etdirmə məşqlərinəgedər, bir səhər oyandığında otuz-qırx santimetr uzanmış olmağı ümid edərdi.
Berlində olmamanın yaxşı tərəflərindən biri, heç birinin ona işgəncə vermək üçün ortalıqda gəzməyəcəyi idi. Yeni evdə qalmağa məcbur edilsə və bu biray davam etsə, bəlkə evə dönənə qədər boyu uzanardı. Artıq ona pisdavrana bilməzdilər. Anasının dediyini edib hər pis şeyin yaxşı tərə-finitapması lazımdırsa, bəlkə də bunu yadda saxlaması yaxşı olacaqdı.
Qretelin otağına qaçdı və qapını döymədən girdi. Onun, gəlinciklərini rəflərəyerləşdirdiyini gördü.
– Burada nə işin var? – deyə qız qışqırdı, dönərək. – Bir xanımın otağınaqapını döymədən girilməyəcəyini bilmir-sənmi?
– Bütün gəlinciklərini gətirməmisən hər halda? – deyə Brunosoruşdu,bacısının suallarını eşitməzdən gəlib özünüfikrindən keçənləri soruşmağa haqlı saydı.
– Əlbəttə gətirmişəm! – deyə Qretelcavab verdi. Onları evdə qoyacağımı düşünürdün? Niyə qoyum?Oraya dönmə-yimiz həftələrlə uzana bilər.
– Həftələrlə? – Bruno, xəyal qırıqlığına uğramış səslə,dedi, amma bir ayqalacaqları ilə bağlı fikrinə razı olduğun-dan gizlicə sevinirdi. – Həqiqətən, elədüşünürsən?
– Atamdan soruşdum və o da bir müddət burada olacağımızısöylədi.
– Bir müddət nə deməkdir? – deyə Bruno yatağın kəna-rına oturaraqsoruşdu.
– Bu andan başlayaraqbir neçə həftə sonraya qədər çəkə bilər deməkdir, – Qretel, başını ağıllı-ağıllıtərpədərək cavab verdi.– Bəlkə də üç həftəyə qədər…
– Elə isə o qədər pis deyil, – Bruno dedi. Sadəcə bir müddət üçündürsə və bir ay davam etməyəcəksə… Çünki bura nifrətedirəm.
Qretel, kiçik qardaşına baxdı və ilk dəfə onunla eyni fikirdə olduğunu fərq etdi.
– Nə demək istədiyini anlayıram. Çox gözəl görünmür, elə deyil?
– Bərbaddır! – Bruno dedi.
– Hmm, bəli, –Qretel, təsdiqlədi. Ev hal-hazırdapis gün-dədir, ammayerləşdikdən sonra hərhalda bu qədər pis olmaz. Atam danışarkən eşitdim.Burada, Auvisdə3bizdən əvvəl hər kim yaşayıbsa, işini çox tezitirmiş və evi bizim üçün düzəldəcək zamanı olmamışdır.
– Auvis? – deyə Brunosoruşdu. Bir Auvis nə deməkdir?
– Bir Auvis deyil, Bruno, – Qretel dedi. Sadəcə Auvis.
– Auvis nə deməkdir o zaman? – deyə təkrarladı.
– Bu evin adı, – deyə Qretelaçıqladı.“Auvis”. Bruno bu-nu düşündü.
Çöldə, “bəli, adı budur”, deyəcəyi lövhə və ya giriş qapı-sında hər hansı yazıgörməmişdi. Berlindəki evlərinin də adı yox idi. Yalnız dörd nömrəli idi.Sıxılmış halda soruşdu:
– Axı mənası nədir? Niyə Auvis?
– Düşünürəm bizdən əvvəl burada yaşayan insanlarla əlaqədardır, –Qreteldedi.Bəlkə də, adam işini yaxşı görə bilmədiyi üçün biri ona, sən çıx, bu işi yaxşı görəcək birini gətirək, dedi.
– Yəni atamızı.
– Əlbəttə, – Qretel dedi.
Atası heç səhv edə bilməzmiş, heç əsəbiləşməzmiş vəyat-madan öncə onu mütləq öpməyə gəlirmiş kimi danışardı. Əgər evdəyişdirdikləri üçün kədərli olmasa, Bruno, ədalətli davranıb atasının özü üçündə eyni şeyi etdiyini söyləyərdi.
– Yəni biri bizdən əvvəlki insanları çölə atdı deyə,indi burada, Auvisdəyik?
– Əminəm ki, belədir, Bruno…– Qretel dedi. İndi yataq örtüyümün üstündən qalx. Qırışdırırsan.
Bruno yataqdan atlayıb tappıltıyla xalçanın üstünə düş-dü. Çıxardığı səsi bəyənmədi;çox əks-sədalı idi və dərhal qərar verdi; burada tez-tez atılıb-düşməsə daha yaxşıolacaq-dı, yoxsa ev üstlərinə çökə bilərdi. Yüzüncü dəfə təkrarladı:
– Buranısevmədim.
– Sevmədiyini bilirəm, – Qretel dedi, amma bu mövzuda edə biləcəyimizbir şey yoxdur, deyilmi?
– Kari,Denyil və Martin üçün çox darıxıram. – Bruno dedi.
– Mən də Hilda, İzabel və Luiza üçün darıxıram, – Qretel dedi. Bruno bu üçqızdan hansının canavar olduğunu xatır-lamağa çalışdı.
– Məncə, digər uşaqlar dostcanlı görünmürlər, – Bruno dedi.
Qretel ən ürküdücü gəlinciklərdən birini rəfə qoyarkən birdən dayandı, gözlərini ona dikib soruşdu:
– Nə dedin sən?
Bruno təkrarladı:
– Digər uşaqların çox dostcanlı göründüklərini sanmı-ram.
– Digər uşaqlar? – Qretel tərəddüdlə və qarışıqlıqla daha sonra soruşdu. – Hansı digəruşaqlar? Mən başqa uşaq gör-mədim.
Bruno ətrafına baxdı. Burada da bir pəncərə vardı, amma Qretelin otağı dəhlizin digər tərəfində idi, onun otağının qarşısında. Buna görə tamamiləfərqli bir istiqamətə baxırdı. Çox hiss etdirmədən oraya doğruirəlilədi. Əllərini qısa şal-varının ciblərinə soxdu. Bacısına heç baxmadan,bildiyi bir mahnını fitlə çalmağa çalışdı.
– Bruno! – Qretel dedi. Sən nə edirsən Tanrı eşqinə? Hava-lanmısan?
İrəliləməyə, fit çalmağa və bacısına baxmamağa davam etdi. Ta kipəncərəyə çatana qədər… Üstəlik şansı gətirmişdi, pəncərə çölü rahatcagörə biləcəyi qədər alçaq idi. Çölə baxdı, gəldikləri avtomobili və atasınınəsgərlərinə aid daha üç-dörd avtomobil gördü. Bəzi əsgərlər ayaq üstə dayanmış, siqaret çəkərkən nəyə isə gülür və gərgin bir şəkildə evə baxırdılar. Qarşıda şose və onun da kənarında araşdırılmağa hazır bir meşə vardı.
– Bruno, son söylədiyin şeylə nə demək istədiyini açıqla-yarsanmı? – Qretel soruşdu.
– Orada bir meşə var. – Bruno, onu eşitməzdən gələrək dedi.
– Bruno! – Qretel qışqıraraq ona doğru o qədər sürətlə irəlilədi ki, Bruno yerindən sıçradı və pəncərənin qarşısın-dan divara qədər gerilədi.
– Nə? – deyə,sanki niyə danışdığını mənasını başa düş-mürmüş kimi davranaraqsoruşdu.
– Digər uşaqlar… – Qretel dedi. Heç dostcanlı görünmə-diklərinisöylədin.
– Bəli, görünmürlər, – Bruno, onları tanımadan yalnız görünüşəbaxıb önyarğılı4 olmamağa çalışaraq dedi. Anası bunu etməməsini ona dəfələrlə söyləmişdi.
– Amma hansı başqa uşaqlar? – deyə Qretelsoruşdu. Haradadırlar?
Bruno gülümsədi və qapıya doğru getdi, Qretelə, arxa-sınca gəlməyi işarə etdi. Qız dərin nəfəs aldı, gəlinciyini yatağa qoymaq üzrəykən fikrinidəyişdirdi. Qardaşının ota-ğına gedərkən onu sinəsinə sıxıb bərk-bərk tutdu.Əlində ölü siçana bənzər bir şeylə otaqdan qaçırmış kimi çıxan Mariya, az qalaQretelə toxunub onu yerə yıxacaqdı.
– Bax, oradadırlar, çöldədirlər, – Bruno dedi. Təkrar pən-cərənin yanına gəlmişdivə çölə baxırdı. Qretelin otaqda olub-olmadığını dəqiqləşdirmək üçün geridönmədi. Uşaq-ları izləməklə çox məşğul idi. Bir neçə dəqiqəlik bacısınınorada olduğunu belə unutdu.
Qretel hələ bir neçə addım arxada dayanırdı. Ümidsizcə çölə baxmaqistəyirdi. Amma qardaşının üz ifadəsində və çölə baxışındakı bir şey onungərilməsinə səbəb oldu. Bruno daha əvvəl onu heç bir mövzuda aldatmamışdıvə bu anda da aldatmadığından əmin idi. Amma Brunoda qəribə hallar vardı. Qretel o uşaqları görmək istədiyindən əmin deyildi.Həyəcanla udqundu və Brunonun dediyi kimi bir ay sonra deyil, qısamüddət sonra Berlinə dönmələri üçün səssizcə dua pıçıldadı.
– Bəli? – dönüb qapıda dayanan bacısına baxaraq dedi.
Qretel, gəlinciyinə sarılmış, iki hörgü halındakı qızıl sarı saçlarıçiyinlərində, getməyə hazır idi.
– Onları görmək istəmirsən?
– Əlbəttə istəyirəm, – deyə Qretel cavab verdi və ona doğ-ru qərarsızca getdi. – O zaman çəkil yolumdan – deyib, dir-səyi ilə onu uzaqlaşdırdı.
Auvisdə keçirdikləri ilk axşamüstü günəşli və parlaq idi. Qretel pəncərə şüşəsindənbaxarkən günəş, bir buludun arxasından təkrar meydana çıxmışdı. Bir müddət sonra gözlərialışdı və günəş təkrar itdi, bax o zaman Brunonun haqqında danışdığı uşaqlarıgördü.
IV BÖLÜM
PƏNCƏRƏDƏN GÖRÜNƏNLƏR
Onlar uşaq deyildi. Ən azından hamısı uşaq deyildi. Kiçik uşaqlar, böyükuşaqlar, atalar və babalar. Bəlkə bir neçə də əmi. Hər kəsdən uzaqdayanan, heç qohumu yoxmuş kimi olanlar. Bəziləri…
– Kimdir bunlar? – deyə Qretel, bu günlərdə qardaşının həmişə etdiyi kimiağzını heyrətlə açaraqsoruşdu. Bura necə yerdir?
– Bilmirəm, –Bruno, həqiqətəbacardıqca sadiq qalaraq dedi.Bilmirəm, amma evimiz qədər gözəl deyil. O qədərini bilirəm.
– Yaxşı, qızlar haradadır? – deyə Qretelsoruşdu. Analar, nənələr…
– Bəlkə fərqli hissədə yaşayırlar, – deyə Bruno fikir yürüt-dü.
Qretel də eyni fikirdə idi. Gözlərini qaçırmaq istəyirdi. Amma baxmamaqçox çətin idi. İndiyə qədər öz pəncərə-sindən yalnız qarşıdakı meşəni görmüşdü. Bir az qaranlıq kimi idi, amma irəlilədikcə açıqlıq varsa, gəzinti üçün yaxşıyer ola bilərdi. Evin bu tərəfində mənzərə çox fərqli idi.Əvvəl gözəl başlayırdı: Brunonun pəncərəsinin tam altında bağçavardı. Olduqca geniş idi və çiçəklərlə dolu idi. Düz şəkildə, sırayla düzülmüşdülər; sanki çiçək yetişdirməyi bilən biri lək salmışdı. Yaxşıbir şey etməyə çalışmışdılar, qaranlıq qış gecəsində, dumanlı, böyük birərazidəki, nə-həng qalanın küncünə kiçik şam işığı qoymuş kimi.Çiçəkləri keçincə, çox xoş, daş döşənmiş sahə vardı. Ora taxta skamya yerləşdirilmişdi. Qretel özünü günəşli gündə orada oturub kitab oxuyarkənxəyal edə bilirdi. Skamyanın üstündə lövhə vardı; amma üzərində nə yazıldığınıbu məsafədən oxuya bilmirdi. Skamya evə dönük idi. Normalda beləqoyulması qəribə ola bilərdi, amma bu vəziyyətdə səbəbini anlaya bilir-di.Bağçanın, çiçəklərin üstündə lövhə olan skamyanın təx-minən iyirmiaddımirəlisində hər şey dəyişirdi. Nəhəng tikanlı məftillər uzanırdı. Evinətrafından dolanıb təpədə dö-nür, iki istiqamətə doğru, görə bildiyi qədər çoxuzağa tərəf davamedirdi. Tikanlı məftil çox yüksək idi, içində olduqları evdən beləyüksək. Eyni xətdə tikilmiş, teleqraf dirəklərinə bənzər nəhəng taxta dirəklər tikanlı məftilləri saxlayırdı. Ən yuxarıda qarmaqarışıq, qalın tikanlı məftil topaları vardı və hər tərəfdən çıxan iti uclara baxınca, Qretel, içindəsəbəbini açıqlaya bilmədiyi ağrı hiss etdi.
Tikanlı məftillərin kənarında çəmənlik yox idi, əslində gözlə görülə bilən uzaqlara qədərheç bir yaşıllıq yox idi. Bunun yerinə ətraf, quma bənzər bir maddədən idi. Tək görə bildiyi, uzaqdakı alçaq komalar və kvadrat binalarla arayasəpələnmiş kimi görünən bir neçə tüstü bacası idi. Bir şey söyləmək üçünağzını açdı, amma yaşadığı heyrəti ifadə edə-cək söz olmadığını fərqetdi, sonra ağlına gələn tək məntiqli şeyi etdi və ağzını təkrar yumdu.
– Gördünmü? – Bruno, olduğu yerdən söylədi. Özünü xoşbəxt hiss edirdi.Çünki oradakı hər nədirsə və onlar hər kimdirsə,ilk o görmüşdü və istədiyi zamanyenə görə bilər-di. Çünki onun pəncərəsindən görünürdülər. Buna görə onaaid idilər və o, müşahidə etdikləri hər şeyin kralı idi, bacısı isə onun aşağı təbəqəli təbəələrindən biri.
– Anlamıram, – deyə Qretel təəccübləndi. – Kim belə pis görünüşlü yer inşaedər?
– Pis görünüşlü yer, – deyə Bruno təsdiqlədi.
– Məncə, o daxmalar birmərtəbəlidir. Bax, hamısı necə alçaqdır. Müasir tərzdə evlər olmalıdır, – Qretel dedi. Atam müasir şeylərdən nifrət edir.
– O zaman onlardan çox da xoşu gəlməz, – Bruno söylədi.
– Bəli. –Qretel onlara baxaraq uzun zaman tərpənmədən dayandı.
On iki yaşında idi və sinfindəki ən ağıllı qızlardan biri olaraq qəbuledilirdi. Dodaqlarını büzdü və gözlərini qıya-raq, nəyə baxdığını anlamaqüçün fikrini toparladı. Sonunda bir şərh düşünə bildi:
– Bura çöl bölgə ola bilər, – Qretel, qardaşına dönüb zəfərqazanıbmış kimi baxaraq dedi.
– Çöl?
– Bəli, yeganə şərh budur, anlamırsan? Berlində olduğu-muz zaman şəhərdəyik. Buna görə çox insan və çox ev var, buna görə məktəblər dolu olur və şənbə günü axşamüstü şəhər mərkəzində itələşmədən gedə bilmirsən.
– Bəli… –Bruno başını yelləyib izləməyə çalışaraq dedi.
– Amma coğrafiya dərsində, çöldə əkinçilərin və heyvan-ların olduğunu və ərzaq məhsulları yetişdirildiyini öyrən-dik, insanların yaşayıb işlədikləri, bizi qida ilə təmin etmək üçün məhsullarını yetişdirdikləri belə böyük bölgələr var. Təkrar çölə,gözlərinin önünə sərilən ucsuz-bucaqsız sahəyə və hər komanın arasındaolan məsafəyə baxdı. – Bura çöl olmalıdır. Bəlkə bu, yazlıq evimizdir. – deyə ümidlə əlavə etdi.
Bruno bunu düşündü və başını yellədi.
– Belə düşünmürəm, – özündənəmin şəkildə dedi.
– Sən doqquz yaşındasan, – deyə Qretel cavab verdi. H-aradan biləcəksən?Mənim yaşıma çatanda bu cür şeyləri çox yaxşı anlarsan.
– Elə ola bilər. – Bruno, hələ kiçik olduğunu bilirdi amma bu, haqlıola bilməyəcəyi mənasını verməzdi. – Əgər dediyin kimi bura çöldürsə, bəhs etdiyin bütün o heyvanlar harada-dır?
Qretel ona cavab vermək üçün ağzını açdı, amma müna-sib cavab tapa bilmədi.Buna görə də təkrar pəncərədən çölə baxdı, heyvanları axtardı, amma heç yerdə görünmürdülər.
– İnəklər, donuzlar, qoyunlar və atlar olmalıdır, – Bruno dedi. Yəni bura fermadırsa əgər. Toyuqları, ördəkləri demə-yə belə, ehtiyac yoxdur.
– Heç biri ortalıqda deyil, – deyə Qretel yavaşca etiraf etdi.
– Və əgər sənin söylədiyin kimi burada məhsul yetişdirir-lərsə, – deyə Bruno davam etdi, müdhiş əylənərək, – o za-man məncə torpaq indiolduğundan daha çox yaxşı görün-məli idi, elə deyilmi? Bu zir-zibilin içindəhər hansı bir şey yetişdirilə biləcəyini düşünmürəm.
Qretel təkrar baxdı və başını buladı, mübahisə açıqca onun əleyhinəinkişaf etdiyindən hökmən haqlı olduğunu iddia edəcək qədər axmaq deyildi.
– Elə isə bəlkə də, ferma deyil, – dedi.
– Deyil, – Bruno dedi.
– Bu da bəlkə buranın çöl olmadığı mənasını verir, – deyə bacısı davametdi.
– Bəli, çöl olduğunu sanmıram,
– Bizim yazlıq evimiz olmadığı mənasına da gələ bilər, –Qreteldedi.
– Elə düşünürəm, – Bruno təsdiqlədi.
Yatağın üzərində oturdu və bir anlıq Qretelin yanında oturub onu qucaqlamasını,hər şeyin yoluna düşəcəyini, za-manla buradan xoşlanacaqlarını vəəsla Berlinə geri dönmək istəməyəcəklərini söyləməsini ümid etdi. Amma qız hələpəncərədən çölə baxırdı və bu dəfə çiçəklərə və ya daş dö-şənmiş yola;üstündəki lövhədə yazı olan skamya və ya yüksək hasara; teleqraf dirəklərinə və yatikanlı məftillərə; arxadakı sərt örtüyə və ya komalara; kiçik binalara və yatüstü burumlarına baxmır; bunların yerinə insanlara baxırdı.
– Bütün bu insanlar kimdir? – deyə yumşaq bir səsləsoruşdu. Sanki Brunodan soruşmur, başqa birindən cavab gözləyirdi. – Və hamısı birlikdə burada nəedirlər?
Bruno qalxdı və orada ilk dəfə çiyin-çiyinə, birlikdə da-yandılar, yenievlərinin əlli addım yaxınlığındakı insanlara gözlərini dikdilər.
Baxdıqları hər yerdə insanlar görürdülər; uzun, qısa, yaşlı, gənc… hamısıhərəkətdə idi. Bəziləri qruplar meydana gətirmiş, – önlərində gedib-gələn birəsgər, onlara bir şey söyləyirmiş kimi ağzını açıb yumaraq – əlləri yanlarda, baş-larını dik tutmağa çalışaraq, tərpənmədən dayanırdılar.
Bəziləri insan zənciri kimi idilər və düşərgənin bir tərəfin-dən digərinə əl arabalarını sürürdülər. Gözlərdən uzaq bir nöqtədə meydana çıxıb əl arabalarını bir az da irəliyə – bir komanın arxasına aparırlar, orada təkrar gözdənitirdilər.Bir neçə dənəsi səssiz bir qrup halında komaların yanında daya-nır, sankigörülmək istəmədikləri bir oyundaymış kimi yerə baxırdılar. Bəzilərindəqoltuqağacları vardı; çoxunun başı bandajlarla sarılmışdı. Bəzilərininəlində bağbanlıq ləvazi-matları vardı. Əsgərlər tərəfindən, görülməyən bir yerəapa-rılırdılar.
Bruno və Qretel yüzlərlə insan görürdülər. Önlərində çox sayda koma vardı və düşərgə, görə bildiklərindən çox geniş idi. Orada dahaminlərlə adam ola bilərmiş kimi görünürdü.
– Və hamısı bizə çox yaxın yaşayırlar, – Qretel qaşqaba-ğını tökərək dedi.
– Berlində gözəl, səssiz küçəmizdə yalnız altı ev vardı. İndi burada oqədər çoxdur ki… Atam, bu qədər çox qonşu-nun olduğu, bu qədər pis biryerdə yeni bir işi niyə qəbul etsin? Bu çox məntiqsizdir.
– Buraya bax, – Bruno dedi.
Qretel onun barmağını, işarə etdiyi istiqamətə doğruizlədi və gördü: Bir qrup əsgər, komadan uşaqları çıxarmış, qışqıraraqonları bir yerə toplayırdı. Əsgərlər nə qədər çox qışqırsa, uşaqlarbir-birlərinə o qədər çox yaxınlaşırdılar. Sonra bir əsgər onlara doğru hücum etdi və ayrıldılar. Onun başdan bəri istədiyini etmişdilər, bu datək sıra halında da-yanmaq idi. Bunu etdiklərində əsgərlər gülməyə başladılar vəalqışladılar.
– Bir növ məşq olmalıdır bu, – Qretel dedi. Bəzi kiçiklərin, bir az daha böyükolanların, hətta bəzi yaşıdı uşaqların belə, ağlamaqlarını fərq etməmişkimi davrandı.
– Sənə burada uşaqlar olduğunu söyləmişdim, – Bruno dedi.
– Mənim oynamaq istəyəcəyim tərzdə uşaqlar deyil, – Qretel qərarlıbir səslə dedi. – Murdar görünürlər. Hilda, İzabel və Luiza hər səhər duş alırdılar, mən də elə. Bu uşaq-lar, sanki həyatları boyunca heç duş almayıblar.
– Ora çox murdar görünür, – Bruno dedi. Amma, bəlkə duşları yoxdur.
– Axmaq olma! – Qretel dedi. Baxmayaraq ki, qardaşına axmaq deməməsi üçün ona dəfələrləxəbərdarlıq edilmişdi.
– Necə, insanların duşları olmaz?
– Bilmirəm, – Bruno dedi.
– İsti suyu olmayan insanların…
Qretel, bir müddət də baxdı, sonra ürpərərək arxaya dön-dü.
– Otağıma gəlinciklərimi yerləşdirməyə gedirəm, – dedi. Oradan görülən mənzərə yüz faiz daha yaxşıdır. Bunu söylə-yərək uzaqlaşdı.
Dəhlizin qarşısına, özotağına getdi və qapını bağladı. Amma dərhal gəlinciklərini yerləşdirməyə başlamadı. Bu-nun yerinə yatağında oturdu və ağlından bir çox şey keçdi.
Öz işləriylə məşğul olan yüzlərlə adama baxarkən qarda-şının ağlına sonbir düşüncə gəldi. Bir həqiqət vardı. Kiçik uşaqlar, böyük uşaqlar, atalar,babalar, əmilər, hər kəsdən uzaq dayanan və qohumları yoxmuş kimi olaninsanlar… hamısı eyni paltarı geyirdilər: Boz zolaqlı pijama və başların-da bozxəttli araqçın…
– Nə qədər qeyri-adidir! – deyə geri çevrilmədən əvvəlmızıldandı.
V BÖLÜM
“GİRMƏK HƏR ZAMAN İSTİSNASIZ QADAĞANDIR”
Bu mövzuda görüləcək sadəcə bir iş vardı: O da atası ilə danışmaq.Atası Berlindən onlarla birlikdə gəlməmişdi. O, bir neçə gün əvvəl evdənayrılmışdı; Brunonun evə gəlib Mariyanı əşyalarını, şkafının arxasındasaxladığı, ona aid olan və kimsəni maraqlandırmayan şeyləri belə toplarkəngördüyü günün axşamı. Bunu izləyən günlərdə anası, Qre-tel, Mariya, aşpaz,Lars və Bruno bütün vaxtlarını, əşyalarla boğuşmaqla, onları böyük qutularadoldurmaq və Auvis-dəki yeni evlərinə aparması üçün böyük yük maşınına yer-ləşdirməklə keçirmişdilər.
O son səhər, ev gerçək bir ev kimi deyil, bomboş görün-düyündə vəsahib olduqları son şeylər çamadanlara yerləş-diriləndə, qırmızı-qara bayraqlıbir avtomobil qapılarında dayanaraq onları götürüb aparmışdı.Anası, Mariya və Bru-no evdən ayrılan son adamlar idi. Bruno, xidmətçininhələ yanlarında olduğunu anasının fərq etmədiyini düşünürdü. Çünki o qədərxoşbəxt zaman keçirdikləri boş dəhlizə, de-kabr ayında küknar ağacının qoyulduğu,qış aylarında yaş çətirlərin buraxıldığı evə girərkən Brunonun palçıqlı ayaq-qabılarını çıxarması lazım olan, amma bunu heç etmədiyi yerə sonbir dəfə baxarkən, anası başını bulayıb çox qəribə bir şey söyləmişdi:
– Fyurinin yeməyə gəlməsini əsla qəbul etməməliydik. Amma bəzi insanlarvə onların yüksəlmə ehtirasları…
Bunu söylədikdən sonra dərhal dönmüşdü və Bruno, onun gözlərinin yaşlıolduğunu fərq etmişdi. Anası, Mariya-nın orada dayanıb onları izlədiyinigörüncə, sıçramışdı.
– Mariya, –sarsılmış bir səslədemişdi, – sənin avtomobil-də olduğunu düşünürdüm.
– Mən də gedirdim, xanım, –Mariyademişdi.
– Mənim demək istədiyim…– deyə anası davam etmək istəsə də, amma başqa bir şeysöyləyə bilmədi. – Mənim söy-ləmək istədiyim…
– Mən gedirdim, xanım, – deyə Mariyatəkrarladı, anası-nın sözününkəsilməyəcəyi qaydasını hərhalda bilmirdi, qapıdan tələsik çıxıb avtomobiləqaçmışdı.
Anası qaşqabağını töküb, sonra artıq heç bir şeyin əhə-miyyəti qalmamış kimi,
– Tez ol, Bruno, gəl, – onun əlini tutub qapını kilidlərkən demişdi. – Bütün bunlar bitincəbir gün bura geri dönə bil-məyi ümid edək.
Qarşısında bayraqlar olan rəsmi avtomobil onları qatar stansiyasına aparmışdı. Oradageniş platforma ilə bir-birin-dən ayrılan iki dəmiryolu və hər iki tərəfdə də yola düşən-lərin minməsini gözləyən qatarlar vardı. Digər tərəfdə, ge-dən çoxlu əsgər və relslərdəki qayçıları ayıran işarə məmu-runa aid uzun bir daxma görünürdü. Bruno, ailəsiylə birlik-də çox az insanın olduğu, komfortlu, bir xeyli boş kreslosu olan və pəncərələr açılanda bol- bol təmiz hava dolan qataraminmədən əvvəl, qısa müddət insan kütləsini görə bilmişdi. Əgər qatarlarfərqli istiqamətlərə gedəsi olsalar, bu qədər qəribə görünməzdi, deyə düşünmüşdü;amma elə deyildi. İkisinin də gediş istiqaməti şərqə doğru idi. Bir anlıq digərqatara tərəfə qaçıb oradakılara öz vaqonlarında bir xeyli boş yer olduğunusöyləməyi düşünmüş; amma etməməyə qərar vermişdi. Anasıəsəbiləşməsə belə,Qretel dəliyə dönərdi və bu daha da pis olardı.Auvisə – yeni evlərinə gəldiklərindən bəri Bruno, atasını görməmişdi.
Atasının guruldayan səsini heç bir yerdə eşitməmişdi, çəkmələrinin çıxardığı toxsəsi də. Onun, otağında olduğunu düşündü. Amma sonra otaqdan, Brunoyabaxan gənc əsgər çıxmışdı. Böyük ehtimalla, gəlib-gedən bir çox insan vardı. Nəedə biləcəyini düşünərkən aşağı mərtəbədən səs-küy gəldi, dərhal dəhlizə çıxıb məhəccərlərdən baxmağa getdi.Atasının iş otağının qapısı açıq idi. Qapının qarşısında, gü-lüb əl sıxışanbeş nəfərlik bir qrup gördü. Atası ortalarında idi və yeni ütülənmişformasıyla çox dəbdəbəli görünürdü. Göründüyü kimi gur qara saçları yenibriyantinlənmiş və daranmışdı. Bruno, yuxarıdan baxarkən ondan həmqorx-muş, həm də ona heyran qalmışdı.Digər adamların görü-nüşlərindən o qədər xoşlanmamışdı. Atası qədəryaraşıqlı olmadıqları qəti idi. Formaları yeni ütülənmiş kimi deyildi.Səsləri o qədər gur və çəkmələri cilalı deyildi. Hamısı şapka-larını kresloaltlarında tuturdular və atasının diqqətini çək-mək üçün, sanki yarışırdılar. Bruno, onların danışıqlarından yalnız bəzilərinianlaya bilirdi.
– … bura ilk gəldiyi andan başlayaraq səhvlər etdi. Bu mərhələyə gəlincə, Fyurinin başqa çarəsi qalmamışdı… –biri dedi.
– … intizam, – digəri dedi, – və hərəkət. Qırx ikinin əvvə-lindən bəri tək çatışmazlıq hərəkət idi. Bu olmadan…
– … çox açıqdır, rəqəmlərin söylədikləri çox açıqdır. Çox açıqdır, Komandir…–üçüncü adam dedi.
– … əgər bir dənə də tiksək, – son danışan söylədi, – o zamanedə biləcəklərimizi xəyal edin … yalnız xəyal edin.
Atası bir əlini havaya qaldırdı və bu digər adamların dərhal susmalarınıtəmin etdi. Sanki bir orkestr rəhbəri idi.
– Cənablar, – dedi. Bruno bu dəfə hər şeyi eşidirdi; çünki atasından başqaheç kim otağının bir ucundan digərinə səslənməyi və eşidilməyi bacara bilməzdi. – Tövsiyələriniz və dəstəyiniz çox təqdir edilir. Və keçmiş, keçmişdə qaldı.Burada yeni bir başlanğıc olacaq, amma bu yenilik sabah başlasın. İndiailəmin yerləşməsinə kömək etməliyəm. Yoxsa mənim buradakı vəziyyətim,çöldəkilərin vəziyyəti qədər çətin olacaq, aydın oldumu?
Adamların hamısı qəhqəhələr çəkərək atasının əlini sıxdı-lar. Çıxarkən oyuncaq əsgərlər kimi tək sıra dayandılar və atasının Brunoya öyrətdiyi kimi,tək qollarını; ovuc içi düz, barmaqlar yapışıq, sinədən irəli doğru iti birhərəkətlə uza-dıb qışqıraraq salam verdilər. O iki söz ona hər deyildiyindəeynilə təkrarlaması lazım olduğu Brunoya öyrədilmişdi. Sonra adamlar getdilər.
Atası, “Girmək hər zaman istisnasız qadağandır” yazıl-mış iş otağına döndü.
Bruno, yavaşca pilləkənlərdən endi. Qapının önünə gəl-diyində bir anlıq tərəddüd etdi. Atasının, burada olduğu təxminən bir saat boyunca gəlib salamlaşmaması onu üz-müşdü. Nə qədər məşğul olduğu və salam vermək kimi kiçik şeylərlə narahat edilə bilməyəcəyi bir neçə dəfə açıq-lanmışdıona. Amma artıq, əsgərlər getdiyinə görə qapını döyməyin qorxulu olmayacağını düşündü.
Berlində atasının iş otağına çox az girə bilmişdi. Ümumiy-yətlə, dəcəllik etdiyi və ciddi bir xəbərdarlığa ehtiyacı oldu-ğu zamanlarda… Atasınıniş otağı üçün keçərli olan qayda, Brunonun Berlində öyrəndiyi ənəhəmiyyətli qaydalardan biriydi və o qaydanın burada, Auvisdə, keçərli olmayacağını düşünəcək qədər axmaq deyildi. Bir neçə gündür bir-birləri-nigörmədikləri üçün, bu anda qapınındöyülməsinə heç kəsin fikir verməyəcəyini düşündü.
Qapını diqqətlicə və yavaşca iki dəfə döydü.
Bəlkə atası eşitməmiş, bəlkə də, Bruno kifayət qədər bərk vurmamışdı, çünkiqapını heç kəs açmadı. Bruno qapını tək-rar və bu dəfə daha sərt döydü. Eynianda içəridən atasının gur səsi eşidildi:
– Gir!
Bruno qapının dəstəyini çevirdi, içəri girdi və hər zaman-kı duruşuyla – gözləri bərəlmiş, ağzı O şəklində açılmış və qolları yanında dayandı. Evin geri qalan hissəsi bir az qaran-lıq, bir az darıxdırıcı ola bilərdi vəaraşdırmaya açıq deyildi; amma bu otaq tam fərqli bir şey idi. Birincisi, tavanıçox yüksək idi. Brunonun, özünüiçində batacaqmış kimi hiss etdiyi bir xalça vardı.Tünd rəngli rəflərdən haradasa divar-lar görünmürdü. Berlindəki evinkitabxanasında olduğu kimi bunlardada kitablar sıralanmışdı. Qarşı divarda,arxa-dakı bağçaya açılan çox böyük pəncərələr vardı. Önlərinə, oturulacaqrahat kreslolar yerləşdirilmişdi və bütün bunla-rın ortasında palıddan hazırlanmış böyük bir masanın arxa-sında atası otururdu. Bruno girərkən kağızlarındanbaşını qaldırdı və ona baxaraq gülümsədi:
– Bruno, – dedi, masanın arxasından dolanıb uşağın əlini sərt şəkildə sıxdı.
Anasıvə nənəsinin tərsinə atası, hər kəsi qucaqlayan tip-lərdən deyildi.Onlar Brunonu narahat edəcək qədər bərk qucaqlayır, istəklərini hiss etdirmək üçün üzünü sulu öpüş-lərə qərq edirdilər. Atası bir müddət sonra "Oğlum," deyə əlavə etdi.
– Salam, ata, – Bruno yavaşca dedi, otağının sehrinin təsirinə bir az çoxqapılmışdı.
– Bruno, bir neçə dəqiqə sonra səni görməyə gəlirdim, and içərəmgələcəkdim, –atası dedi. Bitirməli olduğum yı-ğıncaq və yazmam lazım olanməktub vardı. Demək, bura çərşənbə axşamı gəldiniz?
Bepul matn qismi tugad.