Kitobni o'qish: «Şairlərin həyatı»

Shrift:

Edqar Lourens Doktorou

Şaİrlərİn həyatı

Povest

1

Nədisə, sol əlimin baş barmağı keyləşib. Şiş-filan yoxdur elə bil, amma damarlar köpmüş kimidir, geri qatlayan-da, ağır bir şey qaldıranda ağrıyır. Əvvəllər məndə belə şey olubmu? Sanki tanış hisdir, bəlkə də keçib gedər, amma inanmıram. Qabarmış venalar, bütün qalanları… Bu ya po-daqradır, ya da artrit, hələ – allah göstərməsin! – Lu Geriqi1

məzara göndərən o dəhşətli naxoşluqdan olmasın, yoxsa, vay halına, yazıçı.

Boynum da ağrıyır: sinir sıxılmasıdır. Barmağımla bir əlaqəsi varmı görən? Nə baş verir orada? Mən ki, Oğlaq bürcündənəm, özümü üzmək qədərimdir.

Və üstəlik, əlbəttə, qulağıma da nəsə olub. Bəzən səsi eşidirəm, amma sözləri ayırd eləyə bilmirəm. Doğrudanmı, bu boyun sıxılması orada nəyisə basıb əzir və məni səslər aləmindən ayırır? Bunun öhdəsindən necə gəlim? Niyə həkimə getmirəm? Ah, xaraba! Eynən Altıncı küçədə gördüyüm yarıdağılmış ev kimi: damın dəliklərindən göy görünür, içəridə döşəməni yarıb keçən ağaclara qədər nələr bit-məyib, bütün dəlmə-deşiklərdən sıx-sıx ot-alaf çıxır, pən-cərələrdən sürünən və sarmaşan bitkilər sallanır – Manhettenin ortasınsında bir cəngəllik, Konqonun yuxarılarından bir mənzərə, zülmət və tukanların2 zılı. Meymun çığırtısı, o-o-o, əcəlim çatıb! Zirzəminin zil qaranlığından isə – gözləri acgözlüklə mənə zillənmiş yastı timsah sifəti.

Bütün vücudumun gümrahlığı – heç vaxt duymadığım bu quş yüngüllüyü harada qaldı?

Harada qaldı o, ruhla bədənin uyarlığı, o ideal yaşam ki, dalğın-dalğın cana faydalı qidasını çeynəyən və bulaq 1 Luis Geriq (1903-1941) – öz dövrünün tanınmış amerika beysbolçusu, iflicin nadir növündən ölüb. (Burada və bundan sonra – qeydlər tərcüməçinindir.) 2 Tukan – Güney Amerikada yaşayan ağacdələnə oxşar quş.

2

suyunu xırda qurtumlarla içən, fəlsəfi-elmi üsulla gəzən və

diafraqma ilə nəfəs alan o kamil insan, qəhvəyi dərili cılız bir quru1 kimi, heç nə ilə pozulmayan rahatlıq hissinə uyub, nə vicdan əzabından, nə günah komplekslərindən, nə də

xəcalətin verdiyi iztirablardan xəbəri var, varlığın hər ləh-zəsində özünü tam gerçəkləşdirir, keçmişindən məmnun-dur və gələcəyə sevgi ilə baxır. Mən isə heç ağrısız qəddimi də düzəldə bilmirəm.

Düzdür, siqareti tərgitmişəm, bunun özü də az şey deyil. Çalışıram pivə içməyim, təmiz havanın dadını bilmişəm, bilmişəm ki, kəpək faydalıdır, malpigiyanın2 giləmey-vələri faydalıdır, şəkər isə zərərdir, duz da, yumurta da, hər cür qaxac edilmişlər, duza qoyulmuşlar, şorabalar da zərərdir. Amma bu lap ağ oldu! Bütün şəhərə qaça-qaç düşüb, pəhriz ərzaqları alırlar, ağ çörəyin səbəb olduğu səhhət üçün zərərli yaşama son qoymağa çalışaraq, həkimlərlə

məsləhətləşirlər. Onların hamısı öz məşq paltarlarında, qol-tuqlarında şirəçəkən, qaçışırlar. Eh, özləri bilər, mənim isə

daha vacib işlərim var. Gərəyim olan bircə şey varsa, o da uca bilgəliyə yetməyin universal dərsliyidir. Belə deyək də, seçilmişlər üçün xüsusi bir xidmət bürosu açmaq. Yer kürəsinin elə bir ideal yerində ki, orada malik olduğun və nə

vaxtsa malik olacağını düşündüyün bütün pullarını verir-sən, əvəzində faydalı, gigiyenik tarazlaşdırılmış, təbii, zərərli həyat işığı şüasının toxunmadığı bolluca sovqatını alırsan və ən azı yüz əlli il yaşayıb yaradırsan özün üçün, üstəlik eşq-məhəbbət işlərində də heç vaxt oxun daşa dəymir.

1 Quru – induizmdə ruhani rəhbər.

2 Malpigiya – Mərkəzi və Güney Amerikanın tropiklərində bitən həmişəyaşıl çiçəkli bitki (kol və ya kiçik ağaclar şəklində) növü. Başqa adı – Barbados albalısıdır.

3

Bu da məni birbaşa bizim əsas mövzumuza gətirir.

Gözəl axşamların birində Bred öz rəfiqəsi ilə “Elio”ya gəlir, orada isə – arvadı Moyra ilə qarşılaşır. Arvadı özünün Qadın siyasi klubunun təşkil etdiyi nahara gəlibmiş.

– Bilirsən, dünən necə zibilə düşdüm? – ertəsi gün Bred telefonda soruşdu.

– Bilirəm, arvadın səni gözəlçənlə görüb, – deyə cavab verdim, ona görə ki, arvadım Encel, iki daşın arasında bu əhvalatı mənə danışmışdı, çünki Moyra artıq onunla da bö-lüşmüşdü. “Elə xəcalət çəkdim ki, – deyə Moyra gileylənir-miş. – Özüm də bilirəm ki, Bredin macəralarından bütün şəhərin xəbəri var, o, bunları gizlətməyə cəhd də eləmir axı.

Amma bu lap ağ oldu: mən orada həmkarlarımın qarşısında elə feminist1 mövzuda gəvəzəlik eləyirəm – və buyurun, ərim öz yelbeyini ilə qol-qola zühur eləyir”.

– Nə sifariş eləmişdiniz, – deyə Breddən soruşdum.

– Əla spagetti ilə qırmızı Kaliforniya çaxırı. Düşündüm ki, evə gəlirəm – və nöqtə, hər şey bitmişdir, ancaq Moyra yalnız bunu dedi: “Bred, mən nikahımızın üstündən xətt çəkmirəm, axı onda o qədər yaxşı şeylər var”. – O, rişxənd-lə güldü. Bred özünün daimi qəzet sütunu üçün material toplaya-toplaya bütün dünyanı dolaşır, evə döndükdə isə

tennis kortlarından çıxmaq bilmir. Həmin qadınla da elə

orada tanış olubmuş.

– Bredin rəfiqəsi yelbeyin deyil, – deyə ehtiyatsızlıqla qeyd etdim. – O, idmançıdır.

– İşə bir bax, – Encel dedi. – Təhər-töhrü necədir onun?

1 Feminizm – qadınlara kişilərlə bərabər hüquq verilməsini tələb edən qadın hərəkatı.

4

– Yaxından gördüyüm olmayıb, onu yalnız qonşu mey-dançadan görmüşəm. Komikslərdəki kimi bir nazənindir.

Qorxu-hürküsüz bir qəhrəman tipi.

Qəfildən Encelin sarsılmaz ötkəmliyi cilov gəmirməyə

başladı:

– Moyranın bitkin portreti! – deyə o səsləndi. – Göz açandan belə görmüşük: onlar öz arvadlarına bənzəyən qadınlara önəm verirlər.

Encel kişilərin vəfasızlığı haqqında əhvalatlardan boğça düzəldir: orada, Nyu-Heyvendə, rəfiqəsi ilə arası dəyən-dən sonra, Ralf belə bir ədəbsizlik etmişdi, evə Reyçelin yanına, həmin xanımla birlikdə aldığı parlaq tumanda qayı-dıb gəlmişdi. “Bir də sənin alt paltarını yumayacağam”, –

Macarıstan əsilli Reyçel demişdi. Cananın öz müəllim və

şair məşuqu üçün aldığı qısa tuman qırmızı imiş, yuyulma zamanı necə isə uğursuz və yersizcəsinə rəmzi bir şəkildə

tumanın rəngi çıxır və Reyçelin paltaryuyan maşında olan bütün mələfələri, məhrəbaları və pal-paltarı qırmızının bütün çalarlarına boyanır. Bundan başqa, Ralf həmin xanımın ona verdiyi qrammofon vallarını da evə gətirməkdən utan-mamışdı. Və o, bunlardan feyzyab olanda, Reyçel üst qat-dakı öz otağına qaçıb, qapı-pəncərəni bağlayırdı: qırmızı boya pal-paltarını bulaşdırdığı kimi, bu musiqi də onun şü-urunu kirləndirirdi.

– Kişilər niyə belə qəddar olur? – Encel təəccüb eləyirdi. Düz sözə nə deyəsən. Ralf qəddarcasına doğruculdur, onun etiraf etmək kimi bir düşkünlüyü vardır. O, Reyçelə

öz macərası haqqında, bu, başlayar-başlamaz danışmışdı.

Deməyə ehtiyac varmı ki, onun kənarda kiminləsə yatıb-durması faktı, ona özünün bu faktı Reyçellə müzakirə etmək arzusundan daha kiçik qəbahət kimi görünürdü. O, 5

eyni bir pozğun məntiqlə, bunu Reyçelin bəyənməsini də

istəyə bilərdi.

Ümumiyyətlə, hamı ucundan tutub ucuzluğa gedir, –

kim bu Reyçeli məcbur eləyirdi ki, bütün bunları aləmə car çəksin? – bizim qadınlarımız, arvadlarımız daim söz gəzdi-rirlər, bir-birinə elə şeylər çatdırırlar ki, onlar haqqında ağılları çatsaydı susmalıydılar. Onlar kənar adamlara öz şəxsi yaşam sirlərini bildirirlər və hər şey o saatca hamıya bəlli olur, sanki biz ümumi bir ailə ocağında yaşayırmışıq.

Ədəb-ərkan, qürur harada qaldı? Bu yersiz açıq-saçıqlıq bizdə haradandır?

Həm də bunun əzabını da mən çəkməli oluram axı.

Məsələn, tanış ailə cütlüyü boşanır və mən arvadımdan eşidirəm ki, bəs budur, daha bir anormal kişi, belə gözəl bir qadının həyatını puç elədi. Bəs zavallı neçə il öncə bir xəta eləyib ona ərə gedib.

– Tanışlarımız arasında istənilən cütlüyə baxsan, – Encel deyirdi, – görərsən: qadının dünya görüşü daha üstün-dür, o, öz ərindən həm mütaliəli, həm ağıllı və həm də əlbəttə ki, xeyirxahdır. Yaxud süfrə söhbətlərini götür – burada da qadın daha cəlbedicidir.

Deyəsən, topuğumdakı şiş gözgörəsi böyüyüb. Lənətə

gələsən. Boğazım da səhərdən acışır. Laringitdən1 indi-indi özümə gəlirdim, bu başıma gələnlər nədir axı?

Ancaq digər tərəfdən, Qrinviç-Villejdə yaşamaq da bir ayrı aləmdir, burada sənə bəlanı sovuşdurmağın ağla gələn bütün üsullarını təklif eləyərlər, bu üzdən mən ölçü götürməyə hazıram. Vestibüldən götürülmüş müftə məcmuədə

bütün gərəkən bilgilər var: başlanğıc üçün mən Eliqzander 1 Laringit – tib. xirtdək iltihabı.

6

üzrə plastika dərslərinə üz tuta bilərdim, bu dərslər özünü-təsdiqin, poza və hərəkətlərin fiziki olaraq oriyentasiyasını dəyişməyin və harmonizasiyasının sınanılmış metodudur, sonra gedib Baxın Çiçək müalicə vasitələrini ala, yolda Düzgün tənəffüs Mərkəzinə dəyə, Yəhudi meditasiya və rahatlanma Mərkəzinə baş çəkə, tay çi döyüşü dərslərinə yazıla bilərdim – bu səlis bədən hərəkətləri adama yaşam gü-cü və sağlamlıq verir, yox əgər bütün bunlar da kömək et-məzsə, onda mən özümü ixtisaslı rolferə – toxumaların dərindən masajı mütəxəssisininə tapşıra bilərdim. Qurciyev dərnəyi də mənə yardım əlini uzatmağa hazırdır; işdi-şayət, dost şəfqətinə ehtiyacım olsaydı, onda Sevgi qardaşlığı mənim xidmətimdə olardı, onların qayğıları – “planetimizi elə bir yerə çevirmək ki, adamlar bir-birini xata-balasız sevə

bilsinlər”. Buna qarşı çıxa bilməzsən. Nə vaxt bəzi-bəzi mətbəx qab-qacağı ələ keçirsəm, vegetarian qurmanın1 re-septləri üzrə bir qədər biş-düşlə məşğul ola bilərəm. Sonra isə, özümün enerji balansımı bərpa eləyib, Feldenkrays metodu ilə hansısa funksional inteqrasiyaya könül verməyi sı-naya bilərəm. Vedanta cəmiyyəti mənə bütün bunları bir tam halına gətirməyə yardımçı olar, belə baxanda mən hələ

Xatircəmlik Rezervuarına da baş çəkə və vücud hərarəti məhluluna dalıb, çəkisizlik vəziyyətində üzə bilərəm. Artıq halım yüngülləşdi.

Hələ ki, bu kimi türlü-türlü yollarla kamilliyə doğru yürüyəcəyəm, bir neçə karate, yaxud cüdo dərsləri götür-mək pis olmaz. Kimsə məni yolumdan sapdırmağa cəhd eləsə, dərsini necə lazımdır verə bilim deyə.

1 Qurman – zərif və ləzzətli yeməkləri həddindən artıq sevən adam, ağzının dadını bilən adam.

7

Hamımızın göz qoyduğumuz daha bir cütlük, Luellin və Enndir. Luellin, zen-buddaçıdır, Vermonta gedib, orada üç ay zahidlik eləyəcək. O, evə qayıtdıqda yenidən saç bu-raxacaq, amma gələn il nə vaxtsa yenidən saçını qırxacaq və

dörd aylıq, ya da beş aylıq çıxıb gedəcək. Sözsüz ki, onun niyyəti çox ciddidir və bütün bunların nə ilə bitəcəyi, deyəsən, artıq şübhə yeri qoymur, axı onlar gec-tez nikahsızlıq əhdinə girirlər, düzdür? Bəs onda Ennin halı necə olacaq?

O, artıq indidən əri ilə görüşmək üçün Vermonta getməlidir. Luellin uzun illərdir ki, zenə etiqad edir və faktiki olaraq rahib dərəcəsinə qədər qalxıb. Bu, əlbəttə, hələ sensey deyil, amma yenə də yetərincə ciddi irəliləyişdir. Bu sonuncu dəfə Enn Luellinin gedişi öncəsi yola salma mərasimi düzəltdi, özü bütün görkəmi ilə yenilməzlik və yaşarılıq ifadə eləyərək möhkəm dayandı. Biz hamımız yeyir, içir, gülür və şənlənirdik, lakin Luellin yaman tutulmuş, qaşqa-bağını töküb oturmuşdu. Məncə, bizə bərk acığı tutmuşdu ki, onu qalmaq üçün dilə tutmuruq – onda o, özünü əsl qəhrəman kimi hiss eləyərdi. Ancaq biz onu niyə dilə tut-malıydıq? Onsuz da o, artıq başını qırxmışdı. Zavallı acıdil Luellin. Bu tərki-dünya – zahid görkəmi ona çox yaraşır.

Alçaqboyludur, dəyirmi, möhkəm qarnı var, buynuz sağa-naqlı gözlüyünü çıxardıqda isə, siz onun necə də yastı, açıq-aşkar asiyalılara xas almacıq sümükləri, üzünün necə

də zəfəran rəngində olduğunu görürsünüz; ümumiyyətlə, o, zeni nə qədər dərindən dərk eləyirsə, onun zahiri görkəmi də bir o qədər çox dəyişilir. Mən, Luellinin bir zen-buddaçı rahib kimi qabiliyyətlərinə zərrəcə şübhə eləmirəm, ümumiyyətlə ona hər şeyi bağışlayaram, ona görə ki, o, yaxşı şairdir. Bundan başqa, bu rahiblərin çox bəyəndiyim bəzi özəllikləri də var. Məsələn, onlar yalnız özləri ilə məş-8

ğul olurlar, snobizmə biganə deyillər, murdar xarakter yi-yəsidirlər, özlərinin bütün uğursuzluqlarında arvadlarını suçlayır, uşaqlara donquldanır və uduzduqları zaman cin atına minirlər. Ola bilsin ki, mən özüm də nə vaxtsa zen-buddaçı rahibi olmağa çalışacağam.

Lakin mən o cütlüklərdən söz edirəm ki, onlar artıq tamamilə vəhdət halında deyillər, mən “hədsiz dərəcədə çətin ürək-könül məsələsi”ndən söz edirəm. Delmor Şvartsın1

misrasından. Encellə mənim aramda gedən savaşda, biz elə

bir mərhələyə çatmışıq ki, burada döyüşə başqa ailə cütlükləri göndərilir. Luellin – mənim ağır artilleriyamdır, onun örnəyi, əsrarəngiz bir tələbatın varlığına işarədir – ciddi obyektiv analizə gəlməyən. Qarşısıalınmaz bir özünütəsdiq meylinə işarədir – bizim yaşda kişilərə xas olan və əxlaq elmləri ilə izahı olmayan. O, günün iyirmi saatını türksa-yağı, yel vurub yengələr oynayan bir fermer komasında oturur, demək istəyirəm ki, bu zen-buddaçılar gerçəkdən öz zahid hücrələrində meditasiya ilə məşğul olurlar, seks-dən söhbət belə gedə bilməz, əsla. Və Encelin müdafiə üçün irəli sürə bildiyi yeganə etiraz da o idi ki, o, guya, zen-bud-dizmdə həmişə xudbinlik ruhunu hiss eləyirmiş. Lakin mən yəqin ki, bunun cavabını biləcəyəm – əgər öz zenimi dərk etsəm, mən onu dərk etməmişəm, bu da məhz o deməkdir ki, dərk etmişəm.

Aha, budur daha biri, onlar bura axın eləyirlər. Dərhal görünür ki, bunlar əsl fədakar dəliqanlılardır. Axı onlar sü-rünür və nifrət doğururlarsa, bu, onların günahı deyil ki.

Əgər üstlərinə borat turşusu çiləsən, onları daha rahat gözdən keçirərsən, – onda onlar qütb tədqiqatçıları inadcıllığı 1 Delmor Şvarts – amerikan şairi, nasiri və ədəbi tənqidçisi.

9

ilə irəli sürünəcəklər. Biz onlara niyə belə nifrət bəsləyirik?

Bu balaca, küçə səviyyəsindən doqquzuncu mərtəbəyə dırmaşıb, o memarlıq mükafatına layiq görülmüş bir göydələni məskunlaşdırır, o, şövqlə bu bərk və parlaq işıqlandırılmış boş və məchul müstəvilər aləminə, Ayın səthi kimi heç nə bitirməyən bu bərəkətsiz mineral səltənətinə tarakan si-vilizasiyasını gətirir. Burada mən onların birinin arxasında əlimin içi ilə mətbəx masasını şappıldadıram – dedim ba-xım, o nə edəcək. Demək o, başılovlu özünü masanın kənarına çatdırıb, üst taxtanın altında gizlənmək yerinə, özünü masa ilə soyuducu arasındakı dərəyə tullayır. Onlar məhz nicat tapmaq üçün nə gərəkdirsə, onu eləyirlər, əsl Buç Kes-sidi və Sanden Kiddirlər1; onların çoxbilmişliyinə sadəcə

mat qalırsan, onlar özləri də özlərinə təəccüb eləyirlər, st-ress situasiyasında onların hərəkətləri, eynən bizimki kimi, öncəgörülməyəndir; bəlkə, elə buna görə onlardan zəhlə-miz gedir.

Məncə, Enceli mənim arxamca bura köçməkdən daşın-dıran da onlardır. Evə hər dəfə gəldiyimdə, baqajımda onlardan gətirəcəyimdən qorxur. Özü isə şəhərə gəldikdə mənimlə birlikdə bir şey içmək üçün yanıma qalxdığı zaman, əyləşməzdən qabaq, divarlara, tavana, döşəməyə göz gəzdirir. Bəlkə, onlar onun gözünə nə qədər tez-tez görünsələr, o da onlara bir o qədər çox öyrəşərdi. Ancaq inanmağım gəlmir: Encel dəhşətli dərəcədə vasvasıdır, beləsi yer üzündə görünməyib; hətta Təbiət özü onun amansız səliqə-sahman sevgisi qarşısında acizdir, o, daima nəyisə təmizləyir, kəsir, qırxır, dik çıxan hər şeyi çapmaq onun xoşuna gəlir –

özüm dəfələrlə ona bu haqda eyham vurmuşam; ancaq əs-1 Eyniadlı filmin qəhrəmanları.

10

lində, onun evində, kainatın səliqə-sahmanı o dərəcəyə çat-dırılıb ki, pintiliyə burada sadəcə şans tanınmır, o, rüşeym ikən kəsilib atılır. Mən yarımçıq içdiyim qəhvə fincanını göydə qapmalı oluram, yoxsa masadan uçub gedər, qala-ram baxa-baxa. Öz nahar boşqabımı bir an əldən buraxma-mağa, açılmamış poçtu zibil qabından çıxarmağa, səhər qə-zetini sinəmə sıxmağa artıq öyrəncəliyəm. Pilləkən sürahi-sindən yapışmaqla, onun səhər yır-yığışının tufanında sov-rulmaqdan qurtuluram. Bəlkə, o, məni süpürüb atmaq üçün belə əlləşir? Bir dəfə ötən həftə o, ən yaxşı əhvalda və

xoşbəxt səslə zəng vurub bildirdi: usta indicə ayaqyolunda yeni anaerob bakı quraşdırıb. Onun sevincini paylaşmaq üçün ürəyim atlandı. Dedim: gəl bu münasibətlə böyük qonaqlıq düzəldək, qonaqlar da bir-bir tualetə keçib, həm də

yeniliklə tanış olsunlar.

Səhər açılandan bu ağ şapkalı adamlar taxtabənd qu-rurlar. Özü də qarşı evin üzərindəki “Yunayted tred milz”

lövhəsi bərabərində. Uzaqdan rəngsazlara bənzəyirlər, am-ma bunlar rəngsaz deyillər – onlar kərpic divara nəsə çalır-lar.

Dünən axşam Pol, Bricitin ad günü münasibətilə nahar verdi. Sevir onu, amma subaylığın daşını atmağa tələsmir.

Pol – kino ssenariçisidir və Bridjiti də məhz aktrisa olmadığı, teatrla bağlantısı və ssenari yazmaq, film çəkmək kimi bir iddiası-filanı olmadığı üçün sevir. O, “Teksarkana”da masa sifariş edib, çünki Teksarkana şəhəri onun doğma Ye-ni Orleanı ilə demək olar ki, yan-yanadır. Bricitin gözləri yaşıl, saçı kürəndir, o, orada, Güneydə demokratik partiya-dan olan siyasətbazlarla curluq eləyirmiş. Atı at yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar. O, boğça-sında bizim üçün lətifə saxlamışdı:

11

– Qadına … nə üçün gərəkdir? – Biz kirimişcə gözləyir-dik. – Kişidən söz çəkmək üçün!

Encel Bricitin çox cəlbedici olduğu qənaətindədir. Masa arxasında biz üç cütlük idik – üçüncü Freddi ilə Piya idi.

Freddi lap dəridən-qabıqdan çıxır, göstərməyə çalışır ki, ədəbiyyat sahəsində Pulitzer mükafatı alması, onun yazıçı etibarına xələl gətirməyib. O, çevik ağlı, xoş təbəssümü və

reklam agentliyində yaxşı vəzifəsi olan zərif gözələ –Piyaya pərəstiş eləyir, lakin evlənməyə, Pol kimi, o da tələsmir. Bununla belə hər iki birlik yetərincə sarsılmaz görünür ki, bu da, mənim müşahidələrimə görə, qadınla kişi arasında yaş

fərqi iyirmi ili aşdıqda belə olur. Bəzən Freddi ilə Piya, Freddinin öncəki nikahdan olan qızı Kimberli ilə birlikdə, hara isə əylənməyə yollanırlar. Piya və Kimberli bir-biri ilə

əla yola gedirlər, niyə də getməsinlər: hər ikisi eyni nəslin nümayəndəsidir.

Yeri gəlmişkən, indiyə qədər gördüyüm ən şəhvani rəqs, atanın öz on üç yaşlı qızı ilə, “Beşinci avenyu” hotelin-də, yəhudi bayramında oynadığı vals olub. Heç nə ilə qətiyyən müqayisəyə gəlməyən bir coşqu vardı bunda – gözəl ata, qara məxmər bluzkalı, onun qoluna söykənmiş incə-mincə qızı necə fırladırdı, onlar vals oynaya-oynaya bir-birinin gözlərinə necə baxırdılar.

– Bəzən özümə baxıram, – bir dəfə Freddi dedi, – və

mənə elə gəlir ki, məndə böyükdür. Başqa dəfə isə baxıram

– və bilmirəm, deyəsən, balacadır.

Bred isə bir dəfə etiraf elədi ki, vanna qəbul eləyə bilmir, çünki öz bədəninə baxmaq onda xoşagəlməz hislər doğurur.

12

Mənim dostum Saşa, əksinə, saatlarla vannada oturur: püpitri1 vananın köndələninə qoyub, həm özünün hekayələrini yazır, həm də tələbələrinin hekayələrini oxuyur. Belə

ki, əslində onun bütün intellektual həyatı vannada keçir.

Sem, qışın oğlan çağında belə, saunadan sonra evinin arxasındakı gölə baş vurur. Bunu özü mənə deyib. Adam əbəs yerə məşhur olmayıb ki. Dünyanın ən göyçək, ən tanınmış kinoaktyoru, Sem, bir dəfə Freddiyə dedi:

– Tamam yalqızam, sənin qız tanışların varmı?

Anladığınız kimi, mən boşanmış ər-arvadlardan deyil, o cütlüklərdən danışıram ki, onlar tam vəhdət halında deyillər. Bəlkə də, burada bəzi fərqləndirmələr aparmaq yerinə düşər. Bir qütbdə ənənəvi nikahlardır, burada ərlə arvad mübahisə edir, bir-birinə qışqırır və bir-birinin beynini dəhşətli bir şiş kimi sıxıb-əzirlər. Bu “xeyir-şər savaşı” onların biri ölüncəyə qədər davam eləyir. Mənim valideynlərim bu örnəkdən olan klassik nikahda, həqiqi xrestomatik nikahda idilər. O biri qütbdə – ailə həyatının bir neçə ayından, gü-nündən, saatından sonra dərhal pozulmalı olan nikahlardır.

Açıq-aşkar uğursuz və məhvi labüd nikahlar ki, dözümlü olmağa çağıran vəkillər belə, ifrat əndişə maskasını üzləri-nə taxmadan, işi mümkün qədər tez və təsirli şəkildə yoluna qoyurlar.

Bu iki qütb arasında tərəddüd edərək, gah bu, gah da o biri arxetipə2 yaxınlaşır, lakin onların heç biri olmağı arzu-lamır, mənlə eyni nəsildən olan adamların nikahları.

Başa düşdüm, nə edirlər: onlar taxtabəndi kərpic divara bərkidir və mərtəbədən mərtəbəyə yuxarı dırmaşaraq, 1 Püpitr – üzərinə not və kitab qoymaq üçün əydəmli maili lövhəsi olan ştativ.

2 Arxetip (qəd.yun. ἀρχέτυπον) – ilk obraz, ibtidai obraz, əsl, orijinal, prototip (bir şeyin əsli, orijinalı).

13

bu konstruksiyanı arxalarınca qaldırırlar. Dünən onlar

“tred milz”də idilər, bu gün – altı fut1 yuxarıda, “Yunayted”də. Alpinistlər kimi, üzləri divara, Vest-Hyuston-strit üzərində, dörd mərtəbə yüksəkliyində, özləri üçün çəkic döyürlər. Qəribədir ki, bütün bu küçə gurultusu, yük ma-şınlarının nəriltisi, avtomobil siqnalları, sirena ulartıları arasından onların çəkiclərinin taqqıltısını mən açıq-aydın eşidirəm.

Aşağıda, onların altında isə, əl-ələ tutmuş uşaqların dalğalanan rəngbərəng bayraqların hörgüsünə bənzəyən cərgəsi, qövs kimi əyilərək, Qren-stritin tinindən çıxıb uzanır. Müəllimə onu arxasınca dartıb aparır, canfəşanlıqdan o, hətta qabağa əyilib – eynilə köhnə bir monoplan səmada alabəzək reklamı dartırmış kimi.

Beləliklə, biz ailə cütlüklərinin xüsusi fenomeni ilə üz-üzəyik. Onlar ər-arvadlıqda qalaraq, artıq birlikdə yaşamır-lar: bunlar nə ənənəvi, nə də boşanmış ailələrdir. Ərlər özlərinin ayrıca yuvalarına daşınır, uzun gündüzləri və gecə-ləri özləri ilə baş-başa qalırlar. Onlar adətlər və vərdişlər əsirliyindən xilas olurlar. Bu necə başlanır? Ailə həyatının bir neçə ilindən sonra bir növ nəyi isə gözləməyə başlayırsan, bu barədə düşünmürsən də, sadəcə meşə ətəyində nədənsə diksinirsən, sakitcə dolana bilmirsən və başını qaldırıb nəyi isə axtarırsan. Lakin vaxt sərf etdiyimiz, vaxt itirdi-yimiz, vaxt öldürdüyümüz həyatın bütün hallarında və və-ziyyətlərində ortaya çıxan bu ürəksıxıcı duyğu – ələkeçməz olaraq qalır. Məgər belə deyil, dostum? Demək istədiyim budur: mənim dəlil-subutlarıma qarşı iltifatlı ol, onların yalnız kəmiyyət sarıdan güclü olduğunu düşünsən də. Bir-1 Fut – 30,479 sm-ə bərabər uzunluq ölçüsü.

14

dən görürsən ki, səndən də gənc kişilər, necə heyrətamiz bir yeyinliklə aramızdan gedirlər, miokard infarktların, em-boliyaların, anevrizmlərin, xərçəngin dürlü formalarının və

hər cür başqa çox tez inkişaf edən əlacsız xəstəliklərin biçib tökdüyü bu adamlar macal tapıb həyatlarının başlıca məq-sədinə yetmədən gedirlər. Bir an içində dikbaş həyasız, qəmgin melanxolikə çevrilir, böyük planlar və cəsarətli niy-yətlər miskin mənzərələrdə puçluğa gömülür, sifarişlə tikilmiş kostyumlar dolabda keçmişin kabusuna dönür. Bütün bu çığırğan, dediyindən dönməyən, inadkar işbazlar isə –

sən demə, onların bütün etdikləri əslində biabırçı dərəcədə

xırda, cüzi, önəmsiz imiş, sən demə, bütün bu hay-küy, çığır-bağır özünüreklam üçün imiş. Beləliklə, əllini haxladı-ğım bu yaşımda aşkar etdim ki, yalqızlığa olan bu qarşısıalınmaz meyil pandemiyya səciyyəlidir. Və öz kəşfimi elan eləyirəm. Mən heç də bütün tanışlarımın bəxtsiz-talesiz, də-yərsiz, vecsiz, tamarzı adamlar olduğunu demək istəmirəm. Ümumən, biz hamımız tamamilə doğru yoldayıq. Görünür, elə həyatın özündə hər şey gərək olduğu kimi deyil.

Madam ki, belədir – içmək və mənzilimə baxmaq üçün yanıma gəlmiş dostum Saşaya deyirdim, – mən hər halda nələrisə yazmışam, hörmət-izzət də, yetərincə pul da qa-zanmışam, mənim dörd uşağım var ki, onları sevirəm və

tez bir zamanda bir yana çıxaracağıma ümid eləyirəm. Arvadım dərrakəli və gözəl qadındır. Meşədə girov qoyub al-dığımız evimiz var, daha belə bir evimiz dəniz sahilindədir.

İstədiyim yerə səyahətə getməyə imkanım çatır. Özümə iş

üçün ən sevilən bohema1 rayonunda mənzil təşkil eləmi-1 Bohema – 1. daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi: aktyorlar, şairlər, rəssamlar və b.; 2. bu mühitdə yaşayan adamların pozğun həyatı.

15

şəm. Bu mənzildə hansı işlərlə məşğul olacağım haqda Encelin ən pis şübhələrinə gəlincə, əminəm, yalnız fit çalma-ğım yetər ki, mənimlə gecələmək təklifinə istənilən biri sevinclə razılaşacaq yarım düjün qadın tapılsın. Yarım düjün

– ən pis halda deyirəm. Onlar uzaqdan avtomobildə gələr-lər, başqa şəhərlərdən təyyarəyə minib özlərini çatdırarlar.

Ancaq mən heç kimə zəng eləmirəm, mən tərki-dünya ya-şayıram – çarəsizliyində ruhunun rahatlığını tapmış ada-mam. Küçədə özümü sərsəri kimi hiss eləyirəm. Gözlərim-də – yaxıcı ümidsizlik.

Böyrəyimdə – şiddətli sancı.

İlahi, Nyu-Yorkda bir az yaşayırsan və daha polis sire-nasına əhəmiyyət vermirsən: eşidirsən – başını da qaldır-mırsan. Budur, indicə mən öz doqquzuncu mərtəbəmin pəncərəsindən, aşağıda, Hyuston-stritdə, polisin tam heyət-də həbs keçirdiyini izləyə bilərdim: çəpəki saxlanmış üç polis maşını, bir cüt mavi-bəyaz motoroller, “Mobil” benzin kolonkasının yanında toplaşmış çoxlu polis və mülki ge-yimli detektiv və bir həbs edilən – qolları arxada qandal-lanmış arıq bir oğlan, onu damında qırmızı işıq fırlanan maşına itələyib salırlar. Mən isə sonuncu abzas üzərində tər tökürdüm və belə bir tamaşanı qaçırtdım.

Təbii ki, bütün ətraf qazanc ovuna çıxmış adamlarla doludur. Əyyaşlar özlərinin ağlasığmaz dərəcədə çirkli ya-ğa bulaşmış əsgiləri ilə yolun hərəkət hissəsinə çıxır və qırmızı işıqda dayanmış avtomobillərin ön şüşələrini silirlər, bundan sonra əllərini bəxşiş üçün uzadırlar. Onlar heç vaxt təhdid eləmirlər, ancaq siz, Nyu-Cersidən gəlmisinizsə, bu-nu bilmirsiniz. Sonra onlar səkiyə qayıdır, yenidən qırmızı işıq yanana qədər siqaret tüsdülədə-tüsdülədə gəzişir və

16

deyib-gülürlər. Soyuq havalarda onlar xırda yağ çəlləklə-rində ocaq qalayırlar.

Aşağıda qapıçı Cek özünün varlanmaq şansını qarala-yır. O, bir yerə mıxlanıb, burada hansı şansdan söhbət gedə

bilər? Ancaq o, iş adamı olub, görün onun yanından gün ərzində nə qədər adamlar keçir. Bu göydələndə, yəqin, beş-al-tı yüz adam yaşayır. Cek gülümsəyir, tapşırıqları yerinə

yetirir, bağlamalardan muğayat olur, çantaları gətirir, maşınlara, uşaqlara göz qoyur, çaypulu alır. Bundan başqa, o, süpürgəçi qadınlara, pəncərə yuyanlara, avtomobil mexa-niklərinə, dezinsektorlara vasitəçilik xidmətləri göstərir.

– Sizin qapıçınız Cek canlara dəyən oğlandır, – o deyir,

– amma yoxsuldur. İstəyirsiniz, o, sizin maşınınızı yusun?

İstəyirsiniz, onu qaraja qoysun? Əgər döşəməni pardaqlat-maq istəyirsinizsə, o, sizin üçün birovuz döşəməsürtən gö-türər və işdən sonra onu par-par parıldadar. Əgər sizə mebel gətirmək lazım olsa, o gedər və furqon tapıb gətirər.

Tosterinizi düzəldər. Divarlarınızı rəngləyər. Sizin qapıçını-zın əlləri qızıldır, o, universal xidmət bürosudur.

Sizin qapıçınız canlara dəyən oğlandır, amma yoxsuldur. Mənim isti alpaqa1 paltom var. Soyuq günlərin birində

o, məni diqqətlə gözdən keçirir.

– Bunu nə vaxt geyib köhnəltsəniz, məni yada salarsı-nız. Bax belə bir palto karıma gələr. – Hiyləgər təbəssüm, möhkəm dişlər, zövqlə geyinməyi sevir bu bığlı göyçək qa-ra oğlan. Elə şlyapam da onun xoşuna gəlir.

1 Alpaqa – 1. zool. Güney Amerikada lama fəsiləsindən ev heyvanı; 2. bu heyva-nın yunundan hazırlanan parça; 3. süni yun növü.

17

Əgər arvadımla xoş münasibətlərimiz belə davam etsə-ydi, hər şey necə də ürəyimcə olardı. Sonda, onsuz da hər şey öz yerində qalır.

– Sizin ən pis illəriniz geridədir, irəlidə nə varsa, yaxşı olmalıdır, – deyə frau həkim məni əmin eləyir. Olmalısa olsun da. Mən bəxtiyar sevgi idilliyasını, zərif duyğuların uy-ğunluğunu, yumşaq dodaqların sadəlövhcəsinə səxavətini, gülüş və arzu qabarmasını, fərəhli sabah intizarını təsəvvür etməyə çalışıram. – Başa düşün, sizin arzunuz – xəbərdar-lıqdır, – frau həkim deyir. O, mənim öləzimiş nikah bağları nəzəriyyəmdən açıq-aşkar məmnun deyil. – Siz elə bir son həddə yaxınlaşırsınız ki, ondan sonrakı istənilən nəticə, sizin bu saat özünüzə yönəlik çıxardığınız hoqqadan daha yaxşı olacaq.

Dostum Saşa da, bu çılpaq divarlara göz gəzdirərək, eyni şeyi dedi.

– Sən ya yığış gəl, ya da ki, köç get, – o, belə dedi.

Budur, bu günlərdə Encel ilə görüşürəm və biz Qadın siyasi klubunun xeyriyyə axşamına gedirik. Həmin yığınca-ğa ki, o dəfə, Moyra həmkarları ilə naharda təşkilini müzakirə eləyərkən, əri Bred öz rəfiqəsi ilə qəfil ora gəlib çıxmışdı. Xeyriyyə axşamı Bikmen-pleysdə dəbdəbəli apartament-lərdə keçirilir və ondan ibarətdir ki, öncə hamı kitabxanada yığışır və qədəhlərdən şərab sümürür, bundan sonra hamı qonaq otağına toplaşır və Brodvey şousundan müğənnilə-rin çıxışları proqramı başlayır: hər bir müğənni royalın mü-şayiəti ilə qadınlar haqqında mahnılar oxuyur. Mahnılarda deyilir ki, onlar necə güclü, mətin və ümumiyyətlə qiya-mətdirlər, hər şeyə dözməyi bacarırlar, digər tərəfdən də, qanad açmaq və ya kəpənək kimi uçmağı ruhlarına rəva bilmək üçün onlara necə cəsarət lazımdır. Oxuma başla-18

mazdan öncə, son anda Bredin necə aradan çıxdığını görürəm: ehtiyatla şərab qədəhini qoz ağacından “ar-deko”1 stilində olan masanın üzərinə qoyur və ön qapı istiqamətində

yox olur. Mən isə, gic kimi, uzaq divarın dibində, adamlar əyləşmiş stulların cərgələri arxasında ilişib qalmışam, odur ki, istər-istəməz konserti sona qədər dinləməliyəm.

Pianoçu qadın ton verir: lirik arpedciolar2, şou-bizne-sin bu şux akkordları və dramatik bas oktavaları səslənir.

Və budur o, mənfur Brodvey qəlblər oğrusu simasında təcəssüm olunan feminizm – ağız geniş açılıb, əllər havanı qucaqlayır, pulcuq qanadlı ovuclar bükülüb açılır, fotoqraf qadın isə bütün bunları lentə köçürmək üçün stulun üstünə

sıçrayır.

Ancaq proqramın sonuncu nömrəsi inanılmaz dərəcədə yaxşıdır, balaca bir müğənni qız çıxır. Budur, əsil zinət kimdəymiş: mahir dərzidə tikilmiş özünün bu dəbli bürü-şük kostyumunda və açıq yaxalı ipək bluzkada o, möhtə-şəm görünür. Əllərini jaketinin ciblərinə soxmuş müğənni qız, populyar amerikan mahnısını Piafın ehtiraslı coşqunlu-ğu ilə fransızca oxuyur, sonra isə əllərini ciblərindən çıxarır və qadın sevgisi haqqında bu mahnının mətnini qeyzlə in-giliscə söyləyir: o, geri dönmüş, ona ehtiyacı olan, onunla qalmaq istəyən kişiyə deyir: eybi yox, yaşayaram, itib-bat-maram! O, hər halda auditoriyanı canlandırmağı bacardı: mahnıda həmin kişiyə deyəndə ki, rədd olub getsin, daha onu qəbul etməyəcək, daha onu görmək istəmir və onsuz keçinər, qonaq otağından həyəcan dalğası keçir, hər yandan 1 “Ar-deko” – parlaq rəngləri və həndəsi formaları ilə fərqlənən dekorativ stil (XX əsrin 20 – 30-cu illəri).

2 Arpedcio – 1. akkordları əmələ gətirən tonları birdən deyil, bir-birinin dalınca götürmə üsulu; 2. bu üsul ilə çalınan akkord.

19

bəyənmə sədaları eşidilir və müğənni qız gedərkən, sonuncu sözləri atdıqda, – bu sözlər mahnıda yoxdur, onları müğənni özü fikirləşib: “Ey, dayan, axı hara gedirsən?”, – gerçək alqış partlayışı havanı titrədir.

Hərə bir tərəfə, mən isə aşağıya, poçt qutusuna, görüm, sonetlərimin1 əsmər gözəlindən məktub gəlməyib ki.

Eybi yox, bəlkə sabah gələr. Hələliksə ianələr haqqında bir qucaq xahişlə qənaətlənək: ilin sonudur, gəlir vergisini ödəmək zamanıdır, ianə edilən pullar isə hər necə olsa da vergi alınan məbləğə aid olunur. Balinaları xilas edin. Suiti balalarını xilas edin. Braziliya cəngəlliklərini xilas edin. Braziliya cəngəllikləri? Ah, belə de, onlar göz önündəcə yox olur, axı bunlar milyonlarla və milyonlarla kvadrat mil deməkdir. Braziliya cəngəllikləri məhv olur, onunla birlikdə

isə planetin bütün ekoloji sistemi məhv olur, iqlim zibilə

dönür, biz yeni bir buz dövrünə qədəm qoyuruq.

İlahi, ağlıma da gəlməzdi ki, Braziliya cəngəlliklərinin taleyinə görə təşvişə düşməli olacağam. Uşaqları xilas edin.

Öz alma materinizi 2 xilas edin, keşişə – evsiz azyaşlı fahişələr üçün Tayms-skverdəki sığınacağın rəhbərinə pul göndərin, Hüquqlar haqqında Billi 3 xilas edin, şəxsi odlu silahdan imtina edək, məktəbdə ibadəti ləğv edək, hinduları – köklü amerikalıları xilas edin, qaradərililəri xilas edin, bizim özü-1 Sonet – iki mürəbbe və iki müsəddəsdən ibarət olan on dörd misralı şeir.

2 Alma mater – latınca “bəsləyən ana” anlamını verir. Orta əsr Avropasında tələbələrin universitetə verdikləri kinayəli ad. Universitetin tələbələrə verdiyi mənəvi qida nəzərdə tutulur.

3 Hüquqlar haqqında Bill – (Bill of Rights) 1787-ci il ABŞ Konstitusiyasına edilmiş ilk 10 düzəliş. 1789-cu ildə qəbul edilib. Hüquqlar haqqında Bill 15

dekabr 1791-ci ildə qüvvəyə minib. Söz, mətbuat, yığıncaq, dini etiqad azadlıqlarını, kilsənin dövlətdən ayrılmasını, şəxsiyyətin toxunulmazlığını və s.

elan edirdi.

20

müzü özümüzdən xilas edin, ilahi pərvərdigara, bizi əyyaş-lıqdan, dəmrovdan xilas edin, bizi kosmosun zibillənməsin-dən, öz gülümsəyən seçilmişimizdən də, üzügülməz Çer-nenkodan da xilas edin, eləcə də, ilahi, bizi onların çərənçi-liyindən xilas elə.

Əksərən bu poçt göndərişləri heç mənim adıma da deyil, onlar 9E mənzilinin kimliyi bəlli olmayan sakininə ün-vanlanıb. Çox əcəb, ərazidə sənin gəlişindən məmnun olub-larsa, bu xoşdur. Bəs burada hansı yeniliklər var? On dörd yaşlı Kay Fançenin ölümündə çinli yeniyetmələr bandası-nın üzvlərindən şübhələnirlər, niyəsi: onlar bu günlərdə

Asiya mənşəli yuxarı sinif şagirdləri üçün keçirilən gecədə

dava salıbmışlar. Rəqs edən şeytanlar – banda belə adlanır, amma bir banda iş görən yerdə ikincisi də hökmən peyda olur. Rəqs edən şeytanların da qatı düşmənləri var – Yel kabusları. Kabuslar öz müştərilərini mühafizə edir, qanunsuz qumarxanalar saxlayırlar, ola bilsin, başqa nəsə alış-veriş-ləri da var. Şeytanlar da qonşu məhəllədə eyni şeylə məşğul olurlar. Arabir gizli Çin cəmiyyətləri arasında savaş başlanır və onda hamının gəlirləri aşağı düşür.

Mənim tanışlarımdan az adam bilər ki, əslən Sıçuan əyalətindən olan çinli mühacir botanik 1926-cı ildə Çin portağalı ilə Belçika portağalını calaşdırıb və bununla da amerikan sitrus sənayesinin başlanğıcını qoyub.

“Astor-pleys” metro stansiyasının girişində çinli qəzet-çilər maoçu vərəqlər satır. Çoxusu qızlardır. Çinlilərin bütün başqa işləri kimi, burada da onların işi yaxşı qurulub.

İndi metroda getdiyim zaman, məndə belə təəssürat yaranır ki, əsl səyahətə məhz burada, daha tanışlarımdan heç birinin baş çəkmədiyi – onların hamısı metronu çoxdan taksiyə dəyişib – yerin altında başlayırsan. Burada mən mü-21

hacirlər aləminə qayıdıram, telefon şirkətlərinin reklamla-rını oxuyuram, bəlli olur ki, bundan belə telefon soraq ki-tabçaları ispanca çap olunur, hm, maraqlıdır, stansiya plat-formalarında boya ilə çəkilmiş rəsmlər görürəm, bu da maraqlıdır. Əlüstü bir sirri anlayıram – mən nə vaxtsa bütün bu müəmmaların izahını tapacağam: Naska səhrasındakı xətlər, Pasxa adasının daş heykəlləri, Stounhens, içərisində

bircə adam da olmayan kabus gəmilər və sairə, –indi isə

qraffitinin sirrini izah eləmək istəyirəm. Qraffiti – tropiklərin günəşli həyatında şəhər sakininin ərp bağlamış ürəyinin kədəridir. Merə tapşırın, metro vaqonlarını parlaq tropik rənglərə boyasın, onda heç kim onlara rəng yaxmaz. Qulaqcıqlar da – maraqlı şeydir. Vaqonu gözdən keçirirəm: bir, iki, üç, dörd, hə, dörd nəfər xırdaca maqnitofonlara qo-şulmuş qulaqcıqlar taxıb. Amma budur, keçmişdən gəlmiş

bir gicbəsər – kitab oxuyur. Uşaqlıqda mən də metroda gedərkən kitabxanadan götürdüyüm kitabları oxuyardım; çərşənbə günləri allergiyaya qarşı iynə vurdurmaq üçün Ayarti xətti ilə həkimin yanına səfər etdiyim sürəkli həftə-lərdə, qalın cildli “Səfillər”ə qapılardım. Bilməliydim ki, Jan Valjanın həyatı mənimkindən daha acınacaqlı imiş. Lakin əjdahanın cəhəngində musiqi dinləmək? Cahillik halına qa-yıdaraq, dinlədikcə dinləyən bu adamlar kimdir ki? İnsanlar yazını düşünüb tapana qədər, dünyada ayrı təsəvvürlər sistemi hökm sürürmüş: səslər vücuddan ayrılır, adamlar nağıl danışır, ruhlar şamanların dodaqları ilə danışırmış, axı biz onda bütün vəhşi canlılara qardaş olmuşuq düzdür?

Allah-taala adamlarla danışmağa, yalnız onlar bu barədə

Bibliyada yazandan sonra son verib. Digər tərəfdən də, belə

baxanda, nə fərqi varmış? Siz adamlara qulaqcıqlar verirsi-niz – onlar bunları taxırlar, onlara ekran göstərirsiniz – on-22

lar ona gözlərini zilləyirlər, ovsun söyləyirsiniz – onlar transa düşürlər, oxuyursunuz – onlar təkrarlayırlar. Gah uzun, gah qısa paltar geyirlər, vaxt var idi barlardakı bütün bu korazehinlər başlarına enli kovboy şlyapası qoyurdular; mənə gəlincə, hələ papaq qismindən elə bir şey tapmamı-şam ki, başıma istədiyim kimi otursun, mən onların heç birində özümü yaxşı və rahat hiss eləmirəm; hər hansı biçimli yüngül fetr1 şlyapalar, Tirol2 şlyapası, ovçu şlyapası, qara-gül dərisindən papaq, beysbolçu kepi, beret, sukeçirməyən şlyapa, kasket3, furajka, tropik dəbilqə və dəmir taskülah –

bunların hamısı başımda sarsaq kağız qalpaqlar kimi görsə-nir. Şlyapalar dərd yarı, əynimə bütün paltarlar inəyin belinə yəhər oturan kimi oturur. Boyuma görə heç nə tapa bilmirəm, həmişə nə isə düz gəlmir: ya düymələr yerində deyil, ya kürəyi qırışır, ya qalstukla yaraşmır, ya da qalstuk-suz geyilmir. Vodolazka mənə yaraşmır – boynum yoğun-dur, konserv gözlüklər yaramır – gözlərim bir-birinə yaxın-dır, köynəyim qaydasında olanda isə – münasib şalvar yu-yucuda olur, jilet, idman şortu geymirəm, zəncir, brelok, sa-at, üzük, boyun dəsmalı və qara qalstuk gəzdirmirəm. Özümü yalnız köhnə sviterdə, sürtülmüş velvet şalvarda və ge-yilməkdən genəlmiş ayaqqabılarda rahat hiss eləyirəm, burada bir damcı da ədabazlıq yoxdur: yox canım, mən hara, Eynşteyn hara; məndən sənə heç bir xətər gəlməz, dünya; baxsana, mən necə xeyirxah, bir qədər əndişəli, fikri dağınıq subyektəm, şəhvaniliyə iddialı deyiləm, qəpikləri düşü-rüb, açarları itirirəm, çocuqca gülümsəyirəm, görkəmim qadınların mülkiyyətçi-qeydkeş diqqətini cəlb eləyir, mən hə-1 Fetr – ən zərif keçə.

2 Tirol – Avstriyanın qərbində federal ərazi.

3 Kasket – yüngül kişi şapkası.

23

lim və suyuşirinəm, mənim hər şeyə maraqcıl ağlım qəzəblə ağulanmayıb.

Deyilənlərə görə, Cinni ilə Nikdə hər şey qaydasında-dır, onlar, guya, can deyib can eşidirlər və mən onlara görə

şadam. Amma görün yaşı yenicə əllini haqlamış bu Nik nə

hoqqa çıxardıb, o, öz evinin zirzəmisində nəhəng bir çala qazdırıb. Onlar Filadelfiyada, xudmani bir evdə yaşayırlar.

Evin dörd mərtəbəsinin dördü də diqqətlə planlanmış və

dizaynın son sözü ilə zövqlə tərtib edilmiş bir cah-cəlal təcəssümüdür. Həm də, sonuncu mərtəbə bütünlüklə özünün məşğuliyyətləri üçün Nikin ixtiyarına verilmişdir. Burada fərdi bilgisayarlarla kabinet də, velosiped trenajoru və asma boks torbası ilə gimnastika zalı da var. Cinni televiziyada yerli xəbərlər proqramının rejissorudur, o, bütün günü işdə

olur; onların uşağı səhər tezdən Foksqlava, yaxud oxuduğu məktəb haradadırsa, ora gedir. Lakin Nik, bu yaxınlarda mənə öz mənzilini göstərərkən, darısqallıqdan şikayətlənir-di, deyirdi ki, Cinninin əlindən rahatlığı yoxdur, qadın ona əşyalar alır, sürprizlər düzəldir, gah kabinetə hansısa işıqlar quraşdırır, gah da ora on yeddi cildlik tam Oksford lüğətini qalaqlayır, onun havası çatmır, o boğulur. Məni zirzəmiyə

Bepul matn qismi tugad.

10 847,78 s`om
21 695,56 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
16 noyabr 2022
Hajm:
110 Sahifa 1 tasvir
Tarjimon:
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Yuklab olish formati:

O'xshash kitoblar