Kitobni o'qish: «İdeal yaddaş üçün 5 addım»

Shrift:

Andrey Kosenko

İDEAL YADDAŞ ÜÇÜN

5 ADDIM

İçindəkilər

Giriş.....……………………………………………………………5

1. Yaddaşla bağlı suallarla məşğul

olmağa necə başladım ……………………................................8

2. Qısa giriş …………………………………………………......9

3. Konsentrasiya …………………………………………….....10

3.1 Ətraf səslər ………………………………………………....12

3.2. Axının vəziyyəti ……………………………………….......15

4. Sözlərin assosiasiya və obrazlarla yadda saxlanması......18

4.1.Eksperiment keçirək!………………………………………18 4.2. Bu texnikanın köməyi ilə mücərrəd sözləri necə yadda saxlamalı ……..............................................................................22

4.3. Assosiasiyaların qurulması prinsipləri.............................23

4.4. Bəs, sonra ……………………………..................................24

5. Gün ərzində məhsuldar iş …………………………………25

6. Uzunmüddətli yaddaş üçün əsas məqam ………………28 6.1. Unutma əyrisi ……………………………………………..29

6.2. Yadda saxlamaq üçün ideal sxem………………………30 6.3. Necə istifadə etmək ……………………………………….31

7. Yaddaşın yaxşılaşdırılması üçün

ilk və ən sadə addım …………………….................................33

7.1. Birinci addım ……………………………………………....34 7.2. İkinci addım ……………………………………………….35

8.Yekunlaşdırırıq………………………………………………37

9. İnkişaf etmiş texnikalar ……………………………..........38

9.1. Unudulmuş bilikləri necə yada gətirməli……………….38

9.2. İnformasiyanın çox hissəsini necə yadda saxlanmalı …39

9.3.Əzbərçilik və uzun təkrarlama olmadan

şeiri necə öyrənməli............................................................39 9.4. Effektli konspektləşmə ……………………………….......40

9.5. Təkrarlama sisteminin təşkili ……………………….........40

9.6. Adları necə yadda saxlamalı …………………….............41

9.7. Xarici sözləri necə yadda saxlamalı……………...............41

9.8. İnkişaf etdirilmiş texnikaları necə əldə etməli……….....41

Giriş

Sizi bu kitabı açmağınız və inkişafla məşğul olmaq qərarını verməyiniz münasibəti ilə təbrik edirəm! Franklin demişkən: "Pulqabıda nə varsa öz başınıza tökün və onda heç vaxt onu sizdən ala bilməyəcəklər".

Özünüzə və inkişafınıza vaxt, pul və səylərinizi yatır-maq lazımdır. Ona görə ki, siz düz yolda deyilsiniz. Gəlin tanış olaq! (Tərcüməçi ilə)

Mənim adım

MİRZƏ İSKƏNDƏROV-dur. Mən gənc yazıçı, bloqçu, hə-vəskar aktyoram:

http://iskandarov.org

Artıq 5 ildən çoxdur ki, İnternetdən istifadə (2009-cu ildən) edirəm. İlk illərdə müx-təlif saytlardan şəxsi məqsəd-lərə, əyləncəyə görə istifadə et-mişəm. Amma əsasən proq-ramçılığa marağım son 2-3 ildə artmağa başlayıb. Bu zaman-larda onlarla saytı yaratmış, idarə etmişəm. 2010-cu ildən, rayonda yaşadığım dövrdə, kənd Mədəniyyət Evinə getdim: "Əvəsor Folklor Xalq Kollektivi"nə, Şəhriyar adına teatra üzv oldum. Mədəniyyət tədbirlərində – "Novruz 2012", "Novruz 2013", "Novruz 2014", "İstedad 2012", "İstedad 2013" və s. – iştirak edib mükafatlar, diplomlar qazandım.

Yazıçılığı özümdə kəşf etdiyim dövrlərdə proqram-çılığın bir sahəsi olan Blogerliyə həvəsim oyandı və bloq ya-ratdım. Bu vaxtlar pulsuz hostlarda özümü inkişaf etdirir-dim. Domen adının həm uzun, həm də istədiyim dizaynda qura bilməməyim öz Şəxsi/Rəsmi bloqumu İnternetə "cala-maqla" nəticələndi. Sonralar isə müxtəlif vaxtlarda yazmış olduğum bir neçə yazını orada "Dünya İnternet Toru"na yay-dım.

Əsl yazıçılıq yolunda çox yaxşı insanlarla tanış ol-dum. Bununla bağlı tədbirlərdə, gecələrdə iştirak etdim, YYSQ`ya (Yeni Yazarlar və Sənətçilər Qurumu), müxtəlif ədəbi qurumlara, birliklərə üzv oldum, dərnəklərə getdim və müəyyən mükafatlar qazandım. 2013-cü ilin mart ayından isə üzv olduğum YYSQ`da Cənub bölgəsi üzrə əlaqələndirici vəzifəsinə layiq görüldüm.

Özümü motivə etdiyim zamanlarda Rus saytlarından daha çox istifadə edirdim, çünki Azərbaycan internet baza-sında bəzi məlumatlar yox idi. Və bununla çox maraqlı mə-lumatları: blogerliyin sirləri, saytların qurulması, oratorluq haqqında və sairə yazılmış dərsləri izlədim (Oratorluqdan aparıcılıqda və video dərslərin hazırlanmasında istifadə edi-rəm). Bir gün YouTube video axtarış sistemində qarşıma yaddaşla bağlı video çıxdı və mən onu izləyib təlimata uy-ğun Rus dilində olan "İdeal yaddaş üçün 5 addım" kitabını əldə etdim və oxudum. Çox maraqlı taktikalar, günlük eks-perimentlər, müxtəlif təbii bitkilərin istifadə üsulları yazıl-mış bu kitab mənə çox şeyi öyrətdi və mən fikirləşdim ki, ni-yə Azərbaycanda belə bir kitab olmasın. Və kitabın müəllifi Andrey Kosenko ilə əlaqə saxladım. Kitabın tərcüməsinə ra-zılaşandan sonra başladım tərcüməyə…

İnanıram ki, bu kitaba görə siz daha uğurlu, daha gö-zəl düşüncələrlə gələcəkdə addımlayacaqsınız. Uğurlar!

Kitabın müəllifi

Mənim adım ANDREY KOSENKO-dur.

Mən "Romantika və Sevgi Dün-yası"nın – http://world-of-love.ru saytının müəllifiyəm.

Kitabı yazdığıma (2009-cu ildə) qədər artıq 10 ildir ki, özünü inkişaf etdirmə və özünü təkminləşdirmə (informasiyanın yadda saxlanması və yaddaşın, təfəkkürün inkişafı, improviza-siya; şəxsi intizam, təşkiletmənin inkişafı) ilə məşğul oluram.

Mən həmişə inkişaf edi-rəm və bu çox maraqlıdır. Rusi-yanın şimalında, kiçik şəhərdə doğulmuşam və məktəbi bitirmişəm. Ali təhsili isə Sankt-Peterburqda almışam, bir il Moskvanın beynəlxalq şirkətlə-rinin birində müdir vəzifəsində çalışmışam, son bir neçə ildə internet saytlarının yaradılması ilə (300-dən çox) məşğulam.

Məmnuniyyətlə, hər gün inkişafımda mənə yardımçı olan biliklərimi sizinlə bölüşəcəyəm! Uğur olsun!

***

1. Yaddaşla bağlı suallarla məşğul olmağa necə başladım

Yaddaşla bağlı mövzularla məşğul olmağa necə baş-ladığımı sizinlə bölüşmək istəyirəm. Həmişəki kimi hər şey bir qadına görə oldu. Mən universitetin ikinci kursunda oxu-yurdum. Bir gün hansısa yığın-caqda gözəl və həm də bir az ləçər qadınla rastlaşdım. Bir az danış-dıq. Onun xoşuna gəlmək üçün Mayakovskinin şeirinin bir bən-dini oxudum.

"Fəqət

sevinc vermir mənə heç bir cingilti

sənin sevgili adının

cingiltisindən başqa.

Atmayacağam

bir boşluğa özümü,

zəhər içməyəcəm".

Bununla da söhbət davam etdi. Qız soruşdu ki, özüm şeir yazırammı. Məndə: yox, yazmıram, bir-iki dəfə cəhd et-mişəm, amma alınmayıb. Nə vaxt ki, ayrılmaq zamanı gəlir-di və növbəti görüşü təyin edirdik, o, deyirdi: əgər mənə yeni şeirlər oxusan – dostluğumuz davam edəcək.

Bu məni çox maraqlandırdı, mən yeni-yeni məlu-matlar axtarmağa başladım: şeirləri effektli, məhsuldar necə öyrənməli. Ona görə ki, əvvəllər mən hər kəsə tanış olan üsulla öyrənirdim. Əvvəl ilk bəndi öyrənir, onu baxmadan üç dəfə təkrar edirdim, sonra ikinci bəndi, sonra da 2 bəndi eyni vaxtda təkrarlayırdım – əgər hansısa yerdə çaşırdımsa yenidən başlayırdım. Bu çox vaxt alırdı və mən şeiri tez əz-bərləməyin üsullarını axtarmağa başladım. Yoxlayırdım və nəticə də görürdüm ki, məndə hər şey effektli alınır.

Bununla yanaşı rəqəmləri yadda saxlamaqla maraq-lanır, məşq edirdim. Tezliklə, mən 20 dəqiqəyə 100 ikirə-qəmli ədəd yadda saxlayırdım. Bu da qızı təəccübləndirmək üçün növbəti addım idi.

Sonra da rəqəmləri yadda saxlamaqla yanaşı kartla-rın dəstələrini yadda saxlamağa çalışırdım. O qədər məşq et-dim ki, 52 kart daxil olan 2 dəstə kartı qarışdırıb masanın 2 üstünə düzürdüm və yadda saxlayırdım. Sonra isə cüt-cüt açaraq adlarını deyirdim. Hətta elə olurdu ki, 2-3 səhvdən başqa hamısını düz açırdım.

Bu mərhələdə qızla münasibətim qırıldı, o başqa biri-sini sevdi, amma mən ona həmişə minnətdaram ki, o mənim həyatımda olub. Mən çox xeyir gördüm, özünü inkişaf üçün çox irəlilədim və bəlkə də, ona görədir ki, bu kitabı indi oxu-yursunuz.

2. QISA GİRİŞ

Biz kitabda 5 texnikanı araşdıracayıq, onlardan qısa zamanda istifadə və yaddaşla bağlı suallarınıza cavab tapa-caqsınız.

Birincisi – konsentrasiya. Mən gördüyünüz işə öz diqqətinizi necə toplamaq barədə danışacağam. Nəticədə, sizin məhsuldarlığınız, diqqətiniz və əlbəttə ki, yaddaşınız artacaq, ona görə ki, biz fikir verdiyimiz şeyi yadda saxlayı-rıq. Məhsuldarlığınızın artması isə düşünürəm ki, çoxlarını maraqlandırır.

Sonra biz sözlərin obraz və assosiysiyaların köməyi ilə yadda saxlanılmasını nəzərdən keçirəcəyik. Mən sizə ye-ni bir teorem verəcəm və biz eyni zamanda onu praktikada yoxlayacağıq. Siz özünüz bunun effektli olmasına əmin ola-caqsınız və sonralar onu tədbiq etməkdə çətinliyiniz olma-yacaqdır.

Növbəti bənddə mən günü necə maksimum səmə-rəli keçirtmək lazımdır, işdən necə yayınmamaq, səhvsiz bir gün necə olmalı suallarını araşdıracağam.

Dördüncü məqam – uzunmüddətli yadda saxlamaq medotları. О çox vaxt belə olur, kitab oxudun, elə bil hər şey yadındadır, amma iki-üç gün keçir və artıq sən hansısa de-talları unutmuş olursan. Məhz bu blokda bundan necə qur-tulmağın yollarını araşdıracayıq.

Növbəti moment, beşinci: mən sizə birinci və yaxşı addımı, yaddaşın yaxşılaşmağa doğru yollarını danışaca-ğam. Bu ən maraqlısıdır.

3. KONSENTRASİYA

Konsentrasiya nə üçündür? Onun üçündür ki, işə bütünlüklə diqqətinizi cəmləyəsiniz, bütün diqqətinizi ona, gördüyünüz işə yönəldə biləsiniz. Həm də bu sizin yad-daşınıza təsir edir: nə qədər siz diqqətinizi bir şeyə cəlb etsə-niz, o qədər də materiala "qərq" olacaqsınız, nə qədər mate-riala qərq olsanız, o qədər də çox yadda saxlayacaqsınız. Əgər, diqqətli deyilsinizsə, əgər siz "bayquşları tutursu-nuzsa", onda çox az bir şey yadda saxlayacaqsınız.

Aromatik efir yağları

İstəyirəm aromatik yağlara müraciət edim. Mən sizə aroma lampanı istənilən aptekdən almağı məsləhət görü-rəm. Qiyməti çox da baha deyildir – təxminən, 20-25 ma-nat. Aromalampalar müxtəlif firmalardan olur, prinsipcə isə quruluşu eynidir. Bu böyük olmayan qabdır, hansı ki, içinə su və yağ damcılanır. Aşağıya, yəni lampanın aşağısına sadə bir dairəvi yanan şam qoyulur.

Siz şamı qoyursuz və onu yandırırsız. Qaba bir qədər su tökürsüz, aromatik yağı ora damcılayırsız – 5-7 damcı orta otaq üçün kifayət qədərdir. Su istiləşir, yağ dəmlənir və otaqda xüsusi iy yaranır,      hansı ki, konsentrasiya və yad-da saxlamağa yardımçı olur.

Ümumiyyətlə bu iy kəskin deyil. Mümkündür ki, siz hətta onu hiss edə bilməyəcəksiniz, ona görə də bu iyi tez alışacaqsınız. Amma bu beyinə təsir edir, sizin kon-sentrasiyanıza və əhvalınıza.

Mən belə hər gün bir neçə dəfə edirəm. Aromatik yağlar, hansı ki, mən məsləhət görürəm: evkolipt, limon, na-ringi, rozmarin – bunlar həmçinin, yaddaş və konsentrasi-ya üçündür. Siz onlar praktiki olaraq hər bir aptektə ala bi-lərsiniz.

3.1. ƏTRAF SƏSLƏR      

Konsentrasiya üçün növbəti moment – bu sizi əha-tə edən səslərdir. Ətraf səslər başda diqqət yaradır, hansı ki, bu çox önəmlidir. Əgər siz tamamilə sakitlikdə işləyir-sinizsə, deməli, sizin diqqətiniz yalnız daxilinizdədir və siz tez yorulursunuz. Əgər xarici qıcıqlandırmalar mövcud-dursa (lakin çox da güclü səslə deyil), hansı ki, siz onlara gö-rə işdən yayınmırsınız, bu fon diqqət yaradır və siz daha çox işinizə qarşı konsentrasiyalı (diqqətli) olursunuz.

Bepul matn qismi tugad.

6 383,58 s`om
12 767,17 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
16 noyabr 2022
Hajm:
54 Sahifa 45 illyustratsiayalar
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Yuklab olish formati:

O'xshash kitoblar