Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Основной контент книги SƏMƏRQƏND
Matn

Hajm 340 sahifa

0+

SƏMƏRQƏND

Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

42 185,46 s`om
10% chegirma bering
Maslahat bering ushbu kitobni do'stingiz sotib olganidan 4 218,55 soʻm oling.

Kitob haqida

Atama ithaf edirəm

İndi Səmərqəndə bir nəzər sal! Yer üzünün ilahəsi o deyilmi? Bütün şəhərlərin taleyi onun əlində deyilmi?

Edqar Alan Po

(1809-1849)

Atlantik okeanının dibində bir kitab yatır. Nəql edəcəyim hekayət də məhz o kitab haqqındadır.

Bəlkə də bu hekayətin sonunu bilirsiniz, o dövrün qəzetləri bu haqda yazmışdı, o, bədii əsərlərin belə mövzusuna çevrilmişdi. 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə “Titanik” gəmisi Nyufaundlənd yaxınlığında batarkən onun qurbanları içərisində ən məşhuru bir kitab oldu: iranlı müdrik filosof, astronom Ömər Xəyyamın “Rübaiyyat” əsərinin yeganə əlyazması.

Ancaq mən bu dəniz faciəsindən söz açmayacağam. Onsuz da faciənin miqyasını kifayət qədər dollarlarla dəyərləndiriblər, ölənlərin sayı haqqında məlumat verib, hətta son sözlərini də qələmə alıblar. Həmin hadisədən altı il ötməsinə baxmayaraq, bir zamanlar sahibi olduğum o dəri və mürəkkəbdən ibarət varlıq hələ də ağlımı qurcalayır. Onu doğulduğu Asiya torpaqlarından qoparıb alan mən deyildimmi? Mən, Benjamin O. Lezaj. “Titanik” gəmisinə mənim çamadanımda minmədimi? Onun minillik güzərgahını dəyişdirən dövrümün lovğalığı deyildisə, bəs nə idi?

Həmin gündən bəri dünya getdikcə daha çox qana boyandı, daha çox qaranlığa qərq olmağa başladı. Mənə gəlincə, həyat bir daha üzümə gülmədi. İsrarla keçmişin xatirələrini yaşatmaq üçün, məsum bir ümidlə, “bir gün onu tapacaqlar” xəyalı ilə insanlardan uzaqlaşdım. Öz qızıl qutusunda dənizin gün işığından xali dərinliklərindən çıxacaq və taleyinə yeni bir macəra əlavə olunacaqdı. Barmaqlar ona toxunacaq, onu açacaq, içinə nüfuz edəcəkdi. Ona həbs olan gözlər tarixçəsini səhifə-səhifə izləyəcək, başına gələnləri oxuyacaq, şairi, onun ilk sətirlərini, ilk eşq sərxoşluğunu və qorxu anlarını kəşf edəcəkdi. Və bir də Haşaşinlər təriqəti!.. Nəhayət, boz və zümrüd yaşılına boyanmış bir rəsmin qarşısında donub qalacaqdılar. Rəsmin üstündə nə tarix var, nə də imza. Sadəcə, ümid və ya məyusluğu ifadə edən bu sözlər var: “Səmərqənd! Dünyanın əzəldən günəşə baxan ən gözəl üzü”.

Kiring, kitobni baholash va sharh qoldirish uchun
Kitob Амина Маалуфа «SƏMƏRQƏND» — veb-saytda onlayn o'qing. Fikr va sharhlar qoldiring, sevimlilarga ovoz bering.
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
12 oktyabr 2022
Hajm:
340 Sahifa
ISBN:
9789952265989
Mualliflik huquqi egasi:
Qanun