Kitobni o'qish: «Payıza qədər»
Allahverdi Eminov
Payıza qədər
PAYIZA QƏDƏR…
PAYIZDAN SONRA YAŞASAQ…
Allah eləsin iki belə payız ömründən artıq ömür sürək. Amma arxada həsrətlə qoyduğumuz bu həyatın dadı-duzu, lap acısı da yaddaşımızdan silinməsin. Çatdığımız ocaq alışıb yanandan sonra sarı şöləsi qalır və onun işığına əlimizi uzadıb qızınırıq. Çox şeydə adamın bəxti gətirməyəndə ya Dünyamızdan şikayətlənirik, ya da həyatımızdan gileylənirik. Buna baxmayaraq zərif ümidə bel bağlayırıq. Vay o hala ki, gördüyümüz, yaşadığımız həyatın çatdığı ocağın şöləsində isinməyə qoymasınlar. Bəli, acı da olsa belə qadağalar qabağımıza çıxıb. Və bu qadağaların xeylisi adamın özünə, onun varlığının sirlərinə tuşlanıb.
Elə götürək, qadın-kişi münasibətlərinin intim çalarlarını. Kişi bir qadına meylinin oyatdığı mənəvi-fizioloji qiymətini inkarmı etməlidir? Niyə? Nə üçün? Halbuki kişi və qadın münasibətləri psixologiyasının bəxş elədiyi qeyri-adi təbii hissi yaşamalı, onu qiymətləndirməlidir. Eyni zamanda gənc qızlar gələcək həyat və zövq yollarında qadınlıq ləyaqətinin həyati istəyini qabaqcadan qiymətləndirməyi bacarmalıdırlar. Və həm də yaşın payız zirvəsində adamın kövrək sözə, qəmli xatirəyə böyük ehtiyacı olur. Allah amanatında payıza qədər və payızdan sonra yaşayıb, müəllifə rəhmət (diriyə də rəhmət düşür) deyərsiz.
Kim bilir, bəlkə də payızdan sonra bir də görüşdük?!
Müəllif

ÖN SÖZ ƏVƏZİ
MƏNİ QINAYACAQSANMI?
Bəlkə də qınadız ki, ay müəllif, sizi nə məcbur elədi qələmin ucunu çevirdiz qadın-kişi münasibətlərinə? İntim yaxınlığın çalarlarına?
Suallar illərlə hisslərimi tarıma çəkib, özüm də bilmirəm niyə? Doğrudanmı lazım deyildi.
Və günlərin bir günündə – bir yaz yağışında üzümü Dünyaya tutdum:
–İnsanları gətirən, ona hədsiz-soraqsız arzular bəxş eləyəm Dünyam, nədəndir bu yaz yağışında qəlbimi coşdurursan, özümə sığışmıram. Nə sirdir bu?
Bir səs yağışın ağappaq rəngindən çıxdı, sözümü tamamlamağa qoymadı:
–Mahnıları dinləyəndə hansı dünyanı yaşayırsan? O dünyanı ki…
Onun sözünü tamamlamağa imkan vermədim:
– Onu xırdalamazlar, gözəlliyi də ondadır.
Özümdə deyildim, özümü unutmuşdum. Özümə gəlmək istəyirdim, özüm də yaşamaq istəyirdim.
… Yaddaşımda eləcə qalıb, eşitdiyim o mahnı. Müğənni yanıqlı səslə oxuyurdu: “Yarım, ölmək istəyirəm sənin qucağında…”
Müğənni can atırdı yarının ağuşuna. Və bir boğazdan sonra müğənninin səsi çiçəklədi. Yarı çəkilmişdi, hicranın sızıltısı vüsalda qəhqəhə çəkirdi.
Səs almışdı məni, “Ölüm sənin qucağında”. İlahi, ölüb-dirilmək mümkünmü? Şairlər çox cəhd eləyiblərsə, misralara baş vurublarsa… Mən niyə beləcə titrədim? Səs almışdı məni: “Ölüm sənin qucağında”. Son nəfəsdə kiminsə ağuşunda canı tapşırmaq mümkünmüş. Ruhun kəpənək qanadında ovxarlanar, çilənər bir qadının sinəsinə. Və bu ağ sinə kəsərsiz qılınctək işığında boğular.
Səsi götürmüşdü məni: “Ölüm sənin qucağında”.Son nəfəsində bir vücudun ağuşunda can verib… ölmək?!
Hə, musiqinin sədalarını sərbəst buraxaq, ona görə ki, bu elə-belə təsadüfi hiss deyil və elə-belə də xatırlamadım yarsız qəlb evinə süzülmüş musiqini. Oxucum, bir qədər elmi çıxsa da sözlərim, səbrini bas. Axı, hər şeyin “gizli” tərəfi də olur.
Erotik (şəhvani) incəsənət məsələsi bəllidirsə, amma o, hələ mürəkkəbliyində qalır. Və burada “üzbəüz” priyomlar işə yaramır. Təsviri incəsənətdə, ədəbiyyatda erotizm səviyyəsini hələ ki, əyani surətdə, birtəhər, təsvirin məzmununa müvafiq müəyyənləşdirirlər, baxmayaraq bu, şərtidir. İncəsənətdə isə nəyi yox, nəyin necə təsvir ediləcəyi vacibdir. Bəs musiqidə, hansı ki, insanın duyğularını həm də şəhvət çalarlarına aparır. Mütəxəssis hesablamasına görə kişilərin 7 %-i, “təmizlənmiş” seçmə qadınların 23 %-dən 29%-ə qədəri boynuna alır ki, musiqi onlarda cinsi coşğunluq əmələ gətirir. Burada oxumuşlar səviyyəsindən gəlmə fərqlər mövcuddur və amerikan alimi Kinzinin hesablamasına inanıb deyək ki, kolleci bitirmiş kişilər və qadınlar təhsilindən asılı olmayaraq klassik, az təhsilli (kəmsavad) kişilər isə populyar musiqidən daha çox ehtizaza – cinsi coşğunluğa gəlirlər. Kolleci qurtarmış qadınların 19%-i, kişilərin 22,5%-i və kollecdə oxumayan kişilərin 40%-i göstərir ki, onlara musiqinin məzmunu deyil, ritmi təsir edir. Beləliklə, musiqinin erotik qavrayışı şəxsiyyətin estetik mədəniyyətindən və bir sıra başqa amillərdən asılıdır.
Cinsi coşğunluqda musiqini ritmlə, sözlərlə qiymətləndirmək lazım gəlir, qeyd eləyək ki, bir sıra kişilər (Kinzinin “təmizlənmiş” seçməsində 48%) öz-özlüyündə cəld hərəkətdən cinsi coşğunluq məqamına çatırlar.
Hə, deyəsən unutdum yaz yağışını. Birdən xatırladım ki, heç kəs olmaya, tənhalığımda gur yağış başlaya, üzümü tutam qız öpüşü qədər sadəlövh və kinsiz yaz yağışına, hey islanam, bədənim uçuna. Birdən qanrılam ki, çılpaq bədəndə bir qadın islanmış üzünü əllərinə bulayıb. Yuyunmuş saçlarını zərif işıqda yandırır. Sulu gözləri ehtirasından utanır.
Bu xatirəydimi, yoxsa yaddaşımda səsini eşitdiyim qadın idimi?
Tale ona nə bəxş eləməmişdi. Boy-buxun, ətli və ehtiraslı baldır, seçimli gərdən. Çiyinlərindən asılan, özünü intihar eləyən hörüklər. Və bir də…
Onunla görüşlərimi çözələdim bu yaz yağışında. O, necə gəlmişdi, nə üçün özüylə ehtirasını barışdırmışdı? Dünən o, mənimçin hansı ovqatını bölüşmək səadətinə sevinmişdi? İlahi, məni niyə bu yaşımda titrək ürəkli eləyirsən. Oxucum inanar mənə, yazı masamda güzgü bələnib öz işığına. Elə bu dəqiqəmdə boylandım və gözümün nəmliyini görüb üzümü yana çevirdim. Ölməyən kimdi dünyada? Ölməkdən yaxasını qurtaran olubmu dünyada? Bəs haradan gəldi ağlıma:
– Əbədi həqiqətə tabe oldum və sığındım ona:
– Ölüm sənin qucağında. Oxucum pıçıldayacaq:
– hər istəyin tükəndimi? Ona görəmi ölmək istəyirsən yarın ağuşunda? Cavab verimmi? Ölmək istəmirəm, amma ölmək istərəm yarın sinəsində…
O, görüşümdə təmkinli aparırdı özünü. Otağa ayaq basanda eləcə oturur, ətli baldırını çəpəki saxlayırdı. Güzgü yaxşı ki, baxışımı qovuşdururdu ilğım rəngli baldırına. Gör, nə dağ çəkir bu baldırın işığı. Elə bil su axarında nəyinsə həsrəti axır, axırdı… Saf su yuyurdu baldırı, amma apara bilmirdi. Onun ləngərli bədənini aşağı çəkən gərdəni yaymalanırdı, titrəyirdi. Ətli və yaraşıqlı qolları ehtirasın gümüş “qıfılını” açmaq üçün qalxırdı, enirdi. Darıxırdı özünə sığışmayan bu qollar.
Qapqara, əbədi nəvazişə möhtac saçları. Qapqara göz kimi özüylə güzgüdə görüşürdü. Qəşəng və mavi sifəti? Ətli və qanlı dodaqları? İri və qaynar gözləri? Eşitmədiyim səsi? İlahi, sənnən həmişə razıyam. Həmişə istəyimə səxavətlisən. Sən məni nə dahi eləmisən, nə də pullu. Amma məni sağlam ürəkli, sağlam bədənli yaratmısan. Daha nə istəyim olar sənnən?
O, özünün gözəlliyini təqdim eləyərdi. Çırpınar, bütün günü çimdiyi şəfəqlərə sığınardı gözümün qarasına. Çəkməzdi bu şəfəqləri, yandırardı bəbəklərimi.
Handan-hana ağ barmaqlarını toxundurardı üzümə. Mənə elə gələrdi insanı öldürməkdə aciz olan cərəyan da var, amma insan bədəninin hər anı üçün deyil bu cərəyan. Sonra ətli dodaqlarını yapışdırardı dodaqlarıma. Sən demə, qadın dodaqları arı şanından yaranıbmış. Görəsən bal arılarının xəbəri varmı bundan?
Bu dəqiqələrimdə yumardı gözlərini və gözlərindən sıxardı ehtirasını, üz-gözümü qarsıdardı. Ayağa durar, qadın qamətiylə sarılardı mənə. Deyərdi: – Əzizim, bax güzgüyə. Və bu an səsi azca codlaşardı.-Belimi möhkəm sıx özünə, ağrım dağılsın ayaqlarım altına. Bax, beləcə, beləcə.
Onun ehtirasdan boğulan səsi içində kəsik-kəsik doğranardı, ağır xəbəri gətirən kağız tək. Mən qışda əlimə düşmüş nar kimi sıxardım onu. Və qıpqırmızı nar gilələrinin şirəsi sıçrayardı üzümə.
… Gözümü yumuram, gözləri acizliyini anlayır. O, asılı qalıb sarı sim kimi. Mənim vücuduma toxunduqca qəribə səs eşidirəm. Bu səs qulaqlarımda apaydın nəsə oxuyur: Öləndə mənim ağuşumda öl, əzizim. Taleyindən bunu arzula.
Çarpayı nə yaxşı açıqdı. Oxucum, yumşaq yatağın gözəlliyini duyursan. Çox şey asılıdı qadın yolunu gözləyən çarpayıdan. O, çarpayıya uzandı. (Bu anlar kişinin ən böyük qələbəsidir!) O, günəşin həsrətindən baltalanan budaq tək özünü çarpayıya sərmişdi. Dümağ çarpayıya elə bil sarımtıl-qızılı yarpaq budağı düşmüşdü. Mənim nəfəsim toxuncaq bu vücud titrədi. Yox, uçundu, uçundu. Və bir ahımla saralmış yarpaqlar yaşıllaşdı! Mən şahidi oldum bu möcüzənin qüdrətinə!
Onun qəribə pıçıltısı vardı. Bu, dərinlikdən havaya can atan nikbin insan hıçqırtısı kimiydi. Duyurdu yaşayacaq, özünü özündə tapacaq bir qadın səadəti.
Qadın ecazkar məxluqdur. Biz kişilərə elə gəlir qadın yaşadıqca, özünün qadınlıq “borcunu” verdikcə yüngülləşir. Yox, bu fiziki sərvətdir ki, kişi vücuduna qovuşmalıdır.
Qadın kişiylə yaşadıqca mənəvi sarsıntıdan əzab çəkir, fiziki sərvəti hansısa qeyri-adi bir qüvvə qoparıb çıxarır. O, mənim üçün beləcə yaşayırdı. O, mənim varlığımı beləcə burulğana salıb qəhqəhə çəkirdi. Vay o günə- belə qadın sənin payız ömrünə qəhqəhə çəkə!
… Onun yumşaq və qüvvətli qolları arasında Dünyamı görürdüm. Bu dünyam işıqlıydı, bu dünyam xoşbəxtdi. Dünyam, sən qadınla nə qədər zəngin görünürsən. Sənin qiymətini niyə pulda, sərvətdə axtarırılar? Mənim Dünyam, sən mənə əvəzsiz qadın bağışlamışdın. Nə istəməliydim səndən?
Eh, sözü hara hörürəm?! Xatirədən əbədi başdaşımı qoyuram?! Pıçıltısı çilik-çilik səpələndi gözlərimə. Yandırdı göz bəbəklərimi. Yumdum və dəhşətə gəldim. Qadın qollarım arasında axırdı. Qorxurdum suya dönər, qaynar suya çevrilib buxarlanar. Açdım gözlərimi. İşıq! Bu işıq selində o, ehtirasını pələngin pəncəsindən qoparan cəngavərə bənzəyirdi. Yox, yanılmışdım. O, bir otağa sığınmış işığa təslim olmuşdu. Təslim olmaq mümkünmüş, ilahi! Pıçıldadı:
–Əzizim, xoşbəxtəm. Sən mənim içimdəsən. Bilirsənmi, bu dəqiqələrimdə məndəsən?
Dəhşətli səslənən bu nidanın fərqi yoxdu mənimçin.
– Sən yoxsan, əzizim. Səni bir “ahım” kimi udmuşam. Xəbərin varmı? O, içimdə tüstülənir.
– Hələ danışma, sən Allah, bircə dəqiqə səni mən də udmuşam, Ahum.
Səsi bir anın içində alovlandı, külü saçlarıma dağıldı. Bircə onu hiss elədim, ağuşumda bir qadın uçunur. Buz baltası kimi bədəni yaz yağışında titrəyir.
–Tərpənmə. Ah… – Güclə qopdu dodaqlarımdan bu səs. Güclə dodaqlarımdan uçub canını tapşırdı bu səs.
– Tərpənmə. Ah… Yavaş-yavaş duyuram. İstəmirəm qayıdam özümə. Ruhum çıxıb mənnən, yoxdur, dodaqlarımı yandırır ruhum. İstəmirəm ruhum məni tapsın. Vallah, istəmirəm! Bəlkə, can verir? –Öp, öp, sən Allah!
Qadın beləmi can üstə olur? Mən onun dodaqlarından uçan ruhunu görürdüm, çiçəyə qonmaq istəyirdi, kəpənək ruhuna dünmüşdü. Qadınlar niyə bu qədər bədbəxt doğulur. Yalnız bir dəqiqə. Bütün ömrünü xəyanətə qurban verən qadınlar dünyanın məkrini bir dəqiqə səadət üçünmü boyunlarına götürürlər?
O, danışırdı, sözləri də sanki sahibiylə bir yaşamışdı və soyumuşdu. Güclə süzülürdü narın göz yaşında. Mən qanrıldım, yanpörtü qucaqladım onu. O, dənizdən sahilə atılmış gücsüz balığa dönmüşdü. Yadıma Qoca və Dəniz düşdü. Ey zavallı qoca, dərin okeanın içərisindən niyə tutdun güclü, çılğın balığı? Ona görəmi balığı ketlərə yem eləyəsən? Ey insafsız qoca, axı bir gün sənin özünü cavanlığın əlindən qoparıb cavan qadınlara yem eləyəcəklər və bu qadınlar sənin ömrünə güləcəklər.
İçərimdən güldüm o ki var. Hələ o cür ürəkdən gülməmişdim!
Mən tövşüyən nəfəsini apaydın eşidirdim. Ehtiras indi-indi sarırdı varlığını. Kişi şəhvətinin ecazkar yanğısında o, özünə qayıtmamışdı. Qayıdacaqdımı?
Mahnı üçün darıxdım, qəribsədim. Kimdi mənimçin mahnı oxuyan? Niyə yazıqları gəlmir mənə? Oxuyacaqları mahnı axardı, qovuşardı sulara. Və nəhayət gəlib tapardı məni. Gərək Qədir oxuyaydı. Qədir ayaqlarını uşaq kimi yerə döyüb deyərdi: “Elə yar, yar deyirlər, heç məni demirlər…”
Gülümsəyirdim, pıçıldayırdım:
–Ölüm sənin qucağında…
Həqiqətən, sirri gizlətmək çətinmiş. Mən yazdıqlarımı pıçıldayırdım. Axı, yanımda heç kəs yoxdu. Sən demə, bir səs alıb məni. Gözəl qadının məlahətli səsiymiş bu.
– Bəs Mən? Bəs Mən? Unutdunmu Mənimlə keçən günlərini? Axı, sən qadına qarşı dəyanətlisən…
Gözlərini yum və Məni xatırla. Məni…
Heyrətləndim. Sirrimi qıfıllaya bilməmişdim: – Məni yaddan çıxarmaq mümkündürmü?!
Yağış yağırdı hələ. Yağışın gücü vardı hələ. Və bu yaz yağışı üzünü mənə tutub gələcəkdi.
Sizə söyləcəyim əhvalat nə nağıldı, nə xatirədi, nə də… Mənim nə vaxtsa boynuma alacağım göz yaşımdı. Olub-keçənlər adama şirinlik də gətirir, acılıq da. Ömürdə elə anlar, günlər olur, sığınırsan ona. İstəyirsən alasan onu xatirələrinin əlinnən. Mümkünmü? Olmur, bir də niyə acıyasan? Yaşamısan, şirin-kövrək dadını tapmısan. Bəs daha?
Mən uşaqlığımda ilişib-qalan çox şeyi xatırlaya bilmirəm. Bircə o yadımdadı, özümdən yaşca böyük bir qız istəmişəm. “İstəmişəm” sözünün mənasına da bir uşaqlıq kövrəkliyi qatıram bu gün.
Bir neçə il ötəndən sonra hiss elədim qızlar gözümdə qəribələşir. Onların sehirli baxışları olurmuş, qara-qıvrım, şabalıdı-sarı saçları olurmuş. Boy-buxunları göz qamaşdırırmış. Çox şeylər. Sadalamaq niyyətim yoxdu. Hətta ağıllı baxanda kövrək məhəbbətimdən boylanan qızlar böyüyüblər bir boy. Saçları dağılıb, əlindən düşən dolçadakı su kimi. Sinələrindən bir cüt nar peyda olub, meydan oxuyur. Toyda-mağarda atılıb düşən o qızların o bir cüt narı silkələnir, səsləyir kiminsə məhəbbətini. Bunları çox sonra anlamışam. Sən demə, bu yaxşıymış. Tez açılan tez də solurmuş.
Mən böyüdüm, uşaqlığım haradasa qaldı, gizlənpaç oyununda itirdim onu. Gənclik yaşına doldum. Hərdən əlimi uzadıram uşaqlığıma. Barmağımın ucuna toxunanda qaçırdı, yenə gizlənirdi. Daha əlimi üzdüm onnan. Gəncliyimdən çıxmışdı yoluma. Oxucum, qaçmaq olmur günlərdən. Mümkünmü qaçmaq. Dünyada elə şeylər var əvəzsizdir. Dünyada elə şeylər var yalnız o, dizini çökdürər insanın. Dünyada çox həqiqətlərlə üzləşmişəm. Biri də qadınla təmasdır. Qadın gözəlliyini təknə su kimi ciyərlərinə çəkəsən. Və qollarında elə sıxasan külə dönə səndə. Ovxalana içində. Sonra da dəlisayağı axtarasan onu.
Və bütün ömrün boyu… Nağıllaşasan. Biri əfsanə hesab edə, biri həqiqət…
–o-
Hə, sualımdan uzaqlaşdım. -Məni qınayacaqsanmı? – Yox, razılaşacaqsan. Dünyaya vur-tut bir kərə gözünü açan insan dünya zövqünə gözünü yuma bilərmi? Onsuz da bir kərə qaranlığa elə bələnib itəcəyik, bir kimsə – hətta sənin ağuşuna pənah gətirən o afət də qəbrinin yanından sükutla keçəcək. Qanrılıb baxmayacaq və barı pıçıldamayacaq: – Uyu, əzizim, uyu. Sən indi torpağa qarışmısan, torpaqdan nə zaman qalxacaqsan, bir o Allah bilir. Xatırlayırsanmı o günləri? Dodaqlarımın tumurcuq çiçəyini sən dərdin, saçlarımı təmli pərişanlığa sən öyrətdin, ağappaq sinəmdə qırmızı qərənfil ləçəyini sən itirdin. Əllərinin hərarəti soyumayıb hələ. İndi uyuyursan, əzizim.
Həqiqətənmi sən əbədilik Diyarındasan və bura heç nəyin, heç kimin əli çatmır?
Burda ömür sürər əriməyən qar,
Bura qartalların harayı çatmır,
Dağların başında kövrələn bahar
Bu yerə nədənsə əlini atmır.
Bura haradır? Əbədilik Diyarının sığındığı Zirvə qəbrimmidir?
Məni qınayacaqsanmı? – Qınama məni, səhifələri çevirdikcə ya yaşayan, ya da torpağa qarışan insanın sənin ovqatın üçün, qadın xislətinin mübhəm və qeyri-adi cazibəsindən oyanan hisslərin üçün əlindən gələni elədiyini qiymətləndirir. Və qəlbən pıçılda:
– Yaşayırsansa, mənim baharlı ömrümə xoş sözlər səpdiyin üçün sağ ol. Mənim payızlı həyatıma cüzi də olsa can verdiyin, xatirələrimə qaytardığın üçün minnətdaram.
– Yaşamırsansa, Allah sənin qəbrini nurla doldursun. Bir əlçim işıq düşsün qəbrinə.
Məni qınama, oxucum. Kitabı xoş ovqatla vərəqlə və özünü Dünyanın ən qiymətli varlığı san ki, yaşadığın ömrünə pislik, xəbislik, qəddarlıq… daxil olmasın. Necə ki, Mən pis-yaxşı sovurdum illərimi və bir gün böyük risqə gedib sənin ixtiyarına bildiyimi, yadımda qalanı verməli oldum.
Mən hər xatirəm üçün göz yaşı da tökmüşəm, xoşbəxt günlərimə bələnib sevinmişəm də. Təsəllim o olub nə qədər Dünya var, insan da var və bu insan məxluğu yaşamalıdır.
Bilirəm, sevinməmiş keçinməyəcəksən söhbətlərimdən. Və hər bir məqamı necə istəsən o cür də qəbul elə. Amma unutma ki, sevincim sənindir, göz yaşı mənim.

BİRİNCİ SÖHBƏT
MƏHƏBBƏT ELMİ
Xeyli götür qoy elədim bu kitabın məqsədini necə mənalandırım:həyatın bir damlasından, yaxud yaşanmış ömrün qeylü-qalından qoparılmış xoşbəxt günlərin xatirəsi? Amma bununla nöqtə qoymaq da yaramaz. İnsan Dünyada yaşayır və yaşayırsa qadına münasibətdə passiv rol oynamamalıdır.Eləcə də kişiylə məsud günlərinin həsrətini duymalıdır. Bunların ayrılıqda mənaları saysızdır. Amma məni düşündürən odur ki, kişini, eləcə qadını bir-birinə bağlayan eşq, məhəbbətdir.Və bu eşqin, məhəbbətin cazibəsi. Şair demişkən:
Cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz,
Gər cəzbeyi-eşq olmasa gəlsə, vecə gəlməz.
Bir məsələdə fikrimi çəkdi özünə: Bu kitabın səhifələrindən boylanan təəssüratlar nəyin cazibəsindən doğub?
Aydın desək: Qadın-kişi münasibətindən yaranan təəssürata oxucu ilə dialoqa elm gözüylə baxmaq necə? Suala müsbət cavab verməsəm də, o fikirdəyəm ki, münasibətlərin psixologiyasından doğan çalarların özü də elmdir: Məhəbbət elmi. Hərçənd biz “seksologiya” anlayışını bəlkə də nadir halda işlədirik və ona görə yox ki, bu söz elmi səslənir. Bəlkə də. Amma seksologiyadan fərqli olaraq, qadın-kişi münasibətləri sözün ecazkar gücünə güvənc olanda rəqabət aparır. Necə ki, seksologiya da qarşısına mühüm 4 mərhələnin həyata keçirilməsini qoyur:
Birinci mərhələ: ixtisas-peşə əməyidir.
İkinci mərhələ: istirahət və əyləncədir.
Üçüncü mərhələ: ər-arvad və ailədir.
Dördüncü mərhələ: intim həyatdır.
Və sonuncu intim həyatdır ki, onun nüvəsini İntim oyun (cinsi akt, əlaqə) təşkil eləyir. Bu isə münasibətlərin mahiyyətindən irəli gəlir: psixoloji, sosial, pedaqoji, əxlaqi-etik, hüquqi, etnoqrafik, antropoloji, bioloji, gigiyenik, dini və tibbi aspektləri özündə birləşdirir.
Seks anlayışından uzun illər qorxmağımızın bir səbəbi də mənanın birbaşa dərkindən və anlamadan şüurumuz dərhal qərarını veribdir: Seks-cinsi əlaqə. Seks-intim yaxınlıq… Lakin bir həqiqəti unutmuşuq ki, Cinsi akt-İntim oyun İnsan həyatının mənasıdır, elə isə niyə cinsi tərbiyədən, intim münasibətlərin doğurduğu xoş təsiri təzədən yaşamaqdan qaçırıq? Halbuki Dünyanın ən sivilizasiyalı dövlətləri
bu məsələ ilə maraqlanmışlar, saysız-hesabsız əsərlər çapdan çıxmışdır, ayrıca ixtisasçı-seksoloqlar, həkimlər meydana gəlmişdir. Mən həyatımda, yaşımın müdrikliyində gizləndikcə bəzi elmləri bilməməyimin acısını çəkmişəm. Bu günlərimdə isə acımışam ki, kaş tibb mütəxəssisi olaydım və güman ki, ömrümün müəyyən hissəsini seksologiyaya, qadın-kişi münasibətlərinin psixologiyasına həsr eləyərdim. Daş atılmışdır artıq və o daşı geri qaytarmaq əbəsdir. Amma bir şey məni narahat buraxmadı: Qadın-kişi münasibətində, yaxınlığında elə nöqtələr dərinləşir, onun oyatdığı ilğım və xoş təsir, cazibə gizli qalır. Axı niyə bu belə olsun? Yaşın hansısa güneyində də, quzeyində də əvəzsiz hissi təəssüratı niyə qələmə alınmasın? Nə vaxtsa əgər bir şey hasilə gələrsə və kimsə onu vərəqləyərsə qazandığı, itirdiyi nə olar?
Qazandığını deməkdə çətinlik çəkirəm; çünki bunu oxucuların öhdəsinə buraxıram. Və inanıram ki, müəllifin ünvanına sözlərini deməkdən çəkinməyəcəklər.
İtirdiyini deməkdə tənqid yalnız müəllifə məxsus olacaqdır. Tanışlarım, xüsusilə yaxşı mənada ünsiyyət bağladığım qadınlar başlarını bulayacaq və bəlkə də açıq-aşkar deyəcəklər: Bu “Mən”də nələr gizlənibmiş! Bu “Mən”in başına nələr gəlibmiş! Bax burda da qabaqcadan üzr istəyirəm və pıçıldayıram: Mənim əzizlərim, “Mən” ədəbi priyomdur və yazdığımın cazibəli, şirin alınması üçün bu yolu tutdum. Və bir də yadınızda saxlayın: şairlər ki, gözəl qadından, sevgi əyləncələrindən bu qədər yazırlar-gərək qadınları ilə yeni faciəvi rola girsinlər! Oxucum məni başa düşər.
Kitabın ilk səhifəsini “Məhəbbət elmi”ylə çevirməniz də təsadüfi deyil. İntim əlaqənin mahiyyətində də məhəbbət hissi hakimdir və əgər biz bunun fərqinə varsaq şübhəsiz, seksual mühitin bütün çalarlarında elmlik özünü göstərər. Bəli, oxucu məni qınamaz ki, intim hissdə nə elmilik axtarıram? Bəri başdan söyləyim ki, kitabın doğuracağı mülahizə və həqiqət itirdiyimizdə zərif gileyin sönən işığını yandıracaq. Axı, qadın gözəlliyi kişinin ehtirasına baş əyirsə və bu qovuşmada həzzalma, gümrahlıq, ümid… yaşayırsa, məni qınama, oxucum.
Və sən yorğun, yaxud ovqatlı dəqiqələrində bu kitabı vərəqləyib, əlvan, parlaq rənglər aləminin yaşıl-sarı … işığında qadın-kişi münasibətlərinin yaddaş xatirəsini bərpa eləyəcəksən. Əminəm buna.
Məhəbbət elminə dərindən yiyələnməliyik, təkcə ona görə yox ki, cinsi yaxınlıq hər şeydir. Xeyr, cinsi əlaqənin, münasibətin özünə xas qanunauyğunluğu: psixoloji və fizioloji, mənəvi və sosial tərəfləri mövcuddur. İlk illərdən hədsiz intim mühitə meylli olmaq, bütün məsələlərin fövqündə dayanmaq vaxt gələr ziyan gətirər. Bu gün sivilizasiyanın daha bir bədbəxt meyvəsi – SPİD – taunun meydanda at oynatması məhz məhəbbət elmindən xəbərsizliyin bir növ nəticəsi deyilmi? Cinsi yaxınlığın fantastikcəsinə doğurduğu bir sıra proseslər insan sağlamlığına balta çalmırmı? Sağ olsunlar, sovet və xarici ölkə alimlərinə, yazırlar, sözlərini deyirlər, laboratoriyalarda çalışırlar, pis-yaxşı xidmət eləyirlər. Bizdə isə. Məgər seksual xaosun faydalı ünsürlərini eşidib düşünmək, seksoloqa müraciət eləmək qəbahətdir? Acıyıram ki, ixtisasçı olmadığımdan gücümü həmsirdaşım qələmə verirəm, varlğımı yaşadan və yeri gəldikcə ürəyimin təsəllisini mənimlə bölüşdürən qələmimə inanıram. Ona da inanıram ki, daha bir sualı böyük hərflə mənə verəcək və cavabını istəyəcəksən: Gözəllikmi, qadınlıqmı? Və nədir bu dünyada bu sualın mənası ki …
Gəlin, kişi-ər psixologiyasında qarşımıza çıxan mübhəm çalarlara qayıdaq. Hansı hissidir-ömrümüzə qonaq gələcək və əbədi həmfikir olacaq qadından ya soyuyuruq, ya da uzaqlaşırıq?! Səbəbi nədir? Sosioloqlar, ailə həyatının etikası ilə məşğul olan mütəxəssislər daima rəqəmlərin soyuq və usandırıcı cazibəsinə arxayın olmuşlar. Onları ya anket sorğuları, ya da nigahla bağlı rəqəmlər marqlandırmışdır. Bunlar, şübhəsiz, elmin və inzibati işçilərin sosial vəzifəsidir. Lakin başlıca nöqtədən daima yan keçilibdir: Gənc əri (kişini) – yaş burada nisbidir – evləndiyi qadından uzaqlaşdıran səbəb nədir? yalnız qadınının deyingənliyimi, evdar olmamağımı və daha digər nöqsanmı? Bunlarla tamamilə razılaşırıq …
Kişi gözəl qadınla tanış olmuşdur. Gözəlliksə xoşbəxt nemətdir. Mən dünyada gözəllik önündə baş əyməyən insana rast gəlməzdim. Gözəllik, xüsusilə, qadının ilahi tərəfindən hörülmüş çələngidir. Bu çələng həsrətində olduğu şahmatçının yiyələndiyi dəfinə çələngindən qiymətlidir. Gözəlliyə münasibətin psixologiyası-əsaslandıracağımız fikrin birinci tərəfidir.
Hər bir kişi istəyir evlənəcəyi və yaxınlıq eləyəcəyi qadın zahirən gözəl olsun. Budur, küçədə zərif, gur və pərişan saçlı, boylu-buxunlu, tale qismətli bir qadını görür. Nə qədər ciddi və həyalı olsa belə, qanrılıb baxır. Ayaq saxlayır səssizcə. O isə zövqi-təbii ağappaq və yumşaq əliylə saçlarını sinəsindən ayırır. Sanki tərtəmiz dəniz suyu sahilindən ayrıldı. Nəmli və narın qumda izini qoyub çəkildi. Bu hərəkəti hər bir kişi öz zövqüylə qiymətləndirir. Küçədə heç kimə etina eləmədən gedir. Bir gözəllik ilahəsi ətrafına qəribə ovqat bağışlayır. O küçədə laqeydlik yoxdur.
Kişi addımlayır. Özünü tənhalıqda hiss eləyir. Ayaqları sözünə baxmır. Bir yandan da həyalılığı. Yanaşsınmı? Olmaz, küçədə tanımadığın qadına qəfil yanaşıb, hətta ürək sözünü demək nəzakətsizlikdir. Qadın mənliyi zərgər dəqiqliyi istəyir.
Gözlənilməz təsadüf, gözlənilən xoşbəxtlik. Tale hər istəyi idarə eləməyi bacarır. Tale ilə zər atmağa dəyməz. Odur, sahilə tərəf gedir. Tənhalığını aparır. Harada oturacaq, yoxsa gəzinəcək? Bunların əhəmiyyəti yoxdur. Dənizin də bu dəm ovqatlı vaxtıdı. Meh əsir, ağacların yarpaqlarına dolur. Nəfəsini dəyişdirir.
O gözəl, pərəstişkarlarının diliylə deyirəm, sanki ətrafındakılara laqeyddir və heç nəylə maraqlanmır. Bütün gözəl məxluqlardamı bu hiss? Skamyada oturdu. Yamyaşıl ağacın yamyaşıl budaqları əyildi və onun çiyinlərinə ağappaq şəfəq səpələdi. Günəşin işığına bulaşmış şəfəq yarpaqların sərinliyini bəxş elədi gözəl qadına.
Bunları onun pərəstişkarı ürəyindən keçirə bilməzdi.
O, beyinin dumanında vurnuxurdu. Nə bəlaydı bu? Dünən özünü gümrah hiss eləyən bu kişi, indi az qala ruhdan düşürdü, əli üzülürdü taleyindən. Risq? Risq! Və nəhayət risq.
Qadının sonrakı etirafından:
Yanımda gözləmədiyim halda oturan cavan kişinin hərəkətini anlaya bilmədim ilk baxışda. Amma belə düşündüyüm üçün daxilən xəcalət çəkdim. Və niyə şübhələnməliydim axı? İcazə istəyəndə səsi xırıldadı, əlinin titrədiyi gözümdən yayınmadı. Bu anlarıma qədər kişinin qadın yanında həyacanının dəyərini ölçüb-biçməmişdim. Mənə elə gəlmişdi kişilər qadın vücudu önündə sərt və vüqarlı görünməyə çalışırlar. Sadəlövh və heç bir kişi təması görməyən bir qız yalnız belə düşünə bilərdi.
O, nəzakət ölçülərində mənimlə dil tapdı. Tez sözümüz tuş gəldi.
Kişi təması və bu təmasın doğuracağı müəmmalar, həqiqətlər. Qısa söhbətin sehrinə düşmüşdüm. İpək tor atılmışdır, bu tor mənimçindir; qızıl balıq bulanıq su balığından daha cazibəlidir. Amma tordan yan keçmək duyğum ilğıma qarışırdı, mənim vücüduma axırdı.
Kişinin qısaca dediklərindən:
İnaın mənə, ilk dəfə qadın gözəlliyinin sehrindən, cazibəsindən dəhşətə gəldim.İstədim özümü salım bu gözəlliyin ayaqları altına. Və başlayım yalvarmağa; qadın üçün yox, gözəllik üçün. Amma çox sonralar anladım ki, hər şey gözəlliklə ölçülmürmüş; hər şeyin önündə gözəllik dururmuş. Gərək arada məhəbbət olmalıymış. Məhəbbətsiz gözəllik heç kəsə lazım deyilmiş.
Biz çox yerdə yaşlıların intim əlaqələrinin oyanışından söz açırıq. Və mən söhbətlərimdə bunu əsas götürmüşəm. Lakin istəyirəm bir məsələni qeyd edim ki, müasir yeniyetmələr (uşaqlar da) o şeylə daha çox maraqlanır, o şey valideynləri və müəllimləri tərəfindən qadağan hesab olunur. Məsələn, “seksual oyun” anlayışı və onun ətrafında gedən söz-söhbətləri yeniyetmələrin qulağı daha iti alır. Əvəzində cinsi oyanma məqamlarında qarşıya çıxan psixoloji çətinliklərin, problemlərin fərqinə varırlar. Halbuki yeniyetmələr kişilik və qadınlıq statusunun ilkin çalarlarından xəbərsiz olurlar. Müşahidələr göstərir ki, cinsi yetişkənliyə ayaq basan günlərdən yeniyetmələrdəki dəyişkənlik hər bir fərddə müxtəlif ölçüdə özünü büruzə verir. Biri bığ yerinin tərləməsindən, saçının uzanmasından utanır; digəri erotik hissin cücərtisini gizlədir və əksinə. Qızlar da həmçinin, başqa xüsusiyyətlərin əmələ gəlməsinə öz münasibətlərindən yanaşırlar.
Bu cinsi yetişkənliyin ilkin əlamətləri-keçid dövründə cinsi konstitusiya özünü göstərir. Və bu halda cinsi həvəs, cinsi şövq və spermaaxıtma əsas rol oynayır. Harada cinsi oyanma tez başlayır, orda çox güclü-üzə çıxır və tez qurtarır. Beləliklə, cinsi yetkinləşmə (oyanış) qızlarda və oğlanlarda müxtəlif cür olur. Qızlarda bu, iki dörə ayrılır: Birincidə, cinsi orqanları, döşləri erkən yetişir və bədəni sürətlə böyüyür. Və bu dövr menstruasiya ilə nəticələnir. İkincidə qadın orqanizmi özünün yenidənqurulmasını başa çatdırır və daxili cinsiyyət üzvləri formalaşır.Xarakter dəyişir.
Oğlanlarda bu, üç dövrlə səciyyələnir və 16-18 yaşlarda başa çatır.
Həyat nə qədər ki, bizi yaşadır, bizi ünsiyyətə səsləyir və məcbur edir, gələcəkək nəslin sağlam böyüyüb ailə qurması üçün çox şeyi öyrənməliyik; eyni zamanda bildiyimizi başa salmalıyıq. Əgər gənclik qədəmində cavanlar cinsi həvəsin, meylin məcrasını düzgün istiqamətləndirməyin öhdəsindən gəlməsələr, sonrasından Allah saxlasın.
Onlarda formalaşan cinsi motivləşmənin mahiyyətinə bələd olmalıyıq. Necə ki, bu, insan varlığında bir neçə mərhələdən ibarətdir.
Birinci mərhələdə heç bir hissi elementlər və cinsi həvəs üzə çıxmır. Körpəlik nənnisindən düşüb oyuncaqları ilə maraqlanırlar. Və onlar uşaq olaraq qalırlar. İkinci mərhələdə platonik, romantik hisslər oyanır ki, oğlan qızın xilaskarı kimi özünü dərk eləyir və buna can atır. Risklərdə yad deyildir, əsl qəhrəmandır. Hətta onlarda cinsi yaxınlaşma barədə fikir olmur və qızların cinsi orqanı ilə maraqlanmır, qızlarda isə bu, məhəbbətlə, idealizə etməklə səciyyələnir və platonik xarakter yad olmur.
Üçüncü mərhələ erotikliyilə fərqlənir və orqanizmdə mürəkkəb dəyişiklik baş verir. Cinsi orqanlar formalaşır. Bu dövr, adətən, hiperseksuallığı ilə səciyyələnir.
Cinsi akta-İntim oyuna xaotik bir proses kimi yanaşılmamalıdır, hərçənd də fitridir, anadangəlmədir insanda. Lakin onun özünə xas qanunauyğunluğu vardır və onların üzərindən sükutla keçməməliyik.
İntim oyunun ilk mərhələsində cinsi orqanlarla birbaşa əlaqə məqbul sayılmır; necə ki, qadın da kişi də əvvəlcə erogen zonaları ehtizaza gətirməlidir. Hətta qadın və kişi bir neçə dəqiqə coşa gəlmişlər və koitusa hazırdırlar, erogen zonası onların ehtirasını yüksəldir və əlavə həzz alırlar. Hətta elə qadın da olur ki, erogen zonasının oyanılmasından çox məmnun (həzz) qalır və orqazmın baş tutmasını istəmir.
Qadını coşğunluğa, ehtirasa gətirmək üçün bütün emosiyanı verməlidir kişi və orqazm prosesində qadın danışmır; bu anlarda onun gözləri qapanır. Kişi isə həmişə gözüaçıq cinsi aktı qurtarır.
İntim oyunun belə dəqiqələrində hansı proses baş verir ki, Məhəbbət elmini bu dərəcədə aparıb ümmana çıxarır? Və gəl ki, bu ümman dənizində üzən qızıl balığın isnişmə taleyinə maraqlan. Axı, qızıl gənclik yaşı bir yerdə durub qalmır, qızılbalığa dönüb şirin su əvəzinə şor suya baş vurur. Və hər şeydən əvvəl, iki gəncin yaxınlaşması məntiqi və cinsi əlaqə plaktikası burda əsasdır. Bir həqiqəti də gizlətməyək ki, iki qoşa talenin həyatı müəmmalı və mürəkkəb həyat məcrasına başlayırsa, ilkin nikbinlik odur ki, bu, məhəbbətin zirvə nöqtəsidir, təkcə cinsi akt onları yaxınlaşdırmır, həm də həmfikirdirlər, istəkləri onları hər an ruha, coşğunluğa gətirməlidir. Elə isə mətləbə qayıdaq.
Cinsi əlaqə, akt və nəhayətdə İntim oyun bir sıra mərhələləri (psixoloji və bioloji) özündə etiva eləyir. Tibbi ədəbiyyatda göstərildiyi kimi: neyrohumoral, psixi, ereksiativ, kopilyativ (friksiotiv) və refrektiv.
Birinci iki mərhələ bir növ hazırlıq xarakterlidir. Lakin məhz həmin mərhələlər cinsi əlaqədə həlledicidir. Qadında və kişidə mərhələlərin boş tutması eyni məqsədə xidmət eləsə də, orqanizmlər cinsi fərqlərindən asılı olaraq cinsi əlaqə prosesini eyni cür keçirmir. Deyək ki, qadında klitor böyük rol oynayır və o da spesifik xüsusiyyətilə seçilir. Onun cuşa gəlməsi kişinin ereksiyasına nisbətən tədrici olur. Klitor qıcıqlandıqca qadının hissləri yüksəlir. Bu prosesdə partnyorların bir-birinə münasibətindən çox şey asılıdır. Qadında orqazm 3 mərhələyə bölünür: Birinci fazada anidir, sanki hisslərin dayanmasıdır. İkinci fazada əvvəlcə çanaq hissəsini, sonra bütün bədənini hərarət alır. Üçüncü fazada coşğunluq, ehtiras azalır və əsas proses çanaq hissədə və cinsi orqanda baş verir.
Orqazm öz növbəsində iki tip ilə fərqlənir: Klitorik tipdir ki, ehtiras klitor vasitəsilə yaranır; Vaginal tipdir ki, penisin friksiya zamanı cinsi orqana girməsiylə başa çatır. Əlbətdə, belə mərhələlər, tiplər tibbi ədəbiyyatlarda əksini tapmışdır. Lakin bu vəziyyət, təsnifat ümumi arqument ola bilməz, ona görə ki, qadın xüsusiyyəti: temperamenti, fizioloji və psixi hazırlığı… cəhətdən orqazmı fərdi keçirir. Bu barədə resept verməklə razılaşmırıq…
Kişidə və qadında orqazmın alınması (özü də yüksək səviyyədə) yüksək fiziki və fizioloji rahatlıq, məmnunluq, həzzalma doğurur. Xüsusilə, qadının vücudunun bütün hissəcikləri gərginlikdən “canını” qurtarır. Mənim fikrimcə qadın, üzünü baharın, yazın ilk gecəsinə tutmuş ağactək oyanıb tumurcuqlanır. Sonralar bəlkə də təkrar elədim; Onun saçları rəngini dəyişir, sifəti təmizlənir, bədəni sakitləşir… Hətta ən əzazil qadın ürəyinə bu anlarda mərhəmət, xeyirxahlıq, məhəbbət düşür!
Rəqəmlərə diqqət yetirək: Orqazım vaxtı ürək döyüntüsü dəqiqədə 180-ə çatır.
Bu idmançının nəticəsindən yüksəkdir. Hər bir partnyorun arterial təzyiqi 200-220 mm. c. sütununa çata bilir. O anlarda digər hisslər dərhal azalır, xüsusilə qadında.Orqazmdan sonra isə bu dəyişikliklərin yenidən baş verməsi mərhələsi özünü göstərir. Sanki bütün coşğunluğun, canatmanın ilkin-hazırlıq dövrünə qayıdılır: Ümumi zəiflik ereksiyanın sönməsi, nəfəsin sakitləşməsi… baş verir. Hətta erogen zonaya əl vurulanda zəif ağrı keçir.
Ereksiya hansı momentlərdə kişidə olmalıdır? –sualı da maraqsız deyildir. Bəzilərinə görə bu, İntim oyuna qədər yaranmalıdır, erogen zonanı cuşa gətirənə qədər. Bu ona əsaslanır ki, gənc kişi gənc qadını ilə kontakta qədər bu ereksiyanı keçirir. N.M.Xodakovun fikrincə bu, səhvdir. Yetkin kişi İntim oyuna tədricən başlayır, münasib şəraitdə. Başqa vəziyyətdə ereksiya da yaranmaya bilir. N.M.Xodakov belə bir müşahidə gətirir:
Kişinin 46 arvadının 41 yaşı var və onlar 18 ildir evləniblər, iki uşaqlıdırlar. Şikayət ondan ibarətdir ki, “cinsi zəiflik” özünü büruzə verir. Belə ki, yayda arvadı ilə kənddə tanışıgildə istirahət etmişlər. Bir ailəli otaqda, ev sahibiylə. Bir neçə dəfə istəmişdir ki, arvadı ilə İntim oyuna girsin, amma ereksiya alınmamışdır. Bu uğursuzluqdan əzab çəkmişdir.
Öz evində gecəni səbirsizliklə gözləmişdir. Yenə də uğursuzluq. Və nəhayət həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Söhbətdə qadın bildirmişdir ki, intim yaxınlığa təşəbbüs əri tərəfindən olmalıdır.
Qadına məsləhət görülmüşdür ki, lazımi qaydada ərinin cinsi orqanı ereksiyaya – manual stimulla gətirilməlidir. Nə üçün nəhayətdə? Olmaya odlu-alovlu, haraylı, ehtiraslı illər ona vəfasızlıq eləyibdir? Bir gözəli bir anda ram edən baxışları sönüb? Onun kişilik hənirtisi öləzisə də, yaddaşı ona sədaqətli olacaqdır, neçə-neçə gözəlin bəxşiş verdiyi vücudun xoş xatirəsini hələ ki, qoruyacaqdır. Amma neyləyəsən ki hələlik. Dünyanın bir “hələlik” qəfil sağollaşması da var.
“Eh oyatdım onları mən çox nahaq yerə,
Udacaqdır onları da yer-ürəyi buz
Bir xatirəm çökəcəkmi xatirələrə?
Min xatirə köçəcəkdir mənimlə əfsus!…”
İntim həzzalma üçün vahid ölçü, mizan yoxdur. Hər bir qadını və kişini son məqsəd güdür: orqazmı başa çatdırsın. Bu şübhəsiz cinsi tələbatın borcudur, – desək yanılmarıq. Lakin intim oyun üçün mühitin yaranması, qadın və kişinin şəhvət hissini nizama salmaqda tələsgənliyə yol verməməsi, “ən gözəl mahnı olan qadın bədəninin” oyatdığı həzinlik ritmini duymaq, təbiətin şah əsərini “vərəqləmək” hövsələsi və ilaxıra görünür, düşünmək, müşahidələri ümumiləşdirmək hövsələsi doğurmuşdur. Belə ki, qadın kişi münasibətindəki cinsi əlaqə partnyorların fərdi zövqündən – yanaşmasından asılıdır. Birisi cinsi şövqdən (ehtirasdan) normal halda həzz almağa meyillidir. Digəri bu vəziyyəti daha cod əzabverici həzz alma üzərində qurur. Və beləliklə 2 cinsi şövq, coşğunluq tipi meydana gəlir: Mazoxizm və sadizm.
Mazoxizim-seksual coşğunluğa və həzzalmaya fiziki və psixoloji təzyiqlə başlamaqdır, cinsi partnyor-hansısa iztirabın səbəbkarı olur. Və bu, adətən, qadın üzərində baş verir, yəni obyektə çevrilir. Bu istək kişilər tərəfindən daha çox irəli sürülür.
Bir qadının yazdığından sətirlər:
Mənim yaşım otuza çatmayıbdır hələ. Ailə qurmuşam. Ərimə qarşı diqqətliyəm, ondan məişət qayğısı baxımından narazılıq etməyə haqqım yoxdur. Xoşbəxtəm. Ancaq ki… Bir-iki ilin əhvalatıdır. Son gecədə də cinsi əlaqəmiz oldu. Tale elə gətirdi, bir kişiylə çox tez tanış olub əlaqəyə girdim. İkinci dəfə onunla görüşürdüm, güclü orqazm baş verdi məndə. Məsələ ondadır ki, mənim ərim istəyirdi yatağa girməyin təşəbbüsçüsü özüm olum, ancaq yad kişi əksinə, hər şeyi özü eləyirdi və tamamilə məcbur eləyirdi ki, ona nə xoşdur mən yerinə yetirim. Bu isə məndə ikrah doğururdu. Ərim qayıtdı ezamiyyətdən, artıq mən onun üçün heç bir hiss oyatmırdım, onun istəyinə mexaniki cavab verirdim… Sonra daha ikinci yad kişiylə əlaqəm oldu. Və onlar elə bil “güclü cinsi əlaqəyə” girmələrini sübüt eləyirdilər. Onlar mənə tabe idilər, mənə qarşı başqa cür yanaşma idi: iradələrinə tabe etmək və kişilərin istəklərinə cavab vermək.
Ürək sözləri, həqiqətin etirafı belə bir qənaət çıxarır ki, həmin qadın yad kişilərin təlqin elədikləri iradəyə tabe olmuşdur. Əslində o, elə bir xəstəliyə qapılmamışdırsa, yad kişilərə qəlbən də bağlanmamışdır və onların cinsi tələbatlarının daşıyıcısına çevrilmişdir.
Sadizmdə ehtiras, coşğunluq cinsi partnyor tərəfindən ağrı, əzab, və s. baş tutur, yaranır. Bu ən azı təhqirdir.Əksərən kişi partnyor tərəfindən olan sadizmdə qadının bədəni dəhşətli ağrılara, dərin barmaq izlərinə və sairə məruz qalır. Hər iki tip özünün həzzalma nöqtəsini əzablar, təhqirlər, qeyri-əxlaqi davranışlar üzərində qoyarsa, buna qəti yol vermək yaramaz.
Cinsi ehtirasa gəlməkdə geniş yayılmış: fetişizm və eksqibizionizm faktorları da mövcuddur. Fetişizmdə cinsi coşğunluğu, ehtirası qadın tualeti yaradır və bu, adətən kişi cinsiylə görüşəndə olur. Bəzən fetişizmdən əzab çəkənlər bu əşyalardan masturbasiya üçün istifadə edirlər. Tualet harmoniyasının kişini ehtiras halına gətirməsi təsadüfi deyildir. Söhbətlər göstərir ki, xeyli kişi bunu xoşlayır, lakin gizli saxlamağı üstün tuturlar. Bəzisi açıqca qadın partnyoruna təklif edir ki, cinsi yaxınlaşma məqamlarında o, ya ayaqqabısını geyinsin, ya da corablarını. Alt paltarını–gecəköynəyini təzədən əyninə keçirməyi xoşlayan kişi də vardır.
Bir kişinin söylədiyindən:
“Elmi ədəbiyyatda bunun adını necə göstərirlər deyə bilmərəm. Amma bu, kəşf də deyil seksoloqlar üçün. İstəyirsizsə təəssüratımdan nəticə çıxarasınız belə olmuşdur bu. Bir cavan qadınla (onu tanıyırdım diktor idi televiziyada) görüşürdüm. Yuxu idi. O mənə təklif etdi ki, tələsmə, çarpayıya uzanım. O isə yenidən corablarını, gecəköynəyini geyinərək… Təsvir etmək istəmirəm… Günün birində xoşladığım qadına bunu təklif etdim. Əvvəl etirazını bildirdi. Axır ki, razılıq verdi, nə qəbahət var ki, Corablarına ətli baldırlarına geyindi (kalkotka idi) və belinə sıxanda… ehtiras gözlərimdən alovsayağı şığıdı… Bəli, mənim xoşladığım bir şeydir. Məsləhət görərdim. Burda nə qəbahət var ki…”
Eksgibisionizm- bu yad qadının qarşısında cinsi orqanın göstərilməsidir (əlbəttə, öz arvadın və sevdiyin qadın istisnadır) və məqsəd həmin qadını cinsi coşğunluğa gətirməkdir. Kişi üçün bu vəziyyət ağırdır; o, özünü güclə saxlayır və çox vaxt bacarmır. Qadında isə eksgibisionizm təsadüfi olur.
Cinsi pozulmanın digər növüylə də tez-tez qarşılaşmaq mümkündür: transvestizm: vuayerizm; animalizm; paqizm, nartsizm. Konkret həmin anlayışların mənası transvestizm-əkscinsə paltarı geyindirməyə cəhddir. Vuayerizm-cinsi aktı başqa cins üzərində başa çatdırmağa cəhddir, hansıki cinsi coşğunluq doğurur. Animalizm-heyvanlarla cinsi aktı həyata keçirmək istəyirlər. Nartsizm özü üzərinə cinsi coşqunluğu istiqamətləndirməkdir. Paqizm-yaşlı qadına cavan kişinin cinsi həvəsinin baş tutmasıdır.
Sadaladığımız anlayışların mahiyyətinə varanda qəribə, qeyri-əxlaqi normalar kaleydeskopu alınır. Və göz qabağındadır ki, qadının doğurduğu, oyatdığı cinsi coşğunluq, şəhvət hissi o şəxsin (kişinin) şüurunda, obyekti mənimsəmə prosesində qeyri-intim proseslər oyanır. Bunun psixoloji və fizioloji səbəbləri hələki, lazımınca öyrənilməmişdir. Ümidimizi itirmirik…
Amma qadın və kişi intim münasibətlərin ahəngində yeganə akt cinsi əlaqənin qorunmasıdır. Qadın öz varlığının memarı və sahibi gözüylə kişiyə qarşı o qədər xoşqılıq, diqqətli, şəhvani, əhvallı olmalıdır ki, kişi uzun illər erotik harmoniyanı hifz eləsin. Düzdür, son on illərdir boşanmada əsasən sosial və mənəvi narazılığın pozulması bəhanə gətirilir: xasiyyətlərin düz gəlməməsi, maddi çətinlik, mənzil şəraitinin olmaması və sairə obyektiv görünən səbəblər. Lakin nadir hallarda cinsi əlaqənin pozulması ucbatından yaranan dərinlik üzə aşkar çıxmır. Bəs bu cür pozulmaya səbəb nədir? Sualın cavabına keçməzdən deyək ki, kişinin cinsi imkanı 30-35 yaşlarında möhkəm və müntəzəm olur və bu, 50 yaşına qədər davam edir. Sonralar aşağı düşür səviyyəsi. Faktlar isə belə bir müşahidəni dəqiqləşdirir: 70 yaşlı kişinin cinsi aktda fəal iştirakına aid yüzlərlə faktlar mövcuddur. Hətta 70-80 yaşlarında kişinin uşağı olması da bəllidir. Bir həqiqətin üstündən sükutla adlamayaq. Bu da gənc qadınla intim yaxınlıqdır. Həyatda beləsiylə güman ki, çoxumuzun söhbəti baş tutmuşdur. Altmış yaşında ziyalı bir kişinin dediyindən: “Bir qadınla tanış oldum.Onun 36 yaşı var. Bir-birimizi anladıq və mən bir gecəni keçirdim. Üç dəfə cinsi əlaqədə oldum. O, çox razı qaldı. Biz bütün gecəni yatmadıq. Şirin söhbət, kofe içmək. O, məmnunluqla mənim xidmətimdə dayanırdı. Hətta ehtirasla öpüşlər bəxş eləyirdi. Əvvəlcə çəkinirdim; bunu duydu və qəribə ədayla pıçıldadı: “ Utanma, bu gecə, bəlkə də daha belə gecələr bir pasteldə olacağıq. Mən qadın borcumu yerinə yetirməliyəm”. Sonra geyindiyi xələtin yaxasını açdı, döşləri qabarıqdı… O, sanki kişi təmasına həsrət qadındı. Əlavə edim ki, mən onunla həftədə bir, yaxud bir az gec görüşürəm”.
Bu intim münasibətlərin digər faydası odur ki, kişinin orqanizmi gümrah qalır, özündə ruh yüksəkliyi hiss eləyir, əsəbləri yumşalır. Söhbətimiz uzansa da, ordan-burdan söz salsaq da hələ bir damlanın ətrafından kənara çıxa bilməmişik. Bu, mümkün iş də deyil. Dünyanı dünya eləyən və onu yaşadan İnsanın ən ali həzzalma aktından yalnız bir damla danışmaq mümkündür. Əgər bütün insanlar həzzalma məmnunluğunu qələmə alsalar, milyardlarla bir-birindən tamamilə seçilən “İntim kitab” yaranardı və cildləri oxumaq üçün əsrlərlə vaxt lazım gələrdi. Bir həqiqət var ki, İntim yaxınlığın harmoniyasından qaçmaq, orda etikadan, əxlaqdankənar nəsə bir şey görmək və görümün qadağanlarına onu qurban vermək ədalətsizlikdir. İnsan əks cinsiylə intim münasibətdə olursa, nə üçün bu əlaqənin doğurduğu həzzdən və kədərdən qaçmalıdır?! İnsanın qeyri canlılardan bir fərqi də cinsi əlaqənin doğurduğu həzzi şüurlu anlaması və idarəetməsidir.
Məhəbbət elminin cövhərində, o eşq durur-bu, zəriflik, həlimlik istəyir. Qadın da, kişi də eyni zövqlə bir-birinə zərif münasibət istəyir. İntim oyunda-aktda yeganə hiss zəriflikdir ki, qadın və kişi məmnunluqla borclarını ödəyirlər. Ən əsəbi halda, ən gərgin məqamda tərəfmüqabillər bir-birindən xoşqılıqlıq, zəriflik umurlar.
Mən çalarlı söhbətlərimi davam elətdirəcəyəm, amma fikrimə qayıdıram və əsrlərin sınağından şərəfini və ləyaqətini qoruyan “Qabusnamə”dən bir parça işıqlı nəsihətlə yekunlaşdırıram:
“ Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti
Zərif olmasa, o aşiq də ola bilməz. Eşq təbiətin
zərifliyindən doğur, zəriflikdən doğan hər şey
şübhəsiz, zərif olar. Odur ki, deyiblər:
Təbiət lətif olduqda məlum şeydir ki, o zərif təbiətə
qoşulmağa meyl göstərəcəkdir.
Bu eşqdir, incəlik, lətiflik istər,
Hər yerdə özütək zəriflik istər”.

İLK GECƏ, YOXSA MƏLƏYİN ÖLÜMÜ?
Kəbinin taleyini ilk gecə həll eləyir; buna ginekoloqsuz da inana bilərik. Ona görə ki, qadın ilk gecəni ömrü boyu yaddaşında saxlayır. Necə hissdir bu, məşhur yazıçı O.Balzak “Evlənmənin fiziologiyası” əsərində göstərir ki, evlənmə zorlamadan başlanmır; evlənmənin taleyi ən çox hallarda ilk zifaf gecəsindən asılıdır.
Gənc kişi musiqinin sərxoş cazibəsində saatların həsrətini gözləyir. O dəqiqəyə çoxmu qalıb? Və nəhayət vaxt yetişir. Gənc qadın da eyni həsrətlə gələcək ərini gözləyir. Deməli, iki adamın tale yolu ilk gecənin oyatdığı hisslərdən çox asılıdır. Burada bir necə məqamlar var: Qadından asılı səbəblər; Kişidən asılı səbəblər.
İki qadının yaddaşından: “Mən ərə gedəndə 18 yaşım tamam idi. Oğlanı-ərimi tanıyırdım, ancaq xasiyyətinə, o cümlədən kişi kimi davranışına bələd deyildim. O, mənim dodaqlarımı kobudcasına öpdü. Mənə yaxınlıq (İntim oyun) eləyəndə özünü vəhşisayağı apardı. Döşlərimi gəmirirdi. Sanki ömründə qadın görməmişdi. Düzü, həyəcan keçirdim, hətta qorxdum ondan. Və bayıldım… Sonralar ərimlə hər dəfə yaxınlıq eləyəndə o ilk gecənin vahiməsi məni basırdı. Məgər ilk gecədə arvadını qorxutmağa dəyərdimi?”
“Arzulamışdım ki, gələcək ərim yumşaq təbiətli olsun, qızlığımı ilk gecədə necə təslim edəcəmsə, eləcə də qalsın yadımda. O ilk gecədə hiss etdim ki, taleyim eşidib səsimi. O, əzizlədi məni, yumşaq öpüşlərə qərq etdi, saçlarımı oxşadı. Sanki heç tələsmirdi yaxınlıq üçün. Ancaq o qədər ofsunlamışdı ki, elə bilirdim beləcə olmalıdır. Axı, mən o mühitdə tərbiyə almışam ki, kişi nəvazişini görməmişdim… O, mənə müraciətlə dedi ki, hə, özünü necə hiss eləyirsən? Gülümsündü, dodaqlarımdan ehtirasla öpdü. Bədənimə cərəyan buraxdılar, əllərim əsdi. O, bunları hiss eləyirmiş. Dədə-baba yorğan-döşək salınmışdı. Bunun da mənasını sonra anladım. Həya təri bədənimi sarımışdı. Bu dəfə gələcək ərimdən çox mən həyəcan keçirirdim, ancaq bir az əvvəl yengəm tapşırmışdı ki, nişanlını həyəcanlandırma… O, məni qucaqladı, bu dəfə də dodaqlarımdan öpdü, gözlərimdən də həmçinin. Onun xoş nəvazişi altında yalnız onu duydum ki, nəsə qırıldı, hansısa ən qiymətli şeyi itirdim. Əbədi o şey məni tərk elədi…
Mənim ərim o ilk gecə kimi yaddaşımın əbədi sakinidir. Qəribədirmi, həqiqətdirmi hər dəfə ərimlə yatağa girəndə elə bilirəm ilk dəfə qiymətli şeyi ona təslim eləyəcəyəm”.
Hər iki rəydə həqiqət toxumu vardır; biri kobudluğun qurbanıdır, digəri nəvazişin şahıdır. Mən məsələyə bir qədər başqa yönümdən yanaşmaq istəyirəm.
Qız ilk gecədə itirdiyi xəzinənin – qızlıq pərdəsinin namus rəmzini ömrü boyu yaşayır. Qızlıq pərdəsi bəzi xalqlarda tibbi səciyyə daşıyır və qız, oğlan fərqi yoxdur onlar üçün. Sadəcə evləndiyi qız qadınlıq funksiyasını ödəyə bilsin.
Bir-iki fakt:
Amerika hindularında belə bir adət yaşayır. O cümlədən Paraqvayda: Qız anadan olanda mamaça uşağın qızlıq pərdəsini dərhal kəsir. Kolumbiyada ananın özü qızın qızlıq pərdəsini kəsir. Müsəlman adətində bu, qadağandır. Elmi dildə “tabu” adlanır. Və bu əmanətin qorunması adətini İslam aləmi bu gün də hifz elədiyi üçün xalqlar ona minnətdar olmalıdır!
Qızlıq pərdəsi bir növ namusun keşikçisi rolunu oynayır. Ağılı kəsəndən qız anlayır ki, onu qeyrət əmanəti kimi qorumaq lazımdır. Bu gün sivilizasiyanın mərhələsində şəhər mühitində qızlıq əslində əhəmiyyətsiz bir miras kimi qiymətini itirmişdir. Müşahidələr, anket sorğuları göstərir ki, qız qızlıq pərdəsinin ağrısını ani, yaxud ilk gecədə hiss edir və bu sonralar məna daşımır.
Bir bülletendə sorğuya cavab olaraq, tələbə-qız yazır ki, ilk evlənmə gecəsində qorxuya baxmayaraq ağrı ötüb keçmiş, hətta qan belə gəlməmişdir.
Məsələ ondadır ki, zifaf gecəsinin özünə xas xatirə hissi olur. Mən şövqə, ehtirasa gəlmək mənasını nəzərdə tuturam.
Gəlin nişanlısını zifaf otağında qarşılayır və bu otaqda qız gəlinlik paltarında gözləyir. Oğlan içəri girəndə nişanlısının ağ duvağını üzündən alır, təbəssümün müşayiətilə öpür.
Məqam yetişir. Qız nazlana-nazlana nişanlısının bütün hərəkətinə göz qoyur. Üst paltarından sonra oğlan qızın döşörtüyünü arxadan açır, gecəköynəyini nişanlısının başı hıssəsindən çıxarır. Və belə halda birgə uzanırlar. Bu dəfə də o, hakimiyyəti öz üzərinə götürür. Bu hərəkət o qədər zərif və titrək yerinə yetirilməlidir ki, qız qızlıq, bakirəlik xəzinəsini itirməyə hazır olsun. O, belə anlarında həyəcan keçirməyə bilmir; oğlanın kişi təmasında tam hazır olmalıdır.
Bir nişanlı ilə söhbətdən: “Zifaf gecəsinə qədər qadınla görüşüm olmuşdu. Düzdür, bu ilk görüş idi, ona görə həyəcanlı idim. Amma hər halda bu qadın da bir vaxt ilk gecədə özünü təslim etmişdi. Lakin nişanlım ilə ilk görüşümdə xoşbəxt həyəcan keçirirdim; ona görə ki, o, qadın olacaqdı. O, bir gün ana olacaqdı”…
Məsələ aydındır. Qız saf qanına bələnmiş mələk quşuna bənzəyirdi o gecə.
Bu bənzətmə elə-belə qələmə gəlmədi. Qız zifaf gecəsinə qədər şahlıq taxtında yaşayır və öyünməyə mənəvi haqqı çatır, yalnız o gecə – həmin gecə hiss eləyir ki, qızlıq çağlarını əbədi qurban verəcəkdir. Əbədi onun bədəni bakirəlik xəzinəsini itirəcəkdir.
Bəli, o ilk gecəyədək qızlığı ilə öyünən nişanlı, daha bir öyünmə ilə yaşayacaqdır. Bu dəfə o, ömrünü ömrünə calayacaq nişanlısının qabağında ağappaq gəlinlik paltarını soyunub pak, yumşaq vücudu ilə qovuşacaq və qızlığının nişanəsi olan təmiz alqanına bələnəcəkdir. O, özünü ani məst hiss eləyəcək, sanki illərlə yuxuya getmişdi, kişi təmasından oyandı.
Daha bir sual da: – Həyat yolları dediyiniz həqiqət həm də nisbidir axı. Burulğanlı ömür çox keçmir. Qadının qarşısına qeyri-adi, gözlənilməz problemlər çıxarır, gəl təslim olma.
Sualın məntiqini başa düşürəm. Qadın taleyi kişidən fərqli şəkildə həyatın burulğanına daha sürətlə tabeçilik göstərir və son nəticədə təslim olur. Bunun qadın xislətindən asılı səbəbləri də az deyil. Şöhrətpərəstlik, zinətə meyillilik, uşaq qayğılarına təslimçilik və nəhayət cinsi yaxınlıq zərurəti. Bu sonuncu, əksərən öncə sadalananları geriyə buraxır özündən. Və kişi təmasını dəfələrlə duyur, hətta vücudunu əsirgəmir.
Qadın zifaflı gecəsini ömrü boyu yaddan çıxarmamalıdır, təkcə ona görə yox ki, o, sevdiyi adama kəbin kəsdirmiş. Analığın qapısını döymüşdür. Və həm də ona görə ki, o, gözəlliyini qadın vücuduna bələyib, içərisindəki bakir hissləriylə bərabər kişiyə təslim eləmişdir. O. zifaf gecəsindən taleyinin başlanacaq qədəmindən xəbərsizdi. Bir şey bəllidi ki, o, kişi ağuşunda bir daha geri qayıtmayacaq xəzinəsini könül xoşluğu ilə vermişdir…
Mənim aləmimdə Qadın zifaf gecəsinin uğurlu sahibidi və onu yalnız Mələklə müqayisə edərdim. O Mələklə ki, Kainatin ən təmiz, ən mavi qübbəsindən ər evinə enmiş və qadınlığın sübutu üçün təslim olmuşdur. Kişilərə isə üzümü tutub deyirəm ki, qarşımıza çıxan Mələyi qiymətdən və hörmətdən salmayaq. Hərçənd bu Mələk bakirələyini qurban vermişdir, bu onun mələk ölümü deyil.
Qoymayın bakir Mələyi can verməyə. Bunu bir Allah da bağışlamaz.
Sorğulara əsasən ilk gecədə cinsi aktı bütün qadınlar eyni dərəcədə keçirmir. Kişilər və qadınlar özlərini tam xoşbəxt saymırlar. Sorğu iştirakçılarından kişinin 2/3-si, qadının 1/5-i cinsi aktdan razı qalmışlar. 2/5-si narazılığını bildirmişdir. İlk cinsi akt prosesində fikirlər təxminən belədir: “Mənə ayıb idi. Şüurumu itirdim vəhşi ağrıdan sonra. Xeyli cinsi aktda olmadım-qorxurdum”.
Burda da qadın təbiəti rolunu oynayır. Kişi cinsi aktdan xalis fiziki həzz kimi ləzzət alır. Qadın isə məhəbbət hissi kimi.
Suallar sırasında biri maraq doğurdu:-İlk cinsi aktda qadını oxşamaq, əzizləmək lazımdırmı?
– Bəli. Bəs nədəndir belə bir yumşaqlıq yox dərəcəsindədir? Cavabını sadə məntiqdə axtarıram: Keçmişin bir sıra adət-ənənələrini idealizə eləməkdən daha çəkinmirik. Və bunu da sivilizasiya dediyimiz sakit və qəzəbli qızıl ilan yaratdı. Yeni nişanlılar nadir halda (bəlkə də yox. Bunun tərəfdarı deyiləm) görüşüb söhbət edərdilər. Yalnız toxunmadan ümumi görünüş, əda, səs yadda qalardı. Xüsusilə, nişanlı oğlan bütün varlığında zifaf gecəsini canlandırardı. Eləcə də nişanlı qız.
Bu gün nişanlılar bu rəsmi adətə qədər dəfələrlə açıq-gizlin görüşürlər. Dəhşətlisi odur ki, hətta sakit yad mənzildə ikilikdə xoşallanırlar. Beləliklə də zifaf gecəsinin kövrək həyacanını əvvəlcədən keçirmiş olurlar. Hətta zifaf gecəsinə qədər cinsi əlaqədə bulunurlar. Təbiidir ki, bu cür nişanlılar üçün qadınlıq və kişilik dövrü vaxtsız gəlir.
Qız məxluqu Ana olanadək özünü Mələk qiyafəsində hiss eləməlidir. O, sanki ər evində də, qadınlıq qiymətində də qızdır, bakirədir və bu müqəddəslikdə uşaq doğacaqdır. Həqiqətən, bu qiymətsiz adət, inam ailəyə namus-qeyrət gətiribdir. Vəfa rəmzinə dönübdür.
İlk söhbətimdə belə bir mövzuya toxunmağım sözgəlişi deyil. Baxmayaraq, digər söhbətlərimdə qadın-kişi münasibətlərinin seksual-bədii təsiri barədə fikirlərimizi, müşahidələrimizi bölüşəcəyik. Amma hər şey: qadın və kişi arasında cinsi yaxınlığın, ümumən intim mühitin işıqlı-kölgəli çalarları müxtəlif rəylər doğuracaqdır və şübhəsiz, mənimlə razılaşmamalar da olacaqdır. Bunun nə ziyanı? Unutmayaq ki, qız oğlanla ilkin yaxınlığa elə-belə yanaşmamalıdır və gələcək həyat yolları üçün.
İKİNCİ SÖHBƏT
SEKS: İŞIQLAR, KÖLGƏLƏR
Nəhayət, qayıtdıq Z. Freydə-məşhur Avstriya həkimi və aliminə. Onun taleyi ona görə zamanın dolambaclarına qalib gəldi ki, Freyd ilk dəfə təhtəlşüur aktını icad etdi və bununla da o, insanın cinsi hisslərinin dərkinə yol açdı. Freyd başa düşürdü ki, cinsi hiss insan varlığını təlatümə gətirir, onun qəzəbini də, nifrətini də, eşqini də, məhəbbətini də şərtləndirir. Və cinsi hiss özünü başqa formada da “dəyişir”. Və belə seks “dəyişməni” sublimasiya adlandırdı. Bu söz latıncadır: Lakin ədalət naminə deməsək ki, Freydə qədər “seks” haqqında heç bir təsəvvür olmamışdır – yanılmış olarıq. Bir faktla kifayətlənək: Britaniya muzeyində Mesapotomiyanın bir füqurunun traktovkası saxlanılar; orada ərlə arvadın cinsi əlaqəsi təsvir olunmuşdur. Yaxud, Neapol muzeyində yunan vazonasında qara təsvirlə kişi sevgisinin səhnəsi verilmişdir.
Bir qədər əvvələ, əsrimizin müharibədən sonrakı dövrünə qayıtsaq, məşhur Amerika alimi Alferd Kinzi (1894-1956) özünün “Kişinin seksual davranışı” əsərini qələmə almış və 1949-cu ildə Fladelfiyada çapdan çıxmışdır. A.Kinzi ilk dəfə üzünü oxuculara tutmuş, seksual davranışla bağlı dialoqa girmişdir. Alimin müşahidəsinə əsasən, Amerikada ağdərili adamlar arasında kişilərin 4 faizi homoseksual əlaqəyə, 26 faiz qadınlar qeyri-kişilərlə məhəbbət münasibətində bulunurlar. A.Kinzinin atdığı addımlar uğurlu oldu və kitabın nəşrindən sonra – 1953-cü ildə U.Master və B.Conson xüsusi laboratoriya yaratdılar: Buraya könüllü surətdə cinsi aktla məşğul olan fizioloqları dəvət elədilər. Hətta bu prosesi kinolentinə aldılar.
Yetmişinci illər seks sahəsində “Qızıl əsr” adlandı. D.Bolenanın eksperimental işləri yayıldı tibb sahəsində.
Seksoloqlar sırasında Şirli Xaytın adı da həvəslə çəkildi. Bu nikbin qadın təcrübəni öz üzərində aparmalı oldu. Qırx yeddi yaşlı Xayt 1971-ci ildə “Qadın orqazmı haqqında əsatir” kitabını yazdı. 1976-cı ildə ilk dəfə diqqətəlayiq söyləmələrini “Qadın seksualizmi haqqında Xaytın mühazirələri”ni nəşr etdirdi. “Nyusni” jurnalı yazırdı ki, Xaytın “Mühazırəsi” bomba tək partladı kitab mağazalarında. Daha 5 il keçdi. Seksual davranışının parlaq və məstedici hissləri Xaytı bir növ əsir tutdu. O, daha hansısa alimin cibinə girmədi; bu dəfə kişi seksualı barəsində “Mühazirə”si işıq üzünə çıxdı. Xayt 13-lə 97 yaşın arasında 7.239 kişinin cavablarını işləyəsi olmuşdu. Bəli, nəhəng tirajlı bu iki “Mühazirə” müəllifə 2,5 milyon dollar qonarar gətirdi!
Bu gün seksual ünvanlı Xayt 26 yaşlı əriylə 1,5 milyon dollara başa gəlmiş mənzilində yaşayır. Onun üzünü görməsək də, xasiyyətinə bələd olmasaq da, şübhəmiz yoxdur ki, Xayt qadın nəvazişindən soyumamış, özünün İntim oyunları ilə həm cavan ərinə zövq bəxş eləyir, həm də müşahidələrini qələminə pıçıldayır. Həqiqətənmi Qadın şövqü qocalmır, yoxsa səhvimizi etiraf eləməyə ürəyimiz gəlmir?!
Budur, məşhur seks araşdırıcısının yeni çıxışı çapdan çıxdı (1987). Özü də məhəbbət barədədir və əsas dayaq isə 80 yaşlarında qadınların ərli münasibətləri götürülmüşdür.
Kitabların da, təcrübələrin də öz taleyi olur. Və Dünyanın Yaşamaq Zirvəsinə qalxdıqca ya həyat daha əlçatmaz zirvəsinə – sən can atırsan ona, ya da həyatın gözündə adiləşirsən-soyuyursan ondan.
Birincisi onunla bağlıdır ki, İntim oyunun- orqazmın doğurduğu şəhvət həzzindən yorulmursan, sanki heç nəyi dadmamısan. İkincisi onu pıçıldayır ki, İntim oyunun –orqazmın soyuq xatirəsi qalır bədənində, sən qiymətli bir şeyi itirirsən.
Cinsi yaxınlaşmanın əsas məqsədi ilk növbədə yeni həyat verməsidir, birgə həyatın yeni-yeni mərhələlərinə qədəm basmasıdır. Əlbəttə, həyatın boyu neçə-neçə İntim oyunun iştirakçısı olmusan, cinsi aktın əvəzsiz tamını dadmısan. Və həm də psixoloji gərginlik, imkanların səfərbərliyə alınması, qadın streotipiylə qarşılaşma və qeyri əlamətlər sənin yoluna çıxmışdır. Bu elə faciəli “ömürdür” ki, insan seksual mühitdən təcrid olanda həyat gözündə sönür, maraqsızlaşır və dəyərsiz bir şeyə çevrilir. Bəli, seksual motivlərin yoxluğu məşhur alim Q.Selyenin dediyi kimi, böyük qəlb faciəsidir, sağalmaz xəstəlikdir, öz istəklərini artıq yaşamışdır, milyonçu üçün sonrakı zənginlik də bu həyatı əvəz edə bilmir…
Cinsi motiv insanda tədricən formalaşır və bir neçə mərhələdən keçir: İlk mərhələdə neytral mövqedir; heç bir cinsi fərqlər və hissi elementlər olmur. İkinci mərhələ platonikdir, romantik başlanma özünü büruzə verir. Oğlan hətta özünü qızın müdafiəçisi kimi hesab eləyir. Özünü qəhrəmansayağı hazırlayır və o, necə də cəsarətlidir. Maraqlıdır ki, cinsi yaxınlaşmaya meyl yaranmır. Oğlan qızdan daha az maraqlanır yaxınlığa. Qız isə məhəbbətəbənzər bir hissin təsirində olur. Üçüncü mərhələ də erotikdir və orqanizmdə dəyişiklik gedir, cinsi inkişaf sürətlənir. Gənclərdə bu proses hiperseksuallıq kimi qiymətləndirilir. Güclü seksual fantaziya yaranır, spontan ereksiya, masturbatik ekotess baş verir. Bu o mərhələdir ki, gənclər anonizmə meyl eləyirlər.
Cinsi yaxınlaşma insanın istəyilə baş tutur və ağılın nəzarətində olmalıdır. Və böyük fərqlərə malikdir. Bəzisində əsas motiv orqanizmin tələbidir, müəyyən mənəvi-sosial ovqatla bağlıdır. Digərində bu, romantikdir; təxəyyül və fantaziya aparıcıdır. Bir qrupunda isə: evlənibsə İntim oyundan kənarda dayana bilməz, qadınına yaxınlaşmalıdır; əgər erotik vəziyyət yaranıbsa, dərhal qadınla cinsi aktda olmalıdır.
Uğurlu insan həyatı (söhbət təkcə ər-arvad münasibətindən getmir) o zaman sakit və şəffaf su kimi axır- kişi və qadın intim münasibətdə bir-birini anlayır. Əks hal-şərtlə, bu, fizioloji tələbdir, bundan da qaçmaq olmaz. Və elə olur ki, partnyorlar intim görüşdən qaçırlar.
Qadin 30 yaşındadır. Həmişə istəmiş və can atmışdır ki, partnyoru ilə qəlbən yaxın olsun. Axı, o, intellektual kişiylə tanış olmuş və zəmanət vermişdir ki, onların əlaqəsi daimidir. Həmin kişiylə (qadın onun adını çəkmişdi. -Müəllif) təxminən iki ay İntim oyuna girmişdir. Gözlənilmədən; baxmayaraq o, özünü təmkinli, həm də açıq aparmışdır. Kişi İntim oyunu başa çatdıra bilməmişdir… Kişinin ereksiyası yaxşı idi və kontusu təxminən yarım saata çəkir, ancaq “klassik formada” –üzü yuxarı. O gecəni keçirəndən sonra qadına ümidsizlik qaldı. Belə ki, o, həmin kişiylə güclü İntim oyununu keçmiş əriylə müqayisə eləmişdi və birinci uduzmuşdu.
Bu faktda iki tip cinsi motiv vardı.
Seksual harmoniya. Qadın bədəni, onun zahiri görkəmi mütənasibdir – deməli bu məxluq kişiyə zövq bağışlamağa layiqdir. İnsanın həyatında bu, böyük rol oynayır, yüksək məhəbbət hissiylə qovuşur və belə düşünmək də olar ki, seksual harmoniya müəyyən cəhddə mövcuddur; qoy belə də qərara gələk. Lakin seksual harmoniya o zaman dərin iz buraxır – qadınla kişi arasında parlaq yaxınlıq işıq saçır. Şübhəsiz, orqazm məhəbbətsiz də mümkündür, bir şərtlə ki, bu fizioloji tələbdir, bundan da qaçmaq olmaz. Və bir də var – mənəvi həzzalma. Lakin hər iki aktda vücudatın ən yüksək hissi coşqunluğudur; sanki insanın gözü torlaşır, ağılı kütləşir. Ehtiras seksual kompleksi birləşdirir: fəaliyyətin romantik, emosional, intellektual və sosial aspektlərini. Seksual aktın erotik mərhələsində orqanizmdə mürəkkəb dəyişmə baş verir və ilkin cinsi münasibət bərkiyir, hiperseksual çiçəklənmə özünü göstərir.
Seksual xaosda təkan verən nüvə mənbələrindən yan keçmək əsla mümkün deyil. Bəzən bunun fərqinə varmırıq, instinktiv həzzə laqeydliklə yanaşırıq. Elə isə cinsi həzzin astanasında dayanaq. Canlı mövcudatın orqanizmində müəyyən proqram vardır və bu irsiyyətin davamını təmin eləyir. Buna təbiətin qanunu kimi yanaşmışıq. Və uzun əsrlərin həya etikasında bu “qanunu” cinsi instinktin anlayışından ayırmışıq. Çox vaxt da instinktin mərkəzinə qaçan həzzi unutmuşuq. Biz konkret, cinsi həzzi nəzərə aldığımız üçün bu barədə üzümüzü oxucuya tutmalıyıq. Necə ki, Z.Freyd cinsi həzzi istək, canatma kimi təklif etmişdir.
Cinsi həzz inkişafı gedişində yaşın mərhələlərindən asılıdır. 7-10 yaşlarında bu, platonik, ilahi həzz kimidir və əks-cinsə yönəlir. Heç bir xəyanətkarlıq, hiyləgərlik səciyyəsi daşımır, qızda daha çox özünü yetişdirir. Gənclik yaşlarında aparıcı erotik cinsi həzzdir və təkcə mənəvi istək deyil, həm də bədənə toxunmaq arzusu doğurur. Belə ki, oxşama, əzizləmə və sairə seksual həzz oyadır –cinsi akta çəkir…
Qadın və kişinin hiperseksuallığa –cinsi həzzə qoşulması müxtəlifdir. Əksər qadında cinsi akt o zaman yaranır onlar özlərini orqazma necə hazırlayıblar. 20 faiz qadında bu, 16-18 yaşlarda özünü göstərmişdir.
Əksər kişidə 25 yaşına qədər cinsi həyat başlanır. Əgər qadın (25%) fizioloji inkişafında orqazmı 26-28 yaş arasındadır, yüksəyi isə 28-30 dayanacağında…
Bir əhvalatı xatırlayaq və sonra söhbətimizə davam edək.
Bir əksi məktubdan sətirlər: “Orduda xidmətdə idim. Rəqs meydançasında sıxlıq vardı. Həvəsim yaxşı deyildi, oynamaq istəmirdimsə, yay donunda rəqsə gəlmiş qızlara baxırdım. Bir qızı gözüm tutdu. Yaxşı geyinmişdi, arıq deyildi… Təsəvvürümdə arıq qızla ünsiyyətin müəyyən çalarları qalmışdı; möhkəm olurlar; dərhal reaksiya vermirlər və sairə. Nisbətən dolu bədənli qızla ünsiyyətim olmamışdı; mənim fikrimcə beləsini cilovlamaq müşküldür. Həmin qızı növbəti rəqsə dəvət elədim; onun belindən tutdum, musiqinin hansı məqamındasa möhkəmcə sıxdım özümə. Onun göbəyinə toxundum və bunu bir də təkrarladım. Qızın yaşıl gözləri kirpiyində gizləndi, güclə eşidiləcək səslə özünü araladı. “Əhə. –Pıçıldadım öz-özümə. Mən deyəndir”.
Məktubun arxası uzun idi və romantik, amma real mətləbdən yazmışdı. Son məqsədinə tezliklə nail olduğu üçün həmin məktuba qayıtmağı lazım bilmədim.
Oğlanın qızın belinə, əsasən göbəyinə toxunması və hətta gözləriylə (bunu da yazıb) qızın döşlərinə, sinəsinə… diqqət yetirməsi əsas amilə çevrilmişdir. Qadında (qızda) coşqunluq, ehtiraslıq… əmələ gətirən hissə elmi ədəbiyyatda erogen zona adlanır. Və bu gün xüsusilə qızın cinsi akta meyilliyində bu zonanın nə dərəcədə sosial məna daşıdığını qeyd etməmək olmaz. Yəqin ki, oxucum mənim üslubuma – söhbətimə elmilik yağışı damcıladığını bağışlayar.
“Erogen” yunan sözüdür, məhəbbət, çılğınlıq deməkdir. Bu söz elmi mənasını təsadüfi almayıb. Cinsi çılğınlıq (ehtiras) təkcə harmoniyadan nəşət eləmir; ayrıca hissi coşqunluq mərhələsinə qədər erogen zonasında tapır. Bu zonada istilik və ağrıdıcı üzvlər yerləşdiyindən xüsusi reseptorlar cinsi hissetməni şərtləndirir və hərarəti gücləndirir. Qadında belə bir fizioloji üzvlərə: kiçik dodaq və uşaqlıq yolu, dodaq nahiyyəsi, dil, boyun, göbəyin aşağı tərəfi (hissəsi) və s. daxildir. Əgər kişi qadının dodaqlarının dadını isti öpüşlə, həmçinin dilinin hənirtisini dodağı ilə çəkirsə… qadında hissi oyanma baş verir, coşqunluq yaranır və cinsi əlaqə həvəsinə yaxınlaşır. Birdən qadının bu prosesə meyli o zaman qüvvətlənir ki, kişinin əli digər erogen zonasını oxşayır.
Təsəvvür edin ki, yorğun bir quş budaqda oturub. Bahar qönçələrdə çərtib, yaşıl yarpaqlar budaqdan çıxıb. Bir quş isə tənhalığı barədə düşünür. Elə bu vaxt Allah onun arzusunu yerinə yetirir, bir erkək quş onun budağına qonur. Dişi quş bu gəlişə dərhal reaksiya verir və onun gözlərində tərpəniş olur. Erkək quş dişi quşa yanaşır, dimdiyilə toxunur, qanadlarını açır, cüzi də olsa ona toxunur. Dişi quş dirçəlir və bədənində erkək quşa qarşı ünsiyyət yaranır…
Qadında öpüş daha həssas reaksiya oyadır. Öpüşün məna dəyəri müxtəlifdir. Həyatda çox qarşılaşmışıq öpüşlə. Biri ən doğmasını, o biri dostunu, tanışını öpür. Belə öpüş soyuq, informatikdir; yəni: “Biz çoxdandır, görüşmürük”, “Harada idin bu vaxtadək” və s. Adətən bu cür öpüşlər məhrəm sayılır, nə qadında, nə də kişidə qısqanclıq yaratmır.
İki sevgilinin öpüşü də məhrəmdir. Onlar adətən, bir-birinə məhəbbəti ifadə eləyirlər. Hissi coşqunluq və qorxulu öpüş isə qadının ünvanına yol alır və onu… Öpüş o qədər kütləvi və həzzverici vasitədir ki, mütəxəsislər onun 200-ə qədər növünü hesaba almışlar!
Öpüş sadəcə xoşa gəlmir; hətta o, kişinin cinsi profilaktikasında böyük rol oynayır. Qadın ürəyinə yatan kişinin dadını indiyədək (öpüşə qədər) hiss eləmədiyi, haradansa bədəninə axan ilğım-cərəyanın səbəbkarını-öpüşü yüksək emosiya ilə qarşılayır. Və belə dəqiqələrdə qadın hər şeyi-ən yüksək hesab elədiyi təbiəti də unudur. Onun üçün təbiət kişinin damla-damla dodaqlarına süzülən qayğı və ehtiras təmasıdır. Bu anlarda kişi qolları ilə qadının erogen zonasına toxunmamalıdır. Bu, iki cəhətdən əhəmiyyətlidir: a) kişi əlləriylə yalnız qadının saçını, yaxud boynunu oxşayırsa, qadın öpüşün davam etməsini arzulayır, çünki kişinin dodaqları onun dodaqlarındakı artıq qanı sanki sovurur, təzələyir; b) kişi əlləriylə qadının digər erogen zonasına toxunursa, qadında coşqunluq peyda olur və o, daha öpüşdən həzz almağa çalışmır, istəyir İntim oyuna qoşulsun. Beləliklə, hər iki halın ayrılıqda mənaları vardır.
Erogen zonanın cinsi yaxınlaşmada funksiyaları eyni deyildir. Bu sahədə uzun illər aparılan müşahidələr təsdiq etmişdir ki, qadının cinsi kontakta güclü meyil göstərməsində ayrı-ayrı üzvlərin öz yeri vardır. Bəzi qadında bu funksiyanı boyun, qulaq, bəzi qadında dil, döş, boğaz ödəyir. Əlbəttə, bunun fizioloji izahı mütəxəsislərindir…
Bir az da kişinin erogen zonası barədə. Münasibətlər labirintində kişinin özünə xas təsiredici–impulsiv rolunu inkar etməməliyik. Hərçənd bu, nisbətən qadında xeyli dərəcədə güclüdür. Kişidə, eləcə də onun sinəsi, dodaqları, göbəyi, penisi xüsusilə seçilir. Lakin qadın kimi, hər bir kişinin özünəməxsus cinsi yaxınlaşma aktına çəkən erogen üzvü mövcuddur. Bunlar sırasında mücərrəd bir vasitə vardır: Kişinin baxışları.
Qadın etirafı şəhadət verir ki, fikrimizin həqiqiliyinə və səmimiliyinə inansın oxucu.
Baxış qadına eyni dərəcədə əllə toxunma qədər təsir eləyir. Ola bilsin bu, fiziki qanunauyğunluqla əlaqəlidir. Lakin kişi intim ovqatla qadının gözlərini “nişan” alırsa və bu nişangahın qadın üçün heç də yaxşı qurtarmayacağını fəhmən duyursa… bu qələbə kişiyə layiqdir. Ona görə ki, həssas qadın “oxuyur” sətiraltı misraları. Şübhəsiz, söhbət o baxışların “oyunundan” gedir ki, qadın İntim oyuna özünü hər vaxt hazır eləyir. Xüsusilə, güclü temperamentli kişidə baxışların impulsiv gücü dəqiqdir və o, hədəfi düzgün nişanlayır.
Erogen zonada qadın sinəsi və döşü ən “sürüşkən” üzvdür, -desək yanılmarıq. Döşün hissi oyatması qadında kişiyə nisbətən güclüdür. Əlbəttə, döşün “sürüşkənliyi” qadın bədəninin simmetriyasını qorumasında daha çox günahkardır. Acı da olsa, həqiqətdir. Kişi döşün sığallamasından… yüksək həzz alır, təbiidir ki, qadın da həmçinin. Burada, adətən, qələbə kişinin tərəfində olur. O, qadında ən incə nöqtəni “ələ keçirməyə” çalışır. Qadın isə güzəştə gedir; çünki ona da zövq verir döşünün əzizlənməsi, sorulması. Mən bu məqamda qadını qınamıram; axı o, məhəbbət elminə yad qala bilməz. Lakin həqiqət budur ki, qadın öz bədən quruluşunun vüqarını (!) qorumaq istəyirsə… güzəştə getməməlidir. Bir sıra qadın bu baxımdan “sürüşkənlikdən” qaçmağı bacarır…
Bir xoşagəlməz hal da müşahidə olunur. Təəssüf, elə qadın yaşayır o, anadan olmuş uşağına döş südü verməkdən imtina eləyir. Guya bədənini hifz eləyir. Döşün quruluş yönümündən də çox şey asılıdır; yəni hər döş kişidə həzz doğurmur. Sivri uclu, şiş döş daha çox ehtiras – həzz oyadır kişidə. Və bunu hiss eləyən qadın kişiləri hakimiyyətinin fəthinə səsləyir!
Qadın sinəsi qadınlığın simvoludur. Bu bənzətmə yeni olmasa da, köhnə kimi də səslənmir. Bu simvol ilk növbədə Analıq haqqı üçün zəmanət verir. Döşün qadın sinəsində par-par yanması qaranlıq gecədə bədirlənmiş ayın saçdığı işıq tonqalına bənzəyir. Döş sinədən ayrı götürülməməlidir. Qeyd edək ki, döşün cinsi yaxınlıqda oynadığı rol bütün qadınlarda eyni dərəcədə olmur. Bir qrup qadında ehtiras doğurmur; bu isə qadının orqanizmindən asılıdır. Digər qrup qadında bu, güclü həvəs oyadır və onu partnyoruna sıx yaxınlaşdırır. Qadın ehtirasa gəlmirsə, onda cinsi üzv olan klitor sakitləşir; əks halda klitor cuşa gəlir və erektik prosesə cəlb edir: Burda toxunaq ki, bütün qadınlarda klitor ehtiras doğurmur: ümumən erogen zona rejissor roluna girir.
Hətta elə xalqlar (Afrikada bir qrup zəncilər) mövcuddur ki, onlar qız dünyaya gələn kimi uşağın klitorunu kəsirlər. Bu adət təəccüblü olsa da, haradasa mənası var; qız bir növ həddi-buluğa çatanda cinsi ehtirasın səviyyəsi aşağı düşür. Adətən, digər əxlaqi tərəfi ondadır ki, qızlığını–namusunu qorumaq üçün bunun faydası az deyil. Oğlanla yaxın ünsiyyətdə belə qız nisbətən ehtirasını cilovlamağı bacarır.
Bir qadın-kişi münasibətində hələlik kənardan müşahidəçiyik. Bu da gərəklidir; axı, hər gün təmasda olan bu iki simanın İntim oyuna girməsində seksual xaosun mahiyyəti qaranlıq qalır. Halbuki hər şeyi qələmə gətirməkdən daima çəkinmişik. Əslində kitabı vərəqləyən oxucuya aydın olmalıdır ki, intim yaxınlaşmanı şərtləndirən amillərdən “utanmağa” dəyərmi? Məni başa düşməyə çalışın.
Kişi və qadın əsəb gərginliyinin tüğyan nöqtəsində daha uca zirvə gərginliyində dayanır: Orqazm. Huşun-ağılın və hissin-emosiyanın–cinsi akt uğrunda ölüm-dirim mübarizəsinin son həddi –həzz prosesi. Bu müqayisəni təkrar oxuyanda söz qüdrətimin acizliyinə acıdım. Yox, qələm təsvirdə gücsüzdür; bəlkə də buna görədir ki, alimlər buna bənzər anlayışların mənasını elmi dildə ifadə eləməklə canlarını qurtarmışlar. Mən düzü, azca onlara söykəncək edəcəyəm. Sonra üzbəüz söhbətimin davamını izləyərsən, oxucum.
Ehtirasın maddi-fizioloji məhsulu orqazm adlanır. Bu, həm də cinsi akt prosesində cinsi orqanların iştirakilə yaranan hissi coşqunluğu özündə ehtiva eləyir və qanın köçürülməsi funksiyasını yerinə yetirir. Genetik davamı şərtləndirir.
Bir sıra qadın orqazma qoşulanda bütün psixi prosesləri dayanır, coşqunluq bədəninə yayılır, şüurunu itirir və sonra güclü hissi təkanla hərarəti artır, klitoru hərəkətə gətirir və seksual ehtiras bədəninə tam yayılır. Bu prosesin ekspressiv hərəkəti qadınlarda müxtəlif şəkildə təzahür edir və burada qadının öz partnyoru ilə fərdi gərdişindən–münasibətindən çox şey asılıdır. Sağ olsunlar mütəxəssis–ixtisasçılar ki, bir damla da olsa müşahidələrinə istinad etmişlər. Məsələn, Q.C.Vasilçenkoya görə orqazm–mürəkkəb qarşılıqlı struktur əmələ gəlməsidir, müxtəlif mənbələrlə ölçülür.
Məşhur seksoloq A.M.Cvyadoşa görə, orqazm cinsi akt prosesində həm kontal, həm də ekstraktoitalsız təzahür edə bilir. Ekstraktoital orqazm, adətən, yuxugörmədə baş verir, xüsusilə erotik yuxugörmədə. Kişidə isə bu, toxum (sperma) axıtma zamanı özünü göstərir. Kişidə orqazm, adətən, bir neçə saniyə davam edir və yüksək həzzalmanın səviyyəsi tez qalxır və düşür. Bəzi qadında bu, xeyli çəkir, hətta 20-60 san. Xeyli saylı qadında və kişidə təkrar orqazm 15-20 dəqiqəlik fasilədən sonra alınır; bəzisində daha çox. Elə qadın müşahidə olunur ki, o, təkrar orqazm qabiliyyətinə malikdir və 1-2 dəqiqəyə bir-birini əvəz edir. Hətta 3-4 dəfəyə çatdırma qabiliyyətli qadına da təsadüf olunur.
Müşahidələrə qayıdaq. Orqazm coşqunluğu hansı tip qabiliyyətli qadında necə həzz oyadır?
Birinci tip qadının söyləməsi: Mən tibb ədəbiyyatı oxumamışam. Amma klinikaya gələndə verilmiş anket sorğusuna cavabımda onu qeyd edərdim ki, şəxsən mən bir kərə orqazmda olanda bu, mənə bəs eləyir. Ən əvvəl, deyim ki, bu, ürəyimə yatan kişiyə münasibətimdən asılıdır. Cinsi akta (bu müəllifin ifadəsidir) qədər özümü hazırlayıram, daha doğrusu, kişi məni hala gətirir. Bu elə anım olur, Dünyanı, yaxşı Adamı-hər şeyi unuduram, yalnız özüm qalıram, bir də partnyorum… Sual verəndə ki, təkrar orqazma necə baxırsan? Ətim ürpəşir, bir cinsi aktda qadın bir kərə orqazmı yaşamalıdır. Vəssalam.
İkinci tip qadının söyləməsi: Anketin sualı məni açmadı; qadın üçün yalnız bir dəfə orqazm? Başqası ilə işim yoxdur; mən düzdür, ilk orqazmda özümü idarə etməyi bacarmıram. Asılı deyil məndən. Bilirsiz, necə coşqunluqdur bu? O anları qadın fizioloji-psixioloji gərginliklə keçirməkdə müxtəlifdir. Əksəri sosial qiymətlə ölçülür. Amma hər halda bir akt vardır: Orqazm Dünyanı təlatümdən xilas edər!
Hər iki təəssuratda (elmi informasiya vermir bu qeydlər) həqiqət güclüdür, baxmayaraq şəxsi-intim hisslərlə əlaqəlidir. Fikrimi izah etməzdən əvvəl, deyərdim ki, elə qadın tipi mövcuddur; o, cinsi aktda iştirak edirsə – orqazm halından məhrumdur, lakin o, həzz alır intim oyundan. Onun üçün bioloji-fizioloji proses kimi bunun fərqi yoxdur. Bir şərtlə: kişi onun erogen zonasını oxşasın. Mən bir maraqlı araşdırmalar aparmış psixiator–həkimlə söhbət elədim. Və o, təbii olaraq bu məsələyə toxundu.
Seksoloqun dediklərindən yadımda qalanlar: Bir qadın mənə müraciət eləmişdi. Yaşı 25-30 arasında. Açıq danışacağını qabaqcadan bildirdim: – Mənim peşəm bunu tələb edir. –Qəti dedim sözümü. – Gülümsündü, dodaqlarında təbəssüm göründü: -Mən daxilən kasıb qadın deyiləm, bir qadın kimi İntim münasibətlərdən həzz alıram. Onsuz qadın ağacından qoparılmış yaşıl, canlı budaqdır, amma onu suya atsan da cücərib inkişaf etməz. Kişisiz qadına bu gözlə baxıram. Faciəm odur ki, (o, bu sözü deyəndə gözləriylə az qaldı oyansın) cinsi akt prosesində orqazm məndə əmələ gəlmir. Ancaq əvəzində, partnyorum mənim erogen zonamı əliylə hey oxşayır, oxşayır. Sanki həyatım oradadır. Xüsusilə, boynum, saçımın örtdüyü hissə. İlahi, bütün varlığım oradan nəfəs alır, mən oradan yaşayıram özüm üçün. Bunu xeyli illər gizlin saxladım, ən nəhayət dözə bilmədim. Partnyoruma açdım… Mən neçə ayda bir dəfə orqazm halını keçirsəm kifayətdir… Bunun səbəbləri yox deyildir. Hər bir qadının hər bir kişiylə İntim oyunundan asılıdır. A.M.Svyadoşun məşhur laboratoriyasında belə qadınlar az qeydə alınmayıb. Belə ki, bir qadın sanki bu eksperimenti öz üzərində aparıb. O, başqa kişiylə cinsi yaxınlığa qədər bildirmişdir ki, onun erogen zonasına əl gəzdirsin, xoşallanır. Təklif qəbul olunmuşdur. İntim oyuna qədər erogen zona partnyoru tərəfindən oxşanmışdır. Və nəhayətdə partnyorun əli onun klitorunda toxtamışdır. Bir neçə dəqiqədən sonra qadının bədəni titrəmiş, uçunmuşdur. Kişi fərqinə varmamış, onda anlamışdır ki, partnyoru cinsi aktı həsrətlə gözləyir. Orqazm dərhal baş tutmuşdur. Bu fakt ona görə maraqlıdır ki, bioloji-fizioloji səbəblərdən orqazm alınmayan qadın partnyoruna (hətta ərinə) zəif cəhətini bildirməlidir.
Cinsi akt. Bu sözün sinonimi kimi koitus də işlənir. İnsanın yeganə qoşa fizioloji aktıdır. Davranışın etik və əxlaqi normalarının tarixən mürəkkəbləşməsi gücləndikcə intim şərait yaranmışdır. Cinsi akt əsasən hazırlıq mərhələsi tələb edir və coşqunluğun dinamikası orqazm fazası və əksinə, adi faza ilə ölçülür. Cinsi coşqunluq fazasından sonra cinsi stimul –qanın köçürülməsi güclənir və cinsi orqan böyüyür, buradan da ereksiya meydana gəlmişdir. Yalnız ereksiya alınanda kişi İntim oyuna özünü hazırlaya bilir. Və dünya onun üçün bir qəpiyə dəyər!
İntim oyunun gedişində yaranan ehtiras, həzz, xüsusilə orqazmdan doğan eyakulyasiya hər qadında müxtəlif tempdə və səviyyədə olur. Elə qadın var ki, onun üçün yaxınlığın heç bir əhəmiyyəti yoxdur, yəni fərqinə varmır. Digərində xoş təsir oyadır, yüksək həzz alır. Əgər yaxınlıq zamanı qadında yüksək coşqunluq (ehtiras) yaranır, amma son nəticə alınmırsa – deməli, cinsi akt sürətlə qurtarmışdır. Hətta onun bədən üzvlərində-erogen zonasında ağrılar əmələ gəlir; göz yaşı da müşahidə olunur.
Cinsi aktdan sonra bəzi qadın əzab çəkir, özünütəhqir sayır, onu həya hissi alır, fiziki və mənəvi cəhətdən özündə gücsüzlük hiss edir; bu o momentlərdə olur, kişi İntim oyundan sonra qadına qarşı laqeydləşir, arxasını çevirir. Qadın oxşamanı, əzizləməni umur kişidən və bu diqqətdən hədsiz zövq alır. Deməli kişi mavi, gömgöy Kosmosdan imtina etmirmi?!
Cinsi aktivliklə hər iki tərəf üçün nazlanmanın və gözəlliyin üstünlüyü çoxdur. Kişidə cinsi aktivlik, eləcə də qadında – əhəmiyyətli dərəcədə yaşla bağlı olub, fərdi xarakter daşıyır. A.Kinziyə görə, cinsi akt kişilərdə 30 yaşına qədər bir həftə ərzində orta hesabla 3,2 dəfə, 30 yaşından keçəndə 2,2 dəfə və 60 yaşında 0,8 dəfədir. 60 yaşlı kişilər arasında cinsi akta qabiliyyətsizlik 96 faizdir. Amma istisnalar yox deyil…
Qadında cinsi aktivlik kişiyə nisbətən güclüdür. 16-18 yaşlı ərə getmiş qadınlarda ilk vaxtlarda cinsi akt orta hesabla 2,8; 30 yaşında 0,5 dəfə baş tutub bir həftə ərzində. A. M.Svyadoşun hesablamasına görə, 20-40 yaşlarında ərli qadın bir həftədə cinsi akta 3-4; 50 yaşında 2; 60 yaşında 1 dəfə; 70 yaşında nadir halda qoşulur. Amma istisnalar yox deyil…
Qadının özünü cinsi akta hazırlaması da sükütla qarşılanmamalıdır. Bəzən, bəlkə də əsasən belə bir ənənə yaşayır ki, qadın elə məxluqdur kişidən fərqli olaraq o, həmişə İntim oyunun iştirakçısıdır. Mən və qeyriləri bu qənaətlə razılaşmırıq. Cinsi yaxınlıq təkcə ruhi tələbatla ölçülmür, hərçənd, son nəticəsiz də bu təlabat heçdir. Lakin cinsi akta qədər qadın əlaqədə olduğu kişi barədə ciddi götür-qoy etməlidir; bu baxımdan ki, İntim oyunda orqazm prosesi hansı səviyyədə baş tutur. Ola bilir qadın ərə getdiyinin ilk həyatında orqazmı aşılamır, hətta 32%-i ilk orqazmdan uzaqdır, anorqazm halı isə orqanizmin potensiallığını keyləşdirir. Ərə getmiş 20 yaşlılar arasında anorqazm 2 dəfə artıq olur, nəinki 30 yaşlılar arasında. Bir sıra qadınlarda müvəqqəti anorqazm cinsi hisslərini tərbiyə etməməklə bağlıdır. Lakin sağlam, bədəncə yaxşı inkişaf etmiş qadında anorqazm ikinci cinsi aktda aradan qalxır. Və bu halın-anorqazmın büruzə verməsində qadının temperamentinin fərdililiyi rol oynayır. Hədsiz ciddilik, yaxud utancaqlıq cinsi hissin inkişafını məhdudlaşdırır, xüsusilə ərli günlərin ilkinliyində. Belə bir soyuqluğu etiraf edən qadın təəssüf ki, az deyil. Və ərə gedənə qədər cinsi çılğınlıq hiss etməmişdir, hətta ərliyin birinci ilində özünü soyuq aparmışdır – cinsi yaxınlıq zamanı. Bir dəfə qadın cinsi aktda gözlənilmədən özündə orqazmı yaşamış və başlamışdır bunu özündə alışdırmağa.
Hallar olmuşdur, qadın əriylə aktda orqazmı yaşaya bilməmişdir. Qeyd edək ki, belə vəziyyətdə qəribə bir təsadüfi ya şüurlu, ya da şüursuz xidmətinin üstündən yan keçməyək.
… 31 yaşındayam. On ildir ərə getmişəm. Məndən 4 yaş böyükdür. Söhbət mənim 3 il ərli vaxtımdan gedir… Ərim cinsi aktı normal keçirir, bundan şikayətim yoxdur. Məsələ ondadır ki, ərə gedənə qədər özümü cinsi yaxınlığa hazırlamamışam. Hətta erotik yuxugörmə ilə də qarşılaşmamışam… Ərli günlərimin təxminən 2 ilində cinsi soyuqluğumu duydum. Cinsi akta başlayarkən hiperemik hal baş verdi, cinsi orqanlarımda hətta koitus prosesindən razı qalmadım, ovqatımdan və cinsi coşqunluğumun soyuqluğundan. Cinsi akt təxminən 3 dəqiqə sürdü. Nə sirdi bu! Bir təsadüf, acıdır demək, ancaq elm xatirinə bir qadının müşahidəsi kimi gərəksiz olmaz. İş yerimdə təzə adama toxundum təsadüfən, bədənim gizildədi, özümdən asılı olmadan mənim təsəvvürümdə bu adamla cinsi yaxınlıq xülyası oyandı. Şübhəsiz, hisslərimi faş eləyə bilməzdim, buna heç bir haqqım çatmırdı. Dəhşət. Ərimlə yanaşı çarpayıya uzanmışam. Ani sinəmə əlini toxundurur… Və ərimlə cinsi akta girməli oldum və təsəvvür elədim ki, o adamlayam (ağırdır, nə eləyim, həqiqətdir), həzz alıram, orqazm baş tutur… Bundan sonra hər cinsi yaxınlaşmada 2 dəqiqəyə orqazm baş tutur… (elə olur bir gecədə 2 dəfə). Ərimi indi daha çox sevməli oldum. Mən nə dərəcədə haqlıyam?
Kişiyə cinsi münasibətində göründüyü kimi, psixoloji-hissi faktorun rolunu qiymətləndirməmək yaramaz. Bu amillər sırasında psixogen anorqazm da mövcuddur. Bu, seksual tormozlanmadan asılıdır və bir sıra səbəbələrlə sıx əlaqəlidir. Məsələn: qadın ərini ideal hesab etmir, ona qarşı hissi cəlbedici deyil, istəmədiyilə evlənmişdir, ailə münasibətlərində narazılıq vardır və s. Bu da çox vaxt cinsi aktın müvəqqəti məhdudlaşdırılması ilə, kişinin cinsi qabiliyyətinin aşağı düşməsiylə müşayiət olunur. Bəzən də əksinə. Kəbinə-evlənməyə qədər güclü məhəbbət hissi ümidsizliklə əvəzlənir ərinin cinsi qabiliyyəti onu qane eləmir və qadın cinsi həzz ala bilmir. Bu kədərli də olsa kişi və qadın arasındakı məhəbbət hisslərinə kölgə salır, soyuqluq yaradır, vay o xasiyyətə ki, ortada sərt ciddiyyət meydan oxusun! Güclü psixi həyəcan keçirmə həyatın intim tərəfinə istiqamət alırsa, cinsi soyuqluq kişi və qadın arasında at oynadır. Beləliklə, Dünyanı nurlandıran, İnsanı xeyirxahlaşdıran İntim oyun atın tərkində oğurlanır! Sonra isə o günlərə qayıdanda acı və həzin, kədər kənardan boylanır. Ötən gün isə bir daha qayıtmır.
Qadının cinsi akta qoşulması onun psixi əhvalından, psixoerotik hazırlığın dərəcəsindən, klitorik cinsi coşqunluqdan, cinsi orqanın həcmindən asılıdırmı? A.M.Vayadoşun laboratoriyasına müraciət edən bir qadın üzərində aparılan müşahidədən: Onun 40 yaşı var, orqazmın baş tutmaması ucbatından bir neçə kişiylə cinsi həyata qoşulmuşdur. Erotik fantaziyasız onda son illər güclü vaginal orqazm təzahür etmişdir. Son illər erotik fantaziyaya tələbat meydana gəlmişdir. Həmçinin, erogen zonasını əllə oxşamaq həvəsi də yaranmışdır.
Ərini sevmişdir, baxmayaraq onunla heç vaxt orqazm baş tutmamışdır. Onunla boşanandan sonra daha 3 kişiylə cinsi həyata qoşulmuşdur. Üç kişiylə cinsi aktdan ona görə razı qalmışdı ki, cinsi orqanları onu qane eləmişdi. Sonuncu ilə ereksiya halı 15 dəqiqə çəkir. Daha bir növbəti kişiylə yaxınlıq… Bunun cinsi orqanı əslində həcmiylə seçilmirsə… 5-6 dəfə friksiyaya girir, özü də cinsi akta ayrıca hazırlıq görmür, onda güclü vaginal orqazm yaranır.
Biz seksual söhbətimizin istiqamətini dərinləşdirməyə cəhd göstərmirik. Bu dərya dibi görünməz sahələr və onun dərinliyində nələrin üzdüyünün fərqinə varmaq çətindir. Hərçənd, biz kənarın, haradasa özümüzün yaddaş-xatirələrini çözələyirik, amma kənardan boylanmaqla hər şeyi görmək olmur. Axı, bəzən də (bəlkə də daha çox) elmə söykənmək lazım gəlir və bu dəfə də seksual nəzəriyyə ilə məşğul olanların qələmi önündə baş əyirəm. Ədəbiyyatları vərəqlədim, müəlliflərin qənaətlərini götür-qoy elədim. Və qadın psixologiyasının yuxarıda təsvir elədiyim dəryadan da dərin və mürəkkəb olduğuna kövrək nöqtə qoydum.
Münasibətlər xaosunda “seksual davranış” deyilən bir anlam vardır. Bu, hansı məqamlarda və necə özünü biruzə verir? Seksual davranış eyni zamanda ilkin yozumunda hansı tələbatları ödəyə biləcəyi məqamından çıxış etməklə əsaslı şəkildə dəyişir. Qəbul olunmuş “Eyni” intim yaxınlıq aşağıdakı (əlbəttə, şərtidir) məsələləri özündə cəmləşdirir:
1) Taqətdəndüşmə (relaksasiya) cinsi gərginliyin azalması vasitəsi ola bilir. Bəllidir ki, seksual məmnunluq, razıqalma halları mövcuddur: yəni qadın və kişi cinsi aktda bir-birindən razı qalır. Bu yönümdən cinsi gərginliyin azalması seksual məmnunluğun adi forması kimi çıxış edir və burada subyektin fizioloji tələbatı aparıcı faktordur.
2) Uşaqdoğma vasitəsi – burada prosesin özü bir o qədər vacib deyil, nəinki onun son nəticəsi. Əsaslandırmanın bu növü həqiqi şəkildə varisə ehtiyacı olan hökmdarın sülalə nigahında və ya uşaq qazanmaq üçün kişini şüurlu olaraq istifadə edən tənha qadının davranışında meydana çıxır. Adətən, belə prosesdə şəhvanilik, aşiqanəlik kənardan “boynunu bükmür”, amma nə edəsən ki, şəhvani mülahizələr cüzi rol oynayır; bir şərtlə, “törədənin”(baiskarın) sosial, yaxud anadangəlmə keyfiyyətləri zəruridir.
3) Qüvvələrin toplanması, bərpası –rekreasiyası – məqsəd kimi meydana çıxan hissi məmnunluq vasitəsi. Rekreativ əsaslandırma seksin əyləncəli cəhətlərini tez gözə soxur; bu vaxt erotik – (seksual hiss) texnikanın yeniliyinə və müxtəlifliyinə xüsusi fikir verilir. Burada psixoloji yaxınlıq, təmas vacib sayılmır (amma sayıla da bilər), tərəf müqabilin seksual məmnunluğu, həzzi “oyun qaydalarına” yalnız şəxsi ləzzətartırma vasitəsi kimi daxil olur.
4) Dərketmə -cinsi marağın ödənilməsi vasitəsi kimi. Biz “dərketməni” fəlsəfi, linqvistik, pedaqoji, psixoloji və qeyri anlamda götürməməliyik. Düzdür, təbiətdə o şeyə qayıdırıq: o şeyi duyuruq, o şeyi qəbul edirik, anlayırıq, başa düşürük. Əgər kişi qadını, qadın kişini dərk edirsə – onlarda cinsi yaxınlığa impuls yaranır, hər iki tərəf bir-birini çəkir.
Bibliyada və qədim mənbələrdə “qadını dərk etmək” ifadəsi əbəs yerə cinsi əlaqəni şərtrləndirmir. Və “qadını dərk etmək” –demək qadınla əlaqədə olmaqdır.
Yaş prizmasından bu qədim ifadəyə yanaşsaq, qoyuluşunda fərqlər yox deyil. Məsələn: yeniyetmə üçün: – Ümumiyyətlə, bu necə ola bilər? – sualı səciyyəvidir, ənənəvidir.
Yaşlı üçün: – Bu adam seksual planda nə cür ola bilər? – sualı konkretdir. Buna baxmayaraq, hər iki sualın məzmununda bir ideya dayanır: Qadın və kişinin bir-birini anlaması.
5) Ünsiyyət vasitəsi. Qadın, yaxud kişi yaxınlığa qədər şəxsi-psixoloji kontaktda olmalıdır. Tənhalıqdan çıxma, intim uyuşma qadın və kişini vahid varlıqda birləşdirməlidir. Münasibətlərdə sadə tərəf deyil bu; intim yaxınlıq motivləri tabeli komponentlər kimi çıxış eləyir. Ünsiyyət seksuallığı yüksək fərdi seçiciliyə laqeyd qalmır.
6) Seksual özünütəsdiq vasitəsi. Fərdin, Qadının, Kişinin cəlb eləmək, xoşa gəlmək, seksual cəhətdən qane eləmək qabiliyyəti və sairəni yoxlamaq məqsədiylə sübutetmə tələbatı meydana çıxır. Yaşlıda bunun elə bir ciddi əhəmiyyəti yoxdur; və hipertrofiyası (böyümə) həyəcan və inamsızlıqlada bağlıdır.
7) Qeyri-seksual məqsədlərə nail olunması. Tutalım: maddi sərvət naminə ərə getmə, mikromühit naminə özünün sosial-psixoloji statusunu qaldırmaq vasitəsi. Bu qanunauyğunluğu (olmaya da bilir) dərk edən kişi gözəl, cazibədar qadınla cinsi həyata qoşulanda ətrafında müsbət emosiya yaranır, pərəstişkarların sayı çoxalır və beləliklə, qadının özünün nüfuzu artır.
8) Müəyyən mərasimi, adəti saxlamaq vasitəsi. Sadə və ümumi halda ərlə arvadın öpüşü əsasən şəhvət hissindən uzaqdır, çünki burda artıq sosial adaptasiya güclüdür, lakin mövcud münasibətlərin sabitliyinə zəmanət verir.
9) Fəaliyyətin başqa, çatışmayan formalarının, yaxud emosional məmnunluq üsullarının əvəzolunması vasitəsi. Yeniyetmələrdə anonizm, yaşlılarda şorgözlük (Donjuanlıq) çox vaxt emosional həyatın kasıblığına dəlalət eləyir. Müvazinəti saxlayan seksuallığın səciyyəvi cəhəti onun cəbri, kompulsiv (nəbzvurma) xarakteri və subyektin onun nəticələrindən narazılığı (təmin olunmaması) hissidir.
Müvazinəti saxlayan davranışın digər formalarının öyrənilməsində də başlıca odur ki, fərdin (qadın və ya kişinin) şüurlu, yaxud şüursuz surətdə əvəz eləməyə, daha aydın desək, emosional hərarətin, ehtirasın qıtlığını ödəməyə, təcavüz meyillərini aradan qaldırmağa çalışmasını başa düşəsən.
Bepul matn qismi tugad.