Kitobni o'qish: «Dərbənddən başlanan əzablı yol»
Ağababa Rzayev
Dərbənddən başlanan əzablı yol
3
Kazan və Peterburq universitetlərinin professoru, Peterburq universitetində Şərq fakültəsinin yaradıcısı və ilk dekanı, Şərq filologiya elmləri üzrə fəxri doktor, əməkdar professor, Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi Mirzə Kazımbəy həmçinin bir çox xarici ölkə
akademiyalarının və elmi cəmiyyətlərin ‒ Londonda Britaniya Kral Asiya Cəmiyyəti, Kopenhagen Kral Şimal Antikvariyaları Cəmiyyəti, Parisdə Asiya Cəmiyyəti, Amerika Elmlər Akademiyası, Berlində Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Kitabda Mirzə Kazımbəyin Dərbənd, Həştərxan, Kazan, Peterburq şəhərlərindəki elmi fəaliyyətindən söhbət açılır, Azərbaycan alimlərinin Berlində, Parisdə, Londonda apardığı tədqiqatlardan danışılır. Həmçinin Kazımbəyin L.İ.Toystoy, İ.Nekrasov, İ.Q.Çernışevski, A.Humbolt, P.İ.Melnikov (Andrey Peçerski), A.S.Puşkin, M.D.Topçubaşov, Şeyx Şamil və başqaları ilə görüşlərindən söhbət gedir.
4
5
Proloq
Böyük alim can üstəydi. Çarpayısının başında sevimli qızı Olqa ayaqlarına qədər uzanan qara libasda heykəl kimi durmuşdu. Mirzənin oğlu da buradaydı. Onun sərt üzündən, nüfuzedici baxışlarından ürəyin təlatümü oxunurdu. Çar-payının sol tərəfində Rusiya Maarif naziri ucaboy, enlikürək qraf Dmitri Tolstoy dayanmışdı.
O, gah xəstəyə, gah da xəstəyə doğru əyilmiş
qocaya heyrətli nəzərlərlə göz gəzdirirdi. Qoca məşhur həkim idi.
Peterburq universitetinin professoru, altmış
səkkiz yaşlı Mirzə Kazımbəy can verirdi. Ölümün ağırlığı altında yumulmuş gözlərini aça bil-6
mirdi, amma huşu özündə idi, ətrafdakı ehtiyatlı, həyəcanlı pıçıltıları belə eşidir, həkimlərin latınca dediklərini özlüyündə götür-qoy edir və
düşünürdü ki, həyat dedikləri bu iztirab də-nizindən insanı asanlıqla çıxmağa qoymayan nədir? Birdən xəstə gözlərini açdı və dumanlı ba-xışlarını dolandırıb qraf Tolstoyun üzündə saxladı. Hamı otağı tərk etdi. Qraf Mirzənin ya-tağına yaxınlaşıb oturdu, astaca xəstənin əlini əlinə aldı. Mirzə ağır-ağır nəfəs alırdı.
‒ Mən əminəm ki, siz sağalıb ayağa duracaqsınız, qabaqda sizi çox işlər gözləyir, ‒ deyə
qraf, nəhayət, sözə başladı.
Mirzənin üzündən xəfif bir kölgə keçdi.
‒ Başa düşürəm, qraf, amma ölüm ayağında kişiyə təskinlik verməzlər. Ölüm haqdı və haqq olduğu üçün qorxulu deyil… Əbədiyyətə gedən yollar iztirab dağlarından keçir… Və bir ömür əbədiyyətə qovuşursa… qorxulu deyil. Yaxşı olardı ki, yaxanı ölümün əlinə verməyəsən, amma…
‒ Yox, professor, sizi böyük işlər gözləyir.
Qraf bir məmur kütlüyü ilə dərk edə bilmirdi ki, ölən adama xoşbəxtlikdən, bəxtəvərlikdən dəm vurmaq olmaz.
7
‒ Yox, qraf, mən bir də qalxmayacağam…
Ölüm qorxulu deyil. Qorxulu olan nəsillərin məhkəməsidir. Gərək elə yaşayasan ki, gələcək nəsillər səni dar ağacına çəkməsin. Mən Rusiya imperiyası üçün az işlər görməmişəm…
‒ Siz ki, çox gözəl həyat sürmüsünüz, Aleksandr Kasimoviç, hər əsəriniz bir abidədir…
‒ Mən həmişə havayı keçən günlərimi dü-şünmüşəm, qraf… Həştərxandan Kazana getmək üçün səmərəsiz keçən illər… Peterburqa getmək üçün neçə-neçə nazirin icazəsi… Qabağıma kimlər çıxmayıb… Yermolov… Nesselrode…
Lanski… Qolitsin… Nə bilim, daha kimlər…
‒ Sizin gözəl yaddaşınız sübut edir ki, mütləq ayağa duracaqsınız. Ölümdən danışmaq qəba-hətdir, professor, ‒ deyə Dmitri Tolstoy söhbətin istiqamətini dəyişmək istədi.
‒ Yaddaşımdan heç vaxt şikayət etməmişəm, qraf… Məni narahat edən yarımçıq qalmış
işlərimdir… Peterburqda Mərkəzi Asiya institutunun layihəsi məsələsində siz də yaxanızı ələ vermədiz, qraf. İngilislər bütün Şərqi əllərinə
keçirdiyi bir zamanda, mənim Şərqi öyrənməkçün atmaq istədiyim kiçik bir addıma heç kim yaxın durmadı… Böyük Rusiya impe-riyasının 8
mənafeyi keşiyində duran xarici işlər nazirliyi, onun məmurları Senyavin, Demezon özlərini elə
apardılar ki, guya maarif nazirliyi onlar üçün ya Buxara əmirliyidir, ya da Kazan xanlığı… Nə siz, qraf, nə sizdən əvvəlki nazirlər bu işə yaxın durmadınız… Bir əsrdən sonra Şərq dünya siyasətinin bir nömrəli probleminə çevri-ləcək.
Biz yüz ildən sonra bugünkü kütbeyin mə-murların ucbatından bu siyasətdən kənar qala-cağıq.
Mirzə dərindən ağır-ağır nəfəs aldı, sözünün arxasını deməyə gücü çatmadı.
Qraf Dmitri Tolstoy xəstənin yanından çox məyus getdi… Amma bir şeyə ürəyində sevindi ki, onların söhbətini eşidən olmadı… Qraf nə biləydi ki, pərdənin arxasında göz yaşı tökən Mirzənin qızı Olqa bunları öz gündəliyinə yazacaqdı…
Gecəyarı xəstənin halı tamamilə dəyişdi. Qız-dırmasını ölçmək istədilər, qoymadı. O, artıq heç bir şey eşitmirdi ‒ nə bayırda qiyamət qoparan tufanı, nə otaqda ürək yandıran hıçqırıqları ‒ heç nəyi. “Bircə dəfə balalarımın üzünü görə bil-səydim” ‒ fikri bir də Mirzənin xəyalından keçdi.
Və birdən, onun üzündə təbəssüm göründü.
9
Qulağına anası Şərəfnisənin səsi gəldi… Yox, Mirzə səhv etmirdi, bu onun anasının səsiydi…
Səhv edə bilməzdi. Şərəfnisə oğluna laylay deyirdi: “Lay-lay dedim yatasan…” Şərəfnisənin səsi heç dəyişməmişdi, təravətliydi. Altmış illik ayrılıqdan sonra anası yenə də onun yanına gəlmişdi… Necə gəlmişdi? Dərbənd hara, Peterburq hara… Amma gəlmişdi. “Yəqin ki, anam köməyimə çatar” ‒ fikri Mirzənin ağlına gəldi.
Amma Şərəfnisə bu çox qəmli idi, layladan başqa oğluna bir kəlmə də söz demədi. Mirzə gücünü toplayıb anasına dedi ki, “yox, ana, layla demə, indi yatsam, bir də oyanmaram”. Sonra Şərəfnisə
oğlunun qolundan tutub qəmgin-qəmgin, ağır addımlarla harasa getdi. Məhəmmədəli də
anasının arxasınca yollandı, uşaq həvəsiylə… Onlar getdikcə yol daralır, hava qaralır, nəfəs təng-ləşirdi… Bir anlığa çox uzaqda tüstünün içiylə
gedən atası Hacı Qasımı gördü. O, boğuq səslə
Şərəfnisənin dalınca qışqırıb deyirdi: “Burax onun əlini, əl çək o kafirdən, o bizi bütün Dərbənddə biabır edib”. Sonra daha nə isə dedi, qa-tılaşan tüstünün içində yol oldu…
Dayan! Dayan! Bəs o çilçıraq nədir belə? Yoxsa, göydən qəlbimə işıq süzülür? O çay kimi axan 10
xəyal nədir? Hə… O ki, Gülnardır… Mənim nişanlım. Gözəllik ilahəsi Gülnar… O, üzünü yana çevirib Mirzəyə tərəf baxmadı, tüstünün içində yox olub getdi. Onun əlindən yerə düşmüş yaylığı Məhəmmədəli qaldırmaq istədi, gü-cü çatmadı…
Qəflətən Şərəfnisənin gözlərindən axan yaş
ulduza dönüb yerə tökülməyə başladı. Mirzə işıq selinə qərq oldu. Bu işıq selində Şərəfnisə gözdən itdi. Mirzə gözlərini açıb anasını axtardı… Başı üstündə durmuş oğlunu, ağlayan qızını gördü.
Nəzərləriylə başa saldı ki, ağlamasınlar.
Bu, Mirzə Məhəmmədəli Kazım bəyin dünyaya son vida baxışı idi.
11
Əlvida, Dərbənd
Uşaqlıq dünyasının bəxtiyarlığı arxada qalmışdı. Məhəmmədəli nə biləydi ki, anası Şərəfnisənin ölümündən başlayan qəm karvanı onu ömrünün sonuna qədər təqib edəcək… İndi isə
ömrünün on səkkizinci baharına qədəm qoyub və ömrünün on səkkizinci baharında uşaqlıq illərinin acılı-şirinli xatirələrini araşdırırdı.
Bayırda isə payız gecəsinin soyuq, şiddətli küləyi şəhəri ağzına alıb Dərbənd küçələrində
meydan sulayırdı. Məhəmmədəli şamın işığında başqa aləmə dalmışdı… Anası Şərəfnisə ona doğru gəlirdi… Onun üzündə həmişə qəmgin bir təbəssüm olardı, amma bu qəmgin təbəssüm o 12
qədər işıqlıydı ki, Məhəmmədəliyə qanad verirdi. Həzin səsində bir ümid, kədərli gözlərinin şirin baxışlarında dalğın bir həsrət… Hələ anasının laylaları…
Şərəfnisə öləndə Məhəmmədəlinin səkkiz yaşı vardı. Anasını dəfn edəndə atası Hacı Qasım icazə vermişdi ki, Məhəmmədəli də qəbiristanlığa getsin. Şərəfnisənin yerdən götürərkən verilən azan səsləri, mollaların oxuduqları “əl-rəhman”
indi də qulaqlarında səslənirdi. Bu oturduğu otaq, otağın səliqə-sahmanı, bu pərdələr, bu yor-ğan-döşək, bu palazlar, yerə salınmış, divardan asılmış xalçalar ona anasını xatırladırdı.
…Məhəmmədəli Qubadan Dərbəndə bu gün axşamüstü qayıtmışdı.
Müəllimi Əbdüləziz onu çox tərifləmiş, hətta məntiq dərslərini ona tapşırmışdı. Məhəmmədəlinin sonuncu dərsini dinləyən Əbdüləziz tələbəsinə demişdi: “Nə gözəl danışırsan! Səni dinlədikcə mənə elə gəlirdi ki, söz yox, dənizin dibinə baş vurub oradan mirvari çıxarırsan”.
Ondan bir gün qabaq da Molla Saleh Bilici Məhəmmədəlinin yazdığı “Ərəb qrammatikası üzərində təcrübələr”ini oxuyub ona parlaq bir gələcək vəd etmişdi. Müsəlman qanunlarından 13
dərs verən Şeyx Məhəmməd Bəhreyn isə Dərbənd məclisində Cümə namazından sonra Hacı Qasımı inandırmağa çalışmışdı ki, Məhəmmədəli bütün gələcəyini müsəlman qanunçuluğu ilə
bağlamalıdır.
Məhəmmədəli Quranın 28 surəsini, peyğəmbərlərin 30 min hədisini, Kərbəla faciəsi he-kayətlərini, neçə-neçə mərsiyəni əzbərdən bilir, onların məğzini açır, izah edir, müqayisələr aparır, yeri gəlmişkən öz münasibətini yazırdı. Əli oxuduğu kitabların, onları yazan alimlərin əsiri ola bilmirdi. O, tarixə öz ağlının, zəkasının gözüylə baxırdı.
Gecə səhərə kimi oxuduğu kitablar, əfsanələr, nağıllar yaddaşında ömürlük həkk olurdu. Onun yaddaşı da müəllimlər üçün bir sirr idi. Bir dəfə
gördüyünü heç vaxt gözlərindən qaçırmır, bir dəfə eşitdiyini qulağında ömürlük sırğaya çevi-rirdi…
Xaqaninin “Mədain xərabələri”, Nizaminin
“Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si, Sədinin “Gülüstan”ı dilindən düşmürdü.
Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə qaldırmışdı ki, o, ətraf-14
dakı mühit üçün bir sirr, bir müəmma ol-muşdu.
Görəsən, onu bu yüksəklərdə nə göz-ləyirdi?
Mədrəsədə bu gözəl, ucaboy, vüqarlı gənc bütün
müəllimlər
üçün
bir
müəmmaya
çevrilmişdi. Bu gənc… Aman Allah!.. Nə qədər ağıllı gözləri vardı. Səsi qətiyyətli idi. Bu, yalnız qüdrətli xarakterlərə məxsus bir qətiyyət idi.
…Məhəmmədəli atası ilə söhbət etmək ehtiyacı duydu. O, atasının otağının qapısını azca aralayıb baxdı.
Hacı Qasım bayaqdan pəncərə önündə dayanmışdı. Dərin düşüncələrə dalmışdı…
Dərbənd şeyxülislamı Dərbənd xalqının gözündə o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus generallarını narahat etməyə bilməzdi.
Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu görmüşdü və yaxın günlərdə fırtına qopacağı bəlli idi.
…Ata ilə oğulun söhbəti gecəyarıya kimi çəkdi. Hacı Qasım qəlbindəki narahatlığı büruzə
verməmək üçün yenə də Dərbəndin tarixindən söhbət açdı.
‒ Deyirlər, bu yerlərdə altun çağlar olub. Hər adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması olub. Hamısı işlək olub. İnsanlar bir-15
birinə sevgi ilə baxarmış. Qəlblərində vicdan, damarlarında qəhrəmanlıq qanı… İndi isə damar-lardan çirkab axır. Amma çox sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları hesaba, ağacları, meynələri qələmə aldılar. Az qala salxımları da saydılar, daxmaları ölçdülər, quyulardakı suları hesaba saldılar. Hamısını haqq-hesaba vurdular: dax-maya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər, su pulu bu qədər… Vergi yazana da ver.
Bu pullar getsin xəzinəyə, hökmdar da oğlan-larımızı yığıb aparsın qırğına, özünü, hərəm-lərini qorumaqçün qala divarları tikdirsin…
Zəkat ver, fitrə ver… Ramazanda ver, orucluq qurtaranda ver… Nəzir ver, sədəqə ver, xərac ver… Belədir, oğul, eşitdiyin ədalət belə yaranıb.
Mən bunların çoxunu kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm… Sən də oxu, çox oxu, amma gördüklərinə inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən uzaq şeylər də çoxdur… Oxu, sonra da çalış mümkün olanı gözünlə
görəsən… Oxu, ancaq öz vicdanının səsinə qulaq ver. Ehtiyac üzündən sənə uzanan əlləri boş qay-tarma. Çörəksizə çörək ver, xəstəyə dərman. Eh-16
tiyac ağır şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz çökdürür, dahilərə baş əydirir.
Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının baxışlarında nə isə vardı ki, oğul yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə atasını oxşayaraq:
‒ Bağışla, ata, bəs yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan alır?
Hacı harasa, uzaqlara baxaraq danışırdı:
‒ Yox, oğlum, yalanlar bir dərya olsa da, bir damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun, həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün içinə bax. Çünki həqiqətlə ədalət bir xə-mirdən yoğrulub. Onu da bil ki, ədalətli söz acı olur, amma o da dərman kimi şəfavericidir…
Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı… Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən… İnsanlara güvən… İnsanlardan ümidini kəsmə. İnsan tab gə-tirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.
17
Hacı Qasım acı həqiqətlərlə cavan oğlunun qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə burdaca bitirmək istədi:
‒ Vaxtını çox aldım, oğul, ‒ deyə Hacı Qasım oğlunun başını sığalladı, ‒ gecdir, gecə yarıdan keçib.
‒ Yox, ata, mən səninlə fəxr edirəm.
‒ Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır ‒ sevinər… Bugünlük kifayətdir. Vaxt gedir. O, qızıla bərabərdir… Amma bunların bir fərqi var: qızılı yığıb saxlamaq olur, vaxtı isə sax-lamağa heç kimin hünəri çatmır… At deyil ki, yəhərləyib saxlayasan… Hər günün bir quşdur, əlindən buraxdın, geri qayıtmaz. Keçən gecə mən sənə Dədə Qorquddan bir boy söylədim. Qış gecələri uzun olur, insan ömrü isə qısa…
Məhəmmədəli yataq otağına keçdi. Gözlərinə
yuxu getmirdi. Atasının dediklərini çox götür-qoy elədi…
Gecə yarıdan çoxdan keçmişdi.
Vıyıldayan külək aramsız olaraq evin pən-cərəsini döyəcləyirdi. Atasının gərginliyi (bunu nurani çöhrəsindəki müdrik təbəssümlü gizlətsə
18
də) oğlunun qəlbini didirdi. “Görəsən, nə olub?”
‒ deyə Məhəmməd yatağında qovrulur. Elə bu vaxt uzaqdan at ayağının tappıltısı eşidildi. Səs get-gedə yaxınlaşdı və nəhayət, qalın, taxta darvazanın yanında kəsildi. Məhəmmədəli yerindən sıçradı. Pəncərəyə tərəf atıldı. Bayırda göz gözü görmürdü. Elə bu zaman darvazanı bərk-bərk döyməyə başladılar. Kiminsə amiranə, hökmlü səsi qapının açılmasını tələb edirdi.
Cümə
namazından
yorğun
gəlmiş
və
bayaqdan oğlu ilə dünyanın gəlişindən-ge-dişindən söhbət açan Hacı Qasım yerindən qalxdı, geyinib-kecindi. Bayıra atılmaq istəyən oğlunun qabağını kəsib, əli tüfəngli əsgərlər həyətə
doluşdu. Qısa sorğu-sualdan məlum oldu ki, quldur kimi gecə xalqın evinə soxulan əsgərlər imperator həzrətləri adından Hacını həbs etməyə
gəliblər. Hacının sifətini nurani bir təbəssüm bürüdü.
‒ Gündüz qəlbimə çökən narahatlıq bu imiş.
Bütün haqsız və alçaq işlər gecənin qaranlığında görülərmiş.
Məhəmmədəli dəstənin dalınca yola düşdü.
Dəstə qalaya tərəf yol aldı. Narınqalanın önündə xeyli adam toplanmışdı. Əsgərlər adam-19
ları yara-yara Hacı Qasımı Narınqala qapısından içəri saldılar.
Məhəmmədəlinin ürəyi partlayırdı, amma bu fəryaddan kim xəbər tuta bilərdi, kim ona həmdəm ola bilərdi. Nə biləsən… “Gecənin xeyrindən səhərin şəri yaxşıdır”, ‒ deyə Məhəmmədəli kor-peşman evə qayıtdı.
Gecə həbsə alınmış Hacı Qasımın və onun on dörd nəfər yoldaşının məhkəməsi səhər, Qalanın divanxanasında başlandı.
Məhkəmə rus dilində aparılırdı. Hakimlərin hamısı hərbi paltardaydı. Nə Hacı Qasım, nə
Məhəmmədəli, nə də divanxanada ayaq üstə dayanmış camaat rus dilini bilirdi. Hakimlər öz-ləriylə üz-gözündən kütlük tökülən bir tərcüməçi də gətirmişdilər və Allah da bu başa-bəla tər-cüməçinin dediklərindən bir şey anlaya bilməzdi.
Hakim Yermalovun əmri ilə Dərbəndə gəlmiş
komissiyanın tərtib etdiyi sənədləri oxudu. Komissiyanın başçısı artilleriya podpolkovniki Mi-şenko yazırdı ki, Hacı Qasımın keçmiş Dərbənd xanı Şıxəlibəylə əlaqəsi var.
Hacı Qasımı İranın xeyrinə, Rusiya imperiyasının əleyhinə apardığı fəaliyyətdə təqsir-20
ləndirdilər. Hacı Qasım özünü “öldürdü”, əlin-dəki Qurana əl basıb and içirdi ki, bu yalandır, ağ yalan! Özü də, nəsli də Rusiya dövlətinin tərəfində olublar, can qoyublar, rusların Dərbənddə və Azərbaycanda hökmran mövqeləri üçün canlarını əsirgəməyiblər. Hacı Qasımın fər-yadlarına məhəl qoyan olmadı.
Məhkəmə çox tez qurtardı. Hacı Qasımın və
on dörd yoldaşının sürgün edilməsi barədə hökmü oxudular. Bütün əmlakı da müsadirə edilmişdi.
Divanxanadan Hacını həbsxanaya apar-madılar. Hacı Qasım Dərbənd camaatının gözü idi və rus despotizmi xalqın gözündə əziz olanları sürgünə də hörmətlə yola salırdı. Bu, rus imperiyasının Qafqaz xalqları qarşısında duyduğu qorxu və vahimə idi.
Hacı Qasımı yoldaşlarından ayırıb Narın-qalanın qapısından dənizə tərəf apardılar.
Camaat Dübarə küçəsi ilə axın-axın dəniz sahilinə tərəf üz tutdu. Hacı Qasımı Həştərxana aparmaq üçün göndərilmiş hərbi gəmi sahildə
gözləyirdi.
Əsgərlər Hacı Qasıma bircə Məhəmmədəli ilə
görüşməyə icazə verdilər. Ata-oğul bir-birinə sa-21
rıldı. Qəhərləndiklərindən danışa bilmirdilər.
Hacı Qasım bircə onu deyə bildi: ‒ “Özünü qoru.
Sən böyük bir nəslin son yadigarısan”.
Bəli, Məhəmmədəli tək idi və böyük bir nəslin son yadigarı idi.
Babası Hacı Məhəmməd xan çoxdan ölmüş, əmisi İsmayıl bəy vətəndən uzaqlarda, yad ölkələrdə itkin düşmüşdü. Nə ölüsündən xəbər verən vardı, nə dirisindən. O biri əmisi İbrahim bəy Dağıstan dağlarına çəkilmişdi. Elə bil, dağlarda qeyb olmuşdu. Kiçik əmisi Məhəmməd Cəfər bəyi isə tayfalar arasında gedən vuruşmalarda öldürmüşdülər. Fətəli xan sağ olsaydı, belə olmazdı. Əmiləri Fətəli xanın nazirləri olub, onun bütün fikirlərinə şərik çıxıblar. Rusiya dövlətinə sədaqət göstəriblər, qüdrətinə arxalanıblar.
Bəs bu məhkəmə nədir? Atası da ruslara bel bağlayıb. Ona deyirdi ki, Rusiya bizə əmin-amanlıq gətirib, o xalqımızı dağılmaqdan qoruyacaq. Bəs bu məhkəmə nədir? Bu nə rəzalətdir? Bu nə
zülmdür? Bu nə ədalətdir?! Bu nə müsibətdir!
Məhəmmədəli gəmi gözdən itənə kimi sahildə
dayandı. Yoldaşları aralı, atların yanında onu gözləyirdilər. Məhəmmədəli sahildən uzaqlarda duman içində görünən Dərbənd qalasına baxdı.
22
Nələri, kimləri görməmisən, möhtəşəm qala! Nələrə sinə gərməmisən, nələr eşitməmisən, möhtəşəm qala divarları! Bu nəhəng qapılar dost üzünə açılıb, düşmən üzünə bağlanıb. Bu dağlarda insanların qanı sel kimi axıb, torpaqlar göz ya-şıyla suvarılıb.
Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı bilirdi, o bu tarixə bağlı idi. Çox sonralar “Dərbəndnamə” kitabını çap edərkən yazacaq ki:
“Dərbəndnamə” mənim öz vətənimə olan münasibətin sübutudur və mənim bu vətənə
olan hislərimin təcəssümüdür… Yaxşı yadım-dadır, mənim on dörd yaşım olanda qış
axşamları yaşıdlarımla yığışıb qədim əlyazmaları oxuyuruq, atalarımızın, babalarımızın əfsa-nələrdəki,
dastanlardakı
qəhrəmanlıqlarına
həsəd aparırdıq”.
Məhəmmədəli Xəzərin coşğun dalğaları arasında itib-batan gəmini axtarırdı. Amma gəmi, elə bil, dalğaların qəzəbində qərq olmuşdu.
Gənc coşğun sularda itib-batan son ümidini, arxasını ‒ atasını görməyib yenə doğma şəhərin qaranlıq tarixlərinə daldı. Ona elə gəlirdi ki, Xəzər nə qədər qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var, ikisi də bir yaranıb, əkiz do-23
ğulublar… Oxuduqlarından, eşitdiklərindən on-da elə bir təsəvvür yaranmışdı ki, sanki dünyada Dərbənd qədər saysız-hesabsız hücumlara məruz qalan ikinci bir şəhər olmayıb. Viranələri fəryad qoparan, yana-yana külün içindən qalxıb yenidən şöhrətlənən başqa bir şəhər yoxdur. Neçə-neçə nəhənglərə sinə gərmiş, Romanın, Par-fiyanın dəhşətlərindən qorxmamış, İranın, Vizan-tiyanın mühasirələrini dağıtmış, ərəb xilafətinin, Səlcuq dövlətinin, Qızıl Ordanın, Səfəvilərin, Türkiyənin ona qarşı apardıqları müharibələrdə
sarsılmamış bu möhtəşəm şəhərə o bütün varlığı ilə bağlı idi… Bu məğrur şəhər Ərəb xəlifələrinin ən görkəmli sərkərdələri Müslümə və Mervanın, Səlcuq sərkərdələri Say-Teqinin və Pağmanın, Çingiz xanın cəngavərləri Subudayın və Cəbinin, möhtəşəm Teymurun, Qızıl Orda hakimi Toxtamışın, Türkiyə Sultanlarının, İran hakimi Nadir şahın qılıncları qarşısında baş əy-məmişdi… Dünyanın ən görkəmli alimləri, şairləri ‒ Heredot, Strabon, Pliniy, Sekund, Qay Sve-toniy, Ptolomey, Kassiy, Dion, Tasit Dərbəndi vəsf etmişlər. Böyük Nizami “İsgəndərnamə”də
bu möhtəşəm şəhərin qəhrəmanlığını nəzmə çək-mişdir. Məhəmmədəli yaxşı bilirdi ki, onun doğ-24
ma şəhəri neçə-neçə nəsillərin yaranmasının, məhv olmasının şahidi olmuşdur.
İndi onun da ailəsi ağır bir müsibətə düçar olmuşdu.
Hacı Qasım sonralar, Həştərxanda sürgündə
olanda yanına gəlmiş oğluna hamısını nəql edəcək, başında oynaşan qara buludların sirrini aça-caqdı. Hacı Qasım Dərbənddə hakimiyyəti ələ
almaq üçün gecən çəkişmələrdən çox yaxşı xəbərdar idi. O, yaxşı bilirdi ki, onu sürgünə məhkum edənlərdən biri Lütərəlibəy idi. Lütərəli bəy Yermolov üçün casusluq edir, buna görə də yaxşı pul alır. Madam ki, casus var, deməli, cinayətkar da olmalıdır. Yermolov Tiflisdən Quba ma-halının rəisi general Vredaya göstəriş vermişdi ki, Lütərəli bəyi yaxşı qorusun, elə qorusun ki, müsəlmanlar onu öldürməsinlər, çünki müsəlmanlar arasında casus tapmaq çox çətindir. Bu məhkəmə oyunu da Lütərəli bəyin işidi, Hacı Qasımdan Yermolova yalan məlumatları da o yazmışdı, Hacı Qasımı Rusiyanın düşməni kimi qələmə verən də o idi. Çünki Dərbənd camaatı Şeyxülislamı çox sevirdi, onun dedikləri bir qanun idi. Hər yerdə, hər zaman yalnız həqiqəti söylər, dilinə yalan söz gətirməzdi. Hacı Qasım 25
deyəndə ki, ruslar Azərbaycana əmin-amanlıq gətirəcək, camaat buna inanırdı. Deyəndə ki, Ağa Məhəmməd şah isə xalqımızı dəhşətə, aclığa, zülmə məhkum edir, camaatın qəlbində İran şah-larına qarşı qəzəb tufanı qoparırdı.
Siyasət aləmində bu cür şəxslərin yüksəklərə
qalxması və xalq arasında hörmət kəsb etməsi təhlükə doğurmaya bilməz. Bu, xainlərin düşün-cəsi idi və Şeyxülislamı böhtan çirkabına atıb aradan götürmək lazım idi.
Sonralar, Həştərxanda sürgündə olarkən Hacı Qasım bu xəyanətin kökünü oğluna anladacaqdı.
…1759-cu ildə Fətəli xan Dərbənd xanlığını Quba xanlığı ilə birləşdirdi. Bu birləşmə könüllü deyil, silah gücünə başa gəlmişdi. Bu vuruşmalarda Qaraqaytaq hakimi, Fətəli xanın qaynı Əmir Həmzə onun müttəfiqi olmuş, ona kömək etmişdi.
Sonralar Fətəli xanla Əmir Həmzənin arası pozuldu. Əmir Həmzə Fətəli xana qarşı Azərbaycan və Dağıstan bəylərinin ittifaqını təşkil etdi. 1774-cü ilin iyul ayında Xudat yaxınlığındakı Gavduşan düzündəki döyüşlərdə Əmir Həmzə Fətəli xana qalib gəldi. Rusiya imperiyasının Şərq siyasətində Azərbaycanın işğalı ən 26
mühüm nöqtələrdən biri idi. Gələcəkdə Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün ruslar, Fətəli xanın köməyinə can atdılar.
1775-ci ildə qardaş qırğınları nəticəsində zəfər çələngi yenə Fətəli xanın başında parladı.
Amma Fətəli xan qalibiyyət çələngini başında çox saxlaya bilmədi.
Hər addımbaşı dəhşət, xəyanət, fitnəkarlıq…
Əmir Həmzə Dərbəndi Qubadan ayırıb özünə
tabe etmək istədi… Bu zaman Fətəli xan Salyanda idi, şəhərin hakimiyyəti arvadı Tuti Bikənin əlində idi. Bundan istifadə edən Əmir Həmzə
fitnəyə əl atdı, bacısı Tuti Bikəyə xəbər göndərdi ki, Gavduşan düzündəki vuruşmalarda Fətəli xan həlak olub… Bir tabut düzəltdirib, qo-şunlarıyla Dərbəndin qapılarına yaxınlaşdı. Tuti Bikə qardaşının hiyləsini başa düşdü, özü Qala qapısından bayıra çıxdı, öz doğma qardaşının qoşunlarına atəş açmaq əmrini verdi…
Bu cəsur qadın Dərbəndi xilas etdi…
Amma Fətəli xanın oğlu Şıxəli xan hakimiyyət başına gələndə fəlakət dumanları Dərbəndin başından çəkilməlidi. Bu həmin Şıxəli xandır ki, Ağa Məhəmməd şahla əlaqə saxlayır, ona qiymətli hədiyyələr göndərir, Dərbəndin qapı-27
larıı onun üzünə açmağa hazır olduğunu bildirirdi. 1796-cı ildə rus qoşunları Dərbəndə
ya-xınlaşanda o, Ağa Məhəmməd şaha xəbər göndərib ondan kömək istəmişdi…
Amma ruslar şəhəri işğal edəndə Şıxəli qılıncı boynundan asılmış vəziyyətdə qraf Zubovun qabağında başını əyib dayanmışdı. Xanın yaxın adamlarından Qədir bəy qrafa yalvarmışdı ki, Şıxəli xanla işi olmasın, onu öldürməsin, cavandır… Vuruşmalarda həlak olmuş minlərlə cavanın qanı isə heç kimin yadına düşmədi…
Fətəli xanın qızı Pəricə xanım qraf Zubovun yanına gəlib qardaşını ölümdən qurtardı…
Fətəli xanın ruslara sədaqəti öz rolunu oynadı və qraf Zubov şöhrət və hökmranlıq çələngini Pəricə xanıma bəxş etdi. Şıxəli xan isə
keşikçilərin sayıqsızlığından istifadə edib həbs-dən qaçdı. Qraf Zubova xəbər göndərdi ki, bacısını xanlıqdan götürüb, Şıxəli xanın xanlığını təsdiq etsin…
Qraf Zubov onun tələbini rədd etdi… Rədd cavabını alan Şıxəli xan qoşun düzəldib rusların əleyhinə hücumlar təşkil etdi. Hakimiyyət üstündə gedən vuruşmalarda min-min cavanın qanı Dərbənd qapılarında töküldü…
28
Dərbəndin başına gələn sonrakı hadisələr gözlənilməz oldu. 1796-cı ildə II Yekaterina öldü, yeni imperator I Pavel rus qoşunlarını Dərbənddən geri çağırdı… Şıxəli xan yenidən hərəkətə gəldi, 1799-cu ildə yenidən ruslardan xahiş etdi ki, onun xanlığını təsdiq etsinlər. 1803-cü ildə o, Dərbəndə sahib oldu. Bu həmin Şıxəli xandır ki, indi mən onun bəlasına düçar olmuşam.
Şıxəli xan çox ədalətsiz, çox kobud adamdı.
Nə edəsən, insan daş deyil ki, yonub düzəldəsən.
Bəzən daşı da yonub qurtarana yaxın bir də görürsən bir parçası qopub düşdü. Deməli, daşın özü qəlp imiş. Amma yonmaq lazımdır. Necə
yonmaq? O, ustanın işidir.
Heyf ki, Şıxəli xan o müdrik Fətəli xanın oğ-ludur. Nə atasına oxşadı, nə bacısına. Fətəli xan çox ağıllı, müdrik adam idi, dərin zəka, ağıl sahibi idi, o heç zaman insanların taleyi ilə oy-namırdı. Sənin baban Hacı Məhəmməd xan da müdrik kişi idi. O, Fətəli xanın siyasətini bəyənirdi, başa düşürdü ki, Azərbaycan xan-lıqları birləşməsə, xalqımız həmişə indiki kimi didərgin olacaq. Bizim böyük bəlamız onda olub ki, hər yerindən duran özünü şah elan edib, şah-lıq 29
iddiasında olub… Sənin əmilərin də Fətəli xanın tərəfdarları olublar. Fətəli xanın arzusu ürəyində qaldı, Azərbaycanı birləşdirməyi başa çatdıra bilmədi… Baban Hacı Məhəmməd xan öldü, əmilərin mənasız vuruşmalarda həlak oldular…
Mən hələ subay idim, baş götürüb vətəndən uzaqlaşdım. Məkkəyə, Mədinəyə üz tutdum, təhsil ardınca getdim, cəhd etdim ki, siyasətə qa-rışmayım… Axırı da bu… bu da mənim gü-nüm…
Nə vətən var, nə ev var, nə ailə… Mənim bütün arzularım puça çıxdı… Deyirdim ki, sənin də
təhsilini başa çatdıraram, səni də Məkkəyə, Qahirəyə göndərərəm, gedib böyük bir üləma olarsan, qoca atanın yerini tutarsan… Ümidimi bir sənə bağlamışam, oğul… Sən dünyaya gələndə çoxlu muştuluq paylamışdım… Böyük peyğəmbərin adını sənə qoymuşdum, Həzrət Əlinin adını da əlavə etdim… Məhəmmədəli…
Fikir etmə, oğul… İnsan ölüm yatağında da ümidini itirməməlidir.
***
Məhəmmədəli bütün gecəni iztirab içində keçirdi. O, yaxşı başa düşürdü ki, Lütərəli bəyin xain pəncəsindən qurtara bilməyəcək. Onu gec-30
tez böhtana salıb iftira selində qərq edəcəkdilər.
Lütərəli bəyin zəhərli nəfəsindən uzaq qaçmaq lazım idi. Məhəmmədəli uzaq, çox uzaq bir diyara gedəcək, o uzaq diyara vətənindən ayrılığın dərdlərini aparacaqdı. O, bilmirdi ki, bu gedişlə
içində ömür boyu bir həsrət daşıyacaq, ən yüksək şöhrət zirvələrində parlasa da, hər zaman qəlbini bir Dərbənd həsrəti didib parçalayacaqdı.
Dərbənddən
Həştərxana
gəmilər
cümə
günləri yola düşürdü, amma Məhəmmədəli səhərə yaxın səfərə hazır idi. Məhəmmədəli ürəyinə sığmaz dərdlərin, beynini parçalayan qay-nar fikirlərin ağırlığı və yuxusuz gecənin yor-ğunluğu altında cümə məscidinə gəldi. Yeddi yüzillik möhtəşəm çinarların altında ayaq saxladı.
Məscidin həyəti adamla dolu idi və məscidin həyətinə açılan üç qapıdan camaat içəri do-luşmağa başladı. Azan səsi eşidildi. Bu son azan səsi uzun zaman Məhəmmədəlinin ürəyində səs-lənəcək və ömür boyu vətənindən ayrılığın son günündə, acı həyatın dəhşətli ağırlığı altında göylərdən imdad diləyən bədbəxt insanların yorğun üzlərini xatırlayacaqdı.
31
Məhəmmədəli bütün Dərbəndlə vidalaşırdı.
O, sabah səhərdən doğma şəhərini tərk edib Həştərxana, atasının yanına yola düşürdü.
Məhəmmədəli məsciddən çıxıb Qalaya ‒ Qırx-larqapı tərəfə yollandı. Karvansarayın yanından keçdi, Çartəpə məscidinin qabağında ayaq saxladı, məscidin yanından axan bulaqdan üzünə su çilədi. Aram addımlarla şəhərin qərbində rus qoşunlarının yerləşdiyi Dübarə meydanına gəldi.
Buradan bütün şəhər ovuc kimi görünürdü. Bu yer şəhəri nəzarət altında saxlamaq üçün ən mühüm nöqtə idi. Məhəmmədəli yoluna davam et-di. Minarət məscidinin yanından keçəndə qapıda dayanmış camaat Hacı Qasıma olan böyük hörmətin əlaməti olaraq onun oğluna baş əydilər.
Bu Xan bulağı, bu da Şeyx Saleh bulağı…
İbrahim bəyin imarəti, Mədət bəyin, İman-qulu bəyin, Hacı Tacaroğlu Soltan qar-daşlarının mülkləri… hamısı yerindədir, sahibləri yox. Hərəsi bir dərəyə çəkilib gedib.
Məhəmmədəli şəhərin şimalındakı Qırxlar qəbiristanlığına yollandı. Burada ərəblərlə vuruşmalarda həlak olmuş qırx qəhrəman ya-tırdı.
Qəbirlərin yanında dayanıb salavat çevirdi. Qırx-ların yaxınlığındakı Fətəli xanın arvadı Tuti Bi-32
kənin oğlanları Əhməd xanın və Həsən xanın məzarları önündə də baş əyib, anası Şərəfnisənin məzarı başına gəldi. Məzarın başına dolandı.
Soyuq torpaqda anasının qarşısında diz çökdü.
Günortadan ötmüşdü. Məhəmmədəli qon-şunun uşağını nişanlısı Gülnargilə göndərdi, ona desin ki, axşam Qalanın sağ tərəfindəki çinar ağacının yanına gəlsin. “De ki, Məhəmməd sabah səhər tezdən yola düşür, uzun səfərə çıxır” ‒
deyə Məhəmmədəli əlavə etdi.
Məhəmmədəli Gülnarla olan son görüşünü ömür boyu xatırlayacaqdı; “Möhtəşəm çinar altında qorxusundan tir-tir əsən Gülnarı bağrıma basdım, onu ilk dəfə öpdüm, bütün qanun-larımızı, adətlərimizi ayaqlar altına atdım”. O, Məhəmmədəlinin bağrına sığındı, aman istədi,
“getmə” dedi.
Amma tale öz işini görürdü. Və taleyin qis-mətindən qaçmaq mümkün deyildi. Sevənlər ay-rılacaq, bir daha bu dünyanın gözüylə bir-birlərini görməyəcək, sevgiləri həsrət daşları altında əbədi gömüləcəkdi.
Cümə günü səhər açılar-açılmaz, Məhəmmədəli yoldaşlarıyla bərabər Xəzərin sahilinə
gəldi. Yükləri atlardan düşürüb sahildə da-33
yanmış gəmiyə tərəf aparmağa başladılar. Məhəmmədəli yoldaşlarından aralandı. Üzünü Xə-zərə tutdu:
“Xəzərim mənim… Mən həmişə sənin qiyamət qoparan qasırğalarından söz açan kitabları oxumuşam. Amma bu sərt qış günündə sən məni gözəl təbəssümlə yola salırsan… Mən sənin qəzəbini çox görmüşəm. O gün də səhər yuxusundan oyanan bir gözəl kimi naz-qəmzə ilə
qaşlarını çatdın, bütün köksün həyəcana gəldi, suların saçaq-saçaq olub köpükləndi… Sabahısı…
Sabahısı sən bir qədər də gözəlləşdin, bül-lurlaşdın, şəffaflaşdın, pak oldun… Səni çox şairlər görməyib… Səni nə Homer gördü, nə Bayron, nə Şekspir sənə vuruldu, nə Dante… Gör-səydilər, sən onlar üçün bir alova, bir məşələ
çevrilərdin, mənim Xəzərim… Mən sənin həsrətini çəkəcəyəm… Yox, sənin Həştərxan sahil-lərini yuyan dalğaların Dərbəndi qucaqlayan su-larından deyil. Mən sənin intizarında olacağam…
Bir dilə gəl, Xəzərim, sənə dediyim xatirində qa-lacaqmı?..”
Gəmi bir neçə dəfə fit verib ağır-ağır sahildən aralandı. Məhəmmədəli ürəyini Dərbənddə qoyub gedirdi.
34
Yenə düşüncələr, xatirələr, gah acı… gah şirin…
Gəmi coşğun suları yara-yara Həştərxana doğru üzürdü. Əlvida, gözəl Dərbənd, əlvida!
35
Həştərxanda
Həştərxan Məhəmmədəlini çox qaşqabaqla qarşıladı. Sulu qar yağırdı. Külək həsrət “havası çalırdı”. Və bu “həsrət havasının” içində elə bir ümidsizlik vardı ki!.. Sanki Həştərxan qəm-qüssə
dumanına bürünmüşdü. Bəlkə bu qəm-qüssə, bu həsrət və bu ümidsizlik Məhəmmədəlinin taleyindən xəbər verirdi…
Məhəmmədəli Volqanı ilk dəfə görürdü. Həştərxanda çay bir neçə qola ayrılırdı və bu möhtəşəm çayın əzəməti gözə görünmürdü.
Böyüklər xırdalandığı, əzəmət parçalandığı zaman gözdən düşür və insanlar onların böyüklüyünü dərk edə bilmir.
36
Məhəmmədəli şəhərə çıxdı. Həştərxan onun gözünə Dərbənddən böyük göründü. Dağın təpəsində Həştərxan qalası yüksəlirdi. Sanki bu qala şəhərin qüdrətini qoruyan bahadırdı.
Razinin üsyanları haqqında oxuduğu kitablarda da bu Qalanın adına rast gəlib.
Məhəmmədəli
şəhərin
dolaşıq,
dar
küçələrindən keçib Uspenski kilsəsinin yanından sağa döndü. Uzaqdan görünən xırda taxta evləri ona göstərdilər. Sürgünə məhkum olunanlar orada yaşayırdı.
Məhəmmədəli ürəyini yeyə-yeyə özünü taxta evlərə yetirdi. Ürəyi dərddən partlamaq dərə-cəsinə gəlirdi. Və atasını görüb ona sarılan kimi qəlbindən qopan qara fırtınalar məstedici sevinc burulğanı içində qərq oldu. Söhbət gecəyarısına qədər uzandı. Məhəmmədəli atasına bildirdi ki, bir daha Dərbəndə qayıda bilməz.
…Şəhər bələdiyyə idarəsində Məhəmmədəliyə
işləmək üçün bir neçə yer təklif etdilər. Heç biri ürəyinə yatmadı. O, rus dilini bilmirdi, rus dili isə Həştərxanda hökmran dil idi. Axşam ata və
oğul çox götür-qoy elədilər. İngiltərədən gəlmiş
Qlen Hacı Qasımdan xahiş etmişdi ki, onunçün Şərq dillərini bilən adam tapsın. Qlen və
37
yoldaşları ərəb və türk dillərini öyrənmək fikrindəydi.
Məhəmmədəli günortaçağı şəhərin mərkəzində yerləşən üçmərtəbəli binada ingilislərlə
görüşdü. O, qərara gəldi ki, ingilislərlə günü sabahdan ərəb və türk dillərinin təliminə
başlasın.
Dərslər 1821-ci ilin əvvəlindən başladı. Müəllim tələbələrdən çox razı idi. Tələbələr də müəllimin başına and içirdi.
Məhəmmədəli ingilislərə ərəb şeirinin in-cəliklərindən danışır, şeirlər oxuyur, təhlil edirdi:
“Ərəb şairlərinin gücü ondadır ki, onlar öz həyatlarının unudulmaz dəqiqələrini, vətən-lərinin gözəlliyini, qəzəblənmiş aslanı, yel qanadlı bədəvi atını, dözümlü dəvəsini, çılpaq qayaları, dağ sellərinin gurultusunu, məhəbbəti, igidliyi və xeyirxahlığı ən təbii boyalarla tərənnüm və təsvir etməkdən yorulmurlar!..”
Məhəmmədəli getdikcə coşğunlaşır, sanki qarşısında oturmuş dörd nəfər ingilisə deyil, saysız-hesabsız adamla dolu böyük bir məclisdə
mühazirə oxuyurdu. “Ərəb şairləri xeyirxahlığı tərənnüm edir, nöqsan və eyiblərə gülür, bədbəxtlərə təskinlik verir, səadət və bəxtiyarlıq 38
zirvəsində olanları bir gün qaranlıq və soyuq uçurumlar gözlədiyini xəbərdarlıq edirdilər. Ana dilini gözəl bilən və poetik istedadlı olan hər ərəbin ilk işi öz nəslinin, öz tayfasının şərəfini, azadlığını, ləyaqət və şöhrətini tərənnüm etmək idi”… Gecə yarıdan keçir, müəllim yorulmadan danışır, tələbələr zövqlə dinləyir, insan zəkasının qüdrəti onları heyrətə gətirirdi.
Müəllimin məharəti ingilisləri elə sehrləmişdi ki, öz işləri də yaddan çıxmışdı. Vətənlərini atıb bu uzaq, yad, cansıxıcı diyara gəlməkdə onların məqsədləri yalnız dil öyrənmək deyildi. Onların əsas məqsədi adamları öz dinlərindən döndərib, xristianlığı qəbul etdirmək, müqəddəs kitablarını Şərq
dillərinə
tərcümə
etdirib
Rusiya
müsəlmanları
arasında
yaymaq
idi…
Məhəmmədəlini bu işə cəlb edə bilsəydilər…
Böyük zəka sahibi və gələcəkdə şöhrət zir-vəsini fəth edəcək bu müsəlman oğlu xris-tianlığı qəbul etsəydi, illərlə bu şəhərlərdə sürünən yüz missionerin işini görərdi. İngilis missioner dəstəsinə rəhbərlik edən Qleni və Mikfersonu in-di yalnız bu məsələ düşün-dürürdü… Sonralar çox böyük gələcəyi olan bu müsəlman ‒ xristian alimini İngiltərəyə aparmaq da olardı… Elmin, 39
diplomatiyanın qüdrətini Şərq xalqlarını ingilis imperiyasının müstəmləkəsinə çevirmək məqsə-dinə yönəldilmiş siyasətdə Məhəmmədəli çox güclü silah ola bilərdi…
…Lakin Məhəmmədəli də fürsəti əldən vermirdi. Bir ildə o, ingilis dilini o qədər mükəmməl öyrənmişdi ki, Bayronun şeirlərini, Şekspirin əsərlərindən monoloqları əzbərdən deyirdi. İngilislərin heyrəti və heyranlığı yerə-göyə
sığmırdı. İngiliscə şeir deyəndə onun şərqli olduğunu müəyyən etmək olmazdı.
Qlenlə
Mikferson
bütün
qüvvələrini
Məhəmmədəliyə tərəf çevirmişdilər. İllər ötəcək, vətənlərinə qayıtmış missionerlər “Xristian albomu” jurnalında məqalə dərc etdirəcək və
yazacaqlar: “Missionerlər adətən missiyada işləyən müsəlman müəllimlərlə aralarında fikir ayrılığı mövcud olan məsələlər barəsində
mübahisəyə girişmirdilər. Lakin başqalarından fərqli olaraq Məhəmmədəlinin davranışında və
münasibətlərində o qədər sadəlik, səmimiyyət var idi ki, o, bütün təbiəti, xarakteri ilə özünün fanatik və hər şeydən nagüman həmyerlilərindən o qədər fərqlənirdi ki, missionerlər onunla ün-siyyətdə özlərini daha asudə və sərbəst hiss 40
edirdilər”. Kazımbəy isə öz dəftərində yazacaq:
“Mən müsəlmanlığın ciddi qayda-qanunları əsasında tərbiyə edilmişdim, həqiqətən dən İslamın təəssübünü çəkirdim və buna görə də
heç vaxt öz şagirdlərimə ‒ Şərq dillərini öyrənən missionerlərə bu din barəsində kiçicik də olsun mübahisə, fikir mübadiləsi üçün imkan vermir-dim. Təsadüfən tərəflərdən hər hansı birinin eh-tiyatsızlığı ucbatından bu cür fikir mübadiləsi və
mübahisələr meydana çıxanda iş həmişə xoşagəlməz sonluqla başa çatırdı: mən onlara qarşı kobudluq edirdim və bunun da nəticəsində biz belə söhbətlərdən imkan daxilində uzaq qaçmağa çalışırdıq”.
Missionerlər
daha
sonra
yazacaqlar:
“Məhəmmədəli ilə şagirdləri arasında qızğın mübahisələr qopardı. Xristianlığı göylərə qald-ıranlara qəti etiraz edər, gözlərində qəzəb və
heyrət şimşəkləri oyanar, müqəddəs sandığımız bütün adamlara dəhşətli küfrlər yağdıraraq öz hislərinə tam sərbəstlik verərdi”.
Bütün bunlara baxmayaraq, missionerlərin səbri və hiyləsi öz işini görür, bu qızğın aslanı ram etmək üçün bütün çarələrə əl atmışdılar.
Missionerlər Məhəmmədəlinin xarakterinin ən 41
incə cizgilərinə bələd olandan sonra onu ram etməyin yollarını tapdılar.
Bir gün Qlen Məhəmmədəlinin fikrini türkcə
yazılmış əlyazmasına cəlb etdi. Guya aləm, mələklər və insanlar Məhəmməd peyğəmbərin xatirinə yaradılıb və kainat bütün aləmlərin tacıdır.
Məhəmməd peyğəmbər yaranmasaydı, kainatın varlığı şübhə doğurardı.
Məhəmmədəli qızğın, atəşin bir məhəbbətlə
bütün müqəddəs varlıqlara and içib peyğəmbəri vəsf etdikdən sonra dodaqlarında zərif, müdrik bir təbəssüm oyandı. Birdən-birə Məhəmmədəlinin qəlbində qopan qasırğalardan sonra bu məzar səssizliyi, bu ilahi sükunət və hikmətli təbəssüm
kimdə
heyranlıq
və
məhəbbət
doğurmaya bilməzdi? Məhəmmədəli dərin və
geniş biliyini nümayiş etdirib Qleni heyrətə saldı.
Qlen o gün Məhəmmədəlinin ağzından çıxan Konfutsinin sərt qanunlarına heyran qalmış, Brahma dininin əcaib mərasimini heyrət və
dəhşətlə
dinləmiş,
Buddanın
təkallahlılıq
etiqadına diqqət etmiş, Şamanizmin insana qorxu verən mərasiminə, Zərdüştün sönməyən atəş ocaqlarına heyran qalmış, Musa peyğəmbərin əzəmətli rəhbərliyini, İsa peyğəmbərin 42
şəfqət və mərhəmət hissini, insanı axirət dün-yasına alışdıran fəlsəfəsini dinləmişdi.
‒ Əlyazmaya qalanda, ‒ deyə Məhəmmədəli sözünə davam etmişdi, ‒ əlyazma hələ Qurani-şərif demək deyil. Siz ingilislər və ümumiyyətlə, Qərb adamları və onların soyuq beyinləri Şərqin odlu, atəşli ehtiraslarını, hislərini alaya bilməz.
Anlasa belə, təqdir etməz. “Aləm, mələklər və
insanlar Məhəmməd peyğəmbərin xatirinə
yaradılıb” ‒ sözlərini isə yazıldığı kimi deyil, böyük bir insanın dühası qarşısında heyranlıq əlaməti kimi qəbul etmək lazımdır. Əgər həzrəti İsa Tanrıdan gələn ömürləri ona inananlara təbliğ etmişdirsə, həzrəti Məhəmməd əsrlərin yıxa bilmədiyi haqsızlıqları on ildə yıxmış, rəzalət içində boğulan Ərəbistanın dəhşət və
qaranlığını tarixə qaışdırmış, bəşəriyyət qarşısında yeni üfüqlər açmışdır. Mən susmağı daha münasib bildim, eşitdiyim sözlər hislərimi yerindən oynatmışdı… Bir neçə gün dini məsələyə toxunmadım…”
Dərslər öz növbəsində davam edirdi. İngilislər şərq dillərini və ədəbiyyatını, Məhəmmədəli isə
ingilis dilini öyrənir, fransız dilinə də meyl göstərirdi. Qlen ona Monteskyenin “Fars mək-43
tubları”nı da vermişdi… Günlər, aylar ötür, keçmiş dini söhbətlər yada düşmürdü. Lakin missionerlər hiss edirdilər ki, ilahi bir ruh giz-lində onun qəlbinə hakim kəsilib, tərbiyə olun-duğu qanunların müqəddəsliyinə şübhə oya-dırdı. İnamının əsası laxlamışdı.
Missionerlərin dedikləri doğrudurmu? ‒ Bu sual qızmar neştər kimi onun beynini deşirdi.
“Bəlkə mən dinsiz bir varlığa çevrilmişəm… Bu nə sirdir?.. Dünyada elə bir həbsxana yoxdur ki, oradan qaçmaq mümkün olmasın. Bu ingilislərin
“həbsxanası” isə… Nə qapısı bağlıdır, nə pən-cərəsi, nə də keşikçiləri var, amma qaça bilmirəm… Bu nə sirdir?.. Hirslənib özümdən çıxıram, gedirəm ‒ bir gün, beş gün, bir həftə…
Yenə də hansı bir qüvvə isə məni çəkib bura gətirir… Özüm öz ayağımla bu həbsxanaya gəlirəm… Niyə?.. Özüm də bilmirəm…
Oğlunda baş vermiş dəyişikliyi Hacı Qasım da çoxdan hiss etmişdi. Atasının sualları cavabsız qalırdı. Ağıllı atanın müdrik nəsihətləri ilə dərdlərini ovudan Məhəmmədəli ürək qapılarını onun üzünə bağlamışdı. Atasının yanına gələn həmvətənlərindən uzaq qaçırdı…
Ata oğlunun qəlbində tüğyan edən fırtınaları, 44
tufanları hiss etmirdi. Oğul isə əzablar içində
qovrulur, işgəncələr pəncəsində boğulurdu.
Xristianlıq gur bir məşəl kimi onun içində
alışırdı.
Sonralar özü yazacaq:
“Gizli marağım tədricən mənim qarşımda indiyə qədər bələd olmadığım biliklərə yol açırdı. Bir tərəfdən marağım, o biri tərəfdən də
təəssüf və peşmançılığım gündən-günə çoxalırdı.
Nəhayət, daxili hislərin mübarizəsi məni yorub əldən saldı. İnamım sarsılmışdı, şübhələr mənə
rahatlıq vermirdi, maraq isə dayanmaq bilmədən məni elə hey çəkib uzaqlara aparırdı. Əzablı axtarışlarımın nəticəsi bu oldu ki, mən ürəyimdə
İslamın ilahiliyi fikrini rədd etdim və tamamilə
əliboş, ümidsiz qaldım”.
Məhəmmədəlidəki bu meyli Qlen hamıdan tez hiss etmişdi. Müəllim son vaxtlar dərslərdən də soyumuşdu… Seçib gətirdiyi şeirləri çox hə-vəssiz oxuyurdu. Cümə axşamı Füzulinin “Şəbi-hicran yanar canım…” şeirini o qədər yanıqlı oxudu ki, öz gözləri də yaşardı.
Bu daxili əzablar çox sürə bilməzdi. On doqquz il sonra yazdığı məktubların birində
daxili əzablarını Məhəmmədəli belə qələmə
45
almışdı: “Bir yandan maraq, digər tərəfdən də
peşmançılığın gün-gündən artırdı. Nəhayət, daxili hislərin mübarizəsi məni tamam əldən saldı.
Etiqadım lərzəyə düşdü, şübhələr qəlbimi didir, dağıdır, xristianlığa maraq sehrli gözəl kimi ucu-bucağı görünməz uzaqlara çəkib apa-rırdı məni.
Bu əzablar, neştər kimi beynimi deşən işgəncələr İslamın ilahiliyinə şübhə oyatdı.
Ürəyimi Allaha açıb ondan kömək dilədim…
Dinsizlik mənə əzab verirdi, kimsənin də bu əzablardan xəbəri yox idi. Məni əhatə edən qohum-əqrəba və missionerlər bilmirdilər ki, kədərim, sıxıntım nə ilə bağlıdır. Nəhayət, səbrim tükəndi və artıq “İncil”in qəlbimə nur saçan qüdrətinə qarşı dura bilmədim.
Atamın ümidsiz vəziyyəti, ətrafdakıların həqarəti mənə əzab verirdi… Amma həmi-şəkindən daha cəsarətli oldum…”
1823-cü ilin iyul ayında Məhəmmədəli xristianlığı qəbul etdi və beləliklə, dönüb Aleksandr Kasimoviç oldu.
Amma Məhəmmədəlinin qəlbində qaynayan burulğanlar susmaq bilmirdi… “Əminəm ki, mənim dinimi danmağım atamı qəbrə sürük-ləyəcək… Atamın Dərbənddə düşməni çoxdur, 46
eşitsələr ki, onun oğlu kafir olub, Allaha dua edəcəklər…” ‒ deyirdi.
Hacı Qasım isə tək-tənha öz otağında çırpınır, boğulur, gecə-gündüz Allaha yalvarır, peyğəmbərləri, imamları köməyə çağırır, göylərdən imdad diləyirdi. Göylər isə lal və dinməz idi…
Bir oğul ki, ata naləsini eşitmir, soyuq göylər bu naləni hardan eşitsin? Ata oğlunu yolundan azdırmış şeytanları lənətləyir, onlara qarğış
edirdi: “Aman Allah! Cəhənnəm bəlasına düçar oldum… Mən “La-ilahə-illəllah” deyirəm, qulağıma isə kilsə zənglərinin səsi gəlir”. Bir anlığa Hacı Qasıma elə gəldi ki, əlləri beləcə göydə qu-ruyub qalacaq.
İki həftə sürən ayrılıq cəhənnəm əzabına çevrildi. Oğlunun dinindən döndüyünü Hacıya xəbər verəndə iztirablar içində çırpınan qoca səhərə kimi qəfəsə salınmış şir kimi vurnuxurdu.
Missionerlərin evinə getməkdən özünü zorla saxladı. Səhərə yaxın oğluna ürək dağlayan belə
bir məktub yazdı: “Ey insafsız oğul! Məni çoxmu məhbus edəcəksən? İstəyirsən məni fəraq odunda öldürəsən? Sənin ayrılığına necə dözüm?
Qabaqlar özümü ümidlə ovundururdum ki, öləndə başımı sənin dizlərinin üstə qoyaram, 47
ruhumu sənə təslim edərəm… Ümidlərim puç ol-du…”
Nəhayət, uzun sürən daxili mübarizələrdən sonra oğul ilə ata görüşdü. Kazımbəyin qızı sonralar yazacaq: “Onlar uzun müddət ağladılar.
Oğlunun
öz
dinindən
üz
döndərməsinə
baxmayaraq ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı. Məhəmmədəlinin atasına bəslədiyi məhəbbət isə daha da artmışdı. Hacı Qasım daha oğlunu qınamırdı, ancaq tez-tez deyirdi ki, şeytan onun ürəyinə yol tapıb; yoxsa o, öz peyğəmbərindən və qoca atasından üz döndərməzdi”.
Bu görüş haqqında Kazımbəy isə yazacaq:
“Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: “Sən pak deyilsən, mən səni necə öpə bilərəm?” O, ikinci dəfə ayağa qalxdı, lakin yenə də bir qərara gələ
bilməyib oturdu. Nəhayət, atalıq hissi onun ürəyindəki xurafat xofuna qalib gəldi, o, mənə
yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaq-larımdan, alnımdan öpdü. Sonra isə gedib ağzını yudu. Çünki dodaqları öz napak oğluna toxunmuşdu…”
48
Hacı Qasım oğluyla bir neçə dəfə görüşdü.
Atasının təkidləri, yalvarışları, göz yaşları onu yolundan döndərə bilmədi. Hacı Qasım Dərbənddən gələn qohumlarının söhbətlərini də ona çatdırdı: bu acınacaqlı xəbəri eşidən qohum-qardaş beş gün evindən bayıra çıxmayıb, ona yas saxlayıb, çoxları da başsağlığı verməkçün onların qapısına gəlibmiş…
Hacı Qasım bütün səylərinin mənasız olduğunu başa düşmüşdü. İndi onu narahat edən yalnız oğlunu itirdiyi deyildi, bütün Dərbəndə
yayılmış bu biabırçılıq, rüsvayçılıq idi. Şeyxülislam bunun səbəblərini axtarırdı. Məc-lisdə
ona verilən heç bir sual belə cavabsız qalmamışdı. Axı, onu Dərbəndin böyük alimi sa-yırdılar. Bəs bu suala necə cavab verəcək?
Hacı Qasım qəti qərara gəldi ki, oğlunun qəlbinə şeytan girmişdir, yoxsa o, heç vəchlə peyğəmbəri və qoca atasını tərk etməzdi…
Məhəmmədəli onu yoran daxili əzablarından baş götürüb qaçmaq istəyirdi. Amma vicdan məhkəməsindən qaçmaq olarmı?
Məhəmmədəli başa düşürdü ki, atasının əzabları onun əzablarından ağırdır. Hacı Qasım yaşa dolub, bu yaşda tənha qalmaq Məhəmmədəlinin 49
tənhalığından çox çətindir. Həm də, o, vətəndə…
Həmvətənlərinə nə cavab verəcək, onların üzünə
necə baxacaq? Onları necə başa salacaq ki, Məhəmmədəli dönüb Aleksandr olub. Camaat deməzmi ki, bircə oğluna tərbiyə verə bilməyən Şeyxülislam bizim başımıza nə ağıl qoyacaq? O
yenə də minbərə qalxacaq, “La-ilahə-illəllah…”
deyib xalqı doğru yola dəvət edəcək?
Bəs mömin müsəlmanlar ona nə deyəcəklər?
Deyəcəklər ki, aşağı düş, hörmətli Şeyxülislam.
Bəsdir ikiüzlülük elədin.
Atanın vəziyyəti oğlunun əzabından ağırdı və
Məhəmmədəlini əldən salan bu iztirablar idi.
Məhəmmədəlinin atasıyla son görüşü 1825-ci ilin yayında oldu. Sürgün illəri bitmiş, Hacı Qasıma Dərbəndə qayıtmağa icazə verilmişdi.
Yola düşməzdən qabaq Hacı Qasım oğlunu yenidən müsəlmanlığa döndərmək üçün bir daha cəhd göstərdi. Dedi ki, doğma şəhərə qayıdan kimi xalqın tənəsinə məruz qalacaq, onu hər yerdə gözdən salmağa çalışacaq, “kafir övladın atası” ‒ deyə rüsvay edəcəklər.
Oğul, ‒ deyə Hacı Qasım oğlunu daha dərinlərə çəkmək istədi, ‒ tarixləri varaqlasan görərsən ki, başqa dindən olanlar müsəlmanlığı 50
qəbul etmişlər, amma bircə müsəlmanın dönüb xristian olmasına heç bir tarix kitabında rast gəlməzsən.
‒ Yox, ata məni heç kim dinimdən döndərməyib, özüm bu yolu seçmişəm, ‒ deyə
Məhəmmədəli bir daha atasına etiraz etdi. ‒
Yadından
ki
çıxmayıb,
ata,
Dərbənddə
minbərdən cümə namazı vaxtı sən La-ilahə-illəllah deyirdin. Yüzlərcə müsəlman da sənin dediyini təkrar edirdi ‒ “Allah birdir…” Mən də
deyirdim, yenə də deyirəm: “La-ilahə-illəllah.”
İslamdan üz döndərəndən sonra da deyirəm.
Bütün insanları ‒ ərəbləri də, farsları da, rusları da, biz azərbaycanlıları da o bir Allah yaradıb.
Bəs niyə o bir Allah müsəlmanları bir-birinə
qəddar düşmənə çevirdi? Allahmı bunu etdi, ya Allahın bəndələrimi?
‒ Sən xalqından üz döndərmisən! ‒ deyə Hacı Qasım qəzəblə oğlunun sözünü kəsdi.
‒ Ata, dindən üz döndərmək xalqdan üz döndərmək deyil… Bir də xatırla… Minbərdən oxuduğun ehkamları xatırla. Qurana əl basıb and içirdin ki, ruslar bizə əmin-amanlıq gətiriblər.
Bəs nə oldu? Sonra Lütərəli bəyin məhkəməyə
göndərdiyi müsəlmanlar Qurana əl basıb, üzünə
51
durmadılar ki, sən rusların düşmənisən? Məgər səndən iftira dolu məktublar yazanlar müsəlman deyildilər? Mən, ata, səndən çox Allaha dua edən adam görməmişəm. Orucundan, namazından qalmazdın, insanları düz yola çağırardın, İslamın yolunda canını qurban verməyə can atardın, kasıblara, bədbəxtlərə əl tutardın, ədalətsizliyə
nifrət edərdin… Bəs niyə Allah səni bu günə
qoydu? Evini dağıtdı, ailəni parçaladı? Nə idi sənin günahın? Allahmı səni bu günə qoydu?
Yox! Sənin bədbəxt müsəlman bəndələrin… Bax, buna
görə
mən
müsəlmanlıqdan
üz
döndərmişəm…
Hacı Qasım oğluna necə başa salaydı ki, o, çirkin bir siyasətin qurbanıdır və böyük İslamın müqəddəs qanunlarının bu siyasətə dəxli yoxdur.
Hacı Qasım yalnız indi dərk etdi ki, oğlu ilə
arasında elə dərin bir uçurum açılıb ki, onu nə
ata sevgisi, nə İslamın müqəddəs qanunları dol-dura bilər. Bunu dərk edən gündən yazıq kişinin qəlbi dərdlərin, iztirabların, ağrıların əbədi məs-kəninə çevrildi. Zavallı ata oğlundan birdəfəlik əl çəkdi.
52
Hacı Qasım Dərbənddən Həştərxana sürgün olunanda vətənin dərdlərini aparırdısa, indi Həştərxandan
vətənə
dönəndə
dəhşətli
bir
ümidsizlik və doğma balasından əbədi ayrılığın iztirablarını daşıyırdı. Bu iztirablar atanı ömrünün sonun qədər təqib edəcək, qəlbində əbədi bir Məhəmmədəli həsrəti yaşayacaqdı…
53
Peterburq?.. Yox, Sibir!
Məhəmmədəlinin Qafqaz canişini general Yermolova yazdığı məktublar cavabsız qalmışdı.
O, Həştərxanın cansıxıcı mühitindən qopub Peterburqun kübar cəmiyyətinin gözqamaşdıran saraylarına can atmırdı. Onun xəyalında elmin və mədəniyyətin zirvələri şəfəq saçırdı və bu zirvələrə qovuşmaq üçün Həştərxanın üfunətli çirkablarından qurtulmaq lazım idi.
Məhəmmədəlinin məktublarındakı coşğun ehtiras və dəmir iradəli bir insanın məntiqi rus generallarının iradəsinə təsir göstərməyə bilməzdi. Hökumət ərəb, fars, türk dillərini bilən nadir bir istedadın imkanlarından niyə istifadə
etməsin? Axı bu nadir istedadın damarlarında sədaqət qanı axır…
54
General Yermolov 1824-cü il oktyabr ayının 28-də Məhəmmədəlinin məktubunu Rusiyanın Xarici işlər naziri qraf Nesselrodeyə göndərmişdi və öz məktubunu da ona əlavə edib yazmışdı ki,
“gənc Mirzə
Kazımbəy öz
təhsilinə
və
qabiliyyətinə görə Xarici işlər kollegiyasına böyük fayda gətirə bilər. Lakin bununla yanaşı, belə bir zərurəti də nəzərə çatdırmaq istəyirəm ‒
Mirzə Kazımbəy Peterburqa gələndən sonra onu müəyyən nəzarət altında saxlamaq və ingilislərlə
əlaqə yaratmasına imkan verməmək lazımdır.
Xüsusən onu İngiltərəyə getmək üçün hər cür imkandan məhrum etmək lazımdır”.
Rusiya imperiyasının dövlət mexanizmi çoxdan çürümüşdü və on ay çək-çevirdən sonra, 1828-ci il avqustun 29-da “Peterburqa olmaz, göndərin
Sibirin
Omsk
şəhərinə”
cavabı
gəlmişdi. Səbəb? ‒ Məhəmmədəli Peterburqdan xaricə qaça bilər! Sibirdən qaçmaq isə ağlagəlməz bir ehtimaldır.
Dəhşətə bax! Böyük bir dövlətin naziri Dərbəndin 20 yaşlı oğlunun xaricə qaçmağından qorxub… Qraf Nesselrode bu fikrində tək olsaydı, dərd yarı idi. Bəla ondadır ki, Daxili işlər naziri Lanski də Məhəmmədəlinin Peterburqa 55
gəlməsindən ehtiyat edir… Deyirlər, Knyaz Qolitsin bu fikri imperatora da çatdırıb…
İmperator həzrətləri nazirləri haqlı hesab edirdi. Qolitsin zor adamdır, Rusiyada onu tanımayan yoxdur, böyük dövlət xadimidir. Aydın məsələdir ki, Rusiya taxt-tacının böyük sahibi hər adamın yanında köməkçi saxlamaz…
Şöhrət və mənsəb uğrunda vuruşmalarda haqqı və ədaləti unutmuş, mənliyini və ləyaqətini imperator həzrətlərinin ayağı altına atmış
Qolitsin bu işlərdə böyük təcrübə sahibi idi. O, yaxşı bilirdi ki, özündən yüksəklərdə duranların sərt baxışlarından qaranlıq girdablara da düşmək olar. Ağaların təbəssümü vəzifə yollarında şəfəq də saça bilər. Yalanları həqiqət donuna bürüyüb imperatora yedirtmək olar. Hə-qiqəti yalan pərdəsində gözdən salmaq da olar. Hər bir həqiqət taxt-tac sahibinə çatacaqsa, Qolitsinlər kimə lazımdır?.. Qolitsinlər hər həqiqəti əla-həzrətə çatdırsalar, öz vəzifələrində çoxmu qala bilər? Gənc bir ziyalının taleyinə balta vurmaq üçün Qolitsin, Nesselrode, Lanski, Yermolov onu Sibirə məhkum etdilər. Sibir. Sınaqdan çıxmış, rus xalqının neçə-neçə mərd, yolundan dönməz 56
oğlunun möhtəşəm çiyin-lərində sınanmış Sibir yolu…
Kazımbəy bir şeyi başa düşə bilmirdi: ingilis missionerlərinin dinini qəbul etməsi ətrafında gedən bu çaxnaşma yalnız Kazımbəyin şəx-siyyətinə yönəldilmiş bir kampaniya deyildi. Bu bir bəhanə idi. Yermolovu ingilislərin Qaf-qazdakı geniş fəaliyyəti qorxuya salmışdı. Bu işə
İranın Londondakı casusu Mirzə Salehi cəlb etdi.
Mirzə Saleh Yermolovun adına göndərdiyi gizli məktubunda yazırdı ki, Kazımbəyin xristianlığı qəbul etməsi müsəlmanlar arasında böyük hay-küyə səbəb olub. Mirzə Salehin məktubunu bəhanə edən Yermolov ingilis missionerlərinin əleyhinə fəaliyyətə başladı. Daxili işlər naziri Lanskiyə müraciətində öz narahatlığını bildirdi.
Onsuz da ruslardan narazı olan dağlılar Kazımbəyin hərəkətindən guya ki, həyəcana gəlmişdilər. Yermolov missionerlərin hərəkətini Qərb dövlətlərinin Rusiyaya qarşı apardıqları siyasətlə bağlayırdı, gələcəkdə daha yeni hə-yəcanların baş verməsindən qorxuya düşdüyünü bildirirdi.
…General Yermolovdan cavab alan Məhəmmədəli səhərə kimi yata bilmədi. “Peterburq hara, 57
Sibir hara? Mənim nəyimdən qorxurlar?.. Guya Peterburqdan Londona qaçmaq mənim üçün asan olar? Mənim qaçmaq fikrində olduğumu kim təsdiq edər? İnsan vətənindən niyə qaç-malıdır? Nesselrode? O hansı Nesselrodedir?
Mən onun barəsində hardasa oxumuşam. Yadıma düşdü… 1812-ci il müharibəsi haqqında ingilislərin mənə verdikləri kitabda oxumuşam.
Karl Velkelmoviç… Hə, indi Karl Va-silyeviç olub… Lissabonda, ingilis gəmisində doğulub, Parisdə yaşayıb, gimnaziyanı Berlində bitirib gələn adam Rusiyanın Xarici işlər naziri olub.
Karl Vasilyeviç. O, indi özünü Rusiyanın dostu kimi qələmə verir. Ona Avstriyanın Rusiya Xarici işlər naziri deyirlər. Heç vaxt rusları gör-məyə
gözü olmayıb…
Rusiyanın xilaskarı Kutuzovun qızları bir parça çörəyə möhtac qalanda imperator həmin Nesselrodeyə qırx min manat qızıl pul bağışlamışdı. Hansı xidmətlərinə görə? Yəqin ki, Rusiyanı almanlara satdığına görə! İndi bu satqın qorxur ki, mən Rusiyanı tərk edib İngiltərəyə qa-çaram. Vətəni olmayan, mənsəb və şöhrət üçün bütün müqəddəs varlıqları ayaqlar altına atan bu mənfur adam Rusiyanın təəssübünü çəkir!..
58
Minlərlə xaricilər, nə bilim almanlar, fransızlar, ingilislər, nə bilim daha kimlər rus im-peratorlarıyla olan qohumlarından istifadə edib vətənlərini, yer-yurdlarını atıb, Rusiyaya gəlirlər, qohum-qardaşlarını da dallarıycan dartıb gətirirlər. Ən yaxşı vəzifələrə yiyələnir, ən yaxşı torpaqları ələ keçirirlər, sonra da dünyaya car çəkirlər ki, guya Rusiyanı xilas etməyə gəliblər…
Qoy cənab Nesselrode cavab versin ki, hansı azərbaycanlı könüllü surətdə yerini-yurdunu, vətənini tərk edib. Vəzifə naminə, şöhrət naminə
doğma vətəni atıb gedib?”
Məhəmmədəli səhərə kimi yata bilmədi. Beş il Həştərxanda keçirdiyi yarıac, yarıtox ağır günləri, qışın balta kimi kəsən acı çovğunları gözünün qabağında durdu. Sibir yolları ilə başlayan həyat.
Sibirdə o, nə edəcəkdir? Onun sərt soyuqlarına tab gətirəcəkmi? Bəs atası Hacı Qasım? Oğlunun xatirinə həyatın bütün nemətlərindən məhrum olmuş
ata
necə
olacaq?
İztirablar
Mə-
həmmədəlini yenidən didməyə başladı: “Mən müsəlmanlıqdan azadlığa doğru qaçmaq istədim.
Axırı necə oldu? Zəncirlərimi qırmaq istədim, onlar daha da möhkəmləndi. Sibirdə mən kimə
lazımam? Mənim biliyim, savadım orda nə iş
59
görəcək? Axı mən rus dilində bircə söz də
bilmirəm…”
Səhəri diri açan Məhəmmədəli şəhər bələdiyyə idarəsinə gəldi. Dərdinin üstünə bir dərd də gəldi… Xəbər tutdu ki, onun üzərində ciddi nəzarət qoyulub. Daxili işlər nazirliyinin göstərişi var. Hər gün şəhər rəisinin yanına gəlib özünü ona göstərməlidir, icazəsiz şəhərdən çıxmaq hüququndan məhrum edilmişdir. Sibirə
yola düşmək haqqında əmri gələnə kimi…
Hər şeydən əli üzülmüş Məhəmmədəli ‒
Aleksandr 1826-cı ilin axırlarında Omska yola düşməsi barədə əmr aldı.
60
Sibirə gedən yol Kazandan keçir
1826-cı ilin sərt qış günləri idi. Ucsuz-bucaqsız Rusiya qarın altında qalmışdı… Yalnız baca-lardan qalxan burum-burum tüstü Kazımbəyin keçdiyi yerlərdə həyat nişanəsi olduğunu göstərirdi.
Kazımbəy xahiş etmişdi ki, onun Həştərxandan Omsk şəhərinə getməyini yaza saxlasınlar. General Yermolov razı olmamış, Həştərxan şəhər bələdiyyə rəisinə göstəriş vermişdi ki, onu öz nəzarəti altına alıb iki-üç gün ərzində
Omska yola salsın. Kazımbəy şəhər bələdiyyə
61
rəisindən əlli manat borc pul aldı və dedi ki, ilk maaşını alan kimi qaytaracaq.
“Dilicans” Həştərxandan səhər saat altıda, alaqaranlıqda yola düşdü. Kazımbəyin yeri qapıya yaxın düşmüşdü, külək qarı onun dizlərinə çırpırdı. Soyuq iliklərinə işləyirdi.
Solda oturan arıq, uzunboy, yastısifət kişi mürgüləyir, “Dilicans” yırğalandıqca uzun çə-nəsi az qala dizlərinə dəyirdi. Sağ tərəfdə
boynuyoğun, sir-sifətindən zəhriman tökülən yekəqarın adam əməlli-başlı məclis açmışdı. To-yuq soyutmasını acgözlüklə ağzına dürtürdü.
Kazımbəyə elə gəldi ki, bu qarınqulu yüz ilin acıdır. Küncdə oturmuş gənc qadın qucağında çı-ğıran uşağı sakit etməyə çalışırdı.
Görəsən, bu qiyamətdə qadın hara gedir? ‒
deyə Kazımbəy düşündü. Bu soyuqda yolda dona bilər. Görəsən, onları bu səfərə vadar edən nədir?.. Hərənin bir taleyi var… Kazımbəy özlüyündə möhkəm əmin idi ki, kimin alnına nə
yazılıb, o da olacaq… Mürgüləmək istədi, amma soyuq canına işləmişdi. Gözlərini açıb yenə o qadını gördü. Bu dəfə ona çox yazığı gəldi.
Kazımbəy donmuş ayaqlarını bir-birinə vurmağa başladı, köməyi olmadı. “Aşağı düşüb qa-62
çardım, lap “Dilicans”ın qabağına düşüb qaçar-dım, təki donmuş qanım hərəkətə gələydi” ‒
deyə Kazımbəy düşündü. Yollar, sonu görün-məyən qarlı, boranlı yollar, acı bağırsaq kimi uzandıqca uzanırdı.
Nəzəri yenə də qadına sataşdı. Ana nəfəsini balasına verir, qəlbinin hərarətini onun damar-larına axıtmaq istəyirdi. Kazımbəy bir istədi içərisi qoyun dərisindən sırınmış canlığını qadına təklif etsin. Sonra fikirləşdi ki, birdən qadının acığı gələr.
Qar ara vermədən yağır, külək getdikcə şid-dətlənirdi. Qabaqda heç bir dayanacaq, heç bir sığınacaq görünmürdü. Təxminən iki-üç saatdan sonra yolda bir yeməkxana olmalı idi.
Kazana yaxınlaşanda Kazımbəyin huşu özündə deyildi. Ayaqları şişmişdi, qızdırmadan gözlərini aça bilmirdi. Sayıqlayır, bütün bədəni od tutub yanırdı.
Yemək xananın qabağında dayananda qabaq sırada oturmuş ortayaşlı, gözəl bir qadın Kazımbəyə yaxınlaşdı. Rus dilində nə isə soruşdu.
Kazımbəy başa düşmədi, güclə eşidilən səslə qadına başa saldı ki, ingilis dilində danışsın. Qadının gözəl üzü heyrətli bir təbəssümlə işıqlandı.
63
Şərqli olduğu bəlli idi, amma bu gözəl, qıv-rımsaçlı, ucaboylu oğlanın ingilis dilində səlis danışması heyrət doğurmaya bilməzdi.
‒ Siz hara gedirsiniz? Kazanda bir adamınız varsa, xəbər göndərək… Siz od tutub yanırsınız.
Qızdırma sizi əldən salır, ‒ deyə qadın təmiz ingilis dilində danışmağa başladı.
‒ Mən Omska getməliyəm… Kazanda qo-humlarım yoxdur… Mümkünsə mənə su verin…
Sonra o soyuqdan donmuş uşağa kömək edin…
O qadın özünü itirmişdi… Onun uşağına kömək edin…
‒ Siz narahat olmayın. Onları isti otağa apardılar. Nə lazımdırsa? edəcəklər. Tapşırmışam…
‒ Siz kimsiniz?
‒ Mən Aleksandra Andreyevna Fuksam. Kazanda yaşayıram. Ərimdən xahiş edərəm sizi xəstəxanaya düzəltsin… Bu qızdırma ilə yolu-nuza davam edə bilməzsiniz.
‒ Mən sizə minnətdaram, xanım. Sizin nəcibliyiniz zülmətdə bir nur kimi…
Yeməkxanada Kazımbəyə bir neçə stəkan isti çay içirtdilər. Artıq o, özündə deyildi, yerə
uzadıb üstünə hardansa gətirib bir kürk də saldılar. Uzaqdan həmin qadının səsi gəlirdi, gös-64
tərişlər verir, xahiş edir, yalvarırdı. Bir azdan Kazımbəy huşunu tamam itirdi. Özünə gəlib gözlərini açanda yanında ağsaçlı şəfqət bacısını gördü. Qadın onu başa saldı ki, indi qızdırması düşüb, elə bu saat doktor özü gəlib çıxacaq.
Həkimin gəlməyi çox çəkmədi. Bu ortaboylu, ağsaçlı, nurani bir kişi idi. Şəfqət bacısından rus dilində nə isə soruşdu, göstərişlər verdi. Qadın çıxdı.
‒ Mən doktor Fuksam. Kazan Universitetinin rektoruyam.
Mənim
arvadım
Aleksandra
Andreyevna sizinlə Həştərxandan gəlirmiş. Siz onu heyrətə salmısız. Heyrət doğuran sizin xalis ingilis ləhcənizdir… Həm də arvadımın çox həs-sas qəlbi var… Şairədir… Şərqi çox sevir, şərq şairlərinə vurğundur… Şeirlərini Gülnar ləqəbi ilə yazır…
Deyəsən, doktor Fuks Kazımbəyin yarasına toxunmuşdu.
‒ Halınız dəyişdi, deyə Fuks Kazımbəyin nəbzini tutdu.
‒ Yox, doktor, narahat olmayın… Nişanlımın da adı Gülnar idi…
Kazımbəy başına gələn bütün əhvalatı Fuksa danışdı. Doktor onu diqqətlə dinləyib fikrə getdi.
65
‒ Sizin Omskda nə işiniz var? Uni-versitetimizin sizin kimi adamlara böyük ehtiyacı var… Belə bir adamı gündüz çıraqla axtarsan ələ düşməz. Şərq dilləri üzrə tərcüməçilər hazırlayırıq…
‒ Bu, mümkün deyil, cənab doktor, ‒ deyə Kazımbəy etiraz etdi, ‒ bu, cənab Nesselrodenin göstərişidir. Həm də mən rus dilini bilmirəm.
‒ Dərsləri şərq dillərində apararsınız… İyirmi dörd yaşında adam üçün rus dilini öyrənmək çox asan şeydir. Öyrənərsiniz… Qalan məsələləri mən özüm həll edərəm… Peterburqla özüm danı-şaram, siz müalicənizi davam etdirin.
Kazımbəy ömrünün iyirmi dörd ilində taleyin xeyli acı oyunlarını görmüşdü. Amma qatı bir zülmət içində birdən-birə günəşin doğduğuna və
taleyin gülər üz göstərməsinə çaşıb qalmışdı.
Kazımbəyin sətəlcəm xəstəliyi çox uzun çəkdi.
Dünyada nə qədər xeyirxah adamlar varmış…
Fuks və arvadı sanki öz doğma balalarını görməyə gəlirdilər. Son görüşdə Fuks dedi ki, Peterburqa məktub yazıb, Maarif nazirindən şəxsən xahiş edib ki, Kazımbəyi Kazanda saxlasınlar, onu universitetin sərəncamına versinlər. Aleksandra Andreyevna da Kazımbəyə bir neçə kitab 66
gətirmişdi. Bunlar Kazımbəyin rus dilində oxumağa başladığı ilk kitablar idi.
1826-cı il oktyabrın əvvəllərində Kazımbəy Kazandan Dərbəndə atasına aşağıdakı məktubu göndərdi: “Özümə bir təsəlli verirəm ki, bu əzab da ömür boyu sənə dərd olacaq. Yaxşı bilirəm ki, o dünyada günahlarımın hamısını məndən soruşacaqlar… Xəta bir anın işidir, əzabını isə bütün ömrün boyu çəkirsən… Sən deyirdin ki, müdrikliyi öyrənmirlər, onu həyat özü insana bəxş edir. Mən istəyirəm ki, müdrikliyi səndən öyrənim… Sən hər şeydən məhrum oldun, hər şeyi itirdin, var-yoxdan çıxdın, amma özünü şə-rəfsiz sanmadın. Mövqeyindən məhrum oldun, lakin xalqın məhəbbətindən məhrum olmadın.
Mən sənin o qıvrım saçlarına, qapqara şəvə saq-qalına xal saldım… Sənə verdiyim əzab ömrüm boyu mənə iztirab verəcək, əziz atam! Vüqarda, doğruluqda, seçdiyim əqidədə, sədaqətdə, xalqı-ma xidmətdə, həyatdakı davranışımda, hər şeydə, hər şeydə mən sənə oxşamaq istərdim, ata.
Sənə dediyim fikri bir də yada salmaq istəyirəm: mən dinimdən dönmüşəm. İslam dinindən üz döndərməklə mən sığınacaq axtarmamışam, yox, bu sığınacaq deyil, mənimçün mübarizə vasi-67
təsidir, bu bir dinə nifrət edib, o biri dinin qarşısında diz çökmək, baş əymək deyil… Mən xalqı aldadan, onun saf qəlbini oynadan, xalqın hesabına varlanan mollalardan üz döndərmişəm, ata. Onların məclislərdə danışıqları əfsanələrdən, cəfəngiyatlardan üz döndərmişəm. Ağa Məhəmməd şah xalqı qırdı, çapdı, taladı, onun ən yaxşı oğullarını məhv etdi. İran şahları vətənimin ən gözəl qızlarını hərəmxanalara doldurdular, balalarının dalınca ağlayan ata-anaları atların ayaqları altında əzdilər, mollalar isə camaatı məscidə yığıb şahlara dua oxudular… Ağalar kəndləri yerlə yeksan etdilər, mollalar isə dedilər ki, bu Allahın buyruğu imiş… Qara camaat inandı, xalqın müdrik oğulları inanmadı… Yəqin ki, Xaqani yaxşı yadındadır, ata:
Dünya həm ucadır, həm də ki, alçaq.
Belə dünya nə vaxt, de, məhv olacaq?
İnsanlar nə zaman bir gün görəcək?
Ümidlə, inamla ömür sürəcək?
Sonrası nə oldu? Onu zindana saldılar, vətənindən didərgin düşdü, Şirvanın üzünə həsrət 68
qaldı… Hansını deyim, ata, Firdovsinimi deyim, Nəsiminimi, yaxud Füzulinimi…
Məni cənab Yermolovun göstərişi Sibirə, Omsk şəhərinə göndəriblər. Xəstələnib Kazan şəhərində qalmışam, nigaran olma, indi yaxşıyam.
Hökumətin qərarını hərə bir təhər yozur. Bəziləri deyir ki, bu sürgündə məqsəd mənim din-sizliyimdən hiddətlənmiş həmvətənlərimi sakit etməkdir, kimi də deyir ki, hökumət mənim xaricə qaçmağımdan qorxub, Sibiri mənim üçün məskən seçib. Birinci məsələ haqqında mən heç bir şey deyə bilmərəm, bəlkə də, bu, acı bir həqiqətdir… Amma səndən yaxşı məni heç kim başa düşə bilməz… Bircə sən bilirsən, ata, mən vətənimdə, doğma Dərbəndimə necə bağlıyam.
Dərbənd mənim üçün ana beşiyidir, ana laylasıdır. Dərbənddə mən anamı torpağa tap-şırmışam. Həm də Dərbəndi tərk edəndən ən əziz, mehriban, istəkli adamlarımı itirmişəm.
Təkcə ümidim sənsən, ata, sən məndən üz döndərmə, məni tərk etmə. Görünür, Dərbəndin taleyi əvvəldən belə yazılıb, əvvəldən bu yerlərin torpaqları qanla yoğrulub, kimlər gəlib, kimlər gedib… Kimlər gedib, bir daha bu yerlərə
qayıtmayıb. Bəlkə, mən də onlardan biriyəm.
69
İndi Dərbənddə mənim bir qardaşım böyüyür.
Anadan ayrı olsaq da, bir qardaşıq. Məni ona pis tanıtma, ata. Mən istəyirəm ki, biz iki qardaş, aramızda on altı yaş fərq olsa da, bir-birimizə
arxa olaq. Mən ömrüm boyu sənin adını yüksək tutacağam. Bütün ömrümü elmə sərf edəcəyəm, sənin öyrətdiyin kimi elmdə sədaqətli, ədalətli olacağam. Bircə günüm də hədər getməyəcək.
Yeganə məqsədim Şərqi, onun xalqlarını bəşəriyyətə, Azərbaycan xalqını dünya xalqlarına tanıtmaqdır.
Bu
yolda
mən
canımı
əsirgəməyəcəyəm. Mən bəşəriyyətə Nizamini, Xaqanini, Füzulini tanıtmaq istəyirəm, dilimizin qrammatikasını yazmaq istəyirəm, doğma Dər-bəndimin tarixini yazmaq arzusundayam…
Məqsədim odur ki, öz əməyimlə sənin adını, vətənimin adını yaşadım. Mən məlum həqi-qətləri açmaq istəyirəm, sən də həmişə deyərdin ki, qəlbin və zəkanın da səadəti yalnız bundadır, vətənə məhəbbətdədir. Mən indi ümidlərimlə
yaşayıram, onlardır insanı yaşadan… Ümid ölüm yatağında da insanı tərk etmir. Mənim əziz, mehriban, müdrik atam! Deyiləsi sözüm çoxdur… Səninlə üzbəüz olanda deyə bilmədiyimi məktubda yazmağa cürət edirəm: başıma gələn 70
əhvalatlara baxmayaraq, bilirəm ki, Dərbənd əhli səni çox sevir, səninlə hesablaşır, sənə inanır…
Camaatı başa sal, ata, millət ayılmalıdır…
Xalqımızın cəsarət, qəhrəmanlıq, müdriklik, qonaqpərvərlik… kimi gözəl xüsusiyyəti var, ata.
…Amma bu ölkənin hökmdarları uzaqgörən olmayıb… Ağası xanın, Məhəmməd Seyid xanın, sonra da Mustafa xanın dillərindən Şirvan, Hüseyn xanın, Hacı Çələbinin, Məhəmməd Həsən xanın dillərindən Şəki, Pənah xanın, İbrahim xanın dillərindən Qarabağ, Fətəli xanın dilindən Quba, Dərbənd, Məlik Məhəmməd xanın dilindən Bakı düşməyib… Amma gözəl torpaqları, xanlıqları birləşdirmək, bir-birinə arxa olmaq heç birinin ağlına gəlməyib. Elə götürək Əmir Həmzəni. Niyə min-min qardaşın qanını tökdürüb Dərbəndi Qubadan ayırdı? Niyə?
Mən sənin ruslara olan rəğbətini yaxşı an-layıram. Biz belə bir möhtəşəm qüdrətə
arxalanmalıyıq… Xalqımız Ağa Məhəmməd şahları, Fətəli şahları, Nadir şahları, saysız-hesabsız sultanları sınaqdan çox keçirib… Biz hələ çox qurbanlar verməli olacağıq… Bizə indi canından keçməyi bacaran igid oğullar lazımdır… Mübarizə hələ qabaqdadır…”
71
Çox təəssüf ki, Hacı Qasımın oğluna məl-tubundan xəbərimiz yoxdur. Şeyxülislamın heç bir əlyazması bizə gəlib çatmayıb. Amma o, oğlunun günahını bağışlamış, ömrünün axırına ki-mi məktublaşmışdı. Kiçik oğlu Əbdülsəttarın da məktublarını Məhəmmədəliyə göndərirdi.
72
Qaynar Kazan
Həştərxandan sonra Kazan Kazımbəyə möhtəşəm bir şəhər təsiri bağışladı. Sağalıb ayağa durandan bəri onun ilk bələdçisi Alek-sandra Andreyevna Fuks oldu. Bu qadın öz dərin zəkası, ağlı və savadı, xoş xasiyyəti, incəliyi və zərifliyi ilə Kazımbəyi sehrləmişdi. Həm də bu böyük şəhərdə hələlik onunla danışa biləcək ikinci bir adam tanımırdı.
1826-cı il oktyabrın 31-də Fuks Kazımbəyə şad bir xəbər verdi. Rusiya Maarif naziri onu Kazan universitetinə Şərq dilləri üzrə mühazirəçi təyin etmişdi… Bu təyinat tilsimli yollardan keçmiş, işə
Rusiya Daxili işlər naziri, Xarici işlər naziri, Kazan quberniyasının qubernatoru müdaxilə
etmiş, çox ciddi yoxlama və arayışlardan sonra Kazımbəyin həyatında geniş üfüqlər açılmışdı.
Aleksandra Andereyevna Fuks Kazımbəyi şəhərlə tanış etməyə Kremldən başladı.
Kremlin XVI-XVII əsrlərdə tikilmiş divar-larını, qalalarını göstərdi: “Bu, Blaqoveşşenski kilsəsidir, bu, Pyotr və Pavel kilsəsi, bu, Spasski qülləsidir, bu isə çoxmərtəbəli Syobeks qülləsi, 73
bu, Apanayev məscidi, bu da Mərcani məscidi.”
Sonra Aleksandra Andreyevna şəhərin şərq is-tiqamətində 1552-ci ildə Kazanı alarkən həlak olmuş rus əsgərlərinə qoyulmuş abidəni Kazımbəyə göstərdi.
Onlar Kazanca çayının sahillərinə endilər.
Çayın sağ sahilində universitetin Anatomik teatrının binası və Kazan Astronomik rəsəd-xanası ucalırdı. Daha uzaqlarda Kazanca çayı boyunca mahud manufakturası, gön za-vodu, sabun, şam hazırlayan emalatxanalar uza-nırdı…
Onlar şəhərin iqtisadi qüdrətini təmsil edirdilər.
Kazımbəy və Aleksandra bünövrəsi 1788-ci ildə qoyulmuş ilk təhsil ocağı olan Kazan gim-naziyasının qarşısında duranda Fuks məlumat verdi ki, gimnaziyada yazıçılardan Derjavin və
Aksakov, riyaziyyatçı Lobaçevski, kimyagər Butlerov oxumuşlar. Əsası 1804-cü ildə qoyulmuş və onun dərs deyəcəyi yerli universitetdə isə həmin Lobaçevski və Butlerov, kimyagər Zinin, astronom Simonov, böyük həkim-alimlər Bexterov, Leskavt, Vişenvski təhsil almışdı.
…Sabah Kazımbəy öz vəzifəsini yerinə yetirmək üçün ilk dəfə sinfə girəcək, tribunaya çı-74
xacaq, ilk mühazirəsini oxuyacaq… Oxuya-caqmı? Oxumağa nə var? Nə kitab var, nə vəsait, nə proqram, nə də bir yazılı göstəriş var.
Tələbələrlə üz-üzə… Özün proqram yaz, vəsait yarat, özün kitab yaz, çap elətdir, özün axtar, özün də tap. Yoxdan var yarat. Rusiya Şərqi öyrənmək üçün hələ çox iş görməlidir. Rusiyaya Şərqi, onun xalqlarını, mədəniyyətini, dilini və
dinini, ədəbiyyatını bilən adamlar lazımdır.
Rusiyada
şərqşünaslıq
elminin
bünövrəsi
qoyulur, özü də burada, bu sinifdə, Kazımbəyin qalxdığı bu tribunada. Latın və alman dilində
mühazirə oxuyan müəllimlər bu bünövrəni yarada bilməyiblər. Universitetin ümid bağladığı professor Erdman illər boyu bir nəfər də şərqşünas hazırlaya bilməyib. Hanı, hanı bəs Rusiyanın ağıllı, zəkalı, istedadlı oğulları? Niyə onları cəlb edib oxutduran yoxdur?
Vaxt isə gözləmir. İngilislər Şərqin yarısını pəncələrinə keçiriblər. Yaxın və Orta Şərqdə, Hindistanda hökmranlıq edirlər. Şərq dillərini öyrənən univesitetlər yaradıblar. Şərq muzeyləri təşkil ediblər, Şərqin ən qiymətli zinətlərini, kitablarını, əlyazmalarını daşıyıb bu muzeylərə
gətiriblər. Niyə? Bəlkə Şərq mədəniyyətinin keşi-75
yində durmaq üçün? Xeyr! Bəlkə Şərq xalqlarını qoruyub yüksəklərə qaldırmaq üçün? Xeyr! Məqsəd, xalqların dilinə, dininə, mədəniyyətinə, xalqın xarakterinin incəliklərinə bələd olandan sonra onları daha incə yollarla istismar etmək, daha məharətlə cilovda saxlamaqdır. Elə ona görə də, ingilis malları daşınıb Şərqə gedir, əvəzinə
Böyük Britaniyanın böyük ticarət gəmiləri İngiltərə dövləti üçün, ingilis taxt-tacı üçün qızıl, gümüş, mirvari, daş-qaş daşıyır. Bəs Rusiya?
Rusiya cilovları ingilislərin əlinə verib? Böyük Britaniya hara, Şərq hara? Rusiyanın ətrafı Şərq-dir. Rusiya imperiyasının özündə nə qədər Şərq xalqları yaşayır.
Rusiyanı Şərqə bağlayan nədir? İllər keçəcək və Kazımbəy günlərin bir günü yazacaqdır:
“Tarix, təbiət, ümumdünya iqtisadi maraq məsələləri Rusiyanı Şərqə o qədər yaxınlaşdırmışdır ki, ruslar Şərq xalqlarının maarifləndirilməsi ki-mi böyük, müqəddəs işi başqa dövlətlərdən fərqli olaraq, daha çox öz möhtəşəm çiyinlərində
aparmalıdır…
Rusiyanı Şərqə yaxınlaşdıran nədir? Bizi Şərqin taleyi ilə sıx bağlayan minillik şüurlu var-lığımızın tarixidir… Bütün Şərq ilə Amurdan 76
Dunaya kimi saysız-hesabsız dənizlər, çaylar, səhralar vasitəsilə, bütün Asiya ilə ayrılmaz və
sıx birləşdirən ölkəmizin coğrafi mövqeyidir. Və
ən nəhayət, iqtisadi əlaqələrimizdir. Axı Rusiya Avropa isə Asiya arasındadır, Qərbin Şərqlə
ticarəti və bütün əlaqələri yalnız Rusiyadan keçməlidir.”
Biz Şərqin həm keçmişini, həm də bu gününü hərtərəfli öyrənməliyik… Niyə farsların, ərəblərin, türk tayfalarının tarixini yazan yoxdur?
Niyə Şərq şairlərinin əsərləri ilə bizi az da olsa, tanış edən yoxdur? Hələlik, bu gün, indi təxirə
salmadan Şərq dillərini bilən adamlar lazımdır.
Tarix bu imkanı səninçün yaradıb, cənab Kazımbəy. Özün deyirdin ki, kimin alnına nə
yazılıb, o da olmalıdır. Tale sənin qarşında böyük üfüqlər açır. Üç böyük Şərq xalqının dillərini mükəmməl bilən, bu yolda acizmi qa-lacaqsan? Proqram düzəlt, dərs vəsaitləri yaz, kitablar yarat. Ümid sənədir, tarix bu imkanı səninçün yaradıb, cənab Kazımbəy.
Doktor Fuks Kazımbəyi tələbələrə təqdim edib getdi. Bir Kazımbəy qaldı, bir də tələbələr.
İyirmi dörd yaşı bu yaxınlarda tamam olacaq müəllim ilk dəfə tribunaya qalxdı. Tələbələr öy-77
rəniblər ki, onlara mühazirəni ya almanca, ya da latınca oxuyacaqlar… Bu gənc müəllim isə üç dildə dərs deyəcək, üç xalqın həm tarixini, həm qrammatikasını öyrədəcək. Harda, hansı universitetdə bir Kazımbəyin özünün yazdığı cədvələ görə bu gün altı saat mühazirə oxumalı idi: iki saat türk, iki saat fars, iki saat da ərəb dilində.
Türk dilindən başladı. Danışır, danışdıqca auditoriyada olduğunu unudurdu… Sonra ərəb şairlərinin şeirlərindən nümunələr oxudu. Üçüncü saatı da fars ədəbiyyatına ayırdı. Dərslərini dedi, yorğunluq bilmədi. Tələbələr müəllimin dediklərinin çoxunu anlamadılar, amma heç kimdən səs çıxmadı. Şərq şeirni ahəngi, musiqisi, gözəlliyi onları valeh etmişdi. Onlar indi bilirdilər ki, Şərq dilləri nədir.
Dərslər, mühazirələr, proqramlar… yeni dərslər, yeni axtarışlar… yeni tapıntılar…
Yox, Kazımbəy narazıdır, çox narazıdır.
Özündən narazıdır. Rus dilini bilməməyi onu çox sıxır, öz-özünə sual verir: “Erdmanla mənim aramda nə fərq var ki?”
Dili öyrənməkçün yollar axtarır, müəllim axtarırdı. İlk rus dili müəllimi o özü olmalıdır…
78
Yoxsa kəndli qızına həsr olunmuş “Bədbəxt Liza” povesti ona çox təsir etmişdi. Rus dilini öyrənməkdə Karamzinin “Rus səyyahının məktubları” əsəri çox kömək edirdi, ədəbi rus dili və
danışıq dili məsələlərini bu əsərin köməyi ilə
özünə aydınlaşdırırdı. Kazımbəyin ayrıca bir dəftəri də Karamzinin şeirləri üçün ayrılmışdı.
Sonra yazdıqlarını öz-özünə bərkdən oxuyur, əzbərləyir, şeirin sözlüyünü düzəldirdi. Karam-zindən Puşkinə keçir, “Baxçasaray fontanı”nı köçürür, bir də oxuyur, bəzi yerlərini əzbərləməyə
cəhd göstərirdi.
Rus dilini öyrənməkdə Kazımbəyə Aleksandra Andreyevna da kömək edirdi. Aleksan-dranın evi Kazan şəhərinin mədəni həyatının mərkəzinə çevrilmişdi. Şəhərin ən görkəmli adamları bura yığışır, mübahisələr edir, yeni əsərlərin müzakirəsini keçirir, yeni şeirləri oxuyurdular. Aleksandra Andereyevna ‒ Gülnar bu məclisin gözü idi. O, öz şeirlərini oxumağı daha çox sevirdi. Bu ədəbi gecələrə Kazımbəyi də
çağırıb ondan ərəb, fars, türk şairlərinin şeirlərini oxumağı xahiş edirdilər. Onun şərqlilərə məxsus geyimi, vüqarı, şeir oxumaq tərzi, ahəngi hamının nəzərini özünə cəlb edirdi. Onlar, əlbəttə, 79
şeirləin mənasını başa düşmürdülər, amma Şərq şeirinin nəbzini tutur, onun ritminə, axıcılığına qulaq asır, insan zəkasının qüdrəti qarşısında hörmətlə baş əyirdilər…
Sabahısı yenə də mühazirələr, mühazirələr…
Bugünkü mühazirə isə əfsanələrə həsr olunub…
Şərq əfsanəsinə, onun müdrikliyinə, həyatiliyinə, şeiriyyətinə. “Əfsanəsiz xalq yoxdur. Köçərilərdə
şifahi hekayələr nəsildən-nəsilə keçir, onlar üçün bu əfsanə və əsatirlər mövhumatdır, mədəni xalqlar üçün isə təxəyyülü qanadlandıran ən gözəl qidadır, xalqın mədəni sərvətidir, onların ədəbiyyatı və tarixidir…”
Kazımbəy deyir, dedikcə misallar gətirir, əfsanələrdən nümunələr oxuyurdu. Rus dilində
öyrəndiyi ayrı-ayrı sözləri, cümlələri işlədirdi.
Dinləyicilər müəllimin rus dilini belə tez qav-ramasına təəccüb edirdilər… Müəllim isə davam edirdi: “…Nağıl və hekayələr çoxdan baş vermiş
hadisələrin əks-sədasıdır. Onlar bizə tarixi məlumatlar verir, müxtəlif məsələləri şərh edir.
Tarix tez-tez bu şifahi xalq ədəbiyyatı nümu-nələrindən bəşəriyyət həyatının müxtəlif dövr-lərindəki sirli tapmacaları aşkara çıxarmaq üçün 80
bir açar kimi istifadə edir, ədəbiyyat isə bu zəngin xəzinənin daş-qaşları ilə özünü bəzəyir…”
Tələbələr onu acgözlüklə dinləyirdi. Müəllimin səsində elə sehrli bir qüdrət vardı ki, heç kəs bu sehrdən qopa bilmirdi.
…Tələbələr həmişə onun mühazirələrini səbir-sizliklə gözləyirdi. Hər dəfə mühazirələr qurtaranda, tələbələr ondan ayrıla bilmirdi. Kazımbəy sualların içində itib-batsa da, onun cavabları sübhün şəfəqləri kimi cazibədar olurdu və bu cavablar tələbələr üçün sevinc yağışına çev-rilirdi…
Mirzə Kazımbəy hər bir mühazirəyə imtahana gedən kimi həyəcanlı gedərdi. Kazımbəy Firdovsi haqqındakı mühazirəni rus dilində oxu-yaraq, universitetdə bir fırtına qoparmışdı ki, gəl görəsən: “Firdovsi. O, ecazkar poeziya aləminin peyğəmbəridir, göylərin dühasıdır. Ulu ba-baların şan və şərəf dolu qəhrəmanlıq səhifələri tarixin qaranlıqlarında batıb getdiyi bir zamanda bu dahi dünyaya gələrək, göylərdən aldığı ilha-mın odu ilə sözü şəfəqlərə boyamış, ona ölməzlik çələngi bəxş edərək ədəbi şöhrət taxtına çıxar-mışdır…”
81
Mühazirələr bitər-bitməz Kazımbəyevə can atırdı. Gecələr səhərə kimi Karamzin, Puşkin, Jukovski… Dahilər dünyası ilə baş-başa qalardı.
Artıq Kazımbəy rus dilində oxuduğu mü-hazirələrdə şeirləri də rus dilinə tərcümə etməyə
cəhd göstərirdi. Böyük Sədinin “Gülüstan”ından etdiyi tərcümələri oxudu. Azərbaycan ədəbiyyatının nəhəngləri Nizami, Xaqani, Füzuli Kazımbəyin mühazirələrində elə qüdrət və möcüzə
ilə səslənirdi ki, bütün universitet heyrətə düşürdü.
“Nizami fars dilində yaranan ədəbiyyatın sütunudur… Öz böyük ləyaqətinə görə Şərq ədəbiyyatının birinci şairlərindəndir… O, qeyri-adi istedadı və qabiliyyəti ilə şairlər arasında öncül mövqe tuturdu… Nizami zəngin yaradıcılıq irsinə malikdir, onun üslubu və zövqü Şərq şairləri üçün nümunə hesab olunur…” Sonra Xaqani, o “Şairlər sultanı”… Daha sonra Füzuli…” Kazımbəy Füzulidən iki nümunə oxuyur: “Namaz əhlinə yuma…”, sonra “Şəbi-hicran yanar canım…”
Tələbəsi İlya Verezinə tapşırmışdı ki, əsərin bu yerini rus dilinə tərcümə etsin…
82
Mühazirələrdən sonra universitetin kitabxanasında əlyazmaları araşdırır, onları seçir, su-rətlərini köçürür, rus dilinə tərcümələrlə məşğul olurdu.
Bir azdan ilk növbədə Sədinin “Gülüstan”ını tərcümə edəcək, sonra Krım xanlarının tarixinə
həsr olunmuş “Yeddi səyyar”ı rus oxucularına çatdıracaqdı…
Həmvətənləri qarşısında özünü borclu hesab edən Kazımbəy işləməkdən hədsiz zövq duyur, özünü vətənin şan və şərəfini qoruyan yeganə bir döyüşçü kimi aparırdı. O, sübut etmək istəyirdi ki, vətənin dərdləri onun dərdləridir, yurdun səadəti onun bəxtiyarlığıdır.
Bəs onun şəxsi həyatı? Bir neçə il sonra Kazımbəy məktublarının birində Kazanda keçirdiyi ilk vaxtlar haqqında belə yazmışdı: “Universitetdə işə girəndən boş vaxtımı zəruri elm sahələrini öyrənməyə sərf etdim… Tanışlarım az idi. Nə kübar cəmiyyətinə, nə də onun tələblərinə bələd idim. Təhsil mənim yeganə məş-ğuliyyətim idi. Ancaq cavan olduğumdan tezliklə rusca danışmağı öyrəndim və yavaş-yavaş
tanışlarım artmağa başladı. Kübar cəmiyyəti mə-nə güclü təsir göstərdi və mən tədricən, hiss 83
olunmadan dəyişməyə başladım. Kazan camaatının mehribanlığı qeyri-adi qonaqpərvərliyi, hörməti məni qarşılıqlı diqqət və hörmət göstərməyə borclu edirdi. Belə ki, hətta bazar günləri də qonaq gedirdim, halbuki əvvəllər bu günləri mən yalnız Allaha ibadətlə keçirirdim və evdən bayıra bir addım da atmazdım. Hələ ha-rasıdır: mən rəqs etməyi, kart oynamağı və özümə qulluq etməyi də öyrəndim, halbuki əvvəllər bunu günah sayırdım…”
Qaynar Kazan Kazımbəyi öz qucağına almışdı.
84
Fuksu Lobaçevski əvəz edir
1827-ci il iyul ayının 30-u idi. Universitetə ildırım sürəti ilə bir xəbər yayıldı və bu xəbər bə-zilərinə göy gurultusu kimi vahiməli göründü.
Keçirilmiş seçkilərdə riyaziyyatçı Lobaçevski çox səs almış və Fuks zəfərlərə inamını itirmiş bir sərkərdə kimi rektorluq kürsüsünü məyusluqla tərk edir… Gənc bir elm tanrısı kimi parlayan Lobaçevski bu böyük elm məbədini arxasınca aparacaq.
Kazımbəy Lobaçevskini tanımırdı, onunla yaxınlığı da yox idi. Doktor Fuks çox nəcib və
alicənab adam idi, Kazımbəyi fəlakət girda-bından çıxaran da o olmuşdur. O, taleyini rus elmi ilə bağlayıb, ona xidmət etməyi özünə yol seçib. Təkcə Kazımbəyə deyil, ehtiyacı olanlara əl uzadıb. Rusiya onunçün ikinci vətən olub. O, bir həkim kimi Kazanda şan-şöhrət sahibi olub və
Bepul matn qismi tugad.