Kitobni o'qish: «Odərlər», sahifa 2
2
Dünya yaranandan insan sözün əsiridir. Söz forması-nı dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yer-ləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrının sirri olduğu üçün in-san hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi məna-nın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır”. Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insa-na iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd ele-mentləri araşdırıb, bunu əldə etmək üçün institutlar, aka-demiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilmə-yəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kə-sib. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuru-ma aparan sehrli sözlərin ardınca gedirlər. Uçuruma düş-dükləri zaman bunu dərk etsələr də, artıq gec olur.
Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: infor-masiya əsridir. Əslində, həmişə informasiya əsri olub. Amma indi informasiya yox, informasiyanın təhlilinin əs-ridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı in-formasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da mışıl-mışıl yatır. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə in-formasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. İnsan sözlə silahlanmış sosial şəbəkələrlə kainatı idarə edirdi. İnternet əsri dünyanın işini asanlaşdırdığı qədər də çətinləşdirirdi. Artıq camaat qəzet, televiziya və jur-nallardan daha çox, sosial şəbəkələrdə olan şəxsi səhifə-lərdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fi-kir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələrə bağlanır-dı.
Yay səhərlərinin birində sosial şəbəkələrdə yeni bir xəbər yayıldı. Bu xəbərdə deyilirdi ki, Azərbaycanın Er-mənistanla təmas xəttində yerləşən hərbi hissələrindən bi-rində bir qrup hərbçi silah-sursat və pul oğurlayaraq qaç-mışdır. Müxalifət qəzetlərində də bu xəbər dərc edildi. Amma qəzetlərin hərəsi bir ehtimal irəli sürürdü. Aparıcı qəzetlərdən biri yazırdı: “azərbaycanlı əsgərlər hərbi his-sədən külli miqdarda pul və xeyli silah-sursat götürərək Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.” Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazır-dı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürə-rək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hər-bi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çı-xış yolunu Ermənistana, ordan da neytral ölkəyə keç-məkdə görüblər.
Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı əsir götürmüşdür. Ona görə də dövlət bu rəzalətə görə heç bir açıqlama verə bilmir.
Xeyli versiyalar meydana atıldı… Hər kəs bu mövzu-da danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən, başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televizi-yaların bu hadisəni səssiz qarşılamasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söylə-yir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil, doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun girişindəki daşın üstündə “Allah” yazıldığını iddia edən mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir köl-gənin ruh olduğunu söyləyən xəstə təxəyülləri işiqlandı-ran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan audi-toriyasına sırıyan müstəqil televiziyalar bu qədər hənga-məyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bu-nun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sa-dəcə, sosial şəbəkələrdə fəal olan gənclər azdan-çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xə-bərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi sonra çıxar.
Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tut-madı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki, Amerikanın “Vaşinqton Post” qəzeti böyük bir yazı ya-yımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyət-də olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkil-də eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azər-baycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tə-rəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.
Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tama-milə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndə-ləri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər te-leviziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış gizli bir planı bilmədən söz azadlığı altında darmadağın edirlər.
3
Ermənistanın işğal etdiyi ərazilərlə sərhəddəki Azər-baycan ordusunun hərbi hissələrindən birində kəşfiyyat bölüyünün bir-birinə daha yaxın olan, çətinliklərə düşə-rək bir-birilərini daha yaxşı tanıyan beş gənc var idi. On-lar arasındakı tanışlığın yaşı çox olmasa da, ortaq cəhətlə-rini müəyyənləşdirmiş, özləri də fərqinə varmadan bir-bi-rilərinə bağlanmışdılar. Bu, Vətən və Millət qayəsi idi. Ayrı düşüncələrə, baxışlara görə dəfələrlə mübahisələri düşsə də, bu nöqtədə birləşməyi bacarırdılar. Bundan əla-və, onları birləşdirən digər məsələlər içərisində iradə, əzm, dürüstlük, cəsarət, sevgi kimi digər amillər də var idi. Kəşfiyyatçı idilər. Verilən tapşırıqları daim qüsursuz yerinə yetirməyə çalışırdılar. Əməllərində bəzən yanlış-lıqlar və qüsurlar olsa da, niyyətləri pak idi.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Müba-riz İbrahimovun göstərdiyi igidlikdən sonra onlarda yara-nan fövqəltəbii güc və bu gücdən doğan ideyalar mühüm bir qərar vermələrinə kömək etmişdi. Bunu gizir Alıyev Elçinin dəfələrlə təklif etməsinə baxmayaraq, kapitan Al-tay Cavadov bir az tərəddüd edirdi. Gizir Arslan Sultan-bəylinin bu ideyada qərarlı olmaması dəstənin digər üzv-lərini də ruhdan salırdı. Kapitanın “vaxtı gələndə gedə-rik” deməsi dostların əlini işdən soyudurdu. Altay Arsla-na daha çox güvəndiyindən onun fikrinə xüsusi önəm ve-rirdi. Hətta onun “hə” deməsi bu işin başlanması demək idi.
Nəhayət ki, günlərin birində məzuniyyətdən qayıdan Arslanın kapitanla uzun söhbətindən sonra qərar verildi. Sadəcə, bu dəstədə kimlərin olacağı onları narahat edirdi. Uzun və çətin bir yol idi. Bu yolun sonu isə görünmürdü. Ölüm, həbs, vətən xaini… Amma qisas hissinin güclü ol-ması bütün təhlükələri arxa plana atırdı. Həmişə qorxu hissinin qürur hissini tapdalamasından əziyyət çəkən xalqın bu oğullarında, indi qisas hissi bütün qorxu hisləri-ni tapdalamış, əzilmiş qürur hissinin yüksəlişinə səbəb ol-muşdu.
Ən önəmlisi isə, erməni xofunun aradan götürülməsi idi. Kapitanı düşündürən başlıca məsələ xalqda olan ruh düşkünlüyünün yüksəldilməsi idi. Milli Qərhrəman Mü-bariz İbrahimov bunu yaratmışdı. Əgər Mübariz İbrahi-movun atdığı cəsarətli addım onlarla kapitan kimi igiddə ruh yüksəkliyi yaratmışdısa, bu beş ərin atacağı addım bütün xalqı ruhlandıra bilərdi. Və beləcə, müharibə edib torpaqların qaytarılmasına zəmin yaranardı. O düşünür-dü ki, yalnız bu, xalqın özünəinam hissini qaytara bilərdi. Çünki Xocalı və Qaradağlı kimi faciələr xalqı xeyli qor-xutmuşdu. Həmişə “erməni kimdir ki, gəlib bizə nə isə et-sin” deyən xalq, Xocalıda erməninin “kimliyini” görmüş-dü. Bu isə planlı şəkildə atılan addım idi və o vaxt ermə-nilərin işinə çox yaxşı yaramışdı. Beləcə, rayonların bir-bi-rinin ardınca erməni yaraqlıları tərəfindən işğal olunması-nı sürətləndirmişdi. Kapitan bu hadisəni həmişə dostları ilə söhbətində Nizaminin “İsgəndərnamə” poemasındakı İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayı-lır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikir-ləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bu zaman və-ziri ona dedi ki, döyüş həmişə güc hesabına qazanılmır. Burada psixoloji amillər daha önəmlidir. İndi sənin qoşu-nunda bir vahimə var ki, rəqib şah qan içəndir. Gör əlinə keçsək, nələr gələr başımıza? – deyə qorxudan döyüşdən qaçırlar. Sən bunun qarşısını almaq üçün daha vəhşi bir addım atmalısan. Vəzirin məsləhəti ilə İsgəndər əsir gö-türdüyü düşmən döyüşçülərindən birinin başını bişirtdi-rib, əsirlərin qarşısında yeyir. Sonra da şərait yaradır ki, əsirlər qaçsınlar. Amma İsgəndər əslində adam kəlləsi yox, heyvan kəlləsi yemişdi. Rəqibin ordusu arasında qısa bir zamanda İskəndərin əsirlərin kəlləsini bişirtdirib yedi-yi hadisəsi yayıldı və bundan sonra o, istədiyinə nail ol-du. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi ca-vab vermək lazım idi. Saf qəlbli, pak niyyətli bu gənclərin millətin gələcəyi üçün düşündükləri ən yaxşı yol bu idi.
Kapitan, əslində, bu yola kimlərlə çıxacağını yaxşı bi-lirdi. Hətta onların andı da var idi ki, bir gün bu yola bir-gə çıxacaqdılar. Müxtəlif bölüklərdən olan bu ərlərin bir yerə toplaşması və gecə ilə sərhədi keçmələri lazım idi. Kapitanla Arslan yola çıxacaqları beş nəfəri son dəfə mü-zakirə etdilər. Onlardan başqa, gizir Elçin Alıyev, əsgər Ərtoğrul Hüseynov və əsgər Ayxan İsmayılovun da bu komandada olmasına razılaşdılar. Düzdür, Arslan Ərtoğ-rulun komandada olmasına narazı idi. Çünki bir neçə də-fə kəşfiyyatda birgə olduqları üçün onu tanıyırdı. Mərdli-yinə, vətənpərvərliyinə söz ola bilməyən Ərtoğrulun dinə ifrat dərəcədə bağlılığı bir az narahatlıq yaradırdı. İnancı o qədər möhkəm idi ki, bəzən adama elə gəlirdi ki, millət anlayışı onda dindən geri qalırdı. Bəzən elə görünürdü ki, o, ermənilərə erməni olduğuna görə yox, xristian olduqla-rına görə nifrət edirdi.
Hətta bir dəfə kəşfiyyat məhz Ərtoğrulun namazına görə pozulmuşdu. O, kəşfiyyata yeni cəlb edildiyi günlər-də namazda əyilib-qalxdığı zaman erməni hərbçilər bunu görmüş və onları atəşə tutmuşdular. Bunun üstündə Ars-lan onu yaxşıca döymüşdü də. Ona görə yox ki, o namaz qılırdı, ona görə ki, həmin gün Arslan ona çox tapşırmışdı ki, uzandığı yerdə namazını qılsın. Amma Ərtoğrul buna məhəl qoymamış, öz istədiyini etmişdi.
Ərtoğrul güc baxımdan Arslandan geri qalmırdı. Bəl-kə də, müqavimət göstərsəydi, o, Arslanı susdurardı. Uzun illər kinqboksla məşğul olmuşdu. Səhvini başa dü-şürdü. Sonra da ağzının qanını silə-silə “eşq yolunda ca-nım fəda olsa, uf demərəm. Nə edim, qardaş, mənim da Allaha olan eşqim öldürür məni” – demiş, Arslanı qucaq-lamışdı.
Ərtoğrulun bu xasiyyətinə görə Arslan narahatlıq ke-çirirdi. Kəşfiyyatda belə hallar məqbul sayılmırdı. Amma Ərtoğrul kəşfiyyata getmək üçün bəzən dini dünyagörü-şünü gizlətməyə çalışırdı. Millət və din eşqini heç zaman müqayisə edə bilmirdi.
Ərtoğrulun damarlarında Bakıda Sisianovun ölümü-nü həyata keçirən Qacarlar nəslinin cəsarətli oğlu Hü-seynqulu xanın qanı axırdı. Bütün bunların köməyi ilə ka-pitan Altay Arslanı inandırdı ki, elə bizə də onun əqidəcə bütövlüyü lazımdır. Kapitanı qorxudan həm də o idi ki, əsgər Ərtoğrul hiss etsə idi, neçə vaxtdır gözlədiyi səfərə dostları onsuz gedib, bəlkə tək də olsa, onların ardınca gə-lərdi. Bu da planın pozulması deməkdi. Buna görə də Arslanı onu da götürməyə inandıra bildi.
Ayxanı isə Arslan çoxdan tanıyırdı. Bir ilə yaxın idi ki, onlar bir yerdə gizli əməliyyatlara gedir, posta çıxırdı-lar. Onun dünyagörüşü, mədəniyyəti və sədaqətinə söz ola bilməzdi. Onların arasında gizli bir sirr də vardı: Ars-lanın kəşfiyyatda verilən tapşırıqdan kənara çıxaraq, er-məni postundakı əsgəri asaraq öldürməsi, bəlkə də, qəbi-rə kimi gedəcəkdi bu pünhan saxlanclar. Onun ailəsini də tanıyırdı Arslan. Səbəbini özü dərk etməsə də, Ayxanın da ona böyük hörməti olduğunu bilirdi. Hərdən ona elə gəlirdi ki, bunları birləşdirən onların görüşlərinin yaxın olmasıdır. Sınanmışdı… Onun təhsili də buna imkan ve-rirdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitir-mişdi Ayxan. Birgə əməliyyatlar zamanı onun aclığa, su-suzluğa, ağrıya necə dözümlü olduğu Arslana məlum idi. Bunu kapitan da bilirdi. Ayxanın Qarabağdan, İbrahimxə-lil xanın nəslindən olması, ona bu komandada iştirak et-məyə bir vəsiqə də verirdi. Həmişə öz aralarındakı söh-bətlərdə Ayxan deyirdi ki, bizim qabağımızı kim kəsir ki, partizan döyüşlərinə girməyək? Məgər buna da Prezident tapşırıq verməlidir? Mübarizə verilən “Milli Qəhrəman” adından sonra öz yerlilərini daha çox məzəmmət edərək “Prezident necə deməlidir öz fikrini? Day bundan artıq necə deyərlər ki, ay millət, oyan!”. Bunları danışanda əsə-bindən az qalırdı ki, boğazındakı damarlar partlasın. Ona görə də Şuşaya bayrağın sancılması ən çox onun ürəyin-dən tikan çıxardardı. Bir də ki, ata yurdunu görüb ölmək onun üçün böyük xoşbəxtlik idi.
Elçin isə nə qədər sakit görünsə də, çılğın, emosional, qorxmaz bir oğlan idi. Xidmətə başlayanda uşaqlardan bi-rinin haqqını qorumaq üçün leytenantlarla etdiyi dava onun qorxmazlığından xəbər verirdi. Hərbi xidmətə təzə gəldiyi vaxtlarda kapitan ona dayaq olmuşdu. Hətta Elçin ilk dəfə kapitana kobudluq etsə də, kapitan onun iradəsi-nin möhkəmliyinə görə bağışlamışdı. Və beləcə, kəşfiyyat dəstəsinə cəlb edilmişdi. Verilən tapşırıqları inanılmaz dərəcədə dəqiq yerinə yetirirdi. Bir dəfə erməni alayında-kı yüksək rütbəli hərbçilərin sayının müəyyənləşdirilməsi ona tapşırılmışdı. Bu onun həm də təkbaşına aparmalı ol-duğu ağır əməliyyatlardan idi. Böyük çətinliklərə baxma-yaraq, iki gün ərzində məlumatları dəqiq şəkildə koman-danlığa təqdim etmişdi. Bu hadisəni bütün kəşfiyyat bö-lüyündə danışırdılar. Yeni kəşfiyyatçılar ona həsədlə ba-xırdılar. Amma bir az dəli-dolu olduğu üçün hər adam ona yaxınlaşa bilmirdi. O, kiminlə istəsəydi, zarafat edər, amma heç kim onunla zarafat edə bilməzdi, daha doğru-su, o, özü buna şərait yaratmazdı. Dostları onu “Mübariz” deyə çağırırdılar. Təkcə ona görə yox ki, görünüşünə görə Mübariz İbrahimova oxşayırdı. Həm də o, həyatda çox mübariz adam idi. Tutduğunu buraxmayan, əzmkar, yo-rulmaz, qartal baxışlı bir türk oğlu idi Elçin. Heç vaxt, heç kimin qarşısında boyun əyməzdi.
4
Goranboy rayonu… Avqustun ortaları… İsti yay gün-lərindən biri…
Ermənistanla təmas xəttində yerləşən hərbi hissə… Gecə saat bir… Cırcıramalardan başqa, heç nəyin oyaq ol-madığı bir gecə… Bir də öz yarı ilə görüşəcəyini səbirsiz-liklə gözləyən və ürəyinin səsindən belə narahat olan gənclər…Və ay işığından bəzək kimi işıqlandırılmış dağ-lar, meşələr…
Beş gənc ürəklərinin sözünə baxaraq, sonu görünmə-yən bir yola çıxırlar. Kimsənin heç vaxt bilməyəcəyi, onla-rı başa düşməyəcəyi bir yola… Bu yola ona görə çıxmırdı-lar ki, kimlərsə onların bu hərəkətinə pis və ya yaxşı qiy-mət verəcək. Sadəcə, onlar üçün bu, bir borcdu. Vətəndaş borcu. Beləcə, gecənin qaranlığında amallarının yollarına tutduğu işığın ardınca getdilər. Ürəklərində vətən, millət sevgisindən ibarət qorxmazlıq silahı, çiyinlərində isə alın-madan silah anbarından icazəsiz götürdükləri silah-sur-sat…
Amma bu yolda onlar ilk böyük maneə ilə qarşılaş-dılar. Silah anbarına keşik çəkən əsgəri əvvəlcədən qur-duqları plana uyğun, gizlincə dərman iylədərək huşsuz vəziyyətə gətirsələr də, hərbi hissənin xəzinədarı gözlənil-mədən bu hadisənin şahidi olur. Hay-küy salmasına im-kan verməsələr də, əsgərlər bu işin təxirəsalınmaz oldğu-nu qətiləşdirmişdilər. Əvvəlcə onu da huşsuz vəziyyətə gətirmək istəsələr də, səhər bu hadisənin üstünün açılaca-ğı bəlli idi, çünki onların silah anbarından çıxanda etdik-ləri söhbəti xəzinədar eşitmişdi. Arslan yoldaşlarının tə-rəddüd etdiyini görüncə, masxalatın üstündən geydiyi hərbi jiletdən əsgər bıçağını çıxardaraq günahsız mühasi-bin boğazına dayadı.
– Tez seyfin açarlarını ver! Bu, sorğu-suala imkan verməyən bir əmr idi.
Xəzinədar qorxusundan nə edəcəyini bilmirdi. Ətrafa nəzər saldı. Kimdənsə kömək gözləyirdi sanki. Amma bu, mümkün deyildi. Ağzı bağlı olduğu üçün kəmərinin al-tında olan açarı hədəqəsindən çıxmış balaca gözləri ilə işarə etdi. Arslan açarı çıxartdıqdan sonra xəzinədarın boynunu bu dəqiqə qırmağa hazır olan Ərtoğrula işarə et-di ki, onu arxasınca gətirsin. Komandir Altay Cavadov Arslanın çıxılmaz vəziyyətlərdən ustalıqla çıxdığını bilsə də, bu məqamda onun nə düşündüyünü bilmirdi. Hamı sakitcə gözlənilməz vəziyyətin xoş sonluqla bitməsini gözləyirdi. Ərtoğrul pələng biləkli əllərindən biri ilə xəzi-nədarın ağzını, bir əli ilə də arxadan başını tutmuşdu. Be-ləcə, kapitan başda olmaqla Ayxan və Elçin qapının ağ-zında durdular. Xəzinəni açan xəzinədarın boynunun ar-xasından elə bir ölümcül zərbə vurdu ki, Ərtoğrul buna görə az qaldı, Arslanın yaxasından tutub divara çırpsın. Arslan bunu Ərtoğrulun gözlərindən duysa da, önəm vermədi. Astadan: “tez ol, pulları və kartları götür”, – de-di. Bu cümlə o qədər sərt və amiranə deyilmişdi ki, Ərtoğ-ruldan başqa heç kim tab gətirə bilməzdi.
Əslində, hamısı bilirdi ki, kassada pul olmaya da bi-lər, çünki maaşlar kartla verildiyindən hər zabitin öz kartı vardı. Hətta komandirlər əsgərlərin də maaşlarını özləri bankomatdan çıxarıb paylayırdı. Amma bəzi komandirlər kartları kassirə vermişdilər, o da gedib pulları çıxarırdı. Seyfdə 15 ədəd kart, bir də iki min manat pul vardı.
Pıçıltı ilə deyilməsinə baxmayaraq, hayqırtıya daha çox oxşayan sakit səslə: – Siz nə edirsiniz, yoldaş Sultan-bəyli! – deyə Ərtoğrul ona tərs-tərs baxdı. İlk başlanğıcda ərlər arasında bu cür rəsmi münasibət olsaydı da, qısa bir zamanda səmimiyyət öz yerini tutmuşdu.
– Narahat olma, sənin fikrinlə eynidir. Dediyimi elə, sonra bilərsən. Arslan bunu deyəndə çox soyuqqanlı idi.
Arslanın son cümləsi Ərtoğrulu bir az yüngülləşdir-di. Arslanın hədəfdən yayınmadığına inansa da, mübahi-sənin yersiz olduğunu düşünüb deyilənləri etdi. Vaxtın azlığı isə ona düşünməyə imkan vermirdi. Könülsüz də olsa, pulları götürüb otaqdan çıxdılar. Arslan qapıdan bir neçə addım aralandıqdan sonra bir də geriyə qayıdıb açıq qalmış qapını sakitcə örtdü.
Dostları nəyin baş verdiyini başa düşməsələr də, ka-pitanın əmri ilə tələsik hərbi hissənin hasarından tullandı-lar.
* * *
Bir neçə saatdan sonra artıq onlar plana uyğun olaraq ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında idilər. Tanıdıqları yolları rahatca, dinib-danışmadan irəliləyirdi-lər. Özü də ən güclü, ötkəm addımlarla gedirdilər. Mina-lanmış sahələri isə, elə bil, əzbər bilirdilər. Çünki bu yol-lardan dəfələrlə keçib getmişdilər, sanki bir gün bu tarixi addımı atacaqları an üçün hazırlaşmışdılar.
Öndə istehkamçı funksiyasını yerinə yetirən Ayxan, onun ardınca Məhəmməd, sonra isə komandir, onun da ardınca Arslan və Elçin addımlayırdılar.
Günün doğmasına az qalırdı. Heç kim dinib-danış-mırdı. Amma hər kəs qəlbində nəsə düşünürdü.
Kapitan iki gün bundan öncə atası evinə yola saldığı yoldaşını və 2 yaşlı oğlunun gülüşünü yadına salıb gü-lümsünürdü. Gülümsündükcə alnından çənəsinə doğru süzülən tər damcıları yanağında iz buraxırdı. Uşağın so-nuncu dəfə ondan ayrılmaq istəməməsi onu fərəhləndirir-di. Həmişə anasından ayrılmayan balaca Ərturan nədənsə bu dəfə atasından ayrılmaq istəmirdi. Elə bil ona nəsə əyan olmuşdu. Kapitan həmin an sevincindən ağlayardı da. Amma dünyalar qədər sevdiyi Banunun yanında bu mümkün deyildi. Hətta Banunun “indi rahatlandın? Gör-dün, səni də çox istəyir, gülməşəkər oğlun?” sözünə də-rindən ah çəkərək: “Daha ölsəm də, arzum qalmadı”, – dedi. Addımlarının ritmi ilə sadəcə ailəsini düşünən kapi-tan düşmənlərin varlığını hiss etsə də, vecinə almırdı. O, xoşbəxt idi. Arzusunun həyata keçməsi üçün addımlayır-dı. Arxasında da, hər biri 100 düşmən əsgərinə bərabər dörd igid.
Bu beş OdƏri elə addımlayırdı ki, bir ana istəyirdi bunları belə mərd, qorxmaz, qürurlu, eyni boyda-biçim-də, məzhəbindən, təriqətindən, dünyagörüşündən asılı olmayaraq, bir amal uğrunda birgə addımlamalarına “ananız qurban” deyib, yaylığının ucu ilə məsum gözlə-rindən axan yaşları silsin və arxalarınca su atsın.
Arslan isə sanki bir boşluqda idi. İllərdir, bu günlər üçün yetişdirilən gənc ən önəmli tapşırıqlardan birini hə-yata keçirmək ərəfəsində idi. Əgər qayıtmasa idi, qoca anasının onun üçün necə əzab çəkəcəyini düşünürdü. Amma anasını nə qədər çox istəsəydi də, nə qədər çox düşünsəydi də, Dədə Əfəndinin dediyi sözlər onun bey-nində təkrar səslənərək, ən ali sevgi ünvanının millət ol-duğunu anladırdı. Addımlarını tez-tez sürətləndirən ka-pitan Altay Cavadov sanki ona Dədənin sözlərinin ahən-gini xatırladırdı. Həmin fikirləri düşündükcə səhər açıl-mamış müəyyənləşdirdikləri məkana çatmalarını tezləş-dirmək istəyirdi. Özündən asılı olmayaraq, Dədənin onunla görüşdüyü ilk günlərdə etdiyi söhbəti xatırlayır-dı…
Dədə Əfəndinin birinci söhbəti
– Oğul, sən elə zənn etmə ki, türklər İslamı qəbul ediblər. Onlar İslamı qəbul etməyiblər, sadəcə tanıyıblar. Tanımaqla qəbul etmək arasında çox böyük fərq vardır. Türklərin – bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs kitabı da. Onu da bilməlisən ki, dünyada yaşayan ilk və ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq, ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də, bu yeni dinin dərinliklərinə enərkən gördülər ki, inanıb etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yox-dur. Onların inancının kəsişdiyi ən önəmli ortaq nöqtə Tanrının tək olması və bizlərdən yuxarıda qərar tutması idi. Yeni yaradılmış İslam dinində icra olunan bir çox dini ayinlərdən – qurban kəsmə, nəzir vermə, sədəqə paylama kimi adətlər qədim türklərin yaranışından mövcud ol-muşdur.
Oğul, əski türklərin “tura” adlanan qanunları vardı. El arasında xaqan da daxil olmaqla, hər kəs turaya itaət etməyə borclu idi, ona qarşı çıxanlar və ya turaya zidd iş görənlər ciddi cəzalandırılırdı.
Turanın qayəsi bunlar idi: ədalət, yaxşılıq və fayda-lılıq, insanlıq və cahani olmaq. Bax türklər bunu İslamda görəndə, İslama hörmətlə yanaşdılar. Və dini fərq qoyma-dan özləri üçün onu müqəddəs saydılar və yaşadılar. Çünki onların əsl dini zaman-zaman təhrif edilərək yeni din adı altında xalqlara təqdim edildi. Sadəcə atalarının dilində, ürəklərində yaşayırdı qədim Tanrı inancı.
Baxma ki, bu gün bir çox təriqət sahibləri yaradana Tanrı deyəndə qıcıqlanır, onun Allah, Rəbb və s. kimi təq-dim edilməsini tələb edir, şüurlarınıza təsir edirlər. Bu dünyanı yaradanın adını yaradılan özü vermişdir. Siz Ya-radılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yan-lışlığa yol vermirsiniz. Bəziləri deyir ki, Allaha Yaradan yox, Tanrı yox, məhz Allah deyilməlidir. Yox, bala, heç bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var? Elə hislər var ki, onu duyur və yaşayırsan, amma ad ver-məkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Al-lah ərəbin deyil ki, Ona onların dediyi kimi müraciət edə-sən. Onlar səni qandırmaq istəyirlər ki, Tanrı bütə, ilaha deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü ol-mayıb, o göydəki Yaradana denqri, tenqri, tanrı deyib, sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün büt-lərə ilahlar, allahlar deyirdilər. Görürsən, nə saçma fikir-dir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni in-sanları, bəşəri bir-birindən ayırmaq. Bir olan Tanrının adından belə istifadə edib insanları bir-birinə qarşı qoy-maq, aralarındakı nifaqı böyütməkdir.
Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babaları-mıza görə O, Uludur. Göydən və bütün dünyadan uca idi. Bu üzdən, əski türklər Onu “Sonsuz Mavi Göy” və ya “Xan – Tenqri” deyə hörmətlə adlandırırdılar. Bilirsənmi Ona niyə “Xan Tenqri” deyə müraciət edirdilər? Çünki “Xan” adı Onun qalaqtikadakı hakimiyyətinə işarə demək idi.
Tenqriyə olan inancın hikmətini və dərinliyini anlamaq üçün insanların mütləq bir həqiqəti qavraması vacib idi: “Tanrı birdir, O, hər şeyi görür”. Ondan heç nə gizlətmək mümkün de-yil. O, malikdir, O, hakimdir.
Tanrı… Himayə və cəza bir şəxsiyyətdə! Türklərdəki bir Tanrı inancı buna söykənirdi.
Din… Türk millətinin mənəvi kültürünün ən üstün qələbə-sidir. Onlar Tenqriyə həmişə fərqli müraciət etdilər: Boq, Bağ, Boje, Hoday, Koday, Alla, Ollo, Qospadi və s.
Altay dağları bu sözləri iki min beş yüz il bundan əvvəl eşitdi.
Görürsənmi, oğul, sənin dilində nələr gizlənir. Yoxsa ki, dünyanın bir qismi Tanrının dinini Xristian, bir qismi Musəvilik, bir qismi isə İslam adlandırır. Hamısı səndən oğurlanıb, indi istəyirlər, yenidən öz mədəniyyətləri kimi sənə sırısınlar. Əslində çoxdan sırıyıblar, sadəcə, indi ye-nidən dirçəlirik. Bunu unutmamalısan.
Bütün bu uydurulmuş kitablı dinlərdən öncə Yara-dan bütün sirlərini ilk insanlara – türklərə – OdƏrlərə vermişdi. Cənnət və cəhənnəm anlayışı (türklər buna uç-maq və damu deyərdi), qiblə anlayışı da, tək Tanrı anlayı-şı da türklərə məxsusdur. Hətta İslamın adına çıxarılıb möcüzə kimi təqdim edilən donuz əti yeməmək belə qə-dim türklərin adətidir. Çünki onlar yürüşlərdə bu heyva-nın ətindən istifadə edə bilmədikləri üçün onu özlərinə haram buyurdular. Axı yağlı əti çox saxlamaq olmurdu.
Bu üzdəniraqlar İslamı daha çox region dininə çevir-dilər. Başqa xalqları düşünmədən bir çox əlavələr etdilər və beləcə bəşəri ideyaları sadəcə bir zümrənin, bir ərazi-nin ideyasına çevirdilər.