Maqnit insanlar.
Kitob haqida
Sovet quruluşu dağıldıqdan sonra bütün post-sovet məkanında olduğu kimi, Azərbaycanda da özəl şirkətlər fəaliyyətə başladı. Bu şirkətlər bir şəxsin idarəsində olub, ailə şirkəti olaraq idarə olunmuşdur. Zamanın süzgəcindən keçərək günümüzə bu şirkətlərin bəziləri çatmışdır. Amma hələ də bu şirkətlərin böyük bir qisminin idarəsi bir idarəçinin və ya ailənin əlində toplanmışdır. Bu idarə şəkli, baş verə biləcək hər hansı bir böhran qarşısında necə qeyri-stabil olduğunu dəfələrlə sübut etmişdir. Belə şirkətlərdə liderlər yetişmir. Bu səbəblə də şirkəti dünyaya açacaq, yeni səviyyəyə qaldıracaq sadiq insanlar iş başına gətirilmir. Nəticə, lokal qalmış, öz içində çarpışan əməkdaşlarının və idarəçilərin inanmadığı, yarıiflic quruluş halına gəlir. Bu kitabla dəyərli iş adamlarımızın və özünü lider kimi yetişdirmək istəyən gənc idarəçilərimizin inkişafında töhfəmizi vermək istədik. (Müşfiq Məmmədov)
Janrlar va teglar
Izoh qoldiring