Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Karyeranı yönəltmək»

Mualliflar jamoasi
Shrift:

HARVARD BİZNES MƏKTƏBİNİN NƏŞRLƏRİ

KARYERANI YÖNƏLTMƏK

Məsləhət kitabı

1

Hər gün qarşılaşdığınız

problemlərə mütəxəssis baxışı

2

İÇİNDƏKİLƏR

Məsləhətçinin mesajı: Karyerada nə üçün məsuliyyəti öz üzərinizə götürməlisiniz?....

Karyeranı yönəltmək: əsas məlumatlar........................ ....

İşin dəyişdirilməsi ehtiyacını anlamaq....................... .......

Şirkətinizdə yüksəlmək................................................ ........

Siz olsanız, nə edərdiniz?.............................................. ......

İşin dəyişdirilməsi prosesini yönəltmək....................... ....

Karyerada məsuliyyəti öz üzərinizə götürün.......................................................................

Rəqabətə davamlı qala bilmək üçün bacarıqları dəyişdirmək..........................................

Karyeranın inkişafını pillələr kimi deyil, hörgü kimi görün.............................................

Karyeranı strategiya kimi düşünmək............................ ....

Özünüzü tanımaq...................................................... ...........

Başqalarından soruşmaq........................................ ..............

Rəsmi dəyərləndirmə vasitələrindən istifadə etmək...........................................................

Dəyişiklik zamanının gəldiyini duymaq................... ........

Professional maraq sahələrini qavramaq................... .......

Mükafat dəyərlərinizə aydınlıq gətirmək.................... .....

Mükafat dəyərlərinizə açıqlıq gətirmək üçün strategiyalar.................................................

Bacarıqları müəyyənləşdirmək................ ...........................

Şirkətinizdəki irəliləyiş fürsətlərini kəşf etmək...................................................................

İrəliləyiş üçün düzgün fürsətləri seçmək................. .........

Ehtiyac duyduğunuz bacarıqlara yiyələnmək.......................................................................

Karyera hədəfini müəyyənləşdirmək üçün atılacaq addımlar............................................

Karyeranın idarə olunmasında başqalarına kömək etmək.................................................

Maraq sahələri, dəyərlər və bacarıqlar dilindən istifadə etmək.........................................

İpucları və vasitələr.................................................. ............

3

Məsləhətçinin mesajı:

Karyerada nə üçün məsuliyyəti öz üzərinizə götürməlisiniz?

Hər bir şirkət aid olduğu iqtisadi sektorda əldə etdiyi mövqe məhsul və xidmətlərinin dəyəri haqqında mütləq strateji planda düşünür. Bu stratejı baxış da öz növbəsində şirkətin rəqabət qabiliyyətinin artmasına və gəlirlə işləməsinə kömək edir. Eyni şəkildə siz də müəssisə daxilində iş

mövqeyiniz, qabiliyyət və maraq sahələriniz, onların daşıdığı dəyər haqda düşünməlisiniz.

Son zamanlar böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün müəssisələr sürətlə

dəyişən iş dünyasında rəqabətə davam gətirmək üçün öz professional maraq sahələrini, dəyər və

bacarıqlarını nizamlı şəkildə qiymətləndirə bilən işçilərə ehtiyac duyduqlarının fərqindədirlər. Siz də

işin gedişində əvvəlcə öyrənmək istədiyiniz şeyləri müəyyən edib, sonra bu məlumatı əldə etmək üçün addımlar atar, beləliklə də, şirkət üçün daha dəyərli bir işçiyə çevrilə bilərsiniz. Bu zaman işinizə yeni çalarlar əlavə etmək məsələsində də mükəmməl şans qazanmış olarsınız.

Lakin bir şeyi unutmayın: karyera gənclikdə alınan birdəfəlik və ömürlük qərar deyil. Əksinə, professionallıq artdıqca bu, sizin inkişaf etdirəcəyiniz, yenidən müəyyənləşdirəcəyiniz və təkrarlanan prosesə çevrilir. Bu məsləhət kitabında haqqında söhbət gedən prosesi idarə etmək üçün xeyli təkliflər və strategiyalarla qarşılaşacaqsınız.

Bütün bunlar həm vaxt aparacaq, həm də kim olduğunuza, hansı işləri daha perspektivli gördüyünüzə dair əhatəli araşdırma aparmağı tələb edəcəkdir. Amma unutmayın ki, bu fəaliyyətin əvəzi bir zaman böyük faydaya çevrilərək sizə geri dönəcəkdir. Karyeranızı davamlı şəkildə

yönəldərək müəssisənizə yaxşı töhfə verdiyiniz kimi, sizin öz işinizdən son dərəcə məmnun olmaq şansınız da artır.

Dr. Ceyms UoldropDr. Timoti Batler Harvard Biznes Məktəbində iyirmi ilə yaxın birlikdə

çalışmış karyera psixoloqlarıdır. Dr. Batler bu günlərə qədər də Harvard Biznes Məktəbində Karyera Yüksəlişi proqramının direktoru kimi fəaliyyət göstərir. Dr. Batler və Dr. Uoldrop iş adamlarının karyera planlaşdırma və karyerada irəliləmə proseslərindəki fəaliyyətinə yardımçı olmaq üçün bir çox illərini sərf etmişlər. “Online” karyera dəyərləndirmə vasitələri olan “Career Leader” 400-dən çox universitet tərəfindən istifadə edilməkdədir. (Daha ətraflı bilgi əldə etmək üçün bax:

www.careerleader.com-a baxın) Eyni zamanda “Harvard Business Review” dərgisində çap olunmuş və böyük maraq doğurmuş

olan dörd məqalənin – “Dalanlar necə yeni bir yola çevrilir” (Getting Unstuck: How Dead ENDS

Become New Parts), “Maksimum uğur: irəliləmənizi əngəlləyən on iki davranış formasını dəyişdirmək” (Maxsimum Success: Changig the Twelve Behavior Patterns That Keep You from Getting Ahead) və “İş həyatındakı karyeranızı kəşf etmək” (Discovering Your Career in Business) adlı üç kitabın müəllifidirlər. “Fortune” və “Fast Company” dərgilərində də onların məqalələri yayımlanır. Onlar karyeranın yönəldilməsi, qabiliyyətlərin qorunub saxlanılması və şəxsi effektliliyin artırılması mövzuları ilə əlaqəsi olan məsələlərin müzakirəsinin getdiyi radio və televiziya proqramlarına da dəfələrlə qatılmışlar.

4

Karyeranı yönəltmək:

Əsas məlumatlar

5

Karyeranı yönəltmək

nə məna daşıyır?

6

İş həyatında harada olduğunuzu dəyərləndirmək, harada olmaq istədiyinizə, qərar vermək və bu nöqtəyə yetişmək üçün tələb olunan dəyişiklikləri həyata keçirmək prosesinə karyeranı yönəltmək deyilir. Bu, fəaliyyət sahəsindəki əhəmiyyətli dəyişiklikləri sizin özünüzün planlaşdırmağınız və

idarə etməyiniz lazım gələn, eyni zamanda da vaxt tələb edən prosesdir.

İşin dəyişdirilməsi ehtiyacını anlamaq

İş dünyası da daxil olmaqla bütün dünya sürətli şəkildə dəyişir. Böyük bir şirkətdə menecer olun, ya da öz işini qurmuş bir təşəbbüsçü, yaxud kiçik bir şirkətin sıravi əməkdaşı olun və ya müştərilərə xidmət göstərən müstəqil iş adamı, fərq etməz. Son on ilə möhürünü vurmuş qlobal dəyişikliyin artan tempi mütləq ara-sıra da olsa, nəfəsinizi daraldacaq.

Söhbət karyeradan gedirsə, dəyişiklik təbiidir. Hətta “faydalıdır” da deyə bilərik! Yeni meydan oxumalara köks gərdiyiniz, işinizdən nə istədiyinizə dair düşüncələrinizin aydınlaşdığı və yeni-yeni bacarıqlara yiyələndiyiniz hər dəfə professional qabiliyyətləriniz güclənəcək. Belə olduğu halda, işinizdən daha məmnun qalar və müəssisənizə daha böyük töhfələr vermiş olarsınız.

Şirkətinizdə yüksəlmək

Karyera yolunu yenidən müəyyənləşdirmək (və ya yeni bir yol kəşf etmək) qərarı vermisinizsə, həddindən artıq geniş yayılmış “işdən çıxmaq” fikrinə əsla düşməyin. Çalışın ki, işin ürəyinizcə

15 427,50 s`om
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
16 noyabr 2022
Hajm:
60 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri

Ushbu kitob bilan o'qiladi