Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Cümhuriyyət dövrü Gürcü qaynaqlarında»

Mualliflar jamoasi
Shrift:

Ön söz əvəzi və yaxud tərcüməçidən

Hər şeydən öncə onu deyə bilərəm ki, gürcü mətbuatında bizm üçün də maraqlı olan materialları arayıb axtarır və müntəzəm olaraq toplayıram. Bu dörd gürcü generalının – Dimitri Şalikaşvilinin, Georgi Kvinitadzenin, Şalva Mağlakelidzenin və Georgi Maznişvilinin xarirələrini bir-birinə çox şey bağlayır. Bu memuarlarda Gürcüstanın müstəqillik dövrü, 1917-1921-ci illərin dramatik hadisələri, azad ölkənin işğalına səbəb olan daxili çəkişmələr, kənar qarşıdurmalar haqqında düzgün məlumat almağa kömək edir. Bu kitabda həm də digər tarixi mənbələrdə rast gəlinməyən, yaxud da çox zəif şəkildə təqdim olunmuş tarixi həqiqətlər çox əhatəli şəkildə öz əksini tapmışdır. Dimitri Şalikaşvilinin memuarları gürcü mətbuatı ilə ilk dəfə “Mtavari qazeti” (“Əsas qəzet”) adlı qəzetdə işıq üzü görmüşdür. 2003-cü ildə bu qəzetdə bir neçə nömrədə verilmişdir. Ona kimi yalnız bir dəfə gürcü mühacirlərinin Fransada 1973-cü ildə “Kavkasioni” jurnanda dərc edilmişdir. Burada Gürçüstan nümayəndəliyinin Türkiyə Böyük Millət Məclisi qarşısında təqdim etdiyi məqsəd və vəzifələri barədə söhbət açılır. Dimitri Şalikaşili bu nümayəndəliyin üzvlərindən biri idi. Gürcüstan hökumətinin sözügedən qərarını, erməni kommunistləri ilə mübarizədə məğlub olandan və 1920-ci il noyabrın 29-da Ermənistan “sovet respublikası” kimi bəyan ediləndən sonra qəbul etdiyi, ermənilərin Moskvanın əmrinə əsasən, Türkiyənin kamalçılar hökuməti ilə müqavilə bağladığı və öz dəmiryolu vasitəsi ilə dünənki əleyhdarlarını təchiz etdikləri, hadisələrin bu cür inkişafından Gürcüstan hökumətinin narahat olduğu və sair məqamlar nəql olunur. Onu da qeyd etmək lazımdır ki, Dmitri İosifoviç Şalikaşvili Bakı qubernatoru, Qafqaz canişini Baş İdarəsinin rəisi və senator, “Bakinskiye izvestiya” («Бакинские известия») nəşrinin və Azərbaycan dilində “Əkinçi” qəzetinin əsasını qoymuş, Qafqaz dağlılarının məişəti haqqında materiallar toplayan general-leytenant Dmitri Semyonoviç Staroselskinin, ata tərəfdən isə gürcü knyaz nəslindən olan, rus sentimentalist yazıçısı P.İ.Şalikovun nəvəsidir.

Tbilisidə 2014-cü ildə general Georgi Kvinitadzenin “Xatirələr. Gürcüstanın müstəqillik illəri. 1917-1921-ci illər” adlı kitabı çapdan çıxmışdır. Canlı və maraqlı bir üslubda yazılmış xatirələrin müəllifi olan, Gürcüstanın azadlığı uğrunda fədakarlıqla mübarizə aparan generalı bir yazıçı kimi də kəşf edə bilirik.

Şalva Mağlakelidzenin xatirələrində onun o dövrlər Mərkəzi hökumət tərəfindən Ahalsıx-Ahalkalak qəzalarında və Ərdəhan vilayətinin Potsov diyarında hərbi və mülki işlər üzrə fövqəladə müvəkkil təyin olunması, sonra qəza komissarlığının təşkil edilməsi, ona üzv olması, Ömər Faiq Nemanzadənin icraiyyə komitəsinə sədr, Əhməd bəy Pepinovun isə onun müavini seçilməsi, onlar ətrafında cərəyan edən hadisələr və o dövrün Azərbaycan oxucusu üçün də maraqlı olan bir sıra məqamlar öz əksini tapmışdır.

Georgi Mazniaşvilinin üç fəsildən ibarət olan xatirələri ilk dəfə 1926-cı ildə nəşr olunmuşdur. Kitab öncə 2003-cü illərdə “Mtavari qazeti”nin bir neçə nömrəsində dərcə olunmuş, 2012-ci ildə ayrıca kitab şəklində nəşr edilmişdir. Bu kitabın fəsillərindən biri Ermənistan və Gürcüstan müharibəsinə həsr olunmuşdur. Proseslər soydaşlarımızın yaşadığı kəndlərdə də baş verir.

Burda həmin fəsil verilmişdir.

Beləliklə, bu xatirələr azərbaycanlı tarixçilər üçün qiymətli mənbədir və əsərin eyni zamanda sıravi oxucular üçün də maraqlı olacağına ümid edirəm.

Mirzə Məmmədoğlu

TÜRK SƏFƏRİ OLAYLARI

DMITRI ŞALIKAŞVILI


GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNİN SON AYLARI VƏ YAXUD CON-MALXAZ ŞALİKAŞVİLİNİN ATASININ MEMUARLARI

Bir vaxtlar NATO-nun Avropadakısilahlı qüvvələrinə başçılıq edən,1993-1997-ci illərdə Rəislər Qərargahı Birləşmiş Komitəsinin başçısı, ABŞ-ın yüksək ordu generalından sonra (1950-ci ildən sonra verilmir) ikinci olan, tam general (dörd ulduzlu) rütbəsi alan Con (Malxaz) Şalikaşvilinin adı hamıya çox yaxşı məlumdur.

Bəri başdan iki məqamı oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. Türk mətbuatından bildiyimə görə, vaxtilə yüksək məqamda olan türk generallarından biri müsahibələrindən birində “Şalikaşvilini Corc Buşa mən önərdim”,– deyə qeyd edib. Con-Malxaz Şalikaşvilinin həyatından belə bir epizod məlumdur: “Rəislər Qərargahı Birləşmiş Komitəsinin başçısı olanda, ziyafətlərin birində həmkarları və bir nəfər nüfuzlu senator ona soyadını dəyişməyi məsləhət görür. General bunun səbəbi ilə maraqlananda, onlar qısaca olaraq cavab veriblər: “Sözsüz ki, sizin soyadınız çox yaxşıdır. Lakin amerikalılar onu düzgün tələffüz etməkdə çətinlik çəkirlər”. Con-Malxaz Şalikaşvili gülümsəyərək, onlara belə cavab verir: “Bu amerikalıların problemidir, mənim problemim deyildir”.

Onun atası polkovnik, knyaz Dmitri İosifoviç Şalikaşvili Bakı qubernatoru, Qafqaz canişini Baş İdarəsinin rəisi və senator, “Bakinskiye izvestiya” («Бакинские известия») nəşrinin və Azərbaycan dilində “Əkinçi” qəzetinin əsasını qoymuş, Qafqaz dağlılarının məişəti haqqında materiallar toplayan general-leytenant Dmitri Semyonoviç Staroselskinin, ata tərəfdən isə gürcü knyaz nəslindən olan, rus sentimentalist yazıçısı P.İ.Şalikovun nəvəsidir.

1921-ci ildə Dmitri Şalikaşvili Türkiyədən keçərək, Polşaya mühacirət edir və burada polyak-alman mənşəli, general-mayor, qraf Aleksandr Alekseyeviç Ridiger-Belyayevin qızı Mariya Aleksandrovna ilə tanış olur.

Dmitri Şalikaşvili İkinci Dünya müharibəsi zamanı, sonralar SS qoşunlarına daxil edilən gürcü legionunda xidmət edib. Normandiyada müttəfiqlər tərəfindən əsir götürülüb. Onun ailəsi 1944-cü ilədək Varşavada yaşayıb. Sonra Almaniyaya, 1951-ci ildə isə ABŞ-a köçüb.

Oxuculara təqdim etdiyimiz memuarda Dmitri Şalikaşvili, üzv olduğu Gürcüstan nümayəndəliyinin o dövrdə Türkiyə Böyük Millət Məclisi qarşısında təqdim etdiyi məqsəd və vəzifələri barədə söhbət açır. Gürcüstan hökuməti sözügedən qərarı, erməni kommunistləri ilə mübarizədə məğlub olandan və 1920-ci il noyabrın 29-da Ermənistan “sovet respublikası” kimi bəyan ediləndən sonra qəbul edib. Ermənilər Moskvanın əmrinə əsasən, Türkiyənin kamalçılar hökuməti ilə müqavilə bağlayır və öz dəmiryolu vasitəsi ilə dünənki əleyhdarlarını təchiz ediblər. Hadisələrin bu cür inkişafından Gürcüstan hökuməti narahat olmaya bilməzdi. Bu gün Gürcüstanın o dövrdəki hökumətinin bütün qorxularının özünü doğrultduğunu hamı yaxşı bilir.

Dmitri Şalikaşvilinin memuarları ilk dəfə olaraq, gürcü dilində “Mtavari” qazetinin 2003-cü il 5-1219-26 aprel tarixli nömrələrində dərc olunub. Həmin vaxta qədər isə, yalnız bir dəfə–1973-cü ildə Fransada gürcü mühacirlərinin “Kafkasioni” jurnalında nəşr olunmuşdur.

***

GÜRCÜSTAN NÜMAYƏNDƏLİYİ 1921-Cİ İLDƏ TÜRKİYƏDƏ
Ankara, 1921-ci il

27 dekabr 1920-ci il.

Saat 23 radələrində Gürcüstan Respublikasının nümayəndəliyi əlahiddə vaqon ilə Ankaraya getmək üçün Tiflisdən Batumiyə doğru istiqamət götürdü. Nümayəndə heyətinin tərkibinə onun başçısı, təsis yığıncağının sədr müavini yoldaş Simon Qurgeniç Mdivani, hərbi müşavir, general Eristavi, missiyanın işlər icraatçısı Aristo Cumbadze, attaşe Meliton (Osman bəy) Karsivadze, Ziya bəy Abaşidze, tapşırıqlar üçün iki nəfər zabit – Emuxvari və leytenant Dmitri Şalikaşvili, əl buyruğu üçün iki əsgər daxil idi.

Karsivadze və Ziya bəy Abaşidze iki gün əvvəl Batumiyə yollandılar. Vaqonda əksəriyyəti tanışlar idi. Xarici İşlər nazirliyi şifrəni gətirməyi unutmuşdu. Stansiyaların birindən tel vurduq ki, onu Batumiyə göndərsinlər.

28 dekabr 1920-ci il.

Saat 15 radələrində Batumiyə çatdıq. Ankara hökumətinin Xarici İşlər naziri Bəkir Sami bəyi mehmanxanaya kimi ötürdük. O, öz hökumətinin bolşeviklər yanında nümayəndəsi idi, Moskvadan qayıdırdı. Ankaraya yollanırdı. Onun yanında Tevfik bəyin oğlu və Temir Bulat Dudarovun qardaşı oğlu vardı. Batumi vağzalında Bakir bəyi fəxri qarovul qarşıladı. Biz Batumi vilayətinin əlahiddə komissarı Qriqol Georqadze ilə nahar etməyə getdik, axşamüstü şəhərə qayıtdıq.

29 dekabr 1920-ci il.

Ertəsi günsəhərdən-axşamadək Cumbadze və mən mağazaları gəzirdik. Mən, qardaşımın yanında qaldığımdan, səhər Qriqol Georqadzenin yanında nahara getmədim. Bütün günü vurnuxurduq. Yol üçün böyük azuqə ehtiyatı aldıq. Tiflisdən gətirdiyimiz də buna əlavə olundu. Batumidən saat 18 radələrində yola düşməli idik. Tiflisdən gətirilməli olan avtomobilləri gözləyirdik. Görünmürdülər. Gəmi saat 20 radələrində dənizə çıxdı. Çoxlu tanış-biliş bizi yola salmağa gəldi. Gecə iki radio-teleqram göndərdik. Teleqramda Xarici İşlər nazirliyinə yaxşı gəlib çatdığımız barədə məlumat verirdik. Komissar Qriqol Georqadzeyə səmimi qonaqpərvərliyinə görə minnətdarlığımızı bildirdik. Bizim gəmimizi İtaliyanın “Aqordat” minadaşıyanı yola salırdı. Güman ki, bu, Bəkir bəyin təhlükəsizliyini təmin etmək üçün idi. İtalyanlar kamalçılar ilə yaxşı əlaqədə idilər. Konstantinopola yola düşən kolonel Bodrero bizimlə birlikdə gəlir.

Dəniz gözəldir, təlatüm yoxdur.

30 dekabr 1920-ci il.

Səhər tezdən Trapezunda çatdıq. Saat 12 radələrində Bəkir Sami bəyin oğlu Temir Bulat ilə qayıqlarla şəhərə getdik. Sahildə fəxri qarovul düzülüb. Əsgərlər cəsarətli görünürlər, yaxşıca geyiniblər, çoxlarının ayaqları çarıqlıdır. Faytonla diviziya başçısının yanına getdik. Orada yarım saat qaldıq. Bizi qəhvəyə qonaq etdilər. Sonra isə mülki qubernatorun sarayına getdik. Bolşeviklərin nümayəndəsi utancaq gənc elə oraya gəldi. Böyük ictimaiyyəti görən kimi özünü itirdi. Hər tərəfə baş əyərək salam verdi və bir yanda oturdu. Onun kim olduğunu bizə demədilər. Mən elə düşündüm ki, kimsə kiçik məmurdur. Quberniyadan nəsə bir iş üçün gəlib. Və yad ictimaiyyətlə rastlaşanda diksinir. Hər halda, onun sovet Rusiyasının nümayəndəsi olduğunu düşünmürdüm. Sonra o qubernatorun yanına getdi və onu Türkiyənin yeni dövlətinin yaradılmasının ildönümü münasibəti ilə təbrik etdi.İki dəqiqə oturdu, sonra hamıya təzim edərək, “yoldaşları” barədə nəsə donquldandı. Və öz tərcüməçisi ilə birlikdə çıxıb getdi. O, gedəndən sonra hamı gülümsədi və zarafata başladı.

Beş dəqiqədən sonra sarayın həyətinə çıxdıq. Bayrama görə camaat buraya toplaşmışdı. Oğlan və qız məktəblərinin şagirdləri, əsgərlər və ictimai təşkilatlar da burada idi. Qadın müəllimələr avropasayağı geyiniblər, lakin çadralar ilə. Bir neçə gənc qədim milli türk geyimləri ilə bəzənib. Hazırda şəhərdə olanTrapezunddan Milli Məclisin üzvü Türkiyənin müasir vəziyyəti, Türkiyə ilə İngiltərənin gərginləşmiş düşmən münasibətləri haqqında nitq söyləyirdi. Onun geniş nitqindən sonra, bir nəfər şagird qız çıxış edərək, yeni Türkiyəni salamladı. Hərbi orkestrin müşayiəti ilə camaat şəhərə doğru hərəkət etdi. Biz də diviziya başçısının nahara dəvət olunduğumuz sarayınadək onlarla getdik. Sultan Süleymanın qəbrini görmək istəyirdik, lakin buna vaxtımız çatmadı. Gəmi tezliklə tərpənirdi. Mən hamıdan çox cəhd edən B.Rostomaşvilidən sosialist dövlətinin nümayəndələrinin sultanın qəbrinə əklil qoymağa gedəcəkləri haqda soruşdum. O mənə dedi ki, “Sultan Süleyman ilk inqilabçı hesab olunur”. B.Rostomaşvili keçmiş anarxistdir. O, inqilabdan sonra vətənə qayıtmış, ölkənin durumu ilə tanış olmuş vəanlamışdı ki, anarxistlik ölkəyə zərər yetirir. dan sonra o, sosialistlərə söykənmişdi. Digər anarxistlər də bu cür hərəkət etmişdilər. Lakin onların bir qismi milli demokratlara birləşmişdilər. İndi o, Tədarük nazirliyinin tapşırığı ilə Konstantinopola yollanırdı. Trapezundda Fransadaaviasiya məktəbini bitirən gənc türk zabiti –təyyarəçi ilə tanış olduq.

Gəmi yükləndi və saat 20 radələrində tərpəndi.

31 dekabr 1920-ci il.

Səhər gəmi kiçik şəhər olan Giresun limanına yan aldı. Bəkir Sami bəy, oğlu, Svimon Mdivani və mən şəhərə çıxdıq. Limanda fəxri qaravul dayanıb. Yerli idaretməyə qonaq olduq. Orada bizi qəhvəyə qonaq etdilər. Şəhərin mouravı(bələdiyyə sədri – M.M.) onunla nahara qalmağı xahiş etdi. Lakin gəmi tezliklə tərpənməli olduğundan, imtina etməli olduq. Yerli əhalinin nümayəndələri, o cümlədən molla və yunan keşişi də orada idilər. Şəhəri fırlandıq və gəmiyə qayıtdıq. Gəmiyə bu tərəfdə məşhur olan balaca qoz yükləyirdilər. Axşamüstü çox gözəl mənzərəli Ordu şəhərinə yaxınlaşdıq. Sahilə çıxmadıq.

23 141,25 s`om
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
2 Sahifa 5 illyustratsiayalar
Mualliflik huquqi egasi:
Alatoran yayınları / Алаторан

Ushbu kitob bilan o'qiladi