Kitobni o'qish: «Səni içimdən tərk edirəm»
KAHRAMAN TAZEOĞLU
SƏNİ İÇİMDƏN
TƏRK EDİRƏM
1
I
2
səni içimdən tərk edirəm minmədiyim heç bir avtobus gözləmədiyim heç bir dayanacaq qalmadı bu şəhərdə
getdikcə azalır həyat
nəyi tez yaşadımsa
ona hey gec qalıram
sənə köçürəm hər payız
yolların çıxmır sevgimə
unutduğun yağışların adı yadımda səni içimdən tərk edirəm susmaqdan yoruldum
quşlar və mahnılar bu şəhəri tərk edəndən bəri
əfkar dəmləyirəm gözlərimdə
damlalarımı
yanağıma çatmadan öldürürəm tam ürəyimin başından yaralayıram özümü
alnını ürəyimə dayadığın günü düşünüb səni içimdən tərk edirəm 3
nə unudacaq qədər nifrət etdin nə xatırlayacaq qədər sevdin uçmuş bir divar qədər belə peşman deyilsən
bilirəm
məni hər zaman tapmamaq üçün axtardın yanılmağım idin
yandığım idin
yanğın idin
sənsizliyə uduzmaq
sənə uduzmaqdan çətin olsa da arxamda bir sürü bəlkələr buraxaraq səni içimdən tərk edirəm indi
içimizdə öldürüləcək bir xatirə belə
tapmayan
iki yarım qaldıq
bütünləşdirə bilmədik bizi əlindən tutmadın yalnızlığımın saçlarımı da uzaqlarına basdırdın içimin maviliyi sənin okeanın rəngində
al geri qaytarıram
kilidləri daim yalnış qapılara vurdun dağılmış vaqonlara dönərkən gözlərim sənə mənsizliyi buraxıb gedirəm yarıma uzanmayan bütün budaqlarım qırılsın
demişdin
4
eşq içində var doğulmuşsa hara gedə
bilərdi
necə də qəribədir deyilmi içimi ağrıdan da sən
ağrımı sakitləşdirəcək olan da ya öldür məni dedim
ya da get məndən
içi bulanıq bir sevdanın üzündən səni itirdim
əhəmiyyət vermədin əhəmiyyət verməyimə
bir gecədə yandırıb sabahı şəfəqlərə satdın xəyanətini külümü ayaqlayanlar belə utandı etdiyindən
artıq solmuş bir ömrün
son nəfəsini
məndən
içimdən tərk edirəm
5
həyatımın davamı üzümdə yuxun var
içimdə qərib bir hüzn
yanlış ünvandakı məktubam ən çox da qatil yazısı
II
ciblərimdə uşaq cəsədləri qursağımda çöl daşıyıram nağılsızam