Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Основной контент книги TERRORÇU
TERRORÇU
Matnmatn

Hajm 440 sahifalar

0+

TERRORÇU

Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Sotuvda yo'q

Kitob haqida

Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir?

On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?

On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?

Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı?

On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ­çəkindirmək?

Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu?

“Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir?

Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün?

Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri?

Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki?

“Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər; bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir?

Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir…

Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?

“İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al,

çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır”.

Rəbb isə dedi: “Qəzəblənməyin yaxşı işdirmi?”

“Əhdi-Ətiq”.

Yunis peyğəmbərin Kitabı, 4:3-4

İnamsızlıq inamdan möhkəmdir, çünki o,

dərrakəyə söykənir.

Qabriel Qarsia Markes.

Eşq və başqa cinlər

Izoh qoldiring

Kirish, kitobni baholash va sharh qoldirish
Kitob Джона Апдайка «TERRORÇU» — veb-saytda onlayn o'qing. Fikr va sharhlar qoldiring, sevimlilarga ovoz bering.
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
23 sentyabr 2022
Hajm:
440 Sahifa
ISBN:
9789952268829
Mualliflik huquqi egasi:
Аудиокитаб ООО

Ushbu kitob bilan o'qiladi