Kitobni o'qish: «Yüreğimdeki Sensin»
ŞAİR HAKKINDA BİRKAÇ SÖZ
Ebülfet Medətoğlu Aliyev 1. Ocak 1959 tarihinde Dağlık Karabağ’ın Hocavend şehrinin Tuğ köyünde dünyaya geldi. İlk ve orta öğrenimini 1966-1976 yılları arasında kendi köyündeki okulda tamamladı. 1978-1980 yılları arasında Sovyet ordusunda askerlik hizmetini ifa etti. 1980 yılında askerliğini bitirir bitirmez Bakü Devlet Üniversitesi’ne girdi ve yüksek öğrenimini 1986 yılında tamamladı. Okulunu bitirdiği yıl Fuzuli şehrinde yayımlanan “Araz” gazetesinde çalışmaya başladı, 1989 yılında “Qarabağ” gazetesine geçti ve 1991 yılına kadar burada çalıştı. Karabağ Savaşları devam ederken 1991 yılında Azerbaycan ordusuna girdi ve 1993 yılına kadar bu orduda görev yaptı. 1993 yılında askerlik görevi sona erer ermez “Әdalәt” gazetesinde çalışmaya başladı. 1983 yılında evlenen Ebülfet Medetoğlu üç oğul babasıdır. Azerbaycan Yazarlar Birliği ve Azerbaycan Gazeteciler Birliği’nin üyesidir. Şu anda Dağlık Karabağlı kaçkın sıfatıyla Bineqedi kasabasında yaşamaktadır.
İlk şiiri 1973 yılında yayımlanan şairin ilk kitabı 1983 tarihinde okuyucularıyla buluştu. Şu ana kadar 17 eseri yayımlanmıştır.
KEDERİ İNCİTMEYEN ŞAİR
Ebülfet Medetoğlu… Bu imza benim için çoktan beridir tanıdık. Bu yakınlığın temelinde ise dert var. Kederi, acısı hiçbir zaman tükenmeyen Borçalı’nın kaderi, Borçalı’nın kederi, bağrımızın başında kansere dönen, kaybedilmiş, yağmalanmış bir Karabağ derdi durmaktadır. Benim derdim çok eskidir, ta Nadir Şah’tan, Adil Şah’tan beri aynen bir deve kervanı gibi öylesine ağır olan bu dert yükünü taşıyıp durmaktayız. “Dәvәsi ölmüş Әrәbәm, dözәrәm hәr zülümә” manisi insana her şeyi anlatıyor zaten. Adı “qara” sözüyle başlayan ve her günü ıstıraba dönen, söylenen manide “Tehran cәnnәtә dönsә, yaddan çıxmaz Qarabağ” şeklinde devam eden ifadeyle kendi kederini tarihin hafızasına oyan Karabağ’ın “kara” günleri, dile getirilmesi âdeta imkânsız olan faciaları Ebülfet Medetoğlu’nun en başta dile getirdiği konulardır. Binlerce yılın onayladığı estetik bir gerçek vardır. Kederi olmayan şairin kendisi yok demektir. Bu anlamda Ebülfet’in kaderi, bir şair olarak nereye ve kime yönünü döndürüyorsa orada kendi iç dünyasını, kendi derdini görmesini sağlıyor. Kendini dert müptelası olarak adlandıran, kederi bile incitmeyen, gamın en yakın sırdaşına dönen şairin sanat dünyası, dert içinde kıvrananların, gam yükünü taşıyanların kervanına dönenlerin şiirleriyle doludur.
«Tətiyi çəkirəm, ölüm açılmır». Tetik, intihar, ölüm… Bu düşünce şiirin ebedî konularından biridir. Ölüm kalım arasındaki git geller, şüpheler, medler, cezirler, facialar…
Ebülfet, yüreğinin derinliklerinde olan acıların, endişelerin tamamını kendi sevgisine ve sevgilisine hitaben dile getirerek okuyucusunu yormuyor, bıktırmıyor. Aksine onları zarif duyguların diliyle daha da hassaslaştırarak kendine doğru çekiyor ve şiirsel ifadelerin gizemli dünyasına daldırıyor.
Evet, Ulu Tanrı insanların dünyanın farkına varması, sürekli olarak capcanlı ve aydan arı sudan duru, tertemiz, zarif ve hassas olması, gelişiyle dünyayı güzelleştirmeyi başarabilsin diye onlara sevgiyi yollamış. «Min Əbülfət qəlpələnsin3 ki, bir məhəbbət var ola bilsin». Toprağın üzerinde sağlam durabilmek gayesiyle göklerin kapısını açmak, insan, özellikle de şairler için sınırsız bir sevgi gereklidir. Ebülfet Medetoğlu bu kanaati taşınaktadır.
Örnək olarak sunduğum bu mısralar yalnızca sevgi şiirinden ibaret olmuş olsa da Tanrı’ya dua gibi seslenmek gibidir. Bana göre dünyanın ne kadar tatlı, samimi şiirleri varsa onların tamamı Tanrı’ya açılan ellerin, göklere çevrilen gözlerin, Allah’a bağlanan ümitlerin ürünüdür ve dünya da yalnızca bu ürünlerin yüzü suyu hürmetine aydınlanıyor.
“Başına dolanmağa –
And içib – pir gəzirəm”
Şair bu iki dize ile kutsal kabul edilen ocaklarının da, pirlerinin de, Tanrı’dan kendine sunulan İlahî sevgisinin özü de insandır, Allah’ın bir mucize olarak yarattığı insan. Ebülfet de bir şair, bir insan ve duygulu bir vatandaş gibi o insanın iç dünyasını, sırlı sihirli gönül âlemininin kapılarını sonuna kadar açmaq, keşfetmək, anlamaq için yazıp yaratıyor. Bu da şair için, dünyayı şiirsel ifadelerle güzelleştirmek gayesiyle insana, beşeriyete hava ve su gibi gereklidir düşüncesindeyim. Dünyanın bütün ağırlığı şiirsel ifadelerin omuzlarına çöküyor. Ebülfet Medetoğlu, bu İlahî yükü taşımada ne ayaqların yorulsun, ne de omuzların ağrısın!
Zelimhan YAKUPHalk Şairi
ŞAİRİN YÜREK SÖZÜ
Hə, dəyərli həmsöhbətim!
Bir az mənə yaxın otur… və məni sakitcə dinləməyə çalış… Əlində tutduğun bu kitab «Yanan məktub»un üstünü kül örtmüş, azacıq ütülmüş hissəsidi, bəlkə də davamıdır… Bu şeirlər Allahımın mənə yaşatdıqlarının misralara çevrilmiş pıçıltılarıdı6… və mən sadəcə onları səsdən, duyğudan sözə çevirmişəm. İstəmişəm ki, siz onlarla tələsmədən7, sakit bir guşədə baş-başa qalanda o sözlər sizin üçün sözdən həzin duyğulara, səslərə çevrilib varlığınızı icazəsiz-filansız çox-çox uzaqlara alıb aparsın8…
Həyatda böyük sevgilərin iynə ucu boydasını özündə daşıya bilən insanın yaramaz9, əclaf10, naqis11 ola biləcəyinə heç vaxt inanmamışam. Düşüncəmə görə sevgi gün işığıdı. Ən qatı dumanın da sinəsini hansısa12 bir yolla dəlib keçə bilir. Odur ki, ürəyimdəki sevinclə kədəri, vüsalla həsrəti diz-dizə, göz-gözə, nəfəs-nəfəsə, lap elə13 bir-birinə hopmuş14 şəkildə necə yaşamışamsa, heç bir çəkinәcəksiz elə o cür15 də, gizlətmədən ÜRƏYİMDƏKİ SƏNSƏN! – deyərək yolunun üstünə çıxdım. İstədim ki, ürəyimdəki SƏNƏ deyəcəklərim nə varsa, yəni ürəyimdə olanları özümə – ÜRƏYİMƏ deyim!
Hə, bir də unutmayın ki, «Ürəyimdəki sənsən»
sevgililərin kitabıdı!..
ÖNEMLİ UYARI
Azerbaycan alfabesinin, Türkiye’de kullanılan Latin karakterli alfabeden Ə, ə; X, x; Q, q olmak üzere üç farklı harfi vardır.
Ə, ə: Türkiye Türkçesindeki E, e sesinden daha açık, A, a’ya doğru seslenmelidir.
X, x: Birçok Anadolu ağzında bulunan hırıltılı H, h sesini verir.
Q, q: Arap alfabesindeki gayın (غ) sesini verir; galip kelimesindeki kalın G, g gibi okunmalıdır.
Bunlardan başka K, k harfinin de -Rusça kelimeler hariç-sadece ince seslendirildiğini hatırda tutmak gerekir. Bu sebeple kar, kor, kuy vb. kelimeler, a, o, u üzerinde şapka varmış gibi okunmalıdır.
«ÜRƏYİMDƏKİ SƏNSƏN»
Hərdən lal16 oluram sənin önündə
Nə qədər cəhd etsəm17 – dilim açılmır…
Hərdən18 söz tapmıram19, donub qalıram
Çiçəyim çırtlamır20, gülüm açılmır.
Niyə belə21 olur başına dönüm22
Deyirdin havayı23 güllədi24 ölüm…
İstədim bir onu yaxından görüm
Tətiyi çəkirəm – ölüm açılmır.
Görmüşəm dərd-qəmin çoxun25, həm azın26
Çəkməyə gücüm var – hələ də nazın.
Gözüm yolundadı gələcək yazın27
Payız28, qış əlindən29 könlüm açılmır30.
Tay31 kimə lazımdır hayım32, harayım33
Dağılıb yurd-yuvam, uçub34 sarayım.
İstədim bu üç-dörd teli35 darayım -
Qolum tərpənmədi36, əlim açılmır.
***
Heç kimdən37 incik deyiləm38
İncidiyim yazı39-bəxtdi…
Mən sevib xoşbəxt40 oluram
Sevənim – yazıq41 bədbəxtdi…42
Ruhumu göydən endirmək
Pak sevgimə don geydirmək43
Nəvaziş edib44 dindirmək45 -
Qismət deyil – bəxtə-bəxtdi…46
Min cürədi47 kefim, halım48
Cavab umur hər sualım49
Dərdlərdən süzülür balım -
İçim50, gedim51 – vaxt o vaxtdı…
***
***
Xəyallarım əlçatmazdı55
Kim olsam belə56
Dərd də mənə əl atmazdı
Söz salsam57 belə58
Yuxularda59 görünməyən
Hissələrə60 bölünməyən
Bağrımı dəldi
Yerdən-göydən uzaq kimi61
Ortada qaldım
Mən canımı
Buzlaq62 kimi
Odlara saldım63
Xəyalların dünyasından
Geri dönüb -
Gör64 kim oldum
Doymadığım
Sevgimizin
Röyasından
Sənə qalan görk mü oldu65
Utancınam,
Ya66 baş tacın
Hansın67 seçim
Hansın bilim
Hansını açım68 -
Özüm üçün
Bu sirlərin
Ay əlacım…69
***
***
Yenə bu səhər
Sükutla başladı
Yenə asıldım
Pəncərənin önündən…
Hər şey donuq bir halda,
Heç quşlar da
Nəğməsini dəyişmədi
Bu yaz74 günündə…
Açıq qapımdan
Kimsə keçmir
Bağlı75 pəncərəmdən
Həsrət dolur içəri…
Tanrımın da gözü
Məndən su içmir76 -
Yer tapa bilmirəm77
Otağımda78 -
Köçəriyəm79, köçəri…
Yenə bu səhər
Sükutun buzunu
Əridir
İlıq xatirələr
Ağlımdan gəlib keçir
Bilirsən nələr -
Qəfil80 ölümümün
Ertəsi günü
Səni üstümə
Gətirərlər
Yanağı şehli81
Bənövşə82 kimi…
***
Ürək əldən küsüb, əl də ürəkdən,
Kiminlə danışım, kimə yazdırım?
Qoparıb sinəmdən, kəsib biləkdən,
Yer göstər onları qoşa83 asdırım.
Taleh oyundur nə deyə billəm84,
Harda85 başlayacaq, bitəcək harda.
Ömür bahasına qazandıqlarım,
Görəsən86 solacaq, itəcək harda.
Həsrət mi döyəcək87 qapımı bir gün,
Yoxsa qar yağacaq ömrümə bu an?
Gözümdə yol izi, köksümdə düyün88 -
Mən mi olacağam boynunu buran?89
Fikirlər yüz yerdən didir içimi,
Danışmaq qəbahət, susmaqsa günah.
Necə götürüblər mənim ölçümü -
Geydiyim kədərdi, çəkdiyimsə ah.
***
***
***
RAMİZ RÖVŞƏN’Ə
***
***
***
***
***
***
Mən hara132 gedirəm bu yolla belə133,
Gözündən yorulmuş dərvişlər kimi.
Mən hara gedirəm son ümidini,
Birinci cəhdində134 dərmişlər135 kimi136.
Mən hara gedirəm yolu bilmədən,
Dərd almış həm sağı, solu bilmədən.
Ürəyim doludur, dolu, bilmədən -
Qalmışam, gün altda137 sərmişlər kimi.
Mən hara gedirəm, çaşmışam138 bəlkə139,
Getdiyim ünvanı aşmışam bəlkə?
Torpaq mı, ağac mı, daşmışam140, bəlkə,
Susum əsəbini gərmişlər kimi.
***
***
***
***
GÖZLƏ 160
Gəlirəm sənə doğru,
Səbrin çatınca161 gözlə.
Ruhum könlündə gəmi -
Gəmim batınca gözlə.
Hər çınqı162 ümid şamı163
Göy üzü ruhun damı164
Unuda bilər hamı -
Gələn yardısa165, gözlə!
O ki, ocaq, pir deyil
Ləngiməyi166 sir deyil.
Günahları bir deyil -
Güzəşti167 varsa, gözlə!
Candan can alan kimi
Qandan qan alan kimi
Lap belə168 balan kimi -
Dizdə yatınca169 gözlə!
***
***
***
***
***
Mən adsızlar içindən
Bir ad aldım – gətirdim!
Qoşalaşıb197 uçmağa -
Qanad aldım – gətirdim…
Yetmirsə gücüm nəyə,
Nə var de, küsünmәyə198…
Diz-dizə isinməyə -
Bir od aldım gətirdim.
Hərə199 bir yol yolçusu,
Su axtarır, yolçu, su…
Ömrümüzün ölçüsü -
Murad aldım gətirdim.
Yönüm, qibləm hər an sən,
Dilim, dinim, quran sən…
Qorxma, bir də yorulsan -
Ağ at aldım, gətirdim…
Tərs yozum var, tərs yazı
Öyrənirəm dərs – yazı!
Mən yazdığım hər yazı -
Bal! – dad aldım gətirdim.
***
Ay Allah, bu gecəni
Mən necə yatıb-durdum200
Gündüz gördüklərimi -
Gecə yenidən qurdum.
Saç üzümə dağıldı,
Yanaq öpdü- yanağı…
Əlin tapıb sığındı -
Əllərimin qonağı.
Dodaqların ucunda
Adın oldu tər201 çiçək
Həsədindən202 ölərdi -
Bu an sənin – hər çiçək!
Qoy203 sarılım boynuna,
Bu gün dursun yerində
Hənrim204 dolsun qoynuna -
Çiçəkləsin şerim də!
***
Bir anlıq
Ağlımdan gəlib keçdi
Sahildəki
Balıqqulaqlarının205
Hamısın206
Saymaq kimi
Bir dəlilik…
Sonra da mavi ləpələrdən207
Sənə bir gəlinlik
Yaxasının
Gül xonçası da
Ürəyim…
Hardasan208
Qızıl balıq209,
Baxışlarımı
Sancmışam210 dənizə,
Dolaş211 kipriklərimə
Üz212 sahilə…
Mən də səndən
İndi ağlımdan
Gəlib
Keçənləri diləyim
İstəyənin
Bir üzü qara
Boylanma213 ora-bura214
Özün bilərsən
Daha
Özgə nə deyim…
***
Gözlərim axtarışda.
Xəyalım uzaqlarda…
Əllərim qoynumda -
Özümsə yalqızlıqda215
Səpələnib216
Hər tərəfə -
Axtarıram…
Qarşılaşmaq
Ümidi ilə…
Yaşamaq da çətin,
Sevmək də -
Bu yaşda!
Ürək yerindən oynayır,
Çarpazlaşmış
Qolların -
Əvəzinə kəsişsəydi yollarım -
Sonu çatardı
Yalqızlığımın!
Yığışıb217 hər tərəfdən -
Göydən, yerdən -
Yaşardım
Bir gilə218 ümid ilə!
***
***
***
***
MӘNİ
Dərdimin başı batsın
Başdan çıxartdı məni.
Dörd tərəfim daş idi -
Daşdan çıxartdı məni.
Damarıma qan vurdu
Lap240 o başdan – dan vurdu.
Quru bir oyun qurdu -
Yaşdan çıxartdı məni.
Səmt dəyişdi, taleh, baxt
Çiçək oldu, çiçək baxt!
Dərd özü olub bədbaxt -
Qışdan çıxartdı məni!
***
İndi sənsizliyimə
Sənli günlərimdən
Danışıram…
Özüm də hiss etmədən
Gizlicə
Həsrətindən soruşuram -
O söz hələ deyilməyib
Bu qor hələ alışmayıb241
Ümid hәlə242 üzülməyib243,
Ürək hələ.
Ayrılıqla barışmayıb
Niyə belə244 dəyişmisən,
Niyə belə
Buz olmusan?..
Dil-dil ötən245 ürəyimdə
Söz bulağı246,
Söz çəməni
Niyə belə dəyişmisən
Nədən indi
Danışmayan
Susub-baxan qız olmusan.
***
Qəribədi247 hərdən248
Heç nədən249
Özüm-özümdən küsürəm…
Axtarıb səni tapmır -
Pərişan qayıdır üstümə
Bax, onda-250
Gözlərim düşür gözümdən
Gözümdən küsürəm…
Səsim qırılır251 içimdə
Didilir qəm dimdiyimdə252
Yadımdan253 çıxır
Ovcumun içi kimi
Bildiyim də -
Sözümdən küsürəm…
Bir sonsuz xəyala dalıb
Dünyanı çiynimə254 alıb
Gəzirəm üzümə salıb255
Dünyam gör nə günə qalıb
Məndən də dözümsüz256 olub -
Dözümdən257 küsürəm -
Eləcə258 özümdən küsürəm…
****
***
***
***
***
***
DEYİL
Döz!287 – deyirsən, dözmək olmur
Can şirindi bezmək olmur
Hər çiçəyi üzmək288 olmur -
Üzüb, görürsən o deyil.
Xəyal qurursan dağılır,
Qala qurursan yıxılır.
Ürək gül kimi sıxılır,
Üzüb, görürsən o deyil.
Yerdə yerin bir künc289 olur,
Nə edirsən gülünc olur
Ümidlərin də linc290 olur,
Dözüb291, görürsən o deyil
Ha292 desən də, ta293 bu sondu
Bir də gördün nəsə oldu
Əlində piyalən294 doldu
Süzüb295, görürsən o deyil
Allah yazan296 yazı birdi
Qışı birdi, yazı297 birdi
Sevginin də nazı birdi.
Çözüb, görürsən o deyil.
***
***
***
Mən dərdin oğluyam – dərdin balası308
Fikrimi309 kimlərsə yozdu310 da bəlkə
Səltənət qurmuşam -
Dərddi qalası
Mənim həyatımdı bu kiçik ölkə!
Ondan qaçmamışam, gizlənməmişəm
Qapım, pəncərəm də açıq üzünə.
O məndən, mən ondan gizlənməmişəm
Can bir qəlb311 olmuşuq – ancaq düzünə312.
Etibar görmüşəm hər zaman ondan
Yanımdan bir iynə ucu qaçmayıb
Dərdim dərdimi də dərdi tək çəkib
Mənsiz işığa da gözün açmayıb.
Baş-başa qalmışıq ömür nədirsə
Mən onun oğluyam, o mənim balam
Sən də heç çəkinmə – sənə gəldisə
Sat mənə! – Hazıram dərdini alam!
***
Göyün altda, yerin üstə tək ağac
Mənəm simsar313, gətir sən də ək ağac…
Bacarırsan mən görkəmdə314,
Çək ağac -
Budağından asılmağa
İp olsun…
Eldən kənar315, gözdən uzaq
Söz qərib
Söz bağından hərə bir cür316
Söz dərib317.
Deyəcəyəm, vədə yetib, söz
Gəlib -
İnanmıram, mənə oxşar318
Tip olsun.
Əl qabardı319, diz döyənək320, bel
Yağır
Göy kişnəyir, buludlardan
Sel yağır.
Çıxmaq üçün bu zamanda el ağır -
Dərdlərindən, gərək sıra
Kip olsun…
***
Darıxdım321
Və yığdım322 nömrəni…
Telefonun
Şəbəkə xidməti
Xaricindədir323
Bəs324 özün hardasan?325
Yəqin ki326,
Qayğısızsan,
Ətrafında sevənlərin
Başın elə qarışıb ki,
Darıxmırsan…
Yoxsa…
Xatırlardın məni
Qaldırıb telefonu
Yığardın327 nömrəmi -
Görərdin ki,
Xətdəyəm328
Təkcə əhatəndə329 yox330,
Həm də ürəyindəki,
Kövrək331 məhəbbətdəyəm!
***
Bəlkə bir iş görək,
İndiyədək heç kəsin332
Görmədiyi -
Ağıllı bir iş
Ürəklərin sərgisini açaq…
Əvvəl
Biz ürəyimizi nümayiş etdirək333
Hər ikisini,
Sonra dostlarımız
Daha sonra qohumlarımız334,
Tanışlarımız
Və adamlarımız…
Ürək sərgisində
Yəqin ki335,
Ortaya çıxacaq
Günahlarımız,
Yalançı ağrılarımız336
Və bir də
«ikimizin bir ürəyi var»
Qrifli337 saxtakarlığımız.
***
***
Ömrü xırmanında342 ələkdən
Keçir
Dəyirman qapısı hələ343
Dumandı
Taleh yazısını könlünə
Köçür344 -
Çiyninə345 duşəsi346 şələ347 gümandı348.
Hələ ki349, düz tutub350 paya351
Çəpəri352,
Payasız353 kim salar saya354 çəpəri
Hər gün üzləşdiyim355 qaya
Çəpəri -
Tapşıra bilməyim356 selə
Gümandı.
Azdan – az işlənib357, çoxdan-
Çox gedib
Çoxu tər tökübdü, azı
Tox gedib
Hamı358 ürəyində bir cür359
Ox gedib -
Hamıya qurulmuş cələ360
Gümandı.
Çiçəyi oxşayıb, gülə tay361 tutub
Susmalı məqamda dinib362,
Boy tutub
Onu özü kimi soysuz soy
Tutub -
Nə qədərə gedəcək belə
Gümandı.
Baltalı əlində kol-kos363
Heç nədi364,
Vallah, bünövrədən365 kosa366
Seçmədi.
Sevgi ürəyinə, qana
Keçmədi -
Deməli367, bu hiss də
Elə gümandı.
***
Əllərimi aldı
Ovcuna
Başını
Söykədi368 çiynimə
Sanki
Ağrılarımı
Soyundurdu
Sevinci geyindirdi
Əynimə369 -
Sevdiyim!
Asıldım
Mələklərin
Ayağından
Qısıldım ruhumun
Sinəsinə
Pıçıltılar370
Puçurlayan371
Dodağından -
Aldığım
Öpuşlərin
Səsinə
Qatdı atəşini -
Sevdiyim!
Unutdum
Tanrıdan başqa
Hər kəsi
Əli ovcumda,
Nəfəsi nəfəsimdə
Leylidi372
Məcnunun qibləsi
Sıx, saxla373 məni
Qollarınla
Sinənin qəfəsində…
***
Mənə yazılmış
Vəsiqənin
Nömrəsi oxunmur -
Üstünə ləkə düşüb
Və mən
Cənnətlə
Cəhənnəmin
Arasındakı yolun
Kəsişməsində
Növbə tutmuşam…374
Bu heç də
Mənə toxunmur
Çünki
Ömrüm növbələrdə
Keçib…
Növbəmin də
Ən zəruri anda
Gəlib çatdığı
Olmayıb…
Olubsa da unutmuşam…
Odur ki,
Kompassız375 gəmi
Kimi
Quma oturmuşam…
Nömərsi oxunmayan vəsiqəmlə
Bu da ömürdü
Elə belə376
Hələ ki, hələ.
***
Bölüşə bilmirəm üzüntüləri
Qorxuram canının üzülməyindən377
Ancaq qəm paylayan namərd dünyanın
İnciyim nəyindən,
Küsüm nəyindən…
Özümü aldatmaq istəyim bitir
Xəyalla nə qədər gün sovmaq olar
Günlərim şam378 kimi əriyib itir -
Qəfil379 uralanıb380, sovulmaq381 olar
Sənə damla sevinc, damla təbəssüm
Bəxş edə bilmirəm, bacarmıram mən
Sevgim göz önündə, amma ki, gülüm -
Sənə çox dərdimi açammıram382 mən…
***
Unuda bilsəydim dərdim olmazdı
Qarışıb gedərdim insan selinə
Unuda bilsəydim gözüm dolmazdı -
Könlümü verməzdim dərdin əlinə.
Unuda bilsəydim adiləşərdim,
Sıradan sonuncu olardım bəlkə…
Unuda bilsəydim – adi383 bəşərdim
Nə özüm olardı, nə də ki, kölgəm.
Unuda bilsəydim… Faciə budu
Hər şey süzgəc kimi keçir
Canımdan
Məni özün öldür -
Unutmaq üçün -
Qoyma yerə damsın amma
Qanımdan…
***
***
***
Mən talehlə vuruşuram
Durmadan
Kişi kimi393, kürəyindən394 vurmadan…
Sən ay məni nahaq yerə cırnadan395 -
Mən heç kəsin396 payına göz dikmərəm.
Haqqın yeri ürəyimin başında
Dəyəri var – hətta qara daşın da
Ömrüm boyu – lap elə bu yaşımda -
Qaş düzəldib, göz öpürəm, tökmürəm397.
Öz gözümün mizanını398 bilirəm,
Bu sevgimin yazanını bilirəm
Çömçə399 gəzəb – qazanını bilirəm -
Dib-dəhnədən400 dərdi nahaq401 çəkmirəm.
Gördüyümü, duyduğumu köçürtdüm402
Köçürtdükcə ruha dönüb
Köçürdüm
Özüm bildim nəyi, necə
Keçirdim -
Ürəyimin tay403 sapını404
Sökmürəm
Nə var qalsın bu meydanda
Ortada
Günahkarlar
Ayaq-başdı405, ortada
Bu Әbülfət arxayındı406 – orda da -
Deyəcəkdi dərd biçirəm, əkmirəm.
***
Barmaqlarımı
Qatlayıram
Və sayıram
Birinci – gözün, qaşın
İkinci – dilin, dodağın
Üçüncü – oxşadıqca
Qarışan saçların
Dördüncü – pıçıltıdan407
Alışan yanaqların
Beşinci – boynuma
Sarılan qolların
Altıncı – mənə aid
Olan ürəyin
Yeddinci – səni görüşə408 gətirən
Ayaqların
Səkkizinci – hamıdan409
Fərqli vücudun
Doqquzuncu – ləyaqətin,
Dözümün410
Onuncu – bütün bunların -
Bir sahibi,
Bir ünvanı var…
Adını çəkmədən411
Rəsmin qəhrəmanını
Tanımaq olar412.
***
Deyirsən ki, bu olanlar -
Olacaqmış
Bu boşalan – boşalmalı
Bu dolanlar – dolacaqmış
Bu bitənlər göyərməli413
Bu solanlar solacaqmış
Bu gedənlər getməliymiş
Bu qalanlar qalacaqmış
Bu olanlar olacaqmış
Deyirsən ki, hər şey göydən
Gələn yazı
Kim narazı414 – mən razı
Fərq eləməz
Yol beşikdən behiştədi415
Amma insan -
İz qoymalı – nişanədi…
Bacarmırsa, ya buna heç
Cəhd etmirsə416 -
Demək417 hər şey
Tənbəllərin uydurduğu
Bəhanədi…
***
Heç bu qədər darıxdığım418 olmayıb
Aman Allah, qəbir üçün, gor419 üçün
Niyə axı420 bircəciyin421 demədin
Sən başıma nə gələcək, görücüm422
Talehimi, qədərimi yazanın
Günahımı nə saydığın423 de, bilim424
Heç olmasa son anımda anlayıb
Bundan sonra adam kimi sevinim.
Zamanımın olammadım adamı
Həyat məni şişə çəkdi425 görk üçün426
Sellər yuyub427 aparıbdı428 odamı -
Tay429 hara430 var həyətində431 görüküm432.
***
***
***
Məndən uzaq qaçan yaxşı adamlar
Qoyun öz tüstümdə448 özüm kor449 olum
Özüm böyütdüyüm arzularıma -
Özüm cəllad olum, özüm gor450 olum
Mən adət etmişəm451 qəfil zərbəyə452
Hardan453 vurulmağım qorxulu454 deyil
Ürəyim tuş gəlib455 hər cür456 həmləyə457
Bilmişəm həmişə458 qorxu bu deyil.
Məndən uzaq qaçın, məni görməyin
Təki459 könlünüzdə bir qəm az olsun
Mənim qış havama siz bürünməyin -
Sizə yaz460 yaraşır -
Qismət yaz olsun!
***
Tuşlanıbdı461 axı niyə bizlərə
Silah kimi yerin, göyün qəzəbi.
Bulud kimi enib hopur462 üzlərə
Bu dünyanın tükənməyən əzabı.
Qaya çapır463, dağ uçurur titrəyiş
Sümükləri464 şaqqıldayıb torpağın
Ayrılıqdan xəbər verir bu yeriş -
Ömrü payız465 ünvanlıdı yarpağın
Ziddiyyətlər toqquşduqca kəsişən
Nöqtələrdə uğurdan466 çox kədər var
Bir-biriylə həm barışan, küsüşən -
Bizlərə də yazılmamış qədər var.
***
***
***
***
Tək sənin adınla bağlıdır artıq
Ürək çırpıntım da, ruh çırpıntım da
Biz ki, illər sonra axtarıb486 tapdıq487 -
Bu dəli sevgini bir pıçıltıda.
Dilim kösöv488 olub, dodağım çat-çat
Qollarım hörülüb bir-birinə
Dolmuş gözlərində dolanda həyat -
Xəcalət çəkirəm489 dərdin yerinə
Mən ömür payımı erkən xərclədim490
Baxmadım gün hardan çıxdı, ya batdı
Görüşdük, vuruldum, sevgi bəxş etdin
İndi yaşadığım həmin həyatdı!
***
Mən hamıya491
Başağrısı gətirirəm
Nədənsə son zamanlar
Sözüm acı,
Özüm duzsus492
Fikrim sərt
Ona görə493
Mənə olan ümidləri
Yavaş-yavaş
Əvəz edir494 gümanlar495
Qalmır artıq ortalıqda
Kiminləsə danışılmış
Nə bir qayda496
Nə bir sərt!
Yer daralır
Mənim üçün
Göy sıxılır497…
Bulud kimi
Dolur ürək
Hey498 sıxılır…
Heç nə gəlmir üzərimə
Hey çıxılır -
Tükənirəm hamı üçün
Yavaş-yavaş quruyuram…
İnanmırsan
Qoy499 and içim
Ürəyimin canı üçün -
Tək boz qurdam -
Sən mələksən
O dərgâhda -
Üzü göyə uluyuram!
Baş ağrısı
Gətirdiyim hər kəs üçün…
***
Mən zaman adamı ola bilmirəm
İçimdə min cürə500 fikir dolaşır
Hara501 üz tuturam502 özüm cəhənnəm -
Qeybətə, gileyə sözüm bulaşır.
Ayaq üzəngidə, əl yalmandadı503
Qayğısız504 ötməyib505 bircə günüm də!
Mən qabıq qoysam506 da – dil yalmanmadı507 -
Məmur qarşısında, para önündə
Heyrətim dünyanın oyunlarına
Həsədim508 Füzuli sevgisinədi
Baxıb qurdlarına, qoyunlarına
Görürəm kimlərin sevgisi nədi?
***
***
***
***
Gülsən – mən belə bilməzdim,
Heç kəslə bölə bilməzdim
Görmədən ölə bilməzdim -
Ömrümə açılan çiçək!
Gözün dünyaya pəncərə,
Könlün cənnətlik mənzərə
Ömrümü verdim mən sənə -
Ömrümə açılan çiçək.
Tanrım açandan524 bu sirri
Dəyişib qəlbimin yeri
Sənsən mələklərdən biri -
Ömrümə açılan çiçək!
***
Mən indi525
Ayrılıb insanlardan
Yapışıb xəyallardan
Bağrıma basıb
Yarpaqlardan
Xəzəl526 dilində danışıram
… Ayrıldığım insanlar,
Daldığım xəyallar
Pıçıldaşdığım yarpaqlar
Ömrümün itən -
Bitən gözəl günüdü…
Gözəl dilində danışıram.
Ay527 indi tək qalanlar
Qopub düşən günlərin
Həsrətinə dalanlar
Öyrənin xəzəl dilini
Dünyanın gözəl dilini -
Təklərin anladığı -
İlkin, əzəl dilini
Danışaq
Bu dildə!
***
***
***
***
Sən mənə bir eşqin odunu qaytar541
Həsrətin, sevginin adını qaytar
Qaytar, mən sevdiyim qadını qaytar -
Aparma542 özünə, o sən deyilsən!
Sən mənə bənd olma543, tutaq ki, mən heç
Görmək istəmirsən – gözünü yum keç!
Kimi aparırsan?544
Bax onu bil, seç -
Aparma özünlə – o sənin deyil!
Baxıb gözlərimdən yağan yağışa
Dilimdə alışan bu yalvarışa
Nə olar, sən onu son kəs
Bağışla -
Aparma özünlə – o sənin
Deyil!
***
***
Daha yalvarmağa lüzum görmürəm
Çünki söz urvatdan düşübdü549 artıq
Axı550 mən həmişə sənə deyirəm -
Dəryaca yaxınıq, damlaca yadıq551…
Bunu bilmək üçün ürək gərəkdi
Sən isə ürəyi vermisən mənə
Bu sevgi havadı, sudu, çörəkdi552 -
Ona mən torpaq da deyirəm hələ.
Baxıb buludlarda axtar553 sevgimi
Qoyma acı çəksin, göz yaşı töksün
Özünlə göylərə apar sevgimi
Görüb qarşısında mələklər çöksün
Mən bəndə554 haqqımı umub tanrıdan
Dönəcəm büdrədib555 yıxana qədər
Göndər hər nədirsə səni ağrıdan
Çəkəcəm lap556 canım çıxana qədər!
***
Sən bir az dözüm557 ver, bir az da ümid
Bir az da sevdalı ömür bəxş elə…
Özün könlümdəsən, özünü unut -
Adımı bir yerə yazıb nəqş elə558…
Havalı günlərim indi xatirəm
Qayğılı günlərim başımdan aşır559
Çətin o günləri geri gətirəm
Bunu düşündükcə səbrim lap daşır
Əl boyda560 uşağam561 elə bil562 indi
Nə yerim yer deyil, nə də göyüm göy
Bircə ürəyim var – o da sənindi -
Vermişəm, günahsa, günah üstə döy!
***
Könlümdəki od onu,
Yandıracaq, yaxacaq
Bu qız günəş axtarır -
Dönüb mənə baxacaq!
Ulduzların selində
Mələklərin dilində
Ürəyimin əlindən
Göy üzünə çıxacaq
Qürrələnir563, öyünür
O qəlbimdi döyünür
Nahaq yerə564 deyinir565 -
Sevgim onu yıxacaq…
Canı dildən sevir ki,
Könlüm, mənə deyir ki,
Tək qollarım deyil ki -
Ruhum onu sıxacaq!
***
Ayın ilk günüdü, sübhün gözündə
Hələ ki, şeh566 yatıb, günəş durmayıb567
Ayın ilk günündə – bu yer üzündə -
Qapım döyülməyib568, zəng vurulmayıb569.
Sanki ötən570 ayda, gündə qalmışam
Dövrəmdə xatirə, canımda ağrı…
Mən nələr vermişəm, nələr almışam -
Açmaq asan deyil – sirri, paxırı571.
Qərib düşüncələr,
Yorğun duyğular
Ayın ilk günündə, ilk sübh572 çağında.
Mənim həmdəmimdi573 -
Soruşmaq olar574 -
Bəs sənlə kim qalıb -
İndi575 yanında?
***
***
Sənin üçün mən kiməm ki? – bu sirri
Aça bilsəm,
Qorxum olmaz ölümdən.
Başqasına kimliyimin nə fərqi -
Xoş arzular şirə çəkir579 könlümdən.
Həyatımın ən birinci sualı
Cavabına ömrümü də verirəm
Düşünmədən-görəcəyim hər halı -
Kipriyimlə od götürüb580 dərərəm581.
Mən yaşayan bu ömrün yazı582 yox
Qışı gəlir payızının583 önündə
Bircə söz de – biləcəyəm azı çox
De, mən kiməm – talehində, könlündə?
***
Bepul matn qismi tugad.