Bibilər
Kitob haqida
“Bibilər” Belçikalı böyük yazıçı Cyriel Buyssenin (1859 -1932) dahiyanə əsəridir.
Romanda hadisələr XX əsrin əvvəllərində cərəyan edir və kiçik mülkədar Dufour’un faciəvi taleyindən söhbət açılır. Klemens bibi, Estel bibi və Viktoriya bibi çoxlu var-dövlət sahibi olduqlarına görə ailədə hökmranlıq edirlər və özlərinin əxlaq dəyərləriylə ata Dufoura və oğlu Maksa təzyiq göstərirlər. Qızları Klara, Adriana və Esme də bibilərin əsarəti altındadır və gələcəkdə onlar kimi əfi ilan olmanın bir addımlığındadırlar.
Romanda Cyriel Buyssenin flamand cəmiyyətinə qarşı güclü ittihamının şahidi olacaqsınız. Ustalıqla qələmə alınmış dialoqlar, yazıçının incə yumor hissi və lirik təsvirlər “Bibilər” romanını bu günədək sevilərək oxunan əsərlər sırasına çıxarmışdır. Yazıçının pula görə əyilən, yaltaqlanan insanları gülüş hədəfinə çevirməsi bu günün özünədək aktuallığını qoruyub saxlayır. Xüsusən Azərbaycan oxucuları burada öz cəmiyyətimizə xas olan tanış səhnələrlə qarşılaşacaqlar.
Janrlar va teglar
Izoh qoldiring