Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Sev və inan»

Shrift:

Ceylan Mumoðlu

SEV VƏ ÝNAN

Birinci hissə

Sevgi hissini daim canlý tut, sahib olduqlarýný sev

Müdriklərdən birinin kəlamlarýndan oxuyuruq: "Sevgidə günəº kimi ol".

Necə ola bilər axý? Günəº kimi olmaq mümkündürmü? Biz hara, Günəº hara? "Özümüzü bədii çalara bürünmüº bu ºeir parçasý ilə niyə aldadaq?" fikri bəzi oxucularýn aðlýndan keçə də bilər.

Uþaq kitablarýndan oxuyuruq: "Günəº bizdən təxminən 150 milyon km məsafədə yerləºir. Məsafənin uzaqlýðý Yerdə yaþayan canlýlarýn onun istiliyi və iþýðýndan faydalanmasýna mane olmur. Əgər Günəº sönsə, iþýq və istilik verməsə, Yer üzündə olan su və hətta havanýn özü donar. Ýnsanlar, heyvanlar və bitkilər isə məhv olar".

Geniþ izah yazmýram, özünüz müqayisə edin. Dünyanýn aðrýsýný-acýsýný, duzlusunu-þirinini görmüþ müdrik qocanýn gəldiyi nəticə və uþaqlarýn ilk oxumaða baþladýðý zamanda öyrəndikləri həqiqət.

Bir səhər oyandým, sosial þəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, bezgin, həyatdan küskünlük dolu statuslarýný oxudum. Əvvəl daxilimi heyfsilənmə hissi bürüdü. Kaº bu gənc mənim də dostluðumda olaydý, yazdýðý statuslarý görüb müəyyən üsullarla müdaxilə edərdim, ən azýndan statusunun altýna bir ümidverici rəy yazardým.

Sonra ana səhifədə həmin intiharla baðlý yayýmlanan xəbərlərə nəzər saldým. Kimisi oðlanýn maddi durumunun aþaðý olmasýndan, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halýnýn pessimist notlar üzərində yüklü olmasýndan bəhs edib dururdu. “Belə həyatda yaºamaqdansa intihar etmək yaxþýdýr” fikrinə haqq qazandýrlanlar da vardý, “intihar çýxýþ yolu deyil, günahdýr” deyənlər də.

– Səbəb təkcə maddi durumun çətin olmasýdýr?

– Xeyr.

– Sevgilisinin onu tərk etməsidir?

– Xeyr.

– Öz ruh halýnýn pessimist olmasýdýr?

– Xeyr.

– Hər üç məsələ intihara götürəcək qədər dəhºətli səbəb deyil.

– Bəs nədir səbəb?

– Sevgisizlik…

Daxildən gələn sevgi iþýðýnýn bitməsi, qaynaðýn tükədilməsi, Günəºin sönməsi. Bəzən fərd bunu fərqində olmadan tükədir və proses sona çatanda artýq gec olur. Onu düþdüyü quyudan çəkib çýxarmaq müþkül məsələyə çevrilir. Uzun ip atýrsan ki, çýxarasan, özü ipi tutub yuxarý dartýnsa belə, onu da yarýda kəsir və yenidən qaranlýðýn dərinliyinə düºür, özünü məhv edir. Çünki daxilində sevgi iþýðýný, Günəºini söndürüb, yenidən yandýrmaq da aðlýna gəlmir.

Bəs çarə nədir? Sevgi iþýðýný söndürməmək üçün nə etmək lazýmdýr?

Məþhur yazýçý Oskar Uayldýn bir sitatý var: "Ýnsanýn qarþýsýnda iki faciə var – birincisi arzularýnýn həyata keçməməsi, ikincisi isə keçməsidir". Xatýrlayýram, bu fikir haqqýnda uzun-uzadý düþünmüþdüm. Bəzən razýlaþýr, bəzən sinirlənir, bəzən də "ola bilməz!" deyib, rədd edirdim. Sonra baºa düºdüm ki, bir həyati təcrübəni yaþamadan qarþýndaký insanýn nə dediyini, necə dediyini tamamilə anlamaq çətin məsələdir. Ýnsanlar fərd kimi ayrýdýrlar, onlarýn həyata yanaþmasý da fərqlidir. "Addýmladýðýmýz yollar bir-birinə bənzəyə bilər, eynilə barmaqlarýmýz kimi, həm də bir-birindən fərqlənərlər, eynilə barmaq izlərimiz kimi”[1]. Hamýmýz fərqli yaradýlmýþýq, ancaq hamýmýza həyatýmýzý doya-doya yaþamaq üçün bərabər fürsətlər verilib. Mən buna ürəkdən inanýram, daxilimizdə elə bir qüvvə var ki, bizi addýmlayacaðýmýz yola yönəldir. Yəni daxilimizdəki səs, qəlbimiz, intuisiya – buna necə ad qoyursunuzsa qoyun – bizi hərəkətə sövq edir. Amma çoxumuz daxili səsimizin bizi yönləndirdiyi yolla getməyə inanmýrýq, çünki beynimiz hələ köhnə həyat tərzinin təsiri altýndadýr. Daxildəki səsi ciddiyə almýrýq. Yox, mən ən çox yayýlmýþ, istifadə edilən dəyiºmək ifadələri – "beynini yu, təmizlə, yenidən baºlat" demirəm. Bəlkə, kitabýn beyinlə baðlý hissəsinə çatanda, bu dəyiºmə vasitələrindən də yararlanacaqsýnýz. Yalnýz bunu izah etməyə çalýþýram, insanoðlu dərk etməlidir ki, "Digər canlýlardan fərqli olaraq təkcə insan varlýðýný sürdürə bilmək üçün aðlýnýn gücü sona qədər bələdçilik etməli, ustalaþmalýdýr"[2]. Hər aðlý baþýnda insan öz həyatýnýn komandanlýðýna sahib olacaq gücdədir.

Niyə kitabýn birinci hissəsini sevgi hissinə həsr etdim? Çünki çox insan yayðýn sýxýntý, yadlaþma, qorxular, davamlý ixtilaf və s. ilə nəticələnən qəlibləºmiº ºüurun tələsindədir. Belələri həyatýn təqdim etdiyi "bolluðu" dərk etmək əvəzinə gərginlik, ümidsizlik, inamsýzlýq kimi dəyəri aþaðý keyfiyyətlərlə yaþamaðý vərdiþ halýna gətirirlər. Belə bir həyat düºünün – uþaq uðursuz ailədə dünyaya göz açýb, yaþadýðý þəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düºüncələri heç vaxt nə soruºulub, nə də ciddiyə alýnýb. Beləliklə həqiqi sevgidən xəbərsiz gənc yaþa çatýb. Daxilən həyatýndaký inkiþafýn tərs getdiyini hiss edir, amma aðlý hələ ona nələr olduðunu göstərə bilmir, çünki dərketmə baº verməyib. Bu səbəbdən rastýna çýxan, ona dəyər verən ilk ºəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düºüncəsini daþýyýb. Çox rast gəlinən bu hislə yetiºən bir çox insan qarþýsýna çýxan gənclərdən sevgi "dilənmə"yə davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyəri kənarda axtarýr. Hansý ana, ata uþaðýnýn bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uþaðý öz gözündə uðurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansý uðurlu gələcək verə bilər? Bu da üzərində dayanýlasý baþqa bir problemdir. Həyatýn ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uºaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasýyam və eyni zamanda azadam" hislərini yaþamayýbsa, bu duyðularýn acýna çevrilir və onlarýn yerini doldurmaq üçün sevgini kənarda axtarýr. Düþündürücü hekayələrdən biri bizə vəziyyəti daha yaxþý izah edəcək:

Nəcibəəllimə 5-ci sinif ºagirdlərinin qarþýsýnda dayandýðý ilk gün bir çox müəllim kimi onlara baxýb, hamýsýný eyni dərəcədə sevdiyini söylədi. Ön cərgədə sanki partasýnýn üstünə çökmüº balacaboylu þagird vardý. Adý Tural Səmədzadə idi. Nəcibəəllimə Turalý görmüºdü, onun digər uþaqlarla oynamadýðýný, paltarlarýnýn kirli və özünün də yuyunmaða ehtiyacý olduðunu müþahidə etmiºdi.

Nəcibəəllimə iºlədiyi məktəbin qayda-qanununa əsasən dərs dediyi hər bir ºagirdin ºəxsi iºlərini gözdən keçirərək ötən illərdə onlarýn necə fəaliyyət göstərmələri ilə tanýþ olmaða baþladý. Nəcibəəllimə, ºübhəsiz, Turalýn iþini lap axýra saxladý. Lakin Turalýn ºəxsi iºini gözdən keçirərkən birinci sinif müəllimi onun haqqýnda aðýllý, pozitiv, gülərüz, tapþýrýqlarýný vaxtlý-vaxtýnda yerinə yetirən, sinif yoldaþlarý tərəfindən sevilən bir þagird olmasýný vurðulamýþdý. Ýkinci sinif müəllimi mükəmməl þagird olmasýndan, lakin anasýnýn aðýr xəstəliyi səbəbindən onun üzüntü və çətinlik içərisində yaþamasýndan yazmýþdý. Üçüncü sinif müəllimi anasýnýn ölümündən sonra atasýnýn ona diqqət göstərməməsi və əgər bir tədbir görülməsə, bu vəziyyətin uþaðýn həyatýna ciddi təsir edəcəyini qeyd etmiºdi. Dördüncü sinif müəllimi isə Turalýn içinə qapalý və məktəbə qarþý soyuduðunu, dostsuz qaldýðýný, bəzi vaxtlarda sinifdə yatdýðýný yazmýþdý.

Nəcibəəllimə məsələni baºa düºmüºdü, indi özündən utanýrdý. Þagirdlər ona gözəl kaðýzlara bükülü bəzəkli lentlərlə paketlənmiº yeni il hədiyyələri gətirəndə özünü daha pis hiss etdi. Çünki Turalýn hədiyyəsi qaba, qəhvə rəngli kaðýza səliqəsiz formada sarýnmýþdý. Hədiyyəni digər ºagirdlərin gözü önündə açmaq çox acý verirdi.

Bəzi ºagirdlər paketdən çýxan saxta daþlardan düzəldilmiº, bir neçə daþý da düþmüþ bilərziyi və üçdə biri dolu olan ətir ºüºəsini gördükdə gülməyə baþladýlar. Ancaq müəllimə bilərziyin nə qədər zərif olduðunu söyləyərək, ətirdən də bir neçə damla biləyinə damladaraq onlarýn gülüþünə mane oldu. Həmin gün dərslərdən sonra Turaləlliməsinin yanýna gələrək:

Nəcibəəllimə, bu gün sizdən anamýn qoxusunu duydum, dedi.

Uºaqlar getdikdən sonra müəllimə ən azý bir saat aðladý. O gündən sonra ºagirdlərə təkcə oxu, yazý, hesab dərsi öyrətmədi, həm də onlarý yüksək tərbiyəli insan kimi yetiºdirməyə baþladý. Turala xüsusi diqqət ayýrdý. Onunla iþləyərkən zəkasýnýn təkrar canlandýðýný hiss etdi. Ona cəsarət verdikcə, uþaq inkiþaf edirdi. Ýlin sonunədək Tural sinfin ən çalýþqan þagirdlərindən biri oldu. Bir il sonra qapýsýnýn önündə bir məktub tapdý. Turaldan idi, yazýrdý ki, Nəcibəəllimə həyatýnda onun üçün ən yaxþý müəllim olaraq qalýr. Turaldan yeni məktub alana qədər altý il keçdi. Məktubunda liseyi bitidiyini və liseyin ən yaxþý üç þagirdindən biri olduðunu yazýrdý. Tural yenə Nəcibəəlliməni əmin edirdi ki, o hələ də onun üçün ən yaxþý müəllim olaraq qalýr.

Dörd il sonra Turaldan daha bir məktub aldý. Çətin zamanlar olmasýný, universitetdə oxuduðunu və məzun olmasý üçün çox səy göstərdiyini və həyatýnda ən yaxþý müəllimin yenə Nəcibəəllimə olduðunu yazýrdý.

Dörd il sonra yeni məktub gəldi Turaldan. Universiteti bitirmiºdi, həyatýnýn ən yaxþý müəllimi yenə Nəcibəəllimə olduðunu yazýrdý. Bu dəfə imzasý uzun idi: Tural Səmədzadə, Tibb Elmləri doktoru.

Yaz ayýnda daha bir məktub gəldi Nəcibəəlliməyə. Tural həyatýnýn sevgisi, bir qýzla tanýþ olduðunu və evlənəcəyini yazmýþdý. Atasýnýn bir neçə il əvvəl dünyasýný dəyiºdiyini, Nəcibəəllimənin toyda iºtirak etməsini istəyirdi

əllimə toya gedərkən xüsusilə saxladýðý bir neçə daþý düþmüþ həmin bilərziyi taxdý, Turalýn ona hədiyyə etdiyi və anasýndan qalmýþ ətirdən vurmaðý da unutmadý.

Bir-birilərini sevgi ilə qucaqlayarkən doktor Səmədzadə Nəcibəəllimənin qulaðýna:

Mənə inandýðýnýz üçün çox sað olun! Özümü əhəmiyyətli hiss etdirdiyinizə, dəyiºə biləcəyimə inandýrdýðýnýza görə sizə çox minnətdaram! deyə, pýçýldadý.

Nəcibəəllimə züyaþlý cavab verdi:

Yanýlýrsan, Tural… Mən deyil, sən məni öyrətdin. Səninlə qarþýlaþana qədər müəllimliyin nə olduðunu bilmirdim.[3]

Gördüyümüz kimi, sevgisiz böyüyən insan inkiþafdan dayanmýþ kimi bir vəziyyətə düºür. Fiziki cəhətdən normal böyüsə də, mənəvi tərəfi yoxsul qalýr. Sevgi aclýðý duz və vitamin əskikliyi kimi xəstəlik olur. Sevgisizlik cəmiyyətləri daxildən çürüdən xəstəlikdir. Bu xəstəliyi aradan qaldýrmaq üçün uþaq qəhqəhələrinə, uºaq sevinclərinə ehtiyacýmýz var.

20 659,20 s`om
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
15 dekabr 2022
Hajm:
90 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Matn
O'rtacha reyting 4,7, 6 ta baholash asosida
Audio
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,8, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 4 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 5, 23 ta baholash asosida
Matn
O'rtacha reyting 4,9, 8 ta baholash asosida
Matn
O'rtacha reyting 3,4, 9 ta baholash asosida
Matn
O'rtacha reyting 4,7, 18 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 6 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida