Kitobning davomiyligi 11 s. 03 daqiqa
Üsyan
Kitob haqida
1970 ci ildən Gəncəbasar bölgəsinə xüsusi müxbir təyin olunan Ə.İsayev o vaxtdan taleyini bu şəhərlə bağlayıb. Gəncə şəhəri üzrə “Kommunist” qazetinin xüsusi müxbiri işləyir.Gəncənin tarixini vərəqləyən Ə. İsayev Gəncənin
dünənini bu gündən, bu gününü sabahdan ayrı təsəvvür etməyin çətin olduğunu öz yazılarında
dəfələrlə qeyd edir. Onun 1989 cu ildə qələmə aldığı “Üsyan” tarixi romanında da Gəncə şəhərinin qədim tarixini, onun bir şəhər və yaşayış məskəni kimi qədimliyini Bəndər kimi igid qəhrəmanın simasında oxucuya çatdırır. 1231- ci ilin Bəndər üsyanının Azərbaycanın qəhrəmanlıq tarixində çox parlaq səhifə olduğunu
qeyd edən əməkdar jurnalist bu romanda
Gəncə üsyanının başçısı sənətkar Bəndərin zəngin, mənəvi aləmini, inam və etiqadını, sevinc bə kədərini, nakam məhəbbətini, faciəli taleyini ustalıqla qələmə almışdır.