Kitobning davomiyligi 09 daqiqa
Cəfər Cabbarlının şerləri və satiraları
Kitob haqida
Cəfər Cabbarlı yaradıcılığa çox erkən başlamışdır. Uşaqlıqdan bədii ədəbiyyata maraq göstərən Cəfər Cabbarlının şeir sahəsindəki müvəffəqiyyətlərinə müəllimləri S.S.Axundov və A.Şaiq diqqət yetirmişlər.
1915-ci ildən başlayaraq “Məktəb”, “Babayi-əmir”, “Qurtuluş” və s qəzet və jurnallarda şeir və felyetonları çap olunmuşdur. Cəfər Cabbarlı 1920-ci illərdə daha coşğun ədəbi fəaliyyətə başlamış və həmin dövrdə kamil bir sənətkar kimi yetişərək, yaradıcılığının demokratik istiqaməti ilə seçilən böyük söz sərrafına çevrilmişdir. Onun bədii istedadı cilalana-cilalana elə surətlə inkişaf edirdi ki, zamanın nəbzini tutan bir-birindən gözəl əsərlər yaratmaqla müvəffəq olurdu.
Satirik şeirlərində “Molla Nəsrəddin” ənənələri, xüsusilə Sabir şeirinin mövzu və formaları açıqca gözə çarpır. Cəfər Cabbarlı bu şeirlərdə gah hiddət və qəzəb, gah mülayim, gah da hədə ilə müasirlərinə təsir göstərməyə çalışır, xalqı düşünməyə, yoxsulların halına yanmağa çağırır.