Kitobning davomiyligi 2 s. 02 daqiqa
Adını demədi
Kitob haqida
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri «Bakinski raboçi» qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir. Adını demədi» povestində təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Burada əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir.