Kitobning davomiyligi 1 s. 57 daqiqa
Ölülər
Kitob haqida
C.Məmmədquluzadə yaradıcılığında “ölülər” mühüm mövqe tutan dramlardan biridir.Tragikomediyanın yazılması 1909 cu ilə təsadüf edir. Əsərin 1916 cı ildə Bakıda uğurla səhnəyə qoyulması isə onun ədəbi şöhrətini daha da artırmışdı.Bu dram vasitəsilə yazıçı movcud cəmiyyətə qarşı öz etirazını bildirir. Bu etirazıni yazıcı İskəndər obrazı vasitəsilə edir. İnsanların cox acınacaqlı bir mühitdə yaşaması İskəndər obrazina cox böyük təsir edir. Ancaq mövcud cəmiyyətə etiraz etsə də insanlar tərəfindən bu etiraza dəli adı verilir. İnsanların öz dəyərlərini cox asaqı səviyyəyə salıb bundan bir şüar, bir qayda qanun kimi istifadə etmələri onu da özünə məxsus etiraz etməyə vadar edir. Bunları görən İskəndər şərab icib kefli gəzməyə baslayır və buna gorə də Kefli İskəndər adlanır. Mövcud cəmiyyəti əks elətdirən ən boyük obraz Şeyx Nəsrullah obrazıdır. Şeyx Nəsrullahın olu diriltmək bacarığına inanıb burda da insanlar ozlərinə lazim olan insanları diriltmək istəyirlər. Bütün bunlara görə İskəndər həmin mühitidəki insanları məhz “ölülüər” adlandırır.Şeyx Nəsrullaha inanan insanların hamısı öz qohum əqrabasının siyahısını tutur və Şeyxə müraciət edirlər bundan əlavə öz qizlarını ona övrət olmağı təklif edirlər. Guya həmin qizlar o zaman cənnətə duşəcəklər.Əsərin sonunda ustalıqla aradan çıxan Nəsrullahın fırıldaqçı olması insanlara məlum olur və Kefli İskəndərin Ölülərə manoloqu ilə əsər başa catır.
Əbədilik arzusu və ölüm qorxusu! Ta qədimlərdən insan düşüncəsini məşğul edən əsas problem! Ölümsüzlük arzusu insanı sehrli alma, dirilik suyu haqqında nağıllar, əfsanələr düzüb-qoşmağa vadar edib, kimyagərlər minillər boyu insana əbədiyyət bəxş edən iksir axtarıb, lakin bütün bunlar bir xülya olaraq qalıb.
Cəlil Məmmədquluzadənin yüz il öncə yazdığı ölməz “Ölülər”i də məhz bu axtarışların absurdluğuna bir işarədir. Amma “Ölülər”də əsas problem ölülərin dirilməsi yox, dirilərin “ölümüdür”. Burda ölməz olan bircə şey var – “ölülüyün” ölməzliyi! Nadanlığın, cəhalətin, şarlatanlığın əbədiyyəti! Bu, Makedoniyalı İskəndər zamanında da beləydi, Kefli İskəndər vaxtında da! Makedoniya şahının içə bilmədiyi dirilik suyu ilə Danabaş ziyalısının vurduğu arağın arasında isə mahiyyətcə elə bir fərq yoxdur. Hər ikisində fiasko! Makedoniyalı İskəndər dirilik suyuna çata bilmədiyi kimi, Kefli İskəndərin arağı da onun dərdinə dərman ola bilmir.
Janrlar va teglar
Izoh qoldiring