Kitobni o'qish: «Mənim həyat hekayələrim»

Shrift:

Müəllif haqqında

Rza Əli oğlu Hüseynov Mirzadə 3 yanvar 1970-ci ildə Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.

1978-85-ci illərdə Alıqulu kənd səkkiz illik məktəbində, 1985-87-ci illərdə Pircahan kənd orta məktəbində təhsil almışdır.

1987-ci ildə Pircahan kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1988-90-cı illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur.

1992-ci ilin fevralından həmin ilin avqustuna qədər könüllü olaraq Laçın ərazi müdafiə batalyonunda qulluq etmişdir.

1997-ci ildə İstanbul Universitetinin Meşəçilik fakültəsini bitirmişdir.

Ailəlidir, iki övladı, bir nəvəsi var.

Laləm mənim

Sevinc gərək İlahidən pay ola,

Axşam düşdü, göydə gərək ay ola,

Gözəllikdə varmı sənə tay ola?

Laləm mənim, arzum mənim, sevincim.

Arzu etdim gərək olasan həkim,

Məhəbbətim qəlbimə olub hakim,

Nə olaydı, yar yolunda qəm çəkim,

Laləm mənim, arzum mənim, sevincim.

Seyid deyər yarım ürkək ceyrandı,

Lalə qəlbim ancaq sənə bağlandı,

Bu sevgidə Leyli Məcnun yalandı,

Laləm mənim, arzum mənim, sevincim.

İyul, 1988.

Mirnıy, Arxangelsk

Qaragözlüm

Çat qaşını bir mənə bax,

Yaxma məni Qaragözlüm!

Şirin dilli, ay al yanaq,

Yaxma məni Qaragözlüm!

Çöhrən gülsün, ala dönsün,

Ağızda dil, bala dönsün,

Gözüm incə xala dönsün,

Yaxma məni Qaragözlüm!

Sürmən işvə nazın olsun,

Nəğmən telli sazın olsun,

Gül-çiçəkli yazın olsun,

Yaxma məni Qaragözlüm!

Dağ qayayam çayım sən ol,

Bir gecəyəm, ayım sən ol,

Qarlı qışam yayım sən ol,

Yaxma məni Qaragözlüm!

Ətirli bir baharımsan,

Sərin, şehli səhərimsən,

Sevgi adlı bəhərimsən,

Yaxma məni Qaragözlüm!

Bir ağacsan, yarpağınam,

Sənə məkan- torpağınam,

Köməyinəm, dayağınam,

Yaxma məni, Qaragözlüm!

Sən günəşsən mən şüanam,

Duaçısan mən duanam,

Baxışından tək doyanam,

Yaxma məni, Qaragözlüm!

Sən Seyidin ilhamısan,

Həm adısan, həm sanısan,

Sən həyatın tamamısan,

Yaxma məni, Qaragözlüm!

Dönsün

Şux boyunu, gül üzünü,

Göstər qəlbim dağ dönsün,

İsit məni, qır buzumu,

Könlüm barlı bağa dönsün.

Gülqoxunu udum doyum,

Başını sinəmə qoyum,

Uzun ildir sənsiz ayım,

Gəl günlərim yaza dönsün.

Həyatımı nura döndər,

Eşqimizi sayaq öndər,

Süz bir məni, qəmzə göndər,

Qara günüm ağa dönsün.

Baxma mənsiz göydə aya,

Eşqim bənzər gur bir çaya,

Qarlı qışam döndər yaya,

Günüm sənli çağa dönsün.

Sənsiz koram, görmür gözüm,

Tükənibdir artıq dözüm,

Dilimdə sən şəkər sözüm,

Gör ki gözüm sağa dönsün.

Sənə qəlbim payım olsun,

Sənli günüm, ayım olsun,

Sənsiz acam, doyum olsun,

Demə Seyid ağa dönsün.

30.06.1995

İstanbul

Gülüm

Uzaqdasan sənə çata bilmirəm,

Eşqimizi başda ata bilmirəm,

Bəxtimizə vüsal qata bilmirəm,

Ver əlini mənə barışaq gülüm.

Mən sənə sarılım, sən sarıl mənə,

Çıxaq nəğmə qoşaq gülə, çəmənə,

Xərcləməyək eşqi çərə-çəmənə,

Eşqin sevdasıyla alışaq Gülüm.

Soldurmayaq eşqimizin gülşənin,

Məcnununam ay gülüzlüm tək sənin,

Sən Leyli ol, bilqədrini sevənin,

Sevə-sevə uçaq, yarışaq gülüm.

13.04.1996

İstanbul

Tənhalıq

Qürbət eldə qəlbi qırıq bir quşam,

Başım üstün aldı yaman tənhalıq,

Donub qaldım, sanki soyuq bir qışam,

Ayrılıqdan yandım, aman tənhalıq.

Hara baxdım bir çıxılmaz tindəyəm,

Elə bil ki əlsiz, qolsuz kündəyəm,

Elin həsrətiylə yaman gündəyəm,

Hər tərəfim çiskin, duman tənhalıq.

Doğmalara çatmır əlim, uzağam,

Səbəb mənəm, öz-özümə tuzağam,

Təsəllimdir haqq yolunda üzüağam,

Yaddır mənə saxta, yalan tənhalıq.

Yad ellərdə dilsiz daşam, qayayam,

İstəmirəm yad bir naxış, sayayam,

Mən Seyidəm, doğma elə boyayam,

Olsam yada çör-çöp, saman tənhalıq.

28.09.1996

İstanbul

Neynirəm axı

Günəşli bir günü istəyirəm mən,

Qaranlıq gecəni neynirəm axı?

Toy-nişan, düyünü istəyirəm mən,

Matəmi, hüzünü neynirəm axı?

İstərəm bağçada çiçəyi, gülü,

Üstündə dən dolu barlı sünbülü,

Xoş günlər mujdəsi sarı bülbülü,

Bayquş ulamasın neynirəm axı?

Bar-bərəkət qoxan qara torpağı,

Bar-bəhərlə dolu meyvəli bağı,

Cənnətdir yurdumun hər bir bucağı,

Yad eldə şahlığı neynirəm axı?

26.09.1996

İstanbul

Yurduma

Dərviş olub yola çıxsam,

Mənə cığır açarsanmı?

Qartal olub qanad çalsam,

Mənlə göydə uçarsanmı?

Tutub ucun göy yolunun,

Dağlarımın sağın, solun,

Dolasam boynuna qolum,

Araz olub axarsanmı?

Tərlan kimi dolanaraq,

Çaylar kimi bollanaraq,

Olsam təzə yaşıl yarpaq,

Ağac məni saxlarsanmı?

Əssəm dəli fırtınatək,

Qayalları etsəm kəsək,

Yenə doğma övladın tək,

Yurdum məni qucarsanmı?

Dağdan əsən bir yel kimi,

Coşub daşan bir sel kimi,

Yurda dönən bir el kimi,

Mənə qapı açarsanmı?

Yazda yağan ağ qar olsam,

Səni yaman dərdə salsam,

Açılmamış gültək solsam,

Məni deyib ağlarsanmı?

25.03.1995 İstanbul

Həyatımdan yadda qalan bəzi hekayələr…

Hekayə 1

Altıncı sinifdə oxuyurdum. Rus dilini daha yaxşı öyrənmək üçün o vaxtlar dəbdə olan məktəblərarası məktublaşmalardan istifadə etməyə qərar vermişdim. Təsadüfən Rusiyanın Altay diyarının Novoaltaysk şəhərindən Svetlana adlı bir qızla məktublaşırdıq. Məktubları yazmaqda təbii ki, atam mənə çox kömək edirdi.

Bir gün Svetlanadan təzə məktub almışdım. Məktubun axırında Svetlana yazmışdı ki, "seluyu tebya".

Mən də bu sözü ilk dəfəydi eşidirdim.

Atama bu sözün mənasını soruşdum. Atam dedi ki, səni opürəm deməkdir.

Elə utanmışdım ki…

Cavab yazanda atam məcbur elədi ki eyni sözü mən də ona yazım.

Yazmışdım yazmağıma, amma öz otağıma keçib utandığımdan bilmirdim nə edim....

Hekayə 2

Məktəb illərimdən bir hadisəni sizinlə bölüşəcəm.

Mən yeddinci sinifin yarısına qədər öz kəndimizdə, yəni Laçın rayonunun Alıqulu kəndində oxumuşam.

Anam da bu məktəbin müəllimlərindən biri idi və mənim ilk müəllimim də anam olmuşdu.

Məktəb illərimin bu hissəsini çox dəcəl keçirmişəm. Xüsusi ilə də yeddinci sinifdə oxuyanda artıq çətin idarə olunan bir şagird olmuşdum.

Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biriydim (təvazökarlıqdan uzaq da olsa yazmalıyam). Ona görə də müəllimlərim və məktəb rəhbərliyi dəcəlliyimin çoxunu buna bağışlayırdılar.

Ancaq, həmin il (yeddinci sinifdə oxuduğum il) yanvar ayının ortalarında coğrafiya müəllimimə qarşı kobud bir səhv etdim (bu hərəkətimə görə indi də xəcalət çəkirəm. Müəlliməmdən dönə-dönə üzr istəyirəm) və axşam evə gəlib atama, artıq bu məktəbdə oxumaq istəmədiyimi bildirdim.

Təbii bu bir tələb yox, xahiş idi. Atam mənə çox inanırdı. "Sən başqa məktəbdə daha yaxşı oxuyacağına inanırsan" deyə soruşdu. Mən də "bəli" deyə cavab verdim.

Atam elə o axşam qonşu Pircahan kəndindəki (atam da həmin kənddə iyirmi ilə yaxın idi ki poçtun müdiriydi) orta məktəbin direktoruna zəng vurdu. Vəziyyəti ona danışdı və mənim həmin məktəbdə oxumaq istədiyimi bildirdi.

Məktəbin direktoru çox hörmətli Əlövsət müəllim idi. Atamın xətirini çox istəyirdi. Əlövsət müəllimin cavabı bu oldu: “lap yaxşı eləyir Əli dayı, sabah gəlsin dərsə başlasın”.

Fevral ayının on üçü Pircahan kəndindəki orta məktəbə ilk dərsə getdim. İlk dərsimiz ədəbiyyat dərsi idi. Ədəbiyyat müəllimim öz qonşumuz və qohumumuz Tünzalə müəlliməydi. Məni yaxşı tanıdığı və necə oxuduğumu bildiyi üçün dərs çox maraqlı keçdi.

Ancaq, onu da qeyd edim ki, bizim kənd məktəbi səkkiz illik olduğu üçün, bizim kənddən Pircahan kəndinə adətən doqquzuncu sinifdən oxumağa gedərdilər.

Mən bizim kənddən ilk şagird idim ki, yeddinci sinifdən Pircahan kənd orta məktəbində oxuyacaqdım.

İkinci dərsimiz rus dili dərsi idi. Müəllimimiz Namət müəllim sinifə girdi ve salamlaşdıqdan sonra mənə çox da xoş olmayan bir üz ifadəsi ilə, “Rza sizin kənddən bura hamı doqquzuncu sinifə oxumağa gəlir, yəqin sən çox yaxşı oxuyursan ki, doqquzuncu sinifə qədər gözləməyə hövsələn çatmayıb.

Mən də eləməyib təmbəllik, bir az da təbii olaraq bəli cavabını verdim.

Müəllim bir az pərt oldu və mənə sərt bir şəkildə “indi yoxluyarıq” dedi.

Qısaca, həmin gün dərsdə mən indiyə qədər rus dili fənnindən keçdiyimiz mövzuların hamısından suallara cavab verməli oldum.

Yəqin ki, cavablarım müəllimimi qane etmişdi ki, dərsin sonunda, müəllimim üzünü mənə çevirib: "Hə, Rza doğrudan da sən yaxşı oxuyurmuşsan. Hazırlaş, bu il olimpiyadada məktəbimizi sən təmsil edəcəksən”.

Atam icazə vermədiyi üçün (ümumiyyətlə atam olimpiyadalara qarşı idi) olimpiyadaya getmədim, amma indiyə qədər də, mən həmin o dəyərli müəllimimin sevdiyi şagirdlərdən biri olduğuma inanıram.

Hekayə 3

Orta məktəbin onuncu (axırıncı) sinifində oxuyurdum. O vaxtlar başım dərslərə və evin sonbeşiyi olduğum uçün də ev işlərinə qarışmışdı. Təbii ki, eşqlə məşgul olmağa vaxtım yox idi (yaxın dostlarım deyəcəklər ki, bu elə o vaxtdan məhərrəmlikmiş ).

Ancaq, görünür biriləri varmış ki, məni bu maraqlı intrigaya çəkməyə çalışırmış. Bir gün sinifdə dərsdə idik. Növbətçi bzim sinifə gəldi və dərs hissə müdirinin məni çağırdığını dedi.

Dərs hissə müdirimiz Nailə müəllimə yaxşı bir xanım idi. Məni də lap uşag vaxtlarımdan tanıyırdı və çox istəyirdi. Mən uşaq olanda bizim evimizdə çox olmuşdu.

Otağına girdim. Mənə soyug baxdı və "bu nə oyundu çıxarmısan, heç utanmırsan" deyə hirsli-hirsli soruşdu.

Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
29 sentyabr 2020
Yozilgan sana:
2020
Hajm:
30 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Yuklab olish formati:
Matn PDF
O'rtacha reyting 4,4, 23 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 5 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 5, 1 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 4, 6 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 6 ta baholash asosida