Hajm 336 sahifalar
QARANLIQ GÜNƏŞ
Kitob haqida
Alçaq otların olduğu nəm torpaqda uzanaraq ulduzlara baxırdı. Arabir üzərindən əsən sərin meh, qısa otları qulağına və üzünə vururdu. Sonra kiçik, dolu əllərini qaldırıb onlara baxdı. Bədən ona aid deyildi. Sanki, başqa bir nəfərin, bir uşağın bədəni ilə hiss edir, ətrafını onun gözləri ilə görürdü. Böyük bir ovalığın ortasında heç bir müdafiəsi olmayan evin on addımlığında uzanmışdı. İçində qəribə bir hiss vardı. Amma onu daha çox ulduzlar maraqlandırırdı. Qısa müddət sonra bir qadın onu çağırdı. “Akun!” deyirdi təlaşla, “Akun, bura gəl, tez ol!” Ayağa qalxaraq qadına doğru, sadəcə, bir neçə addım atdı və dayandı. Aqren içində olduğu bədəni idarə edə bilmirdi. Nə qədər çalışsa da qadına tərəf qaça bilmirdi. Bu gecənin nə ilə nəticələnəcəyini bilsə də içində olduğu bədən, sadəcə, gülümsəyirdi. Birdən həmin səs yüksəldi. Ac vidranın ulama səsi. Səsləri ilə qulaq batıran böcəklər artıq susmuşdu. Sanki, küləklər də yaxınlaşan təhlükədən qorxaraq sakitləşmişdilər. Qadın qorxu ilə Aqrenə doğru qaçaraq onu qucağına aldı. Ancaq artıq çox gec idi. Nə olduğunu görmək çox çətin idi. Aqren qadının qollarından yerə yıxılıb, baş döndürən bir görüntü ardından ayağa qalxdı. Vidralar qadını tutmuşdular. Qadın nəfəsinin imkan verdiyi qədər möhkəm çığırırdı: “QAÇ, OĞLUM!.. QAÇ!” Ancaq Aqren yerindəcə dayanmışdı. Qorxudan ayaqları tutulmuşdu. Qadının vəhşicəsinə diri-diri necə parçalandığına baxırdı. Onun qanının vidraların ağız və pəncələrini necə boyadığına baxırdı. Qısa müddətdə qadının səsi tamam kəsildi. O artıq ölmüşdü. Vidralardan biri Aqrenə baxdı…
Janrlar va teglar
Izoh qoldiring