Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Colan Türkmanları», sahifa 3

Shrift:

SURİYA SƏLCUQLULAR DÖVLƏTİ

Oğuzların Qınıq boyundan olan Səlcuqlular hələ Türküstanda yaşadıqları dövrdə, yəni miladi təqvimi ilə 10-cu yüzillikdə İslam dinini qəbul etdilər. 11-ci yüzillikdə isə Oğuz və digər Türk tayfalarının hərbi-siyasi birliyini yaradaraq Toğrul bəyin başçılığı ilə nəhəng bir imperiya qurdular. Bu imperiyanın sərhədləri Doğuda Türküstana, Batıda Ağ dənizə, qüzeydə Qafqaz dağlarına, Güneydə isə Kəngər (Fars, Bəsrə) körfəzinə dayanırdı.

1040-cı ildəki Dəndənəkan savaşında Qəznəviləri yendikdən sonra Xorasanı, Nişapuru, Reyi, İsfahanı, Həmədanı ələ keçirərək Ağ dənizədək irəliləyən Səlcuqlular sonralar, 1055-ci ildə Abbasilər xilafətini özlərindən asılı vəziyyətə salıb yüzilliyin ən qüdrətli dövlətini yaradırlar. Onların həyata keçirdiyi sosial və iqtisadi islahatlar inkişafa güclü təkan verir.

Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriyada Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.

1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İrmağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türkmanların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Saltuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.

1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəydili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.

Tutuş 1095-ci ildə Sultan Börküyarıqla Rey yaxınlığındakı döyüşdə öldürülür. Oğullarından Rıdvan Hələbdə, Dokak isə Şamda hökumət qurduqlarını elan edirlər. Hələb hakimi Rıdvan səlibçilərlə savaşaraq bir ara ölkəsinin sərhədlərini Güney Anadoluya qədər genişləndirir. 1117-ci ildə hər iki bölgədə hakimiyyət Atabəylərin əlinə keçir. Suriya Səlçuqlularının Şam qolunu Atabəy Tuğtəkin idarə edirdi. Onun oğlu Tacülmülk Böri atasının ölümündən sonra hakimiyyəti ələ alır. Çox da güçlü olmayan bu atabəylik Zəngi atabəyi Nurəddin Mahmud tərəfındən 1154-cü ildə ortadan qaldırıldı.

1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda avropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.

İmadəddin Zənginin ölümündən sonra atabəylik 1146-cı ildə Mosul və Hələb olmaq üzrə iki yerə ayrıldı. Hələbdə Nurəddin Mahmud nəinki səlibçiləri məğlubiyyətə uğratdı, hətta Börilərin hakimiyyəti altında olan Şamı da özünə tabe etdi və səlibçilərlə əməkdaşlıq edən Müsəlman Misir Fatimilər dövlətini də 1171-ci ildə ortadan qaldırdı. 1174-ci ildə Nurəddin Mahmud öldükdə atabəylik Əyyubi ailəsinə keçir. Müsəlmanlar Səlahəddin Əyyubinin ətrafında birləşərək bölgəni səlibçilərdən qorudular.

Səlahəddin Əyyubinin ölümündən sonra bölgədə bir başqa Türk dövləti olan Məmlüklər hakim oldu. Anadoluya hakim olan Səlçuqlu dövləti isə 1243-cü ildə Kösedağda Moğollarla savaşı uduzduqda ağır Moğol basqısı altında qalır. Kayseri və Sivasda yaşayan Türkmanlar Məmlük Sultanı Baybars dövründə bu basqı səbəbinə Suriya bölgəsinə köçürlər. Suriyaya gəlib Şamda yerləşən Türkmanlar Elxanlı hökmdarı Əbu Said Bahadır xanın ölümündən sonra yaranan siyasi qarışıqlıqdan faydalanıb 1337-ci ildə Əlbistan ətrafında Zülqədiroğulları bəyliyini qurdular (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/5436639).

Səlcuqlular arasındakı hakimiyyət uğrunda vuruşlara, parcalanmalara, qarşıdurmalara baxmayaraq, onlar səlibçilərin 200 ilədək davam edən yürüşlərinin qarşısını igidliklə almışlar. Demək olar ki, Avropanın bütün Xristian dövlətlərinin birgə təşkil etdiyi bu yürüşlərdə o dövr üçün çox yüksək səviyyədə silahlandırılan və olduqca böyük sayılan 100 minlik bir ordu iştirak etmişdir. Lakin onlar sayca özlərindən çox az olan, yüngül silahlanan Səlcuq ordularını məhv edə bilməmişlər. Səlcuq döyüşçülərini məğlub edə bilməyən səlibçilər bölgədə on minlərlə uşaq öldürmüşlər. Ona görə də, bu hadisə tarixə Uşaq yürüşü kimi daxil olmuşdur (ASE, 1986:372).

Səlibçilər güclü təbliğat aparmalarına, qəddarlıq göstərmələrinə, bəzən savaşlarda kiçik uğurlar qazanmalarına, bölgədə dövlətlər yaratmalarına baxmayaraq, Müsəlmanlar qarşısında uzunmüddətli duruş gətirə bilməmişlər. Doğunun Müsəlmanlarından təşkil edilmiş ordu birlikləri səlibçiləri məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur etmişdir. Bu uğurlu savaşlar Səlcuq Türkmanlarının Suriyada topluca yaşamasını şərtləndirmişdir.

Faruq Sümər “Oğuzlar” əsərində (Faruq Sümər, 1992) orta yüzilliklər boyunca Suriyada Türklərin hansı bölgələrdə yaşadıqları, tayfa və tirələri haqqında geniş bilgi verdiyindən bu haqda yazmağa ehtiyac duymadıq.

13-cü yüzilin ikinci yarısında Misir Məmlüklərinin Suriyaya yürüşləri, 1260-cı ildə Tatar-Moğol hücumları, 14-cü yüzilin ikinci yarısındakı epidemiyalar on minlərlə Türkmanın ölümünə səbəb olsa da, onların bölgəni tərk etməsi ilə nəticələnməmişdir.

Əməvi dövründən başlayaraq Türkmanların Türküstandan tək-tək, ya da ailə, tayfa şəkilində Şam bölgəsinə gəlmələri 11-ci yüzildə – Səlçuqlular dövründə sürətlə artmışdır. Onların ikinci böyük köçü isə Moğol dövründə baş vermişdir. Səlçuqlular və Məmlüklər 1070-ci il tarixindən 1516-ci ilədək, yəni 446 ilə yaxın Şam bölgəsində hakim olmuşlar.

SURİYA OSMANLILAR DÖNƏMİNDƏ

1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məmlükləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması bölgədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdur (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/ 5436639).

Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnəsindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napоlеоn Misir səfərində Yafaya qədər Fələstinin (Heyаti Ülkü, 1979) bir hissəsini işğal еtsə də, оrada duruş gətirə bilmədi. Əhməd Paşa kоmandanlığındakı Оsmanlı оrdusu Akka önlərində Napоlеоnun оrdusunu gеri оturtdu. Savaş yоlu ilə qalib gələ bilmədiklərini görən Avrоpa stratеqləri başqa planlar hazırladılar.

Böyük Britaniya imperiyası da Оrta Dоğunun zənginliklərindən faydalanmaq və dünya hakimiyyətini davam еtdirmək üçün 19-cu yüzilin başlarından еtibarən Оsmanlı dövlətini yıхmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir Yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdi (Nur Ayşe, 2014, http://www.radikal.com.tr/yazarlar/ayse_hur/megerse_suriyede_turkmenler_yasarmis-1169309).

Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təhriki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin Güneyini işğal etmək, hətta gücü çatarsa, İstanbulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə düşür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Həmin illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərəkatı başladığından üsyançı ordu birləşmələri məhv edilə bilmir. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziyyətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mahmuda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu müraciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mahmud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.

Bundan Böyük Britaniya hökuməti narahat olur və Kütahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osmanlı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaşmaya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.

Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir valisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır. (Zeyrek Yunus, 2013:10, sayı 32).

Avropalıların apardıqları pozuculuq işi öz təsirini göstərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əleyhdarlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəblərin böyük bir qismi yüksək hökumət vəzifələrində də çalışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yüksəlirdi.

Türkiyənin məşhur generallarından, Milli Mücadilə qəhrəmanı Kazım Karabkir paşa “İttihat ve Terakki Cemiyeti” adlı əsərində Osmanlı əleyhdarı olan Ərəblərdən söz açarkən yazır ki, bizimlə hərbi məktəbdə oxuyan, sonra da Osmanlı ordusunda zabit olan Mısırlı Aziz Kahireyi Ərəb birliyi üçün çalışdığını açıq-aşkar söyləməkdən çəkinmirdi. O, Türklərin məhv olacağını, fəkət Ərəblərın birlik yaparak yaşayacağını, dünyanın qüdrətli dövlətini quracağını qürurla söyləyirdi. (Kazım Karabekir, İttihat ve Terakki Cemiyeti, İstanbul, 1993 seh. 186 – Qaynaq üçün bax: Yunus Zeyrek, Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” dergisi, Üç aylık kültür dergisi, 2013, Sonbahar, sayı 32, yıl 10, seh.12.)

Bepul matn qismi tugad.

27 073,77 soʻm