Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Qədim türklər»

Shrift:

«QƏDİM TÜRKLƏR» ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

Bəşəriyyət tarixində elə xalqlar mövcuddur ki, onların təşəkkül və inkişaf tarixi, dünya sivilizasiyasında tutduğu qanuni mövqe başqa xalqların, dövlətlərin, qədim mədəniyyətlərin tarixinin araşdırılması ilə müqayisədə çox az öyrənilmişdir:

Tarixi ədəbiyyata dərin marağın artdığı və gücləndiyi bir dövrdə qədim xalqların təşəkkül və inkişaf tarixini tədqiq edib oxuculara çatdırmaq, hər bir xalqın dünya xalqları ailəsində mənsub olduğu layiqli obyektiv mövqeyi açıb göstərmək, nəhayət, xalqların, dövlətlərin, mədəniyyətlərin ümumdünya sivilizasiyasına əsl təsirini üzə çıxarmaq, hamının malı etmək bütövlükdə keçmişin düzgün, təhrif olunmadan öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

Çox təəssüf ki, müxtəlif subyektiv mülahizələr əsasında az öyrənilmiş xalqlardan biri də qədim dövlətçilik və mədəniyyət tarixinə malik olan türk xalqlarının tarixidir:

Əslində, vaxtilə nəhəng bir əraziyə malik olan qədim türk xalqlarının tarixinin öyrənilməsinin müəyyən obyektiv səbəbləri vardır. Türk xalqlarını bir- birindən təcrid etmək, onların qədim dövlətə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni yaranmış nəslin dünyagörüşündə bu qədim xalqın qədimliyinin tarixi köklərinə aid baxışların dərin kök atmasına yol verməmək Sovet milli siyasətinin başlıca tendensiyalarından biri idi. Çünki vaxtilə çox böyük ərazidə yaşayan və əsrlər boyu bu ərazilərdə türk mədəniyyəti və tarixinin qalıqlarını sübut edən xalqın böyüklüyünü, mənəvi zənginliyini qəbul etmək imperiyanın milli siyasətinə qətiyyən uyğun gəlmirdi. Lap yaxın vaxtlara qədər, əgər mütəxəssisləri nəzərə almasaq, əhalinin böyük əksəriyyəti türk xalqlarının qədim tarix və mədəniyyəti, dövlət quruluşu ilə, keçmiş SSRİ ərazisində xeyli türkdilli xalqın yaşadığını və onlar ilə azərbaycan türkləri arasında tarixən mənəvi yaxınlıq olduğunu yəqin ki, bilmirdilər. Başqa xalqlar öz qədim tarixlərini qondarma üsullarla sübuta yetirmək üçün dəridən-qabıqdan çıxdıqları halda, bütün dünyaya car çəkib «biz qədim xalqıq» deyib hay-həşir saldıqları halda türk xalqlarının başı elə qarışdırılmış, hakim milli siyasətin qurduğu tor elə möhkəm toxunmuşdu ki, biz öz tariximizi, dövlətçilik qurumumuzu gah farslarla bağlayır, uzun illər boyu, elə bu günün özündə də bu siyasətə xidmət edən tarixi ədəbiyyatı təbliğ etməklə məşğul olur, gah da öz milli tariximizin köklərini ümumtürk dünyası tarixindən təcrid olunmuş şəkildə öyrənir və araşdırırıq. Bu isə, məlum olduğu kimi, əleyhdarımızın türk xalqlarının, tarixinin təhrif olunmasını, vahid öyrənilmə məcrasından uzaqlaşdırılmasını güdən, yetmiş il ərzində bu siyasəti yeritməklə türk övladlarının mənəviyyatını dəyişdirməyə çalışan qüvvələrin başlıca qayəsidir. Məhz bu tendensiyanı əsas götürərək ittifaqda çapdan buraxılmış külli miqdarda tarixə aid dərslik və tədqiqatlarda gah türk xalqlarının tarixən təşəkkül tapdığı ərazilər, arxeoloji qazıntılar, daş salnamələr, qədim mədəniyyət nümunələri, dünyanı lərzəyə gətirən güclü axınları barədə danışılmır, gah da başqa xalqlara, dünya tarixində dövlət qurumu türklərə nisbətən çox az qədim olan xalqlara daha geniş yer ayrılır. Çoxcildli «Vsemirnaya istoriya», «İstoriya drevneqo mira» (3 cilddə), «İstoriya srednix vekov» (2 cilddə), «Sovetskiy ensiklopediçeskiy slovar», habelə yüzlərlə dərslik və tədqiqat əsərlərinin adını sadalamaq olar ki, bu kitablarda türk xalqlarının qədim tarixi oxucu diqqətindən kənarda qalır, bəzən də ona çox səthi məlumat verilir.

Beləliklə, başqa xalqların tarixi yaxşı tədqiq olunduğu, şişirdildiyi, dünyaya ən qədim bir xalq, tarix kimi tanıdıldığı halda, süni maneələr tətbiq etməklə türk xalqlarının ümumi tarixi arasında qəsdən uçurumlar yaradılır, bir-birindən təcrid olunmuş halda tədqiqat məcrasına yönəldilir, öz kökündən uzaqlaşdırılaraq başqa xalqların tarixinə calaq edilir, eyniləşdirilir, bu məkrli, uzaqgörən siyasətdən baş çıxardıqda isə mövcud tədqiqatların nəşri, üzə çıxarılması və yayılmasını qadağan edirdi.

Ümumtürk tarixindən təcrid olunmuş şəkildə araşdırılan Azərbaycan tarixi də bu vəziyyətdədir. Buna görə də qədim dövrdən başlayaraq əsrimizin iyirminci illərinə qədər Azərbaycan tarixində ağ səhifələr, təhriflər çoxdur. Ümumtürk tarixindən ayrı təsəvvür edilməyən Azərbaycan tarixinin düşdüyü vəziyyəti Ə. Əliyev çox yaxşı səciyyələndirir: «Uzun illərlə ya hökm edilib, ya da milyonlar buraxılıb ki, Azərbaycan tarixində nədən danışırsan, danış, yazırsan yaz, söy, dağıt… ancaq elə et ki, bu Dərbənddən Həmədana, Qəzvindən Trabzona qədər olan bir ölkədə türk adı çəkilməsin, çəkilsə də «gəlmə» olsun, «talançı», «düşmən», «vəhşi», «başkəsən», daha nə cür mümkünsə.: dalğalar hazırlansın! Azərbaycan tarixini yaradan biz türklər qələm əlində olan düşmənlərimiz tərəfındən nə qədər ki, yazılardan çıxarılırıq və danılırıq – Azərbaycan tarixi düzgün yazılmayacaq».

Buna görə də biz qəti bilməliyik: ümumi qədim türk tarixi öyrənilməyincə, Azərbaycan tarixi düzgün araşdırıla bilməz:

Lakin müxtəlif vaxtlarda imperiyanın bu bədnam milli siyasətinə qarşı çıxan elə şəxslər olmuşdur ki, onlar heç bir maneəyə, çətinliklərə baxmayaraq, bütün məhrumiyyətlərə öz zəkaları, fıziki imkanları hesabına sinə gərmiş və keçmiş Sovetlər birliyinin nəhəng ərazisində vaxtilə qədim türk xalqlarının məskunlaşdıqlarını geniş oxucuya çatdırmış, bu sahədə samballı tədqiqat əsərləri yazıb ortaya çıxarmışdır.

Belə görkəmli şəxslərdən biri də türk xalqlarının yaxın dostu sayılan Lev Nikolayeviç Qumilyovdur. Əsrimizin iki böyük tanınmış şairinin – N.S.Qumilyovun və A.A. Axmatovanın övladı olan bu böyük tarixçi insan bütün həyatını türk xalqlarının qədim dövr tarixinin araşdırılmasına həsr etmişdir. Onun elm aləmində böyük əks-səda doğuran monoqrafiyaları, tədqiqat xarakterli məqalələri, bu məcrada elmi fəaliyyəti türk xalqlarının tarixinin öyrənilməsi və təbliği sahəsində mühüm addım kimi qiymətləndirilməlidir. Çünki bu faydalı fəaliyyət ölkədə türk xalqlarının tarixinin öyrənilməsi sahəsində mövcud olan boşluğun doldurulmasına, bütövlükdə həm oxucu, həm də geniş ictimaiyyətin bu problemə nəzər-diqqətinin cəlb edilməsinə zəruri imkan yaratmış və sonrakı mərhələlərdə yeni tədqiqatların yaranmasına cığır açmışdır. Bu böyük və qədim xalqın soykökünün, tarixinin araşdırılmasına icazə verilmədiyi bir vaxtda, o bu gün belə əhəmiyyətini itirməyən, bir çox tədqiqatçıların dönə-dönə oxuyub bəhrələndiyi, gündəlik stolüstü kitabına çevrildiyi iri həcmli, elmi-kütləvi səpkidə yazdığı «Qədim türklər» kitabını ortaya çıxarmışdır.

Bu kitab həqiqətən elm aləmində çox böyük əks-səda doğurdu. Ömrünün otuz iki ilini yalnız bu kitabın – son dərəcə dəyərli tədqiqat əsərinin yaranmasına həsr etmiş müəllif, əsərin adından göründüyü kimi, qədim türklərin dövlətinin yaranması, inkişafı və süqutu qanunauyğunluqlarını zəngin tarixi faktlar əsasında araşdırır.

Onu da qeyd edək ki, kitabda qədim türklərin V—IX əsrlərdə inkişaf tarixi öz əksini tapmışdır. Bu dövr türk tarixinin ən maraqlı və zəngin dövrlərindən biri olsa da, bütövlükdə türk xalqlarının ən qədim dövrü haqqında heç də təsəvvür yaratmır. Türklərin hələ eradan əvvəl dövlət qurumlarının mövcudluğu, Sibir və Altay çöllərində, Çin ətrafında, habelə müxtəlif vaxtlarda zəfərli yürüşlər zamanı Asiyanın və Avropanın bir çox regionlarına geniş yayılması, məskunlaşması, zəngin mədəniyyət və məişətə malik olmaları bu kitabda tədqiqatdan kənarda qalmışdır.

Bundan əlavə, əsərdə yalnız Şərqdə, Sibir və Altay, habelə müasir Asiyanın ərazilərində yaşayan qədim türklər barədə danışılır. Qərb regionunda, o cümlədən Qafqaz, İran, müasir Azərbaycan ərazisində qədim dövrlərdən bəri məskunlaşmış, daha doğrusu, aborigen əhali olmuş türklərin tarixi, həyat tərzi, mədəniyyəti və dünyagörüşü məsələlərinə toxunulmur.

Bu da təbiidir. Çünki müəllif yalnız müəyyən bir dövrdə, həm də özünün qeyd etdiyi kimi Şərq regionunda yaşayan türk xalqlarının tarixini araşdırmağı qarşısına məqsəd qoymuşdur.

Təəssüf ki, hələ bu günə qədər Azərbaycan ərazisində yaşayan, ümumiyyətlə Şərq regionunda məskunlaşmış qədim türk xalqlarının tarixi lazımi səviyyədə araşdırılmayıb. Qədim türk xalqlarının hələ lap qədim zamanlarda, eramızdan çox-çox qabaq yaratdığı mədəniyyət nümunələri, onların dünyagörüşü, məişəti, bütövlükdə tarixi qədim İrana aid yazılmış tədqiqatlarda farsların adına çıxılır. İran tarixindən danışan tədqiqatçıların əksəriyyəti bu ərazidə türk xalqlarının məskunlaşmasının üzərindən çox vaxt sükutla keçirlər. Tarixi saxtalaşdıraraq başqa xalqları, o cümlədən türk xalqlarını da fars xalqı kimi qələmə verirlər. Halbuki İran tarixinə nəzər saldıqda, aydın görünür ki, bu möhtəşəm dövlətin başında duran şahların əksəriyyəti milliyyətcə türk olmuşdur. Deməli, bu adi həqiqətə göz yumulması, qəsdən tarixin qeyri-düzgün məcrada yazılması göz qabağındadır.

Tarixi saxtalaşdıran bir çox tədqiqatçılar elmdə öz istədiklərinə qismən, müəyyən nəslin dünyagörüşünü, ictimai fikri əsl həqiqətdən azdırmağa, uzaqlaşdırmağa nail olmuşlar. Buna görə də Azərbaycan xalqının etnogenezi, yəni soy kökü ilə əlaqədar yazılmış tarixi araşdırmalarda bu günün oxucusu itib batır, ona lazım olan məlumatları tam, müfəssəl ala bilmir. Bəzi araşdırmalarda isə ictimai fikir başqa məcraya yönəldildiyindən milli zəmindən uzaq düşür.

Bu əsəri oxuyan hər bir şəxs dərin mənəvi zövq alacaq, eyni zamanda oxucuda belə bir yanlış fikir yarana bilər ki, müasir Azərbaycan, eləcə də İran ərazisində yaşayan türk xalqı L. Qumilyovun böyük məhəbbətlə tədqiq etdiyi türklərin varisləridir, başqa sözlə desək, Sibir və Altayda yaşayan türklər tarixin sonrakı çağlarında köçüb bu ərazidə, yəni Azərbaycan və İranda məskunlaşmışlar.

Əlbəttə, belə düşünmək kökündən səhvdir. Azərbaycan, eləcə də İran ərazisində, ümumiyyətlə Şərq regionunda türklər hələ lap qədim zamanlardan yaşayırlar. Tarixin atası hesab olunan Heradot 2500 il bundan əvvəl bu ərazidə türklərin yaşamasından xəbər verirsə, deməli bu xalq hələ çox-çox əvvəl Azərbaycanda yaşayıb məskunlaşmışdır. Görkəmli tarixçi Z. Yampolski də bu fıkirdədir. O, «Azərbaycandakı türklər barəsində – qədim mənbələr» adlı tədqiqat əsərində bu haqda yazır: «Mixi yazıların, habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur». VII əsr ərəb tarixçisi Cürhumi isə qətiyyətlə bildirir ki, Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır. Türklər çoxdan bu ərazidə məskunlaşmışdır.

Türklərin bu ərazidə lap qədim çağlardan yaşamasına aid tarixi mənbələri çox gətirmək olar. Bir neçə tarixi fakta müraciət etməklə fikrimizi tamamlayaq. Tarixi mənbələrdə belə bir məlumat vardır ki, xəlifə Müaviyə bir dəfə qədim tarixin mahir bilicisi yəmənli Abid ibn Şoriyədən soruşur: «Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: «Azərbaycan qədimdən burada məskunlaşmış türklərin ölkəsidir».

Eyni fikrə 1126-cı ildə fars tarixinə aid bir mənbədə də rast gəlmək mümkündür: «Azərbaycan – lap qədimdən türklərin əlində olan bir ölkədir…

Beləliklə, tam qətiyyətlə belə bir fikrə gəlmək olar ki, Azərbaycan tarixində adları çəkilən Manna, Midiya, Atropaten, Albaniya, Arran dövlətlərinin ərazisindəki tayfa ittifaqları arasında türk-mənşəli etnoslar həmişə aparıcı mövqedə durmuşlar.

Bu tarixi həqiqəti danmaq mümkün olmadığı kimi, Azərbaycan tarixini də ümumtürk tarixindən, kontekstindən ayırmaq onu saxtalaşdırmaq, milyonlarla insanın ictimai fikrini azdırmaq deməkdir.

Bu cəhətdən L. Qumilyovun «Qədim türklər» əsərinin çox böyük əhəmiyyəti vardır. Azərbaycan oxucuları öz ərazimizdə yaşamış qədim türklər haqqında burada heç bir məlumat almasalar da, bütövlükdə ümumtürk tarixində böyük bir dövrü əhatə edən, tarixdə nəhəng əraziyə öz qəhrəmanlıq yürüşləri ilə yiyələnmiş qərb türkləri haqqında ətraflı məlumata yiyələnə biləcəklər.

Lev Qumilyovu belə ağır, çox zəhmət tələb edən bir əsəri yazmağa, saysız-hesabsız tarixi məlumatları, tədqiqatları araşdırmağa sövq edən hansı fövqəl-təbii hisslər, qüvvələr olmuşdur? O, «Xəzərətrafı xalqların minillik tarixi» əsərinin əvvəlində bu suala özü cavab verir. Görkəmli tarixçi bildirir ki, Avropa tarixçilərinin elmi fikri uzun müddət monomərkəzin dəmir halqası tərəfindən sıxılmışdır. Hələ Fridrix Hegelin dövründən məlum idi ki, sivilizasiyanın inkişafı qədim İudey, Ellada, Romadan keçmiş və «qeyri-tarixi» yaxud «geridə qalmış xalqlar»la əhatə olunmuş Qərbi roma-alman Avropası ilə başa çatmışdır. Çin tarixçiləri də qismən belə fikirləşirdilər, lakin onlar istisna kimi sivilizasiyanın mərkəzini Böyük çölün ayırdığı «Orta düzəngahı» hesab edirdilər.

Lev Qumilyov tarixçilərin müxtəlif konsepsiyalarını təhlil edərək bu qənaətə gəlir ki, Qərbi Avropa və Çin arasındakı nəhəng ərazi tarixçilərin diqqətini cəlb etməmiş, buna görə də tədqiqat mərkəzindən kənarda qalmışdır. Bu ərazini qədim dövrlərdə yunanlar Skifistan, farslar Turan, çinlilər isə «şimal barbarları» adlandırmışlar.

Göründüyü kimi, böyük bir ərazinin, müxtəlif xalqların və dünya ictimaiyyətinin xəbəri olmadığı orijinal mədəniyyətin mühüm tədqiqat mərkəzindən uzaqda qalması müəllifi dərindən düşündürmüş, belə bir əsərin yazılmasına başlamağa zəmin olmuşdur.

Müəllif kitabın əvvəlində haqlı olaraq göstərir ki, bu əsərin uzun illər müddətində yazılmasına baxmayaraq, heç də onu düşünməyə əsas vermir ki, burada qədim türklərin tarixinə aid bütün materiallardan istifadə edilmiş, bu mövzu, xalqın tarixi daha tədqiq olunmamalıdır. O, bu mühüm tədqiqatın bundan sonra da davam etdirilməsini çox zəruri hesab edir. Müəllif göstərir ki, bəşəriyyət tarixində çox böyük rolu olan bu xalqın tarixinin lazımi səviyyədə öyrənilməməsi yalnız təəssüf hissi doğurur.

«Qədim türklər»in yazılıb oxucuya çatdırılmasından keçən dövr ərzində bu mövzuya aid bir sıra tədqiqat əsərləri meydana çıxsa da, açıq etiraf etmək lazımdır ki, bu faydalı monoqrafiya indiyədək türk tarixindən bəhs edən əsərlər arasında özünəməxsus əhəmiyyətli yer tutur.

Kitabda türk xaqanlıqlarının yaranması, inkişafı, qonşu dövlətlər və tayfalarla münasibəti, mədəniyyəti və dünyagörüşü, ümumdünya tarixinin inkişafı fonunda bu qəhrəman xalqın rolu, məskunlaşdıqları ərazinin tarixi, coğrafi mühiti, təsərrüfat, məişət həyatı çox geniş faktiki materiallar, salnamələr, sənədlər əsasında işıqlandırılır. Müəllif kitabın yazılmasında külli miqdarda onomastika, toponimika, dilçilik materiallarından da geniş istifadə etmişdir. Ayrı-ayrı tayfaların həyat və mübarizəsi, bir-birinə qaynayıb-qarışması, Çin əsarəti altında yaşamaları və yeni xaqanlıqda birləşmək meylləri tədqiqatda inandırıcı şəkildə açılıb göstərilir. Müəllifin bu tarixi sənədlər və tədqiqatlarla bərabər Orxon-Yenisey abidələrindən də geniş istifadə etməsi əsərin tarixi əhəmiyyətini daha da artırır. Oxucular bu kitabda türk tarixində çox böyük xidmətləri olan Qapağan xan, Qütlü, Kültigin, Bilgə xaqan kimi sərkərdə və hökmdarların həyat yolu, mübarizəsi ilə yaxından tanış olurlar.

Türklərin lap qədim zamanlardan başlayaraq eramızın V—VII əsrlərinə qədər ən çox müharibə apardıqları dövlətlərdən biri Çin olmuşdur. Hələ Mete dövründə Çin üzərinə edilən hərbi yürüşlər hər iki xalqı, dövləti bir-birinə qarşı ən qorxulu düşmən səviyyəsinə qaldırmışdı. Əslində Çin imperatorları azlıqda yaşayan türk tayfalarının üzərinə hücumlar təşkil etməklə onların bir xalq kimi Çində yaşayan bir çox tayfaların arasında itib-batmasına, əriyib-yox olmasına geniş imkan və şərait yaradırdı. Bu soyqırımı xüsusilə eramızın V-VI əsrlərində daha da güclənmişdi. Hətta türklərin adı belə dəyişdirilib çinliləşdirilmişdi. Bu mənfur siyasəti dərk edən qüdrətli türk oğulları azadlığa çıxmaq, müstəqil xaqanlıqlarını yaratmaq məqsədilə mübarizəyə ayağa qalxdılar. Çox güclü müqavimətə, dəhşətli, amansız soy qırğınlarına baxmayaraq öz xaqanlıqlarını, türk dövlətlərini qurub türkün əvvəlki şam-şöhrətimi, adımı özümə qaytardılar, bir çox tayfaları özlərinə birləşdirdilər.

Görkəmli tədqiqatçı alimim zəngin tarixi məlumatlar əsasımda oxucuya təqdim etdiyi bu qiymətli monoqrafiyada türklərin əsarət buxovundan azad olunmaq üçüm qurtuluş uğrunda apardıqları mübarizə çox gözəl öz əksini tapmışdır. Kitabı mütaliə edib vərəqlədikcə tarix meydanında türk xalqlarının nə qədər qovğalara, əsarətə, soy qırğınlarına düçar olduğunu, həm də kənardan heç bir kömək olmadan öz qüvvəsi ilə, böyük qırğınlar hesabıma azadlığa cam atdıqlarının qüdrətli bir xalq kimi, daim qonşu dövlətlər tərəfindən təhlükəli bir düşmən kimi qəbul edildiklərinin şahidi oluruq.

Kitabda türk anlayışının yaranması, bu ifadənin formalaşmasında mühüm rolu olam türk tayfalarının ictimai-iqtisadi vəziyyəti, bir çox türkdilli tayfalar arasında tutduqları mövqe də diqqəti cəlb edir. Qədim türk tayfaları olam türkyutlar, doqquz-oğuzlar, türkeşlər, karluklar, kidanlar, uyğurlar, qırğızların və Altay, Sibir çöllərində yaşayam bir çox türk tayfalarının ictimai vəziyyəti, bir-birilərinə qarşı apardıqları bədnam siyasətləri də tədqiq edilib göstərilir.

Müəllif öz tədqiqatında qədim türklərim dünyagörüşünün formalaşmasına təsir göstərən amillər üzərində də ayrıca dayanmışdır. Orxon-Yenisey abidələri, habelə qədim Çin salnaməçilərinin, şairlərinin şeirləri əsasında qədim türklərin ideologiyasını, əski baxışlarını araşdıran tədqiqatçı bu qənaətə gəlir ki, Tibetdə, Çində, Altayda və böyük Sibir çöllərində yaşayam türklərin dini dünyagörüşü arasında böyük fərqlər vardır.

VII əsrim ortalarından başlayaraq qədim türk xaqamlıqlarının zəifləyib parçalanmalara məruz qalması onun süqutunu daha da sürətləndirdi. Türk xaqanlığı süquta uğrasa da, bu heç də türk xalqının məhv olması demək deyildi. Türklərin yenidən əsarət altına düşməsi, ayrı-ayrı vaxtlarda Çin sərhəd qoşunlarına qarşı üsyana qalxmaları onlarım kütləvi surətdə qırılmasına gətirib çıxartdı. Türklər artıq möhtəşəm bir xalq kimi deyil, ölüm pəncəsindən qurtulmaq üçün hara gəldi başını götürüb qaçmış bir köçəri zəif tayfa kimi Sibirin, Tibetin, Altayın düzəngahlarına səpələnməyə başladılar.

Yenidən başqa xalqlara qaynayıb-qarışmaq, içlərində ərimək təhlükəsi yaramdı. Lakim artıq bu elə bir dövr idi ki, tarix meydanına yeni dövlətlər çıxmışdı. Onların güclü axınları qarşısında dayanmaq üçün isə nə türklərin, nə də qonşu dövlətlərin lazımi qüvvələri var idi. Ərəb xilafətinin qoşunları müsəlmanlığı yaymaq üçün hər tərəfə güclü axınlar təşkil etmişdilər. Orta Asiyada, Sibir və Altayətrafı regionlarda köçəri tayfalarla qarşılaşan ərəblər bu xalqların mübarizliyini, döyüş meydanında göstərdikləri şücaəti görüb valeh olurdular. Onlar türklərin qəhrəman xalq olduğunu yüksək qiymətləndirirdilər. Elə buna görə də bütün köçəri tayfalara türk adı verərək, daha doğrusu bu tayfaların türk olduğunu bilərək onların şücaət və qəhrəmanlıqlarını vəsf edirdilər. Beləliklə, vaxtilə türk xaqanlığına daxil olmayan bir çox köçəri tayfalar həmin vaxtdan etibarən türk adı ilə tarixdə tanınmağa başlandı.

Görkəmli türkoloq, tarixçi alim Lev Qumilyov bu məsələləri öz qiymətli tədqiqatında elə bir incəliklə araşdırır və fikir yürüdür ki, onun elmi, ensiklopedik təfəkkürünə heyran qalmamaq olmur. Bu kitabı oxuyam hər bir şəxs türk xalqının böyüklüyünü, həm də onun özü qədər tarixdə ikinci başı bəlalı bir xalqın olmadığını aydın görür.

Lakin tarix, həyat mübarizə meydanıdır. Təbiətin amansız qanunları cəmiyyət həyatında da özünü göstərir. Hansı xalq bu qanunların mahiyyətini dərk edib dünya meydanında həmin qanunlara qarşı öz qarşılıqlı tədbirini görürsə, onun məhv edilməsindən ötrü min cür fitnə-fəsadlara, soyqırğınına qarşı çıxırsa, mübarizə aparırsa o xalq ölməzdir, əbədidir.

Müxtəlif dövrlərdə bir xalq kimi başının üstümü ölüm, yox olmaq təhlükəsi almış türklər sanki silkinib qəflət yuxusundan oyanaraq ağlayıb-sızlamaqdan, yadelli xalqların kəramətinə, insanpərvərliyinə bel bağlamaqdan bezikərək ayağa qalxmış və türkün əzəmətli adını və bayrağını göylərə qaldırmış, öz azadlığını, müstəqilliyini böyük itkilər hesabına olsa da təmin etmişdir.

Bir neçə əsr sonra türklər yenidən dirçələcək, əsarətdə olduqları xalqların pəncəsindən qurtulub yeni türk imperiyasını yaradacaq və bütün dünyada türk adını əbədi yaşadam tarixi işlər görəcəklər.

VƏLİ HƏBİBOĞLU
Fəlsəfə elmləri namizədi
35 510,63 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
14 Sahifa 23 illyustratsiayalar
ISBN:
978-9952-8448-9-4
Mualliflik huquqi egasi:
JekaPrint
Matn PDF
O'rtacha reyting 4,3, 25 ta baholash asosida
Podkast
O'rtacha reyting 5, 2 ta baholash asosida
Podkast
O'rtacha reyting 4, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 4,6, 5 ta baholash asosida
Audio
O'rtacha reyting 4,9, 7 ta baholash asosida
Audio
O'rtacha reyting 5, 30 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,7, 87 ta baholash asosida
Matn
O'rtacha reyting 4,4, 32 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,3, 55 ta baholash asosida
Audio
O'rtacha reyting 4,9, 81 ta baholash asosida
Audio
O'rtacha reyting 4,6, 336 ta baholash asosida
Audio
O'rtacha reyting 4,8, 139 ta baholash asosida
Matn
O'rtacha reyting 4,6, 10 ta baholash asosida