Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Pul məktəbi», sahifa 3

Shrift:
Sizin ev tapşırığınız:

Mən istəyirəm ki, indi siz gedib, oturub, sakitcə bir müddət düşünəsiniz və on yaşınızda nələr düşündüyünüzü xatırlayasınız. Dövlətin sizin həyatınızdakı rolu barədə nə düşünür-dünüz, pul barədə nə düşünürdünüz, varlı insanlar barədə nə düşünürdünüz?

Özüm-özümü alim elan etdiyimi bildirsəm də, hadisələri analiz etməyi xoşladığıma yəqin ki, fikir vermisiz. Günlərin birində mən qərara aldım ki, öz keçdiyim yolu tədqiq edim. Və bütün bu yolu hər bir insana kömək edə və hər kəs tərəfindən təkrarlana bilən bir neçə mər-hələyə böldüm. Eyni zamanda mən bu yolda əsas prinsip və strategiyaları araşdırdım. Həyatda kəşf etdiyim bilgilərdən biri də odur ki, hər insan öz fərdi texnikasını, üsulunu tapa bilər. Lakin, əsas məsələ bu üsulu tətbiq etmək, həmçinin də öyrətməkdir. Məncə, mənim uğurumun əsas səbəbi məhz bu olub.

Mən tərəqqinin necə işləməsi üzərində araşdırma apardım. Bu proses zamanı kainatın tərəqqı prosesində özlərini 100% doğruldan 7 əsas qanununu aşkar etdim. Sonra isə əldə etdiyim dəlilləri qarşıya qoyub, sual verdim: “Bu qanunlara riayət etməkçün hansı prinsiplərlə yaşamaq lazımdır?”

İndi deyəcəyim şeylər mütərəqqi olmaq üçün sizə gərək olacaq ən vacib məqamlardır. Bu sözlər, hətta sizin biznes artımı strategiya-nızdan da qat-qat vacibdir. Məsələ burasındadır ki, siz bu prinsiplərlə yaşamağa başlasanız, müəyyən bir növ insanlardan olacaqsınız. Və elə bu andan etibarən məhz bu növ insanları özünüzə cəlb edəcəksiniz. Bu insanlar məhz sizinlə işləmək istəyəcəklər. Təkcə ona görə ki, siz də belə bir insansınız. Siz mükəmməl işgüzar görüşlər keçirə bilməsəniz belə, işinizi tam mənasında anlamasanız da, verilən sual-ların hamısını cavablandıra bilməsəniz də onlar sizin kim olduğunuzu görəcəklər. Onlar sizin necə yaşadığınızı görəcəklər. Və onlar da bu prosesin bir hissəsi olmağa çalışacaqlar.

Gəlin bu qanunlara baxaq:

Prinsip № 1

Əgər siz vakuum (boşluq) yaradırsınızsa, kainat bu boşluğu yaxşı şeylərlə doldurur. Məncə, bu ən vacib kainat qanunlarından biridir. Biz indi onu müzakirə edəcəyik. Gəlin təbiətdə bu qanunun necə işləməsi barədə sizə misal göstərim: Tutalım, siz qışda Sibir çöllərini gəzməyə çıxmısınız. Addımladıqca sizin ayaq izləriniz qalacaq, lakin, çox az müddətdə külək bu izləri yenidən qarla dolduracaq. Eyni şey siz dəniz kənarında gəzəndə də baş verir. Qumda izlər qoyursuz, sonra külək və yaxud yeni bir dalğa bu izləri yenidən qum dənəcikləri ilə dol-durur. Çünki, təbiət hər zaman boşluğu doldurur. İndi biz əsas inanclarımızdan birinin təməlini qoyacağıq. Mənim təməl inancım belədir:

Kainat çox yaxşıdır, mən hər dəfə həyatımda boşluq yaradanda oraya yaxşı şeylər dolur

Ola bilsin ki, bu söhbət həddən artıq meta-fizikdi. Ola bilsin ki, mən həddən artıq abstrakt danışıram və yaxud sizə elə görünür. İndi bu dediklərimə aydınlıq gətirəcəm: Bir çox tədqiqatlar sübut etmişdir ki, kainat enerjidən ibarətdir. Bunu isbat edən, cazibənin mövcud-luğuna heç bir şübhə qoymayan çoxlu sayda dəlil-sübutlar var. Siz firavan yaşayırsınızsa, ətrafınıza sizin kimi yaşamaq istəyən çoxlu sayda insanlar toplanır.

Gəlin, indi də bu prinsiplərlə yaşamaq üçün ata biləcəyimiz bir sıra addımlar barədə danı-şaq. Fərz edək ki, siz özünüzə bir cüt təzə ayaqqabı almaq istəyirsiniz. Şəxsən mən istərdim özümə bir cüt təzə dəbli çəkmə alım. Bu o deməkdir ki, biz şkafımızda eşələnib, ora-dan bir cüt köhnə çəkmə tapıb, onları harasa yox eləməliyik. Əgər siz yeni bir əlbisə istəyir-sinizsə köhnəsindən qurtulmalısınız, yəni, vakuum, boşluq yaratmalısınız ki, yenisiylə əvəz olunsun. Maraqlı olan bilirsiniz nədir? Bu qanun tərəqqinin hər yönündə, hər sahəsində işləyir.

Əgər sizi neqativ insanlar əhatə edirsə, bu o deməkdir ki, sizin həyatınızda pozitiv insan-larçün daha yer yoxdu. Əgər siz daima xəstə olduğunuz fikri ilə yaşayırsınızsa, o zaman həyatınızda sağlamlıq üçün yer qalmır. Bu o deməkdir ki, sizin etməli olduğunuz iş vakuum yaratmaqdır.

Bunun mənim həyatımda necə işlədiyini göstərmək istəyirəm.

Bir vaxtlar mən bir neqativ şəxsi münasi-bətdən digərinə keçirdim və nəhayət 11 belə şəxsi münasibəti geridə qoyandan sonra qərara aldım ki, bu problemlə bağlı hər hansı bir məs-ləhət alım. Biz psixoloqla görüşümüzdə özümüz üçün gözlənilməz faktlar aşkar etdik. Məlum oldu ki, əslində heç birimiz bu cür şəxsi münasi-bətlər üçün yetərincə emosional yetkin deyilik. O an çox-çox vacib bir məqamla qarşılaşdım. Əslində, mən bu ideyanın özünü sevirdim. Aşiqlik, sevmək fikrini sevirdim. Həqiqətdə isə heç kimi sevmirdim. Bir müddət bu psixoloqla məsləhətləşdikdən sonra, ayıq başla qərara gəldik ki, ayrılmağımız məsləhətdi. Mən yaxşı oğlan olmağı öhdəmə götürdüm və dedim ki, evi özünə götür, mebeli də, bütün hasabları ödəyirəm, bu, kollecə getmək üçün pul, bu da əlavə xərclərin üçün. Mən isə yalnız maşınımı və paltarlarımı götürüb buradan köçürəm. Bilir-sinizmi, həqiqətən də maraqlı şeylər baş verdi. Bu ayrılıqdan bir ay sonra maşınımda küçəylə gedirdim. Başımı çevirib baxanda çox gözəl, heyrətamiz bir maşın gördüm. Mən nə etdim? Öz maşınımı satdım və bu təzə EN Essex modelini aldım. Bir həftə sonra mən artıq təzə maşınımda San-Dieqoya gedirdim. Orada seminar keçirməliydim. Mən özümlə qalstuk götürməyi unutmuşdum. Mehmanxanada mənə məlumat vermişdilər ki, oradan təxminən bir mil aralıda kişi geyimləri mağazası yerləşir. Budur, mən mağazaya daxil olur və bu məkana heyran oluram. Bura çox dəbdəbəli idi. Hər tərəfdə manekenlər düzülmüşdü və onların əynindəki yaraşıqlı geyimlər – pencəklər, şalvarlar, köynəklər, qalstuklar çox ideal seçilmişdi. Bir tərəfdə isə kiçik bar yerləşirdi. Alıcılar hər vaxt orada təzə dəmlənmiş kofe içə bilərdilər. Ən əsası isə, mənim ən çox sevdiyim səhnə: fortepiano və onun arxasında oturub gözəl musiqi ifa edən adam. Bu yer çiçəklənməkdə, tərəqqi yolunda idi. Və budur, bir xanım mənə yaxınlaşır və soruşur: ”Nə arzulayırsınız?” Mən ona ölçülərimi deyir və manikenlərdəki paltarları göstərirəm: “bunu, bunu, bunu, həmçinin bunu da, bunu da…” və sairə. Demək olar ki, hər manekendən bir şey aldım. Nəticədə 1000 dollara kimi pul xərcləmiş oldum. Mehmanxa-naya qayıdıb, sabahkı çıxışıma hazırlaşmağa başladım. Özümlə daşıyıb gətirdiyim, seminara geyinəcəyim paltara, sonra isə, elə indicə aldı-ğım bir yığın təzə geyimə baxdım. Mən artıq köhnə paltarları geyinmək istəmirdim. Mən təzə, qəşəng geyimləri geyinmək istəyirdim. Təsadü-fən köynəklərdən birində xırda bir ləkə gördüm, həm də çıxışa geyinəcəyim köynək üçün düymə almağı unutmuşdum. Çıxışım ertəsi gün günor-tadan sonra olacaqdı. Ona görə də səhər tezdən etdiyim ilk şey əlbəttə ki, o mağazaya qayıtmaq oldu. Orda gördüyüm bir neçə cüt düyməni, sonra daha bir neçə qalstuk və köynək aldım. Nəticədə daha bir neçə min dollar xərcləmiş oldum.

İki həftə keçmişdi ki, San-Fransiskoda həmin mağazalar şəbəkəsinin daha bir filialına rast gəldim. Və təbii ki, yenə mağazada qarşı-ma çıxanı almağa başladım. Mayamiyə qayı-danda ağlıma bir fikir gəldi: evdə olan bütün paltarlarımı niyə də təzələməyim? Çünki, bu vaxta qədər olan bütün geyimlərim monoton və darıxdırıcı idi. Təzə aldığım şeylər isə o qədər xoşuma gəlmişdi ki, onlar mənə həyatımda yeni bir başlanğıc hissini aşılayırdı. Qərara aldım ki, hər şeyi tamamilə yeniləyəcəm. özünüz bunu etməsəniz bunun üçün nə qədər pul tələb olunduğunu ağliniza da gətirməzsiniz.

Bəli, bu çox pul istəyir, lakin, mən bunu etdim. Qısa müddətdən sonra mən bir şeyi dərk etdim. Həyatım boyu məni neqativ hadisələr və silsilələr, həmçinin neqativ şəxsi münasibətlər əhatə edirdi. Mən konsultanta müraciət etdim və özlüyümdə bu silsiləni qırmağa qərar verdim. Maşınımı və geyimlərimi özümlə götürdüm. Nəticədə köhnə maşınımla da, paltarlarımla da vidalaşdım. Mən onları təzələrinə dəyişdim. Və məlum oldu ki, bu iki şey, mənim maşınım və paltarlarım keçmiş həyatımla olan son əlaqə idi. Etdiyim bu hərəkətlərlə mən yeni həyatım üçün vakuum yaratdım.

Mən artıq sizə demişdim ki, bu qayda tamamilə hər sahədə işləyir. Gəlin fərz edək ki, siz çoxlu insan yaşayan bir mənzilin sakinisiniz. Və sizi hər zaman başqalarına məxsus olan çoxlu sayda əşyalar əhatə edir. Məsələn, divarlardan bir şəkilin yerinə səkkiz şəkil asılıb. Divarlar rəflərlə, rəflər isə müxtəlif əşyalarla doludu. Həddən çox mebel var. Hara baxsanız bütün bunları görürsünüz. Bəlkə, çoxlarınızın vəziyyəti həqiqətən də belədir. Əgər sizi bu cür darısqal, qarmaqarışıq mühit əhatə edirsə, çox güman ki, siz fikrinizi cəmləyə bilmirsiniz. Eyni şeyi sizin ofisiniz barədə də demək olar. Əgər sizin iş masanızın üstünü kitablar, vərəqlər, qələmlər və sairə zəbt edibsə, əgər başınız çoxlu sayda işə qarışıbsa, bu o deməkdir ki, gündəlik həyatınızda sakitlik və harmoniya üçün yer qalmayıb. Ona görə də diqqətiniz yayılırsa, daim kənardan təzyiq hiss edirsinizsə, sizə belə bir məsləhət verərdim: Evinizdə və iş yerinizdə sizi əhatə edən mühiti sadələşdirin. Beləliklə vakuum yaradacaqsınız. Siz məşğulluğu və yayınmanı yığışdıracaqsınız ki, həyatınıza diq-qət və harmoniya gətirəcəksiniz.

Firavan yaşamaq yolunu tutmaq istəyən insanlar bu sahədə üzləşdkləri problemlərlə bağlı mənə müraciət edirlər. O zaman onlara verdiyim ilk sual belə olur: ”Həyatında nədən əl çəkməlisən, nələri atmalı, tərk etməlisən?” Elə sizə də eyni sualı verirəm: “Sadəcə buraxmaq lazım olanı nədən möhkəm-möhkəm tutmu-sunuz?”

Misalçün, mobil telefon. Elə bir zəmanədə yaşayırıq ki, dünyada mövcud olan az qala hər bir insan mobil telefondan istifadə edir və hər kəs onu özü ilə hər yerə daşıyır. Çərşənbə axşamı Budapeştdə baletə tamaşa edirəm. Hər üç dəqiqədən bir zalın hansısa küncündən telefon zəngi eşidilir. Özüm telefondan mənə lazım olanda istifadə edirəm. Demək olar ki, bütün qalan vaxtı o, söndürülmüş vəziyyətdə olur. Demək olar ki, heç vaxt onu özümlə daşı-mıram. O həmişə mənim çamadanımda olur. Mən ondan mehmanxanaya çatdığım vaxt evə zəng etməkçün istifadə edirəm, yaxud da məni 3-4 saatlıq səyahət gözləyirsə onu maşına götürürəm. Hətta, bu vaxtı da zəng etmək üçün istifadə etmək istəməzdim. Çünki, mən telefondan, mənə xidmət etməsi üçün istifadə edirəm, mən öz telefonuma xidmət etmirəm. Mən boşluq yaratmışam, çünki sakit, harmoniya dolu həyat yaşamaq istəyirəm. Bilirsinizmi, mənim dostlarımı bu dəli edir. Mənə deyirlər, sənə zəng vururuq, sən isə cavab vermirsən. Hə, nə olsun? Mesaj yolla, mənim üçün uyğun olan vaxtda sənə zəng vuracam. Mən hər günün hər dəqiqəsi məşğul olmaq istəmirəm. Mən opera tamaşasına mobil telefonla getmək istəmirəm. Sizlərdən heç kim mənə deməsin ki, o məndən daha məşğul, daha işgüzar insandı. Mən daim 5-6 paralel multimilyonluq iş aparıram. Lakin, mən operaya getdiyim zaman mənə qətiyyən zəng eləmək lazım deyil. Mən həyatımı və işimi elə qururam ki, bu şeylər mənə xidmət göstərsin. Bu, tərəqqinin əsas amillərindən biridir. Həftə ərzində 80 saat işləməlisinizsə, və bu vaxtın 20 saatını mobil telefonla danışığa sərf edirsinizsə, belə var-dövlət, firavanlıq olmur.

Gəlin vakuum yaratmaq məsələsini incə-ləyək. Özünüzə sual verin, həyatımda bunu hara və ya nəyə tətbiq edə bilərəm. Sizlərdən kimlərsə evini, ofisini və ya kabinetini yığışdır-malı olacaq, kimlərsə, bəlkə də çoxlarınız maşınını yumalıdı. Bilirsinizmi, mən hətta maşın özümə məxsus olmayanda da onu yuyuram, kirayə götürəndə belə. Bunu niyə edirəm? Çünki, mən təmiz atmosferdə, mühitdə olmaq istəyirəm. Sizlərdən kimlərsə evinə gedib şəxsi münasibətlərini qaydaya salmalı olacaq. Çünki, ola bilsin ki, siz özünüzü neqativ insanlarla əhatə etmisiniz. Bütün bunlar da sizin ev tapşı-rığınızın bir hissəsidir.

Bepul matn qismi tugad.

16 630,02 soʻm