Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Pul məktəbi», sahifa 2

Shrift:
3) ”Sizin inancınız sizin proqramlaşdırılmanızdan asılıdır!”

Televiziya, radio, jurnallar, qəzetlər, internet, kinofilmlər və oxuduğunuz kitablar… Siz dərk etməlisiniz ki, istifadə etdiyiniz bütün bu şeylər, şüuraltı səviyyədə sizi proqramlaşdırır. Bu proqramlaşdırma şüurunuzun üzərində aparılır və siz bu prosesi qətiyyən hiss etmirsiniz. Amma bu belədir.

Sizin layiqli adam olmamağınız barədə proqramlaşdırma, varlıların pis və qəddar adamlar olması barədə proqramlaşdırma, kasıblığın alicənablıq olduğunu, insan mənəviy-yatını qoruduğunu aşılayan proqramlaşdırma…

Xahiş edirəm, Sovet dönəmində şüuru-nuza həkk olunmuş bütün bu proqramları yadınıza salasınız.

Varlı insanlar barəsində ildən-ilə yedirilən cəfəngiyatlar… Bir çoxlarınız on illərldir ki, dövlətdən, kütləvi informasiya vasitələrindən bununla qidalanırsız. Bəs, qatıldığınız dini cərəyanlar barədə nə düşünürsüz?

Bilirsizmi, mən hər dəfə şərqi Avropaya səyahət edəndə küçələrdə kinofilmlərin böyük sayda reklam plakatlarını görürəm. Elə indicə “Ulduz müharibələri”, “Betman”, “Hörümçək adam” və sairə filmlərin reklamını gördüm. Bütün bloqbasterlər, Hollivudda hitə çevrilmiş bütün filmlər artıq buradadır. Sual verirəm: ”Necə düşünürsünüz, bu filmlər sizin üçün hansı şüuraltı proqramlaşdırmaya səbəb olur?”

Mən sizə bu filmlərin hər birinin daşıdığı fundamental proqramlaşdırmanı deyəcəm: 1. Pullar pisdir. 2. Varlı insanlar hamısı qəddar-dır. 3. Kasıb olmaq ruhən varlı olmaq deməkdir.

Sizlərdən kimsə Titanik filminə baxıb? Əlbəttə, hamınız baxmısınız. Hardan bilirəm? Ondan ki, bu film kino tarixində ən uğurlu, ən gəlirli və ən çox səs-küyə səbəb olan filmdir. Və o, Amerika prokatlarında 2 milyarddan çox dollar toplamışdı. Sizə deyim ki, bu, kino tari-xində çəkilmiş ən qorxulu, ən zalım və ən dəh-şətli filmdir. Və bu film nə qədər çox xoşunuza gəlirsə, sizə bir o qədər çox şüuraltı natamamlıq proqramı yüklənib. Gəlin bu film barədə nəyə görə belə şeylər danışdığımı sizə izah edim. Çünki, əminəm ki, indi üzünüzdə təəccüb və anlaşılmazlıq əlamətləri yaranıb. Soruşursunuz ki, axı niyə o qəddar və zalım filmdi, axı bu gözəl bir sevgi hekayəsidir?

Gəlin belə təsəvvür edək ki, biz sizinlə birlikdə, hərəmizə bir qutu popkorn alıb kinoya getmişik. Budur, birincı səhnədə Leonardonu görürük. Çox xoşbəxt oğlandı, onun həmişə bəxti gətirir. Sual: O niyə belə bəxtəvərdi? Çünki, o kasıbdı! O, hətta Titanikə bileti də kartda udur. Onun varlılar kimi narahat olacağı heç bir şeyi yoxdu. O tam rahatdı. Siz bir düşünün, milyon-çuların nə qədər problemləri var. Birdən qulluqçu xəstələnsə və bu gün işə gəlməsə nə olacaq? Birdən kimsə onların yeni Ferrarisini mıxla cızsa? Hələ şəxsi təyyarə saxlamaq üçün nə qədər vəsait lazım olduğunu düşünün. Leonardo isə xoşbəxtdi, ona bütün bunları düşünmək lazım deyil.

İkinci səhnədə biz Rozayla tanış oluruq. Roza… O tamamilə bədbəxtdir. Yadınızdadır nəyə görə? Çünki, o çox darıxdırıcı, varlı bir adama ərə getmək məcburiyyətindədir. Onun anası deyir: ”Roza, sən bunu bizim ailəmizin naminə eləməlisən.” Bu da bizim bu səhnədən aldığımız ikinci şüuraltı informasiya: Siz pula görə ruhunuzu iblisə satmalısınız. Sonra isə filmi və oradakı, bütün emosional səhnələri yadınıza salın. Gəlin Rozanin 1-ci dərəcədən olan restoranda etdiyi nahar yeməyini xatırla-yaq. O, bütün bu darıxdırıcı adamların arasında oturaraq bir anlıq fikrə gedir: ”Mən bütün həyatımı bu insanların arasında keçirməli olacam?” Sonra isə bu səhnəni görürük: Bəm-bəyaz əlcəklər geyinmiş ana və qızı. Ana qızını ilbiz üçün nəzərdə tutulmuş, sol tərəfdən 8-ci çəngəldən istifadə edə bilmədiyi üçün cəzalan-dırır. Biz bu səhnələrdə varlı insanların necə xüdbin və təkəbbürlü olduğunu görürük. Sonra Leonardo ona deyir: ”Gedək mənimlə 3-cü dərəcədən olanlarçün göyərtəyə və mən sənə əsl əyləncənin nə olduğunu göstərim.” Yadınız-dadır? Onlar kasıblar əylənən yerə gəlirlər, orada isə xoş-bəxtlik, şənlikdi. Hamı rəqs edir, oxuyur, əylənir. Və biz, bunu hiss etmədən, yenə də öz kiçik şüuraltı proqramlaşdırma payımızı alırıq və bu informasiya bizə deyir: varlılar çox lovğa və darıxdırıcıdırlar. Kasıblar isə, əslində çox yaxşı, mülayim, şən insanlardır. Əgər sən vaxtını əla keçirmək isəyirsənsə, kasıbların məclisində əylənmək lazımdı.

Son səhnəni xatirlayaq. Nəhayət ki, gəmi aysberqlə toqquşur və budur varlılar qayıqlara oturub günbatan istiqamətinə avar çəkirlər. Kasıb camaatı isə öz göyərtələrində qapadıblar, onlara ordan çıxmağa icazə vermirlər. Varlılar pul qablarını çıxarıb, xilasetmə qayıqlarında özlərinə yer almağa çalışırlar. Bu filmdəki ən varlı adam isə qayığa düşməkçün südəmər körpəni oğurlamağa çalışır.

Sual belədir: “Sizcə burada hansı informa-siyanı şüurumuza proqramlaşdırmağa çalışırlar?”

Orada bir səhnə də var. Qadın iki uşağıyla göyərtədə dayanıb deyir: ”İndi biz öz kayutumuza gedib qapını bağlayacağıq və suya qərq olana kimi kilsə himni oxuyacağıq.”

Filmin sonuna keçirik. Budur, Rozanın təxminən 150 yaşı var. Nəvəsi əlindən tutub, hərəkət etməyə kömək edir, bir sözlə, bu qoca qarının hər cür qayğısına qalır. Rozanın isə boynundan 40 milyon dollar dəyəri olan boyun-bağı asılıb. O, bu boyunbağını nəvəsinə verib onun bütün həyatını təmin edə bilərdi. Düzdür? Bəs o neylədi? O bu boyunbağını köpək balıq-larına yem elədi. Səhnə səhnə ardınca, bu film sizi proqramlaşdırır ki, pullar pisdi, varlı insanlar hamısı qəddar və amansızdı. Kasıblıq mənəviy-yatlı olmaqdı. Və siz bu filmi nə qədər çox bəyə-nirsizsə, proqramlaşdırma beyninizə bir o qədər çox hopur. Əgər sizin evinizdə bu filmin diski və yaxud kaseti varsa, yaxşısı budur onu məhv edin. Əgər baxmamısınızsa? Yaxşı ki, baxmamısınız.

Mən bir-birinin ardınca çox filmləri xatırlaya bilərəm. Hörümçək adam barədə düşünür-sünüz? Daha bir səs-küyə səbəb olmuş kassa filmi. Kim deyər bu filmdə cinayətkar kim idi? Bəli, düzdü, varlı adam. Filmdə belə bir səhnə var. Piter dayısı ilə danışır. Dayısı isə gənc Piterə tarix boyu insanın kəşf etdiyi ən məşhur təcridedici sözləri deyir: “Ola bilsin ki, biz varlı deyilik. Amma ən azından dürüst insanlarıq.” Əslində bu nə deməkdi? Bu o deməkdir ki, bütün varlı insanlar başdan-ayağa kriminaldırlar. Onların hamısı cinayətkar, baş kəsəndirlər, hamısı yalan danışır və soyğunçuluq edir, bu yolla da varlanırlar. Və əgər kimsə sizə gənclikdə buna bənzər nəsə deyibsə… Mən yüz faiz əminəm ki, sizə də kimsə buna bənzər bir cümlə deyib. O vaxtdan bu cümlə sizin təməl inancınıza çevrilib. Artıq, siz böyümüsünüz, sizin 30, 40, 50 yaşınız var və siz istəyirsiniz ki, təzə, qəşəng maşınınız olsun, təzə, yaraşıqlı evdə yaşayasınız. Əmin olmaq istəyirsiniz ki, övladlarınızın gözəl gələcəyi olacaq. Səmimi qəlbdən inanırsınız ki, varlı olmaq istəyirsiniz. Varlı insan olmaq yolunda ilk addımlarınızı atmağa başlayırsınız, lakin, altşüurunuzda varlı insanların pis adamlar olduğuna inanırsınız. Varlı olmaq üçün siz də yalan danışmalı, oğurluq etməli və aldatmalı olacağınızı düşü-nürsünüz. Elə burada da münaqişə yaranmağa başlayır. Məhz bu sizi özünüzə qarşı çıxmağa məcbur edir. Budur, qarşınıza gözəl bir fürsət çıxır və siz öz-özünüzə deyirsiniz, bu, həqiqət olmaqçün həddən artıq cəlbedicidi. Və yaxud da, əsl real müştəriylə və ya ideal biznes orta-ğınız olacaq birisiylə qarşılaşırsınız, lakin, bu insana zəng etməyə, onunla kontakta girməyə cəsarətiniz çatmır. Siz tərəddüd edirsiniz və biznesiniz üçün gərəkli olacaq bir çox şeyləri etməkdən boyun qaçırırsınız. Müştərilərinizə zəng vurmaq əvəzinə, ofisinizdə dəyişiklik eləməyə başlayırsınız, çantanızı səhmana salır və yaxud qələm yonmaqla məşğul olursunuz. Biznesinizi inkişaf etdirmək əvəzinə 125-ci dəfə şirkətin video rolikini izləyirsiniz. Belə bir proq-ramlaşdırmayla yalnız belə nəticələr almaq olar.

Gəlin, “Hörümçək adam” barədə 2-ci filmə nəzər salaq. Əgər yadınızdadırsa, bu filmdə o pitseriyada işləyir. Onun işi pitsaları ünvanla-rına çatdırmaqdı. Əgər gecikərsə, onu hər an qova bilərlər. Budur, o, 20 pizzadan ibarət sifa-riş alır və bunu ünvana çatdırmalıdır. Yolu keçərkən iki azyaşlı uşağın az qala yük maşınının altında qalacağını görür. Və o qərara alır ki, əlindəki pitsaları yerə atıb, uşaqları xilas etsin. Təbii ki, bundan sonra o pitsaları ünvanına vax-tında çatdıra bilmir və buna görə onu işdən qovurlar.

Sual: Bu səhnədən sonra sizin beyninizdə hansı inanc proqramlaşır? O, öz pullarından, işindən, maddi təminatından imtina edir ki, yax-şı işlərlə məşğul olsun. O özünü daha böyük və əhəmiyyətli işlərçün fəda edir. Bir müddət sonra o, bibisi ilə danışır və Hörümçək adam olması barədə ona bir söz deməkdə tərəddüd edir. Söhbətin mövzusu, insanın sevdiyi şeylərdən imtina etməsi, sevdiklərini daha müqəddəs amal uğrunda tərk etməsi barədə olur. Bibisi ona deyir: “Xüsusi kateqoriyalı insan növü var və bu növ insanlar bütün insanlıq üçün, bəşəriyyət üçün hər şeylərindən keçməyə hazırdılar.” Bütün bunlar nə vaxtsa Marks və Leninin təbliğ etdiyi eyni cəfəngiyyatdı. Bu, elə həmin yalan, həmin proqramlaşdırmadır ki, insanları xəstəlik, səfalət və avamlıqda saxlayır.

Bilirsinizmi, bugünki gündə sosializm artıq təhlükəli sayılmır. Çünki, bu modeldə nəsə işləmir. Amma, ən pis nəticələr şüuraltı proq-ramlaşdırmada qalır. Bunun sayəsində insanlar öz güclərini, öz seçimlərini hökümətin əlinə verir, özlərini proqramlaşdırmağa icazə verir və özləri özlərini uğursuzluğa, ehtiyaca və aza qane olmağa proqramlaşdırırlar.

Gəlin bu 3 əsas amili, dövrənin əsas 3 toplananını yekunlaşdıraq.

1.Sizin gerçəkliyiniz sizin təxəyyülü-nüzdən yaranır.

2.Sizin təxəyyülünüz sizin təməli inanc-larınızdan yaranır.

3.Sizin təməli inanclarınızı sizin şüuraltı proqramlaşdırmanız yaradır.

Əgər biz bu silsilədə nəyisə dəyişmək istə-yiriksə, ən dərin mərhələdən başlamalıyıq. Bunun üzərində dayanıb işləməliyik. Siz bunun nə dərəcədə vacib olduğunu dərk etməlisiniz, çünki, bütün tərəqqi bunun üzərində qurulub. Əgər bunu həm ağlınız, həm qəlbinizlə həqi-qətən də dərk etmiş olsanız, o zaman, bu gecə yuxuya getmək sizin üçün çox çətin olacaq. Çünki, siz açıq gözlərlə uzanacaq və qarşınızda açılan imkanları nəzərdən keçirəcək-siniz. Yeri gəlmişkən, siz eynilə mənim kimi bir yox, bir çox belə yuxusuz gecələr keçirəcəksiniz. Mən yatağımda uzanaraq tavanda dairələr çəkirdim və bütün bu imkanları təsəvvürümdə canlan-dırırdım.

Əgər siz proqramlaşdırmanı idarə edə biləcəksinizsə, deməli özünüzdə düzgün olan inancları da yarada biləcəksiniz. Əgər düzgün inanclar yaradırsınızsa, deməli özünüz üçün müsbət təxəyyül yarada, pozitiv xəyallar qura biləcəksiniz. Bununla da müsbət nəticələr alacaqsınız.

İnanın ki, mən bütün filmlər, tv-şoular, bestseller kitablar barədə saatlarla ətraflı müza-kirələr, tədqiqatlar aparıb, analiz edə bilərəm. Bunların 99%-inin neqativ proqramlaşdırma olduğunu sizə açıq-aydın sübut edə bilərəm. Orta statistik insan həftədə bir dəfə kinoya baxır, film izləyir. Orta statistik insan gündə bir dəfə qəzet oxuyur. Onlar düşünürlər ki, qəzet onları savadlandırır, əslində isə tam əksidir. Orta statistik insan gün ərzində 5-6 saat TV proqramlarını izləyir. Gün ərzində gözünüzü beş saat ekrana zillənmək sizin beyninizi kəsmiyə döndərir. İnsanların çoxu bunu edir. Əgər siz uğurlu insan olmaq istəyirsinizsə, başqa cür olmalısınız. Siz şüurunuza yazılan proqramlaşdırmaya nəzarət etməyə məcbur-sunuz. Siz bu proqramlaşdırmanı idarə etdiyiniz zaman silsilə nəticələr alınmağa başlayacaq. Hər şey o həddə çatacaq ki, siz nəhayət nail olacağınız nəticələri də idarə edəcəksiniz.

Gəlin proqramlaşdırmanın nə dərəcədə dərin təsirə malik olduğunu sizə azacıq da olsa izah edim. Bu, çox yoluxucu və davamlı bir şeydir.

Mənim uzun illərdi biznes əlaqələri qurdu-ğum çox yaxın və əziz bir dostum var. Əslində çox yaxşı insandı, amma, o daim mübarizədədi. Bir dəfə biz onunla Avstraliyada restoranların birində masa arxasında səhər yeməyinə əyləşmişdik. Söhbət əsnasında çalışırdım izah edim ki, o, düşdüyü bu vəziyyətdən çıxmalıdı və daha çox qazanc əldə etməlidi. O mənim qarşımda oturmuşdu və cavabı da belə oldu ki, Rendi, mənim daha çox pul qazanmaqda prob-lemim yoxdu. Əgər yadınızdadırsa demişdim ki, mən təcrübəli aliməm və çıxardığım nəticə-lərdən biri budur ki, insanlar özləri də inanmadıqları şeylər barədə danışanda başla-rını o tərəf bu tərəfə yırğalayırlar. Bu şüuraltı etirazdı. Lakin çoxlarl bunun nə demək olduğunu bilmirlər. Mənim dostum özü bədən dili müəllimi olduğundan bunları bilir. Buna görə mən ondan soruşdum: “Əgər sənin qazancla bağlı heç bir problemin yoxdursa, bəs niyə bu sözləri deyəndə başını yırğalamağa başladın?” O isə mənə dedi ki, yox mən başımı yırğa-lamadım. Mən dedim: “Sən bunu yenə də elədin.” O yenə inkar etmək istəyirdi ki, özünü bu hərəkətdə tutdu və təəccüblə dedi: “Belə çıxır ki, mən buna şübhə etməliyəm?” Və qərara aldı ki, bu barədə bir neçə gün düşünmək istəyir. Üç gündən sonra biz onunla yenidən görüşdük. Bu dəfə Havay adalarında şam edərkən mən ona dedim ki, bir anlıq ilk biznes sövdələşməsini yadına salsın. İlk işində o, 28 milyon dollar gəlir gətirəcək bir sövdələşməyə sərmayə yatırmışdı. Sonra o, bu işi tərk etdi. Və nəticədə bundan heç bir şey qazanmadı. Təbii ki, o bunu xatırladı. Mən bunu onun baxışların-dan gördüm, çünki, o mənə sualedici nəzərlərlə, təəccüblə baxmağa başladı. Mən dedim: “Gəl sənin ikinci kompani-yanı xatırlayaq. İkinci dəfə sən bir şirkət üçün hovuz geyimlərinin satışını təşkil etdin, daha doğrusu, sən kompaniya üçün onlara elə həmin dəqiqə bir neçə milyon dollar qazandıran marketinq planı hazırladın, lakin onlar səni bu layihədən sıxışdırıb çıxardılar və nəticədə sən yenə də heç nə qazanmadın. Sonra sən Leslə işləməyə başladın. (Les bizim dostlarımızdan biridi). Sən ona milyonları qazanmağı öyrətdin, amma özün heç nə qazan-madın. Bəs sənin sonuncu işin necə oldu? Bu işin nəşriyyat şirkətinə xeyir gətirdi, sən isə hələ də heç nə qazanmamısan. Sənə elə gəlmir ki, burada bir oxşarlıq, silsilə var?” O dedi: “Mən heç vaxt bu hadisələrə bu yöndən baxmamışam, bu qazanc imkanlarını da nəzərə almamışam.” “Mən isə hər bir şeyə eyni nöq-teyi nəzərdən baxıram və mən sənin həyatında daim davam edən sonsuz bir silsilə gördüm. Sən qatildığın hər bir işdə, hər bir şirkətdə çox dinamik, güclü katalizator rolu oynamısan, çalışdığın şəriklər üçün böyük pullar qazan-mısan, özün üçünsə heç bir şey.” O dedi: “Mən heç vaxt bu barədə düşünməmişəm.” Ona məsləhət gördüm ki, on yaşı olanda baş verənləri yadına salsın. “Xahiş edirəm, mənə deyəsən, on yaşın olanda pul barədə nə düşünürdün? Nəyə inanırdın? Varlılar barədə nə fikirdəydin? Mənə elə gəlir ki, sənin təməl inancların artıq on yaşına kimi formalaşmış olub.” Və o, on yaşında nələrə inandığını xatır-lamağa çalışdı. Hər şey onun ağlamağa başlaması ilə bitdi. O dedi: “Yaxşı, mən sənə həqiqəti danışacam.” O yetim olub və öz vali-deynlərini heç vaxt görməyib. Çoxlu sayda uşaq evləri dəyişib. Əvvəl körpələr evinə, sonra uşaq evinə, daha sonra ikincisinə, üçüncüsünə göndərilmişdi. On yaşı tamam olanda onu multimilyoner övladlığa götürüb. Və ona işgəncə verib. Həmin bu multimilyoner öz ailə üzvlərini idarə etmək üçün var dövlətindən istifadə edirmiş. O, iki il sərasər bu evdən qaçsa da, hər dəfə tapıb geri qaytarıblar. Nəticədə, artıq on iki yaşında küçədə yaşamağa başlayıb. Atalığı burada da onu tapıb polisə təhvil verib. Sadəcə əlindən heç yerə qaça bilməyəcəyini ona sübut etmək üçün. Bax bu da onun pullar barəsində formalaşmış təməli inancı olmuşdur. O, demək olar ki, bütün həyatını, bütün imkanlarını ögey atasına oxşamamağa sərf etmişdi və onu atasına oxşatmağa çalışan hər kəsi öldürməyə hazır idi. Əslində isə öldürməkdə davam etdiyi insan elə özü idi.

16 630,02 soʻm